Məhkəmə qərarları › İş №1(005)-470/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-470/2024

11.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-470/2024 11.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X4, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 240.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda ümumi təmiz çəkisi 0,483 qram olan psixotrop maddə metamfetamini və təsiredici maddəsinin ümumi miqdarı 4.2 qram olmaqla 14 ədəd ağqəhvəyi rəngli, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən preqabalin tərkibli kapsulları əldə edib üzərində saxlamaqla daşımış, 23 iyul 2024-cü il tarixdə, saat 16:20 radələrində Nərimanov RPİ-nin NMB-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 144 ünvanının qarşısında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinib saxlanılaraq, ünvan 3 ünvanında yerləşən Nərimanov RPİ-nin 16-cı PŞ-nin inzibati binasına gətirilərək üzərinə müdafiəçinin iştirakı və video çəkilişlə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki boz rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 0,483 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, üzərində “Preqabalin krka 300 mg” markalanma göstəricisi olan 01 ədəd konvalyutda bir kapsulda təsiredici maddəsinin miqdarı 0,3 qram olmaqla, təsiredici maddəsinin ümumi miqdarı 4,2 qram olmaqla 14 ədəd ağ-qəhvəyi rəngli “Preqabalin” tərkibli narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən kapsullar aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası CM-nin 234.2 və 240.1-ci maddələri ilə elan edilən ittiham üzrə özünü təqsirli bilməyərək, lakin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 10 il narkotik vasitə heroin və psixotrop maddə metamfetamindən istifadə etmişdir. Narkoloji dispanserdə qeydiyyatdadır və 5-6 ay metadon suyundan istifadə etsə də, təxminən 4 il öncə metadon suyundan imtina etmişdir. Buna görə də həkimlər tərəfindən ona preqabalin və digər müalicəvi dərmanlar yazılmışdır. Həmin dərman preparatlarını resept əsasında müxtəlif apteklərdən alaraq istifadə etmişdir. Eyni zamanda 3 il öncə reabilitasiya mərkəzində narkomaniya xəstəliyindən müalicə də almışdır. 23 iyul 2024-cü il tarixdə, saat 11 radələrində tanışı Xəlil adlı şəxs yaşadığı ünvan 5 ünvanına gəlmişdir. Xəlil onlarda 15-20 dəqiqə oturduqdan sonra getmək istədiyi üçün sonuncunu yola salmaq üçün mənzilin giriş qapısını açmışdır. Həmin vaxt polis əməkdaşları mənzilə daxil olmuş və onu üzü üstə yerə uzadıb qoluna qandal vuraraq mənzildə axtarış aparmağa başlamışlar. Axtarış zamanı istifadə etmək məqsədi ilə reseptlə aldığı 01 konvalyutda 14 ədəd “preqabalin” həbini saxladığı dolabın üzərindən polis əməkdaşları aşkar edərək götürmüşlər. Bir qədər sonra isə polis əməkdaşları dolabda olan qış şalvarının cibindən “patı” yəni, psixotrop maddə metamfetamin tapdıqlarını demişlər. Aşkar edilmiş preqabalin həbləri ona məxsus olsa da, psixotrop maddə metamfetamin ona məxsus olmamışdır. Bundan sonra polis əməkdaşları onu həyətə düşürüb gəldikləri avtomobilə əyləşmişlər. Daha sonra polis əməkdaşları yenidən yaşadığı mənzilə gedərək axtarış aparmışlar və heç nə tapa bilmədikləri üçün geri qayıtmışlar. Bundan sonra polis əməkdaşları onu ilk olaraq Nərimanov Rayon Polis İdarəsinə, daha sonra isə 16-cı Polis Şöbəsinə aparmışlar. Orada onu saxlayan polis əməkdaşları 01 ədəd konvalyutda 14 ədəd “preqabalin” həbini və 01 ədəd bükümdə psixotrop maddə metamfetamini ona verərək cibinə qoymağını, üzərinə şəxsi axtarış keçirilən zaman təqdim edərək narahat olmamağını demişlər. O da inzibati həbs olunacağını düşünərək etiraz etməyib həmin metamfetamini və preqabalin həbini əynində olan boz rəngli qısa idman şalvarının sağ yan cibinə qoymuşdur. Bundan sonra müdafiəçi dəvət edilmiş və üzərinə video çəkilişlə şəxsi axtarış keçirilməyə başlanmışdır. Çəkiliş zamanı ona üzərində qanunsuz əşya və ya maddə varsa könüllü olaraq təqdim etməyini bildirmişlər. O da əynində olan boz rəngli qısa idman şalvarın sağ yan cibində olan və polis əməkdaşlarının ona verdiyi 01 ədəd sellofan bükümü və 01 ədəd konvalyutda 14 ədəd “preqabalin” həbini, sol yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Sorğu zamanı o, polis əməkdaşlarının ona əvvəlcədən bildirdikləri kimi 01 ədəd sellofan bükümdə olan maddənin psixotrop maddə metamfetamin, 01 ədəd konvalyutda olan həbləri “preqabalin” tərkibli dərman həbləri olduğunu, həmin metamfetamini İran İslam Respublikası vətəndaşından 25 manat qarşılığında öz istifadəsi üçün Biləcəri qəsəbəsindən götürdüyünü, “Preqabalin” həbini rəsmi olaraq Narkoloji Dispanserdə qeydiyyatda olduğu üçün oradan verilmiş reseptlə aldığını, təqdim etdiyi psixotrop maddədən başqa heç bir yerdə qanunsuz əşya və ya narkotik maddə saxlamadığını bildirmişdir. Əslində isə həmin psixotrop maddə ona məxsus deyil, polis əməkdaşları həmin psixotrop maddəni yaşadığı ünvanda olan qış şalvarının cibindən tapdıqlarını bildirsələr də, o, bunu xatırlamamışdır. Çünki onda psixtrop maddə metamfetamin olsa idi, həmin metamfetamini çoxdan istifadə edərdi. Bundan sonra isə bütün hərəkətlər protokollaşdırılmış, onun və iştirakçıların iştirakı ilə həmin maddə və preqabalin dərman preparatı zərfə qoyulub möhürlənmiş və onlar imzaları ilə protokolun doğruluğunu təsdiq etmişlər. O, heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamış, həmişə özü qəbul etmək üçün almışdır. Sonda Təqsirləndirilən şəxs barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin NMB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində bildirmişdir ki, 23 iyul 2024-cü il tarixdə Nərimanov Rayon Polis İdarəsinin NMB-nin əməliyyat müvəkkili Şahid1 ilə birlikdə inzibati ərazidə xidmət aparmışlar. Həmin gün saat 16:20 radələrində Nərimanov rayonu, Azadlıq prospekti 144 ünvanının qarşısında xidmət aparan zaman bir nəfər şəxsin onları görən kimi özünü şübhəli apardığını görmüşlər. Buna görə də, həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar Təqsirləndirilən şəxs özünü şübhəli aparmasını və verdikləri suallara qeyri səmimi olaraq cavab verib yayınıb getməyə çalışdığını görüb sonuncunu saxlayaraq Nərimanov Rayon Polis İdarəsinin 16-cı PŞ-nə aparmışlar. Şöbədə həmin şəxsin şəxsiyyəti müəyyən edilən zaman onun Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs barəsində araşdırma aparılması üçün raportla şöbənin rəhbərliyinə məruzə etmişlər və Təqsirləndirilən şəxs barəsində araşdırma aparılması təhqiqatçı Novruz Novruzova həvalə edilmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra onların və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl Aqşinə üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edilmişdir. Bu təklifdən sonra Aqşin də əynində olan boz rəngli qısa idman şalvarının sağ yan cibindən 01 ədəd ağ rəngli sellofan bükümü və 01 ədəd konvalyutda olan 14 ədəd dərman həbini, sol yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd ağ rəngli sellofan bükümdə olan maddənin psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni İran İslam Respublikasının vətəndaşının vasitəsi ilə 25 manata əldə etdiyini, 01 ədəd konvalyutda olan 14 ədəd dərman həblərinin “Preqabalin” dərman kapsulları olduğunu, həmin dərman kapsullarını həkim resepti əsasında əldə etdiyini bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə Aqşinin üzərindən aşkar olunmuş maddələr qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Aqşin tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri 16-cı Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid3 digər Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin NMB-nin əməliyyat müvəkkili Şahid1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid1 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 18-19-cu vərəqələrində olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 23 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 iyul 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 27-28-ci vərəqələrində olan “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” 23 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Nərimanov RPİ 16-cı PŞ-nin təhqiqatçısı X11 Azərbaycan Respublikası CPM-in 51 və 246.2.1-ci maddələrinin tələblərinə əsasən həmin protokolu ondan ötrü tərtib etmişdir ki, xx.xx.2024cü il tarixdə, saat 16:20 radələrində Nərimanov RPİ-nin NMB-nin əməkdaşları tərəfindən ünvan 6 ünvanın qarşısında Təqsirləndirilən şəxs saxlanılaraq saat 16:50 radələrində şübhəli şəxs qismində 16-cı PŞ-nə gətirilmişdir. 16-cı PŞ-də ona üzərində hər hansı bir qanunsuz əşya və ya maddəni könüllü təqdim etmək təklif olundu. Nərimanov RPİ-nin NMB-nin əməliyyat müvəkkilləri Şahid2, Şahid1, 16-cı PŞ-nin əməliyyat müvəkkili Şahid3 Sadıq oğlunun və vəkil X7 iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldı. Təqsirləndirilən şəxs əynindəki boz rəngli qısa idman şalvarının sağ yan cibindən içərisində spesifik qoxuya malik, ağ rəngli, kristal şəkilli ağ salafana bükülmüş 01 ədəd bükümü, 14 ədəd dərman preparatı və sol yan cibindən isə "Samsung" markalı mobil telefonu təqdim etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs bildirdi ki, təqdim etdiyi 01 ədəd bükümün içərisindəki maddə psixotrop maddə hesab olunan «patı» adı ilə tanınan metamfetamindir, digər listdə 14 ədəd "Preqabalin" dərman preparatlarıdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixtrop maddə olan 01 ədəd bükümü 25 manat pulun qarşılığında İran İslan Respublikasının vətəndaşından əldə edərək boz rəngli qısa idman şalvarının sağ yan cibində saxlamışdır. Dərman preparatlarını isə həkim resepti əsasında əldə etmişdir. xx.xx.2024-cü il tarixdə yaşadığı ünvan 7 ünvanın qarşısında olarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Aşkar olunmuş psixotrop maddə və dərman preparatları iştirakçıların və Təqsirləndirilən şəxs iştirakı ilə qablaşdırıldı, 218 nömrəli möhürlə möhürləndi. Cinayət işinin 37-40-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 iyul 2024-cü il tarixli, 3-16-16/2-6/3772 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş: AR DİN “Zərflər üçün № 218” möhür əksi, “/imza/ Şübhəli şəxs Təqsirləndirilən şəxs; /imza/ ə/m Şahid2; /imza/ ə/m Şahid1; /imza/ ə/m Məmmədov...(oxunmur); /imza/ müdafiəçi: İ.Həsənov; Tərtib etdi: Təh. N.Novruzov /imza/” yazılar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi: 0,483 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir və üzərində “Preqabalin krka 300 mg” markalanma göstəricisi olan 01 ədəd konvalyutda ümumi sayı: 14 ədəd olan ağ-qəhvəyi rəngli kapsulların tərkibində təsiredici maddəsinin miqdarı: 4,2 qram (üzərindəki göstəricilərə əsasən 01 ədəd həbdə 0,3 qram) olan güclü təsir edən maddə - preqabalin müəyyən edildi. Cinayət işinin 52-53-cü vərəqələrində olan “Baxış keçirilməsi haqqında” 24 iyul 2024cü il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi Elşən Həsənov icraatında Azərbaycan Respublikası CM-nin 234.2 və 240.1-ci maddələri ilə istintaq edilən ********* saylı cinayət işinin istintaqı ilə əlaqədar olaraq Azərbaycan Respublikası CPM-nin 51, 90 və 236-cı maddələrinin tələblərinə riayət etməklə həmin protokolu ondan ötrü tərtib etmişdir ki, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung” markalı mobil telefon aparatına meydana çıxmış zərurətlə əlaqədar Nərimanov RPİ-nin MSY-də baxış keçirmişdir. Baxış zamanı müəyyən edildi: İstintaqa təqdim olunan telefon “Samsung” markalı mobil telefondur və Təqsirləndirilən şəxs bildirdi ki, həmin mobil telefon ona məxsusdur və içərisində ***-***-**-** saylı mobil nömrəni işlədir. “Samsung” markalı mobil telefon korpusun arxa hissəsi boz rənglidir, ekran hissəsi sensorlu olmaqla qara rənglidir, mobil telefonun ekran hissəsinin sağ küncündə çat olması müşahidə olunur, telefonun sağ yan hissəsində yerləşən düyməcik vasitəsi ilə onu işlək vəziyyətə gətirdikdə telefonun “Samsung” sözü əks olunma videofraqment ekrana gəldikdən sonra telefonun “iş masası” ekranda görünür. İş masası üzərində yerləşən “Fotolar” bölməsinə daxil olaraq baxış keçirilən zaman elektron tərəzi üzərində narkotik vasitəyə bənzər maddələrin çəkilməsinin fotoşəkilləri aşkar edildi. Bundan sonra “Samsung” markalı mobil telefonun iş masası üzərində yerləşən “WhatsApp” proqramına daxil olduqda orada “Dayə day” adı ilə qeyd olunmuş ***-***-**-** saylı mobil nömrə ilə arasında müxtəlif vaxtlarda narkotik vasitələrin əldə edilməsi barədə yazışma və səs yazıları, bank qəbzləri aşkar edildi. Bundan başqa “Samir” adı ilə qeydiyyata alınmış ***-***-**-** saylı mobil nömrənin istifadəçisinin Təqsirləndirilən şəxs narkotik vasitə istəməsi aşkar edildi. Bundan başqa ***-***-**-** saylı mobil nömrənin istifadəçisinin “Daş varsa balaca qoyarsan daş Əsas kola babat olsun. 2 nəfərlik” deyə yazışması aşkar olundu. Bundan başqa ***-***-**-** saylı mobil nömrənin istifadəçisinin də Təqsirləndirilən şəxs narkotik vasitə alması, qarşılığında isə sonuncunun kart hesabına müəyyən miqdarlarda pul göndərməsi aşkar olundu. Bundan başqa ***-***- **-** saylı mobil nömrənin istifadəçisinin “Qardaşıvı sabaha kimi 2.3 toçka köməkjlik eələdə, axşama 50 manatım olacaq çıxaram əvəzini” deyə yazışması aşkar olundu. Baxış zamanı Təqsirləndirilən şəxs mobil telefonda nömrələri və adları qeyd olunmuş digər şəxslərə də narkotik vasitə satması aşkar olundu. Baxışda iştirak edən Təqsirləndirilən şəxs mobil telefonunda olan yazışmaların və səs yazıların ona məxsus olduğunu, ***-***- **-** saylı mobil nömrənin də ona məxsus olduğunu, həmin mobil nömrəni həm danışıqda həm də “WhatsApp” proqramında istifadə etdiyini bildirdi. Cinayət işinin 92-96-cı vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(005)-957/2024 saylı qərarından görünür ki, vəsatət və təqdimatın təmin edilməsi, Azərbaycan Respublikası CM-nin 234.2 və 240.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlanılmanın 3 (üç) ay həddində müəyyən edilməsi, həbsetmənin əvvəlinin 23 iyul 2024-cü il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin 107-108-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 148-149-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X17 Şəxsinin Ambulator X2 dair xx.xx.2024-cü il tarixli, 5102 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin, kannabinoidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 166-167-ci vərəqələrində olan “CD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nərimanov RPİ-nin İstintaq şöbəsinin baş müstəntiqi X1 icraatında Azərbaycan Respublikası CM-nin 234.2 və 240.1-ci maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CPM-nin 51, 85, 91, 92 və 236.1-cı maddələrinin tələblərinə riayət etməklə həmin protokolu ondan ötrü tərtib etmişdir ki, Nərimanov RPİ-nin MSY-də olan istintaq otağında Nərimanov RPİ-nin 16-cı PŞ-dən daxil olmuş üzərində ağ rəngli DVD-R formatındakı disk məlumatlarına baxış keçirmişdir. Baxış zamanı aşağıdakılar müəyyən edildi: Həmin disk «HP» markalı kompyuterin DVD oxuyucusu vasitəsi ilə açıldıqda 1 ədəd “İMG_2745 (1)” adlı video fayl aşkar olundu. Baxış zamanı məlum olmuşdur ki, həmin “İMG_2745 (1)” adlı fayla əks edilmiş görüntülər 23 iyul 2024-cü il tarixdə qeydə alınır. Süni işıqlandırma ilə işıqlandırılmış otaq Nərimanov RPİ-nin 16-cı PŞ-də xidməti otaqlardan biridir. Video görüntüdən müəyyən edilir ki, təhqiqatçı Novruz Novruzov Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif edir. Təqsirləndirilən şəxs da, əynində olan boz rəngli qısa idman şalvarının sol yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu, sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümü və 01 ədəd konvalyutda olan 14 ədəd dərman həbini çıxarıb masanın üzərinə qoyaraq təqdim etməsi, sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd ağ rəngli sellofan bükümdə olan maddənin psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni İran İslam Respublikasının vətəndaşının vasitəsi ilə 25 manata əldə etdiyini, 01 ədəd konvalyutda olan 14 ədəd dərman həblərinin “Preqabalin” dərman kapsulları olduğunu, həmin dərman kapsullarını həkim resepti əsasında əldə etdiyini bildirməsi və həmin maddələrin zərfə qoyularaq möhürlənməsi video görüntü zamanı qeydə alınır. Cinayət işinin 213-214-cü vərəqələrində olan “Mobil telefona əlavə baxış keçirilməsi barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi Tuqay Allahverdizadə, icraatında Azərbaycan Respublikası CM-nin 234.2 və 240.1-ci maddələri ilə istintaq edilən ********* saylı cinayət işinin istintaqı ilə əlaqədar olaraq Azərbaycan Respublikası CPM-nin 51, 91, 92 və 236-cı maddələrinin tələblərinə riayət etməklə həmin protokolu ondan ötrü tərtib etmişdir ki, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung A24” markalı mobil telefon aparatına meydana çıxmış zərurətlə əlaqədar Nərimanov RPİ-nin MSY-də baxış keçirmişdir. Baxış zamanı aşağıdakılar müəyyən edildi: İstintaqa təqdim olunan bir ədəd telefon «Samsung A24» markalı mobil telefondur, mobil telefonun sağ yan hissəsində yerləşən düyməcik vasitəsi ilə onu işlək vəziyyətə gətirdikdə telefonun «Samsung Galaxy A24» sözü əks olunma videofraqment ekrana gəldikdən sonra telefonun “iş masası” ekranda görünür. İş masasında yerləşən “Galeri” adlı bölməyə daxil olduqda elektron tərəzinin üzərində narkotik vasitəyə bənzər maddənin çəkilməsi, 08 ədəd kanvulyutda üzərində “Preqabalin 150mg” yazısı olan dərman preparatının fotoşəkillərinin olması aşkar edildi. İş masası üzərində yerləşən “Whatsapp” proqramına daxil olduqda orada həmin proqramın Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatda keçməsi və “Whatsapp” yazışmalarının olması aşkar olundu. Həmin yazışmalara baxış keçirən zaman “WhatsApp” proqramında “Dayə day” adı ilə qeyd olunmuş ***-***-**-** saylı mobil nömrə ilə İbrahimov işin Yahuzər oğlunun istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin arasında müxtəlif vaxtlarda narkotik vasitələrin əldə edilməsi barədə yazışma və səs yazıların, hesaba pul köçürülməsi barədə qəbzlərin olması aşkar edildi. Bundan başqa “Samir” adı ilə qeydiyyata alınmış ***-***-**-** saylı mobil nömrənin istifadəçisinin Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə mesaj yazaraq narkotik vasitə istəməsi, 055-946-08- 06 saylı mobil nömrənin istifadəçisinin “Daş varsa balaca qoyarsan daş Əsas kola babat olsun. 2 nəfərlik” məzmunda mesaj göndərməsi, ***-***-**-** saylı mobil nömrənin istifadəçisinin də Təqsirləndirilən şəxs narkotik vasitə alması, qarşılığında isə sonuncunun kart hesabına müəyyən miqdarlarda pul göndərməsi, ***-***-**-** saylı mobil nömrənin istifadəçisinin “Qardaşıvı sabaha kimi 2.3 toçka köməklik elədə, axşama 50 manatım olacaq çıxaram əvəzini” məzmunda mesaj göndərməsi aşkar edildi. Bundan əlavə baxış zamanı +92 ***-***-**-** saylı mobil nömrəli istifadəçinin Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə sonuncunun kart hesabına xx.xx.2024cü il tarixdə 20 manat, xx.xx.2024-cü il tarixdə 18 manat, 10 manat pul göndərməsinin qəbzlərini ataraq narkotik vasitə istəməsi, pulu az olduğu üçün həmin narkotik vasitənin yerinə “Preqabalin 150mg” yazısı olan dərman preparatlarının şəklini göndərib həmin dərmandan verməsini təklif etməsi, Təqsirləndirilən şəxs da həmin mobil nömrəyə cavab olaraq “yoxe qaqa dərman var məndə, elə havayıdan Xəlilin qardaşına 300-lük preqabalini 5 manatdan verdim çiçək kimi getdi, yox e dərman var məndə” məzmunda səs yazı göndərib cavab verməsi aşkar edildi. Bundan başqa iş masasında olan “Mesajlar” bölməsinə daxil olduqda Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə ***-***-**-** saylı mobil nömrədən xx.xx.2024-cü il tarixdə “Lomkadan ölürəm yekə kişisən telefonu aç”, ***-***-**-** saylı mobil nömrədən xx.xx.2024-cü il tarixdə “AYQA BES NİE MENE TUXTA TEMANİ VERDİNKİ. AĞRİMDA KEÇMEDİ HEÇ. GELİM VEZİYYETDEN ÇİXAQ” məzmunda mesajların göndərilməsi aşkar edildi. Cinayət işinin 238-250-ci vərəqələrində olan “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0,483 qram olan psixotrop maddə metamfetaminin, 14 ədəd kapsulda olan preqabalin kapsullarının maddi sübut kimi tanınması, qalıq qalmış 0,433 qram çəkidə psixotrop maddə metamfetaminin, 12 ədəd preqabalin kapsulların saxlanış üçün Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilməsi, iş üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı disk sübut əhəmiyyəti kəsb etdiyindən, maddi sübut kimi tanınması və istintaq materiallarına əlavə edilməsi, iş üzrə Təqsirləndirilən şəxs məxsus 01 ədəd «Samsung Galaxy A24» markalı mobil telefonun maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən olan Təqsirləndirilən şəxs aid şəxsi məlumatların çıxarışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2016-cı il təvəllüdlü X8 adlı 1 (bir) azyaşlı uşağı var. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 01 ədəd DVD diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynindəki boz rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə psixotrop maddə metamfetaminin və üzərində “Preqabalin krka 300 mg” markalanma göstəricisi olan 01 ədəd konvalyutda 14 ədəd kapsulların aşkar edilərək götürülməsi müəyyən olundu. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1-ci maddəsinə əsasən narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satış məqsədi ilə qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma və ya göndərmə, habelə bu maddələri və ya onları hazırlamaq yaxud emal etmək üçün avadanlığı qanunsuz satma - üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Qərarın 24-cü bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası CM-in 240-cı maddəsində nəzərdə tutulmuş güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədi ilə qanunsuz dövriyyəsi üzrə cinayətlərin tərkibinin olub-olmaması müəyyən edilərkən nəzərə alınmalıdır ki, CM-in 240.1-ci maddəsində və ya 240.1-1-ci maddəsində təsbit edilən müvafiq olaraq narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri və narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan zəhərli maddələri qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma, göndərməyə görə cinayət məsuliyyəti yalnız həmin əməllər satış məqsədi ilə törədildikdə və ya şəxs həmin maddələri, yaxud onları hazırlamaq, emal etmək üçün avadanlığı qanunsuz satdıqda yaranır. Odur ki, qeyd olunan cinayətlərə dair işlərə baxılarkən, sübutetmə predmetini təşkil edən digər məsələlərlə yanaşı, maddələrin güclü təsir edən və ya zəhərli maddələrə aid edilib-edilməməsi, şəxsdə bu maddələri satmaq məqsədinin olubolmaması, avadanlığın belə maddələr hazırlamaq, emal etmək üçün nəzərdə tutulubtutulmaması araşdırılmalıdır. Maddələrin güclü təsir edən və ya zəhərli maddələrə aid olması barədə nəticə müvafiq ekspert rəyinə əsaslanmalıdır. Nəzərə alınmalıdır ki, “Güclü təsir edən maddələr və onların külli və xüsusilə külli miqdarlarının Siyahısı” və “Zəhərli maddələrin siyahısı” 2016-cı il 18 mart tarixli 180-VQ nömrəli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 240.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hal və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2 və 240.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 240.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hal və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.2), cəza çəkməsinin əvvəli 23 iyul 2024-cü il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə metamfetamin və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən preqabalin kapsulları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeydə alınan video görüntünün əks edildiyi 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1.2-ci maddəsinə əsasən şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə maddi sübut olan – 01 ədəd “Samsung Galaxy A24” markalı mobil telefon cinayət törədilərkən istifadə edilən alət olduğundan dövlət nəfinə alınmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X6 məhkəmədə iştirak etdiyi 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 240.1ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkməsinin əvvəli 23 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan - Bakı şəhəri Nərimanov RPİ-nin saxlancına təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalığı 0,433 qram olan psixotrop maddə metamfetamin və ümumi qalığı 12 ədəd olan narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən preqabalin kapsulları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeydə alınan video görüntünün əks edildiyi 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut olan – 1 ədəd “Samsung Galaxy A24” markalı mobil telefon cinayət törədilərkən istifadə edilən alət olduğundan dövlət nəfinə alınsın. İş üzrə ekspertiza xərci 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X9 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar