Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-467/2021 23.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, "xxxx" MMC-də sürücü işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, hazırda barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda - 2,528 qram çəkidə “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil olan psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla ünvan 3 ünvanının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 01 sentyabr 2021-ci il tarixdə, saat 16:55-də yuxarıda qeyd edilən ünvanda saxlanılaraq ünvan 4Mİ-nə gətirilmiş və orada həmin tarixdə saat 18:49-dan üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki göy rəngli cins şalvarın sol arxa cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 01 ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 2,528 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 4 ay olar ki, narkotik vasitə qurudulmuş marixuanadan və “şüşə” kimi tanıdığı metamfetamindən istifadə edir. 2-3 il olar ki, dəqiq adını bilmədiyi və “Gülü” kimi tanıdığı qadınla dostluq edir. Əvvəllər taksi fəaliyyəti ilə məşğul olan zaman “Gülü” onun müştərisi olmuşdur. “Avqust ayının 30-da Gülü ona zəng edib Qaraçuxur qəsəbəsində kirayə yaşadığı evə çağırmışdır. O, evə getdiyi zaman Gülü ona demişdir ki, əlində narkotik vasitə olan “şüşə” və “nəşə” var. O, Gülüdən haradan tapdığını soruşduqda demişdir ki, “Əli” adlı sevgilisini tutublar və onun evdə olan şalvarının cibindən tapıb. O, təklif etmişdir ki, narkotik vasitələri istifadə etməyi üçün ona versin. O, hətta Gülüyə demişdir ki, ola bilər ki, polislər gəlib evə baxış keçirsinlər. Ona görə də, Gülü narkotik vasitələri ona verməyə razılaşmışdır. “Gülü” ilə yaxşı münasibəti olduğundan ondan narkotik vasitələrə görə pul almamışdır. Bundan sonra həmin maddələrdən bir bükümünü şalvarının cibinə, bir bükümünü isə avtomobilin ön sağ oturacağının qarşısındakı saxlanc yerinə qoymuşdur. Bu hadisənin üzərindən iki gün keçəndən sonra, yəni 01 sentyabr 2021-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri, Xətai rayonu, Y.Səfərov küçəsində idarə etdiyi “Ford Transit” markalı **-FV-*** qeydiy/at nişanlı avtomobilin yanında olduğu zaman 3 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib ondan anket məlumatlarını soruşmuşlar. O, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. O, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərində və idarə etdiyi avtomobildə narkotik vasitə vardır. Bundan sonra polis əməkdaşları onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. O, buna etiraz etməyib idarə etdiyi avtomobillə birikdə polis əməkdaşları ilə həmin idarəyə gəlmişdir. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışa başlanmamışdan əvvəl ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra o, üzərində “şüşə” adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirib, əynində olan göy rəngli cins şalvarının sol arxa cibindən 01 ədəd siqaret qutusunu və özünə məxsus şəxsiyyət vəsiqəsini, şalvarının sağ arxa cibində olan 02 ədəd “Samsung” markalı mobil telefonu, şalvarının sağ yan cibində olan “Nokia” markalı mobil telefonu və 10 manat pulu, şalvarının sol yan cibində olan 01 ədəd avtomobil açarını çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi 01 ədəd siqaret qutusuna baxış zamanı qutunun içindən 01 ədəd gümüşü rəngli kağıza bükülmüş vəziyyətdə 01 ədəd sellofan bükülü aşkar olunmuşdur. O, həmin sellofan bükümün içərisində “şüşə” adı ilə tanıdığı narkotik vasitə olduğunu qeyd etmişdir. Təqdim etdiyi sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda içərisində “şüşə” adı ilə tanıdığı narkotik vasitə aşkar edilmişdir. Şifahi sorğu zamanı o, özünü müdafiə etmək üçün üzərindən aşkar edilmiş maddəni anket məlumatlarını dəqiq bilmədiyi "Gülü" adlı tanışının təxminən 3-4 gün əvvəl saxlamağı üçün ona verdiyini, həmin maddəni sonradan “Gülü” adlı qadının dediyi şəxsə verməli olduğunu, lakin bunun müqabilində “Gülü” adlı qadından hər hansı bir məbləğdə pul almadığını bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra üzərindən aşkar olunmuş 01 ədəd sellofan bükümdə olan “şüşə” adı ilə tanıdığı narkotik vasitə 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənmiş və iştirakçılar tərəfindən, o cümlədən tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı üzərindən aşkar edilmiş psixotrop maddədən başqa “Gülü" adlı qadının ona verdiyi narkotik vasitə qurudulmuş marixuananın isə hazırda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasının həyətində saxlanılan idarə etdiyi “Ford Transit” markalı **-FV-*** qeydiyyat nişanlı avtomobildə gizlədib saxladığını və həmin narkotik vasitəni təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, protokol iştirakçılara ucadan oxunmuş, düzgün tərtib edildiyi üçün o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Bundan sonra avtomobilə baxış keçirilməsinə etirazının olmaması ilə bağlı ərizə yazmış və onun iştirakı ilə videoçəkiliş edərək idarə etdiyi “Ford Transit” markalı **-FV-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilməyə başlanılmışdır. Baxış başlanmamışdan öncə ona təklif edilmişdir ki, avtomobildə narkotik vasitələr, psixotrop maddələr, qanunla dövriyyəsi qadağan edilmiş əşyalar, maddələr və ya sənədlər varsa, həmin maddələri və əşyaları könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra o, idarə etdiyi “Ford Transit" markalı **- FV-*** qeydiyyat nişanlı avtomobilin qabaq sağ qapısını açıb avtomobilin salon hissəsində qabaq sağ tərəfdə yerləşən saxlanc yerini açıb orada olan 01 ədəd gümüşü rəngli kağız bükümü götürüb təqdim etmiş və həmin bükümün içində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Təqdim etdiyi gümüşü rəngli kağız büküm iştirakçıların şahidliyi ilə açıldıqda içərisində narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Aşkar olunmuş 01 ədəd kağız bükümdə olan narkotik vasitə qurudulmuş marixuana 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı o, yenə də özünü müdafiə etmək məqsədi ilə üzərindən aşkar edilmiş maddəni və eyni zamanda idarə etdiyi avtomobildən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı anket məlumatlarını dəqiq bilmədiyi “Gülü” adlı tanışı tərəfindən təxminən 3-4 gün əvvəl saxlamağı üçün ona verildiyini, həmin maddəni sonradan “Gülü” adlı qadının dediyi şəxsə verməli olduğunu, lakin bunun müqabilində “Gülü” adlı qadından hər hansı bir məbləğdə pul almadığını bildirmişdir. Baxış zamanı avtomobilin salon hissəsindən avtomobilə məxsus olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi aşkar olunub götürülmüşdür. Baxışın keçirilməsi davam etdirilərkən avtomobildən başqa əşya və predmetlər aşkar edilərək götürülməmişdir. Bundan sonra avtomobilə baxış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, protokol iştirakçılara ucadan oxunmuş, düzgün tərtib edildiyi üçün o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. O, nə saxlanılan zaman, nə üzərinə şəxsi axtarış keçirilən zaman, nə də avtomobilinə baxış keçirilən zaman heç bir fiziki və ya psixi təyziqə məruz qalmamışdır. Saxlanılan zaman polis əməkdaşlarına heç bir müqavimət göstərməmişdir. Hazırda əməlindən peşmandır, bunu nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 01 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması bərədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün tərəfindən qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə bağlı olaraq onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmış və qrupa işlədiyi Baş İdarənin əməliyyat müvəkkilləri polis kapitanı Şahid2 və polis baş leytenantı Şahid3 daxil edilmişdir. 01 sentyabr 2021-ci il tarixdə saat 16-17 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi **-FV-*** dövlət qeydiyyat nişanlı “Ford Transit" markalı avtomobillə birlikdə ünvan 3 ünvanının yaxınlığında olması müəyyən edilmiş və həmin yerə getmişlər. Saat 16:55-də qeyd edilən yerdə Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsi müəyyən etmişlər. Həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər və onun da özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs Flüseyn oğlu olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qarunsuz dövriyyəsində şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş qərarla tanış etmişlər və onu idarə etdiyi avtomobillə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. O da etiraz etmədən onlarla Baş İdarəyə gəlmişdir. Baş İdarənin inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə ona hüquq və vəzifələri izah edilmiş və Baş İdarənin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı Mirata Seyidov tərəfindən Təqsirləndirilən şəxs Flüseyn oğlunun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmiş və əvvəlcə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaları könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşıb əynində olan göy rəngli cins şalvarın ciblərindən 01 ədəd siqaret qutusunu, özünə məxsus şəxsiyyət vəsiqəsini, 02 ədəd “Samsung” markalı mobil telefonu, 01 ədəd “Nokia” markalı mobil telefonu, 10 manat pulu və 01 ədəd avtomobil açarını təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd siqaret qutusuna baxış zamanı qutunun içindən 01 ədəd gümüşü rəngli kağıza bükülmüş vəziyyətdə 01 ədəd sellofan büküm aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin sellofan bükümün içərisində “şüşə” adı ilə tanıdığı narkotik vasitə olduğunu qeyd etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda içərisində kristal şəkilli, ağ rəngli, psixotrop maddə metamfetaminə oxşar maddələr olması müşahidə edilmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddədən başqa “Gülü” adlı qadının ona verdiyi narkotik vasitə qurudulmuş marixuananı hazırda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasının həyətində saxlanılan idarə etdiyi “Ford Transit” markalı **-FV-*** qeydiyyat nişanlı avtomobildə gizlədib saxladığını və həmin narkotik vasitəni təqdim edə biləcəyini bildirmişdir Keçirilmiş şəxsi axtarışla bağlı protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Ford Transit” markalı **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsinə etirazının olmaması ilə bağlı ərizə yazmış və həmin avtomobilə baxış keçirilməsinə başlanılmışdır. Baxışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs avtomobildə narkotik vasitələr və psixotrop maddələr, qanunla dövriyyəsi qadağan edilmiş digər əşyalar varsa onları təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Ford Transit” markalı **-FV-*** qeydiyyat nişanlı avtomobilin qabaq sağ qapısını açıb avtomobilin salon hissəsində qabaq sağ tərəfdə yerləşən saxlanc yerini açaraq orada olan 01 ədəd gümüşü rəngli kağız bükümü götürüb təqdim etmiş və həmin bükümün içində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi gümüşü rəngli kağız büküm iştirakçıların şahidliyi ilə açıldıqda içərisində ot şəkilli, yaşıl rəngli, spesifik qoxuya malik, narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə olması müşahidə edilmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar olunmuş 01 ədəd kağız bükümdə olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Baxış zamanı avtomobilin salon hissəsindən həmçinin, avtomobilə məxsus qeydiyyat şəhadətnaməsi də aşkar olunaraq götürülmüşdür. Baxışın keçirilməsi davam etdirilərkən avtomobildən başqa cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra avtomobilə baxış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Bundan əlavə qeyd etmişdir ki, Baş İdarəyə daxil olmuş ilkin məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotk vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə qeyd edilsə də, sonradan keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı satış faktını təsdiq edən heç bir məlumat aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 iş üzrə digər Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək sonuncunun dediklərini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” 01 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 sentyabr 2021-ci il tarixdə, saat 16:55-də şübhəli şəxs qismində tutulmuşdur; “Şəxsi axtarış və götürmə aparılması haqqında” 01 sentyabr 2021-ci tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin xüsusilə mühüm işlər üzrə baş təhqiqatçısı, polis mayoru X2, əməliyyat müvəkkilləri Şahid1, Şahid2, Şahid3, Təqsirləndirilən şəxs, onun müdafiəçisi “Yusif Allahverdiyev və Partnyorları” Vəkil Bürosunun vəkili X3 iştirakları ilə protokol tərtib edilmişdir. Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs 01 sentyabr 2021-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saat 16:55də Bakı şəhəri, Xətai rayonu, Y.Səfərov küçəsi 5 ünvanının yaxınlığında idarə etdiyi “Ford Transit” markalı, **-FV-*** qeydiyyat nişanlı avtomobilin yanında saxlanılmış, saxlanılarkən üzərində şəxsi axtarış aparılmasına, eləcə də avtomobilə baxış keçirilməsinə yerində şərait olmadığına görə Təqsirləndirilən şəxslə bağlı prosessual hərəkətlərin aparılmasından ötrü əməkdaşların müşayiəti altında saxlanıldığı yerdən idarə etdiyi avtomobillə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olaraq gətirilmiş və barəsində şübhəli şəxs qismində tutma haqqında qərar qəbul edilmiş Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 01 sentyabr 2021-ci il tarixli qərara əsasən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasında xidməti iş otağında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində 01 sentyabr 2021-ci il tarixdə saat 18:49-da şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən 01 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə oxşar maddə aşkar olunaraq götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminə oxşar maddəni anket məlumatlarını dəqiq bilmədiyi “Gülü” adlı tanışı tərəfindən təxminən 3-4 gün əvvəl saxlaması üçün ona verildiyini, həmin maddəni sonradan “Gülü” adlı qadının dediyi şəxsə verməli olduğunu bildirmiş, bundan əlavə üzərindən aşkar edilmiş psixotrop maddədən əlavə “Gülü” adlı qadının ona verdiyi narkotik vasitə qurudulmuş marixuananı isə hazırda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasının həyətində saxlanılan idarə etdiyi “Ford Transit” markalı, **-FV- *** qeydiyyat nişanlı avtomobildə gizlədib saxladığını və həmin narkotik vasitəni də təqdim edə biləcəyini qeyd etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs idarə etdiyi “Ford Transit” markalı, **-FV-*** qeydiyyat nişanlı avtomobildə narkotik vasitələrin və psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan Baş İdarənin inzibati binasının həyətində saxlanılmış Təqsirləndirilən şəxs idarə etdiyi “Ford Transit” markalı, **-FV-*** qeydiyyat nişanlı avtomobilə onun özünün icazəsi və iştirakı ilə video çəkilişdən istifadə edilməklə 01 sentyabr 2021-ci il tarixdə saat 19:47-də baxış keçirmişdir. Baxış keçirilməsindən əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-in 19-cu maddəsinə əsasən hüquqi yardım almaq, həmin Məcəllənin 26-cı maddəsinə əsasən cinayət mühakimə icraatının aparıldığı dili bilmədiyi halda öz ana dilindən istifadə etmək, ibtidai araşdırma zamanı tərcüməçinin köməyindən pulsuz istifadə etmək hüquqları, həmin Məcəllənin 90-cı maddəsi ilə nəzərdə tutulmuş şübhəli şəxsin hüquq və vəzifələri izah edildi. Eyni zamanda izah edildi ki, Azərbaycan Respublikası CPM-in 20-ci maddəsinə əsasən heç kəs şəxsən özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməz və buna görə hər hansı təqibə məruz qala bilməz. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs baxışın videoçəkiliş vasitəsi ilə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 tərəfindən aparılacağı barədə məlumat verildi, şübhəli şəxs Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirdikdən sonra ona idarə etdiyi “Ford Transit” markalı, **-FV-*** qeydiyyat nişanlı avtomobildə narkotik vasitələr və psixotrop maddələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar, maddələr və ya sənədlər varsa, həmin maddələri və əşyaları könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Ford Transit” markalı, **-FV-*** qeydiyyat nişanlı avtomobilin qabaq sağ qapısını özündə olan açarla açıb avtomobilin salon hissəsində qabaq sağ tərəfdə yerləşən saxlanc yerini açıb orada olan 01 ədəd gümüşü rəngli kağız bükümü götürüb təqdim etdi və həmin bükümün içində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirdi. Təqsirləndirilən şəxs təqdim etdiyi gümüşü rəngli kağız büküm iştirakçıların şahidliyi ilə açıldıqda içərisində ot şəkilli, yaşıl rəngli, spesifik qoxuya malik, narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə olması müşahidə edildi. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar olunmuş 01 ədəd kağız bükümdə olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfimdən 01 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalandı. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminə oxşar maddəni və eyni zamanda idarə etdiyi avtomobildən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütləni anket məlumatlarını dəqiq bilmədiyi “Gülü” adlı tanışı tərəfindən təxminən 3-4 gün əvvəl saxlaması üçün ona verildiyini, həmin maddəni sonradan “Gülü” adlı qadının dediyi şəxsə verməli olduğunu, lakin bunun müqabilində “Gülü” adlı qadından hər hansı bir məbləğdə pul almadığını bildirdi. Baxış zamanı Təqsirləndirilən şəxs idarə etdiyi “Ford Transit” markalı, **-FV-*** qeydiyyat nişanlı avtomobilin salon hissəsindən həmin avtomobilə məxsus olan AB-986520 seriya nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi aşkar olunub götürüldü. Baxışın keçirilməsi davam etdirilərkən avtomobildən başqa cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşya və predmetlər aşkar edilmədi. Sorğu zamanı Təqsirləndirilən şəxs idarə etdiyi “Ford Transit” markalı, **-FV-*** qeydiyyat nişanlı avtomobilin "xxxx" MMC-yə məxsus olduğunu və avtomobili etibarnamə əsasında idarə etdiyini bildirmişdir. Şəxsi axtarış və götürmə gündüz vaxtı, xidməti iş otağında, süni işıqlandırma şəraitində aparıldı. Şəxsi axtarış 01 sentyabr 2021-ci il tarixdə saat 19:12-də başa çatdı. Şəxsi axtarış və götürmə zamanı “SONY” markalı videokameradan istifadə edilməklə video çəkilişi aparılmışdır. Protokol iştirakçılara ucadan oxundu, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olundu. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmadı. Protokol düzgün tərtib edilmişdir, imzalarla təsdiq edilmişdir; “Baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” 01 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin xüsusilə mühüm işlər üzrə baş təhqiqatçısı, polis mayoru X2 tərəfindən Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkilləri Şahid1, Şahid2, Şahid3, Təqsirləndirilən şəxs, onun müdafiəçisi “Yusif Allahverdiyev və Partnyorları” Vəkil Bürosunun vəkili X3 iştirakları ilə protokol tərtib edilmişdir. Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs 01 sentyabr 2021-ci il tarixdə həyata keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı saat 16:55-də Bakı şəhəri, Xətai rayonu, Y.Səfərov küçəsi 5 ünvanının yaxınlığında idarə etdiyi “Ford Transit” markalı, **-FV-*** qeydiyyat nişanlı avtomobilin yanında saxlanılmış, saxlanılarkən üzərində şəxsi axtarış aparılmasına, eləcə də avtomobilə baxış keçirilməsinə yerində şərait olmadığına görə Təqsirləndirilən şəxslə bağlı prosessual hərəkətlərin aparılmasından ötrü əməkdaşların müşayiəti altında saxlanıldığı yerdən idarə etdiyi avtomobillə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olaraq gətirilmiş və barəsində şübhəli şəxs qismində tutma haqqında qərar qəbul edilmiş Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 01 sentyabr 2021-ci il tarixli qərara əsasən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasında xidməti iş otağında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində 01 sentyabr 2021-ci il tarixdə saat 18:49-da şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən 01 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə oxşar maddə aşkar olunaraq götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminə oxşar maddəni anket məlumatlarını dəqiq bilmədiyi “Gülü” adlı tanışı tərəfindən təxminən 3-4 gün əvvəl saxlaması üçün ona verildiyini, həmin maddəni sonradan “Gülü” adlı qadının dediyi şəxsə verməli olduğunu bildirmiş, bundan əlavə üzərindən aşkar edilmiş psixotrop maddədən əlavə “Gülü” adlı qadının ona verdiyi narkotik vasitə qurudulmuş marixuananı isə hazırda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasının həyətində saxlanılan idarə etdiyi “Ford Transit” markalı, **-FV-*** qeydiyyat nişanlı avtomobildə gizlədib saxladığını və həmin narkotik vasitəni də təqdim edə biləcəyini qeyd etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs idarə etdiyi “Ford Transit” markalı, **-FV-*** qeydiyyat nişanlı avtomobildə narkotik vasitələrin və psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan Baş İdarənin inzibati binasının həyətində saxlanılmış Təqsirləndirilən şəxs idarə etdiyi “Ford Transit” markalı, **-FV-*** qeydiyyat nişanlı avtomobilə onun özünün icazəsi və iştirakı ilə video çəkilişdən istifadə edilməklə 01 sentyabr 2021-ci il tarixdə saat 19:47-də baxış keçirmişdir. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs baxışın videoçəkiliş vasitəsi ilə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 tərəfindən aparılacağı barədə məlumat verildi, şübhəli şəxs Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirdikdən sonra ona idarə etdiyi “Ford Transit” markalı, **-FV-*** qeydiyyat nişanlı avtomobildə narkotik vasitələr və psixotrop maddələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar, maddələr və ya sənədlər varsa, həmin maddələri və əşyaları könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Ford Transit” markalı, **-FV-*** qeydiyyat nişanlı avtomobilin qabaq sağ qapısını özündə olan açarla açıb avtomobilin salon hissəsində qabaq sağ tərəfdə yerləşən saxlanc yerini açıb orada olan 01 ədəd gümüşü rəngli kağız bükümü götürüb təqdim etdi və həmin bükümün içində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirdi. Təqsirləndirilən şəxs təqdim etdiyi gümüşü rəngli kağız büküm iştirakçıların şahidliyi ilə açıldıqda içərisində ot şəkilli, yaşıl rəngli, spesifik qoxuya malik, narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə olması müşahidə edildi. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar olunmuş 01 ədəd kağız bükümdə olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfimdən 01 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalandı. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminə oxşar maddəni və eyni zamanda idarə etdiyi avtomobildən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütləni anket məlumatlarını dəqiq bilmədiyi “Gülü” adlı tanışı tərəfindən təxminən 3-4 gün əvvəl saxlaması üçün ona verildiyini, həmin maddəni sonradan “Gülü” adlı qadının dediyi şəxsə verməli olduğunu, lakin bunun müqabilində “Gülü” adlı qadından hər hansı bir məbləğdə pul almadığını bildirdi. Baxış zamanı Təqsirləndirilən şəxs idarə etdiyi “Ford Transit” markalı, **-FV-*** qeydiyyat nişanlı avtomobilin salon hissəsindən həmin avtomobilə məxsus olan AB-986520 seriya nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi aşkar olunub götürüldü. Baxışın keçirilməsi davam etdirilərkən avtomobildən başqa cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşya və predmetlər aşkar edilmədi. Sorğu zamanı Təqsirləndirilən şəxs idarə etdiyi “Ford Transit” markalı, **-FV-*** qeydiyyat nişanlı avtomobilin "xxxx" MMC-yə məxsus olduğunu və avtomobili etibarnamə əsasında idarə etdiyini bildirdi. Təqsirləndirilən şəxs idarə etdiyi “Ford Transit” markalı, **-FV-*** qeydiyyat nişanlı avtomobilə baxış axşam vaxtı və süni işıqlandırma şəraitində keçirildi. Baxış keçirilməsi 01 sentyabr 2021-ci il tarixdə saat 20:03-də başa çatdı. Baxış keçirilməsi zamanı “Sony” markalı videokameradan istifadə edilməklə video çəkilişi aparılmışdır. Protokol iştirakçılara ucadan oxundu, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olundu. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmadı. Protokol düzgün tərtib edilmişdir, imzalarla təsdiq edilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02.09.2021-ci il tarixli, 7/870 nömrəli məhkəmə ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar olunmuş...” sözləri yazılmış kağız paketdə bir ədəd qızılı rəngli kağız bükülüdə təmiz çəkisi 0,336 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 89 (səksən doqquz) manatdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02.09.2021-ci il tarixli, 6/3825 nömrəli məhkəmə ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №6” dairəvi möhür əksi olan, “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd kağız paketin içərisində olan bir ədəd bükümdə təmiz çəkisi 2,528 qram olan ağ rəngli kristallik formada olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir.Aparılmış ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manatdır; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-891/2021 nömrəli, 03.09.2021-ci il tarixli qərarından görünür ki, CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 01 sentyabr 2021-ci il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir; “Maddi sübut hesab edilməsi haqqında” 03 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 0,316 qram narkotik vasitə qurudulmuş marixuana və qalıq çəkisi 0,2478 qram olan psixotrop maddə metamfetamin maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 06.09.2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; “Telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında” 20 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi X5 icraatında olan ********* nömrəli cinayət işi üzrə "xxxx" MMC-dən daxil olmuş, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrin 01 mart 2021-ci il tarixdən 01 sentyabr 2021-ci il tarixədək daxil olan və çıxan zənglərdən çıxarışlara dair məlumatlara baxış keçirmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, məlumatlar "xxxx" MMC-nin 17.09.2021-ci il tarixli, BKC/LGL-17147/21 nömrəli məktubuna əlavə edilmiş bir ədəd CD diskdə təqdim olunmuşdur. Həmin disk istifadəmdə olan «Toshiba» markalı kompyuterin qurğusuna daxil edilməklə baxış keçirilərkən müəyyən edildi ki, diskdə ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələri ilə aparılmış danışıqlara aid bir ədəd faylın içərisində 08 ədəd qovluqlar vardır. Telefon danışıqlarına dair məlumatlara baxış keçirilərək müəyyən edildi ki, ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrəsi Təqsirləndirilən şəxs istifadəsində olmuşdur. Baxış zamanı ***-***-**-** və ***-***-**-** mobil telefon nömrəsindən müxtəlif nömrələrlə telefon danışıqları və SMS yazışmalarının aparılması aşkar edilsə də, narkotik vasitə və ya psixotrop maddələrin alışı, satışı və istifadəsini təsdiq edən hər-hansı bir danışıqların və sms yazışmalarının aparılması müəyyən edilməmişdir; “Mobil telefona baxış keçirilməsi barədə” 18 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi X5 icraatında olan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs götürülmüş 03 ədəd “Nokia 8110”, “Samsung G530H”, “Samsung Galaxy A51” markalı mobil telefon aparatlarına baxış keçirib həmin protokolu tərtib etmişdir. Bir ədəd qara rəngli “Nokia 8110” markalı mobil telefon aparatı işlənmiş vəziyyətdədir, plasmas-metal gövdəli, düyməli və daxili antenalıdır. Mobil telefonun yuxarı hissəsində şarj və qulaqcıq yuvalarının olması müəyyən edildi. Mobil telefonun düymə hissəsinin önündə diyircəkli qapaq var. Telefon işlək vəziyyətə gətirilərək daxilində olan məlumatlara baxış keçirilən zaman Təqsirləndirilən şəxs tərəfindən narkotik vasitə və ya psixotrop maddələrin alışı, satışı və istifadəsini təsdiq edən hər-hansı bir danışıqların və sms yazışmalarının aparılması müəyyən edilməmişdir. Bir ədəd ağ rəngli “Samsung G530H” markalı mobil telefon aparatı işlənmiş vəziyyətdədir, plasmas-metal gövdəli, sensor dizaynlı, daxili antenalı, daxili yaddaşlı və rəqəmsal fotokameralıdır. Mobil telefonun sağ yan tərəfində ekranı kilidləmə düyməsinin, sol yan tərəfində isə səs tənzimi düymələrinin olması müəyyən edildi. Mobil telefon işlək vəziyyətə gətirilərək daxilində olan məlumatlara baxış keçirilən zaman Təqsirləndirilən şəxs tərəfindən narkotik vasitə və ya psixotrop maddələrin alışı, satışı və istifadəsini təsdiq edən hər-hansı bir danışıqların və sms yazışmalarının aparılması müəyyən edilməmişdir. Bir ədəd qara rəngli “Samsung Galaxy A51” markalı mobil telefon aparatı işlənmiş vəziyyətdədir, plasmas-metal gövdəli, sensor dizaynlı, daxili antenalı, daxili yaddaşlı və rəqəmsal fotokameralıdır. Mobil telefonun sağ yan tərəfində ekranı kilidləmə düyməsinin və səs tənzimi düymələrinin olması müəyyən edildi. Mobil telefonun üzərində qara rəngli qobura var. Telefon işlək vəziyyətə gətirilərək daxilində olan məlumatlara baxış keçirilən zaman Təqsirləndirilən şəxs tərəfindən narkotik vasitə və ya psixotrop maddələrin alışı, satışı və istifadəsini təsdiq edən hər-hansı bir danışıqların və sms yazışmalarının aparılması müəyyən edilməmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator məcburi-narkoloji tibbi yoxlama haqqında 27 oktyabr 2021-ci il tarixli, 4166 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür; “Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” 15 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilmişdir. Şəxsi axtarış və götürmə zamanı aparılmış videogörüntünü özündə əks etdirən 01 (bir) ədəd DVD disk maddi sübut hesab edilmiş və iş materiallarına əlavə olunmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İİ siyahının 67-ci qrafasına əsasən psixotrop maddə sayılan 0,15 qram metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar, 12-ci qrafasına əsasən isə narkotik vasitə hesab edilən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 5 qram hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin təmiz çəkisi isə 2,478 qram və qurudulmuş marixuananın təmiz çəkisi isə 0,316 qram təşkil etmişdir. Qeyd olunan siyahıya əsasən, psixotrop maddə olan metamfetaminin həmin miqdarı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: cinayəti etiraf etməsi və əməlindən peşman olmasını; qeydiyyat yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Bakı şəhəri 146 saylı MKİS tərəfindən verilmiş xasiyyətnamə); himayəsində körpə və azyaşlı uşaqlarının olmasını (əsas: iş materiallarında olan AA31644906 nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surəti; 4 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş 11.08.2021-ci il tarixli, AZ – İV seriyalı, 622608 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surəti); İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3cü maddəsi). Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə, CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq olunmamalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-in 158.2.1, 158.6, CM-in 69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.2), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı (CM-in 93.1.2), iş üzrə maddi sübut - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlanc yerinə təhvil verilmiş psixotrop maddə metamfetaminin və narkotik vasitə olan qurudulmuş marixuananın qalıq çəkisi məhv edilməli, “Şəxsi axtarış və götürmə zamanı aparılmış videogörüntünü özündə əks etdirən 01 (bir) ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılmalı (CPM-in 132), məhkəmə məsrəflərinə aid olan ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. (CPM-in 198.1) Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 01 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlanc yerinə təhvil verilmiş 2,478 qram psixotrop maddə metamfetamin və 0,316 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut - Şəxsi axtarış və götürmə zamanı aparılmış videogörüntünü özündə əks etdirən 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 154 (yüz əlli dörd) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, hesab №2088501, X1, KOD-210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22) keçirilsin. Hökmdən elan edildiyi (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №1(005)-467/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-467/2021
23.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver