Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-473/2022 27.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 12:30 Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş Zərərçəkmiş şəxs, müdafiəçi “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1970-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsi A.Əlizadə küçəsi döngə 7, ev 6A-da qeydiyyatda olan və həmin ünvanda yaşayan, xx.xx.2022-ci il tarixdən həbsdə olan və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Nərimanov Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 11 oktyabr 2021-ci il tarixdə saat 14:00 radələrində özgənin əmlakını ələ keçirmək məqsədi ilə qaynaq və təmir işləri gördüyü ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində divara asılmış Zərərçəkmiş şəxs məxsus pencəyin sol iç cibində olan pul kisəsinin içərisindən 1275 manat ekvivalentli 750 ABŞ dollarını və 750 manat nəğd pulu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 2025 manat ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan asetilə edilmiş tiryəki əldə edib üzərində saxlamaqla daşımış və 24 may 2022-ci il tarixdə saat 18:30 radələrində ünvan 2 ünvanın yaxınlığında olarkən, Nərimanov Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 4 ünvanında yerləşən Nərimanov Rayon Polis İdarəsinin inzibati binasına gətirilmiş, xidməti otaqda onun üzərinə keçirilən şəxsi axtarış zamanı ona məxsus olan əynindəki açıq boz rəngli gödəkçənin sağ yan cibində bir ədəd şəffaf rəngli sellofan bükümdə 1,366 qram çəkidə kusta üsulla hazırlanmış narkotik vasitə - asetilə edilmiş tiryək aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi özünün ibtidai istintaq və məhkəmə baxışında verdiyi etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübut və digər iş materialları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində qeyd etmişdir ki, ayrı-ayrı vaxtlarda törətdiyi cinayət hadisələrinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. 17 fevral 2021-ci il tarixdə azadlığa buraxılmış, sonra Bakı şəhərinin müxtəlif yerlərində ev təmiri və qaynaq işləri görür, fəhləlik edib çörək pulu qazanıb dolandığını bildirmişdir. 2021-ci ilin oktyabr ayının əvvəllərində Suraxanı rayonu Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən həyət evlərinin birində təmir və qaynaq işləri görmək lazım olduğu üçün ev sahibi Zərərçəkmiş şəxs məxsus yarım tikili evə gedərək təmir işləri və qaynaq ustası kimi işə başlamışdır. Həmin evdə işləyən zaman ev sahibi Zərərçəkmiş şəxs evin açarlarını ona vermişdir ki, axşamlar heç yerə getməsin evdə yatsın işlərini qurtardıqdan sonra özünə ev tapıb gedər oda onun təklifi ilə razılaşmışdır. 11 oktyabr 2021-ci il tarixdə o, yuxarıda qeyd etdiyi ünvanda iş görən zaman ev sahibi Zərərçəkmiş şəxs gəlib həyətdə təsərüfat işləri ilə məşğul olmuşdur. Həmin vaxtı Zərərçəkmiş şəxs əynindəki pencəyini çıxarıb evin giriş qapısı yanında divardan asmış, bir qədər işlədikdən sonra çıxıb gedən zaman pencəyi yadından çıxıb divardan asılı qalmışdır, saat 14:00 radələrində küləyin Zərərçəkmiş şəxs pencəyini yerə saldığını görmüş o, pencəyi yerdən götürən zaman pencəyin sol iç cibində pul kisəsi olduğunu görmüşdür. Pul kisəsini açıb içinə baxan zaman orada olan məbləğini 800 ABŞ dolları pulu götürüb cibinə qoymuş və Zərərçəkmiş şəxs məxsus olan yarım tikili olan həyət evinin açarlarını orada qoyub evi tərk etmişdir. Orada olan pulların içərisində manat olmadığını bildirmişdir. Oğurladığı pulları isə şəxsi ehtiyacları üçün xərcləmişdir. Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılarkən 11 oktyabr 2021-ci il tarixdə o, törətdiyi oğurluq hadisəsini tam səmimi olaraq etiraf etmişdir. Bundan başqa xx.xx.2022-ci il tarixdə saat 18:30 radələrində ünvan 6 ünvanın yaxınlığında olan zaman 2 nəfər mülkü geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər, söhbət zamanı ondan şübhələndiklərinə görə Nərimanov Rayon Polis İdarəsinə gətirmişlər. Orada xidməti otaqda video kamera çəkilişinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl üzərində hər hansı qanunsuz əşya və ya maddəni könüllü təqdim etmək təklifi olunmuşdur. Şəxsi axtarış zamanı o, əynində olan açıq boz rəngli gödəkçənin sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş narkotik vasitə olan tiryəki könüllü olaraq təqdim etmişdir. O, bildirmişdir ki, həmin cibindən aşkar olunan şəffaf rəngli sellofana bükülmüş narkotik vasitə tiryək ona məxsusdur, onu xx.xx.2022-ci il tarixdə saat 12 radələrində yaşadığı Sabuçu rayonu Pirşağı qəsəbəsi A.Əlizadə küçəsi döngə 7 ev 6A ünvanının yaxınlığında yerdən tapmış özü istifadə etmək üçün üzərində saxlamışdır. Təqdim etdiyi narkotik vasitə polis əməkdaşları tərəfindən qablaşdırılaraq möhürlə möhürlənmiş, bu barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Son olaraq əməlindən səmimi peşmanlıq çəkməsini, maddi vəziyyəti pis olduğundan zərərəçəkmiş şəxsə vurmuş olduğu maddi ziyanı ödəyə bilməməsini nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, yeni inşa etdiyi Suraxanı rayonu Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən evində təmir işləri aparmaq məqsədi ilə Təqsirləndirilən şəxs ilə tanış olmuş, Təqsirləndirilən şəxs yaşamağa yeri olmadığı üçün onunla razılaşmışdır ki, yarım tikilidə yaşasın və təmir işlərini aparacaqdır və qapının açarınıda ona vermişdir. xx.xx.2021-ci il tarixdə həyətdə təsərüfat işləri ilə məşğul olan zaman əynində olan pencəyini çıxarıb giriş qapısının yanında olan asılqandan asmış, bir qədər işlədikdən sonra mənzili Təqsirləndirilən şəxs tapşırıb çıxıb getmişdir. xx.xx.2021-ci il tarixdə səhər saat 08:30 radələrində Tərlanın yanına gəldikdə Tərlanın mənzildə olmadığını aşkar etmiş, daha sonra gedib pencəyini asılqandan götürərək cibinə baxdıqda pencəyin cibində olan pul qabının içərisinə qoyduğu 750 ABŞ dolları və 750 AZN pulun yerində olmadığını Təqsirləndirilən şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. Bundan sonra baş vermiş hadisə ilə əlaqədar olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək məlumat vermiş və Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə ərizə ilə müraciət etmişdir. Son olaraq təqisirləndirilən şəxs Təqsirləndirilən şəxs ilə barışmamasını ona vurulmuş maddi ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənmədəyi üçün təqsirləndirilən şəxsdən şikayətçi olduğu və ona ağır cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 18:30 radələrində Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin cinayət axtarış üzrə kiçik inspektoru Şahid2 ilə inzibati ərazidə xidmət aparan zaman ünvan 6 ünvanın yaxınlığında bir nəfər şübhəli şəxs qismində saxlanılaraq Nərimanov Rayon Polis İdarəsinin inzibati binasına gətirilmiş, xidməti otaqda saxlanılan şəxsin şəxsiyyəti müəyyən edilmiş, xidməti otaqda video kamera çəkilişinin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl üzərində hər hansı qanunsuz əşya və ya maddəni könüllü təqdim etmək təklifi olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki, açıq boz rəngli gödəkçənin sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş qəhvəyi rəngli maddəni könüllü olaraq təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin şəffaf rəngli sellofan bükümdə olan maddənin narkotik vasitə tiryək olduğunu və həmin tiryəki xx.xx.2022-ci il tarixdə yaşadığı ünvan 7 ünvanının yaxınlığında yerdən tapdığını özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitə qablaşdırılaraq möhürlənmiş, bu barədə protolol tərtib olunmuş, iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Məhkəmə iclasında dindirilmiş Şahid2 Şahid1 verdiyi ifadə ilə eyni məzmunlu ifadə verərək sonuncunun cinayət işi ilə bağlı qeyd etdiyi faktları bir daha təsdiq etmişdir. Məhkəmədə tədqiq olunan “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 25 may 2022-ci il tarixli qərardan görünür ki, faktla əlaqədar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq ibtidai istintaqı aparılması üçün icraata qəbul edilmişdir. Məhkəmədə tədqiq olunan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 24 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinərək 24 may 2022-ci il tarixdə saat 19:10-da şübhəli şəxs qismində tutulmuşdur. 26 may 2022-ci il tarixli qərarla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmədə tədqiq olunan “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” 24 may 2022-ci il tarixli protokoldan və məhkəmə baxışı zamanı “DVD-R” diskə baxış keçirilərkən aydın olur ki, şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynində olan açıq boz rəngli gödəkçəsinin sağ yan cibindən 01 (bir) ədəd şəfaf rəngli sellofana bükülmüş, içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik maddəni təqdim edib, həmin maddə heroin olduğunu, xx.xx.2022-ci il tarixdə təxminən saat 12:00 radələrində yaşadığı evin yaxınlığında yerdən taparaq öz istifadəsi üçün saxladığını bildirmişdir. Narkotik vasitəyə bənzər kütlə özünün və polis əməkdaşlarının iştirakı ilə qablaşdırılmış, 44 №-li möhürlə möhürlənmişdir. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 may 2022-ci il tarixli 6/2944 nömrəli ekspert rəyindən görünür ki, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş...” yazısı olan zərfdəki, 1 (bir) ədəd bükümdə, təmiz çəkisi 1,366 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə asetilə edilmiş tiryəkdir. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Naziriyi Respublika Narkloji X2 şəxsi Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama barədə xx.xx.2022-ci il tarixli, 2801 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinəsi zamanı onda opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan aslılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq olunan cinayət işlərinin birləşdirilməsi haqqında 27 may 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə istintaq olunan ********** nömrəli cinayət işi ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə istintaq olunan ********** nömrəsi altında davam etdirilmişdir. Hazırki cinayət işi üzrə cinayət əməli Azərbaycan Respublikasının CM-nin 177.2.3 və 234.1-ci maddələrinə tövsif edilmiş və birləşdirilmiş cinayət işlərinin nömrəsi ********** nömrə altında saxlanılmışdır. “Sübutların qiymətləndirilməsi, cinayət işi üzrə əməlin tövsif edilməsi və maddi sübut qismində tanınmaq haqqında 10 avqust 2022-ci il tarixli qərardan görünür ki, 10 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş tədiqata təqdim edilmiş təmiz çəkisi 1,366 qram narkotik vasitə olan tiryək maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalan təmiz çəkisi 1,316 qram narkotik vasitə olan asetilə edilmiş tiryək Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinin saxlancına verilmişdir. Həmçinin 01 ədəd CD disk maddi sübut kimi tanınmışdır. Məhkəmədə tədqiq olunan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 13 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 may 2022-ci il tarixdə saat 14:00-da Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə nəzərəd tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, Təqsirləndirilən şəxs barəsində qətimkan tədbbiri seçilməsi haqqənda 15 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə gətməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2022-ci il tarixli cavabından görünür ki, 1991, 2000, 2002, 2005, 2011, 2016 və 2021-ci il tarixlərində Cinayət Məcəlləsinin 234-cü və 177-ci maddələri dəfələrlə məhkum olunmuşdur. Sonuncu dəfə xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olmuşdur. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 10 mart 2017-ci il tarixli, 1(006)-86/2017 saylı hökmün sürətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsini 177.2.2-ci maddəsi ilə təqsirli bilinmiş və 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzaçəkmə müddətinin əvvəli 17 avqust 2016-ci il tarixdən hesablanmışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərin edildiyini, 1.0.9-cu maddəsində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərin edilməsini, 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərin edildiyini nəzərdə tutmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); şəxs, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törədərkən, qapıları, qıfılları, gözlükləri və s. qırmaqla, sındırmaqla yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olursa, o zaman əməl, müvafiq olaraq, CM-nin 177.2.3, 180.2.3 və ya 181.2.3-cü maddəsi ilə tövsif edilməli, əməlin əlavə olaraq CM-nin 186-cı maddəsi ilə də tövsif edilməsinə ehtiyac qalmır. Belə ki, bu halda zərərçəkmişin qeyd edilən əmlakının qəsdən məhv edilməsi ağırlaşdırıcı halda talama cinayətinin törədilməsi üsuludur (22-ci bənd). Məhkəmə Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll etmiş və belə nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1ci və 177.1-ci maddələri ilə tövsif etdiyindən o, həmin maddələri ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə, həmçinin təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən məhkəmə iclasında öğurlanmış pul məbləğinin az olması ilə bağlı ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşıması qənaətinə gəlir. Belə ki, şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında yaranmış ziddiyyətlər araşdırılmış, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxsin ifadəsi və istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə CM-in 61-ci maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur . “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Həmçinin, yeni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur. Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 10 mart 2017-ci il tarixli, 1(006)-86/2017 saylı hökmü ilə təyin edilmiş 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası üzrə məhkumluğu hazırki cinayət əməlini törədərkən ödənilməmişdir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllərdə cinayət törətməsi və cəza alması, həmçinin cinayət törətməkdə davam etməsi, islah olunmaması və zərərçəkmiş şəxslə barışmayaraq ona vurmuş olduğu maddi ziyanı ödəməməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hallar kimi nəzərə alınmalıdır. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs CMin 234.1-ci və 177.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 110.00 (yüz on) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut - Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş, aparılmış tədqiqatdan sonra qalıq qalmış 1,316 qram narkotik vasitə tiryək məhv edilməlidir. Cinayət işinə əlavə edilmiş bir ədəd DVD disk cinayət işinə əlavə edilərək saxlanmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı müddətində hüquqlarını müdafiə etmiş “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20(iyirmi) iş saatı üçün 120(yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Femida” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.7-ci və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə 01 (bir) il müddətinə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə isə 1 (bir) il, 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 2 (iki) 03 (üç) ay müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 4 (dörd) gün (13-15 may 2022-ci il və 24-26 may 2022-ci il) ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsində maddi sübutların saxlanc yerində saxlanılan 1,316 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatının ümumi dəyəri 110.00 (yüz on) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə (Büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X1, kod 210005, VOEN **********, müxbir hesab AZE41 NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************) keçirilsin. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı şəhəri Nərimanov rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №1(005)-473/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-473/2022
27.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver