Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-466/2022 18.10.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər prokurorluğunda Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə açıq məhkəmə iclasında ilkin dinləmələr keçirərək MÜƏYYƏN ETDİ: İbtidai araşdırma orqanının mövqeyinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə ittiham olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 2020-ci ilin may ayında tanış olduğu Zərərçəkmiş şəxs özünü Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əməkdaşı kimi təqdim edib ona yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerələşən 74 №-li evin 1-ci mənzilinin zirzəmisinə Dövlət Reyestri Xidmətindən çıxarış düzəldəcəyini yalandan vəd verib inandırmaqla aldadaraq, 2020-ci ilin may ayının 11-də Zərərçəkmiş şəxs məxsus 14.950 manat pulu onun qızının əri X1 Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsində sonuncuya məxsus avtomaşında, sonra isə 2020-ci ilin may ayının ortalarında guya Fövqaladə Hallar Nazirliyindən həmin zirzəmiyə rəy alacağını yalandan vəd verib inandırmaqla aldadaraq 1.000 manat və 50 manat pulu ünvan 1 ünvanında Zərərçəkmiş şəxs yaşadığı mənzildə sonuncudan alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib Zərərçəkmiş şəxs xeyli miqdarda cəmi 16.000 (on altı min) manat maddi ziyan vurmaqla dələduzluq elmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr keçirilərkən ibtidai araşdırma orqanı tərəfindən ibtidai araşdırma zamanı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3.8-ci maddəsində nəzərdə tutulan kobud qanun pozuntularına yol verildiyi müəyyən edildiyindən cinayət işinin baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Məhkəmənin əvvəlki hazırlıq iclasında iştirak edən Zərərçəkmiş şəxs nümayəndəsi və vəkili X6 vəsatətlə məhkəməyə müraciət edərək bildirmişdir ki, 07 sentyabr 2022-ci il tarixdə məhkəmənin ilk hazırlıq iclası keçirildikdən sonra Bakı şəhəri Nərimanov RPİ-nin İstintaq Şöbəsindən 24 avqust 2022-ci il tarixdə poçt vasitəsilə iş materialları ilə tanış olmaya dair çağırış vərəqəsi daxil olmuşdur. Həmin poçt zərfinin 24 avqust 2022-ci il tarixdə poçta verilməsinə dair möhür vurulmuş, 29 avqust 2022-ci il tarixdə isə vətəndaşa çatdırılması ilə əlaqədar poçtun sonuncu tarixli möhrü vurulmuşdur. Bundan başqa, cinayət işi üzrə Bakı şəhəri Nərimanov rayon prokuroru vəzifəsini müvəqqəti icra edən Elgiz Qənizadənin, müstəntiq X2 ilə bağlı zərərçəkmiş tərəfindən verilmiş etirazın təmin edilməməsi barədə qəbul etdiyi 09 avqust 2022-ci il tarixli heç bir qeydiyyata alınmamış qərarı 31 avqust 2022ci il tarixdə poçta təhvil verilmiş və buna dair poçt möhrü vurulmuş, 03 sentyabr 2022-ci il tarixdə isə vətəndaşa çatdırılması barədə poçt möhrü vurulmuşdur. Birinci növbədə onu qeyd edir ki, ibtidai araşdırma zamanı hüquqlarını müdafiə etdiyi şəxsin hüquqları məhkəmə baxışı proseslərində aradan qaldırıla bilməyəcək dərəcədə çox kobud surətdə pozulmuşdur. Dəfələrlə hələ ibtidai araşdırma zamanı qeyd olunmuşdur ki, hüquqlarını müdafiə etdiyi şəxs ləzgi və rus dillərində təhsil almışdır və azərbaycan dilini mükəmməl bilmir. Çox sözləri başa düşmür. Bu səbəbdən də, ona hüquqlarının tam təmin olunması üçün ibtidai araşdırma zamanı rus və azərbaycan dillərini mükəmməl bilən tərcüməçinin iştirakı təmin olunmalı idi. Lakin bu hal təmin olunmamışdır. Qeyd olunanlara əsasən cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsi, həmçinin CPM-in kobud surətdə pozuntusu hallarına yol verdiyinə görə ibtidai istintaqı aparmış Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi X2 barəsində xüsusi qərar çıxarılması xahiş olunmuşdur. Məhkəmə hazırlıq iclasında Dövlət ittihamçısı vəsatətlə məhkəməyə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması zərurəti yaranmışdır. Cinayət işi məhkəmənin hazırıq iclasına qədər öyrənilərkən müəyyən edilmişdir ki, cinayət işi üzrə bir sıra nöqsanlara yol verilmişdir. Belə ki, cinayət işi üzrə təqsirləndirilən şəxs və müdafiəçisi iş materialları ilə tanış olduqdan sonra verilmiş vəsatət üzrə vəsatətin rədd edilməsinə dair qərar qəbul edilməklə sonunculara göndərilmişdir. Bundan sonra iş üzrə zərərçəkmiş şəxs və onun nümayəndəsi cinayət işinin materialları ilə tanış olmaq üçün dəvət edilərkən zərərçəkmiş şəxsin nümayəndəsi 26/05 nömrəli xx.xx.2022-ci il tarixli məktubla müraciət edərək ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Nərimanov rayon prokuroruna müstəntiq haqqında yazılı etiraz verdiklərini və etirazla bağlı qərar qəbul edilənədək iş materialları ilə tanış olmanın təxirə salınmasını xahiş etmişdir. Həmin etiraz cinayət işinə əlavə edilməmiş, etiraza xx.xx.2022-ci il tarixdə baxıldığı halda, müstəntiq tərəfindən xx.xx.2022-ci il tarixli 078-21379 nömrəli çağırış vərəqələri tərtib edilərək iş materiallarına əlavə edilmiş, vərəqələrdə zərərçəkmiş şəxs və nümayəndəsinə verilmiş etirazın təmin olunmaması, bu barədə qərarın surətinin göndərildiyi və xx.xx.2022-ci il tarixə kimi iş materialları ilə tanış ola bilcəkləri barədə məlumat verilmişdir. Zərərçəkmiş şəxsin nümayəndəsi məhkəməyə vəsatətlə müraciət edərək bildirmişdir ki, onların müstəntiqə etirazına baxılmadan iş məhkəməyə göndərilmiş, bu barədə onlara məlumat verilməmiş, həmçinin xx.xx.2022-ci il tarixdə ilk hazırlıq iclası keçirildikdən sonra müstəntiqə etiraza baxılmasına dair xx.xx.2022-ci il tarixli qeydiyyat nömrəsi olmayan qərar xx.xx.2022ci il tarixdə ona göndərilmişdir. Həmçinin qeyd edilməlidir ki, cinayət işinə əlavə edilmiş siyahı üzrə iş 202 vərəqdən ibarət olmaqla siyahı məhkəmə arayışı ilə bitməsinə baxmayaraq, həmin arayışdan sonra siyahıda əks olunmamış xx.xx.2022-ci il tarixli “istintaq şöbəsinin müstəntiqinə edilmiş etirazın təmin edilməməsi barədə" qərar və qərarın göndərilməsinə dair eyni tarixli məktub əlavə edilməklə qərar və məktub 203-206-cı vərəqlərə kimi nömrələnmişdir. Göründüyü kimi, müstəntiqə etiraz həll edilmədən zərərçəkmişə və onun nümayəndəsinə etirazın həll edilməsi və cinayət işinin materialları ilə tanış olması barədə məlumat göndərilməsinə dair məktub müstəntiq tərəfindən iş materiallarına əlavə edilmiş, etiraza dair qərar bundan sonra qəbul edilmişdir. Beləliklə, zərərçəkmiş şəxsin etirazına baxılmasına dair qərarın surətinin zərərçəkmiş şəxs və nümayəndəsinə təqdim edilməsinə dair təsdiqedici sənəd iş materiallarına əlavə edilməmiş, faktiki olaraq zərərçəkmiş şəxs və onun nümayəndəsinin iş materialları ilə tanış edilməsi təmin edilməmişdir. Bununla da CPM-in 284.2-ci maddəsinin tələbləri pozulmuşdur. Odur ki, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsi, həmçinin CPM-in kobud surətdə pozuntu hallarına yol verdiyinə görə ibtidai istintaqı aparmış Nərimanov RPİ-nin İŞnin müstəntiqi X2 barəsində xüsusi qərar çıxarılması xahiş olunmuşdur. Məhkəmənin əvvəlki hazırlıq iclasında Zərərçəkmiş şəxs vəkili və nümayəndəsi X6 verilmiş vəsatətin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi dövlət ittihamçısı və zərərçəkmiş şəxsin vəkili və nümayəndəsi tərəfindən verilmiş vəsatətlər üzrə müvafiq qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 299.3-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında aparılmış ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulub-pozulmaması barədə; cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olub-olmaması barədə məsələlərə baxılmalıdır. Məhkəmə hazırlıq iclası zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Məhəmməd Tağıyev tərəfindən ********* nömrəli cinayət işi üzrə aparılan istintaq zamanı CPM-in tələbləri pozulmuş və cinayət prosesi üzrə kobud pozuntu hesab edilən nöqsanlara yol verilmişdir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə hazırlıq iclasının gedişatında tədqiq edilmiş: - Məhkəməyə zərərçəkmiş şəxsin nümayəndəsi və vəkili X6 tərəfindən təqdim edilmiş və cinayət işinin materiallarına əlavə olunmuş Bakı şəhəri Nərimanov rayon prokuroruna ünvanlanmış etirazdan görünür ki, həmin etiraz Bakı şəhəri Nərimanov rayon prokurorluğu tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul edilmişdir. - Cinayət işinin 187-ci vərəqində olan Zərərçəkmiş şəxs ünvanlandığı göstərilən SMS mətninə dair çıxarışından görünür ki, zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə saat 10:00-da Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işinin materialları ilə tanış olmaq üçün Nərimanov RPİ-nin İŞ-nə dəvət olunmuşdur. - Cinayət işinin 189-cu vərəqində olan Zərərçəkmiş şəxs nümayəndəsi X6 tərəfindən müstəntiqi Məhəmməd Tağıyevə ünvanlanmış və xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Nərimanov RPİ-yə daxil olmuş ərizədən görünür ki, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora müstəntiqdən verilmiş etirazın həll edilməsi və müvafiq qərarın qəbul edilməsinədək iş materialları ilə tanış olmanın təxirə salınması xahiş olunmuşdur. - Cinayət işinin 190-191-ci vərəqələrində olan və müvafiq olaraq Zərərçəkmiş şəxs və onun nümayəndəsi və vəkili X3 ünvanlanmış xx.xx.2022-ci il tarixli çağırış vərəqəsində göstərilmişdir ki, icraatında olan 20060256 №-li cinayət işi üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora ünvanladıqları müstəntiqə etiraza Nərimanov rayonu prokurorluğunda baxılmış və etiraz təmin olunmamış, bu barədə qərar onlara göndərilmişdir. Bununla əlaqədar xx.xx.2022-ci il tarixə kimi iş materialları ilə tanış olmaqdan ötrü Nərimanov RPİ-nə gəlməkləri xahiş olunur. - Cinayət işinin 203-205-ci vərəqələrində olan “İstintaq şöbəsinin müstəntiqinə edilmiş etirazın təmin edilməməsi barədə” 09 avqust 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs Balakərimovnanın Nərimanov RPİ-nin İŞ-in müstəntiqi Məhəmməd Tağıyevə etdiyi etirazın əsassız olduğuna görə təmin edilməməsi qərara alınmışdır. - İbtidai araşdırmaya prosessal rəhbərliyi həyata keçirən prokurorun xx.xx.2022-ci il tarixli məktubu ilə cinayət işi ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. - Məhkəməyə zərərçəkmiş şəxsin nümayəndəsi və vəkili X6 tərəfindən təqdim edilmiş və cinayət işinin materiallarına əlavə olunmuş Nərimanov rayon Prokurorluğundan Zərərçəkmiş şəxs ünvanlandığı göstərilən poçt zərfinin üzərində əks olunan möhür əkslərindən aydın olur ki, “İstintaq şöbəsinin müstəntiqinə edilmiş etirazın təmin edilməməsi barədə” 09 avqust 2022-ci il tarixli qərar xx.xx.2022-ci il tarixdə poçta təqdim edilmiş və xx.xx.2022-ci il tarixdə ünvanlandığı şəxsə çatdırılmışdır. - Məhkəməyə zərərçəkmiş şəxsin nümayəndəsi və vəkili X6 tərəfindən təqdim edilmiş və cinayət işinin materiallarına əlavə olunmuş Nərimanov RPİ tərəfindən Zərərçəkmiş şəxs ünvanlanmış iş materialları ilə tanış olmaya dair xx.xx.2022-ci il tarixli çağırış vərəqəsinin göndərildiyi poçt zərfinin üzərində əks olunmuş möhür əksindən görünür ki, həmin məktub xx.xx.2022-ci il tarixdə poçta təqdim edilmiş, xx.xx.2022-ci il tarixdə ünvanlandığı şəxsə çatdırılmışdır. Məhkəmə, məhkəmənin hazırlıq iclasında tədqiq olunan və yuxarıda göstərilmiş sənədləri və təqdim edilmiş vəsatətləri nəzərə alaraq hesab edir ki, ibtidai istintaqı həyata keçirən orqan məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair cinayət prosessual qanunvericiliyin tələblərini kobud surətdə pozmuşdur. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, ibtidai istintaqı həyata keçirən müstəntiq cinayət işinin materialları ilə tanış olmaq üçün zərər çəkmiş şəxsə və onun nümayəndəsinə zəruri şərait yaratmamışdır. Zərərçəkmiş şəxsin nümayəndəsi və vəkili X6 müstəntiq Məhəmməd Tağıyevə ərizə ilə müraciət edərək müstəntiqdən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora ünvanladıqları etiraz üzrə müvafiq yekun qərar qəbul edilənədək iş materialları ilə tanış olmalarını təxirə salmasını xahiş etmişdir. Bundan sonra, müstəntiq Məhəmməd Tağıyev xx.xx.2022-ci il tarixdə zərərçəkmiş şəxsə və onun nümayəndəsinə çağırış vərəqəsi ünvanlayaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora ünvanlanmış müstəntiqə etiraza baxıldığını və etirazın təmin edilmədiyini, xx.xx.2022-ci il tarixə kimi iş materialları ilə tanış olmaqdan ötrü Nərimanov RPİ-yə gəlməli olduqlarını bildirmişdir. Xüsusilə qeyd edilməlidir ki, “İstintaq şöbəsinin müstəntiqinə edilmiş etirazın təmin edilməməsi barədə” qərar xx.xx.2022-ci il tarixdə qəbul edilmişdir. Belə olan halda, müəyyən edilir ki, müstəntiq “hadisələri qabaqlayaraq” sözügedən qərarın qəbul edilməsindən 8 gün əvvəl, həmin qərarın nəticəsini, hətta həmin qərarın tərəfə göndərilməsini çağırış vərəqəsində göstərməklə zərərçəkmiş şəxsi iş materialları ilə tanış olmağa dəvət etmişdir. Bundan başqa, digər bir məqam bundan ibarətdir ki, iş üzrə müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixli çağırış vərəqəsi ittiham aktı tərtib edildikdən və iş materialları məhkəməyə göndərildikdən 13 gün sonra, yəni xx.xx.2022-ci il tarixdə poçta təqdim edilmiş, xx.xx.2022ci il tarixdə isə Zərərçəkmiş şəxs çatdırılmışdır. Məhz bu səbəbdən də, iş üzrə Zərərçəkmiş şəxs nümayəndəsi və vəkili X6 məhkəmənin hazırlıq iclaslarında dəfələrlə yazılı və şifahi müraciətlər ünvanlamaqla iş materialları ilə tanış olmaqlarına şərait yaradılmamasını, ümumiyyətlə işin məhkəməyə göndərilməsindən xəbərsiz olmalarını bildirmişdir. Hazırki vəziyyətdə onların bu dəlillərinin həqiqiliyi öz təsdiqini tapır. Bununla da, zərərçəkmiş şəxsin və onun nümayəndəsinin cinayət prosesinin əsas təminatlarından biri olan cinayət işinin materialları ilə tanış olma hüququ kobud surətdə pozulmuşdur. Bundan başqa, “İstintaq şöbəsinin müstəntiqinə edilmiş etirazın təmin edilməməsi barədə” 09 avqust 2022-ci il tarixli qərar ümumiyyətlə qeydiyyata alınmamışdır. İş üzrə tədqiq edilmiş sənədlərlə aydın olur ki, “İstintaq şöbəsinin müstəntiqinə edilmiş etirazın təmin edilməməsi barədə” 09 avqust 2022-ci il tarixli qərar cinayət işi məhkəməyə təqdim edildikdən sonra, xx.xx.2022-ci il tarixdə poçta təqdim edilmiş və xx.xx.2022-ci il tarixdə zərərçəkmiş şəxsə çatdırılmışdır. Həmçinin, qeyd edilməlidir ki, cinayət işində olan sənədlərin siyahısında həmin işin 202 vərəqdən ibarət olması və sonuncu olaraq 202-ci vərəqdə arayışın olması göstərilmişdir. “İstintaq şöbəsinin müstəntiqinə edilmiş etirazın təmin edilməməsi barədə” 09 avqust 2022-ci il tarixli qərar və məktub isə cinayət işində 203- 206-cı vərəqləri kimi nömrələnmiş, lakin həmin sənədlər cinayət işinə əlavə edilmiş sənədlərin siyahısında göstərilməmişdir. Yuxarıda göstərilən xüsusatlar onu deməyə əsas verir ki, cinayət təqibini həyata keçirən orqan tərəfindən zərərçəkmiş şəxs və onun nümayəndəsinin cinayət işinin materialları tanış edilməsinə dair cinayət-prosessual qanunvericiliyin imperativ tələbləri kobud şəkildə pozulmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin: 85.2.12-ci maddəsinə əsasən bu Məcəllənin 158, 159, 218—221-ci maddələrinin tələblərinə riayət etməklə ibtidai istintaqı başa çatdırmaq, habelə cinayət işinin materialları ilə təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərər çəkmiş şəxsi, mülki iddiaçını və onların nümayəndələrini tanış etmək, bununla əlaqədar verilmiş vəsatətlərə baxmaq və cinayət işi üzrə ittiham aktını tərtib edərək işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərmək müstəntiqin prosessual vəzifəsidir. 87.6.10-cu maddəsinə əsasən ibtidai istintaq başa çatdığı, o cümlədən cinayət işinin icraatına xitam verildiyi andan işin materialları ilə tanış olmaq, ona aid zəruri sənədlərin surətlərini çıxarmaq zərərçəkmiş şəxsin prosessual hüquqlarından biri kimi göstərilmişdir. 284.2-ci maddəsinə əsasən müstəntiq cinayət işinin materialları ilə tanış olmaq üçün zərər çəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və ya onların nümayəndələrinə, həmin şəxslərin xahişi olduqda, təqsirləndirilən şəxsə və müdafiəçiyə isə onların xahişindən asılı olmayaraq imkan yaradır. 289.1-ci maddəsinə əsasən bu Məcəllənin 284-288-ci maddələrində nəzərdə tutulmuş tələblər yerinə yetirildikdən sonra müstəntiq ittiham aktı tərtib edir. Cinayət prosesinin qanunçuluq prinsipinin təsbit olunduğu CPM-in 10-cu maddəsinə əsasən məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-in: 300.1 və 300.1.5-ci maddələrinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində həmçinin, cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilir; 303.3.8-ci maddəsinə əsasən məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284-286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması kobud pozuntu hesab olunur və bu halda cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Göründüyü kimi, Konstitusiya həqiqətin ortaya çıxarılmasını məhkəmə icraatının yönəldiyi son məqsəd və onun fəaliyyətinin əsas meyarı kimi təsbit etmişdir. Cinayət prosesi ictimai maraq kəsb etdiyindən, hakim özünün qulluq mövqeyinə əsasən maddi (obyektiv) həqiqətin aşkar olunması prinsipini bu icraatda rəhbər tutmalıdır. Odur ki, məhkəmə, icraatında olan hər bir iş üzrə həqiqətin tapılması istiqamətində zəruri olan bütün tədbirləri görmək və ya bunu təmin etmək öhdəliyini daşıyır. Beləliklə şərh olunanlara əsasən məhkəmə hesab edir ki, müstəntiq tərəfindən yol verilmiş göstərilən kobud qanun pozuntuları məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün deyildir və bu səbəbdən də cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 300.3-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla yanaşı məhkəmə, məhkəməyədək icraat zamanı həmin məcəllənin 303.3-cü maddəsində göstərilən kobud pozuntulara yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Məhkəmə hesab edir ki, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması qənaətinə gəlindiyindən məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası CPM-in tələblərinin kobud surətdə pozulmasına yol vermiş ibtidai istintaqı həyata keçirmiş müstəntiq barəsində xüsusi qərar çıxarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 306.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş qərarlar çıxarmaqla yanaşı, həmçinin təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığına, qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığına, təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsinə dair qərar çıxarır. Qətimkan tədbirinə münasibətdə məhkəmənin hazırlıq iclasında müəyyən olundu ki, Təqsirləndirilən şəxs tərəfindən törədilməsi ehtimal olunan cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə dair məhkəmə qeyd edir ki, şəxs ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan cinayətin törədilməsində təqsirləndirilir. Məhkəmə nəzərə alır ki, bu kateqoriyadan olan cinayətlər üzrə şəxsin azadlıqda qalması vurulmuş ziyanın ödənilməsi ehtimalını daha da artırır. Verilmiş ittiham üzrə Təqsirləndirilən şəxs az ağır cinayət törətməkdə təqsirləndirilməsinə dair məhkəmə qeyd edir ki, qanunvericilik şəxsin az ağır cinayət törətməsini onun barəsində ən ağır qətimkan tədbirinin seçilməsini məcburi edən hal kimi müəyyən etməmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs şəxsiyyəti bəllidir, Laçın rayonu, Hacılar ərazi dairəsi, Hacılar kəndində qeydiyyatda olmaqla ünvan 8 ünvanında yaşayır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin azadlıqda qalarsa cinayət prossesinin digər iştirakçılarına təsir göstərməklə məhkəmə baxışının gedişinə mane olacağına dair hallarının olması barədə dəlillər də məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın çağırışına vaxtlı-vaxtında gəlməsini, cinayət prosesində iştirak edən şəxslərə qanunsuz təsir göstərməklə məhkəmə baxışının normal gedişinə mane olmaq, həmçinin məhkəmənin çağırışlarına üzrlü səbəblər olmadan gəlməmək və ya digər yolla cinayət məsuliyyətinə cəlb edilməkdən və cəza çəkməkdən boyun qaçırmaq ehtimalları real görünmür. Beləliklə, məhkəmənin hazırlıq iclasında müəyyən olundu ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmasına zərurətin olmasına dair hallar mövcud deyildir və buna dair sübutlar ittiham tərəfindən məhkəmə iclasında da məhkəməyə təqdim edilməmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib hesab edir ki, Təqsirləndirilən şəxs daimi yaşayış yerinin olmasını, azadlıqda qalmaqla istintaq və məhkəmə orqanlarından qaçıb gizlənmək, habelə istintaqın və məhkəmə baxışının normal gedişinə maneçilik törətmək ehtimalının olmasına dəlalət edə biləcək halların müəyyən edilməməsini, onun həbsdə saxlanılmaqla cəmiyyətdən təcrid edilməsinə zərurətin olmadığını nəzərə alıb hesab edir ki, humanizm və obyektivlik baxımından verilmiş vəsatətin təmin edilməsi məqsədəmüvafiqdir və Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilməlidir. Məhkəmə bununla bağlı xüsusilə qeyd edir ki, cinayət təqibi orqanı tərəfindən istintaqın kobud pozuntularla müşayiət olunan natamamlıqla aparılmasından doğan nəticələr təqsirləndirilən şəxsin əleyhinə aradan qaldırıla bilməz. İstintaq orqanının səhvləri nəticəsində işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması zamanı qeyd olunan səhvlərin aradan qaldırılması üçün tələb olunan müddət ərzində təqsirləndirilən şəxsin azadlıq hüququnun məhz istintaq orqanın araşdırmanı kobud pozuntularla aparması səbəbindən məhdudlaşacağı nəzərə alınmalıdır. Eyni zamanda, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Radçikov Rusiya Federasiyasına qarşı” qərarında istintaqın natamamlığı və birtərəfli aparılmasına istinad edərək göstərir ki, dövlət hakimiyyət orqanlarının səhvləri və ya qüsurları təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Başqa sözlə, istintaq orqanlarının və ya hətta məhkəmələrin səhvləri ilə bağlı riskləri dövlət daşımalıdır və belə səhvlər maraqlı şəxsin (təqsirləndirilən şəxsin) hesabına aradan qaldırıla bilməz. Məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin dəyişdirilərək “ev dustaqlığı” qətimkan tədbiri seçilməli, ev dustaqlığında saxlanılma müddəti 1 (bir) ay həddində, yəni 18 noyabr 2022-ci il tarixədək müəyyən edilməli, Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilməli, təqsirləndirilən şəxsin üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cinayət prosesini həyata keçirən və ya onun davranışına nəzarəti həyata keçirən orqanların çağırışlarına gəlmək istisna olmaqla Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək vəzifələri qoyulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300.1.5, 303.3.1, 303.3.6 və 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəsatətlər təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “ev dustaqlığı” qətimkan tədbiri seçilsin və ev dustaqlığında saxlanılma müddəti 1 (bir) ay həddində, yəni 18 noyabr 2022-ci il tarixədək müəyyən edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən və ya onun davranışına nəzarəti həyata keçirən orqanların çağırışlarına gəlmək istisna olmaqla yaşayış yerindən axşam saat 22:00-dən səhər saat 07:00-dək olan müddət ərzində çıxmağı qadağan edilsin. Təqsirləndirilən şəxs üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cinayət prosesini həyata keçirən və ya onun davranışına nəzarəti həyata keçirən orqanların çağırışlarına gəlmək istisna olmaqla Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışına nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilməz. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-466/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-466/2022
18.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver