Məhkəmə qərarları › İş №1(005)-479/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-479/2025

21.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-479/2025 21.01.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ X10 Bəhram oğlunun sədrliyi, Məmmədov Aygün Fəhrad qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1993-cü il tarixdə Şəki rayonunda anadan olmuş, evli, himayəsində iki azyaşlı uşağı var, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilmiş, Şəki rayonu, Suçma kəndində qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, Rəşid Behbudov 54 ünvanında yaşayan, hazırda heç bir yerdə işləməyən, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs kifayət qədər sübutların məcmusu olduğundan təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə olan metamfetamin əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan yerdə naməlum vaxtda satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,877 qram psixotrop maddə metamfetamin əldə etməklə, üzərində saxlayaraq xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Ş.Mustafayev küçəsi 5 ünvanının qarşısına daşımış, Nərimanov RPİ-nin 18-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 29 sentyabr 2025-ci il tarixdə saat 13:30 radələrində ünvan 3 ünvanın qarşısında saxlanılıb həmin ünvanda üstünün yoxlanması zamanı əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən 01 ədəd bükümdə xeyli miqdarda olmaqla təmiz çəkisi 0,877 qram olan ağ rəngli, kristalşəkilli, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 7-8 aydır ki, narkotik vasitə istifadə edir. xx.xx.2025-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Papanin adlanan ərazidən tanımadığı şəxsdən 30 manat pul müqabilində 01 ədəd bükümdə olan metamfetamin əldə etmiş, sağ yan cibinə qoymuşdur. 29 sentyabr 2025-ci il tarixdə saat 13:30 radələrində o, ünvan 5 ünvanda olan zaman ona mülki geyimli 3 nəfər şəxs yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib onun üzərinə baxış keçirmişdirlər. Bu zaman o, qara rəngli gödəkcənin sol iç cibindən 01 ədəd infinix markalı mobil telefon, sol üst cibindən özünə məxsus şəxsiyyət vəsiqəsi, 01 ədəd Leo banka aid bank kartını və gödəkçəsinin sol yan cibindən isə 01 ədəd şəffaf sellofan olan bükümü çıxarıb təqdim etmişdir. Hazırda törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu, barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının tətbiq olunmasını xahiş edərək buna dair yazılı ərizəni məhkəməyə təqdim edərək barəsində olan cinayət işinə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis bölməsinin əməkdaşı Şahid1 ifadəsində göstərdi ki, 29 sentyabr 2025-ci il tarixdə polis şöbəsinə Təqsirləndirilən şəxs barəsində narkotik vasitə əldə etməsi, gəzdirməsi və istifadə etməsi barədə məlumatlar daxil olmuş, əməliyyat məlumatı əsasında 29 sentyabr 2025-ci il tarixdə saat 13:20 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Ş.Mustafayev küçəsi 5 ünvanda müəyyən edilərək saxlanılmış, üzərinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs özü əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən bir bükümü və 01 ədəd “İnfinix” markalı mobil telefonu təqdim etmişdir. Həmin maddəni haradan əldə edildiyi soruşulduqda Təqsirləndirilən şəxs həmin maddəni Papanin adlanan ərazidən tanımadığı şəxsdən 30 manata aldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 oğlu şahid qismində dindirilmiş Şahid1 ifadəsinə uyğun ifadə verərək Təqsirləndirilən şəxs cinayət əməlini təsdiq etmişdirlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxs kimi tutulma haqqında” 29 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 sentyabr 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur.(Cild 1 i.v 24-25) Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli, 6/3211 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N224” dairəvi möhür əksi, “şübhəli şəxs Təqsirləndirilən şəxs (imza) yazısı və imzalar zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,877 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. (Cild 1, i.v 46-50) Məhkəmə narkoloji ekspertizasının 02 oktyabr 2025-ci il tarixli 6124 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Kannabionidlərin, Opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcbur müalicəyə ehtiyacı vardır. Məcbur müalicəyə əks göstəriş yoxdur. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən Gəncə şəhər ND-da (F12x2) diaqnozu ilə qeydiyyatdadır. (Cild 1, i.v 129-130) 29 sentyabr 2025-ci il tarixdə saat 13:30-dan saat 13:35-dək “şəxsin saxlanılması və üstünün yoxlanılmasına dair” protokoldan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmış və video görüntü vasitəsi ilə üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs 29 sentyabr 2025-ci il tarixdə saat 13:30 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Ş.Mustafayev küçəsi 5 ünvanın yaxınlığında olan zaman saxlanılmışdır. Daha sonra ona hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olundu. Həmin şəxsin saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin və ya psixotrop maddənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud da iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaların və sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan Təqsirləndirilən şəxs üzərini yoxlamağa başlanıldı. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edildi. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibində saxladığı bir ədəd bükülmüş kütləni çıxarıb təqdim etdi. Daha sonra həmin büküm açıldı və içərisindən ağ rəngli kristal şəkilli kütlə aşkar olundu. Daha sonra aşkar edilmiş həmin büküm bir ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırıldı, zərf möhürlənərək iştirakçılar tərəfindən imzalandı. Bundan sonra Təqsirləndirilən şəxs üzərində mobil telefon olub olmaması soruşuldu. O, cibindən isə 01 ədəd İnfinix markalı mobil telefonu çıxarıb təqdim etdi. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş psixotrop maddəni tanımadığı şəxsdən Papanin qəsəbəsindən şəxsi istifadəsi üçün 30 manata əldə etdiyini bildirdi. Təqsirləndirilən şəxs üstünün yoxlanılması ünvan 6 ünvanının qarşısında keçirildi. (Cild 1, i.v 10-11) 29 sentyabr 2025-ci il tarixdə saat 15:30-dan saat 15:50-dək “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 13:30 radələrində Nərimanov RPl-nin 18-ci PŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanın qarşısında Təqsirləndirilən şəxs saxlanılaraq 18-ci PŞ-nə gətirilmişdir. X3 tərəfindən əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılmış Təqsirləndirilən şəxs saxlanılan zaman əməliyyat müvəkkilləri üzərində daşınması qadağan olunmuş hər hansısa bir qeyri qanuni əşya və ya narkotik vasitənin olub olmamasını soruşduqda Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd narkotik maddəyə bənzər bükümü polis əməkdaşlarına təqdim etməsini bildirmişdir. Polis əməkdaşları X2 təqdim etdiyi həmin bükümü qablaşdırılaraq götürmüşdür. 18-ci PŞ-də vətəndaş Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən üzərindən götürülüb qablaşdırılmış 01 ədəd bükümə Nərimanov RPİ18 PŞ-nin CA üzrə əməliyyat müvəkkili, Şahid1 və sahə inspektoru Şahid2 və 16 saylı vəkil bürosundan dəvət olunmuş vəkil X1 iştirakları ilə baxış keçirildi. Baxış zamanı polis əməkdaşları Təqsirləndirilən şəxs özünə məxsus 01 ədəd bükümdə içərisində şəffaf rəngli, kristal şəkilli maddə olan 01 ədəd bükümü qablaşdırılmış formada təhqiqatçıya təqdim etdi. Həmin zərfin içərisi açıldı. Zərfin içərisindən qara rəngli kağızına bükülmüş içərisində şəffaf rəngli, kristal şəkilli maddə olan “patı” adı ilə tanınan metamfetaminə bənzər maddə aşkar olundu. Təqsirləndirilən şəxs bildirdi ki, təqdim etdiyi 01 ədəd bükümün içərisindəki maddə psixotrop maddə hesab olunan “patı” adı ilə tanınan metamfetamindir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümdəki maddəni xx.xx.2025-ci il tarixdə axşam saatlarında tanımadığı şəxsdən 30 manata almasını bildirdi. Aşkar olunmuş psixotrop maddə olan büküm iştirakçıların, həmçinin saxlanılmış Təqsirləndirilən şəxs iştirakları ilə qablaşdırıldı və möhürlə möhürləndi. (Cild 1, i.v 37-38) DİN-in BİKİ-dən daxil olmuş CD-R diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, CD-R adlı diskdə olan məlumatlara baxış zamanı müyyən edildi ki, həmin diskdə 077-368- 59-97 saylı mobil nömrənin xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək anten dairəsi haqqında məlumatlar əks olunmuşdur. Həmin məlumatlarda ***-***-**-** saylı mobil nömrənin xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək olan müddət ərzində aktiv anten əhatə dairəsində iş materiallarının əksinə hər hansı məlumat aşkar edilməmişdir. (Cild 1, i.v 118) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat va Statistik informasiya İdarəsinin tələbnaməsindən və Mingəçevir şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixli hökm ilə Azərbaycan Respublikasının CM-nin 234.1 -ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (Cild 1 i.v 100,102-113) Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən Nərimanov 18-ci PŞ-nin əməkdaşları tərəfindən 29 sentyabr 2025-ci il tarixdə çəkilmiş videogörüntunü olduğu 01 (bir) ədəd disk, eyni zamanda Nərimanov RPİ-nin 18-ci PŞ-nin təhqiqatçısı, Rəhman Şahquliyev tərəfindən “Şübhəli şəxsin üzərinə axtarış və baxış keçirilməsi haqqında” protokola əlavə edilmiş 01 ədəd disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə olunmuşdur. (Cild 1 i.v. 129-135) DİN-in BİKİ-dən daxil olmuş Təqsirləndirilən şəxs məxsus olan mobil nömrənin anket əhatə dairəsinə aid məlumatları özündə əks etdirən 01 ədəd disk maddi sübut kimi tanınmış, cinayət işi materiallarına əlavə olunmuşdur. (Cild 1 i.v 92-93). Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,877 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin maddi sübut kimi tanınmış, tədqiqatdan sonra olan 0,827 qram qalığı saxlanılması üçün Nərimanov RPİ-nin saxlama yerinə təhvil verilmişdir. (Cild 1, i.v 92-93) Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsinin imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə 01 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nərimanov RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Şahmar Qurbanovun 01 oktyabr 2025-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. (Cild 1 i.v: 81-82) Cinayət işinin materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2022-ci il təvəllüdlü X4 və xx.xx.2023cü il təvəllüdlü X5 adlı uşaqları vardır. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını nəzərdən keçirib, təqsirləndirilən şəxsin ərizəsini nəzərə alıb hesab edir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarı Təqsirləndirilən şəxs barəsində tətbiq edilməli və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1.8-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında məhkəmə tərəfindən müzakirə edilməli məsələlərdən biri cinayət məsuliyyətindən azad etmə üçün əsasların olub-olmamasının müəyyən edilməsidir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası CM-nin 81-ci maddəsinə əsasən Amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. Cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. Cinayət işinin materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2022-ci il təvəllüdlü X4 və xx.xx.2023cü il təvəllüdlü X5 adlı uşaqları vardır. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının: 5.1-ci bəndinə görə məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); Qeyd olunan Qərarının 1.16-cı bəndinə əsasən öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı olan şəxslər təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilirlər. (həmin Qərarın 6cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla) Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli az agır cinayətdir və yuxarıda qeyd edilən amnistiya qərarının 1.16-cı bəndinə əsasən cinayət təqibinə xitam verilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Odur ki, məhkəmə göstərilənləri nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri cinayət işi üzrə icraata xitam verildiyindən ləğv edilməlidir. Ekspertizası tədqiqatın dəyəri 114 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi Azərbaycan Respublikasının Milli Məclisinin “Konstitusiya və Suverenlik İli” münasibəti ilə amnistiya elan edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarının 5.1-ci bəndinin təsiri altına düşdüyündən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli, ekspertizası tədqiqatın dəyəri 114 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə maddi sübut - Nərimanov RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspert tədqiqatdan sonra qalan təmiz çəkisi 0, 827 qram olan narkotik vasitə metamfetamin qalıq çəkisi məhv edilməli, 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır (CPM-132). Eyni zamanda Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesab edilməklə, 17 iş saatına görə 187 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.12-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarı tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut - Nərimanov RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspert tədqiqatdan sonra qalan təmiz çəkisi 0,827 qram olan narkotik vasitə metamfetamin qalıq çəkisi məhv edilsin. İş üzrə maddi sübut - 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 114 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesab edilməklə, 17 iş saatına görə 187 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan edildiyi və ya alındığı gündən 20 gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Həbib Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar