Məhkəmə qərarları › İş №1(005)-469/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-469/2022

16.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-469/2022 16.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs vəkili – “A.İ.M” Vəkil Bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və müdafiəçisi – “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, “Ağ Çiçəyim” gül salonunda sürücü işləyən, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 04 dekabr 2021-ci il tarixdə, saat 11:00 radələrində texniki cəhətdən saz vəziyyətdə olan, BB 137163 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən X1 mülkiyyətində olan və ƏN-V № 780366 saylı etibarnamə əsasında idarə etdiyi “Renault Dokker” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti ilə Ak. Həsən Əliyev küçəsi istiqamətindən üzü Ziya Bünyadov prospekti istiqamətində orta zolaqla saatda 40 km/saat sürətlə hərəkətdə olarkən Azadlıq prospekti ilə Y.V.Çəmənzəminli küçəsinin kəsişməsindəki işıqforun hərəkətə icazə verən yaşıl işığının yandığını görüb hərəkət istiqamətində olan yolun sağdan 1-ci hərəkət zolağına keçib həmin zolaqla saatda 40 km/saat sürətlə hərəkətini davam etdirən zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin, yəni “sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir” kimi tələblərini pozaraq Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 149 ünvanın qarşısındakı yolda hərəkət istiqamətinə nəzərən yolu soldan sağa doğru keçən piyada Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin sol yan hissəsi ilə vuraraq ehtiyatsızlıqdan ona burun sümüyünün açıq yerdəyişən sınığı, burun nahiyyəsinin əzilmiş yarası, baş beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə beyin travması, sağ tərəfli hemotoraksla müşayiət olunan döş qəfəsinin sağ yarısında Vİ, Vİİ, Xİ qabırğaların təkli, Vlll-X qabırğaların ikili və üçlü yerdəyişmə ilə sınıqları, döş qəfəsinin küt travması kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa “ağır” zərər vurmaya aid xəsarətlər yetirməklə yol nəqliyyat hadisəsi törətmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən və zərərçəkmiş şəxsin, ifadələri, ekspertiza rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə elan edilən ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə yaşayır. 130 saylı orta məktəbin Azərbaycan bölməsində 9 illik təhsili almışdır. 2018-ci ildə ailə həyatı qurmuş və bu nikahdan xx.xx.2020-ci il təvəllüdlü oğlu Əli Qədirov dünyaya gəlmişdir. 2014-cü ildən “BC” kateqoriyalı sürücülük vəsiqəsi vardır. 2020-ci ildən “Ağ Çiçəyim” gül salonunda sürücü vəzifəsində işləyir. xx.xx.2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar qeyd etmişdir ki, həmin tarixdə saat 11:00 radələrində etibarnamə əsasında idarə etdiyi, X2 məxsus “Renault Dokker” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti ilə Ak.H.Əliyev küçəsi istiqamətindən üzü Z.Bünyadov prospekti istiqamətində üç zolaqdan ibarət avtomobil yolunun orta zolağı ilə 40 km/saat sürətlə düzünə hərəkət edirmiş. O, idarə etdiyi avtomobillə Azadlıq prospekti ilə X5 küçələrinin kəsişməsində yerləşən işıqfora çatan zaman qarşısında avtomobillər dayandığından və gec hərəkət etdiyindən hərəkət istiqaməti dəyişdirib sağa manevr etməklə sağdan 1-ci hərəkət zolağına keçmişdir. Nizamlayıcının hərəkətə icazə verən yaşıl işığı yandığı üçün Nərimanov rayonu, Azadlıq prospekti ilə Ak.H.Əliyev küçəsi istiqamətindən üzü Z.Bünyadov prospekti istiqamətində üç zolaqdan ibarət avtomobil yolunun sağdan 1-ci zolağı ilə 40 km\saat sürətlə hərəkətini davam etdirmişdir. Bu zaman avtomobil yolunu soldan sağa keçmək istəyən adının sonradan Sara olduğunu öyrəndiyi qadın qaça-qaça onun qarşısına çıxmışdır. O, avtomobili saxlamaq üçün əyləci sıxıb avtomobili sağa tərəf döndərsə də, həmin qadın onun idarə etdiyi avtomobilin sol yan güzgüsünə dəymiş və zərbənin təsirindən qadın yerə yıxılmışdır. Qeyd etmişdir ki, həmin zaman avtomobillər üçün işıqforun yaşıl işığı yanmış və piyada oradan keçməli deyilmiş. Piyada onu gözlədikdən sonra yolu keçməli imiş. Hadisədən sonra dərhal idarə etdiyi avtomobildən çıxaraq qadının xəsarət alıb almaması ilə maraqlanmış, həmin qadını xəstəxanaya aparmaq istədiyini bildirmişdir. Lakin, həmin qadın heç nə olmadığını bildirib xəstəxanaya getmək istəməmişdir. Lakin, o, Sara adlı xanıma xəstəxanaya aparmaqda israr etdiyi üçün həmin qadın telefonla zəng vurub oğlunu çağırmış və oğlu gəldikdən sonra Sara oğlunun maşınına minib “City Hospital”a getmişdir. O da həmin vaxtı öz maşını ilə onların arxası ilə getmişdir. Xəstəxanada olan zaman Sara xanımın oğlu Turala adını bildirib telefon nömrəsini vermiş, hətta Turalın telefon nömrəsini almışdır ki, nəsə lazım olsa, əlaqə saxlasınlar. Bundan sonra xəstəxanaya Nərimanov RPİ-nin polis əməkdaşı gəlmiş və sürücünün kim olduğunu soruşan zaman o, özünü təqdim etmiş və həmin polis əməkdaşı ilə birgə hadisə yerinə və Nərimanov RPİ-nə getmişlər. Xəstəxanada olan zaman onun adından dostu Orxan gəlib Sara adlı qadının yastığının altına 300 manat pul da qoymuşdur. İlkin izahatlarında həmin qadının yolu adi yerişlə keçdiyini bildirsə də, sonradan videogörüntülərə baxan zaman yadına düşmüşdür ki, həmin qadın yolu qaçaraq keçmişdir. Hadisə zamanı idarə etdiyi avtomobil saz vəziyyətdə olmuş, yük və ya sərnişin olmamış, həmin vaxtı o, maşında tək olmuşdur. O, piyadanı vurmağına 6 metr qalmış görmüşdür. Həmin zaman artıq öndəki avtomobilin qarşısından yola çıxmışdı. Əyləcdən istifadə etsə də, avtomobili sağa tərəf hərəkət etdirsə də, avtomobili tam saxlaya bilməmiş və avtomobilin yan sol hissəsi, yəni sol güzgü qadına dəymişdir. Hadisə zamanı alkoqollu içkilərdən, narkotik vasitələrdən və ya digər güclü təsir edən maddələrdən istifadə etməmiş, sadalananların heç birindən istifadə etmir. Baş vermiş məlum yol-nəqliyyat hadisəsi nəticəsində ona hər hansı zərər dəyməmişdir. Son olaraq hadisələrin təsadüfi axarı zəminində ilk dəfə cinayət törətməsini, zərərçəkmiş şəxsə dəymiş maddi zərəri tam olaraq ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, hazırda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı şikayəti, iddiası və tələbi yoxdur. Məhkəmə iclasına dəvət edilməsinə baxmayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Müdafiə tərəfinin razılığı ilə məhkəmə iclasında onun ibtidai istintaqda vermiş olduğu ifadəsi elan olunmuşdur. Belə ki, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 04 dekabr 2021-ci il tarixdə, saat 11:00 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospektində yerləşən “Elnur Depo” aptek istiqamətindən yolun əks tərəfinə piyada keçirmiş. O, yola daxil olan zaman həmin vaxtı işıqforun piyadalar üçün nəzərdə tutulmuş yaşıl işığı yanırmış. O, Azadlıq prospekti ilə “28 May” metrostansiyası istiqamətindəki yolun 1-ci hərəkət zolağını iti addımlarla keçmişdir ki, həmin zaman artıq nəqliyyat vasitələrinin hərəkəti üçün yaşıl işığı yanmış, buna görə o, sakit qaçışla Azadlıq prospekti istiqamətindən “28 May” metrostansiyası istiqamətindəki yolu sakit qaçışla keçmiş və Azadlıq prospektindəki yolun ortasındakı qoşa xəttə çatmışdır. Həmin zaman Azadlıq prospekti ilə Z.Bünyadov prospekti istiqamətindəki işıqforda dayanmış maşınlar onun yolu keçməyinə şərait yaratdıqları üçün o, həmin yolu da sakit qaçışla keçməyə başlamışdır. Artıq piyada səkisinə çatmağına təxminən 2 metr məsafə qalmış Azadlıq prospekti ilə Z.Bünyadov prospekti istiqamətində hərəkətdə olan maşın digər maşınların dayanaraq ona yol verməsinə baxmayaraq maşının sol yan hissəsi ilə ona dəymiş və o, zərbədən yerə yıxılışdır. Onu vuran maşının rəngi ağ rəngli olmuş, üzərində “Ağ çiçəyim” loqosu olmuşdur. Sürücü maşından düşərək ona yaxınlaşmış, o, heç nə olmadığını və çıxıb getməsini bildirsə də, sürücü çıxıb getməmiş və onu xəstəxanaya aparmasını təklif etmişdir. O, evi yaxında olduğu üçün oğlu Muxtarlı Tunara zəng vurmuşdur. Tunar da hadisə yerinə gəlmiş və onu öz maşınına mindirib “City Hospital”-a aparmışdır. Həmin vaxtı sürücü də onların arxası ilə xəstəxanaya gəlmişdir. Orada onlara məlum olmuşdur ki, sürücünün adı Əbdülağadır. Sonra isə xəstəxanaya polislər gəlmişdir. O isə qeyd edilən xəstəxanada 4 gün stasionar şəkildə müalicə almışdır. Hadisə nəticəsində onun bədənində sınıqlar olmuşdur. Maşın onu vurduqdan sonra sürücü ona yaxınlaşarkən sonradan adını bilmədiyi bir nəfər şəxs də ona yaxınlaşmışdır. Lakin polisdə aparılan araşdırma zamanı videogörüntülərdən ona məlum olmuşdur ki, ona yaxınlaşan digər şəxs başqa maşınların sürücüsü olmuşdur. İş üzrə Təhlükəsiz Şəhər Xidmətindən əldə edilmiş hadisənin videogörüntüləri ona təqdim edilmiş, qeyd edilən görüntülərdə avtomobillə vurulan piyada özüdür, görüntüdən göründüyü kimi o, yolu keçən zaman Azadlıq prospektində yerləşən işıqfordakı maşınlar yaşıl işıq yanmasına baxmayaraq ona yol verdiyi halda və o, yolu tamamlamağına az qalmış Əbdülağa idarə etdiyi maşınla onu vurmuşdur.. Məhkəmə iclasında şahid qismində çağırılmış Şahid məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə müdafiə tərəfinin razılığı ilə Şahid ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Belə ki, ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə, saat 11:00 radələrində anası Sara ona zəng vuraraq Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospektində maşının onu vurduğunu bildirib ora çağırmışdır. O da dərhal evdən çıxıb ora getmiş və ora çatan zaman “Ağ çiçəyim” gül salonuna məxsus avtomobilin anasını yolu piyada keçən zaman vurduğu məlum olmuşdur. O, ora gedən zaman həmin avtomobilin sürücüsü də orada olmuş, anası isə ona sağ yan hissəsinin ağrıdığını bildirmişdir. O isə görmüşdür ki, anası Sara burnundan, başından və dişindən xəsarət almışdır. Anasına xəstəxanaya getməyi bildirsə də, anası Sara heç nə olmadığını, evə getmək istədiyini söyləmişdir. O isə anasının vəziyyətinin pis olduğunu görüb xəstəxanaya gedəcəklərini demişdir. Hətta həmin vaxtı sürücüdən, sonradan adı ona məlum olan Əbdülağadan anasını nəyə görə xəstəxanaya aparmadığını soruşan zaman həmin şəxs anası Saranın xəstəxanaya getmək istəmədiyim bildirmişdir. Buna görə o, öz maşını ilə anasını “City Hospitala”a aparmış və arxaları ilə həmin sürücü də xəstəxanaya gəlmişdir. Xəstəxanada olan zaman sürücü ona öz telefon nömrəsini verib vermədiyini xatırlamır. Sonradan isə xəstəxanaya polis əməkdaşları gəlmişdir. Anası xəstəxanada olan zaman və evdə müalicə alarkən sürücü Əbdülağa maddi köməklik etməmişdir. Sadəcə səhv etmirsə, anası xəstəxanada olan zaman sürücünün tanışı tərəfindən anasının yastığının altına 300 manat pul qoyulmuşdur. Əbdülağa anası müalicə aldığı vaxt az-az əlaqə saxlayıb anasının səhhəti ilə maraqlanmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” haqqında 04 noyabr 2021-ci il tarixli, 2/17709 nömrəli aktından görünür ki, Təqsirləndirilən şəxs hadisə törədərkən ayıq vəziyyətdə olmuş, alkoqol qəbulu əlamətləri aşkar edilməmişdir. AD 034186 seriya və nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü il tarixdə “B” və “C” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və vəsiqənin etibarlılıq tarixi xx.xx.2024-cü il tarixdə bitir. BB 137163 seriya və nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-BR-*** dövlət qeydiyyat nişanlı, VF10SRA********** ban nömrəli, 1598 sm3 mühərrikli, ağ rəngli “Renault Dokker” universal markalı avtomobil X2 məxsusdur. 16 sentyabr 2021-ci il tarixdə X3 tərəfindən verilmiş etibarnamənin surətindən görünür ki, **-BR-*** dövlət qeydiyyat nişanlı, VF10SRA********** ban nömrəli, 1598 sm3 mühərrikli, ağ rəngli “Renault Dokker” universal markalı avtomobilin idarə edilməsi Təqsirləndirilən şəxs etibar edilmişdir. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Təqsirləndirilən şəxs sürücü vəzifəsində işləyir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 X7 canlı şəxsin ekspertizasının 30 dekabr 2021-ci il tarixli, № 475/MEŞ saylı rəyindən görünür ki, X8 tərtib olunmuş tibbi sənəddə Zərərçəkmiş şəxs burun sümüyünün açıq yerdəyişən sınığı, burun nahiyyəsinin əzilmiş yarası, baş beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə beyin travması, sağ tərəfli hemotoraksla müşayiət olunan döş qəfəsinin sağ yarısında Vİ. Vİİ, Xİ qabırğaların təkli, Vlll-X qabırğaların ikili və üçlü yerdəyişmə ilə sınıqları, döş qəfəsinin küt travması diaqnozu təyin edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən əmələ gələ bilərdilər, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2021-ci il tarixi inkar etmir, yol-nəqliyyat hadisəsi nəticəsində yarana bilərdilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 8/601 saylı məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyindən görünür ki, istintaq tərəfindən verilən məlumatlara əsasən, “Renault Dokker” markalı, **-BR- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs Böükağa oğlunun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış tədqiqatın dəyəri 85 manat təşkil edir. “CD diskə baxış keçirilməsi haqqında” 11 iyun 2022-ci il tarixli protokoldan görününür ki, TŞ 6-156-1-2021-12-04 sözü yazılmış fayla baxış keçirilən zaman müəyyən edilmişdir ki, görüntü 15 dəqiqə davam edir. Həmin görüntüdə Nərimanov rayonu, Azadlıq prospekti ilə Y.V.Çəmənzəminli küçəsinin kəsişməsində olan yolların dairəvi videoçəkiliş vasitəsi ilə əks edildiyi müəyyən edildi. Görüntüdə baş vermiş hadisə işə bağlı sübut əhəmiyyət kəsb edən hal aşkar edilmədi. TŞ 6-156-2-2021-12-04 sözü yazılmış fayla baxış keçirilən zaman müəyyən edildi ki, görüntü 15 dəqiqə davam edir. Həmin görüntüdə Nərimanov rayonu, Azadlıq propektinin Ziya Bünyadov prospekti istiqamətində hərəkətdə olan yolun əks edildiyi müəyyən edildi. Görüntüdə baş vermiş hadisə işə bağlı sübut əhəmiyyət kəsb edən hal aşkar edilmədi. TŞ 6-156-3-2021-12-04 sözü yazılmış fayla baxış keçirilən zaman müəyyən edildi ki, görüntü 15 dəqiqə davam edir. Həmin görüntüdə Nərimanov rayonu, Azadlıq propektinin AK.Həsən Əliyev küçəsi istiqamətindən hərəkətdə olan yolun və Azadlıq prospekti ilə Y.V.Çəmənzəminli küçəsinin kəsişməsində olan işıqforun görüntülərinin əks edildiyi müəyyən edildi. Görüntünün 03-cü dəqiqə 52 saniyəsində Nərimanov rayonu, Ak.Həsən Əliyev küçəsi istiqamətindən Azadlıq prospekti ilə Ziya Bünyadov prospekti istiqamətində hərəkətdə olan yolun Y.V.Çəmənzəmənli küçəsi ilə kəsişməsində yerləşən işıqforunda nəqliyyat vasitələri üçün qırmızı işıq, piyadalar üçün isə yaşıl işıq yandığı, 04-cü dəqiqə 25-ci saniyəsində isə avtomobillərin hərəkəti üçün yaşıl işıq, piyadalar üçün qırmızı işıq yandığı, görüntünün 04-cü dəqiqə 29-cu saniyəsində qadın piyadanın Ziya Bünyadov prospekti istiqamətindən Azadlıq prospekti ilə Ak.Həsən Əliyev küçəsinin istiqamətində olan yolu qaçışla keçib Azadlıq prospektindəki qoşa xətdə çatdığı və həmin vaxtdan Ak.Həsən Əliyev küçəsi istiqamətindən Azadlıq prospekti ilə Ziya Bünyadov prospekti istiqamətində olan yolu adi qaçışla keçdiyi, işıqforda hərəkətə başlamış avtomobillərin həmin qadın piyadaya yol verdiyi, lakin Ak.Həsən Əliyev küçəsi istiqamətindən Azadlıq prospekti ilə Ziya Bünyadov prospekti istiqamətində hərəkətdə olan ağ rəngli avtomobilin sürücüsü işıqfora çatmağına yaxın hərəkətdə olduğu yolun orta zolağından hərəkət istiqamətinin sağdan 1-ci hərəkət zolağına keçib avtomobillə hərəkətini davam etdirən zaman görüntünün 04-cü dəqiqə 32-ci saniyəsində idarə etdiyi avtomobilin qabaq sol yan hissəsinin yolu qaçaraq keçən piyadaya dəydiyi, zərbədən piyadanın yerə yıxıldığı, avtomobilin dayandığı, görüntünün sonunadək həmin avtomobilin hadisə yerində dayandığı, ətrafdan kənar şəxslərin həmin piyadaya yaxınlaşaraq kömək etdiyi müəyyən edildi. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin xx.xx.2022-ci il tarixli, 016-77054-1222 nömrəli məktubundan görünür ki, DİN-in Baş X9 İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin komputer uçot bazasının məlumatlarına əsasən, xx.xx.1990cı il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2014-cü il tarixdə (xx.xx.2024-cü il tarixədək etibarlı olan) AD 034186 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2022-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 8/1687 saylı məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyindən görünür ki, istintaq tərəfindən verilən məlumatlara əsasən, “Renault Dokker” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs Böükağa oğlunun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış tədqiqatın dəyəri 85 manat təşkil edir. “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında” 08 avqust 2022ci il tarixli qərardan və eyni tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. “Sübutların qiymətləndirilməsi və maddi sübut qismində tanımaq haqqında” 10 avqust 2022-ci il tarixli qərardan görünür ki, 08 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə elan edilmiş ittihamın və barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilmədən qüvvəsində saxlanılması, “Təhlükəsiz Şəhər Xidməti”nin TŞ 6-156 kamerasında xx.xx.2021-ci il tarixdə, saat 11:05-dən 11:20-dək olan müddət ərzində qeydə alınmış videogörüntülər olan CD diskin iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınması və iş materiallarına əlavə edilməsinin nəzərə alınması, ********* saylı cinayət işi ilə əlaqədar Təqsirləndirilən şəxs idarə etdiyi “Renault Dokker” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut qismində tanınması və həmin avtomobilin sürücü Təqsirləndirilən şəxs təhvil verilməsinin nəzərə alınması qərara alınmışdır. Zərərçəkmiş şəxsin vəkilinin məhkəməyə təqdim etdiyi notarial qayada təsdiqlənmiş, xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs müalicə olunmuş və artıq tamamilə sağalmışdır. Yol-nəqliyyat hadisəsi baş verdikdən sonra Təqsirləndirilən şəxs ona qayğı ilə yanaşmış, səhhəti ilə, müalicəsi ilə daima maraqlanmış, yol-nəqliyyat hadisəsi nəticəsində ona vurulmuş zərərin ödənilməsinə hər zaman təşəbbüs göstərmişdir. Bu səbəbdən o, Təqsirləndirilən şəxs ilə barışmış, yol-nəqliyyat hadisəsi nəticəsində ona vurulmuş zərəri təqsirləndirilən şəxsə bağışlamışdır. Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi yoxdur, gələcəkdə də olmayacaqdır, Odur ki, Təqsirləndirilən şəxs ilə barışdığını və ona vurulmuş zərərin aradan qalxdığını nəzərə alıb cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə toplanılmış sübutları tam, obyektiv və qərəzsiz araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulan əməlin törətməsi tam sübuta yetirilir. Bununla belə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslərlə barışdığından və onlara dəymiş ziyanı tam şəkildə ödədiyindən o, cinayət məsuliyyətindən azad edilməli, iş üzrə icraata xitam verilməlidir. Belə ki, CM-in 263.1-ci maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 40.3. Şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır; 346.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında cinayət məsuliyyətindən azad etmə üçün əsasların olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə göstərilən halları, yəni Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında barışığın əldə edilməsini, habelə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq belə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən Təqsirləndirilən şəxs barəsində başlanılmış cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ləğv edilməlidir. Ekspertiza tədqiqatının dəyəri 170,0 manat təqsirləndirilən şəxsdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Cinayət işi üzrə maddi sübut - “Renault Dokker” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalıdır. Cinayət işi üzrə maddi sübut - 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə xüsusi müsadirə olunası əmlak və mülki iddia yoxdur. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi Fəzail oğluna sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 iş saatına görə 60 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Arbitrium” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11, 43.1.2, 321, 321.2.1 və 384-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1- 1-ci maddəsi ilə başlanılmış cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Ekspertiza tədqiqatının dəyəri 170,0 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Cinayət işi üzrə maddi sübut - “Renault Dokker” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə maddi sübut - 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi Fəzail oğluna sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 iş saatına görə 60 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Arbitrium” Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan edildiyi gündən 20 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar