Məhkəmə qərarları › İş №1(005)-464/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-464/2025

15.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-464/2025 15.01.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx xxxxxx 1986-cı ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, 22 iyul 2025-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Nərimanov rayonu, 2-ci Şimal Şitilliyi küçəsi ünvanında şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan özünün istifadəsi üçün qanunsuz olaraq xeyli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 7,12 qram narkotik vasitə olan çətənə bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuananı əldə edib üzərində saxlayaraq həmin tarixdə ünvan 2 ünvanının qarşısına daşımış, 22 iyul 2025-ci il saat 23:45 radələrində Nərimanov RPİnin 16-cı Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Nərimanov rayonu, 2-ci Şimal Şitilliyi küçəsi, 36 ünvanının qarşısında saxlanılaraq, üstünün yoxlanılması zamanı əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 7,12 qram olmaqla xeyli miqdarda çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitə marixuanadan təxminən 3 aydır ki, istifadə edir. 22 iyul 2025-ci il tarixdə axşam saatlarında narkotik vasitə marixuana əldə etmək məqsədilə anket məlumatlarını bilmədiyi şəxsdən onlayn şəkildə 50 manat pul ödəməklə ünvan 3 ünvanından şəxsi istifadəsi üçün bir ədəd bükümdə narkotik vasitə marixuana əldə etmişdir. Bundan sonra aldığı narkotik vasitəni daha sonra istifadə etmək üçün üzərində saxlamış, 22 iyul 2025-ci il tarixdə saat 23:45 dəqiqədə Nərimanov rayonu, 2-ci Şimal Şitilliyi 36 ünvanında piyada hərəkətdə olan zaman özlərini Nərimanov RPİ-nin 16-cı Polis Şöbəsinin əməkdaşları kimi təqdim edən 2 nəfər mülki geyimli şəxslər yaxınlaşaraq özlərini təqdim edib onun narkotik vasitənin qanunsuz dövriyyəsi, istifadəsində şübhəli olduğunu bildirdib, barəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib üzərinə baxış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya var isə onları təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra əynində olan qara rəngli şalvarının sol yan cibində saxladığı bir ədəd bükümdə narkotik vasitəni təqdim etmişdir. Sonra üzərinə polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilmiş və qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, üzəri özü, polis əməkdaşları tərəfindən imzalanmışdır. Bundan sonra polis əmədaşları ilə birlikdə Nərimanov RPİ-nin 16-cı Polis Şöbəsinin inzibati binasına gətirilmiş, orada polis əməkdaşları tərəfindən üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə marixuana təhqiqatçıya təqdim edilmişdir. Təlıqiqatçı tərəfindən təqdim edilən kütləyə baxış keçirilmiş, bundan sonra ona hüquqlarının müdafiəsi üçün vəkil təyin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Üzərindən aşkar edilmiş narkotik vasitə olan marixuana polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf möhürlə möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf özü və iştirakçılar tərəfindən imzalanaraq tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi bildirilmişdir. Keçirilən bütün prosesslər video çəkilişlə qeydə alınmışdır. O, bildirmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin satışı ilə məşğul olmamışdır, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə marixuananı 22 iyul 2025-ci il tarixdə anket məlumatlarını bimədiyi, yalnız üzdən tanıdığı şəxsdən 50 manat qarşılığında ünvan 3 ünvanından şəxsi istifadəsi üçün əldə etmişdir. Son olaraq əməlindən peşman olmasını, barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının tətbiq olunmasını xahiş edərək buna dair yazılı ərizəni məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid1, Şahid2 oglunun və X3 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onların ibtidai istintaq dövründə vermiş olduqları ifadələri elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işi üzrə 22 iyul 2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılması barədə'’ protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 23 iyul 2025-ci il tarixli 7/991 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş zərfdə bir ədəd sellofan bükümdə təmiz çəkisi 7,12 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qeyd: marixuananın təmiz çəkisi-7.12 qram, tədqiqata sərf edildi 0.02. qr,, qalıq 7,1 qram. Aparılmış tədqiqatın dəyəri 72 manat təşkil edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin 24 iyul 2025-ci il tarixli, 4441 №li rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı X1 qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin istintaq materiallarına əlavə olunmuş elektron məlumatların əks olunduğu 1 ədəd CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, mülki geyimdə olan 2 nəfər kişi cinsindən olan şəxslər küçədə dayanmış şəxsə yaxınlaşaraq özlərini təqdim edirlər və polis əməkdaşları olduqlarını bildirirlər. Polis əməkdaşları özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsə üzərində qanunla qadağan edilmiş əşya olub-olmadığını bilmək üçün onun üzərinə baxış keçirəcəklərini bildirirlər. Bundan sonra həmin şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş qurudulmuş ot kütləsi deməsinə görə narkotik vasitə olan marixuananı çıxarıb polis əməkdaşına verdi. Sonra həmin bükümü zərfə qoyub qablaşdırdılar və üzəri möhürləndi, sonra imzalandı. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən şəxsiyyət vəsiqəsi, 01 ədəd Xiomi 1 1 Lite markalı mobil telefonu çıxarıb təhvil verdi. Bundan sonra polis əməkdaşlarından biri həmin şəxsin üzərinə şəxsi axtarış həyata keçirilsə də, hər hansı bir əşya və ya predmet aşkar edilmir. Sonra Polis əməkdaşları onlarla birlikdə polis şöbəsinə getməyi təklif edirlər. Cinayət işinin istintaq materiallarına əlavə olunmuş elektron məlumatların əks olunduğu 1 ədəd CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, polis şöbəsinin xidməti otaqlarının birində polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümün olduğu zərf təhqiqatçıya təqdim edilir. Təhqiqatçı tərəfindən təqdim edilmiş həmin zərf açılaraq orada olan 01 ədəd şəffaf sellofan bükümə baxış keçirilir. Həmin bükümün içərisində qurumuş ota bənzər oxşar maddə olması müşahidə edilir. Həmin maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılır. Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 01 ədəd sellofan bükümdə olan maddəni haradan əldə etdiyi soruşulduqda o, həmin bükümü “İnstagram” sosial şəbəkəsindən tanımadığı şəxsdən onlayn olaraq 50 manat qarşılığında aldığını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitə olan qurudulmuş marixuana qablaşdırılaraq DİN-nin möhürü ilə möhürləndi və bu barədə müvafiq protokol tərtib edildi. Həmin protokol iştirakçılara ucadan oxundu və düzgün tərtib edildiyinə görə iştirakçılar tərəfindən imzalarla təsdiq edildi. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş mobil telefon və şəxsiyyət vəsiqəsi əhəmiyyət kəsb etdiyi üçün götürüldü. Daha sonra Təqsirləndirilən şəxs üstünə əlavə şəxsi axtarış həyata keçirilsə də, hər hansı bir əşya və ya predmet aşkar edilmir. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 24 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Sübutların qiymətləndirilməsi haqqında” 19 noyabr 2025-ci il tarixli qərardan görünür ki, 02 ədəd disk və Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 7,12 qram olan marixuana maddi sübut kimi tanınmış, 02 ədəd disk cinayət işinin materillarına əlavə olunmuş və tədqiqata sərf edildikdən sonra qalmış qalıq, yəni 7,1 qram narkotik vasitə - qurudulmuş marixuana Nərimanov RPİ-nin saxlanc yerinə verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2012-ci il təvəllüdlü Ömər Quluzadə və xx.xx.2016-cı il təvəllüdlü Uğur Qulizadə adlı uşaqları vardır. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını nəzərdən keçirib, təqsirləndirilən şəxsin ərizəsini nəzərə alıb hesab edir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarı Təqsirləndirilən şəxs barəsində tətbiq edilməli və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1.8-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında məhkəmə tərəfindən müzakirə edilməli məsələlərdən biri cinayət məsuliyyətindən azad etmə üçün əsasların olub-olmamasının müəyyən edilməsidir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası CM-nin 81-ci maddəsinə əsasən Amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. Cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. Cinayət işinin materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2012-ci il təvəllüdlü Ömər Quluzadə və xx.xx.2016-cı il təvəllüdlü Uğur Qulizadə adlı uşaqları vardır. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının: 5.1-ci bəndinə görə məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); Qeyd olunan Qərarının 1.16-cı bəndinə əsasən öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı olan şəxslər təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilirlər. (həmin Qərarın 6cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla) Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli az agır cinayətdir və yuxarıda qeyd edilən amnistiya qərarının 1.16-cı bəndinə əsasən cinayət təqibinə xitam verilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Odur ki, məhkəmə göstərilənləri nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri cinayət işi üzrə icraata xitam verildiyindən ləğv edilməlidir. Ekspertizası tədqiqatın dəyəri 72 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi Azərbaycan Respublikasının Milli Məclisinin “Konstitusiya və Suverenlik İli” münasibəti ilə amnistiya elan edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarının 5.1-ci bəndinin təsiri altına düşdüyündən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli, ekspertizası tədqiqatın dəyəri 72 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə maddi sübut - Nərimanov RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspert tədqiqatdan sonra qalan təmiz çəkisi 7,1 qram olan narkotik vasitə qurudulmuş marixuana qalıq çəkisi məhv edilməli, 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır (CPM-132). Eyni zamanda Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili X2 etdiyi hər iş saatına görə 11 manat hesab edilməklə, 25 iş saatına görə 275 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.12-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarı tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut - Nərimanov RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspert tədqiqatdan sonra qalan təmiz çəkisi 7,1 qram olan narkotik vasitə qurudulmuş marixuananın qalıq çəkisi məhv edilsin. İş üzrə maddi sübut - 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 72 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili X2 etdiyi hər iş saatına görə 11 manat hesab edilməklə, 25 iş saatına görə 275 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan edildiyi və ya alındığı gündən 20 gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar