Məhkəmə qərarları › İş №1(005)-466/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-466/2024

19.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-466/2024 19.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili – Müdafiəçi iştirakları ilə, xx.xx.1984-cü ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonu Ələkli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, məhkumluğu olmayan, Bakı şəhəri, Xəzər rayonu Mərdəkan qəs. Ramin Qasımov küçəsi, ev 70 A, mənzil 24-də qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə, əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs onu Azərbaycan Respublikası Nazirlər Kabinetinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, sonuncudan 29 yanvar 2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən “Margarita” restoranının qarşısında 30000 (otuz min) manat, 31 yanvar 2023-cü il tarixdə yenidən ünvan 1 ünvanında yerləşən “Margarita” restoranının qarşısında 5000 (beş min) manat və 21 fevral 2023-cü il tarixdə qeyd olunan həmin ünvanda yenidən 5000 (beş min) manat olmaqla, vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 40000 (qırx min) nağd pulunu aldatma və etibardan sui-istifadə etmə yolu ilə alıb ələ keçirərək Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddələri ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2023-cü ilin yanvar ayında X9 vasitəsi ilə tanış olmuşdur. Belə ki, X9 ilə aralarında olan söhbətlərin birində o, bir nəfər tanışının əlində pulu olduğunu, işə düzəlmək və ya hansısa bir iş görmək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs onunla tanış olmasını və bundan sonra köməklik edə biləcəyini söyləmişdir. Zərərçəkmiş şəxs ilə tanış olub söhbət edərkən o, əvvəllər maliyyə sahəsində işlədiyini və ona uyğun işə düzəlmək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs ona tanışlarının olduğunu söyləmiş və köməklik edə biləcəyini demişdir. Təminən 10 gün sonra Zərərçəkmiş şəxs ilə görüşüb Azərbaycan Respublikası Nazirlər Kabinetinin Maliyyə İdarəsinə maliyyəçi işi olduğunu söyləmiş və həmin yerə işə düzəlməsi üçün 10.000 (on min) manat pul lazım olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs onun iş təklifi ilə razılaşmış və təxminən 10 gün sonra ünvan 2 ünvanında yerləşən “Margarita” restoranının qarşısında Seymur adlı şəxsin idarə etdiyi markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobildə 5.000 (beş min) manat pul vermiş, qalan 5 000 (beş min) manat pulu 1-2 gün ərzində çatdıracağını söz vermişdir. O, dediyi vaxta ünvan 2 ünvanında yerləşən “Margarita” restoranının qarşısında özünün idarə etdiyi markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobildə 5 000 (beş min) manat pul vəsaitini vermişdir. Zərərçəkmiş şəxs aldığı 10.000 (on min) manat pulu başqa şəxslərə olan borclarını ödəməyə və digər maddi ehtiyaclarına xərcləmişdir. İstintaq zamanı maddi zərər 40.000 manat göstərilmiş, o da göstərimiş məbləğə etiraz etməmiş və zərərçəkənin əlavə zərərə düşməsi ilə bağlı 40.000 manatı ondan almasını etiraf etmişdir. Əslində isə cəmi 10.000 manat almışdır. Hazırda Zərərçəkmiş şəxs dəymiş zərəri ödədiyini, onunla barışdığını bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsini, yəni zərərçəkmişdən işə düzəlmək adı ilə 10.000 (on min) manat pul almasına münasibətdə qeyd edir ki, onun bu ifadəsi inandırıcı deyil, özünü müdafiə xarakteri daşıyır və məsuliyyətdən boyun qaçırma kimi qiymətləndirir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ortaq tanışı Nəsibov Cəyir vasitəsi ilə Elşən ilə tanış olmuşdur. O, işə düzəlmək adı ilə Elşənə pul vermişdir. Bu işlərdən biri də Nazirlər Kabineti olmuşdur. O dostunun avtomobilini girova qoyub Elşənə nağd olaraq 10 000 manat pul vermişdir. Həmin 10 000 manatı dostunun avtomobilini qoyub faizə pul götürmüşdü. Daha sonra onun pulunu qaytara bilmədiyi üçün dostunun 40 000 manatlıq avtomobili əldən getmişdir. Əlavə olaraq da 7-8 min manat ziyan çəkmişdir. İstintaq zamanı verdiyi ifadəsini oxumuşdur. Təqsirləndirilən şəxs onu 8-9 ay süründürmüş, pulu qaytarmamışdır. Ona 40 000 manatdan çox ziyan dəymişdir. Əslində faizini də hesablasa 50.000 manatdan çox ona ziyan dəymişdir. Hazırda ona dəyən zərər tam ödənilmişdir, Təqsirləndirilən şəxs qarşı iddia və şikayəti yoxdur. İbtidai İstintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ünvan 3 ünvanında qeydiyyatda olsa da, ünvan 4 ünvanında ailəsi ilə birlikdə yaşayır. 2007-ci ildən etibarən tanıdığı X9 ilə son 4 ildir aralarında dostluq münasibətləri yaranmışdır. 2023-cü ilin yanvar ayında X9 ilə söhbət zamanı ona neçə vaxtdır işsiz olduğunu bildirmiş və əlaqələrini işə salıb iş tapmaqda kömək etməsini xahiş etmişdir. O, uzaq qohumu Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Baş X16 əmisi nəvəsi olduğunu və köməklik göstərəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs onunla görüşüb söhbət etmək istəmiş və 18 yanvar 2023-cü il tarixdə ünvan 2 ünvanında yerləşən “Margarita” restoranında X7 iştirak ilə Təqsirləndirilən şəxs ilə görüşüb tanış olmuşdur. Söhbət zamanı Təqsirləndirilən şəxs əvvəllər maliyyəçi işlədiyini bildirmiş və bu sahəyə uyğun iş tapmasında köməklik göstərməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ona gözləməsini bildirib restorandan çölə çıxmış, kiminləsə mobil telefon vasitəsi ilə danışıb yenidən onların yanına qayıdaraq, bir gün gözləməklə növbəti gün yenidən görüşmələrini bildirmişdir. Bundan iki gün sonra Təqsirləndirilən şəxs ona zəng edərək görüşmək lazım olduğunu bildirmişdir. Onun qeyd etdiyi vaxtda ünvan 2 ünvanında yerləşən “Margarita” restoranında X7 iştirak ilə Təqsirləndirilən şəxs ilə ikinci dəfə görüş, görüş zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin maliyyə şöbələrinə onu işə düzəltmək imkanının olduğunu bildirmişdir. O, işi kimin həll edəcəyini soruşmuş, Təqsirləndirilən şəxs isə cavabında işini Azərbaycan Respublikası Nazirlər Kabinetində sektor müdiri işləyən qohumu Şahid1 düzəldəcəyini bildirmişdir. Buna görə də o, Təqsirləndirilən şəxs qohumu Şahid1 Azərbaycan Respuiblikası Nazirlər kabinetində işlədiyini nəzərə alıb, Nazirlər Kabinetinin maliyyə şöbəsini seçmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər X6 işə düzəlməsi üçün 35 000 (otuz beş min) manat pul lazım olduğunu bildirmiş və bu məbləğin çox olduğunu söyləyərək, həmin məbləği aşağı salması üçün bir qədər gözləməsini istəmişdir. Növbəti gün Təqsirləndirilən şəxs ilə ünvan 2 ünvanında yerləşən “Margarita” restoranında X7 iştirak ilə görüşmüş, bu dəfə Təqsirləndirilən şəxs məbləği aşağı saldıra bilmədiyini söyləmişdir. Pulu hazırlaması üçün Təqsirləndirilən şəxs 5 gün vaxt almış və xx.xx.2023-cü il tarixdə ünvan 2 ünvanında yerləşən “Margarita” restoranında X9, dostu Şahid2 iştirakları ilə Təqsirləndirilən şəxs ilə görüşmüş, Şahid2 məxsus “X17” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda 30000 (otuz min) manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs vermiş və qalan 5000 (beş min) manat pulu iki gün sonra verə biləcəyini söyləmişdir. Təqsirləndirilən şəxs onunla razılaşmış və xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs ilə X7 iştirakı ilə ünvan 2 ünvanında yerləşən “Margarita” restoranında 5000 (beş min) manat pulu ona vermişdir. Pulu aldıqdan sonra Təqsirləndirilən şəxs bir həftə ərzində işinin həll olunacağını bildirmişdir. Bir həftə vaxt keçdikdən sonra işin hansı yerdə olduğu ilə maraqlanmış, Təqsirləndirilən şəxs sənədlərin hazırlandığını, imzalanması üçün Azərbaycan Respublikası Baş Nazirinə təqdim edildiyini bildirmiş və səbrli olmasını istəmişdir. Təxminən xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs əlavə 5000 (beş min) manat pul lazım olduğunu bildirmiş, növbəti gün Təqsirləndirilən şəxs ilə ünvan 2 ünvanında yerləşən “Margarita” restoranında görüşüb 5000 (beş min) manat pulu ona vermişdir. Təxinən 10 gün sonra Təqsirləndirilən şəxsla ünvan 2 ünvanında yerləşən “Margarita” restoranında görüşüb söhbət edən zaman o, 5000 (beş min) manat pulu işə görə deyil, öz şəxsi ehtiyacları üçün borc olaraq aldığını bildirmiş və həmin ilin mart ayının sonunda borc olaraq aldığı 5000 (beş min) manat pulu geri qaytaracağını söz vermişdir. Bundan sonra hər dəfə işin hansı yerdə olduğu ilə maraqlandıqda, Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirərək vaxt qazanmağa çalışmışdır. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə mesaj yazıb Azərbaycan Respublikası Nazirlər Kabinetində sektor müdiri işləyən Şahid1 qəbuluna gedəcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinə getməməsini, növbəti gün axşam saat 20:00-da görüşmələrini istəmişdir. Zərərçəkmiş şəxs onun dediyi kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinə getməmiş və onun qeyd etdiyi vaxtda Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində görüşmüşdürlər. Görüş zamanı Təqsirləndirilən şəxs onu aldatdığını, aldığı pulları öz şəxsi ehtiyacları üçün xərclədiyini etiraf etmiş və həmin ilin avqust ayının 15-nə qədər pulu geri qaytaracağına söz vermişdir. Onun söz verdiyi vaxt gəldikdə, Təqsirləndirilən şəxs pulu qaytarması üçün istədiyi vaxtın bitdiyini bildirmiş və pulu geri qaytarmasını tələb etmişdir, əks halda barəsində polisə şikayət edəcəyi ilə xəbərdar etmişdir. Lakin, Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirərək, pulunu qaytarmaqdan yayınmışdır. Həmin vaxtdan bugünədək bir neçə dəfə Təqsirləndirilən şəxs ilə razılığa gəlib pulunu qaytarması üçün müəyyən vaxt vermiş, lakin, Təqsirləndirilən şəxs ona heç bir məbləğdə pul qaytarmamışdır. Buna görə də Təqsirləndirilən şəxs ondan aldığı pulun geri qaytarılmasında köməklik göstərilməsi və onun barəsində qanuni tədbirlər görülməsi məqsədi ilə xx.xx.2023-cü il tarixdə Nərimanov RPİ-yə ərizə ilə müraciət etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə teleqram göndərərək istintaq zamanı verdiyi ifadəsini tam təsdiq etməsini qeyd etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs 23 ilə yaxındır tanıyır və aralarında dostluq münasibətləri vardır. Təqsirləndirilən şəxs ilə isə 2023-cü ilin yanvar ayının sonlarında Zərərçəkmiş şəxs ilə aralarında olan işə düzəltmə məsələsi ilə əlaqədar tanımışdır. Belə ki, 2023-cü ilin yanvar ayının sonlarında dostu Zərərçəkmiş şəxs ona bildirmişdir ki, onu yeni işə düzəldəcəklər və bu iş üçün ona pul lazımdır. O, Zərərçəkmiş şəxs onu işə düzəldən şəxsin kim olduğunu və hara işə düzələcəyini soruşmuşdur. Zərərçəkmiş şəxs cavabında onu işə düzəldən şəxsin Əli Əsədovun qohumu olduğunu və onu 35000 (otuz beş min) manat məbləğində pul vəsaiti qarşılığında Azərbaycan Respublikası Nazirlər Kabinetinə işə düzəldəvəyini bildirmişdir. O, Zərərçəkmiş şəxs pul vermək üçün özünə məxsus olan “X17” markalı, 10- GC-012 dövlət qeydiyyat nişanlı avtomobili “X12rşısında olan adını xatırlamadığı lizinq şirkətində girov qoyaraq 30000 (otuz min) manat pul götürmüşdür. Daha sonra həmin pulun qalan hissəsini Zərərçəkmiş şəxs özü tamamlamış, o, ortaq dostları Cəyir adlı şəxslə birlikdə 2023-cü ilin yanvar ayının sonlarında ünvan 2 ünvanında yerləşən “Margarita” restoranında Təqsirləndirilən şəxs ilə görüşmüşdürlər. Görüş zamanı Zərərçəkmiş şəxs onu işə düzəltməsi üçün Təqsirləndirilən şəxs əlbəəl 30000 (otuz min) manat nağd pul vəsaiti vermişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs işə düzəltmək adı ilə Zərərçəkmiş şəxs əlavə 5000 (beş min) manat pul aldığı və həmin pulu ələ keçirərək Zərərçəkmiş şəxs işə düzəltməməsi barədə məlumatı olmuşdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Bakı şəhəri ünvan 5 ünvanında ailəsi ilə birlikdə yaşayır. 24 yanvar 2020ci ildən etibarən Azərbaycan Respublikası Nazirlər X3 Sektorunun müdiri vəzifəsində çalışır. Təxminən 2023-cü ilin avqust ayında Zərərçəkmiş şəxs onunla əlaqə saxlayıb Təqsirləndirilən şəxs adından istifadə edib onu işə düzəltməsini təklif etdiyini söyləmişdir. O, Zərərçəkmiş şəxs cavab olaraq, Təqsirləndirilən şəxs yalan danışdığını, onu aldatdığını, Təqsirləndirilən şəxs ilə bu barədə danışıqlarının olmadığını bildirmişdir. Bundan sonra onun Zərərçəkmiş şəxs ilə arasında heç bir ünsiyyət olmamışdır. Şahid1 ifadəsində, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında olan hər hansı bir razılaşma barədə məlumatının olmadığını qeyd etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 6 ünvanında yerləşən “Margarita” restoranıdır. “Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında” 15 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutularaq saat 20:10 radələrində şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-932/2024 saylı, 17 iyul 2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 15 iyul 2024-cü il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş 25 iyul 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-1258/2024 saylı, 12 oktyabr 2024-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 20 gün, yəni 04 noyabr 2024-cü il tarixədək uzadılmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2010-cu il tarixdə doğulmuş X1 anası X4 və atası Təqsirləndirilən şəxsdur. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2015-ci il tarixdə doğulmuş X2 anası X4 və atası Təqsirləndirilən şəxsdur. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2015-ci il tarixdə doğulmuş X5 anası X4 və atası Təqsirləndirilən şəxsdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin və şahidlərin ibtidai istintaqda zamanı səsləndirdiyi və iş materiallarında olan ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146). “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə – dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf edərək səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, zərərçəkənin ona qarşı şikayət və tələbinin olmamasını, himayəndə 3 yetkinlik yaşına çatmayan uşağının olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır və bu baxımdan törədilmiş cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənilməsini, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır, həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət etdiyi qənaətinə gəlir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cərimə və azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, həbsdə saxlanıldığı 05 (beş) ay 04 (dörd) gün həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir (CPM-162.1.2). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 05 (beş) ay 04 (dörd) gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla 10 (on) ay 08 (səkkiz) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il, 07 (yeddi) ay 22 (iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılması saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək barəsində "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar