Məhkəmə qərarları › İş №1(005)-473/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-473/2025

13.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-473/2025 13.01.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 10:45 Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin hakimi Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclasının katibi Hüseynova Gülsüm Üzeyir qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhər X3 Müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – «Praym» Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1998-ci il tarixdə Zaqatala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Zaqatala rayonu, Qumur kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Hökməli qəsəbəsində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi:

1. Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq kustar üsulla hazırlanmış xeyli miqdarda psixotrop maddə metamfetamin əldə etmiş, saxlamış və daşımışdır.

İşin faktiki halları:

2. Təqsirləndirilən şəxs 14 iyul 2025-ci il tarixdə, saat 18 radələrində ünvan 1 ünvanında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 01 ədəd bükümdə, təmiz çəkisi 1,250 qram olmaqla xeyli miqdarda psixotrop maddə metamfetamin əldə edib həmin tarixdə qeyd olunan ünvanda üzərində saxlamaqla daşımış, Nərimanov RPİ- nin 18-ci Polis Şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında həmin Şöbənin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 14 iyul 2025-ci il tarixdə saat 19:35 radələrində ünvan 1 ünvanında saxlanılaraq videoçəkiliş aparılmaqla üstü yoxlanılarkən əynində olan göy rəngli şalvarının sol yan cibindən 01 ədəd bükümdə, təmiz çəkisi 1,250 qram olan xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında tədqiq edilmiş və təqsirləndirilən şəxsin təqsirliliyinə dəlalət edən sübutlar:

3. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək, patı kimi tanınan psixotrop maddə metamfetamindən istifadə etdiyini, tanımadığı şəxslərdən aldığını qeyd etmişdir. xx.xx.2025-ci il tarixdə tanışı olan Ramiz Quliyev onu dostunun ünvan 3 ünvanında yerləşən evinə qonaq çağırdığından həmin gün ora getmişdir. Həmin mənzildə Ramiz, Elvin və Nursəfa adlı şəxslər olmuşdur. Adlarını qeyd etdiyi şəxslər də onun kimi narkotik vasitə istifadəçisidirlər. Evdə Elvin iki bükümdə “patı” kimi tanınan psixotrop maddə metamfetamin vermişdir. Bir müddət sonra Elvin dükana gedəcəyini deyib evdən çıxmış, onlar isə evdə qalmışlar. Elvin getdikdən təxminən 20 dəqiqə sonra evə Elvinlə birlikdə bir neçə nəfər gəlmişdir. Həmin şəxslər özlərini təqdim edərək polis əməkdaşları olduqlarını və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarına görə onları saxlamaq üçün gəldiklərini bildirmişlər. Bundan sonra polis əməkdaşları üzərlərində narkotik vasitə, psixotrop maddə varsa təqdim etmələrini təklif etmişlər. Etiraz etməyərək üzərində 01 ədəd bükümdə psixotrop maddə metamfetamin olduğunu bildirmiş və əynindəki şalvarın cibində saxlamdığı bükümü təqdim etmişdir. Polis əməkdaşları isə onun təqdim etdiyi bükümə baxış keçirmişlər, daha sonra isə həmin bükümü qablaşdıraraq götürmüşlər. Bundan sonra onları Nərimanov RPİnin 18-ci Polis Şöbəsinə gətirmişlər.

4. Məhkəmədə verilmiş suallara cavab olaraq təqsirləndirilən Təqsirləndirilən şəxs bildrimişdir ki, üzərindən aşkar edilmiş psixotrop maddəni özü istifadə etmək məqsədilə üstündə saxlamışdır. Polis əməkdaşları tərəfindən saxlanılan zaman və üzərinə baxış keçirilərkən ona qarşı hər hansı bir təzyiq və təsir olunmamışdır.

5. Məhkəmədə dindirilmiş şahid Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və qeyrilərinin qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri istifadə məqsədi ilə əldə edib Bakı şəhəri, Nərimanov rayonu ərazisində dövriyyəsi ilə məşğul olduqları barədə məlumat daxil olmuşdur. Bununla əlaqədar əməliyyat qrupu yaradılmışdır. ünvan 4 ünvanın yaxınlığında 14 iyul 2025-ci il tarixdə saat təxminən 19 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı X1. X8 paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif olunmuşdur. Bu təklifdən sonra X10 əynində olan qara rəngli şalvarın sol yan cibindən 02 (iki) ədəd şəffaf bükümdə ağ kristal şəkilli kütləni tədim etmişdir. Sonra kristal şəkilli metamfetaminə bənzər kütlə qablaşdırılmış, saxlanılan şəxs tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Bundan sonra Elvin Namazov yaşadığı evdə narkotik vasitə istifadə etməsini bildirərək evdə 3 nəfər tanışının olmasını bildirmişdir. Bundan sonra, X4 yaşadığı mənzilə gedilmiş və mənzildə 3 nəfərin narkotik vasitədən istifadəsində şübhəli bilinən Təqsirləndirilən şəxs, X6 və X2 və həmin şəxslər saxlanılan zaman paltarlarında, əşyalarında və ya bədənlərində narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan üzərlərinə baxış keçirilmişdir. Üstünü yoxlama və götürmə aparılmazdan əvvəl Təqsirləndirilən şəxs və digərlərinə əşyalarında və ya bədənində narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs cibindən 01 ədəd bükümdə kristal şəkilli maddə mobil telefon təqdim etmişdir. Sonra kristal şəkilli metamfetaminə bənzər kütlələr qablaşdırılmış, saxlanılan şəxslər tərəfindən imzalanmış və götürülmüşdür.

6. Məhkəmədə dindirilmiş şahid Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid2 digər Şahid4 ilə eyni məzmunlu ifadə vermiş və qeyd olunanları bir daha təsdiq etmişdir.

7. Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid3 və Nərimanov RPİ-nin 18-ci PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 məhkəmə iclasının yeri və vaxtı barəsində məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə həmin şahidlərinin ibtidai istintaq orqanında verdiyi ifadələrini elan etmişdir. Həmin ifadələr də digər şahidlərin və təqsirləndirilən şəxsin ifadələri ilə oxşar məzmunlu olmuşdur.

8. “Şübhəli şəxsin tutulması haqqında” 14 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 19:42 radələrində şübhəli şəxs qismində tutulmuşdur.

9. “Təqdim olunan maddəyə baxış keçirilməsi haqqında” 14 iyul 2025-ci il tarixli protokoldan görünür ki, 14 iyul 2025-ci il tarixdə saat 19:42 radələrində Nərimanov RPİnin 18-ci PŞ-nin əməkdaşları tərəfindən ünvan 1 ünvanında Təqsirləndirilən şəxs saxlanılaraq üzərinə baxış keçirilmiş və 18-ci PŞ-nə gətirilmişdir. Saxlanılan zaman şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, vətəndaş Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən sellofan kəsiyində bükümü təqdim etmişdir. Həmin bükümün içərisində ağ rəngli, kristal şəkilli maddə olmuşdur. Həmin büküm istintaq marağı kəsb etdiyi üçün polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan əlavə Təqsirləndirilən şəxs üstü yoxlanılan zaman əynində olan göy rəngli cins şalvarın arxa sağ cibindən isə "Redmi Note 13" markalı mobil telefon aşkar edilmiş, mobil telefon istintaq marağı kəsb etdiyi üçün götürülmüşdür. Bundan sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib edilməsi üçün dayandırılmışdır. 18-ci PŞ-də Təqsirləndirilən şəxs aşkar edilərək qablaşdırılmış tarfin içərisindən 01 ədəd sellofan kəsiyinə bükülmüş ağ rəngli, kristal şəkilli maddəyə baxış keçirildi. Şübhəli şəxs Təqsirləndirilən şəxs bildirdi ki. aşkar edilmiş bükümdəki maddə psixotrop maddə hesab olunan "metamfetamin" dir. O, üzərindən aşkar edilmiş psixotrop maddəni həmin gün qeyd olunan mənzildə olan "Qara" adlı şəxsdən götürdüyünü və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir.

10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Materialların Məhkəmə fiziki-kimyəvi eskpertizasının xx.xx.2025-ci il tarixli 6/2443 saylı rəyindən görünür ki Tədqiqata təqdim edilmiş, üzərində "Şübhəli sexs Təqsirləndirilən şəxs (imza).." yazıları olan bir ədəd zərfin içərisində lebig ada bükümdə təmiz çəkisi 1,250 qram maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir.

11. “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 16 iyul 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs. xx.xx.1998-cü ildə Zaqatala yonunda anadan olmus, Azərbaycan Respublikasının vətəndası, subay, orta təhsilli, əvvəllər ahkum olunmamış, Zaqatala rayonu, Qımır kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, kməli qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs barəsində "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilsin.

12. Azərbaycan Respublika Narkoloji X12 şəxsi Ambulator Məcburi-Narkoloji Tibbi yoxlamanın xx.xx.2025-ci il tarixli, 4264 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostımulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür.

13. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2025-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir məlumat aşkar edilməmişdir.

14. “Maddi sübut kimi tanınma haqqında” 18 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üstündən aşkar edilib götürülmüş təmiz çəkisi 1,250 qram olan psixotrop maddə metamfetamin, bundan başqa Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürülmə aparılması zamanı və təqdim edilmiş əşyaya baxış keçirilən zaman Azərbaycan Respublikası CPM-nin 246.3-cü maddəsinə uyğun olaraq aparılmış videoçəkilişin yazıldığı 02 (iki) ədəd DVD disk maddi sübut hesab edilmişdir. Hüquqi məsələlər:

15. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

16. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur.

17. Azərbaycan Respublikasının 21 noyabr 2023-cü il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” 2-ci siyahının 118-ci bəndinə əsasən psixotrop maddə hesab edilən metamfetaminin şəxsi istehlak miqdarından artıq xeyli miqdarının aşağı həddi 0,15 qram təşkil edir.

18. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 08 saylı Qərarının 4-cü hissəsində qeyd olunmuşdur ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya 4 onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Cəza təyini zamanı nəzərə alınmalı olan hallar:

19. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

20. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

21. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.

22. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir.

23. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamında göstərilmişdir ki, məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Sərəncamda məhkəmələrə tövsiyə olunmuşdur ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar.

24. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmənin hüquqi mövqeyi:

25. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrinə əsasən toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilə şəxs Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir.

26. Məhkəmə iclasında təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etmiş, məhkəmə onun ifadəsində xüsusatların işin həqiqi halları və iş materiallarında olan sübutlarla uzlaşdığını məhkəmə tədqiqatının sonunda müəyyən etmiş və cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur.

27. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir.

28. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. 29.Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini etiraf etməsini, ilk dəfə cinayət əməli törətməsini, əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır.

30. Məhkəmə baxışı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır.

31. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs AR Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hal, cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, onun cəmiyyətdən tam təcrid edilmədən islah olunmasının və cəzanın digər məqsədlərinə nail olunmasının mümkün olması nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün (14-16 iyul 2025-ci il) müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır.

32. Cinayət Məcəlləsinin 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini müəyyən vaxtlarda tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır.

33. Məhkəmə, hazırki cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CMnin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir.

34. Məhkəmə hesab edir ki, məhkəmə narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir.

35. Cinayət işində maddi sübut Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 1,200 qram metamfetamin məhv edilməlidir. Cinayət işinin materiallarında olan - 02 (iki) ədəd DVD formatlı disk cinayət işinə əlavə edilərək saxlanmalıdır.

36. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 80 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir.

37. İş üzrə mülki iddia yoxdur.

38. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaqı müddətində və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş «Praym Leqal» Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclasında müdafiə etmiş Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatı üçün cəmi 220 (iki yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından «Praym Leqal» Vəkil Bürosunun hesabına köçürülməlidir.

39. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir.

40. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməklə 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutma altında saxlanıldığı 02 (iki) gün (14 iyul 2025-ci il-16 iyul 2025-ci il) müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il, 11 (on bir) ay, 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 20:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə Abşeron rayon İcra Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut - Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş tədqiqata sərf edildikdən sonra qalıq qalmış 1,200 qram psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut - 02 (iki) ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 80 (səksən) manat təqsirləndirilən Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. «Praym Leqal» Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi 20 (iyirmi) iş saatına görə 11 (manat) hesab edilməklə, ümumilikdə 220 (iki yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Praym Leqal” Vəki Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı şəhəri Nərimanov rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.

Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar