Məhkəmə qərarları › İş №1(005)-47/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-47/2025

04.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-47/2025 04.09.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 14:30 Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclas katibi Allahverdiyeva Aytac İmamhüseyn qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs3, təqsirləndirilən şəxs - X9 (mülki cavabdeh) iştirakları ilə, xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2vanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X16 özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 etibarından suiistifadə edib, sonuncuya əlilliklə bağlı dayandılmış təqaüdün bərpa edilməsində köməklik göstərəcəyinə dair yalandan vəd verib aldadaraq, 2023-cü ilin fevral ayının əvvəllərində ünvan 3 ünvanında yerləşən 3 saylı Şəhər Kiliniki Xəstəxananın yaxınlığında Şahid5 vasitəsi ilə 10.000 manat pul vəsaitini alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 ümumilikdə 10.000 (on min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib, sonuncunun tanışı X7 təqaüd düzəldilməsində köməklik göstərəcəyinə dair yalandan vəd verib aldadaraq, 19 aprel 2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu. Ziya Bünyadov prospekti 48/54 ünvanının qarşısında 9000 manat pul vəsaitini alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 ümumilikdə 9000 (doqquz min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edib, sonuncuya təqaüd düzəldilməsində köməklik göstərəcəyinə dair yalandan vəd verib aldadaraq, 20 dekabr 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Nizami” metrostansiyasının içərisində 2500 manat pul vəsaitini nağd şəkildə şəxsən özü aldıqdan sonra, adına olan "xxxx"a məxsus 5239-1515-1170-3178 nömrəli plastik kart hesabına Zərərçəkmiş şəxs3 tərəfindən xx.xx.2024-cü il tarixdə 300 manat, xx.xx.2024-cü il tarixdə 200 manat, ünvan 5 ünvanında yerləşən “Mado" restoranında xx.xx.2024-cü il tarixdə X3 vasitəsi ilə nağd şəkildə 700 manat və həmin tarixdə ünvan 5 ünvanında yerləşən “Mado” restoranında "xxxx" ASC-yə məxsus 5239- 1515-1170-3178 nömrəli plastik kart hesabına Zərərçəkmiş şəxs3 tərəfindən 1300 manat pul vəsaitinin göndərilməsinə nail olaraq,vahid niyətlə əhatə olunan qəsdlə ümumilikdə 5000 manat pul vəsaitini alıb ələ keçirərək Zərərçəkmiş şəxs3 ümumilikdə 5.000 (beş min) manat məbləğində miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, təqsirləndirilən şəxsi və onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, X16 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında təqsirləndirilən X16 (mülki cavabdeh) ona elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2012-ci il tarixdən 2023-cü ilin sentyabr ayınadək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Binəqədi Rayon Mühafizə İdarəsində Mülki Mühafizə Xidməti üzrə mühafizəçi vəzifəsində işləmişdir. Zərərçəkmiş şəxs1 ilə tanışlığı Şahid5 vasitəsi ilə olmuşdur. Şahid5 4 ildən çoxdur ki, tanımışdır. 2023-cü ilin fevral ayında Gövhər onunla əlaqə saxlayaraq Zərərçəkmiş şəxs1 adlı tanışının olduğunu, Eldarın əlillik dərəcəsinin müddəti bitdiyini və əlillik dərəcəsini bərpa etmək üçün kömək etməyini xahiş etmişdir. O da Gövhərə bu barədə maraqlanıb məlumat verəcəyini bildirmişdir. Həmin vaxt maddi cəhətdən sıxıntı çəkdiyi üçün düşünmüşdür ki, Şahid5 Zərərçəkmiş şəxs1 əlillik dərəcəsini bərpa etmək adı ilə pul alaraq şəxsi işlərinə xərcləsin. Buna görə də, Şahid5 ilə əlaqə saxlayaraq Zərərçəkmiş şəxs1 əlillik dərəcəsinin bərpa olunması məsələsini tanışlarında maraqlandığını və bu işin həlli üçün 10.000 manat pul vermək lazım olduğunu demişdir. Bir neçə gündən sonra Gövhər onunla əlaqə saxlayaraq 10.000 manat pulu götüdüyünü bildirmişdir. Buna görə də, 2023-cü ilin fevral ayının əvvəllərində ünvan 3 ünvanında yerləşən 3 saylı Şəhər Kiliniki Xəstəxanasının yaxınlığında Gövhərlə görüşərək 10.000 manat pulu götürmüş və tez bir zamanda Zərərçəkmiş şəxs1 əlillik dərəcəsinin bərpa olunacağını bildirmişdir. Gövhərdən aldığı 10.000 manat pulu isə heç kimə verməyib şəxsi işlərinə xərcləmişdir. Dəfələrlə pulun qaytarılmasını təkid etsələr də imkanı olmadığından qaytara bilməmişdir. Daha sonra ona məlum olmuşdur ki, Eldar onun barəsində polisə şikayət etmişdir. Hazırda Zərərçəkmiş şəxs1 aldığı 10.000 manat pulu geri qaytarmışdır. Zərərçəkmiş şəxs2 ilə təxminən 2 il bundan öncə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında TSEK şöbəsində mühafizəçi işlədiyi müddətdə tanış olmuşdur. Zərərçəkmiş şəxs2 birinci dəfə ona yaxınlaşaraq polis polkovniki olduğunu bildirmiş və ona “vətəndaşlara pensiya düzəltmək üçün hər hansı bir işlər olanda kömək edə biləcəyini demişdir. Lakin Zaur onun mobil nömrəsini götürmüş və o da Zaurun mobil nömrəsini götürmüşdür. Bundan sonra Zaurla heç bir əlaqəsi olmamış və onun xidməti postu dəyişilərək Müəllimlərin Təkmilləşdirmə Universitetinə mühafizəçi kimi təyin olunmuşdur. Təxminən 1 ildən sonra yəni, 2023-cü ilin aprel ayında Zaur onun istifadəsində olan mobil nömrəsinə zəng edərək onunla görüşmək istədiyini demişdir. O da Zaura gəlməsi üçün xidməti postunun ünvanını bildirmişdir. Zaur həmin günü Müəllimlərin Təkmilləşdirmə Universitetinə gələrək ona dostu X7 pensiya düzəltmək üçün köməklik göstərə bilibbilməyəcəyini soruşmuşdur. O da Zaura köməklik göstərə bilməyəcəyini demiş və onlar sağollaşıb ayrılmışlar. Təxminən bir-iki gün sonra Zaur yenidən onun istifadəsində olan mobil nömrəsinə zəng edərək görüşmək istədiyini demiş və 19 aprel 2023-cü il tarixdə Zaurla yenidən Bakı şəhəri, Nərimanov rayonu. Ziya Bünyadov prospektində görüşmüş və Zaura bu məsələni 3500 manat pulun qarşılığında həll edə biləcəyini bildirmişdir. Zaur da cibindən 3500 manat pulu çıxardaraq ona vermiş və o, pulu götürüb oradan uzaqlaşmışdır. Bu hadisədən təxminən 2 ay keçsə də o, X7 pensiya düzəltmək üçün köməklik göstərə bilməmiş və həmin müddət ərzində daimi olaraq Zərərçəkmiş şəxs2la əlaqə saxlamışdır. Sonda Zərərçəkmiş şəxs2 onun dostu Eldar Abdullayevə pensiya düzəldə bilməyəcəyini anlamış və ona vermiş olduğu pulu tələb etməyə başlamışdır. O da Zaura almış olduğu 3500 manat pulu qaytarmaq istədiyini bildirdikdə Zaur onun 10.000 manat borcu olduğunu, 3500 manat pulu bankdan kredit çəkib verdiyini və 10.000 manat pulu verməsə X10 şikayət edəcəyini bildirmişdir. Maddi imkanı olmadığından pulu qaytara bilməmişdir. Zərərçəkmiş şəxs3 ilə 2021-ci ilin sonlarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında TSEK şöbəsində mühafizəçi işlədiyi müddətdə tanış olmuşdur. Elnurə xəstəliyinə görə təqaüd alsa da, 2020-ci il tarixdən təqaüdü dayandırılmışdır. Bununla bağlı olaraq Elnurə həmin vaxt işlədiyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında TSEK şöbəsinə gəlib getmişdir. Elnurənin orada olan zaman halı pisləşərək özündən getdiyi üçün o, Elnurəyə köməklik etmiş və həmin vaxtdan beləcə aralarında dostluq münasibəti yaranmışdır. Elnurə qəbula gələn zaman o, növbə gözləmədən Elnurənin qəbula girməsinə köməklik göstərmişdir. 2023-cü ilin dekabr ayında Elnurə ilə telefonla əlaqə saxlayan zaman sonuncudan xəstəliyi ilə təqaüd alıb-almadığını soruşmuşdur. Elnurəyə təqaüd alınmasında köməklik edə biləcəyini bildirmiş və şəxsiyyət vəsiqəsini ona göndərməsini istəmişdir. Elnurə də şəxsiyyət vəsiqəsinin şəklini “Whatsapp" proqramı vasitəsi ilə ona göndərmişdir. Həmin vaxt maddi cəhətdən sıxıntı çəkdiyi üçün qərara gəlmişdir ki, Elnurədən pul alaraq şəxsi işlərinə xərcləsin və tanışları vasitəsi ilə Elnurənin təqaüd məsələsini həll etsin. Buna görə də, xx.xx.2023-cü il tarixdə Elnurə ilə əlaqə saxlayaraq təqaüd alınmasında köməklik edə biləcəyini, bu işin 8000-10000 xərci olduğunu, lakin ona məbləğlə, yəni 5000 manat pulun müqabilində təqaüdünü həll edə biləcəyini demişdir. Aralarında olan razılaşmaya əsasən Elnurə ilkin olaraq ona 2500 manat pul verməli, qalan 2500 manat pulu isə adının sistemə vuralacağı vaxt verməli olmuşdur. xx.xx.2023-cü il tarixdə saat təxminən 12 radələrində Bakı şəhəri, Yasamal rayonu razisində yerləşən “Nizami” metrostansiyasının içərisində Elnurə ilə görüşmüşdür. Həmin görüşə Elnurə anası İradə ilə birlikdə gəlmişdir. Görüş zamanı təqaüd alınmasında köməklik göstəməyi üçün istəmiş olduğu 5000 manat puldan 2500 manatını İradə pul kisəsindən çxıarıb ona vermiş və sayıb götürmüşdür. xx.xx.2024-cü il tarixdə Elnurədən sənədlərə möhür vurulması üşün 300 manat istəmiş və kart hesabına atmışdır. Sonra bir dəfə 200 manat pul göndərmişdir. X5 7 il olar ki, tanımışdır. Şahid3la görüşən zaman sonuncuya Zərərçəkmiş şəxs3 təqaüd düzəltmək üçün pul aldığını, təqaüd məsələsinin 5000 manata razılaşdıqlarını, həmin puldan 3000 manatının aldığını, qalan 2000 manat pulu da Elnurə ilə görüşüb onun götürməsini istəmişdir. Mübariz də etiraz etməmiş və Mübarizə Elnurə ilə görüşüb pulu götürən zaman özünü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında TSEK şöbəsinin işçisi kimi təqdim etməsini, Elnurənin işi ilə özünün məşğul olduğunu deməsini istəmişdir. Mübariz də aralarında olan yoldaşlıq münasibətinə görə etiraz etməmiş və Elnurə ilə görüşüb pulu götürə biləcəyini demişdir. xx.xx.2024-cü il tarixdə Elnurə ilə əlaqə saxlayaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında TSEK şöbəsində işi ilə məşğul olan Mübariz adlı şəxs ilə görüşərək qalan 2000 manat pulu da Mübarizə verməsini istəmişdir. Elnurə də etiraz etməmiş və xx.xx.2024cü il tarixdə Nərimanov ərazisindəki “Mado” restoranında Mübarizlə görüşərək qalan 2000 manat puldan 700 manatını nağd şəkildə Mübarizə vermiş və 1300 manat pulu isə ona məxsus kart hesabına göndərmişdir. Sonra işi həll edə bilməmişdir. O, pulu xərclədiyi üçün ona vaxt verməsini, tez bir zamanda pulu qaytaracağını bildirmişdir. Lakin maddi imkanı olmadığı üçün pulu qaytara bilməmişdir. Daha sonra isə Elnurənin onun barəsində polisə şikayət etdiyini öyrənmişdir. 1900 manat Zərərçəkmiş şəxs3 pul qaytarmışdır. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, əldə etmiş olduğu puldan Mübarizə və Gövhərə heç bir məbləğdə pul verməmişdir. Hazırda zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs1 ilə barışıq əldə etmişdir. Ailəsinin yeganə gəlir mənbəyi olmasını əməlindən peşman olmasını nəzərə alaraq onun barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, Azərbaycan Vətən Müharibəsi X4 Suraxanı rayon şöbəsinin sədri vəzifəsində çalışır. O, 1-ci Qarabağ Müharibəsinin veteranıdır. 1992-ci ilin may ayında o, Şuşa istiqamətində yaralanmışdır. Daha sonra 1997-ci ildə Müharibə Veteranı vəsiqəsini almışdır. 2015-ci ildə 5 illik müddətinə 2-ci qrup müharibə əlilliyini almışdır. Daha sonra yeni meyarlar tətbiq olunmuşdur. O da Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən poliklinikaya sənədləri ilə birlikdə müraciət etmişdir. Müraciət etdikdən sonra poliklinikada sənədlərinin tam olmadığını bildirib sənədlərini geri qaytarmışlar. Bir müddət sonra 2023-cü ilin yanvar ayında o, Sabunçu rayon poliklinikasında işləyən İradə adlı şəxslə tanış olmuşdur. İradə adlı şəxs əlillik dərəcəni alınması üçün tanıdığı şəxslərin olmasını bildirmiş və onun əlillik dərəcəsini həmin şəxslərin düzəldə biləcəyini bildirmişdir. Bu məsələni həll etmək üçün 2-3 ay vaxt və 10.000 manat pul lazım olduğunu bildirmişdir. O da İradə ilə razılaşmış və 10.000 manat pulu düzəltməyi üçün bir neçə gün vaxt istəmişdir. 2023-cü ilin fevral ayının əvvəllərində o, 10.000 manat pulu düzəltmiş və İradə 10.000 manat pulu Gövhərə verəcəyini bildirmişdir. Bundan sonra onlar Azərbaycan Respublikası Əlillərin Bərpa Mərkəzi idarəsinə getmişlər. O, həmin zaman çöldə gözləmiş, Gövhər isə idarəyə daxil olmuşdur. Təxminən 20-30 dəqiqə keçdikdən sonra Gövhər gələrək onunla getməyini, həkim komissiyasına çağıralacağmı bildirmişdir. O da Gövhərlə sağollaşaraq oradan uzaqlaşmışdır. Təxminən 2-3 gün keçdikdən sonra İradə onunla əlaqə saxlayaraq ondan borc olaraq 5.000 manat pul istəmişdir. O da 5.000 manat pulu 3 saylı Şəhər Kliniki Xəstəxanasının həyətində İradəyə vermişdir. 2023-cü ilin mart ayında o, əlillik dərəcəsini təyin edən komissiyaya müraciət etmişdir. Müraciət edəndən sonra ona 15 iş günü ərzində cavab gələcəyi barədə məlumat vermişlər. Lakin oradan heç bir cavab gəlməmişdir. 2024cü ilin fevral ayında o, Gövhər ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsində Rəvan və Arif adlı şəxslərlə görüşmüşdür. Görüş zamanı Rəvan yanındakı şəxsi ona təqdim edərək adının Arif olduğunu və Arifin Azərbaycan Respublikası X11 işlədiyini, həmçinin onun məsələsi ilə bağlı Arifin məşğul olduğunu bildirmişdir. Bundan başqa Rəvan bir neçə gün gözləməyini bildirmişdir. O, ayrıldıqdan sonra Azərbaycan Respublikası X11 Arif adlı şəxsin işləyib işləmədiyi barədə maraqlanmış və öyrənmişdir ki, orada Arif adlı şəxs işləmir. Bununla da o, aldanılaraq pulunun mənimsədiyini başa düşmüş və bu barədə Xətai RPİ-nin 37-ci PB nə ərizə ilə müraciət etmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, hazırda təqsirləndirilən şəxslə barışmışdır. Ona dəymiş zərər ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur, bu barədə ərizəni məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir və təqaüdçüdür. Qonşuları olan Şahid1lə görüş zamanı sonuncu ona atası X6 İ Qarabağ müharibəsinin iştirakçısı olduğunu, əvvəllər könüllü batalyonun tərkibində döyüşlərdə iştirak etdiyini. Müdafiə Nazirliyinin zabiti kimi döyüşlərdə iştirak edib dəfələrlə yaralandığını, kontuziya aldığı üçün səhhəti ilə əlaqədar olaraq ona İİ qrup əlillik verildiyini, lakin təxminən 2 il öncə əlilliyin ləğv olunduğunu bildirmiş və əlavə olaraq atasının əlilliyinin ləğv səbəbini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən soruşmuş, ona təkrar komissiyadan keçməli olduğunu bildirmişlər. O da yenidən komissiyadan keçmiş və sənədlərini təkrarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında TSEK şöbəsinə göndərmişdir. Şahid1 ona atasının əlilliyinin yenidən kəsilə biləcəyini bildirmiş və ondan bununla bağlı köməklik göstərməsini istəmişdir. O da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yaxın tanışının olduğunu bilirmişdir. Əvvəllər təqaüd almaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə gedən zaman TSEK-də mühafizə polisi işləyən Rəvan Rəsulzadə ilə tanış olmuşdur. Həmin vaxtdan Rəvanla münasibəti yaranmışdır. Tələt ondan atasının təqaüd məsələsi ilə bağlı kömək istəyən zaman, o, tanışı Rəvana zəng etmiş, bununla əlaqədar Rəvana bildirmişdir. Rəvandan bu məsələni həll etməsi üçün kömək istəmişdir. Rəvan isə ona bununla bağlı köməklik göstərə biləcəyini bildirmişdir. O, həmin vaxt Rəvana görüşməyi təklif etmiş və Rəvanla yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 48/54 ünvanın məhəlləsində görüşmüşlər. Rəvan ona bu məsələni 9000 manat pula həll edə biləcəyini, X7 əlillik üçün verilən pensiyanı təmin edə biləcəyini bildirmişdir. Onun Tələtin atası Eldara təqaüd düzəltmək məqsədi olduğundan, həmçinin Rəvanın polis əməkdaşı olduğunu bildiyi üçün ona inanaraq razılaşmışdır. Həmin görüşdən təxminən 1-2 gün sonra, yəni 19 aprel 2023-cü il tarixdə Rəvana 9000 manat pul vermiş və Rəvan ona narahat olmamağı, 7-8 gün ərzində bu məsələni həll edəcəyinə söz vermişdir. O, Rəvana inanaraq gözləməyə başlamışdır. Rəvanın dediyi vaxtda onlar rəsmi internet saytında Eldarın əlilliyinin bərpasına baxmışlar, lakin rəsmi internet saytında Eldarın yenə də əlilliyinin ləğv edilməsi göstərilmişdir. Bundan sonra yenidən Rəvana zəng edərək əlaqə saxlaya bilməmişdir. Həmin vaxt o, Rəvan Rəsulzadə tərəfində aldadıldığını başa düşmüş və bundan sonra o, məcbur qalaraq Bakı şəhər prokurorluğuna müraciət etmişdir. 9000 manat pul vəsaiti onun özünə məxsus olmuşdur, o, sadəcə Tələt Abdulayev onun yaxını olduğu üçün kömək məqsədilə həmin pulu sonuncunun yerinə Rəvan Rəsulzadəyə vermişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, hazırda şikayətçidir, pulunu tələb edir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs3 (mülki iddiaçı) ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. X12 təxminən 2021-ci il tarixdən etibarən tanımışdır. Onun epilepsiya xəstəliyi var və bu xəstəliyinə görə 2014-cü il tarixdən 2020-ci il tarixədək olan müddət ərzində təqaüd almışdır. 2020-ci il tarixdə mənim təqaüdüm dayandırılmış və o, təqaüd ala bilməmişdir. Bundan sonra o, təqaüd almaq üçün yenidən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdir. 2021-ci ilin əvvəllərində o, həkim komissiyasından keçdikdən sonra anası Şahid2 ilə birlikdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında TSEK şöbəsinə getmişdir. Həmin vaxt orada növbə olmuş və onun halı pisləşərək özündən getmişdir. Rəvan həmin vaxt ona köməklik göstərmiş və tanış olmuşlar. Rəvan ona bildirmişdir ki, növbəti dəfə gələndə əlaqə saxlasın və onu növbəsiz qəbula girməyində köməklik göstərəcək. Beləliklə Rəvan ilə telefon vasitəsi ilə də əlaqə yaranmışdır. 2021-ci il tarixdə o, iki dəfə həkim komissiyasından keçsə də, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında TSEK şöbəsində təqaüd almağı üçün imtina almışdır. Rəvana onkoloji xəstəliyinin də olduğunu, hər dəfə bura gəlib getməkdən yorulduğunu və bir daha təqaüd üçün müraciət etməyəcəyini bildirmişdir. 2023-cü ilin dekabr ayında Rəvan zəng edərək onun xəstəliyi ilə bağlı təqaüd alıb-almadığı barədə soruşmuşdur. O da hələ təqaüd ala bilmədiyini demişdir. Həmin vaxt Rəvan ona təqaüdünü həll edə biləcəyini bildirmiş və ondan şəxsiyyət vəsiqəsini göndərməyini istəmişdir. O da xx.xx.2023-cü il tarixdə şəxsiyyət vəsiqəsinin şəklini “Whatsapp” proqramı vasitəsi ilə Rəvanın istifadəsində olan mobil nömrəsinə göndərmişdir. xx.xx.2023-cü il tarixdə Rəvan onunla əlaqə saxlayaraq təqaüdünü almağı üçün ona köməklik edə biləcəyini demişdir. Rəvan təqaüd almaq üçün 8000-10000 xərcin olmasını, lakin ona aşağı məbləğlə, yəni 5000 manat pulun müqabilində təqaüdünü həll edə biləcəyini demişdir. O da inanaraq razılaşmış, lakin Rəvana nağd pulunun olmadığını, dediyi pulu ya borc alaraq, ya da bankdan kredit götürərək verə biləcəyini demişdir. Rəvan ilə razılaşmalarına əsasən o, ilkin olaraq 2500 manat pul verməli, qalan 2500 manat pulu isə adının sistemə vuralacağı vaxt verməli olmuşdur. xx.xx.2023-cü il tarixdə saat təxminən 12 radələrində Rəvan ilə “Nizami” metrostansiyasının içərisində görüşmüşdür. Həmin vaxt o, Rəvan ilə görüşə anası ilə birlikdə getmişdir. Onlar Rəvan ilə görüşən zaman anası 2500 manat pulu Rəvana vermiş, Rəvan da pulu sayaraq cibinə qoymuşdur. Anasının 2500 manat pulu Rəvana verməsini o, gizli olaraq mobil telefonu vasitəsi ilə qeydə almışdır. Rəvan da 2500 manat pulu aldıqdan sonra adının xx.xx.2024-cü il tarixdə sistəmə vurulacağını və qalan 2500 manat pulu da həmin vaxt verəcələrini bildirmişdir. Bundan sonra onlar sağollaşaraq ayrılmışdır. O, mütəmadi olaraq Rəvan ilə əlaqə saxlayaraq işinin nə yerdə olması ilə maraqlanmışdır. xx.xx.2024-cü il tarixdə Rəvan “Whatsapp” proqramı vasitəsi ilə ona başqa şəxslərin onkoloji xəstəlik kağızlarını göndərmiş və həmin şəxslərin təqaüd almaları üçün sonunculara köməklik etdiyini, onun da təqaüd ala biləcəyini demişdir. Həmin sənədləri gördükdən sonra Rəvanın onun təqaüd almağında köməklik edə biləcəyinə daha da inanmışdır. xx.xx.2024-cü il tarixdə Rəvan yenidən onunla əlaqə saxlayaraq onkoloji xəsətəxananın baş həkiminin onun sənədlərinə möhür vurması üçün 300 manat göndərməyini istəmiş və həmin pulu göndərməyi üçün “Whatsapp” proqramı vasitəsi ilə özünə məxsus olan kart hesabının nömrəsini göndərmişdir. O da xx.xx.2024-cü il tarixdə Rəvanın göndərdiyi bank hesabına 300 manat pulu göndərmişdir. xx.xx.2024-cü il tarixdə Rəvan yenidən onunla əlaqə saxlayaraq işi tezləşdirmək üçün təcili olaraq bank hesabına 200 manat pul göndərməyini istəmişdir. O da Rəvana pulunun olmadığını demiş, özünün onu əvəzinə 200 manat pulu verməsini, onun da həmin pulu verəcəyini demişdir. Bir neçə saat sonra Rəvan onun əvəzindən 200 manat pulu verdiyini, lakin həmin pulu borc aldığını və qısa müddətə pulu göndərməyini istəmişdir. O da xx.xx.2024-cü il tarixdə kart hesabından 200 manat pul göndərmişdir. Qalan 2000 manat pulu da Mübarizə verməyini istəmişdir. O da xx.xx.2024-cü tarixdə Mübariz ilə görüşmək üçün anası ilə birlikdə yenə də “Mado” restoranına getmiş, bir nəfər şəxs onlara yaxınlaşmışdır. Həmin şəxs onu Rəvanın göndərdiyini bildirmiş və anası İradə də onun verdiyi 700 manat pulu Mübariz adlı şəxsə vermiş və o da həmin anları gizli olaraq özünə məxsus mobil telefonu vasitəsi ilə qeydə almışdır. Mübariz adlı şəxs 700 manat pulu aldıqdan sonra o, qalan 1300 manat pulu Rəvanın bank hesabına göndərəcəyini demişdir. Bundan sonra, yəni xx.xx.2024-cü il tarxidə “Mado” restonamnda olarkən özünə məxsus olan kart hesabından Rəvana məxsus olan kart hesabına 1300 manat pul göndərmişdir. xx.xx.2024-cü il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 saylı qaynar xəttinə zəng edərək işi barədə maraqlanmış və oradan onun adından hər hansı bir müraciətin olmadığını bildirmişlər. Bundan sonra o. Rəvan ilə əlaqə saxlayaraq bu barədə məlumat vermişdir. Rəvan isə ona 142 xidmətində doğru məlumatların verilmədiyini və narahat olmamağını bildirmişdir. xx.xx.2024-cü il tarixdə o, anası ilə birlikdə “DOST" agentliyinə getmiş və orada işi barədə maraqlanmışdır. “DOST" xidmətində də onun adından heç bir müraciətin olunmadığını bildirmişlər. Bundan sonra o, Rəvan tərəfindən aldanılaraq 5000 manat pulunun dələduzluq yolu ilə ələ keçirildiyini anlamış və xx.xx.2024-cü il tarixdə DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, Rəvan tərəfindən ona 1900 (min doqquz yüz) manat ödənilmişdir. Hazırda şikayətçidir, pulunu tələb edir. Mülki iddiasının qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs2 Şahı oğlunu 2 ildir ki, tanımışdır. Zaurla qonşuluqda olan bir tanış kimi münasibətləri olmuşdur. Təxminən 1 il bundan əvvəl Zərərçəkmiş şəxs2la işlədiyi “KOBİA” ilə üzbəüzdə yerləşən adını bilmədiyi kiçik dərzi sexinin qarşısında olan zaman sonuncuya atası X6 İ Qarabağ müharibəsinin iştirakçısı olduğunu, atasına İİ qrup əlillik verildiyini, lakin təxminən 2 il öncə əlilliyin ləğv olunduğunu bildirmişdir. Zərərçəkmiş şəxs2 ona atasına məxsus əlillik sənədlərini tələb etmiş və o da sənədləri təqdim etmişdir. Bundan təxminən 2 gün sonra Zərərçəkmiş şəxs2la görüşmüşlər və Zaur ona bu məsələni əgər ehtiyac olmasa pulsuz həll edə biləcəyini bildirmişdir. Bundan təxminən bir ay sonra atasına komissiyadan keçirmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında TSEK şöbəsinə getmişlər və atasının əlilliyinə aid sənədləri təqdim etmişlər. Daha sonra isə Zərərçəkmiş şəxs2 onlara bu məsələ ilə tanışları ilə maraqlandığını və bu işin həll olunması üçün 9000 manat pul vermək lazım olduğunu bildirmişdir. O da Zaura hazırda pulu olmadığını, gələcəkdə atasının təqaüdü düzələrsə bankdan kredit götürüb pulu verə biləcəyini demişdir. Zaur da onunla razılaşmış və aralarında olan yoldaşlıq münasibətinə görə atasının pensiya məsələsinin həll olunması üçün 9000 manat pulu özünün verəcəyini bildirmişdir. O da etiraz etməmiş və pensiya məsələsi həll olunduqdan sonra bankdan kreditə pul götürüb verəcyini demişdir. 2023-cü ilin aprel ayının ortalarında Zaurla görüşən zaman Zaur atası Eldarın pensiya məsələsinin həll olunması üçün lazım olan 9000 manat pulu verdiyini demişdir. Bundan təxminən 3 ay sonra atasının əlilliyinə dair imtina məlumatı gəlmişdir. Buna görə də, Zaurla əlaqə saxlayıb bu barədə məlumat vemiş və Zaur ona bu məsələni həll edə biləcəyini, yenidən Respublika Əlillərin Bərpa Mərkəzinə müraciət etmələrini, ərizə yazıb təqdim etmələrini bildirmişdir. Buna görə də, atası ilə birlikdə ora getmişlər, atası ərizə yazaraq rəsmi şəkildə həmin quruma müraciət etmişdir. Sonra Zaurla telefon əlaqəsi saxlayıb danışmış və sonuncu onlara 100 faiz məsələnin həll olnacağını bildirmişdir. Bundan təxminən 2-3 ay sonra yaşadıqları ünvana məktub gəlmiş, məktubda atası Eldar Abdullayevin yenidən əlilliyinə dair imtina edilməsi barədə məlumat göstərilmişdir. Daha sonra ona məlum olmuşdur ki. Zaur atası Eldara təqaüd düzəltməsi üçün X13 müraciət etmişdir. Rəvan da 9.000 manat pulun qarşılığında bu məsələni həll edəcəyini bildirib Zaurdan qeyd olunan məbləğdə pulu almışdır. O, Rəvan tanımamış və heç bir münasibəti olmamışdır. Zaurun Rəvana vermiş olduğu pul Zaura mxəsus olmuşdur. Məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, təqaüdçüdür. Zərərçəkmiş şəxs3 onun qızıdır. X12 təxminən 2021-ci il tarixdən etibarən tanıyır. Qızı Elnurənin epilepsiya xəsatəliyi var və bu xəstəliyinə görə o, 2014-cü il tarixdən 2020-ci il tarixədək olan müddət ərzində təqaüd almışdır. 2020-ci il tarixdə Elnurənin təqaüdü dayandırılmış və o, təqaüd ala bilməmişdir. 2021-ci ilin əvvəllərində Elnurə həkim komissiyasından keçdiyi zaman orada növbə olmuş və Elnurənin halı pisləşəndə Rəvan ona kömək etmişdir. Həmin vaxt Rəvan Elnurəyə növbəti dəfə gələndə Rəvan ilə əlaqə saxlasın və Rəvan Elnurənin növbəsiz qəbula girməyində köməklik göstərəcək. X14 ilə telefon vasitəsi ilə də əlaqəsi yaranmışdır. Elnurə iki dəfə həkim komissiyasından keçsə də imtina almışdır. Rəvan Elnurənin istifadəsində olan mobil nömrəsinə zəng edərək 5000 manat pulun müqabilində Elnurənin onkoliji xəstəliyi ilə təqaüd almasını həll edə bilər. Onların razılaşmalarına əsasən Elnurə ilkin olaraq Rəvana 2500 manat pul verməli, qalan 2500 manat pulu isə adının sistemə vuralacağı vaxt verməli olmuşdur. Birinci dəfə Elnurə ilə birlikdə “Nizami” metrostansiyasının içərisində Rəvanla görüşmüşdür. Elnurə 2500 manat pulu Rəvana vermişdir. Onun 2500 manat pulu Rəvana verməyini Elnurə gizli olaraq mobil telefonu vasitəsi ilə qeydə almışdır. Sonra Elnurə 300 manat və 200 manat olmaqla ümumilikdə 500 manat pulu Rəvanın bank hesabına göndərmişdir. Rəvan zəng edib Elnurənin işi ilə məşğul olan Mübariz adlı şəxs ilə görüşməyini və qalan 2000 manat pulu da həmin şəxsə verməyini istəmişdir. O da Elnurə ilə birlikdə xx.xx.2024-cü il tarixdə Mübariz ilə görüşmək üçün Bakı şəhəri, Nərimanov rayonunda olan “Mado" restoranına getmişlər. Həmin şəxs onu Rəvanın göndərdiyini bildirmiş və onların əyləşdiyi masada əyləşmişdir. O da Elnurənin ona verdiyi 700 manat pulu Mübariz adlı şəxsə vermiş və Elnurə də həmin anları gizli olaraq mobil telefonu vasitəsi ilə qeydə almışdır. Elnurə qalan 1300 manat pulu Rəvanın bank hesabına göndərmişdir. Daha sonra Elnurə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 saylı qaynar xəttinə zəng edərək işi barədə maraqlanmış və oradan onun adından hər hansı bir müraciətin olmadığını bildirmişlər. “DOST” xidmətində də Elnurənin adından heç bir müraciətin olunmadığını bildirmişlər. O, artıq Rəvanın danışığından başa düşmüşdür ki, Rəvan yalan danışır və Elnurəni aldadıb. Elnurə DİN-in 102 xidmətinə zəng edərək Rəvanın onları aldadaraq 5000 manat pulunu mənimsəməsi barədə məlumat vermişdir. Məhkəmə iclasında dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, X9 4 il olar ki, tanımışdır. Rəvanla tanışlığı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin TSEK-ə gedən zaman olmuş və Rəvan orada mühafizəçi kimi işləmişdir. Həmin vaxtdan Rəvanla aralarında dostluq münasibəti yaranmışdır. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 əvvəllər tanımamış, aralarında heç bir ədavət və düşmənçiliyi olmamışdır. 2024-cü ilin yanvar ayının ortalarında Rəvanla görüşən zaman ona Zərərçəkmiş şəxs3 təqaüd düzəltmək üçün pul aldığını, təqaüd məsələsinin 5000 manata razılaşdığını, həmin puldan 3000 manatının aldığını, qalan 2000 manat pulu da onun Elnurə ilə görüşüb götürməyini, pulu aldıqdan sonra Elnurənin təqaüd məsələsini həll edəcəyini, Elnurə ilə görüşən zaman özünü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında TSEK şöbəsinin işçisi kimi təqdim etməyini, Elnurənin işi ilə özünün məşğul olduğunu deməsini istəmişdir. O, Rəvanın Elnurənin işini həll edəcəyini və Rəvanın dürüst bir insan kimi tanıdığı üçün razılaşmışdır. Bundan sonra Rəvan Elnurə ilə əlaqə saxlayaraq onunla görüşüb pulu götürməli olduğunu bildirmişdir. Eyni zamanda həmin gün Rəvan onun yanında Elnurə ilə telefon əlaqəsi saxlayaraq onu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında TSEK şöbəsində işi ilə onun məşğul olduğunu, görüşərək qalan 2000 manat pulu da ona verməsini bildirmişdir. Elnurə də etiraz etməmiş və “Mado” restoranında Elnurə ilə görüşmüşdür. Həmin vaxt Elnurənin anası İradə 700 manat pulu çıxarıb ona vermiş və qalan 1300 manat pulu da Rəvanın bank hesabına göndərəcəyini demişdir. Həmin görüş zamanı o, Rəvanın istəyi üzrə ona bildirdiyi kimi özünü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında TSEK şöbəsinin işçisi kimi təqdim etmiş və bu işdən başqa bir neçə nəfərin işini həll etdiklərin bildirmişdir. Bunları Rəvan ondan xahiş etdiyi üçün bu cür bildirdimiş və Rəvanın Elnurəni aldatmaq niyyətində olmasını bilməmişdir. Bu barədə məlumatı olsaymış, heç vaxt Elnurə və anası İradə ilə görüşüb pulu götürməzmiş. Pulu aldıqdan sonra Elnurə və İradə çıxıb getmiş və o, Rəvanla əlaqə saxlayıb 700 manat pulu Rvana vermişdir. Bundan başqa Rəvan onunla əlaqə saxlayaraq Gövhər adlı qadınının vasitəsi ilə Eldar adlı şəxsdən pul aldığını, işi həll edə bilmədiyi üçün Gövhər və Eldarın pulu geri tələb etdiyini, vaxt qazanmaq üçün pulu Arif adlı şəxsə verdiyini dediyini, buna görə də Gövhərin Arif adlı şəxslə onları görüşdürməsini tələb etdiyini, ondan köməklik etməyini xahiş etmişdir. Belə ki, Rəvan ona çıxılmaz vəziyyətdə olduğunu bildirmiş və Gövhərlə görüşə gedən zaman özünü Arif adı ilə təqdim etməyini, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işçisi olmağını bildirməyini xahiş etmişdir. O da Rəvana inandığı üçün etiraz etməmiş və görüşmüşlər. Gövhər görüşə Zərərçəkmiş şəxs1la birlikdə gəlmişdir. İlk dəfə həmin gün Gövhər və Eldarı görüb tanımışdır. Söhbət zamanı Rəvan vaxt qazanmaq üçün onu Gövhər və Eldara Arif adı ilə təqdim edərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işçisi olduğunu, aldığı pulu işin həlli üçün Arifə, yəni ona verdiyini bildirmişdir. O da məcbur olaraq Rəvana köməklik kimi sonuncunu dediklərini təsdiq etmişdir. Rəvan ona heç bir məbləğdə pul verməmişdir. Onun bu işlərdə heç bir maddi marağı olmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barəsində dəfələrlə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bu barədə heç bir məlumat verməmiş iş üzrə Şahid4 və Şahid5 ibtidai istintaqda verdikləri ifadələri elan edilmişdir. Məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin dedikləri ilə eyni məzmunlu olmuşdur. Zərərçəkmiş şəxs1 xx.xx.2024-cü il tarixdə Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə müraciət edərək əllillik dərəcəsinin bərpa etmək üçün Rəvan və Arif adlı şəxslərə 15000 manat pul verdiyini və pulunun mənimsənildiyini bildirmişdir. Zərərçəkmiş şəxs2 Şahı oğlu tərəfindən xx.xx.2023-cü il tarixdə Bakı şəhər Prokurorluğuna ərizə ünvanlanaraq əllillik dərəcəsinin bərpası məsələni həll edəcəyi ilə bağlı Rəsulzadə Ravana 9000 manat məbləğində pul verdiyini və aldadıldığını bildirmişdir. Zərərçəkmiş şəxs3 xx.xx.2024-cü il tarixdə Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə müraciət edərək Rəvan adlı şəxsin ona təqaüd düzəldəcəyi adı ilə ümumilikdə 5000 manat pul verməsi və aldanılması barədə bildirmişdir. Məhkəmə baxışında tədqiq edilmiş Zərərçəkmiş şəxs3 tərəfindən təqdim edilmiş “DVD diskə baxış keçirilməsi haqqında” 17 iyun 2024-cü il tarixli protokoldan görünür ki, X13 məxsus kart hesabına pul köçürmələri müəyyən edilmiş və Zərərçəkmiş şəxs3 və İradə Bbayeva tərəfindən Rəsulzadə Rəvana və Şahid3 pul vermələri barədə görüntülər mövcuddur. Məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 04 mart 2024-cü il tarixli cavabından görünür ki, X16 əvvəllər məhkum olunmamışdır. Məhkəmə baxışında tədqiq edilmiş “Axtarışda olan şəxsin tutulması barədə” 17 aprel 2024-cü il tarixli protokoldan görünür ki, X16 xx.xx.2024-cü il tarixdə saat 15:30-da saxlanılaraq Nərimanov Rayon Polis İdarəsinin MSY-yə təhvil verilmişdir. Məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 aprel 2024-cü il tarixli, 4(005)-517/2024 nömrəli qərarından görünür ki, X9 barəsində xx.xx.2024-cü il tarixədək ev dustaqlığı qətimkan tədbiri seçilmişdir və ev dustaqlığında saxlanılma müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Məhkəmə baxışında tədqiq edilmiş “Axtarışda olan şəxsin saxlanılması barədə” 17 iyun 2024-cü il tarixli protokoldan görünür ki, X16 xx.xx.2024-cü il tarixdə saat 00:10-da saxlanılaraq Nərimanov RPİ-nin MSY-yə təhvil verilmişdir. Məhkəmə baxışında tədqiq edilmiş “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə” 18 iyun 2024-cü il tarixli qərardan görünür ki, X1 MSY-dən dərhal azad edilməsi və barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Məhkəmə baxışında tədqiq edilmiş “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə” 18 iyun 2024-cü il tarixli qərardan görünür ki, X16 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə baxışında tədqiq edilmiş “pulun təqdim edilməsi barədə” 05 iyul 2024-cü il tarixli protokoldan görünür ki, X2 Elnurəyə dəymiş zərərdən 1000 manat pul təqdim etmişdir. Məhkəmə baxışında tədqiq edilmiş “pulun təqdim edilməsi barədə” 17 iyul 2024-cü il tarixli protokoldan görünür ki, X2 Elnurəyə dəymiş zərərdən 600 manat pul təqdim etmişdir. Məhkəmə baxışında tədqiq edilmiş “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 22 iyul 2024-cü il tarixli qərardan görünür ki, 03 ədəd “A4” formatlı kağız üzərində olan qəbzlər, 01 ədəd DVD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə baxışında tədqiq edilmiş Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, ona dəymiş zərər təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir və onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 dekabr 2024-cü il tarixli, 1(005)-397/2024 nömrəli qərarından görünür ki, X9 barəsində axtarış elan edilmiş və onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. Məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 24122 nömrəli, xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, X16 xx.xx.2025-ci il tarixdə saxlanılaraq Nərimanov RPİ-nin MSY-yə təhvil verilmişdir. Məhkəmədə tədqiq edilən zərərçəkmiş (mülki iddiaçı) Zərərçəkmiş şəxs3 tərəfindən mülki iddia ərizəsindən aydın olur ki, X16 tərəfindən ona vurulmuş 5000 (beş min) manat məbləğində ziyandan 1900 (min doqquz yüz) manat ödənilmişdir, qalan 3100 (üç min yüz) manat və 51 (əlli bir) manat dövlət rüsumunun təqsirləndirilən şəxsdən tutularaq ödənilməsini xahiş etmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui- istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar (39-cu bənd). Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Beləliklə məhkəmə Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək hesab edir ki, təqsirləndirilən X16 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar və xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs X9 əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə X9 əməlini etiraf edərək peşman olmasını, zərəçəkmiş şəxslərdən biri ilə barışıq əldə etməsini, qismən ödəniş etməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən X9 əməlində cəzasını ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən X16 barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, X13 cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, cəzanın məqsədləri X13 Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən X9 ibtidai istintaq zamanı tutulduğu və ev dustaqlığında olduğu 02 (iki) ay 02 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti cəza saxlanılmalıdır. Eyni zamanda cəzaçəkmə müddətinin əvvəli barəsində həbs qətimkan tədbiri seçildiyi vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, məhkəmə Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş mülki iddianın dəlillərini və cinayət işinin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, mülki iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 179-cu maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs (mülki cavabdeh) – X9 törətdiyi cinayət əməlinə görə təqsiri məhkəmə araşdırılması zamanı öz təsdiqini tapdığından onun vurulmuş zərərlə bağlı həm də mülki məsuliyyəti yaranmışdır. Azərbaycan Respublikası CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir Həmin Məcəllənin 354.1 və 354.1.1-ci maddələrinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. Məhkəmə hesab edir ki, X16 Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilindiyi üçün bu əməlin törədilməsi ilə əlaqədar mülki iddiaçıya vurduğu maddi ziyan onun tərəfindən ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, mülki iddia təmin olunmalı, maddi ziyana görə təqsirləndirilən (mülki cavabdeh) X13 3100 (üç min yüz min) manat məbləğində dəymiş zərərin və 51 (əlli bir) manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 3151 (üç min yüz əlli bir) manat vəsaitin təqsirləndirilən şəxs (mülki cavabdeh) - X8 tutularaq zərərçəkmiş (mülki iddiaçı) Zərərçəkmiş şəxs3 xeyrinə ödənilməsinə dair tələbi əsaslıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, X9 Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut – 03 ədəd “A4” formatlı kağız üzərində olan qəbzlər, 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən X16 məhkəmədə hüquqlarını müdafiə etmiş “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Odur ki, X16 göstərilmiş hüquqi xidmətə görə “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 59 (əlli doqquz) iş saatı üçün qanunvericiliyə edilmiş dəyişikliklərə əsasən 06 (altı) və 11 (on bir) manat hesab edilməklə 59 (əlli doqquz) iş saatı üçün (47x6=282; 12x11=132 hesablamaqla) ümumilikdə 414 (dörd yüz on dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: X16 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməklə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X9 ibtidai istintaq zamanı tutulduğu və ev dustaqlığında olduğu 02 (iki) ay, 02 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və X9 üzərində qəti olaraq 02 (iki) il, 03 (üç) ay, 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. X16 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. X9 cəzaçəkməsinin əvvəli 18 iyun 2025-ci il tarixdən hesablansın. X9 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Mülki iddiaçı Zərərçəkmiş şəxs3 mülki cavabdeh X13 qarşı mülki iddiası tam təmin edilsin. Maddi ziyana görə zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs3 3100 (üç min yüz) manat, həmçinin dövlət rüsumu üçün ödənilmiş 51 (əlli bir) manat, ümumilikdə 3151 (üç min yüz əlli bir) manat məbləğin təqsirləndirilən şəxs (mülki cavabdeh) X8 tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs3 xeyrinə ödənilsin. Zərərçəkmiş şəxs2 mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah olunsun. İş üzrə maddi sübut - 03 ədəd “A4” formatlı kağız üzərində olan qəbzlər, 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaq müddətində təqsirləndirilən X9 hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə qanunvericiliyə edilmiş dəyişikliklərə əsasən 06 (altı) və 11 (on bir) manat hesab edilməklə 59 (əlli doqquz) iş saatı üçün (47x6=282; 12x11=132 hesablamaqla) ümumilikdə 414 (dörd yüz on dörd) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar