Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-467/2022 05.10.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2001-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkum olunmayan, Kürdəmir rayonu, Təklə kəndində qeydiyyatda olan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qanunsuz olaraq, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 2022-ci ilin mart ayının 12-də işlədiyi Nərimanov rayonu ərazisindəki “Dostlar” kafesində tanışı X1 məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə hesab edilən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuanadan şəxsi istehlak miqdarından artıq miqdarda hər birində ayrı-ayrılıqda 3,405 qram, 5,653 qram və 3,440 qram, ümumi təmiz çəkisi 12.498 qram eyni tərkibli qurudulmuş marixuananı əldə etmiş 2022-ci ilin aprel ayının 13dək üstündə saxlamaqla daşımış, həmin gün üstündə ünvan 1 ünvanının qarşısına daşımış və orada, saat 17:45-də Elnur Qurbanovla birlikdə olarkən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı saxlanılaraq Baş Narkotıklərlə Mübarizə İdarəsinin inzibatı binasına gətirilmiş, saat 19:50-də üstündə şəxsi axtarış aparılarkən əynində olan qara rəngli şalvarının sağ yan cibindən 02 ədəd sellofan kəsiyindən, qara rəngli dəri gödəkçənin sol iç cibindən 01 ədəd sellofan kəsiyindən hazırlanmış kiçik bağlamalarda ayrı-ayrılıqda çəkisi 3,405 qram. 5.653 qram və 3.440 qram, ümumi təmiz çəkisi 12.498 qram eyni tərkibli Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilmiş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlamış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-cı maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək bildirmişdir ki, təxminən 2022-ci ilin mart ayının 1-ci 10 günlüyündə işdə olarkən kafedə olan müştərilərdən biri onun üçün araq almağı xahiş etdiyindən kafedən çıxıb yaxınlıqdakı “Araz” marketə yollanmışdır. “Araz” marketə çatmamış məişət tullantıları qablarının qarşısında marketdə işləyən Elnuru görmüşdür. Elnur da onu görüb yanına çağırmışdır Yaxınlaşanda Elnur əlində olan idman çantasına işarə etmiş və şəxsi əşyaları olduğunu, marketə aparmağa icazə vermədiklərini bildirmiş, xahiş etmişdir ki, o, aparıb işlədiyi kafedə saxlasın, işdən sonra ya da səhər gəlib aparacaqdır. Araq almalı olduğu üçün Elnur onu məişət tullantıları qablarının yanında gözləmiş, o isə “Araz” marketə getmiş, müştəri üçün araq alıb Elnurun yanına qayıtmış, ondan çantanı götürmüş və kafeyə aparmışdır. Kafedə paltardəyişmə otağında saxlamış, içinə baxmamışdır. Səhəri gün Elnur günorta saatlarında kafeyə gəlmiş və o, çantanı Elnura verəndə Elnur çantadan içərilərində ot kütləsi olan 4 bükümü vermişdir. O nə olduğunu soruşanda Elnur “nəşə” olduğunu bildirmişdir. Onda bilmişdir ki, çantada narkotik olub. O, istifadə etmədiyini, ona lazım olmadığını bildirsə də, Elnur isə «qoy qalsın bəlkə dadına baxarsan» demişdir. O, Elnurun verdiyi narkotiki özündə saxlamışdır. 2022-ci ilin mart ayının 12-də ad günü ilə əlaqədar onu təbrik etmək üçün əmisi oğlu Mərifət onun işlədiyi kafeyə gəlmişdir. Mərifətin narkotik istifadəçisi olmasını bildiyi üçün Elnurun verdiyi marixuananı ona vermək qərarına gəlmişdir. Ad günündə Mərifətə tanışı Elnurun ona narkotik verdiyini Mərifətə bildirəndə Mərifət onun istifadə edən olmamasını bildirib narkotiki ona verməsini bildirmişdir. O da Elnurun verdiyi marixuananı Mərifətə vermiş, lakin Mərifət 4 bükümü görüb hamısını apara bilmədiyini, tutulmasından qorxduğunu bildirib bir büküm götürmüş və istifadə edib, yaxşı olsa, gəlib aparacağını demişdir. 3 büküm özündə qalmışdır. xx.xx.2022-cı ildə Daş karxanasına müştəriyə sifariş aparmış və qayıdanda Elnuru təsadüfən görmüşdür. Onunla dayanıb söhbət edərkən 3 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmiş və onların narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirərək BNMİ-yə dəvət etmişlər. Polis idarəsində onun və Elnurun hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edilmiş və ona hüquq və vəzifələri izah olunmuşdur. Müdafiəçinin iştirakı ilə onun və Elnurun üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində saxladığı qanunla qadağan olunmuş hər hansı əşyanı təqdim etmək təklif olunmuşdur. Bundan sonra o, üzərində gəzdirdiyi narkotik vasitəni polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra Elnurun üzərinə də şəxsi axtarış keçirilmişdir. Ondan da həmçinin 3 bükümdə, yaşadığı evdən də 1 ədəd plastik qabda qurudulmuş marixuana aşkar edilmişdir. Tutduğu əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsində əməliyyat müvəkkili vəzifəsində çalışan Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci ildə Təqsirləndirilən şəxs X8 ilə əlbir olaraq narkotik vasitələri satış niyyəti ilə əldə edib saxlamalarına dair məlumat daxil olmuşdur. Həmin məlumatla əlaqədar göstərilən şəxslərin müəyyən edilməsi, ifşa olunması məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə alınmış və Baş İdarə rəisinin əmri ilə əməliyyat qrupu təşkil olunmuşdur. Saat 17:45-də Təqsirləndirilən şəxs və X9 rayonu, Daş karxanası 626 nömrəli evin yaxınlığında saxlanılmışlar. Daha sonra onlar Təqsirləndirilən şəxs və Elnur Qurbanova barələrində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmalarına dair daxil olmuş məlumatla əlaqədar BNMİ-nə getməli olduqlarını bildirmişlər. Onlar etiraz etməmişlər. BNMİ-nə gəldikdən sonra Təqsirləndirilən şəxs və Elnur Qurbanovun saxlanılması barədə məlumat verilmiş və araşdırmanın aparılması təhqiqatçıya tapşırılmışdır. Təhqiqatçı saxlanılan şəxslərə tutulmaları barədə məlumat verib, tutma protokolu ilə tanış etmiş və müdafiə hüquqlarının təmin olunması üçün onları müdafiəçi ilə təmin etmişdir. Onlara hüquqlarını izah edilib və prosessual sənədlər tərtib edildikdən sonra üzərlərində videoçəkilişlə şəxsi axtarış aparılacağı barədə məlumat verilmişdir. Təhqiqatçı əməliyyat işçilərinin və vəkillərin iştirakı ilə ilk növbədə Təqsirləndirilən şəxs üstündə saxladığı narkotik vasitələri və digər əşyaları təqdim olunmasını təklif etmişdir. Təqsirləndirilən şəxs şalvarının sol yan cibindən 1 ədəd “Redmi” markalı mobil telefon, sağ arxa cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini, sağ yan cibindən 2 ədəd və gödəkçəsinin sol iç cibindən 1 ədəd cəmi 3 ədəd sellofandan hazırlanmış kiçik bağlamaları masanın üzərinə qoymuşdur. Bundan sonra üstündə əlavə şəxsi axtarış aparılmış, lakin Təqsirləndirilən şəxsın təqdim etdiyi əşyalardan başqa heç bir əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofandan hazırlanmış bağlamalar açılanda onların hər birində bitki mənşəli, spesifik iyli narkotikə oxşar kütlənin olması məlum olmuşdur Bağlamalar zərfə qoyularaq qablaşdırılmışdır. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotikə oxşar bitki mənşəli kütlə ilə əlaqədar suallara cavab verərkən 3 ədəd sellofan bağlamalarda marixuana olmasını, həmin marixuananı mart ayının əvvəllərində Elnur Qurbanovun ona verməsini izah etmişdir. Elnur Qurbanovun üzərində şəxsi axtarışa başlayanda o əynindəki qara rəngli şalvarının sağ yan cibindən 140 manatı, sol yan cibindən 2 ədəd tibbi maskanı, 1 ədəd kağız parçasını, qıfıl açarlarını, üst paltarının sağ yan cibindən isə 3 ədəd sellofandan hazırlanmış bağlamaları təqdim etmişdir. Əlavə axtarış zamanı təqdim etdiyi əşyalardan başqa əlavə əşya aşkar olunmamışdır. Elnur Qurbanovun təqdim etdiyi sellofandan 3 ədəd bağlamalar açılmış və hər birində bitki mənşəli narkotikə oxşar kütlə aşkar olunmuşdur. Həmin bağlamalar da qablaşdırılmışdır. Təqsirləndirilən şəxs aşkar olunmuş şəxsiyyət vəsiqəsi, mobil telefon da iş üçün əhəmiyyətli ola biləcəyini nəzərə almaqla götürülmüşdür. Elnur Qurbanov da üstündəki 3 ədəd sellofan bağlamalarda olan bitki mənşəli kütlənin marixuana olmasını, məişət tullantıları qabından tapdığını, bir hissəsini Təqsirləndirilən şəxs verməsini, bir hissəsini özündə, bır hissəsini isə evində öz istifadəsi üçün saxladığını və təqdim edə biləcəyini bildirib, yaşadığı evə baxış keçirilməsinə icazə vermişdir. Təqsirləndirilən şəxs və Elnur Qurbanovun üstlərində şəxsi axtarış aparılması barədə protokol tərtib edilmişdir. Elnur Qurbanovdan evində saxladığı narkotik vasitəni götürmək üçün onun evinə gedilmiş və videoçəkilişlə baxış və götürmə hərəkəti keçirtmişlər. Elnur Qurbanov özündə olan açarla qapını açmış, baxışda iştirak edənlər evə daxil olmuşlar. Təhqiqatçı evdə saxladığı narkotik vasitəni verməyi təklif edəndə o evdəki dolabı açmış və içərisində saxlanılan polietilen torbada olan plastik qabı təqdim etmişdir. Həmin qabda da bitki mənşəli narkotikə oxşar kütlə var idi. Bundan sonra o dolabın başqa rəflərim göstərmiş və əhəmiyyətli olan heç bir predmet aşkar olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsində əməliyyat müvəkkili Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində çağırılmış Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, müdafiə tərəfinin razılığı ilə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” 13 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 13 aprel 2022-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl ilk növbədə barəsində axtarış götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif idi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sol yan cibindən 1 (bir) ədəd “Redmi” markalı mobil telefonu, sağ arxa cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini, sağ yan cibindən 2(iki) ədəd sellofan bükümü və əynində olan qara rəngli dəri gödəkcənin sol iç cibindən 1 (bir) ədəd sellofan bükümü təqdim edərək masanın üzərinə qoydu. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildi, şəxsi axtarış zamanı sonucunun üzərindən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi mobil telefon və şəxsiyyət vəsiqəsi iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürüldü. Şübhəli şəxs Təqsirləndirilən şəxsn təqdim etdiyi 3 ədəd şəffaf sellofan bükümlərə baxış keçirilən zaman içərisində tünd yaşıl rəngli kəskin iyli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edildi. Həmin sellofan bükümlərdə aşkar edilmiş kütlənin təxmini çəkisinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda olan elektron tərəzi ilə çəkildi və ümumilikdə çəkisinin qablaşdırılma ilə birlikdə 15 (on beş) qram olması müəyyən edildi. Həmin sellofan bükümlər 1 ədəd içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırıldı, üzəri “DİN-nin Zərflər üçün 7 saylı” möhürü ilə möhürləndi, üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra götürüldü. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 aprel 2022-ci il tarixli, 7/363 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş..” yazı və imzalar olan zərfdə 3 ədəd şəffaf sellofan kəsiyi bükümündə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 3,405 qr., 5,653 qr., 3,440 qram olmaqla, ümumi çəkisi 12,498 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 88 manat təşkil edir. “Şəxsi axtarış prosesinin görüntülərinə baxış keçirilməsi barədə” 14 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Şəxsi axtarış prosesinin videogörüntülərinə baxış saat 20:50-də Nərimanov RPİ-nin MSY-də başlandı. Baxış keçirilməsi üçün şəxsi axtarış prosesinin videogöruntüləri ilə olan 1 ədəd DVD disk xidməti otaqdakı kompüterin diskovovduna daxil edildi və açılanda diskdə «Şəxsi axtarış» adlı, xx.xx.2022-ci ildə, saat 21:24-də diskə köçürülmüş, «Fayl MTS» tipli, 689088 KB ölçülü faylın aşkar olundu. Fayl açılarkən görüntüyə xidməti otaq və otaqda olan 7 şəxs gəldi. Həmin şəxslərdən özünü DİN BNMİ-nin Təhqiqat qrupunun təhqiqatçısı Vüsal Həsənquliyev kimi təqdim edən otaqdakılara özlərini təqdim etməyi təklif edir. Onların təqdimatından BNMİ-nin baş əməliyyat müvəkkili Şahid2, əməliyyat müvəkkili Şahid3 Məmməd oğlunun, “Mərkəz” Vəkil Bürosunun vəkili X5 və vəkil X6, eləcə də Təqsirləndirilən şəxs və X4 otaqda olmaları aydın olur. Təhqiqatçı V.Həsənquliyev E. Qurbanovun və Təqsirləndirilən şəxs BNMİ-nin əməkdaşları tərəfindən xx.xx.2022-ci ildə, saat 17:00 radələrində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli olduqları üçün Bakı şəhəri, Daş Karxanası 626 nömrəli evin yaxınlığında saxlanılıb BNMİ-nə gətirilmələri, onların şübhəli şəxs qismində tutulmaları, CPM-nin 90-cı maddəsi ilə nəzərdə tutulan hüquqlarının izah olunmasını və müdafiəçi ilə təmin edilmələri barədə məlumat verərək şübhəli şəxslər Təqsirləndirilən şəxs, Elnur Qurbanovdan müdafiəçilərə etirazları olub- olmamasını soruşur. E.Qurbanov və Təqsirləndirilən şəxs etirazları olmadığını bildirdikdən sonra üstlərində videoçəkilişlə axtarış aparılacağı barədə məlumat verir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış aparılması üçün xidməti masaya yaxın dəvət olunur, ona üstündə olan narkotik vasitələri təqdim etmək təklif olunur. Təqsirləndirilən şəxs şalvarının sol yan cibindən 1 ədəd “Redmi” markalı mobil telefonu, sağ arxa cibindən şəxsiyyət vəsiqəsini, sağ yan cibindən 2 ədəd sellofandan olan kiçik bağlamaları, dəri gödəkçəsinin sol iç cibindən 1 ədəd sellofandan hazırlanmış bağlamanı çıxardıb edir. Aşkar olunmuş üç ədəd bağlamalar açılanda onlarda bitki mənşəli narkotikə oxşar in olması müəyyən edilir. Əlavə axtarış zamanı həmin əşyalardan başqa heç bir predmet aşkar olunmur. Aşkar olunmuş bitki mənşəli narkotikə oxşar 3 ədəd bağlama qablaşdırılır və möhürlənərək götürülür. Təqsirləndirilən şəxs götürülmüş üç ədəd bağlamada olan bitki mənşəli kütlə elektron tərəzidə çəkilərkən 15 qram olması məlum olur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-433/2022 saylı, 15 aprel 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsindən imtina edilməsi, Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal azad edilməsi, Azərbaycan Respublikası CM-nin 234.2ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilməsi, Təqsirləndirilən şəxs ev dustaqlığında saxlanılma müddətinin 03 ay həddində, yəni 13 iyul 2022-ci il tarixədək müəyyən edilməsi, Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən və ya onun davranışına nəzarəti həyata keçirən orqanların çağırışlarına gəlmək istisna olmaqla yaşayış yerindən axşam saat 22:00-dan səhər saat 07:00-dək olan müddət ərzində çıxmasının qadağan edilməsi, Təqsirləndirilən şəxs üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cinayət prosesini həyata keçirən və ya onun davranışına nəzarəti həyata keçirən orqanların çağırışlarına gəlmək istisna olmaqla Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək əmək edilməsi vəzifəsinin qoyulması, Təqsirləndirilən şəxs davranışına nəzarətin həyata keçirilməsi yaşayış yeri Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 26 aprel 2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsi Ambulator X2 07 may 2022-ci il tarixli, 2325 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. “Maddi sübut kimi tanımaq barədə” 23 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 12,348 qram qurudulmuş marixuananın saxlanılması üçün Nərimanov RPİ-nin saxlanc yerinə təhvil verilməsi, 01 ədəd DVD diskinə maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə olunması qərara alınmışdır. “Sübutların təhlil, bir-birləri ilə müqayisə edilməsi, qiymətləndirilməsi, əməlin tövsif olunması, cinayət təqibinə hissəvi xitam verilməsi barədə” 24 iyun 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə toplanmış sübutlar Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi və ona həmin maddə ilə yenidən ittiham verilməsi üçün kifayət hesab edilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxs barədə qətimkan tədbirinin seçilməsinə dair” 14 iyul 2022-ci il tarixli qərardan və eyni tarixli iltizamdan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 12-ci qrafasına əsasən 5 qram qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci, 58.1-ci və 58.3-cü maddələrini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri rəhbər tutur. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və bu baxımdan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəuyğundur. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə 13 aprel 2022-ci il tarixdən 15 aprel 2022-ci il tarixədək tutulduğu, cəmi 02 gün müddət, həmçinin barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 aprel 2022-ci il tarixli qərarı ilə 15 aprel 2022-ci il tarixdən 13 iyul 2022-ci il tarixədək seçilmiş ev dustaqlığında olduğu 02 ay 28 gün müddət, cəmi 03 ay müddət bir günə iki gün hesabı ilə hesablanaraq 06 ay azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51- 2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalı, onun 13 aprel 2022-ci il tarixdən 15 aprel 2022-ci il tarixədək tutulduğu cəmi 02 gün, həmçinin barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 aprel 2022-ci il tarixli qərarı ilə 15 aprel 2022-ci il tarixdən 13 iyul 2022-ci il tarixədək seçilmiş ev dustaqlığında olduğu 02 ay 28 gün müddət, cəmi 03 ay müddət bir günə iki gün hesabı ilə hesablanaraq 06 ay azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməli (CM-69.3), Təqsirləndirilən şəxs üzərinə Kürdəmir rayonunun ərazi hüdudlarını tərk etməmək, gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı (CM-52-1), təyin olunmuş cəzanın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kürdəmir Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalı (CİM 15.5-1), cəzanın icrası müddəti təqsirləndirilən şəxsin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı (51-2.1.), barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Ekspertiza tədqiqatının ümumi dəyəri 88,0 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsində maddi sübutların saxlanc otağında saxlanılan narkotik vasitənin qalığı – 12,348 qram qurudulmuş marixuana məhv edilməli, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 iş saatına görə 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında olduğu 03 ay müddət bir günə iki gün hesabı ilə hesablanaraq 06 ay azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Kürdəmir rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kürdəmir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Cinayət işi üzrə maddi sübut – Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan narkotik vasitənin qalığı – 12,348 qram çəkidə qurudulmuş marixuana məhv edilsin. Cinayət işi üzrə maddi sübut – 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 88,0 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 iş saatı üçün cəmi 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-467/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-467/2022
05.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver