Məhkəmə qərarları › İş №1(005)-468/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-468/2022

16.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-468/2022 16.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi – X3, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 16 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, xx xxx 1991-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, əvvəllər məhkum olunmamış, "xxxx" Mənzil Tikinti Kooperativində iş icraçısı vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tikinti işlərinə rəhbərlik edən zaman təhlükəsizlik qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 14 iyun 2021-ci il tarixdən Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyat idarəsi tərəfindən ********** nömrəli VÖEN ilə dövlət qeydiyyatına alınmış və hüquqi ünvanı ünvan 2A” Mənzil Tikinti Kooperativində (VÖEN №**********) rəsmi əmək müqaviləsi əsasında iş icraçısı vəzifəsində işləməklə tikinti işlərinə rəhbərlik edən zaman Bakı şəhəri, Nərimanov rayonu, N.Yusifbəyli, X.Şuşinski, M.Sənani küçələrinin və Azadlıq prospektinin əhatə etdiyi 954-cü məhəllə ünvanında "xxxx" MTK tərəfindən inşa edilən 2 saylı blokun tikintisi ilə əlaqədar işçilərin əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət edilməsinə, normaları çərçivəsində iş prosesinin təmin olunmasına nəzarət etməli olduğu halda “Tikinti norma və qaydaları İİİ-4-80.4-cü fəsil. Tikintidə təhlükəsizlik texnikası qaydaları”nın 2.26-ci bəndinin və “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik qaydaları”nın 4.11.4, 16.4.6 və 16.5-ci bəndlərinin tələblərini pozaraq binanın 5-ci mərtəbəsində yerləşən mənzilin eyvanında hündürlük düşgüsü sərhədindən 2 m-dən az məsafədə yerləşən iş meydançasının (eyvanın) kənarını müvəqqəti qoruyucularla çəpərlənməsini, eləcə də həmin eyvanda 19 aprel 2022-ci il tarixli əmək müqaviləsinə əsasən fasad ustası işləyən X4 hündürlük düşgüsü olan sahənin kənarında olarkən (iş görərkən) qoruyucu kəmərdən istifadə etməsini təmin etməmiş, bunun nəticəsində 30 may 2022-ci il tarixdə, saat 11:57 radələrində X8 inşa edilən həmin 2 saylı blokun 5-ci mərtəbəsində yerləşən mənzildə işlədiyi vaxt ayaqaltı taxta platformanı mənzilin eyvanına çıxardarkən müvazinəti itirib binadan tikinti meydançasının həyətinə yıxılaraq ağır dərəcəli travmatik şokla müşayiət olunan kəllə tağı və əsası sümüklərinin sınıqları, baş beynin yumşaq qişalarına, beyin toxumasına, yan mədəciklərə qansızma, hemopnevmotoraksla müşayiət olunan hər iki ağciyərlərin travmatik cırılmaları, hər iki tərəfdən qabırğaların çoxsaylı sınıqları, alın nahiyəsinin sağ və sol yarısının, sağ və sol almacıq nahiyəsinin, burun nahiyəsinin, üst dodağın sol yarısının, alt çənə cisminin və sol sağrı nahiyəsinin sıyrılmış yaraları kimi ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid olan xəsarətlər alaraq qeyd olunan travma kompleksi nəticəsində baş vermiş ağır dərəcəli travmatik şok səbəbindən hadisə yerində ölmüş, yəni Kamran Mirzəy tikinti işlərinə rəhbərlik edən zaman təhlükəsizlik qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan Zülfüqar Qasımzadənin ölümünə səbəb olmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 222.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2016-cı ildə əmək fəaliyyətinə başlayaraq Bakı və Sumqayıt şəhərlərində hündürmərtəbəli binaların inşaatı ilə məşğul olan müxtəlif şirkətlərdə işləməyə başlamışdır. 14 iyun 2021-ci ildən hazırki vaxtadək Bakı şəhəri, ünvan 3 ünvanında hündürmərtəbəli binanın inşaatını həyata keçirən "xxxx" MTK-da iş icraçısı vəzifəsində işləyir. "xxxx" MTK-da iş icraçısı kimi vəzifəsi inşaatı həyata keçirilən binanın inşaatını təşkil etməkdən ibarətdir. Belə ki, təsdiq edilmiş layihə üzrə aparılan inşaat işlərini təşkil etməklə məşğuldur. 14 iyun 2021-ci il tarixdə "xxxx" MTK-nın baş ofisinin yerləşdiyi Yasamal rayonunda olan “Melissa Group” şirkətində rəsmi əmək müqaviləsi əsasında işə qəbul olunan zaman bilikləri yoxlanılmış, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydaları ilə təlimatlandırılmış, bu barədə müvafiq jurnal ilə tanış olub imza etmişdir. Həftənin altı günü iş günü olmaqla, bazar günləri istirahət günləridir, həmçinin iş saat 09:00-da başlayıb saat 18:00da bitir. Qeyd etmişdir ki, hazırda işlədiyi bina ilə yanaşı MTK tərəfindən daha bir bina inşa edilmiş və yaşayış üçün hazır edilmişdir, hazırda həmin binada yaşayış vardır, ona görə də, hazırda inşa olunan binanı öz aralarında 2 saylı blok kimi qeyd edirlər. Bina ümumilikdə 20 mərtəbəli binadır, binanın 19 mərtəbəsinin monolit işləri yekunlaşdırılmış, hazırda 20-ci mərtəbədə monolit işləri həyata keçirilir, hazır olan mərtəbələrdə isə hörgü-suvaq işləri həyata keçirilir. X13 təxminən 2 ay öncə iş icraçısı kimi işlədiyi binanın eyvanlarına daş-yunu izolyasiya materiallarının montajı üzrə ustası kimi işə qəbul edilmişdir. İşə qəbul edilən zaman onun bilikləri MTK-nın Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi şöbəsi tərəfindən yoxlanılmış, eyni zamanda əməyin mühafizəsi və təhlükəsizlik texnikasına dair qaydalarla ilkin olaraq təlimatlandırılması həyata keçirilmiş, bu barədə müvafiq qeydiyyat aparılmışdır. Zülfüqar tikinti sahəsinə daxil olduğu ilk gün ona görüləcək işlər barədə ilkin izah edici məlumatlar vermiş, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına dair “Giriş sahə ilə tanışlıq” mövzusunda ilkin təlimat keçmiş, fərdi mühafizə vasitələri olan dəbilqə, qoruyucu kəmər, qoruyucu botinka, fosforlu jilet və eynək ilə təmin edilmiş, bu barədə tərtib edilmiş müvafiq jurnallarda qeydiyyat aparılmış və özü təlimatlarla tanış olmasına dair imzası ilə təsdiq etmişdir. Eyni zamanda iş başlamadan öncə ona və digər işçilərə gündəlik olaraq “Hündürlükdə iş” mövzusunda əməyin mühafizə və təhlükəsizlik texnikası təlimatı ilə təlimatını keçirir, bu barədə tərtib edilmiş jurnalda qeydiyyat aparır, Zülfüqar da digər işçilərlə birgə təlimatlarla tanış olduqdan sonra həmin jurnalda imza edirlər. Belə ki, iş icraçısı və sahə rəisi kimi Zülfüqar Qasımzadənin görəcəyi işləri barədə tapşırıqları vermək, gördüyü işi təhvil almaq, gördüyü işlərə nəzarət etmək və gündəlik olaraq ona əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına dair təlimat keçmək onun vəzifəsidir. Zülfüqar Qasımzadənin usta kimi işi hörgü-suvaq və pəncərə işləri yekunlaşdırılmış mənzillərin eyvanlarında divarlara izolyasiya materialı olan daş-yunu (steklovat) materiallarını yapışdırıcı maye ilə montaj etməkdən ibarət olmuşdur. Zülfüqar ilə yanaşı həmin işləri görmək üçün ikinci usta kimi elə Zülfüqarın qohumu olan Şahid2 də rəsmi əmək müqaviləsi əsasında tikintiyə cəlb edilmişdir. Onlar bir müddət bir yerdə iş görmüşlər, təxminən 15-20 gündən sonra isə fəhlə kimi işə qəbul edilmiş Şahid1 Zülfüqar və Ağabalaya köməklik etmişdir. Belə ki, Rəşid iş üçün lazım olan yapışdırıcı mayeni hazır edirdi, materialları daşımaqda köməklik edirdi və digər fəhlə işlərini görürdü. Hər üç şəxs bütün fərdi mühafizə vasitələri ilə təmin edilmişlər, işə qəbul olunan zaman giriş və hər iş günün əvvəlində işə başlamadan öncə gündəlik olaraq əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydaları ilə tərəfindən təlimatlandırılmışlar. 30 may 2022-ci il tarixdə, saat 08:00 radələrində işə gəlmiş və işçilərin işə gəlmələrini gözləmişdir. Saat 09:00 radələrində işçilər tikintiyə gəldikdən və fərdi mühafizəsi vasitələri ilə birgə iş paltarlarını geyindikdən sonra binanın 1-ci mərtəbəsində işçilərə, o, cümlədən Zülfüqar Qasımzadəyə, Şahid2 və Şahid1 əməyin mühafizəsi və təhlükəsizlik texnikasına dair “Hündürlükdə iş” mövzusunda gündəlik təlimat keçmiş, iş bölgüsünü həyata keçirmişdir. Təlimat bitdikdən sonra işçilər öz iş sahələrinə getmişlər. Zülfüqar Qasımzadə 5-ci mərtəbəyə, Şahid2 isə 4-cü mərtəbə qalxmışlar. İş başladıqdan təxminən 10-15 dəqiqə sonra görüləcək işlər barədə təkrar yerində göstərişlər verməkdən ötrü Zülfüqarın işlədiyi 5-ci mərtəbəyə qalxmış və onun olduğu mənzilə gəlmişdir. Zülfüqar həmin zaman eyvanda deyildi, mənzildə hazırlıq işlərini görürdü. Eyvana baxış keçirib Zülfüqara montaj zamanı diqqət yetirməli olduğu məqamları barədə ona şifahi göstərişlər vermiş, həmin eyvanda iş yekunlaşdığı zaman ona məlumat verməsini tapşırmışdır ki, hər hansı bir qüsurun olmamasına, habelə digər eyvanda işə başlamadan öncə hər şeyin qaydasında olmasına əmin olmalı idi. Belə ki, ona yalnız Rəşidin təhlükəsizlik kəndirini bərkidilməsini və kəndirin eyvanda olmasını gördükdən sonra eyvanda işə başlamasına icazə verirdi. Zülfüqar və Rəşid göstərişlərin onlara aydın olduqlarını dedikdən sonra tikintidə həyata keçiriləcək digər işlərə nəzarət etməkdən ötrü aşağı enmişdir. Təxminən 1-2 saat ərzində 2-3 dəfə Zülfüqarı ilə Rəşidin işlədikləri mənzilə gəlib işlərə baxış keçirmiş, Zülfüqarın eyvanda “kozyol” üzərində olarkən qoruyucu kəmərini təhlükəsizlik kəndirinə keçirdib işləməsinə əmin olmuş, Rəşidin isə işi mənzildə yapışdırıcı mayeni hazırlayıb Zülfüqara verməkdən ibarət olduğu üçün Rəşid elə mənzildə olmuşdur. Təxminən saat 11:40 radələrində təkrarən Zülfüqarın işlədiyi mənzilə gəldikdə onun artıq həmin eyvanda işlərinin yekunlaşdırmağa yaxınlaşdığını görmüş, belə ki, hesab etmişdir ki, onun uzağı 10-15 dəqiqəlik işi qalmışdır. Müşahidə apardıqda görülən işlərdə hər hansı bir nöqsan aşkar etməmiş, həmin vaxt da Zülfüqarın kəmərinin təhlükəsizlik kəndirinə bağlı olduğunu, başında dəbilqə olmasını görmüşdür. Bundan sonra Zülfüqarın qısa müddət ərzində işlədiyi eyvanda işi bitirəcəyini gördüyü üçün bir neçə dəqiqə ərzində elə orada gözləməyə başlamışdır. Belə ki, Zülfüqar tam işini yekunlaşdırdıqdan sonra qonşu mənzildə olan eyvana işə başlamadan öncə ona tapşırıqlarını verəcəkdi, təhlükəsizlik tədbirlərini görmələrini əmin olub işə başlamalarına icazə verəcəkdi. Həmin vaxt binanın 20-ci mərtəbəsində betonvurma işləri görüldüyü üçün ratsiya vasitəsi ilə ona məlumat verildi ki, betonda müəyyən problemlər var və gəlməsi vacibdir. Buna görə də, Zülfüqara digər mənzildə işə başlamamalarını, yuxarı qalxıb 5-10 dəqiqə ərzində betona baxış keçirdikdən sonra qayıdacağını söyləmişdir. Zülfüqar da başa düşdüyünü demişdir. Təxminən 15 dəqiqə sonra 20-ci mərtəbəyə yeni qalxdığı vaxt ratsiya ilə 1-ci mərtəbədə olan işçilər ona məlumat verdilər ki, tikintidən işçi yerə yıxılmışdır. Buna görə də, həyəcan keçirib lift ilə tez aşağı mərtəbəyə enmiş və işçilərin toplaşdıqları yerə gəlmişdir. Orada binanın həyəti olan hissədə yerdə Zülfüqar Qasımzadənin uzandığını, ətrafının qanlı olmasını gördükdə başa düşmüşdür ki, yıxılan şəxs məhz elə Zülfüqar olmuşdur. Bir müddət sonra isə hadisə yerinə ilk öncə işçilər tərəfindən çağırılmış təcili tibbi yardım həkimləri gəlmişlər, Zülfüqar Qasımzadəni müayinə etmişlər, onun artıq vəfat etməsini bildirmişlər. Onların ardınca isə əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları gələrək hadisə yerinə və Zülfüqarın meyitinə baxış keçirmişlər, onları sorğu-sual etmişlər. Sonda törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini nəzərə alaraq barəsində ədalətli qərarın qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X9 ifadəsində bildirmişdir ki, 1997ci ildə dini kəbinlə X12 ilə ailə həyatı qurmuşdur. Birgə nikahlarından bir övladları X8 dünyaya gəlmişdir. Vüqar 02 oktyabr 2001-ci il tarixdə beyinə qansızma səbəbindən vəfat etmişdir. Vüqar vəfat etdikdən sonra oğlu Zülfüqar ilə daimi olaraq ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşamışlar. Özü 2006-cı ildən hazırki vaxtadək X5 Agentliyinin Lənkəran filialında ofis meneceri vəzifəsində işləyir. X2 doğma oğlu olmuşdur. Zülfüqar 07 dekabr 2001-ci il tarixdə Lənkəran şəhərində anadan olmuşdur. Zülfüqar orta məktəbi Lənkəran şəhəri 7 saylı orta məktəbdə oxumuşdur, həmin məktəbin 9-cu sinfini bitirdikdən sonra Masallı rayonu Regional Kollecinə daxil olmuş və 2020-ci ildə həmin kollecin “Turizm” ixtisası üzrə məzun olmuşdur. Zülfüqar kolleci bitirdikdən sonra onurğasında əyrilik olması ilə bağlı hərbi xidmətə yararsız hesab edilmişdir və buna görə də müddətli həqiqi hərbi xidmətdə olmamışdır. Sonraki dövr ərzində Zülfüqar qardaşı oğlu Şahid2 ilə birlikdə Bakı şəhərində olan müxtəlif tikintilərdə fəhləlik və fasad ustası kimi işləyib dolanışıq əldə etmişdir. 2022-ci ilin aprel ayından etibarən isə Zülfüqar Ağabala ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonunda "xxxx" MTK tərəfindən inşa olunan hündürmərtəbəli binada fasad ustası işləmişdir. Həmin vaxt ərzində Zülfüqar bacısı Mehparənin evində, yəni ünvan 5 ünvanında yaşamışdır. Özü daimi olaraq Lənkəran şəhərində işlədiyi və yaşadığı üçün Zülfüqarla görüşə bilmirmişlər, ancaq tez-tez mobil telefonla əlaqə saxlayırmışlar. Sonuncu dəfə Zülfüqar ilə 14 may 2022-ci il tarixdə özü qonaq olaraq bacısı Mehparənin yaşadığı evə gəldikdə görüşmüş, 1-2 gün bacısıgildə qalıb Lənkərana qayıtmışdır. Bundan sonra Zülfüqar ilə görüşməmiş, yalnız mobil telefonla əlaqə saxlayıb hal-əhval tutmuşlar. Mobil telefonla sonuncu dəfə Zülfüqar ilə 29 may 2022-ci il tarixdə danışmışlar, hal-əhval tutmuşlar. 30 may 2022-ci il tarixdə, saat 14:00 radələrində evdə olduğu vaxt Bakıda yaşayan qohumları ona zəng edərək Zülfüqarın işlədiyi binanın 5-ci mərtəbəsindən yerə yıxılması və ölməsi barədə məlumat vermişlər. Özü Lənkəranda olduğu üçün Zülfüqarın meyiti Bakı şəhərində meyitxanada müayinə olunduqdan sonra qohumları tərəfindən dəfn olunması üçün elə həmin gün Lənkəran şəhərinə gətirilmiş və Lənkəran şəhəri qəbiristanlığında dəfn edilmişdir. Həmçinin bildirmişdir ki, oğlu Zülfüqar Qasımzadənin 30 may 2022-ci il tarixdə Bakı şəhəri, ünvan 3 ünvanında "xxxx" MTK tərəfindən inşa olunan hündürmərtəbəli binada işləyərkən yıxılması nəticəsində ölməsi ilə əlaqədar heç kimə qarşı şikayəti və ya tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, 06 may 2022-ci il tarixdə tanışlar vasitəsi ilə "xxxx" MTK tərəfindən Bakı şəhəri, ünvan 3 ünvanında inşa olunan hürdürmərtəbəli binanın tikintisində fəhlə kimi işçi tələb olunduğunu öyrənib MTK-nın baş ofisinin yerləşdiyi Yasamal rayonu, Zərdab prospektində yerləşən “Melissa Group” şirkətinin ofisinə yaxınlaşmışdır. Orada fiziki şəxs Şahid3 ilə fəhlə kimi işə götürülməsi barədə rəsmi əmək müqaviləsi bağlamışdır. Həmin ofisdə bilikləri yoxlanılmış, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydaları ilə təlimatlandırılmış, bu barədə müvafiq jurnal ilə tanış olub imza etmişdir. Qeyd etmişdir ki, aylıq maaşı 300 manat təşkil edirdi, həftənin altı günü işləyirdi, bazar günü isə istirahət günü idi. İş saat 09:00-da başlayıb saat 18:00-da bitirdi. Fəhlə kimi vəzifəsi və işi tikinti sahəsində iş icraçısı və sahə rəisi olan Təqsirləndirilən şəxs göstərişi ilə təhkim olunduğu ustalara köməklik etməkdən ibarətdir. Belə ki, ustalara ehtiyac olan materialları gətirir, həmçinin sement qarışdırıb hazır edib ustaya verirdi. Bilməsinə görə işlədikləri bina 20 mərtəbəli olmaqla 1 blokdan ibarət idi, eyni zamanda inşa olunan bina ilə yanbayan artıq hazır və yaşayışı olan daha 1 blok var idi. 09 may 2022-ci il tarixdə ilk iş gününə çıxmışdır. İlk iş günündə iş icraçısı və sahə rəisi olan Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Kamran iş gününün əvvəlində ona və digər işçilərə əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydaları ilə gündəlik təlimat keçmiş, bu barədə tərtib edilmiş müvafiq jurnalda qeydiyyat aparıb onları tanış etmiş, bundan sonra özləri həmin jurnalda təlimatdan keçirilmələrinə dair imza etmişlər. Təqsirləndirilən şəxs daima fərdi mühafizə vasitələrindən istifadə etmələrini, ehtiyatla və təhlükəsizlik qaydalarına riayət edib işləmələrini tapşırmışdır. Həmin gün ona təzə işçi kimi şirkət tərəfindən fərdi mühafizə vasitələri olan dəbilqə, qoruyucu kəmər, əlcək və jilet verilmişdir. Bundan sonra binanın 2-ci mərtəbəsində yerləşən və ustalarla fəhlələrin həm istirahət, həm də ki, paltardəyişmə otağı kimi istifadə etdikləri otağa qalxmışdır. İş paltarlarını orada geyinib işə başlamışdır. Nahar fasiləsini elə həmin otaqda etmişlər. İşlədikləri müddət ərzində Təqsirləndirilən şəxs göstərişi ilə bir müddət binada fasad ustası olan Şahid2 ilə, bir müddət isə digər fasad ustası Zülfüqar Qasımzadə ilə işləyib onlara fəhlə kimi yardım etmişdir. Qeyd etmişdir ki, Ağabala ilə Zülfüqar qohum olmuşlar, əslən Lənkəran rayonundandırlar. Hər ikisinin işi inşa olunan binada mənzillərin eyvanların divarlarına “daşyunu (steklovat)” adlandırdıqları tikinti materiallarını yapışdırıcı sement ilə yapışdırmaqdan ibarət idi. Özü isə yapışdırıcı sementi hazır edir, onlara verir, eyni zamanda digər istədikləri materialları onlara vermişdir. 30 may 2022-ci il tarixdə səhər saatlarında işə gəlmişdir. İş gününün əvvəlində Təqsirləndirilən şəxs tərəfindən gündəlik təlimat keçirilmiş və bu barədə jurnalı imza etmişdir. Jurnalı imza etdikdən sonra 2-ci mərtəbədə olan otağa qalxıb paltarlarını dəyişmişlər və fərdi mühafizə vasitələrini geyinmişlər. İşə hazır vəziyyətdə aşağı enib Təqsirləndirilən şəxs göstərişlərini gözləmişlər. Kamran müəllim həmin gün onu Zülfüqar Qasımzadəyə təhkim etmiş və ona köməklik etməsini tapşırmışdır, Zülfüqara və ona həmin gün 5-ci mərtəbədə eyvanların divarlarına “daşyunu” yapışdırmaq işini davam etmələrini söyləmişdir. Eyni zamanda üst mərtəbədə işləyən Ağabalaya da ehtiyac olduğu halda köməklik etməsini söyləmişdir. Ona görə də təxminən 1 saat ərzində Ağabala üçün sementdən yapışdırıcı mayeni hazırlayıb eyvanda olduğu vaxt ona verirmiş. Eyvanları dəyişdikləri halda həmin armatura və ona keçirilmiş kəndiri götürüb işləyəcəkləri eyvanın üstündə olan eyvanda fiksə edirlər, boşluqdan kəməri aşağı atırlar ki, aşağıda olan usta qoruyucu kəmərini həmin fiksə edilmiş kəndirə bağlasın. Bir müddət Ağabala ilə 6-cı mərtəbədə işlədikdən sonra 5-ci mərtəbədə mənzillərin birində işləyən Zülfüqarın yanına gəlmişdir. Zülfüqar həmin vaxt “daşyunu” kəsirmiş və yapışdırmaq üçün hazır, kəsilmiş hala gətirirdilər. Material hazır olduqdan sonra sement ilə yapışdırıcı mayeni hazır etməyə başlamışdır. Eyni zamanda Zülfüqarla köməkləşib əli çatmayan yerlərə “daşyunu” yapışdıra bilməsi üçün mənzildə olan və daima istifadə etdikləri taxta qurğunu (kozyol) eyvana qoymuşlar. Qurğunu eyvana qoyarkən ilk olaraq eyvana Zülfüqar çıxmış və çıxan kimi ilk öncə qoruyucu kəmərini kəndirə keçirtmiş, bundan sonra isə taxta qurğunu eyvana çıxarıb tam yerləşdirmişlər. Həmin vaxt özü heç eyvana çıxmamış, elə qapıdan taxta qurğunun Zülfüqarın istədiyi kimi yerləşdirilməsinə kömək etmişdir. Belə ki, taxta qurğu eyvanda olduğu halda eyvanda hərəkət etmək üçün yer az olur. Bundan sonra Zülfüqar taxta qurğunun üzərinə qalxmış, o, isə hazır etdiyi yapışdırıcı mayeni Zülfüqarın kəsdiyi “daşyunu”na vurub Zülfüqara ötürmüş və bu yol ilə Zülfüqar “daşyunu”nu eyvanın üst hissəsinə yapışdırmışdır. Təxminən 30-40 dəqiqə ərzində həmin eyvanda işləri yekunlaşdırmışlar. Həmin ərəfədə Kamran işlədikləri otağa gəlib gördükləri işə baxmış, işdən razılıq etmiş, buranı bitirdiklərində sağdaki mənzilə keçmələrini söyləmişdir. Kamran çıxıb getdikdən və Zülfüqar sonuncu “daşyunu”nu yapışdırığı vaxt elə taxta qurğunun üzərində olarkən ona materialları götürüb digər mənzilə keçirtməsini, daha sonra isə üst mərtəbyə qalxıb işlədikləri eyvanın üzərində fiksə etdiyi armaturu çıxardıb işləyəcəkləri eyvanın üstündəki eyvanda fiksə etməsini söyləmişdir. Buna görə də ilk öncə işlədikləri otaqdan metrəni, səviyyəni ölçən aləti, şpateli götürüb ikinci mənzilə keçib qoymuş, ardınca isə yuxarı mərtəbəyə piyada olaraq qalxmışdır. Üst mərtəbədə olan eyvanda fiksə etdikləri dəmir armaturu özünə çəkdikdə hiss etmişdir ki, Zülfüqar artıq qoruyucu kəmərini açmışdır və eyvanda deyildir. Buna görə də armaturu götürüb digər eyvana keçmiş və boşluqdan əvvəlcə armaturu fiksə edib ona bağlanmış kəndiri aşağı sallamışdır. Yenidən 5-ci mərtəbəyə endikdə dəhlizdə Zülfüqar ilə rastlaşmışdır. Zülfüqar üzü ona tərəf olub qolları ilə arxadan taxta qurğunu işləyəcəkləri mənzilə tərəfə sürükləyirdi. Ona kömək etmək istəmiş, lakin Zülfüqar vaxt itirməmək üçün onun gedib qalıq qalan və qabda olan yapışdıncı mayeni gətirməsini, taxta qurğunun özünün eyvana çıxardacağını söyləmişdir. Buna görə də, onun yanından keçib az öncə işlədikəri mənzilə keçmişdir. Mənzilə daxil olduğu an Zülfüqarın taxta qurğunu göyə qaldırdığına fikir vermişdir. Təxminən 1 dəqiqə ərzində ilk öncə işlədikləri eyvanın qapısını örtüb, ardınca isə yapışdırıcı maye (sement) olan qabı götürüb digər mənzilə gəlmişdir. Bu zaman görmüşdür ki, taxta qurğunun yarıdan çox hissəsi eyvanda, digər hissəsi isə mənzilin içərisindədir, Zülfüqar isə orada yoxdur. Həmçinin görmüşdür ki, taxta qurğu sağ tərəfə yarı aşmışdır. Elə bilmişdir ki, Zülfüqar nəsə lazım olduğundan aşağı enmişdir. Eyvanın qapısının şüşə olduğu və içəridə oynayan küləyin qapını qəflətən bağlayıb şüşəni sındırmaması üçün yarı aşmış halda olan taxta qurğunu eyvana çıxmadan mənzilin daxilinə keçirtmiş, kənara qoymuş və qapını örtmüşdür. Bundan sonra Zülfüqarın hara getməsi ilə maraqlanmaqdan ötrü aşağı enməyə başlamışdır. Fikirləşmişdir ki, Zülfüqar bilmədiyi səbəbdən aşağı enmiş olar. 4-cü mərtəbədə olarkən qəflətən Ağabalanın onun tərəfə, yəni ki, pilləkənlər tərəfə qaçaraq “Zülfüqar yıxıldı” deyə qışqırmasını görmüşdür. Ağabala onun yanından ötüb pilləkənlərlə aşağı düşdükdə onun arxası ilə aşağı enmişdir. Orada binanın həyəti tərəfdə yerdə Zülfüqarın uzanmasını, ətrafının isə qan olmasını görmüşlər. Zülfüqarın həmin vaxt nəfəs almasını hiss etmişdir. Qısa müddət ərzində Zülfüqarın ətrafına çoxsaylı işçilər toplaşmışlar, onlardan bir neçə şəxs təcili tibbi yardıma zəng etmişlər. Həmin vaxt özünü pis hiss etdiyi üçün Zülfüqarın olduğu hissədən aralaşmışdır. Bir neçə dəqiqə sonra isə əraziyə təcili tibbi yardım avtomobilinin gəlməsini görmüşdür. Hadisə yerinə gələn həkim briqadası Zülfüqarı müayinə etdikdə artıq onun vəfat etməsini xəbərini vermişlər. Bir müddət sonra isə tikintiyə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlmiş, hadisə yerinə və Zülfüqarın meyitinə baxış keçirmiş, onu sorğu-sual etmişlər. Daha sonra isə Zülfüqarın meyitini müayinə olunmasından ötrü aparmışlar. Həmin gün rəhbərlik tərəfindən işdən tez çıxıb gedə biləcəyi deyildiyi üçün işdən çıxıb evə getmişdir. Əlavə olaraq bildirmişdir ki, işə başlamaqdan ötrü 06 may 2022-ci il tarixdə əmək müqaviləsi bağladığı vaxt şirkətin baş ofisində bilikləri yoxlanılmış, ilkin təhlükəsizlik texnikası qaydaları barədə təlimat keçirilmişdir. İşə başladığı 09 may 2022-ci il tarixdən başlayaraq isə ona və digər işçilərə gündəlik təlimat şirkətin iş icraçısı və sahə rəisi olan Təqsirləndirilən şəxs tərəfindən həyata keçirilir. İşə Təqsirləndirilən şəxs nəzarət edir, görüləcək işlər barədə tapşırıqlar verir, binada əməyin mühafizəsinə və təhlükəsizlik texnikası qaydalarına nəzarət edir, keçdiyi təlimat ilə bağlı jurnal tərtib edib imza etmələri üçün onlara təqdim edir, yəni ki, bu barədə cavabdeh şəxs Təqsirləndirilən şəxsdir. Şirkət tərəfindən fərdi mühafizə vasitələri olan dəbilqə, qoruyucu kəmər, əlcək və jilet ilə təmin olunmuşdur. Hər iş günündə qeyd etdiyi fərdi mühafizə vasitələri əynində olmuşdur. Əlavə etmişdir ki, Zülfüqar da işləyən zaman daima həmin fərdi mühafizə vasitələrindən istifadə etmişdir, həmçinin hadisə günü də həm özü, həm də ki, mərhum Zülfüqar fərdi mühafizə vasitələrində olmuşlar. Zülfüqar Qasımzadənin işləyən zaman yıxılaraq ölməsinin səbəbi barədə bildirmişdir ki, Zülfüqar taxta qurğunu özünün eyvandan çıxarıb digər mənzilin eyvanına çıxartmaq istədiyi və onun yıxılması xəbərini eşitməmişdən qısa müddət öncə daşıdığı taxta qurğunun yarıdan çox hissəsinin işləyəcəkləri digər mənzilin eyvanında, ikinci hissəsinin isə mənzilin içərisində yarı aşmış halda olduğunu gördüyü üçün zənn etmişdir ki, Zülfüqar həmin taxta qurğunu eyvana keçirtmək istəyərkən ehtiyatsızlıqdan yıxılmışdır. Taxta qurğunun eyvanda olan hissəsinin perila olan tərəfə, yəni ki, eyvanın kənarına çox yaxın olduğunu görmüşdür. Bildirmişdir ki, orada heçkəs dayana bilməzdi. Görünür ki, Zülfüqar taxta qurğunu eyvana çıxartdığı an qoruyucu kəmərini qoruyucu kəndirə bağlamamışdır. Zülfüqar Qasımzadəyə taxta qurğunu daşımaqda köməklik etmək istəsə də, Zülfüqar narahat olmamasını, taxta qurğunun eyvana özünün çıxardacağını, ona isə yapışdırıcı mayeni gətirməsini demişdir. Zülfüqar Qasımzadəni yıxıldıqdan sonra gördüyü an qoruyucu kəmər onun əynində idi, kaskası isə zərbənin təsirindən kənara düşmüşdü. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, 2014-cü ilin oktyabr ayında müddətli həqiqi hərbi xidmətdən təxris olunduqdan sonra Lənkəran və Bakı şəhərlərində müxtəlif fərdi evlərin, binaların və obyektlərin tikintilərində fəhlə kimi işə başlamış, təxminən 3-4 il ərzində fasad ustalarının yanında fəhləlik etdikdən sonra müstəqil olaraq özü də fasad ustası kimi əmək fəaliyyətini davam etdirmişdir. X2 onun doğma bibisi X3 oğludur. Demək olar ki, son bir neçə il ərzində Zülfüqar onunla birlikdə eyni tikintilərdə fasad ustası kimi işləmişdir. 2022-ci ilin aprel ayında tanışlar vasitəsi ilə Bakı şəhəri, Nərimanov rayonunda "xxxx" MTK tərəfindən inşa olunan binada fasad ustalarının tələb olunmasını öyrənib Zülfüqar ilə birlikdə iş üçün müraciət etmişlər. 19 aprel 2022-ci il tarixdə Zülfüqar ilə birlikdə MTK-nın baş ofisinin yerləşdiyi Yasamal rayonu, Zərdabi prospektində yerləşən “Melissa Group” şirkətinin ofisinə yaxınlaşmışlar, orada özü və Zülfüqar fiziki şəxs Şahid3 ilə fasad ustası kimi işə götürülmələri barədə rəsmi əmək müqaviləsi bağlmışlar. Əmək müqaviləsi bağlandıqdan sonra MTK-nın SƏTƏM şöbəsi tərəfindən onlara əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına dair təlimatlandırılma həyata keçirilmiş, eyni zamanda fərdi mühafizə vasitələri olan qoruyucu kəmər, dəbilqə və s. ilə təmin edilmişlər. Bundan sonra iş yerləri olan Bakı şəhəri, ünvan 3 ünvanında "xxxx" MTK tərəfindən inşa olunan binada iş icraçısı Təqsirləndirilən şəxs ilə tanış olmulşlar, sonuncu tərəfindən görüləcək işlər barədə məlumatlandırılmışlar, həmçinin Təqsirləndirilən şəxs də öz növbəsində onlara əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına dair təlimat keçmişdir. Bu barədə müvafiq tərtib edilmiş jurnallarda həm özü, həmdə Zülfüqar imza etmişlər. Həmin binada fasad ustası kimi vəzifəsi və işi tikinti sahəsində iş icraçısı Təqsirləndirilən şəxs göstərişi ilə binanın mənzillərinin eyvanlarında daş-yunu materiallarının montajı işi olmuşdur. Zülfüqar ayrı eyvanda, özü isə ayrı eyvanda iş görürmüşlər. Montaj üçün yapışdırıcı maye olan matanı özləri hazır edirmişlər, bir müddət sonra isə Şahid1 tikintiyə fəhlə kimi işə qəbul edilmiş, fəhlə kimi işi ona və ya Zülfüqara köməklik göstərmək olmuşdur. Bilməsinə görə, işlədikləri bina 20 mərtəbəli olmaqla 1 blokdan ibarət idi, eyni zamanda inşa olunan bina ilə yanbayan artıq hazır və yaşayışı olan daha 1 blok var idi. İşlərinə nəzarəti şəxsən iş icraçısı Təqsirləndirilən şəxs həyata keçirir, görülən işlərə baxış keçirir, tapşırıqlar və göstərişləri verirmiş. 30 may 2022-ci il tarixdə səhər saatlarında işə gəlmişdir. Həmin vaxt Zülfüqar artıq işdə olmuşdur. İşə gəldikdə iş icraçısı Təqsirləndirilən şəxs tərəfindən onlara təlimat keçirilmiş, göstərişlər verilmiş, bu barədə tərtib edilmiş jurnalda imza etmişlər. Həmin gün 6-cı mərtəbədə olan mənzillərin eyvanlarında üst hissələrinə daş-yunu montajını həyata keçirirdi. Həmin işləri görməkdə Rəşid köməklik etmiş, hazır etdiyi matanı ona uzadırmış. Belə ki, eyvanın üst hissəsinə montaj işini görəndə əlinin çatması üçün ayaqaltı taxta platformanın üzərində dayanırmış, hər səfər aşağı enmirdi. Rəşid isə aşağıdan ona matanı və materialı hazır edib verirmiş. Qeyd etmişdir ki, qoruyucu kəmərini isə daima üst mərtəbənin eyvanından aşağıya sallanmış kəndirə bağlamışdır. Həmin kəndir üst mərtəbədə olan dəmir armatura keçirilmiş halda olur, eyvanları dəyişdikləri halda həmin armatura və ona keçirilmiş kəndiri götürüb işləyəcəkləri eyvanın üstündə olan eyvanda fiksə edirlər, boşluqdan kəməri aşağı atırlar ki, aşağıda olan usta qoruyucu kəmərini həmin fiksə edilmiş kəndirə bağlasın. Zülfüqar isə 5-ci mərtəbədə işləyirdi, bilməsinə görə, eyvanın alt hissələrinin daşyunu materialını montaj edirdi. Təxminən saat 10:30 radələrində Zülfüqar onun yanına gələrək demişdir ki, işi bitdiyi vaxt ayaqaltı platformanı və Rəşidi yanına göndərsin, belə ki, eyvanda üst hissələrinə daşyunu vurmağa başlayacaqdır. Həmin ərəfədə 6-cı mərtəbədə işini yekunlaşdırıb Rəşid ayaqaltı platformanı götürüb aşağı, yəni ki 5-ci mərtəbədə olan Zülfüqara aparmasını söyləmişdir. Özü isə materiallarını yığıb işini davam etdirməkdən ötrü binanın 4-cü mərtəbəsinə enmişdir. Həmin mərtəbədə eyvanların alt hissələrini işləyəcəkmiş, ona görə də ayaqaltı platformaya ehtiyacı yox idi. Bundan öncə isə qoruyucu kəndiri 5-ci mərtəbədə olan eyvanda bərkidib kəndir hissəsini aşağı eyvana, yəni ki işləyəcəyi eyvana doğru sallamışdır. Təxminən saat 11:50 radələrində 4-cü mərtəbədə olan eyvanda iş görərkən binanın həyətindən “Tez su gətirin” deyə cümlə işlədilməsini eşitmişdir. Maraq üçün eyvanda iş gördüyü vaxt səs gələn tərəfə baxmışdır. Görmüşdür ki, aşağıda yerdə bir nəfər uzanıb, ətrafında isə bir neçə işçi vardır. Həmin uzanan şəxsə yuxarıdan diqqətlə baxdıqda görmüşdür ki, həmin şəxs Zülfüqardır. Zülfüqarın ondan yuxarı mərtəbədə işlədiyini bildiyi üçün bilmişdir ki, Zülfüqar işlədiyi mərtəbədən yerə yıxılmışdır. Cəld eyvandan mənzilə keçib, mənzildən isə dəhlizə çıxdıqda qarşısında Rəşidi görmüşdür. Rəşidə Zülfüqarın yıxıldığını dedikdən sonra hər ikisi cəld qaçaraq Zülfüqarın yanına gəlmişlər. Zülfüqarın həmin vaxt nəfəs almasını hiss etmiş, qısa müddət ərzində Zülfüqarın ətrafına çoxsaylı işçilər toplaşmışlar, onlardan bir neçə şəxs təcili tibbi yardıma zəng etmişlər. Bir neçə dəqiqə sonra isə əraziyə təcili tibbi yardım avtomobilinin gəlməsini görmüşdür. Hadisə yerinə gələn həkim briqadası Zülfüqarı müayinə etdikdə artıq onun vəfat etməsini xəbərini vermişlər. Bir müddət sonra isə tikintiyə hüquqmühafizə orqanlarının əməkdaşları gəlmiş, hadisə yerinə və Zülfüqarın meyitinə baxış keçirmişlər, onları sorğu-sual etmişlər, daha sonra isə Zülfüqarın meyitini müayinə olunmasından ötrü aparmışlar. Həmin gün ərzində Zülfüqarın meyitini Nərimanov rayonunda yerləşən 5 saylı şəhər klinik xəstəxanasında olan meyitxanadan təhvil alıb dəfn etməkdən ötrü Lənkəran şəhərinə aparmışlar və orada dəfn etmişlər. Dəfndən sonra isə işdən ayrılmışdır və hazırda Lənkəran şəhərində qalır. İşə başladığı 19 aprel 2022-ci il tarixdən başlayaraq ona və digər işçilərə gündəlik təlimat şirkətin iş icraçısı Təqsirləndirilən şəxs tərəfindən həyata keçirilirdi. İşlərinə Təqsirləndirilən şəxs nəzarət edir, görüləcək işlər barədə tapşırıqlar verir, binada əməyin mühafizəsinə və təhlükəsizlik texnikası qaydalarına nəzarət edir, keçdiyi təlimat ilə bağlı jurnal tərtib edib imza etmələri üçün təqdim edir, yəni ki, bu barədə cavabdeh şəxs Təqsirləndirilən şəxsdir. Şirkət tərəfindən fərdi mühavizə vasitələri olan dəbilqə, qoruyucu kəmər və s. ilə təmin olunmuşdur. Hər iş günündə qeyd etdiyi fərdi mühafizə vasitələri əynində olmuşdur. Əlavə etmişdir ki, Zülfüqar da işləyən zaman daima həmin fərdi mühafizə vasitələrindən istifadə etmişdir, həmçinin hadisə günü də həm özü, həm də ki, mərhum Zülfüqar fərdi mühafizə vasitələrində olmuşlar. Hadisədən sonra Şahid1 öyrənmişdir ki, Zülfüqar işlədiyi eyvanda işlərini yekunlaşdırıb digər mənzilin eyvanına keçmək istəmiş, bunun üçün hazırlıqlar görmüş, ayaqaltı platformanı (“kozyol”) digər mənzilə keçirtmək istəmişdir. Şahid1 isə digər materialları işləyəcəkləri mənzilə gətirdiyi zaman Zülfüqarın işləyəcəkləri mənzildə olmamasını görmüş, həmin vaxt səyyar ayaqaltı taxta platforma (“kozyol”) isə eyvanda qapı aralığında olmasını görmüşdür. Ona görə də bilmişdir ki, Zülfüqar işləməyə başlayacağı eyvana səyyar ayaqaltı taxta platformanı (“kozyol”) çıxartmaq istəyərkən ehtiyatsızlıqdan yerə yıxılmışdır. Zülfüqar Qasımzadəni yıxıldıqdan sonra gördüyü an qoruyucu kəmər onun əynində idi, kaskası isə zərbənin təsirindən kənara düşmüşdü. Zülfüqarın iş gördüyü 5-ci mərtəbənin heç bir eyvanında məhəccər və ya arakəsmə olmamışdır, eyni zamanda özünün də işlədiyi 4-cü və 6-cı mərtəbələrdə olan eyvanlarda məhəccər və ya arakəsmə yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, özü 4-5 ildir ki, tikinti sahəsində çalışır, belə ki, fiziki şəxs kimi Bakı şəhərində hündürmərtəbəli binaların inşaatını həyata keçirən müxtəlif tikinti şirkətləri ilə podrat müqavilələri bağlayıb tikintidə işləmələri üçün işçilərlə təmin edir. 2018-ci ilin mart ayında isə vergi ödəyicisi kimi dövlət qeydiyyatın keçib ********** VÖEN-i əldə etmişdir. 01 aprel 2019-cu il tarixdə "xxxx" MTK ilə aralarında podrat müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Bakı şəhəri, ünvan 7 ünvanında “Zirvə-A" MTK tərəfindən inşası həyata keçirilən hündürmərtəbəli binanın inşaatında işləmələri üçün usta və fəhlələr ilə əmək müqavilələri bağlayır və həmin işçilərin qeyd etdiyi binanın tikintisində işləmələrini təmin edir. X2 ilə 19 aprel 2022-ci il tarixdə özünün müraciəti əsasında əmək müqaviləsi bağlamışdır. Zülfüqar "xxxx" MTK-də fasad ustası kimi işlərə cəlb edilmişdir. Onunla eyni zamanda qohumu kimi tanıdığı Şahid2 İnqilab oğlu da fasad ustası kimi rəsmi əmək müqaviləsi əsasında işə qəbul edilmişdir, hər ikisinin vəzifəsi binanın eyvanlarında daş-yunu materiallarının montajını həyata keçirmək olmuşdur. Müəyyən etmişdir ki, hər ikisinin əvvəllər bu sahədə iş təcrübələri mövcuddur, yəni ki, görüləcək işləri və verilən tapşırıqları yerinə yetirmək qabiliyyətindədirlər. Zülfüqar və Ağabala iş barədə məlumat verdikdən və müvafiq sənədləşmə işlərini həyata keçirdikdən sonra onları əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydaları ilə tanış olmalarından ötrü "xxxx" MTK-nın əməkdaşlarına istiqamət vermişdir. Belə ki, işçilərin əməyin mühafizəsi və təhlükəsizlik texnikasına dair qaydalarla təlimat keçmək, işlərə nəzarət etmək vəzifəsi "xxxx" MTK-nın iş icraçısı Təqsirləndirilən şəxs həvalə edilmişdir. Yəni ki, işçilərə görüləcək işlər barədə göstərişləri MTK-nın iş icraçısı kimi Təqsirləndirilən şəxs verir, işlərə nəzarət edir, müvafiq təlimatlar keçir, eyni zamanda "xxxx" MTK-nın SƏTƏM (Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi) üzrə əməkdaşları tərəfindən işçilərə giriş təlimatı keçirilir, bundan başqa işçilər tikintidə istifadə etmələrindən ötrü fərdi mühafizə vasitələri ( dəbilqə, qoruyucu kəmər, forma və s.) ilə təmin edilir. Qeyd etmişdir ki, işçilərin iş fəaliyyətlərində hər hansı bir nöqsan aşkar olunduğu halda bu barədə ona məlumat verilir, zəruri halda işçinin əmək müqaviləsinə xitam verilir. 30 may 2022-ci il tarixdə günorta saatlarında işləri ilə əlaqədar Bakı şəhərindən kənarda olduğu vaxt "xxxx" MTK-dan ona zəng edilərək məlumat verildi ki, həmin gün saat 11:50 radələrində Zülfüqar Qasımzadə binanın 5-ci mərtəbəsində yerləşən mənzillərdən birinin eyvanında ehtiyatsızlıqdan yerə yıxılmış və aldığı xəsarətlər səbəbindən ölmüşdür. Ertəsi günü Bakı şəhərinə qayıtdıqdan sonra hadisə şahidləri ilə söhbət etmiş, o, cümlədən tikintidə fəhlə işləyən Şahid1 ilə əlaqə qurub görüşmüşdür. Onun və eyni zamanda iş icraçısı Təqsirləndirilən şəxs demələrindən bilmişdir ki, Zülfüqar Rəşid ilə birlikdə işlədiyi eyvanda işlərini yekunlaşdırıb işi davam etdirməkdən ötrü digər mənzilin eyvanına keçmək istəmiş, bunun üçün hazırlıqlar görmüş, ayaqaltı platformanı (“kozyol”) digər mənzilə keçirtmək istəmişdir. Şahid1 isə digər materialları (yapışdırıcı maye və s.) işləyəcəkləri mənzilə gətirdiyi zaman Zülfüqarın həmin mənzildə olmamasını, səyyar ayaqaltı taxta platformanı (“kozyol”) eyvanda qapı aralığında olmasını görmüşdür. Ona görə də bilmişlər ki, Zülfüqar işləməyə başlayacağı eyvana səyyar ayaqaltı taxta platformanı (“kozyol”) çıxartmaq istərkən ehtiyatsızlıqdan yerə yıxılmışdır. Hadisə baş verən vaxt isə Kamranın özü binanın 20-ci mərtəbəsinə beton vurulması ilə əlaqədar orada olmuşdur. Əlavə olaraq bildirmişdir ki, Zülfüqara iş barədə məlumat verdikdən və müvafiq sənədləşmə işlərini həyata keçirdikdən sonra onu əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydaları ilə tanış olmasından, təlimatlandırılmasından ötrü "xxxx" MTK-nın əməkdaşlarına istiqamət vermişdir. Belə ki, işçilərin əməyin mühafizəsi və təhlükəsizlik texnikasına dair qaydalarla təlimat keçmək, işlərə nəzarət etmək vəzifəsi "xxxx" MTK-nın iş icraçısı Təqsirləndirilən şəxs həvalə edilmişdir. Yəni ki, işçilərə görüləcək işlər barədə göstərişləri MTK-nın iş icraçısı kimi Təqsirləndirilən şəxs verir, işlərə nəzarət edir, müvafiq təlimatlar keçir, eyni zamanda "xxxx" MTK-nın SƏTƏM (Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi) üzrə əməkdaşları tərəfindən işçilərə giriş təlimatı keçirilir, bundan başqa işçilər tikintidə istifadə etmələrindən ötrü fərdi mühafizə vasitələri ( dəbilqə, qoruyucu kəmər, forma və s.) ilə təmin edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 digər şahidlər Şahid1, Şahid2, Şahid3 ilə eyni məzmunda ifadə verərək onların ifadələrində göstərdikləri xüsusatları təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə və meyitə baxış keçirilməsi haqqında” 30 may 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, ünvan 3 ünvanında "xxxx" MTK tərəfindən inşa olunan 2 saylı hündürmərtəbəli binadır. Binanın tikinti-quraşdırma işləri başa çatdırılmış, lakin binanın fasad işləri yekunlaşdırılmamışdır. Binanın tikinti meydançasına N.Yusifbəyli küçəsi tərəfdə olan açıq darvazadan daxil olduqda ətrafda çoxsaylı müxtəlif müxtəlif tikinti materiallarının olması müşahidə edilir. Eyni zamanda sağ tərəfdə 01 ədəd betonqarışdıran maşını vardır. Binanın birinci mərtəbəsi ilə daxili həyətinə keçdikdə binanın qarşısına düşən hissədə yerdə üzərinə göy naxışlı mələfə sərilmiş meyit müşahidə edilir. Meyitin üzərində olan mələfəni açdıqda meyitin sağ tərəfi üstə olması, başının altında yumşaq karton parçasının qoyulmasını, başının həyət, ayaqlarının isə tikinti meydançasına giriş tərəfə olması müşahidə edildi. Meyitin bədən üzlərində və ətrafında yerdə qanabənzər ləkələr müşahidə edilir. Baxış iştirakçısı fəhlə Şahid1 bildirdi ki, həmin şəxs binada fasad ustası işləyən X6r. Zülfüqar Qasımzadənin meyitinin əynində qara rəngli qısaqol kofta, qara rəngli şalvar, qara rəngli dəri kəmər və öndən bağlı olan qoruyucu kəmər vardır. Qoruyucu kəmər həm öndən, həm arxadan bağlı haldadır, meyitin belinə düşən tərəfdə kəndir vardır. Paltarların və kəmərin üzərində qanabənzər ləkələr görünür. Meyit kişi cinslidir, kafi qidalıdır, düzgün bədən quruluşludur. Meyitin bədən səthi solğundur, əllədikdə soyuqdur. Meyit qacıması bütün qrup əzələlərində zəif inkişaf etmişdir. Meyit ləkələri bədənin arxa və yan səthlərində yerləşməklə, solğun çəhrayımtıl rəngdədir, barmaqla təzyiq etdikdə rəngi itir, 40-50 saniyəyə öz əvvəlki rəngi bərpa olunur. Başın tükləri qara rəngdədir. Gözləri qapalıdır, bəbəklər dairəvi formada olub, bir-birinə bərabərdirlər, diametrləri 0,5 sm-dir. Burun və xarici qulaq keçəcəkləri sərbəstdir, qanlı ifrazat xaric olunur. Burun və üz skletə sümüklərini əllə yoxladıqda deformasiyalıdır. Ağzı qapalıdır, görünən dişləri təbiidir, tamdır. Boynu bədənə müvafiq olub hərəkətlidir. Döş qəfəsi silindrik formalı olub, deformasiyalıdır, əllədikdə hər iki tərəfdən qabırğaların çoxsaylı sınıqları qeyd edilir. Qarnı döş səviyyəsində yerləşmişdir. Meyitin xarici müayinəsi zamanı bədən səthində aşağıdaki xəsarətlər aşkar olundu: sol göz yuvası ətrafında tünd göyümtül rəngli qançırla müşayiət olunan hematoma, göz yarığı daralmışdır. Alın nahiyəsinin sağ və sol yarısında, sağ və sol almacıq nahiyəsində, burun nahiyəsində, üst dodağın sol yarısında, alt çənə cismində və sol sarğı nahiyəsində çoxsaylı müxtəlif istiqamətli və formalı səthi qurumuş, ətrafı qızarmış çoxsaylı qırmızımtıl rəngli sıyrılmış yaralar. Meyitin aşkar olunduğu yerin ətrafında həyət boyu müxtəlif növ tikinti materialları və tullantıları vardır. Baxış iştirakçısı Şahid1 bildirdi ki, Zülfüqar Qasımzadə ilə həmin gün 5-ci mərtəbədə yerləşən mənzildə işləmişlər, mənzilin eyvanında daşyunu materiallarını vurmuşlar. Materialları gətirməkdən ötrü digər mənzilə keçib materialların götürüb Zülfüqarm olduğu mənzilə qayıtdıqda orada Zülfüqarın görməmiş, mənzilin eyvanın qapısı açıq olmuş, qapı aralığında “kozyol” adlandırdıqları ayaqaltı platforma olmuşdur. Bir az sonra isə Zülfüqarm yıxılmasını öyrənmişdir. Bununla əlaqədar baxışın davamı olaraq baxış iştirakçıları ilə birgə binanın 5-ci mərtəbə gedildi. Binada olan mənzillər təmir olunmamışdır. Zülfüqar Qasımzadənin işlədiyi mənzilin sol tərəfdə yerləşən otağında olan eyvanın çıxış qapısı iki taylıdır. Qapının çərçivəsi plastik materialdan, içərisi isə şəffaf şüşədən ibarətdir. Eyvanın qapısı bağlı haldadır. Otağın içərisində yəni eyvanın giriş qapısının yaxınlığında bir ədəd hündürlüyü 90 sm , uzunluğu 150 sm, eni 50 sm olan ayaqaltı vardır. Otaqdan eyvana daxil olduqda eyvanın uzunluğu 255 sm, eni 115 sm, hündürlüyü 324 sm olduğu müəyyən edildi. Eyvanın çöl fasad hissəsi aşağı tərəflərdən daş-yun materialı ilə üzlənmiş, yuxarı hissələri isə üzlənməmişdir. Baxış zamanı eyvanın hündürlük düşgüsü olan hissəsinin açıq halda olması müəyyən edildi. Həmçinin eyvana daxil olan kimi sağ tərəfdə üst mərtəbədən aşağı sallanmış halda kəndir və kəndirən keçirilmiş dəmir keçidlərin olması göründü. Şahid1 bildirdi ki, eyvanda işləyərkən fasad ustaları əyinlərində olan qoruyucu kəməri həmin kəndirə keçirdirlər. Mənzilin eyvanından binanın həyətə tərəfə baxdıqda yerdə Zülfüqar Qasımzadənin meyiti müşahidə edildi. Bundan sonra baxış keçirilən eyvanın bir mərtəbə üstündə yerləşən eyvana gedilib kəndirin fiksə olunduğu yerə baxış keçirildi. Bununla da hadisə yerinə və meyitə baxış başa çatdırıldı. Baxış zamanı digər əhəmiyyət kəsb edən hal və ya əşya aşkar edilmədi. Zülfüqar Qasımzadənin meyiti isə təkrar xarici və daxili müayinə olunmasından ötrü MTE və PA Birliyinin Nərimanov rayon şöbəsinin meyitxanasına göndərildi. Baxış gündüz vaxtı, təbii və süni işıq altında aparıldı. Baxış zamanı “İphone” markalı mobil telefondan istifadə olunmaqla hadisə yerinin fotoşəkilləri çəkilib protokola əlavə olundu. Hadisə yerinə baxış zamanı iştirakçılar tərəfindən heç bir qeyd, əlavə və düzəliş daxil olmadı. Protokol ucadan oxundu, düzgün tərtib olunmuşdur imzalarla təsdiq olunur. “Hadisə yerinə əlavə baxış keçirilməsi haqqında” 20 iyun 2022-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən yer Bakı şəhəri, ünvan 3 ünvanında "xxxx" MTK tərəfindən inşa olunan 2 saylı hündürmərtəbəli binadır. Binanın tikinti-quraşdırma işləri başa çatdırılmış, lakin binanın fasad işləri yekunlaşdırılmamışdır. Həmçinin mənzillər təmir olunmamışdır. Baxış iştirakçıları ilə birlikdə 30 may 2022-ci il tarixdə X4 yıxıldığı və 5-ci mərtəbədə yerləşən mənzilə gəlindi. Həmin mənzilin sol tərəfdə yerləşən otağında eyvanın çıxış qapısı iki taylıdır. Qapının çərçivəsi plastik materialdan, içərisi isə şəffaf şüşədən ibarətdir. Eyvanın qapısı açıq haldadır. Otağın içərisində yəni eyvanın giriş qapısının yaxınlığında bir ədəd hündürlüyü 90 sm, uzunluğu 150 sm, eni 50 sm olan ayaqaltı vardır. Otaqdan eyvana daxil olduqda eyvanın uzunluğu 255 sm, eni 115 sm, hündürlüyü 324 sm olduğu müəyyən edildi. Eyvanın çöl fasad hissəsi aşağı tərəflərdən daş-yun materialı ilə üzlənmiş, yuxarı hissələri isə üzlənməmişdir. Baxış zamanı eyvanın hündürlük düşgüsü olan hissəsinə dəmir materialdan məhəccər quraşdırıldığı müəyyən edildi. Baxış iştirakçısı Təqsirləndirilən şəxs bildirdi ki, hadisə ərəfəsində və hadisədən əvvəl eyvanın hündürlük düşgüsü olan hissəsinə dəmir materialdan məhəccər olmamışdır, həmin məhəccər hadisədən sonra quraşdırılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertizası və X11 X20 14 iyun 2022-ci il tarixli, 68 nömrəli meyitin ekspertizasının rəyindən görünür ki, X1 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – ağır dərəcəli travmatik şokla müşayiət olunan kəllə tağı və əsası sümüklərinin sınıqları, baş beynin yumşaq qişalarına, beyin toxumasına, yan mədəciklərə qansızma, hemopnevmotoraksla müşayiət olunan hər iki ağciyərlərin travmatik cırılmaları, hər iki tərəfdən qabırğaların çoxsaylı sınıqları, alın nahiyəsinin sağ və sol yarısının, sağ və sol almacıq nahiyəsinin, burun nahiyəsinin, üst dodağın sol yarısının, alt çənə cisminin və sol sağrı nahiyəsinin sıyrılmış yaraları həyati olub, ölümündən az əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni hündürlükdən yıxılma (o cümlədən hündürmərtəbəli binanın 5-ci mərtəbəsindən) nəticəsində əmələ gələ bilərdi, qərarda qeyd olunan xx.xx.2022-ci il tarixdə uyğun gəlir, dərəcələrinə görə, ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər, ölümün baş vermə səbəbi ilə birbaşa əlaqəlidirlər. X1 ölümünə səbəb almış olduğu travma kompleksi nəticəsində baş vermiş ağır dərəcəli travmatik şok olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 4-6 saat əvvələ uyğun gəlir, bunu ilkin meyit əlamələtirinin inkişaf dərəcəsi təsdiq edir. X1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil, metil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisatlar aşkar edilməmişdir. X1 meyitindən aşkar edilmiş xəsarətlər təxminən 15 metr və ondan yuxarı olmaqla birbaşa yıxılmaya xarakterikdir. Xəsarətlərin qarşılıqlı mübarizə və özünü müdafiə xarakterli olub-olmamasının məhkəmə-tibbi morfoloji xüsusiyyətləri yoxdur. 01 mart 2018-ci il tarixli, İN/L-227/2018 saylı lisenziyadan görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında "xxxx" Mənzil Tikinti Kooperativinə tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işlərini həyata keçirmək üçün həyata keçirmək üçün lisenziya verilmişdir. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X8 əmək müqaviləsi üzrə fasad ustası kimi Şahid3 tərəfindən işə götürülmüşdür. “CD Diskdə olan görüntülərə baxış keçirilməsi barədə” 01 iyul 2022-ci il tarixli protokoldan görünür ki, baxış zamanı müəyyən olundu ki, CD Diskdə 01 ədəd “VİD- 20220701-WA0000”adlı videofayl vardır. Həmin videofaylı açdıqda görünür ki, videomüşahidə 03 may 2022-ci il tarixdə, saat 11:57:12-də başlayır və videokamera tikinti aparılan binanın daxili həyətini qeydə alır. Saat 11:57:32-də Zülfüqar Qasımzadənin hündürlükdən yıxılması, yıxılmadan öncə yıxıldığı yerə yaxın olan tikinti materiallarının üstünə dəyməsi və oradan beton döşəmə üzərinə yerə düşməsi göründü. Bir neçə saniyə sonra ona 2 nəfər işçi yaxınlaşır, həmin vaxt görünür ki, Zülfüqar Qasımzadə hərəkətsizdir. Video 11:58:22-də yekunlaşır. Ümumilikdə müəyyən olundu ki, daşıyıcı olan videogörüntü 01:10 dəqiqə müddətindədir. Baxış zamanı videogörüntülərdən iş üçün əhəmiyyət kəsb edən digər hallar aşkar edilmədi. Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 16 Saylı Mənzil-Kommunal Sahəsindən təqdim edilmiş 26 iyul 2022-ci il tarixli, 879 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs 10 mkr ərazisində yaşadığı müddət ərzində onun barəsində 16 saylı MKS-nə heç bir şikayət daxil olmayıb. Nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X7 arasında bağlanmış nikah 10 aprel 2021-ci il tarixdə qeydə alınmışdır. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs 07 yanvar 2022-ci il təvəllüdlü X18 adlı övladı vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 iyul 2022-ci il tarixli, 10/3629 nömrəli ekspert rəyindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar “Tikinti norma və qaydaları İİİ-4-80.4-cü fəsil. Tikintidə təhlükəsizlik texnikası qaydaları”nın 2.26 bəndinin və “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik qaydaları”nın 4.11.4, 16.4.6, 16.5 bəndlərinin tələbləri pozulmuşdur. Bu da hadisənin texniki və təşkilati səbəbləri olmuşdur. Binanın 5-ci mərtəbəsində yerləşən mənzilin eyvanında hündürlük düşgüsü sərhədindən 2 m-dən az məsafədə yerləşən iş meydançasının (eyvanın) kənarı müvəqqəti qoruyucularla çəpərlənmədiyinə, həmin eyvanda işləyən X8 hündürlük düşgüsü olan sahənin kənarında olarkən (iş görərkən) qoruyucu kəmərdən istifadə etməsi təmin olunmadığında görə, “Tikinti norma və qaydaları İİİ-4-80. 4-cü fəsil. Tikintidə təhlükəsizlik texnikası qaydalarf’-nın 4.11.4, 16.4.6, 16.5 bəndlərinin tələbləri faktiki olaraq işlərə rəhbərlik edən "xxxx" MTK-nın iş icraçısı Təqsirləndirilən şəxs tərəfindən pozulmuşdur. Hadisənin baş vermə şəraitini nəzərə aldıqda zərərçəkmişin özü tərəfindən qaydaların və təlimatların tələblərinin pozulması halı müəyyən edilmir. Aparılmış tədqiqatın dəyəri 102 manat təşkil edir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2022-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmasına dair əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 02 avqust 2022-ci il tarixli qərardan və eyni tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X3 notarial qaydada təsdiq edilmiş 08 avqust 2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs dəymiş maddi və mənəvi ziyanı ödəmişdir, ondan heç bir iddia və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs Aslanov Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-nin 222.3-cü maddəsinə əsasən tikintinin planlaşdırılması, ona rəhbərlik edilməsi, habelə tikinti obyektinin sökülməsi və ya bu obyektdə yenidənqurmanın aparılması zamanı işlərin, eləcə də mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizliyi qaydalarının pozulması insanların həyat və sağlamlığı üçün real təhlükə yaratdıqda ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda – üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində bir azyaşlı uşağının olmasını, Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən dəymiş ziyanın tamamilə ödənilməsini, Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.3cü maddəsinin sanksiyasında yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə uyğun olaraq zərər çəkmiş şəxs X4 hüquqi varisi X9 ilə barışıq əldə etmiş, zərər çəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbi olmamış və məhkəmə araşdırılması zamanı təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələblərinə görə isə həmin Məcəllənin 59.1.8, 59.1.1059.1.13cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi qeyd olunan Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göstərilənləri nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını və cəzanı ağırlaşdıran halların olmamasını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində və tikinti-quraşdırma sahəsində rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Bununla yanaşı məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin az ağır cinayətlər kateqoriyasına aid olmasını, ilk dəfə cinayət əməli törətməsini, habelə onun şəxsiyyətini xarakterizə edən halları - ailə vəziyyətini, iş yeri üzrə müsbət xarakterizə olunmasını, əvvəllər məhkum olunmamasını, himayəsində bir azyaşlı uşağının olmasını, yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən digər halları, eləcə də cəzanı ağırlaşdıran halların mövcud olmadığını, törətdiyi cinayət əməlinin ağırlıq dərəcəsini və nəticələrinə dair məsuliyyəti dərk etməsini, ibtidai istintaq və məhkəmə baxışı zamanı üzərinə düşən cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, habelə məhkəmə iclasındakı davranışını, işin digər mühüm və diqqətəlayiq hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkmədən də islah olunması mümkündür. Ona görə də Təqsirləndirilən şəxs təyin olunmuş cəza şərti olaraq tətbiq edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün hesab edərsə, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinin tələbinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti təyin edilir, həmin Məcəllənin 70.5-ci maddəsinə görə isə məhkəmə şərti məhkum etmə təyin edərkən həmin şəxsin üzərinə onun islah olunmasına kömək edən bir sıra vəzifələr qoya bilər. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin üzərinə şərti məhkum etmə dövründə yaşayış yerini dəyişərkən onun üzərində nəzarəti həyata keçirən dövlət orqanına məlumat vermək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri 102,0 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia, maddi sübut yoxdur. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 16 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 iş saatına görə 90 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 Saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 il müddətə tikintiquraşdırma sahəsində rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 04 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş 04 il müddətə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilsin və 02 il sınaq müddəti müəyyən olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindikdən sonra hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Ekpertiza tədqiqatının dəyəri 102,0 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 16 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 iş saatına görə 90 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 Saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar