Məhkəmə qərarları › İş №1(005)-468/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-468/2023

11.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-468/2023 11.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət verən şəxs X2 və onun vəkili “BHM və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi1, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X7 vəkili Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X2 xüsusi ittiham qaydasında verdiyi şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət vermiş X5 şikayətini onunla əsaslandırmışdır ki, X12 xx.xx.2023-cü il tarixdə “internet qəzeti Qafqazinfo.az" müstəqil informasiya siyasəti həyata keçirən media qurumuna X5 və oğlu X18 barəsində ağır ittihamedici məzmunlu müsahibə vermiş və müsahibə "İntihar etdiyi bildirilən Rauf Abbasovun bacısından - Ağır ittihamlar" başlığı altında dərc edilərək ictimailəşdirilmişdir. Sözügedən məqalənin məzmunu ilə tanış olduqdan sonra X12 tərəfindən ailələrinin ünvanına səsləndirilən ittihamedici ifadələr və ümumiyyətlə məqalənin məzmunundan formalaşan fikrə görə "xx.xx.2022-ci il tarixdə ailəsinə məxsus bağ evində X10 intihar etmədiyini, onun ölümündə arvadı X2 və oğlu X11 birbaşa iştirakının olduğunu, X10 qanında ekspertiza rəyində qeyd edildiyi kimi aşkar edilən çayda həll edilən narkotik tərkibli maddənin məhz Sevinc Təhməzova gizli şəkildə, məqsədli şəkildə etdiyi" məzmununda və eyni zamanda “Xəzər rayon prokurorluğu “15 min alıb işi bağlayıb" məzmununda müsahibə verərək X10 ölümündə X3 və oğlu X13 ictimai şəkildə ağır ittiham etmiş və Xəzər rayon prokurorluğuna qarşı “15 min manat pul müqabilində cinayət işinin açmadığı” məzmununda ictimai şəkildə ağır ittiham edərək böhtan atmışdır. Bununla bağlı Xəzər RPİ-nin 2-ci Polis Bölməsinə sözügedən şəxs barəsində qanunla müəyyən edilmiş tədbir görülməsi barədə ərizə ilə müraciət edilmişdir. Ərizə HK-1-666 sayda qeydə alınaraq bölmənin baş təhqiqatçısı, polis mayoru X8 icraatına qəbul edilmişdir. Aparılmış araşdırma ilə X12 izahatı alınaraq bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə "internet qəzeti Qafqazinfo.az" müstəqil informasiya siyasəti həyata keçirən media qurumuna qardaşı X10 intihar etməsi ilə bağlı Xəzər rayon prokurorluğunda aparılmış araşdırmanın nəticəsi olan xx.xx.2022-ci il tarixli "cinayət işinin başlanmasının rədd edilməsi haqqında" qərarından məlumatlı olduğunu, lakin buna baxmayaraq bilə-bilə X5 və oğlu X18 barəsində qardaşı Rauf Abbasovun ölməsində X3 və oğlu X14 ağır ittiham etdiyini etiraf etmişdir. Eyni zamanda Xəzər rayon prokurorluğuna qarşı "15 min alıb işi bağlayıb" məzmununda - ağır ittihamedici məzmunlu müsahibə verdiyini "İntihar etdiyi deyilən Rauf Abbasovun bacısından - Ağır ittihamlar" başlığı altında məqalə dərc etdirərək ictimailəşdirdiyini etiraf etmişdir. Araşdırma ərəfəsində Könül Abbasova "internet qəzeti Qafqazinfo.az" müstəqil informasiya siyasəti həyata keçirən media qurumu ilə əlaqə saxlamış və Xəzər rayon prokurorluğuna qarşı sözügedən məqalənin "Təəssüf ki, cinayət işi açılmır. Qulağımıza sözlər çatır ki, Xəzər rayon prokurorluğu 15 min alıb işi bağlayıb" hissəsində təkzib etdikdən sonra media qurumu tərəfindən ictimailəşdirilmiş məqalədən X17 rayon prokurorluğuna qarşı məqalənin həmin hissəsindən çıxarılması icra edilmişdir. Lakin təhqiqat tərəfindən faktla bağlı toplanmış materiallarda cinayət tərkibinin olmadığını qənaətinə gəlinmiş və ərizəçiyə mülki qaydada məhkəməyə müraciət etməsi barədə 17 may 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. Hesab edir ki, X1 Sevinc Tərlan qızının, oğlu X11 və o cümlədən azyaşlı oğlu 2018-ci il təvəllüdlü X6 şərəf və ləyaqətini ləkələyən, nüfuzdan salan və ailənin işgüzar nüfuzunu xələl gətirən həqiqətə uyğun olmayan məlumatı mediada - internet informasiya ehtiyatlarında, konkret olaraq "internet qəzeti Qafqazinfo.az" müstəqil informasiya siyasəti həyata keçirən media qurumunda ictimailəşdirməklə xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atmışdır. Sözügedən məqalə xeyli sayda baxış auditoriyasını əhatə etmişdir. Beləliklə, xx.xx.1971-ci il təvəllüdlü, Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan X1 Sevinc Tərlan qızına və oğlu X15 qarşı "internet qəzeti Qafqazinfo.az" müstəqil informasiya siyasəti həyata keçirən media qurumunda "İntihar etdiyi deyilən Rauf Abbasovun bacısından - Ağır ittihamlar" başlığı altında məqalə dərc etdirərək yayılması səbəb olan xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən, Könül Abbasova həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilməli və barəsində ittiham hökmü çıxarılaraq həmin maddənin sanksiya həddində cəzalandırılmalıdır. Xüsusi ittiham qaydasında şikayət vermiş X5 məhkəmə iclasında çıxış edərək şikayəti tam müdafiə edib, şikayətin məhkəmənin icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət verən şəxs X2 vəkili “BHM və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi1 şikayətin məhkəmənin icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X7 vəkili Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmə iclasında çıxış edərək xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Məhkəmə şikayəti nəzərdən keçirərək, hesab edir ki, aşağıdakı səbəblərə görə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 299.1, 299.3 və 299.3.3-cü maddələrinin tələblərinə görə məhkəmənin hazırlıq iclası xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olubolmaması və şikayətin məzmununun məcəllənin 293.3.1—293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılmalıdır. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1- 293.3.7-ci maddələri). Həmin qərarda məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayəti nəzərdə keçirərək şikayətin AR CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun tərtib edilməməsi və şikayətin forma və məzmun baxımından qanunvericliyin tələblərinə uyğun olmaması qənaətinə gəlir Belə ki, verilmiş şikayətdən görünür ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs şikayət ərizəsinin tərtibatı zamanı AR CPM-nin 293.3.1-ci maddəsinin tələblərinə riayət etməyərək şikayət ərizəsində özünün məşğuliyyət növünü göstərməmişdir. Halbuki, AR CPM-nin 293.3.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi) göstərilir. Bununla yanaşı, şikayət ərizəsində onun tərtib edildiyi tarix göstərilsə də, tərtib edildiyi yer göstərilməli olduğu halda göstərilməmişdir. Halbuki, AR CPM-nin 293.3.6-cı maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayətin verildiyi tarix (il, ay və gün) və yer göstərilir. Bundan savayı, xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsindən görünür ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs hələ məhkəmənin hazırlıq iclası keçirilmədən, şikayət ərizəsi icraata qəbul edilməklə xüsusi ittihamçı statusu əldə etmədən verdiyi ərizəsində özünü xüsusi ittihamçı kimi göstərmişdir ki, həmin hala münasibətdə məhkəmə qeyd edir ki, hazırki vəziyyətdə həmin şəxs xüsusi ittiham qaydasında şikayət vermiş şəxs statusundadır. Belə olan halda xüsusi ittiham qaydasında şikayətin forma və məzmun baxımından qanunvericiliyin tələblərinə uyğun olmaması verilmiş şikayətin icraata qəbul edilərək mahiyyəti üzrə baxılmasını istisna edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazirlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərarlar çıxarır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2 xüsusi ittiham qaydasında verilmiş şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan edildiyi andan 20 gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar