Məhkəmə qərarları › İş №1(005)-476/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-476/2025

12.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-476/2025 12.02.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Tərtər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxsnın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, o, 14 iyul 2025-ci il tarixdə saat 18 radələrində ünvan 2 ünvanında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 1,326 qram olmaqla xeyli miqdarda psixotrop maddə metamfetamin əldə edib həmin tarixdə qeyd olunan ünvanda üzərində saxlamaqla daşımış, Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 14 iyul 2025-ci il tarixdə saat 19:35 radələrində ünvan 2 ünvanında saxlanılaraq videoçəkiliş aparılmaqla üstü yoxlanılarkən əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd bükümdə, təmiz çəkisi 1,326 qram olan, xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əmlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir neçə aydır “patı” kimi tanınan psixotrop maddə metamfetamindən istifadə edir. Adətən narkotik maddəni və psixotrop maddəni tanımadığı şəxslərdən alır, həmin şəxslərin anket məlumatlarını və harada yaşadıqlarını dəqiq bilmir. Tutulmamışdan təxminən 3 gün öncə tanışı olan Elvin Namazovun Bakı şəhəri, Nərimanov rayonu, X.Məmmədov küçəsi, ev 13, mənzil 20-də kirayə yaşadığı evdə yaşamış, ondan başqa Ramiz Quliyev də bir neçə gün öncədən qonaq gəlsə də, həmin evdə yaşamış, 14 iyul 2025-ci il tarixdə Ramizin dostu X11 görüşmək üçün Elvinin kirayə qaldığı evə gəlmişdir. Adlarını qeyd etdiyi şəxslər də onun kimi narkotik vasitə və psixotrop maddə istifadəçisidirlər. 14 iyul 2025-ci il tarixdə saat 18 radələrində onlar evdə olan zaman Elvinin tanışı olan “Qara” adlı şəxs evə gəlmişdir. Bir qədər söhbət etdikdən sonra ona məlum olmuşdur ki, “Qara” adətən Elvinin yaşadığı evə gəlib ona “patı” kimi tanınan psixotrop maddə metamfetamin satmışdır. “Qara” gəldikdən sonra bir qədər söhbət etmiş və söhbət zamanı “Qara” üzərində “şüşə” kimi tanınan psixotrop maddə metamfetamin olduğunu və onlara verə biləcəyini bildirmişdir. Onlar etiraz etmədikdə hər birilərinə istifadə etmələri üçün bir bükümdə, Elvinə isə iki bükümdə “patı” kimi tanınan psixotrop maddə metamfetamin vermişdir. Daha sonra “Qara” onlarla sağollaşıb getmişdir. O isə onun verdiyi bükümü sonra istifadə etmək üçün üzərində saxlamışdır. Bir müddət sonra Elvin dükana gedəcəyini deyib evdən çıxmış, onlar isə evdə qalmışdır. Elvin getdikdən təxminən 20 dəqiqə sonra evə Elvinlə birlikdə bir neçə nəfər gəlmişdir. Həmin şəxslər özlərini təqdim edərək Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin əməkdaşları olduqlarını və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarına görə onları saxlamaq üçün gəldiklərini bildirimlşər. Bundan sonra polis əməkdaşları üzərlərində narkotik vasitə, psixotrop maddə varsa, təqdim etmələrini təklif etimişlər. O da etiraz etməyərək üzərində 01 ədəd bükümdə psixotrop maddə metamfetamin olduğunu bildirmiş və əynindəki şalvarın sağ yan cibində saxlamış olduğu həmin bükümdəki “şüşə” və ya “patı” kimi tanınan psixotrop maddə metamfetamini polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları isə onun təqdim etdiyi bükümə baxış keçirmişlər, daha sonra isə həmin bükümü qablaşdıraraq götürmüşlər. Habil və Ramizin də üstü yoxlanılmış, onların da üstü yoxlanılarkən hər birinin üzərindən “Qara”nın onlara verdiyi “şüşə” və ya “patı” kimi tanınan psixotrop maddə metamfetamin bükümləri aşkar edilmişdir. Həmin bükümlərə də polis əməkdaşları tərəfindən baxış keçirilmiş və qablaşdırılaraq götürülmüşdür. Bundan sonra onları araşdırmanın davam etdirilməsi üçün Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinə gətirmişlər. Orada isə onlar təqdim etdikləri bükümlərə təhqiqatçı tərəfindən yenidən baxış keçirilmiş və ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq götürülmüşdür. Daha sonra isə təhqiqatçı tərəfindən hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə təmin olunmuş və şübhəli şəxs qismində tutulmuşdur. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 oğlu ifadəsində göstərmişdir ki, hazırda Nərimanov RPİ-nin 18-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis mayoru rütbəsində xidmət edir. Etimad doğuran, məlum, qərəzssiz mənbədən daxil olmuş məlumatda xx.xx.1994-cü il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Nərimanov rayonu, X.Abbasov küçəsi, ev 13, mənzil 20-də yaşayan X8, xx.xx.1998-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Mustafı oğlunun və qeyrilərinin qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri istifadə məqsədi ilə əldə edib Bakı şəhəri, Nərimanov rayonu ərazisində dövriyyəsi ilə məşğul olduqları bildirilmişdir. Daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, X8 və qeydlərinin cinayət əməllərinin ifşa olunması, onların cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin və psixotrop maddələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması və təxirəsalınmaz tədbirlər görülməklə qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə Nərimanov RPİ-nin 18-ci PŞ-nin adına raport tərtib edilmişdir. Həmin raporta əsasən əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupu tərəfindən ünvan 4 ünvanın yaxınlığında 14 iyul 2025-ci il tarixdə saat 19:35 radələrində keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı xx.xx.1994-cü il təvəllüdlü X1. Həmin şəxs saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldı yerdə insanların sıx toplaşması, avtomobillərin intensiv hərəkət etməsi səbəbindən X8 üstünü həmin yerdə yoxlamaq mümkün olmadığı üçün təxminən 10 metr aralıda yoxlamağa başlamışlar. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl X9 paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif olunmuşdur. Bu təklifdən sonra X12 əynində olan qara rəngli şalvarın sol yan cibindən 02 (iki) ədəd şəffaf bükümdə ağ kristal şəkilli kütləni tədim etmişdir. X5 üstü yoxlanılmışdır. Yoxlama zamanı heç bir əşya və ya predmet aşkar olunmamışdır. Sonra kristal şəkilli metamfetaminə bənzər kütlə qablaşdırılmış, saxlanılan şəxs tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Bundan sonra Elvin Namazov yaşadığı evdə narkotik vasitə istifadə etməsini bildirərək evdə 3 nəfər tanışının olmasını bildirmişdir. Bundan sonra, X3 yaşadığı mənzilə gedilmiş və mənzildə 3 nəfərin narkotik vasitədən istifadəsində şübhəli bilinən xx.xx.1998-ci il təvəllüdlü Təqsirləndirilən şəxs, xx.xx.1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs və xx.xx.1998-ci il təvəllüdlü X2 və həmin şəxslər saxlanılan zaman paltarlarında, əşyalarında və ya bədənlərində narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan üzərlərinə baxış keçirilmişdir. Üstünü yoxlama və götürmə aparılmazdan əvvəl Habil Ramazanova, Təqsirləndirilən şəxs və Ramiz Quliyevə paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif olunmuşdur. Bu təklifdən sonra Habil Ramazanov sol yan cibindən 01 ədəd sellofan bükümdə kristal şəkilli maddə, sağ yan cibindən “Samsung Note 13” markalı mobil telefon, Təqsirləndirilən şəxs sol yan cibindən “Samsung Note 8” markalı mobil telefon və sağ yan cibindən 01 ədəd sellofan bükümdə kristalşəkilli maddə, Ramiz Quliyev sol yan cibindən “Redmi Note 9” markalı mobil telefon və sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə kristal şəkilli maddə təqdim etmişlər. Sonra kristal şəkilli metamfetaminə bənzər kütlələr qablaşdırılmış, saxlanılan şəxslər tərəfindən imzalanmış və götürülmüşdür. Bundan sonra qeyd edilən mənzilə baxış keçirilmiş, lakin əhəmiyyət kəsb edən hər hansı bir əşya və predmet aşakr edilməmişdir. Üstünü yoxlama Bakı şəhəri, Nərimanov rayonu, X.Abbasov küçəsi, ev 13, mənzil 20-də keçirilmişdir. Üstünü yoxlama zamanı “Samsung” markalı videokamera vasitəsi ilə Nərimanov RPİ-nin 18-ci PŞ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid4 tərəfindən çəkiliş aparıldı. Protokol, yerində tərib etmək çün şərait olmadığından Nərimanov RPİ-nin 18-ci PŞ-nin inzibati binasında tərtib edilmişdir. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokol düzgün tərtib olunduğu üçün imzalarla təsdiq edilmişdir. Protokola 01 (bir) ədəd DVD diski əlavə olunmuşdur. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid2, Şahid3 və Şahid4 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onların ibtidai istintaq dövründə vermiş olduqları ifadələri elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” 14 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 iyul 2025-ci il tarixdə, saat 19:35-də şübhəli şəxs qismində tutulmuşdur; Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 6/2442 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs - Təqsirləndirilən şəxs (imza)..”...” yazıları olan bir ədəd zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,250 qram olan maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Qeyd; Metamfetamin təmiz çəkisi - 1,326 qram, tədqiqata sərf edilmişdir - 0,05 qram, qalıq qalmışdır- 1,276 qram. Ekspertiza xərci 80 manat təşkil edir. -“Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə” 16 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nərimanov RPİ-in İstintaq Şöbəsinin müstəntiqi Elnar İbrahimlinin xx.xx.2025-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilməsi qərara alınmışdır. Təqsirləndirilən şəxs saxlandığı Nərimanov RPİ-nin MSY-dən azad edilmişdir. -“Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi barədə” 16 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 4265 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorlardan istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji tibb müəssisəsində qeydiyyata alınması məsləhət görülür. -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “DVD disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə” 12 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin 18-ci PŞ-nin inzibati binasında həmin PŞ-nin baş təhqiqatçısı, polis mayoru X7 tərəfindən təqdim olunan maddəyə 14 iyul 2025-ci il tarixdə saat 22:10-dan saat 22:30-dək Nərimanov RPİ-nin 18-ci PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və Nərimanov RPİ-nin 18-ci PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı X6 və Bakı şəhəri, 20 saylı Vəkil Bürosunun vəkili X4 iştirakları ilə şübhəli şəxs xx.xx.1997-ci ildə Tərtər rayonunda anadan olmuş, Tərtər rayonu, Tərtər şəhəri, Vqaif küçəsi, ev 55-də qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ağ rəngli, kristal şəkilli maddəyə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin maddə metamfetamindir, onu “Qara” adlı şəxsdən şəxsi istifadəsi üçün götürmüşdür. Aşkar olunmuş psixotrop maddəyə bənzər kütlə iştirakçıların və Təqsirləndirilən şəxs iştirakları ilə qablaşdırılmış və 224 nömrəli möhürlə möhürlənmişdir. “Maddi sübut kimi tanınma haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxslərin üstünün yoxlanılması, eləcə də, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddəyə baxış keçirilməsi zamanı Azərbaycan Respublikası CPM-nin 246.3-cü maddəsinə uyğun olaraq aparılmış videoçəkilişlərin yazıldığı 01 (bir) ədəd DVD diskə müstəntiqin xidməti kompüterinin DVD qurğusu vasitəsi ilə baxış keçirilərkən şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmənin prosessual tələblərə uyğun və protokolda əks olunmuş qaydada aparıldığı bir daha müəyyən edilmiş, 01 ədəd DVD disk və Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 1,326 qram olan psixotrop maddə metamfetaminin tədqiqata sərf edildikdən sonra qalıq qalmış 1,276 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, 01 ədəd DVD disk cinayət işinin materillarına əlavə olunmuş və tədqiqata sərf edildikdən sonra qalmış qalıq, yəni 1,276 qram psixotrop maddə metamfetamin Nərimanov RPİ-nin NH-nin saxlanc yerinə verilmişdir. “Sübutların qiymətləndirilməsi” haqqında 17 noyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürülmə aparılması zamanı və təqdim olunan əşyaya baxış keçirilən zaman videoçəkilişin yazıldığı 02 ədəd DVD disk maddi sübut kimi tanınması nəzərə alınmışdır. İşin hüquqi məsələləri: Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 234.1-ci maddəsinə əsasən Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İİ siyahının 67-ci qrafasına əsasən psixotrop maddə sayılan 0,15 qram metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs nın üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin təmiz çəkisi 1,326 qram təşkil etmişdir. Qeyd olunan siyahıya əsasən, psixotrop maddə olan metamfetaminin həmin miqdarı Təqsirləndirilən şəxsnın cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 14 ” iyun 2024-cü il tarixli, 08 saylı qərarının 4-cü bəndinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu (bundan sonra - 961-İİQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur. Bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi və ya satış məqsədi olmadan əldə edilməsi, saxlanılması, hazırlanması, emal edilməsi, daşınması müəyyən edildikdə, külli miqdar və ya xüsusilə külli miqdar əlamətinin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı müəyyən edilib ittihamda ayrıca göstərilməli, lakin əməl miqdarı daha böyük olan narkotik vasitəyə görə (daha ciddi məsuliyyətə səbəb olan miqdar üzrə) tövsif olunmalıdır. Yəni aşkar edilmiş müxtəlif növ narkotik vasitələrdən (psixotrop maddələrdən) hər hansı birinin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.1-1-ci və ya 234.4.3-cü maddəsi ilə, xüsusilə külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə satış məqsədinin olub-olmamasından asılı olmayaraq CM-in 234.4-1-ci maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə satış məqsədilə törədilən əməl (miqdarın xeyli miqdar təşkil edibetməməsindən asılı olmayaraq) CM-in 234.2-ci maddəsi ilə, belə məqsəd olmadan törədilən əməl isə (narkotik vasitənin və ya psixotrop maddənin miqdarı xeyli miqdar təşkil etdikdə) CMin 234.1-ci maddəsi ilə tövsif edilməlidir. Satış məqsədi olmadan müxtəlif növdə narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməllərinə görə məsuliyyət məsələsi həll edilərkən o da nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinin yaranması üçün aşkar olunmuş narkotik vasitələrin (psixtrop maddələrin) heç olmasa bir növünün miqdarının adı çəkilən siyahılarda bu növ vasitə (maddə) üçün müəyyən edilmiş xeyli miqdarı təşkil etməsi tələb olunur və bu zaman müxtəlif növ narkotik vasitələrin (psixtrop maddələrin) miqdarlarının toplanmasına yol verilmir. Narkotik vasitənin (psixotrop maddənin) tərkibini bir neçə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı eyni qaydada müəyyən edilməli, maddənin tərkibində olan narkotik vasitə sayılmayan maddələrin çəkisi isə nəzərə alınmamalıdır. Bu səbəbdən, bir neçə növ narkotik vasitələrin (psixotrop maddələrin) miqdarlarının cəmi hər hansı növ vasitə (maddə) üçün həmin siyahılarda göstərilən xeyli miqdardan çox olduqda belə, onların əldə edilməsi, saxlanması və s. üzrə hərəkətlər cinayət məsuliyyəti yaratmayan hərəkətlər kimi qiymətləndirilməlidir. Həmçinin satış məqsədi olmadan törədilən əməllər üzrə xeyli miqdardan az olan narkotik vasitələrin və ya psixotrop maddələrin növlərinin ittihamda və ya hökmdə şəxsin təqsirli bilindiyi cinayət əməli təsvir edilərkən göstərilməsinə yol verilməməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsnın əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayəti etiraf etməsi, ilk dəfə cinayət tərətməsini və əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır: İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, həbsdə saxlanıldığı 2 (iki) gün həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam qismində” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut - Nərimanov RPİ-nin saxlanc yerinə təhvil verilmiş tədqiqatdan sonra qalan təmiz çəkisi 1,276 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilməli, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1), “təqdim olunan maddəyə baxış keçirilməsi və şəxsi axtarış və götürmə aparılması haqqında” prosesin köçürüldüyü 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı,(CPM- 132), Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji tibb müəssisəsində qeydiyyata götürülməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxsnın CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəlki məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş “De Fendo” Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 20 iş saatı üçün cəmi 220 manat məbləğində vəsait dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (gün) gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Tərtər rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Tərtər rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut - Nərimanov RPİ-nin saxlancına təhvil verilmiş ekspert tədqiqatdan sonra qalan təmiz çəkisi 1,276 qram psixotrop maddə metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji tibb müəssisəsində qeydiyyata götürülsün. İş üzrə ekspertiza xərci 80 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut-“Təqdim olunan maddəyə baxış keçirilməsi və şəxsi axtarış və götürmə aparılması haqqında” prosesin köçürüldüyü 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının əvvəlki məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 manat hesab edilməklə, 20 iş saatı üçün cəmi 220 (iki yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “De Fendo” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar