Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-474/2025 22.01.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi «De Fendo» Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi «De Fendo» Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə; xx.xx.1988-ci ildə Naxçıvan Muxtar Respublikasında anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq Bakı şəhəri, Xəzər rayonu, Binə Südçülük sovxozu, nömrəsiz fərdi evə yaşamış, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olmuş bir qrup şəxs halında satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamini əldə etmiş, üzərində saxlamış və daşımışdır. Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamin əldə etmə, saxlama və daşıma barədə tanışı Təqsirləndirilən şəxs2 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olmuş bir qrup şəxs halında naməlum mənbədən istintaqa məlum olmayan vaxtda satış məqsədi olmadan qanunsuz olaraq 02 (iki) ədəd şəffaf sellofan bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 0,595 qram və 0,462 qram olmaqla, ümumi təmiz çəkisi 1,057 qram olan kustar üsulla hazırlanmış xeyli miqdarda psixotrop maddə metamfetamin əldə etdikdən sonra o, cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs2 ilə arasında olan cinayətkar razılığa uyğun davranaraq 19 iyun 2025-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, X1 küçəsi 7 ünvanının qarşısınadək daşımış və Nərimanov RPİ-nin NMB-nin və Nərimanov RPİ-nin 18-ci PŞ-nin əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 19 iyun 2025-ci il tarixdə saat 23:53-də o və cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Nərimanov rayonu, X1 küçəsi 7 ünvanının qarşısında saxlanılaraq üzərlərində aparılan yoxlama zamanı onun əynində olan ağ rəngli idman şalvarının sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs halında əldə edib üzərində daşıyaraq saxladığı ağ rəngli siqaret qutusunun içərisindəki 02 (iki) ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,595 qram və 0,462 qram olmaqla, ümumi təmiz çəkisi 1,057 qram olan ağ rəngli, kristalşəkilli, kustar üsulla hazırlanmış xeyli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olmuş bir qrup şəxs halında satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamini əldə etmiş, üzərində saxlamış və daşımışdır. Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamin əldə etmə, saxlama və daşıma barədə tanışı Təqsirləndirilən şəxs1 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olmuş bir qrup şəxs halında naməlum mənbədən istintaqa məlum olmayan vaxtda satış məqsədi olmadan qanunsuz olaraq 02 (iki) ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,595 qram və 0,462 qram olmaqla, ümumi təmiz çəkisi 1,057 qram olan kustar üsulla hazırlanmış xeyli miqdarda psixotrop maddə metamfetamin əldə etdikdən sonra cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs1 onunla arasında olan cinayətkar razılığa uyğun davranaraq 19 iyun 2025-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, X1 küçəsi 7 ünvanının qarşısınadək daşımış və Nərimanov RPİ-nin NMB-nin və Nərimanov RPİ-nin 18-ci PŞ- nin əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 19 iyun 2025-ci il tarixdə saat 23:53-də o və cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Nərimanov rayonu, X1 küçəsi 7 ünvanının qarşısında saxlanılaraq üzərlərində aparılan yoxlama zamanı Təqsirləndirilən şəxs1 əynində olan ağ rəngli idman şalvarının sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq onunla qabaqcadan əlbir olan bir qrup şəxs halında əldə edib üzərində daşıyaraq saxladığı ağ rəngli siqaret qutusunun içərisindəki 02 (iki) ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,595 qram və 0,462 qram olmaqla, ümumi təmiz çəkisi 1,057 qram olan ağ rəngli, kristalşəkilli, kustar üsulla hazırlanmış xeyli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamla özünü tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, təqribən 10 ildir patı kimi tanıdıqı psixotrop maddə olan metamfetamindən istifadə edir. xx.xx.2025-ci il tarixdə axşam saatlarında yaşadığı məhəllədə olarkən tanışı Cehun ona yaxınlaşmış və "İranlıdan "patı" sifariş etmək istədiyini, öz mobil telefonu olmadığı üçün onun mobil telefonundan istifadə edərək sosial şəbəkə vasitəsi ilə sifariş etmək istədiyini demişdir. Bundan sonra Cehun İranlıdan sosial şəbəkə vasitəsi ilə “patı” sifariş etmiş, Cehun onun Nərimanov rayonu ərazisinə qoyulduğunu, birlikdə gedərək götürmələrini və istifadə etməklərini demişdir. O da istifadə etmək istədiyi üçün onunla razılaşmış və birlikdə Nərimanovda olan parkın yaxınlığına getmişlər. Orada ona dediyi yerdə pəncərənin qarşısına qoyulmuş siqaret qutusunu götürmüş və şalvarının cibinə qoymuşdur. Sonra Cehunun yanına yaxınlaşmış və həmin ünvanın qarşısında olan zaman 3 nəfər mülki geyimli şəxslər onlara yaxınlaşmışlar. Onlar özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Sonra onları saxlayıb narkotik vasitə və ya psixotrop maddə istifadə edib- etmədiklərini soruşmuşlar və istifadə etdiklərini səmimi olaraq etiraf etmişlər. Bundan sonra çəkilişlə üzərlərinə baxış keçirilmişdir. Baxış zamanı o, üzərində olan içi boş siqaret qabını, alışqanı, içərisində şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, plastik bank kartları olan ağ rəngli pul kisəsini, həmçinin boynunda olan sepi, sol əlinin barmağında olan üzüyü, əlində olan “Redmi Not 12” markalı mobil telefonu və içərisində 02 (iki) büküm "patı" olan siqaret qutusunu təqdim etmişdir. Səmimi olaraq etiraf etmişdir ki, təqdim etdiyi bükümlərdə olan maddə "metamfetamin''dir. Polis əməkdaşları tərəfindən üzərindən aşkar edilmiş 02 (iki) ədəd bükümdə olan psixotrop maddə metamfetamin zərfə qoyulub, qablaşdırılmışdır. Qablaşdırılmış zərf möhürlə möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf o və iştirakçılar tərəfindən imzalanaraq ekspertizaya göndəriləcəyi və tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi ona izah olunmuşdur. Bundan əlavə qeyd etmişdir ki, keçirilən bütün prosesslər video çəkilişlə qeydə alınmışdır. Bundan sonra isə üzərində axtarış aparılsa da, başqa qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Daha sonra onu Nərimanov RPİ-nin 18ci PŞ-nə dəvət etmişlər və orada şəxsiyyəti müəyyən olunmuşdur. Həmçinin Nərimanov rayon ərazisi üzrə fəaliyyət göstərən Bakı şəhəri “Yusifbəyli və Partnyorları” Vəkil Bürosundan dövlət hesabına müdafiəçi dəvət edilmişdir.Daha sonra həmin şöbənin baş təhqiqatçısı tərəfindən ona Azərbaycan Respublikası Cinayət Psosessual Məcəlləsinin 90cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuşdur. Bundan əlavə üzərindən aşkar edilərək götürülmüş 02 (iki) ədəd bükümdə olan psixotrop maddə metamfetaminə və videoçəkilişə onun iştirakı ilə yenidən baxış keçirilmişdir. 02 (iki) ədəd bükümdə olan psixotrop maddə metamfetamin zərfə qoyulub, qablaşdırılmışdır. Sonda əməlindən səmimi peşman olduğunu bildirərək barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamla özünü tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, təqribən 10 (on) ildir ki, “patı” kimi tanıdığı psixotrop maddə olan metamfetamindən istifadə edir. xx.xx.2025- ci il tarixdə axşam saatlarında tanışı Məhəmmədin yaşadığı Nəsimi rayonu, Azadlıq prospekti, ev 33 ünvanının qarşısına getmiş və Məhəmmədin orada olduğunu görmüşdür. Onun oraya getməkdə məqsədi mobil telefonu olmadığı üçün Məhəmmədin mobil telefonu ilə sosial şəbəkə vasitəsi ilə “patı” sifariş etmək idi. O, bu barədə Məhəmmədə demiş və sifariş edəcəyi “patını birlikdə istifadə etməklərini təklif etmişdir, Məhəmməd də onunla razılaşmışdır. Bundan sonra o, Məhəmmədin mobil telefonu ilə sosial şəbəkə vasitəsi ilə “İranlı” kimi tanıdığı şəxsdən “patı” sifariş etmiş, lakin pulunu daha sonra verəcəyini demişdir. Ona həmin maddənin Nərimanov rayonunda yerləşən parka qoyulduğu bildirilmiş, bundan sonra o, Məhəmməd ilə birlikdə Nərimanov rayonunda yerləşən parka yaxınlaşmışlar. İranlı”nın göndərdiyi ünvana gəlmişlər və Məhəmməd gedib qoyulan yerdən "patını" götürmüşdür. Daha sonra ona yaxınlaşmış və oradan uzaqlaşmaq istəyən zaman 3 nəfər mülki geyimli şəxslər onlara yaxınlaşmışlar. Onlar özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Sonra onları saxlayıb narkotik vasitə və ya psixotrop maddə istifadə edib-etmədiklərini soruşmuşlar və istifadə etdiklərini səmimi olaraq etiraf etmişlər. Bundan sonra çəkilişlə üzərlərinə baxış keçirilmişdir. Baxış zamanı o, əynində olan göy rəngli cins şalvarın sol arxa cibindən alışqan, həmin şalvarın sağ arxa cibindən brelok təqdim etmişdir. Üzərində axtarış keçirilən zaman isə həmin şalvarın sağ yan kiçik cibindən 15 (on beş) qəpik puldan başqa heçnə aşkar edilməmişdir. Məhəmməd də üzərində olan əşyaları və içərisində 02 (iki) büküm "patı" olan siqaret qutusunu təqdim etmişdir. Səmimi olaraq etiraf etmişlər ki, bükümlərdə olan maddə "metamfetamin"dir. Polis əməkdaşları tərəfindən Məhəmmədin üzərindən aşkar edilmiş bükümlər zərfə qoyulub, qablaşdırılmışdır. Sonda əməlindən səmimi peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 19 iyun 2025-ci il tarixdə saat 23 radələrində ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs1 və ünvan 2 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs2 mütəmadi olaraq psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və hazırda Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsində olması və üstündə psixotrop maddə olması barədə məlumat alıb, dərhal həmin məlumatı RPİ- nin rəhbərliyinə məruzə edib, müvafiq sənədləşmə aparıldıqdan sonra Nərimanov RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 və Nərimanov RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid3 ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsinə getmişlər. Həmin vaxtı ünvan 8 ünvanının qarşısında dayanan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaxınlaşıb özlərini təqdim etmişlər və onlara psixotrop maddə qəbul etmələri barədə məlumatlarının olduğunu bildirib, üzərlərində qanunsuz saxlanılan psixotrop maddə, əşya və predmet varsa könüllü təqdim etmələrini təklif etmişlər. Vətəndaş Təqsirləndirilən şəxs2 əynindəki göy rəngli cins şalvarın sol arxa cibindən alışqan, sağ arxa cibindən brelok, sağ yan kiçik cibindən 15 (on beş) qəpik pulu təqdim etmişdir. Təqsirləndirilən şəxs1 üzərində psixotrop maddə metamfetamin olduğunu bildirərək, əynindəki ağ rəngli idman şalvarının sağ yan cibindən 01 (bir) ədəd içi boş siqaret qabını və 01 (bir) ədəd ağ rəngli siqaret qutusunu, həmin şalvarın sol yan cibindən içərisində özünə məxsus olan şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi və plastik bank kartları olan ağ rəngli pul kisəsini, alışqanı, əlində saxladığı “Redmi” markalı mobil telefonu, həmçinin boynunda olan sepi və sol əlinin barmağında olan üzüyü təqdim etmişdir. Bundan sonra həmin ağ rəngli siqaret qutusunun içərisindən 02 (iki) ədəd şəffaf sellofan bükümdə olan bükümlər aşkar edilmiş və onlar onun təqdim etdiyi 02 (iki) ədəd şəffaf sellofan bükümlərə baxış keçirmişlər və həmin bükümlərin içərisində ağ rəngli kristalşəkilli maddə var imiş. Sorğu zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, təqdim etdiyi bükümdəki kütlə “patı” kimi tanıdığı psixotrop maddədir, həmin psixotrop maddəni tanışı Təqsirləndirilən şəxs2 ilə birgə gedərək Nərimanov rayonu ərazisində olan parkın yaxınlığından zakladka yolu ilə əldə etmişdir. Həmçinin Təqsirləndirilən şəxs2 da qeyd edilənləri təsdiq edərək həmin bükümlərin ikisinə aid olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş 02 (iki) ədəd büküm kağız zərfə qoyularaq qablaşdırılıb, imzalanmış və bu barədə protokol tərtib olunmuşdur, o da protokolda yazılanların doğru olduğunu imzası ilə təsdiq etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Nərimanov RPİ-nin 18-ci PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 da heç bir müqavimət göstərmədən onlarla Nərimanov RPİ-nin 18-ci PŞ-nə gəlmişlər. Bundan sonra onlar Nərimanov RPİ-nin 18-ci PŞ-nin xidməti otaqların birində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 videoçəkilişlə Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək 01 (bir) ədəd zərfdə qablaşdırılmış bükümlərə baxış keçirəcəklərini bildirmişlər. Baxış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmişdir. Videoçəkiliş zamanı təhqiqatçı Vüqar Ələkbərli 01 (bir) ədəd zərfdə qablaşdırılmış şəffaf rəngli sellofan bükümlərdə olan psixotrop maddə metamfetaminə baxış keçirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, təqdim etdiyi bükümlərdəki kütlə "patı” kimi tanıdığı psixotrop maddədir, həmin psixotrop maddəni tanışı Təqsirləndirilən şəxs2 ilə birgə gedərək Nərimanov rayonu ərazisində olan parkın yaxınlığından zakladka yolu ilə alıb və özündə saxlamışdır. Həmçinin Təqsirləndirilən şəxs2 da qeyd edilənləri təsdiq etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülümüş 02 (iki) ədəd büküm kağız zərfə qoyularaq qablaşdırılıb imzalanmış və bu barədə protokol tərtib olunmuşdur, o da protokolda yazılanların doğru olduğunu imzası ilə təsdiq etmişdir. Məhkəmə iclasına şahid qismində Nərimanov RPİ-nin əməliyyat müvəkkili Şahid3 əməliyyat müvəkkili Şahid2 ilə oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması haqqında” 20 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərində olan əşyaları könüllü təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 əynində olan ağ rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd içi boş siqaret qabını və 01 siqaret qutusunu təqdim etmişdir. Siqaret qutusunun içərisindən 02 ədəd şəffaf sellofan bükümlər aşkar edilmişdir. Həmin bükümlərin içərisində ağ rəngli, kristalşəkilli maddə olmuşdur. Sellofan bükümlərin içərisində metamfetain olduğunu və Təqsirləndirilən şəxs2 ilə birgə tanımadığı şəxsdən əldə etdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 üzərində olan əşyaları könüllü təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərində hər hansı qanunsuz predmet aşkar edilməmişdir. Aşkar olunmuş bükümlər qablaşdırılaraq 224 saylı möhürlə möhürlənmişdir. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 20 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində saxlanılmışdır. “Təqdim olunan maddəyə baxış və götürmə aparılması haqqında” 20 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən təqdim edilmiş maddəyə baxış keçirilmişdir. Zərfin bütövlüyü pozulmamışdır. Həmin bükümlərin içərisində ağ rəngli, kristalşəkilli maddə olmuşdur. Təqsirləndirilən şəxs1 həmin maddə Təqsirləndirilən şəxs2la birgə İranlı kimi tanıdığı şəxsdən birgə aldıqlarını bildirmişdir. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 20 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində saxlanılmışdır. “Təqdim olunan maddəyə baxış və götürmə aparılması haqqında” 20 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən təqdim edilmiş maddəyə baxış keçirilmişdir. Zərfin bütövlüyü pozulmamışdır. Həmin bükümlərin içərisində ağ rəngli, kristalşəkilli maddə olmuşdur. Təqsirləndirilən şəxs2 həmin maddə Təqsirləndirilən şəxs1 ilə birgə İranlı kimi tanıdığı şəxsdən birgə aldıqlarını bildirmişdir. Məlikəmə-kimyəvi ekspertizasının 20 iyun 2025-ci il tarixli, 6/2257 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “....Təqsirləndirilən şəxs1 (imza)...” sözləri olan zərfdəki iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,595 qr, 0,462 qr, ümumi təmiz çəkisi 1,057 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamindir. Qeyd: metamfetaminin təmiz çəkisi-1,057 qram, tıdqiqata sərf edildi 0.100 qr, qalıq 0,057 qram. Ekspertiza tədqiqatının dəyəri 81 manat təşkil edir. “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” 21 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, Nərimanov RPİ-nin MSY-dən dərhal azad edilmişdir. “Polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında” 21 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. “Şübhəli şəxsin statusuna xitam verilməsi və müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” 21 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 saxlanıldığı Nərimanov RPİ-nin MSY-dən dərhal azad edilməsi qərara alınmışdır. “Diskə baxış keçirilməsi haqqında” 21 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərində olan əşyaları könüllü təqdim etməsi təklif edilir. Bundan sonra Təqsirləndirilən şəxs1 əynində olan ağ rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd içi boş siqaret qabını və 01 siqaret qutusunu təqdim edir. Siqaret qutusunun içərisindən 02 ədəd şəffaf sellofan bükümlər aşkar edilir. Həmin bükümlərin içərisində ağ rəngli, kristalşəkilli maddə olmuşdur. Sellofan bükümlərin içərisində metamfetain olduğunu və Təqsirləndirilən şəxs2 ilə birgə tanımadığı şəxsdən əldə etdiyini bildirir. Daha sonra Təqsirləndirilən şəxs2 üzərində olan əşyaları könüllü təqdim etməsi təklif edilir. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərində hər hansı qanunsuz predmet aşkar edilmir. Aşkar olunmuş bükümlər qablaşdırılaraq 224 saylı möhürlə möhürlənir. “Polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə 14 iyul 2025-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə 14 iyul 2025-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər dəfələrlə məhkum olunmuşdur və məhkumluğu ödənilmişdir. Məhkəmə-narkoloji ekspertizasının 23 iyun 2025-ci il tarixli, 3739 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. xx.xx.2024-cü il tarixdən Bakı şəhəri Narkoloji Mərkəzində F19.2 diaqnozu ilə dispanser qeydiyyatındadır. Məhkəmə-narkoloji ekspertizasının 23 iyun 2025-ci il tarixli, 3736 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanser qeydiyyatına alınması məsləhət görülür. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 19 noyabr 2025-ci il tarixli qərardan görünür ki, 01 ədəd disk və təqsirləndirilən şəxslərdən aşkar edilərək götürülmüş təmiz çəkisi 1,057 qram olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, 02 ədəd disk cinayət işinin materillarına əlavə olunmuş və tədqiqata sərf edildikdən sonra qalmış qalıq, yəni 0,957 qram psixotrop maddə metamfetamin Nərimanov RPİ-nin saxlanc yerinə verilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onların tam etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspert rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İİ siyahının 67-ci qrafasına əsasən psixotrop maddə sayılan 0,15 qram metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin təmiz çəkisi 1,057 qram təşkil etmişdir. Qeyd olunan siyahıya əsasən, psixotrop maddə olan metamfetaminin həmin miqdarı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 14 ” iyun 2024-cü il tarixli, 08 saylı qərarının 4-cü bəndinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu (bundan sonra - 961-İİQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur. Bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi və ya satış məqsədi olmadan əldə edilməsi, saxlanılması, hazırlanması, emal edilməsi, daşınması müəyyən edildikdə, külli miqdar və ya xüsusilə külli miqdar əlamətinin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı müəyyən edilib ittihamda ayrıca göstərilməli, lakin əməl miqdarı daha böyük olan narkotik vasitəyə görə (daha ciddi məsuliyyətə səbəb olan miqdar üzrə) tövsif olunmalıdır. Yəni aşkar edilmiş müxtəlif növ narkotik vasitələrdən (psixotrop maddələrdən) hər hansı birinin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.1-1-ci və ya 234.4.3-cü maddəsi ilə, xüsusilə külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə satış məqsədinin olub-olmamasından asılı olmayaraq CM-in 234.4-1-ci maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə satış məqsədilə törədilən əməl (miqdarın xeyli miqdar təşkil edibetməməsindən asılı olmayaraq) CM-in 234.2-ci maddəsi ilə, belə məqsəd olmadan törədilən əməl isə (narkotik vasitənin və ya psixotrop maddənin miqdarı xeyli miqdar təşkil etdikdə) CMin 234.1-ci maddəsi ilə tövsif edilməlidir. Satış məqsədi olmadan müxtəlif növdə narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməllərinə görə məsuliyyət məsələsi həll edilərkən o da nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinin yaranması üçün aşkar olunmuş narkotik vasitələrin (psixtrop maddələrin) heç olmasa bir növünün miqdarının adı çəkilən siyahılarda bu növ vasitə (maddə) üçün müəyyən edilmiş xeyli miqdarı təşkil etməsi tələb olunur və bu zaman müxtəlif növ narkotik vasitələrin (psixtrop maddələrin) miqdarlarının toplanmasına yol verilmir. Narkotik vasitənin (psixotrop maddənin) tərkibini bir neçə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı eyni qaydada müəyyən edilməli, maddənin tərkibində olan narkotik vasitə sayılmayan maddələrin çəkisi isə nəzərə alınmamalıdır. Bu səbəbdən, bir neçə növ narkotik vasitələrin (psixotrop maddələrin) miqdarlarının cəmi hər hansı növ vasitə (maddə) üçün həmin siyahılarda göstərilən xeyli miqdardan çox olduqda belə, onların əldə edilməsi, saxlanması və s. üzrə hərəkətlər cinayət məsuliyyəti yaratmayan hərəkətlər kimi qiymətləndirilməlidir. Həmçinin satış məqsədi olmadan törədilən əməllər üzrə xeyli miqdardan az olan narkotik vasitələrin və ya psixotrop maddələrin növlərinin ittihamda və ya hökmdə şəxsin təqsirli bilindiyi cinayət əməli təsvir edilərkən göstərilməsinə yol verilməməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət törətməsini, əməlidən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onlara təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun şəxsiyyətinə tam uyğun olmalıdır. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 nömrəli qərarının 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, onun ibtidai istintaq zamanı həbsdə saxlanıldığı 02 gün (bir sutkadan artıq olmuşdur) həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdir. Eyni zamanda Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilməli və onun xx.xx.2024-cü il tarixdən Bakı şəhər Narkoloji Mərkəzində F19.2 diaqnozu ilə dispanser qeydiyyatda olması nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlidən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 əvvəllər də dəfələrlə cinayət əməlləri törətdiyinə görə məhkum olunmasını, buna baxmayaraq onun islah yoluna qədəm qoymaması onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun tutma altında saxlanıldığı müddət nəzərə alınmaqla Təqsirləndirilən şəxs2 üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir ki Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün – ümumi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Məhkəmə qeyd edir ki, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-in 158.2.1, 158.6), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli və məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan əlavə iş üzrə maddi sübut - Nərimanov RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspert tədqiqatdan sonra qalan təmiz çəkisi 0,957 qram olan psixotrop maddə metamfetamin qalıq çəkisi məhv edilməli, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxslərdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 manat miqdarında haqq ödənilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş «De Fendo» Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi əvvəlki 25 iş saatı üçün cəmi 275 manat məbləğində vəsait dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş «De Fendo» Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi əvvəlki 25 iş saatı üçün cəmi 275 manat məbləğində vəsait dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02(iki) il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 tutma altında saxlanıldığı 02 gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02(iki) il 05(beş) ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdən Bakı şəhər Narkoloji Mərkəzində F19.2 diaqnozu ilə dispanser qeydiyyatda olması nəzərə alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 tutma altında saxlanıldığı 02 gün, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 05(beş) ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 22 yanvar 2026-cı il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyata götürülsün. İş üzrə maddi sübut - Nərimanov RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş qalıq çəkisi 0,957qram psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 81 (yetmiş) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət büdcəsinə keçirilsin. Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 manat hesab edilməklə 25 iş saatı üçün cəmi 275 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “De Fendo” Vəkil Bürosunun hesabına köçürülsün. Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 manat hesab edilməklə 25 iş saatı üçün cəmi 275 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “De Fendo” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №1(005)-474/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-474/2025
22.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver