Məhkəmə qərarları › İş №1(005)-47/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-47/2024

27.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-47/2024 27.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 10:50 Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin hakimi Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Rəqsanə Sulidin qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Bakı şəhər X2 müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçisi «Bakı şəhəri 11 saylı»” Vəkil Bürosunun vəkili Müdafiəçi, tərcüməçi - X3, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1996-cı ildə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Abşeron rayonu Atyalı qəsəbəsi fərdi yaşayış evində yaşayan və barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 12,85 qram bitki mənşəli kütlə, tərkibində narkotik vasitələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı alaraq əldə edib üzərində saxlamaqla daşımış, həmin narkotik vasitədən 08 aprel 2023-cü il tarixdə saat 22 radələrində tanışı Şahid1 80 manat müqabilində 01 ədəd bükümdə təmiz çəkisi 5,250 qram tərkibində narkotik vasitələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana satmış, 08 aprel 2023-cü il tarixdə saat 22:15-də Nərimanov RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində ünvan 16 ünvanın yaxınlığında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılaraq ünvan 3 ünvanında yerləşən Nərimanov RPİ-nin inzibati binasına gətirilib orada üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 17 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,370 qram, 0,400 qram, 0,330 qram, 0,420 qram, 0,330 qram, 0,450 qram, 0,470 qram, 0,520 qram, 0,430 qram, 0,420 qram, 0,520 qram, 0,420 qram, 0,500 qram, 0,510 qram, 0,560 qram, 0,470 qram, 0,480 qram olmaqla Şahid1 üzərindən aşkar edilmiş 5,250 qram çəkidə tərkibində narkotik vasitələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana ilə eynilik təşkil edən ümumi təmiz çəkisi 7,600 qram bitki mənşəli kütlələr, tərkibində narkotik vasitələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi şahidlərin ifadələri, məhkəmə baxışında tədqiq edilmiş maddi sübut və digər iş materialları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, O, narkotik vasitələrdən gec-gec, toyda və ya qonaqliqda dostlarından götürərək istifadə etsə də daimi istifadəçi deyil və heç vaxt müxtəlif növ narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Polis əməkdaşları tərəfindən üzərindən aşkar edilərək götürülmüş narkotik vasitələrin heç biri ona aid deyildir. O, qeyd etmişdir ki, avtomobili texniki cəhətdən nasaz olması səbəbilə avtoservisə vermiş, hadisə günü də avtomobilə baxmaq üçün evdən çıxmış, biraz hərəkət etdikdən sonra evinin yaxınlığında Ceyhun adlı şəxs ona yaxınlaşmış və bu zaman Atyalı adlanan qəsəbədə 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşmış, onu döyərək öz avtomobillərinə məcburi şəkildə mindirmişdirlər. Bu zaman onun üzərində heç bir narkotik vasitə olmamışdır. Daha sonra isə adını xatırlamadığı bir polis əməkdaşı avtomobildə bir paket narkotik vasitəni ona uzadaraq ona məxsus oduğunu bildirərək ona təqdim etdilər. O isə həmin narkotik vasitənin ona məxsus olmadığını qeyd etsə də ona heç kim əhəmiyyət verməmişdir. Bundan sonra o, polis idarəsinə gətirilmiş, müxtəlif işgəncələr və hədə-qorxu ilə təqdim etmiş olduqları narkotik vasitənin video çəkiliş zamanı özününmüş kimi ifadə verməsini tələb etmişlər. Etirafedici ifadə vermədiyi təqdirdə onu daha çox miqdarda narkotik vasitə ilə ittiham edəcələrini həmçinin, polis əməkdaşları onun yaşamış olduğu evinə 02 kilo çəkidə narkotik vasitə qoyacaqlarını bildirmiş, o isə xəstə anasını, bacısı və bacısının 02 azyaşlı övladını qorumaq məqsədi ilə polis əməkdaşlarının dedikləri ilə razılaşmış və video çəkiliş zamanı polis əməkdaşlarının ona sonradan vermiş olduqları narkotik vastənin özününmüş kimi təqdim etmişdir. Bundan başqa o, bildirmişdir ki, şübhəli şəxs qismində ünvan 16 saylı ünvanda yerləşən “İnfiniti” klubun yaxınlığıdan deyil, Atyalı adlanan ərazidə saxlanılaraq polis idarəsinə gətirilmişdir. O, məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, barəsində həbs qətimkan tədbiri seçilərkən polis əməkdaşları tərəfindən şiddət və təzyiqə məruz qalması barədə məlumat vermişdir, lakin onun üzərindəki xəsarətləri müəyyən etmək üçün tibbi ekpertizaya 01 aydan sonra apardıqları üçün üzərində olan yara izləri sağalmış, həmçinin polis əməkdaşları tərəfindən əksər xəsarətləri ayaq hissəsinə almış olduğu üçün xəsarətlərin bir qismi gözləgörünməyən olmuşdur. Bundan başqa o bildirmişdir ki, Ceyhun adlı şəxs narkotik vasitələrin istifadəçisi olduğu üçün özünü təmizə çıxarmaq məqsədi ilə onun adını vermişdir. Ceyhunu avtoyuma məntəqəsində işləyirdi və oradan tanışlıqları olmuşdur, bir neçə dəfə görüşmüşlər. Narkotik vasitə istifadə etməsi barədə məlumatı olmadığını söyləmişdir. Həmçinin ibtidai istintaqı aparan müsəntiq onu heç bir protokolla tanış etməmiş, üzləşdirmə aparmamışdır. Müstəniq tərəfindən ittiham olunduğu CM-nin 234.2-ci maddəsindən həmin məcəllənin 234.1-ci maddəsinə tövsif olunması ilə bağlı verdiyi vədə inanaraq, sənədləri oxumadan imza etmişdir. Yekun olaraq o, qeyd etdiklərinin nəzərə alınmasını və barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki o, hazırda Xətai Rayonu Polis İdarəsinin CAŞ-nin şöbə rəisinin müavini vəzifəsində çalışır. 08 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş və əməliyyat qrupu yaradılmışdır. Həmin gün təxminən saat 22:15 radələrində ünvan 16 ünvanının yaxınlığında xarici əlamətlərindən Təqsirləndirilən şəxs və Şahid1 Elburus oğlu saxlanılmışdır. İdarəyə gətirildikdən sonra vəkil dəvət edilmiş və hüquq və vəzifələri izah edildikdən sonra üzərlərinə video çəkiliş aparılmaqla baxış keçirilmişdir. Üzərinə baxış zamanı Təqsirləndirilən şəxs üzərindən müxtəlif bükümlərdə narkotik vasitə aşkar edilmişdir. Üzərindən uzun müddət keçdiyi üçün büküm saylarının yadında qalmadılığını təxminən 7- 12 büküm olduğunu bildirmişdir. Həmçinin çoxsaylı əməliyyat tədbirlərində iştirak etdiyi üçün epizodların dəqiq yadında qalmadığını, ibtiadi istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyi qeyd etmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs Nərimanov rayonu, A.M.Cümə küçəsində saxlanılmış və Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və psixoloji təzyiq olmamışdır. Məhkəmədə dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki o, hazırda Nərimanov RPİ-nin CAŞ-ndə kiçik inspektor vəzifəsində çalışır. 08 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında yaradılmış əməliyyat qrupunda iştirak etmişdir. Əməliyyat məlumatı Şahid2 daxil olmuşdur. Əməliyyat qrupunda polis baş serjantı Şahid4 də iştirak etmişdir. Həmin gün təxminən saat 22:15 radələrində ünvan 16 ünvanının yaxınlığında xarici əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsləri görüb sonunculara yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşı olduqlarını demişlər. Bundan sonra həmin şəxslərin şəxsiyyəti dəqiqləşdirilmiş və Ceyhun və Vasifə narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirərək idarəyə dəvət etmişlər. İdarəyə gətirildikdən sonra vəkil dəvət edilmiş və hüquq və vəzifələri izah edildikdən sonra üzərlərinə video çəkiliş aparılmaqla baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərindən təxminən 4 bükümdə narkotik vasitə aşkar edilmişdir. Şəxsi axtarış keçirilməsinin nəticəsinə dair protokol tərtib edilmiş, iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələrin büküm sayını üzərindən uzun müddət keçdiyi üçün dəqiq xatırlamır, lakin bir büküm olmadığına emindir. Həmçinin Təqsirləndirilən şəxs Nərimanov rayonu, A.M.Cümə küçəsində saxlanıldığını və Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və psixoloji təzyiq olmadığını bildirmişdir. Bununla yanaşı əməliyyatda iştirak edən zaman telefonunun üzərində olmadığını qeyd etmişdir. Məhkəmədə dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, hazırda Nərimanov RPİ-nin CAŞ-də kiçik inspektor vəzifəsində çalışır. 08 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında yaradılmış əməliyyat qrupunda iştirak etmişdir. Əməliyyat məlumatı Şahid2 daxil olmuşdur. Əməliyyat qrupunda polis baş serjantı Şahid3 da iştirak etmişdir. Həmin gün ünvan 16 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs və Şahid1 Elburus oğlu saxlanılmışdır. Həmin şəxslərin şəxsiyyəti dəqiqləşdirilmiş və Ceyhun və Vasifə narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirilərək idarəyə dəvət etmişlər. İdarəyə gətirildikdən sonra vəkil dəvət edilmiş və hüquq və vəzifələri izah edildikdən sonra üzərlərinə video çəkiliş aparılmaqla baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərindən təxminən 15 bükümdə narkotik vasitə aşkar edilmişdir. Həmin narkotik vasitələri şəxsi istifadəsi üçün 91 manat müqabilində İran İslam Respublikası vətəndaşından aldığını bildirmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələrin büküm sayını üzərindən uzun müddət keçdiyi üçün dəqiq xatırlamır, bükümlərin çox olduğunu təxmini olaraq 15 büküm olduğu bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs Nərimanov rayonu, A.M.Cümə küçəsində saxlanıldığını və Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və psixoloji təzyiq olmadığını bildirmişdir. Tərəflərindən saxlanıldıqları vaxt Təqsirləndirilən şəxs və Şahid1 tərəfindən də heç bir müqavimətlə qarşılaşmadıqlarını qeyd etmişdir. Bununla yanaşı əməliyyatda iştirak edən zaman telefonunun üzərində olmadığını qeyd etmişdir. Məhkəmədə dindirilmiş Şahid1 ifadə verərək bildirmişdir ki, barəsində məhkəmənin hökmünə əsasən azadlığın məhdudlaşdırılması cəzası verilmişdir və hazırda cəza çəkir. Narkotik vasitənin satışı ilə təqsirləndirilən Abuzərli X14 tanmır, onu əvvəllər heç bir yerdə görməmiş və əlaqə saxlamamışdır. O, təxminən 2-3 aydır ki, narkotik vasitə istifadə edir. Narkotik vasitəni “Mosu” kimi tanıdığı şəxsdən almışdır, lakin həmin o, şəxs hal-hazırda məhkəmə iclas zalında ittiham olunan şəxs deyildir. O, müstəntiqdən qorxduğu üçün ona verilən sənədlərlə tanış olmadan imza çəkmişdir. Həmçinin o məhkəmənin sualına cavba olaraq bidirmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək azadlığın məhududlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmədə əlavə şahid qismində dindirilmiş "xxxx" MMC-nin nümayəndəsi X12 ifadə verərək qeyd etmişdir ki, “GPRS” internet istifadəsidir və yoxlanılan mobil opertator intenetdən istifadə edən zaman qeydə alınmışdır. Sorğu əsasında təqdim edilmiş məlumatdanda görünür ki, təqsirləndirilən şəxsin istfadəsində olan ***-***-**-** nömrəli mobil operatordan internetindən xx.xx.2023-cü il tarixdə, saat 21:33:57 radələridə 1899 saniydə istifadə edilmiş və həmin zaman şəxsin Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı Şamaxı yolu, 16 km ünvanında olduğu müəyyən edilmiş, daha sonra isə həmin tarixdə saat 22:29:32 radələrində 354 saniyə istifadə edilmiş və həmin vaxtda ünvan 7 ünvanında olduğu müəyyən edilmişdir. Qeyd edilən vaxtlarda heç bir uyğunsuzluq mövcud deyildir. Həmçinin məhkəmənin sualına cavab olaraq qeyd etmişdir ki, “GPRS”dən istifadə dedikdə mütləq şəxsin telefondan istifadə etməsi demək deyildir, telefonda olan proqramlar özləri yeniləndiyi halda da internetden istifadə olunmuş hesab edilir. Məhkəmədə əlavə şahid qismində dindirilmiş təqsirləndirilən şəxsin anası X4 ifadə verərək qeyd etmişdir ki, təqsirləndirilən şəxsin anasıdır. Oğlu taksi sürücüsü kimi fəaliyyət göstərdiyindən həmişə evə gec saatlarda gəllirdi. Hadisə günü isə oğlu Vasifin evə tez gəldiyini gördükdə o bunun səbəbini soruşmuş, Vasif isə cavabında avtomobilinin nasaz vəziyyətdə olduğunu və ustaya vediyini bildirmişdir. Bir neçə saat sonra saat təxminən 22:00 radələrində oğlu Vasif ustaya getdiyini və ona gec gələcəyini bildirmişdir. Bundan sonra saat təxmindən 04:00 radələrində ona tanımadığı nömrədən zəng gəlmiş və Vasif ona polis əməkdaşları tərəfindən saxlanıldığını idarəyə gəlməli olduğunu bildirmişdir. Oğlunun saat 22 radələrində Abşeron ərazisində olduğunu qeyd etmişdir. Məhkəmədə tədqiq olunan xx.xx.2023-cü il tarixli Nərimanov Rayon Polis İdarəsinə ünvanlanmış raportdan görünür ki, xx.xx.1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 10 ünvanında qeydiyyatda olan və yaşayan Şahid1 Elburus oğlu və xx.xx.1996-cı il təvəllüdlü Ağsu rayonunda anadan olmuş, Bakı şəhəri Nəsimi rayonu, 3-cü mikrorayon, Hüseynbala Əliyev küçəsi, ev 12, mənzil 9-da qeydiyyatda olan. Abşeron rayonu, Atyalı qəsəbəsi fərdi yaşayış evlərində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitərlən və psixotrop madələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair kifayət qədər əsaslar və şübhələr olduğundan xx.xx.2023-cü il tarixdə saat 22:15 radələrində tərəflərindən keçirilmiş əməliyyat-axtarış nəticəsində Bakı şəhəri, Nərimanov rayonu, X19 küşəsi 7 ünvanın yaxınlığında saxlanılaraq Nərimanov RPİ-nə gətirilərək növbətçi hissəyə təhvil verilmişdir. Məhkəmədə tədqiq olunan “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və DVD diskdən aydın olur ki, xx.xx.2023-cü il tarixdə saat 22:15 radələrində ünvan 16 saylı ünvanın yaxınlığında Nərimanov RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq Nərimanov RPİ-nə gətirilmiş Təqsirləndirilən şəxs təklif edildi ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etsin.Bu təklifdən sonra Təqsirləndirilən şəxs, əynində olan göy rəngli cins şalvarının sol yan cibindən, 01 (bir) ədəd ədəd şəffaf rəngli polietilen torbanı çıxardıb təqdim etdi. Həmin polietilen torba açıldıqda içərisində hər biri ayrı-ayrılıqda ağ rəngli kağız parçalarına bükülmüş, içərilərində spesifik qoxuya malik, tünd yaşıl rəngli, qurudulmuş ot kütləsi olan 17 (on yeddi) ədəd bükümü çıxardıb təqdim etdi.Bundan başqa Təqsirləndirilən şəxs, əynində həmin şalvarın sağ yan cibindən 1 (bir) ədəd A 95415806 nömrəli 50 (əlli) manatlıq, 01 (bir) ədəd A 16792745 nömrəli 20 (iyirmi) manatlıq, 01 (bir) ədəd A 53912309 nömrəli 10 (on) manatlıq, 01 (bir) ədəd B 29706145 nömrəli 10 (on) manatlıq, 01 (bir) ədəd A 17535756 nömrəli 01 (bir) manatlıq pul əskinasmı, Rabitə Bank tərəfindən verilmiş 01 (bir) ədəd **********877263 nömrəli, X20 tərəfindən verilmiş 01 (bir) ədəd **********447571 nömrəli və Kapital Bank tərəfindən verilmiş 01 (bir) ədəd **********699969 nömrəli plastik kartları və 01 (bir) ədəd Samsung markalı mobil telefon cihazını çıxardıb təqdim etdi. Sorğu zamanı Təqsirləndirilən şəxs, təqdim etdiyi 17 (on yeddi) ədəd bükümün içərisində olan ot kütlələrinin narkotik vasitə marixuana olduğunu bildirmişdir. O, həmin marixuananı Rəşid kimi tanıdığı İran İslam Respublikasının vətəndaşından əldə etdiyini bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa hər hansı bir əşya, predmet və ya maddə aşkar edilmədi. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən aşkar edilmiş 17 (on yeddi) ədəd büküm iş üçün əhəmiyyəti kəsb etdiyinə görə götürülərək qablaşdırıldı və DİN-nin “44” nömrəli möhürü ilə möhürləndi. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Materialların Məhkəmə fiziki-kimyəvi eskpertizasının 09 aprel 2023cü il tarixli 7/500 saylı rəyindən görünür ki, tədqiqata təqdimediliş üzərində “X5 üzərindən aşkar olunan maddələr” yazılar və imzalar ola zərfdə 17(on yedi) ədəd kağız bükümkərdə ayrı-ayrılıqda təmiz çəkiləri- 0,370 qram, 0,400 qram, 0,330 qram, 0,420 qram, 0,330 qram, 0,450 qram, 0,470 qram, 0,520 qram, 0,430 qram, 0,420 qram, 0,520 qram, 0,420 qram, 0,500 qram, 0,510 qram, 0,560 qram, 0,470 qram, 0,480 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Marixuanaların ümumi çəkisi- 7,600 qramdır. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Materialların Məhkəmə fiziki-kimyəvi eskpertizasının 14 iyul 2023-cü il tarixli 3-16-16/2-7/996 saylı rəyindən görünür ki,Tədqiqata təqdim olunmuş MEM-nə məxsus 1 №-li qəhvəyi rəngli kağız paketdə üzərində “Şahid1 üzərindən aşkar olunmuş ot kütləsi” yazılar və imzalar olan zərfdə 1 (bir) ədəd sellofan bükümdə olan marixuana ilə tədqiqata təqdim olunmuş MEM-nə məxsus 2№-li qəhvəyi rəngli kağız paketdə üzərində“ Təqsirləndirilən şəxs üzərindən aşkar 17 (on yeddi) ədəd kağız bükümlərdə olan marixuanalarla tərkiblərinə görə eynidirlər. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X15 Şəxsi Ambulator X1 nəticələrinə dair xx.xx.2023-ci il tarixli, 2082 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanseridə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixatrik X8 X11 məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2023-ci il tarixli, 975 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir.Təqsirləndirilən şəxs həmçinin ona ittiham elan olunan əməl dövründə hər hansı bir psixi xəsətlik və ya ya psixi fəaliyyətinin müvəqqəti pozulması kəmağıllıq və sair psixi xəstəlik əlamətləri aşkar olunmamışdır. Həmin dövürdə o öz hərkətlərini, faktini xarakertini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna gördə Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Həmçinin Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikasının CM-in 21 və ya 22-ci maddələrinin təsir dairəsinə düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs olunun məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə tədqiq olunan “Sübutların qiymətləndirilməsi haqqında” 08 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 17 ədəd bükümdə ilkin təmiz çəkisi 7,600 qram olan narkotik vasitə qurudulmuş marixuanadan qalıq qalmış 6,920 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana saxlanış üçün Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Həmçinin şəxi axtarış zamanı çəkilmiş videogörüntünü əks etdirən 01 ədəd DVD maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Məhkəmədə tədqiq olunan “Şübhəli şəxsin tutulması” haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 22:15 radələrində Təqsirləndirilən şəxs ünvan 16 saylı ünvanın yaxınlığında Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmədə tədqiq olunan “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” xx.xx.2023-cü il tarixli Qərardan aydın olur ki, Təqsirləndirilən şəxs Asif oğlunun əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən CM-in 234.2-ci maddəsinə tövsif edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsini 4(005)-500/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsini 4(005)-388/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Şahid1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 1 (bir) il, 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Bakı şəhər Narkoloji Mərkəzi” X17 ünvanlanmış sorğuya əsasən xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən xəstəxanada qeydiyyatda yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X17 ünvanlanmış soruğuya əsasən xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən xəstəxanada müalicədə olmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X17 ünvanlanmış soruğuya əsasən xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən xəstəxanada müalicədə olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinə ünvanlanmış sorğuya əsasən xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs nikahı və övladları barədə hər hansısa məlumat aşkar edilməmişdir. Məhkəməyə təqdim edilən xx.xx.2023-cü il tarixli Ölüm haqqında Şəhadətnamədən aydın olur ki, Təqsirləndirilən şəxs atası xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına ünvanlanmış sorğuya xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə 3 saylı İstintaq Təcridxanasına daxil olmuş və təlimata uyğun olaraq təcridxananın Tibb-sanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək onun adına tibbi kitabça açılmışdır. Müayinə zamanı o, həbs olunarkən xəsarət almadığını bildirmiş, bədəninə baxış keçirilərkən xəsarət aşkar edilməmişdir. Məhkəmədə tədqiq edilən Bakı Şəhəri Nərimanov Rayon Prokurorluğuna ünvanlanmış sorğuya əsasən 15 noyabr 2023-cü il tarixli məktubdan və ona əlavə edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi ilə bağlı” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qaldığını təsdiq edəcək hər hansı bir şəxs yoxdur və buna dair sübutlar, həmçinin şəxsin üzərində hər hansısa bir xəsarətdə mövcud deyildir. Bu səbəbdən Təqsirləndirilən şəxs ərizəsi əsasında toplanmış 218-C-23 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmədə tədqiq edilən "xxxx" MMC-yə ünvanlanmış sorğuya əsasən əldə edilmiş xx.xx.2023-cü il tarixli məktuba əlavə edilmiş CD diskdən görünür ki, ***-***-**-** nömrəli mobil operatorun internetindən xx.xx.2023-cü il tarixdə, saat 21:33:57 radələrdə 1899 saniydə istifadə edilmiş və həmin zaman Təqsirləndirilən şəxs Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı Şamaxı yolu, 16 km ünvanında olduğu, daha sonra isə həmin tarixdə saat 22:29:32 radələrində 354 saniyə istifadə edilmiş və həmin vaxtda ünvan 7 ünvanında olduğu müəyyən edilmişdir. Həmçinin təqsirləndirilən şəxsin ifadəsinə əsasən onun ünvan 16 ünvanının əks olunduğu 08 aprel 22:15 radələrinə aid təhlükəsizlik şəhər xidmət kamerası ilə çəkilən video görüntülərin təqdim edilməsi ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdarəetmə Xidmətinə ünvanlanmış sorğuya əsasən xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, arxivlərin saxlanılma müddətinin bitməsi səbəbilə video görüntülərin təqdim edilməsi mümkün olmamışdır. Təqsirləndirilən şəxsin istintaq orqanı tərəfindən üzləşdirmə istintaq hərəkətinin aparılmaması barədə, eləcə də müdafiə hüququnun pozulması barədə ifadəsinin dəqiqləşdirilməsi məqsədilə Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsində müvəqqəti saxlanılan tutulmuş və ya həbs edilmiş şəxslərin kameradan çıxarılmasının qeydiyyatı kitabından 09-10 apel və 09-10 avqust 2023-cü il tarixli vərəqələrdən çıxarışların təsdiq edilmiş surətləri təqdim olunmuş və müdafiəçi haqqında qeydlər həmin vərəqələrdə əks olunduğu müəyyən edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Məhkəmə, həmçinin təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai isintaqda verdiyi ifadəsindən fərqli olaraq məhkəmə istintaqında polis əməkdaşları tərəfindən şiddət və təzyiqə dözə bilmədiyi üçün video çəkilişdə ona aid olmayan narkotik vasitənin satışı ilə məşğul olması barədə ifadə verdiyini, narkotik vasitlərindən nadir hallarda isitfadə etməsi, Şahid1 narkotik vasitə satmadığı, ibtidai istintaqda Kazımov Ceyunla üzləşdirilmənin aparılmaması, müdafiə hüququnun pozulması, həmçinin polis əməkdaşları tərəfindən ünvan 16 ünvanının yaxınlığında saxlanılmadığı ilə bağlı ifadəsinə tənqidi yanaşır və həmin ifadəni özünümüdafiə xarakteri daşıdığını və məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs istintaqın əvvəlindən sonunadək özünü ona elan edilmiş ittihamda təqsirli bilmiş, ibtidai istintaq zamanı müstəntiq tərəfindən ona hər hansı zor və fiziki güc tətbiq edilib-edilməməsi ilə bağlı verilmiş suallara cavab olaraq ona qarşı hər hansı fiziki zor tətbiq edilmədiyini, heç bir xəsarət almadığını və polis bölməsində döyülmədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə barəsinə həbs qətimkan tədbiri seçilərkən ona qarışı fiziki təzyiq olduğunu bildirdiyindən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin sorğusu əsasında Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılmış və xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz hərəkətlərə məruz qalması barədə toplanmış 218-C-23 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin həmin qərar təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən mübahisələndirilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı hər hansı fiziki təzyiqə məruz qalmasının araşdırılması üçün verilmiş sorğu əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının cavab məktubundan və məhkumun tibbi kitabçasından təqdim olunmuş çıxarışdan aydın olur ki, həbs edilmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə 3 saylı istintaq təcridxanasına daxil olmuş və ilkin tibbi baxış zamanı o zədə almadığını bildirmiş, bədən səthinin müayinəsində yeni zədə və xəsarət izləri aşkar olunmamışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs narkotik vasitələrindən gec-gec istifadə etdiyini desə də, qeyd olunan hal məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X15 Şəxsi Ambulator X1 nəticələrinə dair xx.xx.2023-ci il tarixli, 2082 saylı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkməsinə dair verilmiş ekspert rəyi ilə təkzib edilmişdir. Bundan başqa, Ceyun Kazımova narkotik vasitə satmadığını bildirsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Materialların Məhkəmə fizikikimyəvi eskpertizasının 14 iyul 2023-cü il tarixli 3-16-16/2-7/996 saylı rəyi ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 17 (on yeddi) ədəd kağız bükümlərdə olan marixuanaların tərkiblərinin Şahid1 üzərindən aşkar olunmuş ot kütləsi ilə eynilik təşkil etdiyə müəyyən edilmişdir. Məhkəmə həmçinin məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Təqsirləndirilən şəxs narkotik vasitə almaması, ümumiyyətlə onu görməməsi və tanımaması ilə bağlı ifadəsinə tənqidi yanaşaraq bildirir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-388/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündə Şahid1 ifadəsində - “Üzərindən aşkar edilmiş narkotik vasitə marixuananı xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs aldığını bildirmişdir”. Bununla yanaşı Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsində Şahid1 avtoyuma məntəqəsində işlədiyi üçün tanıdığını, bir neçə dəfə görüşdüklərini bildirmişdir. Qeyd olunanlar Şahid1 səmimi olmamasına, özünü və Təqsirləndirilən şəxs müdafiə xarakterli ifadə verməsi qənaətinə gəlməyə imkan verir və bu hal Şahid1 barəsində çıxarılmış hökmlə, ibtidai istintaq zamanı verilmiş ifadələrlə və cinayət işinin materiallarında olan digər sübutlarla da təsdiq olunur. Həmçinin məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən polis əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə Abşeron rayonu Atyalı qəsəbəsində tutulması ilə bağlı ifadəsinin özünü müdafiə xarakterli olması məhkəmə istintaqı zamanı əldə edilmiş "xxxx" MMC tərəfindən təqdim edilmiş çıxarışla, məhkəməyə dəvət edilmiş əlavə şahid ifadəsi ilə təkzib olunmuşdur. Bundan başqa təqsirləndirilən şəxsin ibtidai istintaqda Şahid1la üzləşdirmə istintaq hərəkətlərinin aparılmaması barədə ifadəsi və müdafiəçi ilə təmin olunmaması ilə bağlı ifadəsi ilə bağlı məhkəmə qeyd edir ki, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsindən təqdim edilmiş həbs edilmiş şəxsin kameradan çıxarılmasının qeydiyyat kitabında aparılmış qeydlərdən aydın olur ki, Təqsirləndirilən şəxs ilə bağlı aparılmış istintaq hərəkətlərində müdafiəçi iştirak edərək onun adı və imzası barədə qeyd aparılmışdır. Həmçinin cinayət işinin materiallarından aydın olur ki, Şahid1 və Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 22:15-də saxlanılaraq Nərimanov Rayon Polis İdarəsinə gətirilmiş, xx.xx.2023-cü il tarixdə Şahid1 və Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilərək protokol tərtib olunmuş və Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Məhkəmə Təqsirləndirilən şəxs qeyd olunan məzmunlu ifadəsi məhkəmədə tədqiq edilmiş sübütlarla, eləcə də ibtidai istintaq zamanı verdiyi ifadələr və cinayət işində mövcud olan protokollarla təkzib olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqında söylədiyi narkotik vasitəni satış məqəsdilə üzərində saxlamaması ilə bağlı, eləcə də video çəkiliş vasitəsilə axtarış və götürmə aparılan zaman dediklərini polis əməkdaşları tərəfindən ona qarşı şiddət və təzyiq olması ilə əlaqədar söyləməsinə dair ifadəsini, müdafiə hüququnun pozulması, Şahid1 narkotik vasitə verməməsi, onunla üzləşmə aparılmaması, Nərimanov rayonu ərazisində saxlanılmaması ilə bağlı ifadələrini özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir və belə qənaətə gəlir ki, qeyd olunan hallar məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahid ifadələri, cinayət işinin materiallarında olan protokollardan, “DVD-R” diskə baxış keçirilərkən, məhkəmə istintaqı zamanı əldə edilərək tədqiq edilmiş sübutlar və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, birbiri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll etmiş və belə nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif etdiyindən o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-nin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsi, himayəsində yaşlı anasının, bacısının və bacısı övladlarının olması, ailəsinin yeganə gəlir mənbəyi olmasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə, CM-nin 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzası azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan xx.xx.2023cü il tarixdən hesablanmalıdır. Məhkəmə narkoloji ekspertizasının rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkdiyindən, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Azərbaycan Respublikası CM-nin 93.1 və 93.1.2-ci maddələrində göstərilmişdir ki, məhkəmə cinayət törətmiş narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirləri təyin edir. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsində göstərilir ki, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Azərbaycan Respulikası DİNnin Nərimanov Rayon Polis İdarəsinin maddi sübutların saxlanma anbarında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 6,920 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut kimi tanınmış 01 ədəd DVD və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk cinayət işi materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri 144 (yüz qırx dörd) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlaklar, mülki iddia, üzərinə həbs qoyulmuş əmlak və maddi ziyan yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan 08 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılsın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut - Azərbaycan Respublikası DİN-in Nərimanov rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş 6,920 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş video görüntünün köçürüldüyü 1 ədəd DVD-R formatlı disk və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 144 (yüz qırx dörd) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı şəhəri Nərimanov rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar