Məhkəmə qərarları › İş №1(005)-479/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-479/2024

05.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-479/2024 05.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 12:00 Bakı şəhəri, ünvan 3anov rayon məhkəməsinin hakimi Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclasının katibi Allahverdiyeva Aytac İmamhüseyn qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhər X1 Müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – «Femida» Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 2, korpus 73, ev 26A-da qeydiyyatda olmaqla yaşayan, xx.xx.2024-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq üzərində «Methadone 20» əmtəə göstəricisi qeyd edilmiş 01 (bir) ədəd konvalyut kəsiyində 06 (altı) ədəd bütöv, 01 (bir) ədəd konvalyut kəsiyində 01 (bir) ədəd bütöv və 01 (bir) ədəd 0,5 həb hissəsi (yəni 1/2 həb hissəsi) olmaqla tərkiblərində metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,15 qram təşkil edən (01 (bir) ədəd həbdə metadonun təsiredici maddəsi 0,02 qram olmaqla) üzərində «Methadone 20» əmtəə göstəricisi qeyd edilmiş ümumilikdə sayı 7,5 (yeddi tam onda beş) ədəd açıq-qəhvəyi rəngli üzərində «F/M 20» yazısı həkk olunmuş dərman həbləri və 01 (bir) ədəd konvalyut kəsiyində tərkiblərində metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,02 qram təşkil edən (01 (bir) ədəd həbdə metadonun təsiredici maddəsi 0,04 qram olmaqla) üzərində «Methadone 40» əmtəə göstəricisi qeyd edilmiş ümumilikdə sayı 0,5 (sıfır tam onda beş) ədəd açıq-qəhvəyi rəngli üzərində «F/M 40» yazısı həkk olunmuş dərman həbi - ümumi miqdarı 0,17 qram təşkil edən xeyli miqdarda narkotik vasitə metadon və bir ədəd sellofan bükümdə təmiz çəkisi 0,12 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edib üzərində daşıyaraq saxlamış və 05 avqust 2024-cü il tarixdə, saat 03:30 radələrində ünvan 3anov rayon polis idarəsinin 16-cı polis şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, ünvan 3anov rayonu, Atatürk prospekti, 41 ünvanında şübhəli şəxs qismində saxlanılaraq ünvan 3anov RPİ-nin 16-cı polis şöbəsinin Bakı şəhəri, ünvan 3anov rayonu, X11 küçəsi, 83A ünvanında yerləşən inzibati binasına gətirilib orada üzərində şəxsi axtarış aparılarkən əynindəki yaşıl rəngli şalvarının sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı üzərində «Methadone 20» əmtəə göstəricisi qeyd edilmiş 01 (bir) ədəd konvalyut kəsiyində 06 (altı) ədəd bütöv, 01 (bir) ədəd konvalyut kəsiyində 01 (bir) ədəd bütöv və 01 (bir) ədəd 0,5 həb hissəsi (yəni 1/2 həb hissəsi) olmaqla tərkiblərində metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,15 qram təşkil edən (01 (bir) ədəd həbdə metadonun təsiredici maddəsi 0,02 qram olmaqla) üzərində «Methadone 20» əmtəə göstəricisi qeyd edilmiş ümumilikdə sayı 7,5 (yeddi tam onda beş) ədəd açıq-qəhvəyi rəngli üzərində «F/M 20» yazısı həkk olunmuş dərman həbləri və 01 (bir) ədəd konvalyut kəsiyində tərkiblərində metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,02 qram təşkil edən (01 (bir) ədəd həbdə metadonun təsiredici maddəsi 0,04 qram olmaqla) üzərində «Methadone 40» əmtəə göstəricisi qeyd edilmiş ümumilikdə sayı 0,5 (sıfır tam onda beş) ədəd açıq-qəhvəyi rəngli üzərində «F/M 40» yazısı həkk olunmuş dərman həbi - ümumi miqdarı 0,17 qram təşkil edən xeyli miqdarda narkotik vasitə metadon və bir ədəd sellofan bükümdə təmiz çəkisi 0,12 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi özünün ibtidai istintaq və məhkəmə baxışında verdiyi etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübut və digər iş materialları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 1 il 6 aya yaxındır ki, narkotik vasitə qurudulmuş marixuana və metadon həblərinin qəbulu ilə məşğul olur. 05 avqust 2024-cü il tarixdə təxminən gecə saat 01 radələrində polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Həmin vaxt üzərində metodon həbləri və öz şəxsi istifadəsi üçün «nəşə» kimi tanınan narkotik vasitə qurudulmuş marixuana almuşdur. Ailə vəziyyəti ilə bağlı narkotik vasitə istifadə etməyə başladığını söyləmişdir. Atası yaxın zamanlarda rəhmətə getmişdir, o xəstəliyi ilə bağlı metodon həblər atırdı, həyat yoldaşı və övladının da rəhmətə getdiyini və bundan sonra özümü yaxşı hiss etmədiyini və narkotik vasitə istifadə etməyə başladığını qeyd etmişdir. Ümumilikdə 7 ədəd bütöv və 2 ədəd para metadon həbini «nəşə» bükümü ilə birlikdə əynində şalvarın cibinə qoyub gizlətmişdir. Hadisə günü ünvan 3anov rayonu, Atatürk prospekti, 41 ünvanında olarkən ağrıları olması səbəbilə narkotik vasitə istifadə etmək istəmiş, iki nəfər mülki geyimli şəxsi görmüş və oradan uzaqlaşmaq istəmişdir. Lakin həmin şəxslər ona yaxınlaşaraq ünvan 3anov rayon Polis İdarəsinin 16-cı Polis şöbəsinin əməkdaşları olduqlarını bildirmiş və onu ünvan 3anov rayon Polis İdarəsinin 16-cı Polis şöbəsinə dəvət etmişlər. Üzərində videoçəkilişlə axtarış aparılarkən o,əynindəki yaşıl rəngli şalvarın cibindən 7 (yeddi) ədəd bütöv və 2 (iki) ədəd para şəkildə olan metadon həblərini, həmçinin içərisində «nəşə» olan bir ədəd sellofan bükümü çıxarıb stolun üzərinə qoyaraq polis əməkdaşlarına təqdim etmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, saxlanılarkən və üzərinə baxış keçirilərkən ona qarşı polis əməkdaşları tərəfindən heç bir təzyiq və ya təsir olmamışdır. Əməlindən səmimi peşman olmasının nəzərə alınmasını və barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmədə dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 05 avqust 2024-cü il tarixdə saat 03:30 radələrində Bakı şəhəri, ünvan 3anov rayonu, Atatürk prospekti, 41 ünvanının yaxınlığında ünvan 3anov RPİ-nin 16-cı Polis şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2la birlikdə xidməti vəzifəsini icra edən zaman həmin ünvanda yolun kənarında bir nəfər şəxsin özünü şübhəli apardığını müşahidə etmişlər. Bu səbəbdən narkotik vasitə istifadəçilərinə bənzəyən həmin şəxsə yaxınlaşıb özlərini təqdim edərək ondan özünü təqdim etməsini tələb etmiş, bu vaxt həmin şəxs özünü itirib konkret cavab verməyərək ərazidən uzaqlaşmağa çalışmış, bu səbəblə onu ünvan 3anov RPİ-nin 16-cı Polis şöbəsinə gətirmişlər. 16-cı Polis şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və Təqsirləndirilən şəxs təqdim olunmuş vəkilin iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman ona üzərində qeyri-qanuni əşya və ya predmet varsa, təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs da üzərində olan sayını uzun müddət keçdiyi üçün tam xatırlamadığı narkotik vasitə olduğunu dediyi bükümləri və metodon həbləri təqdim etmişdir. Saxlanılarkən heç bir müqavimət göstərməmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsi iş üzrə dindirilmiş digər Şahid1 ilə eyni məzmunlu olmuş, qeyd olunan faktları bir daha təsdiq etmişdir. Məhkəmədə tədqiq olunan "Şəxsi axtarış və götürmə aparılması haqqında” 05 avqust 2024-cü il tarixli protokoldan və işə əlavə edilmiş DVD diskə baxış keçirilərkən aydın olmuşur ki, xx.xx.2024-cü il tarixdə saat 03:30 radələrində ünvan 3anov RPİ-nin 16cı PŞ-nin əməkdaşları tərəfindən ünvan 3anov rayonu, Atatürk prospekti 41-də Təqsirləndirilən şəxs saxlanılaraq saat 03:50 radələrində şübhəli şəxs qismində 16-cı PŞnə gətirilmişdir. 16-cı PŞ-də ona üzərində hər hansı bir qanunsuz əşya və ya maddəni könüllü təqdim etmək təklif olundu. ünvan 3anov RPİ-nin 16-cı PŞ-nin CA üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid2, əməliyyat müvəkkili, polis leytenantı Şahid1 və 25 saylı vəkil bürosunun vəkili X4 iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldı. Təqsirləndirilən şəxs əynində olan yaşıl rəngli şalvarının sağ yan cibində saxladığı içərisində spesifik qoxuya malik, ot şəkilli, yaşıl rəngli maddə olan şəffaf sellofana bükülmüş 01 ədəd bükümü, həmçinin 08 ədəd və bir ədədin yarısı üzərində “Methadone 20” yazısı olan dərmanları könüllü olaraq təqdim etdi. Şübhəli şəxs Təqsirləndirilən şəxs bildirdi ki, təqdim etdiyi 01 ədəd bükümün içərisindəki maddə “nəişə” adı ilə tanman-marexuana, dərmanlar isə psixotrop maddələrdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop dərmanları və 01 ədəd şəffaf selofana bükülmüş içərisində marexuana olan bükümü xx.xx.2024-cü il tarixdə 16-cı PŞ-nin əməkdaşları tərəfindən saxlanılmamışdan təxminən 3 saat qabaq, yəni xx.xx.2024-cü il saat 00:30 radələrində Nəsimi rayonu,Papanin adlanan yerdə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 20 manata almışdır. Fləmin dərmanları və marexuananı əynində olan yaşıl rəngli şalvarının sağ yan cibində öz istifadəsi üçün saxlamışdır. xx.xx.2024-cü il saat 03:30 radələrində gözətçi işlədiyi ünvan 3anov rayonu, Atatürk prospekti 41-də olarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Aşkar olunmuş narkotik vasitə iştirakçıların və Təqsirləndirilən şəxs iştirakı ilə qablaşdırıldı, 218 nömrəli möhürlə möhürləndi. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Materialların Məhkəmə fiziki-kimyəvi eskpertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-6/3980 saylı rəyindən görünür ki, təqdimata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflət üçün № 218” dairəvi möhür əksləri olan, “Şübhəli şəxs “imza” Təqsirləndirilən şəxs 1)16 PŞ CA üzrə ə/m, polis b/ leyt “imza” Şahid2, 2) 16 PŞ CA üzrə ə/m, polis leytenantı “imza” Şahid1, təhqiqatçı “imza” E.Səfərov” yazılar qeyd edilmiş bir ədəd zərfdəki: - üzərində “Methadone 20” əmtəə göstərici qeyd edilmiş ümumilikdə sayı 7,5(yedi tam onda beş) ədəd açıq-qəhvəyi rəngli üzərində “F/M 20” yazısı həkk olunmuş dərman həblərinin əsas təsiredici maddəsi metadondur, həmin həblərin tərkiblərində metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,15 qram təşkil edir. (Üzərindəki göstəriciyə əsasən (Methadone 20” əmtəə göstəricisi qeyd edilmiş həblərdə) 01 ədəd həbdə metadonun təsiredici maddəsi 0,02 qram olmaqla) - üzərində “Metadone 40” əmtəə göstəricisi qeyd edilmiş ümumilikdə sayı 0,5 ( sıfır tam onda beş) ədəd açıq-qəhvəyi rəgli “F/M 40” yazısı həkk olunmuş dərman həblərinin əsas təsiredici maddəsi metadondur, həmin həblərin tərkiblərində metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,02 qran təşkil edir. (Üzərindəki göstəriciyə əsasən “Methadone 40” əmtəə göstəricisi qeyd edilmiş həbdə) 01 (bir) ədəd həbdə metadonun təsiredici maddəsi 0,04 qram olmaqla). Beləliklə tədqiqata təqdim olunmuı metadonun ümumi miqdarım 0,17 qram təşkil edir. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Materialların Məhkəmə fiziki-kimyəvi eskpertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-7/1281 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş kağız paketdə bir ədəd sellofan bükülüdə təmiz çəkisi 0,12 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Məhkmədə tədqiq olunan Azərbaycan Respublika Narkoloji X9 şəxsi Ambulator Məcburi-Narkoloji Tibbi yoxlamanın xx.xx.2024-cü tarixli, 5383 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opiodilərin, kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixatrik X5 X8 Ambulator məhkəmə Psixiatrik və Psixoloji Ekspertizasının xx.xx.2024-ci il tarixli, 2298 saylı rəyindən görünür ki, Yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Məhkəmədə tədqiq olunan “Baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı "xxxx" MMC-yə məxsus kart nömrəsi ilə ötürülən məlumatlara baxış keçirilmiş və cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olan hər hansı xüsusat, o cümlədən istintaq üçün əhəmiyyət kəsb edən hal qeydə alınmamışdır. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasına ünvanlanmış sorğuya əsasən 16 avqust 2024-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən xəstəxanada müalicədə olmamışdır. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi” Publik hüquqi şəxsə ünvanlanmış sorğuya əsasən 12 avqust 2024-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən mərkəzdə müalicədə olmamış, xx.xx.2024-cü il tarixdən narkoloji (dispanser- 05 illik) qeydiyyatdadır. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs barəsində ünvan 3anov Rayon Polis İdarəsinin xx.xx.2013-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair CPM-nin 40.2.2-ci maddəsi tətbiq edilməklə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmədə tədqiq olunan “Şübhəli şəxsin tutulması haqqında” 05 avqust 2024-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs 05 avqust 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulduğu qeyd edilmişdir. Məhkəmədə tədqiq olunan “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi barədə” 06 avqust 2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Bakı şəhər İrca hakimiyyətinin ünvan 3anov rayon mənzil Kommunal Təəsərrüfat birliyinin 35 saylı Mənzil- Kommunal İstismarı Sahəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Atatürk prospekti küçəsində 41, ev 4 ünvanında yaşayır. AZ-İİ № 441998 nömrəli “Ölüm haqqında Şəhadətnamə”dən görünür ki, təqsirləndirilən şəxsin atası X2 xx.xx.2024-cü il tarixdə dəqiqləşdirilməmiş qaraciyər çatışmamamzlığı səbəbilə vəfat etmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 08 saylı Qərarının 4-cü hissəsində qeyd olunmuşdur ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya 4 onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, birbiri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll etmiş və belə nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanı, Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif etdiyindən o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamında göstərilmişdir ki, məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Sərəncamda məhkəmələrə tövsiyə olunmuşdur ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Cinayət Məcəlləsinin 234.1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün (05-06 avqust 2024-cü il) müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, CM-nin 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, məhkəmə narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Cinayət işində maddi sübut Bakı şəhəri ünvan 3anov rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş, tədqiqata sərf edildikdən sonra qalıq qalmış “Methadone 20” əmtəə göstəricisi qeyd edilmiş 06 ədəd, üzərində “Methadone 40” əmtəə göstəricisi qeyd edilmiş 0,25 ədəd dərman və 0,1 qram qurudulmuş marixuna məhv edilməlidir. Cinayət işinin materiallarında olan - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 01 (bir) ədəd DVD formatlı disk və bir ədəd "xxxx" MMC-dən alınmış 01 (bir) ədəd CD formatlı disk cinayət işinə əlavə edilərək saxlanmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 161 (yüz altmış bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaqı müddətində və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş «Femida» Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-nin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclasında müdafiə etmiş Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş saat) iş saatı üçün cəmi 150 (yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından «Femida» Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-nin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il, 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutma altında saxlanıldığı 02 (iki) gün (05-06 avqust 2024-cü il) azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il, 05 (beş) ay, 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə Bakı Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut - Bakı şəhəri ünvan 3anov rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş tədqiqata sərf edildikdən sonra qalıq qalmış “Methadone 20” əmtəə göstəricisi qeyd edilmiş 06 ədəd, üzərində “Methadone 40” əmtəə göstəricisi qeyd edilmiş 0,25 ədəd dərman və 0,1 qram qurudulmuş marixuna məhv edilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 01 (bir) ədəd DVD formatlı disk və bir ədəd "xxxx" MMC-dən alınmış 01 (bir) ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 161 (yüz altmış bir) manat təqsirləndirilən Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 25 (iyirmi beş saat) iş saatı üçün cəmi 150 (yüz əlli) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq «Femida» Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı şəhəri ünvan 3anov rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar