Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-48/2023 14.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 14:30 Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Camalov Nizami Firdovsi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi2 zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi - Nümayəndə2, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkumluğu olmayan, həbs olunana qədər “NEW LİFE” əmlak şirkətində vasitəçi işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Penitensiar Xidmətin 3 X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs "xxxx" MMC-nin (VÖEN **********, hüquqi ünvanı Qəbələ rayonu, E.Kərimov küçəsi, ev 34 olan) xx.xx.2018-ci il tarixdən - xx.xx.2020-ci il tarixədək olan müddətdə Satış və Marketinq şöbəsinin ekspeditoru, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində isə Kommersiya departamentinin ekspeditoru vəzifəsində işləyərkən, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar olunmuş özgə əmlakını mənimsəmə yolu ilə talamaq məqsədilə, cəmiyyətlə aralarında bağlanmış əmək və tam maddi məsuliyyət haqqında müqavilələrə, o cümlədən təsdiq edilmiş vəzifə təlimatlarına əsasən, ona etibar edilmiş maddi dəyərləri qoruyub saxlamaq, etibar edilmiş maddi dəyərlərə və işlərə qayğı ilə yanaşmaq, cəmiyyətə heç bir səbəb üzündən ziyan vurmamaq, vaxtında cəmiyyət rəhbərliyini himayəsində olan maddi sərvətlərin təhlükəsizliyi barədə məlumatlandırmaq və lazımı hallarda təhlükəli vəziyyətin yaranma səbəblərini öyrənmək, Cəmiyyətin Bakı məhsul anbarından buraxılan malları müşayiətedici sənədlərə uyğun olaraq təhvil alıb, Satış və Marketinq şöbəsinin, həmçinin Kommersiya departmentinin nəzarəti altında təşkil olunan pərakəndə və topdansatış əməliyyatlarını Cəmiyyət ilə satış məntəqəsi arasında müqavilənin bağlanmasını təmin etdikdən sonra, müqavilə şərtlərinə uyğun olaraq malı təhvil verib satışdan əldə olunan pul vəsaitini Cəmiyyətin xəzinəsinə təhvil vermək, qaimə-faktura əsasında anbardan qəbul etdiyi mala görə tam maddi məsuliyyət daşımaq və sair səlahiyyətlərə malik inzibatitəsərrüfat funksiyasını yerinə yetirən vəzifəli şəxs kimi, Cəmiyyətin ünvan 4 ünvanda yerləşən anbarından müxtəlif vaxtlarda və məbləğlərdə məhsulları ayrı-ayrı ticarət nümayəndələrindən aktla qəbul etmiş, cəmi mədaxili 394788,42 manat təşkil etmiş, 39413,42 manat dəyərində malı anbara qaytarmış, komissiya tərəfindən tərtib olunmuş aktla 28272,60 manatlıq mal digər ticarət nümayəndələrinə təhvil verilmiş, 17538,30 manatlıq Cəmiyyət rəhbərliyinin 01 mart 2017-ci il tarixli 15 saylı əmrinə əsasən endirim edilərək azaldılmış, satışa verilən mallara görə ticarət subyektləri tərəfindən 82919,15 manat Cəmiyyətin bankda olan hesablaşma hesabına köçürülmüş, satışdan əldə etdiyi, ümümilikdə 226.664,95 manat nağd pul vəsaitinin 176901 manatını hissə-hissə xəzinəyə ödəmiş, cəmi 49.743,95 (qırx doqquz min yeddi yüz qırx üç manat doxsan beş qəpik) manat pulu isə xəzinəyə təhvil verməyərək, ona etibar olunmuş "xxxx" MMC-yə məxsus özgə əmlakını vahid niyyətlə öz qulluq mövqeyindən istifadə edib xeyli miqdarda mənimsəməklə talamışdır. Məhkəmə iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2018-ci il tarixdə "xxxx" MMC-də ticarət nümayəndəsi vəzifəsinə qəbul olunduğunu bildirmişdir. İşə qəbul edilərkən onunla müqavilə bağlandığını bildirmiş, həmin müqavilənin şərtlərini oxumadığını söyləmişdir. Vəzifəsi Bakı şəhəhəri ərazisində yerləşən ticarət subyektlərinə spirtli içkilər təhvil verərək satışdan əldə edilən pul vəsaitlərini Cəmiyyətin xəzinəsinə təhvil vermək və ya banka olan hesabına ödətməkdən ibarət olmuş, aylıq əmək haqqı 230 manat və faizlər əlavə edilirdi, ortalama 600-700 manat təşkil etmişdir. Hər ay əmək haqqını vaxtlı-vaxtında almadığını, elə olub ki, 6 ay əmək haqqı almadığını bildirmişdir. Anbardan qəbul etdiyi spirtli içki məhsullarını qaimə-faktura əsasında anbardan qəbul edərək, Bakı şəhərində fəaliyyət göstərən ticarət subyektlərinə paylayırmış. Anbardan öhdəliyinə götürdüyü malları ən çox nisyə qaydada ticarət subyektlərinə təhvil verirmiş və bir aydan gec olmayaraq həmin malların pullarını yığaraq Cəmiyyətin xəzinəsinə ödəyirmiş. İşdən öz ərizəsi ilə çıxdığını bildirmiş, həmin vaxt heç bir çatışmazlığın olmadığını qeyd edərək, daha sonra yoxlama aparılması qərarına gəlindiyini və yoxlamanın vaxtı və yeri barədə ona məlumat verilmədiyini bildirmişdir. 2021-ci ilin yay aylarında isə işdən çıxmağı səbəbi ilə dislokasiyasında olan ticarət subyektlərindəki mal qalığının digər ticarət nümayəndələrinə təhvil təslim edilməsi üçün Cəmiyyət tərəfindən komissiya yaradılmış və həmin komissiya vasitəsi ilə mövcud mal qalığı qeyd edilən ticarət nümayəndələrinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, ittiham oldunduğu 49743,95 manatlıq çatışmazlığın olması ilə bağlı məbləğlə razı deyildir, malların təhvil-təslimi zamanı qaimə-fakturalara çəkilmiş onun adına olan imzaların çoxu ona məxsus deyil, onun tərəfindən çəkilməmişdir. Onun fikrincə təxminən 7000-8000 manat malla bağlı çatışmazlıq ola bilər ki, bu çatışmazlıqda hər hansısa malları mənimsədiyindən deyil, pandemiya vaxtı malları təhvil alan şəxslərlə bağlı düzgün qeydiyyat aparmamaları səbəbindən yarana bilər. O məhsulları mağazaya apararkən mağaza sahibləri özündə qeydiyyat aparmasalar belə o daima hər şeyi qeyd etmişdir. Həmçinin o bildirmişdir ki, mağazada təhvil-təslim olan zaman yaranan 49743,95 manat çatışmazlığın onunla bağlı olmasını qəbul etməmiş və özü ərizə əsasında, könüllü şəkildə işdən çıxmışdır. Bundan başqa məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, audit yoxlamasının keçirilməsi ilə ona bir dəfə müəssisəinin işçiləri tərəfindən məlumat verilmiş, lakin tarixi və yeri barədə ona məlumat verilmədiyindən o audit yoxlamasında iştirak edə bilməmişdir. Son olaraq qeyd edilənlərin nəzərə alınmasını, işlədiyi müddət ərizində müəssisədən heç bir məshulu mənimsəmədiyini və barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsini, təqsirləndirilən şəxsi və onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmişdir və onun təqsiri, özünün qismən etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin əvvəlki nümayəndəsi Nümayəndə1 ifadəsində bildirmişdir ki, "xxxx" MMC-yə Satış və marketinq şöbəsində ticarət nümayəndəsi vəzifəsinə təyin edilən Təqsirləndirilən şəxs etibardan sui-istifadə edərək şirkətin Bakı şəhərində yerləşən anbarından təhvil götürdüyü malları satıb 49.743,95 manat pulu mənimsəməmişdir. Təqsirləndirilən şəxs "xxxx" MMC-də müqavilə əsasında işə götürülmüşdür. Hər bir işçi işə götürülərəkən vəzifəsi ilə bağlı üzərinə düşən bütün hüquq və vəzifələrlə tanış edilir, bununla bağlı razılıq olunduqda müqavilə əsasında işə qəbul edilirlər. Təqsirləndirilən şəxs satış təmsilçisi kimi aylıq 250 manat məbləğində əmək haqqı ilə işə götürülmüş və üzərinə düşən öhdəliklərlə tam tanış edilmişdir. Anbardan çıxarılan mallara dair kassaya heç bir ödəniş olunmamış daha sonra audit yoxlaması keçirilmiş və mağazada olan Təqsirləndirilən şəxs tərərfindən qaimə-fakturalara imza edilərək götürlümş mallarla bağlı ödənişlərdə çatışmazlıq yarandığı müəyyən edilmiş, bu barədə Eminə məlumat verilmiş, audit yoxlaması barədə əvvəlcədən bildirilmiş, lakin şəxs yoxlamada iştirak etməmiş və 49743,95 manatlıq çatışmazlığın onun məhsulları mənimsəməsi səbəbilə yaranmadığını bildirmişdir. Məhkəmə iclasında dindirilmiş şahid Azərbaycan Auditorlar Palatasının üzvü – sərbəst auditor Şahid1 ifadəsində "xxxx" MMC ilə aralarındakı müqaviləyə əsasən həmin Cəmiyyət tərəfindən təqdim olunmuş sənədlər əsasında ticarət nümayəndəsi, maddiməsul şəxs Təqsirləndirilən şəxs "xxxx" MMC-də ticarət nümayəndəsi işləyərkən Cəmiyyətin Bakı şəhərində yerləşən anbarından götürdüyü spirtli içki məhsullarının şəhər ərazisində fəaliyyət göstərən kafe, restoranlara və pərakəndə ticarət subyektlərinə paylanması, satış pullarının qəbul edilməsi, ticarət subyektlərindən geri qaytarılmış məhsulların Cəmiyyətin anbarına təhvil verilməsi zamanı yol verilmiş nöqsanlar nəticəsində sonuncu tərəfindən Cəmiyyətə dəymiş maddi ziyanın müəyyən edilməsi ilə əlaqədar fəaliyyətinin auditini aparmış, Təqsirləndirilən şəxs sərbəst audit yoxlamasında iştirak etməmişdir. Ona tərəfindən dəfələrlə, eləcə də cəmiyyət tərəfindən yaşadığı ünvana teleqram göndərilmiş, həmçinin auditor olaraq şəxsi istifadəsində olan mobil nömrəyə zəng edilərək bildirilmişdir ki, fəaliyyətinin yoxlanması üçün auditdə iştirak etsin, özündə və başqa yerlərdə malların, satılmış mallara görə əlavə sənədləri varsa təqdim etsin. Bundan əlavə 27 sentyabr 2021-ci il tarixdə tərəfindən Təqsirləndirilən şəxs mobil telefonuna zəng edərək auditdə iştirak etməsi bir daha xahiş edilmiş, lakin sonuncu müəyyən bəhanələrlə auditdə iştirak etməkdən yayınmış, buna baxmayaraq Təqsirləndirilən şəxs barəsində aparılan yoxlamada heç bir qərəzliyə yol verilməmiş, mühasibatlıq sənədləri əsasında sərbəst audit aparılmışdır. Audit zamanı aşkar olunanlar obyektiv olaraq aktda əks olunmuş, sonuncu əmək və tam maddi məsuliyyət haqqında müqavilələrə əsasən maddi məsul şəxs olmuş, həmçinin 10 oktyabr 2018-ci il tarixdə və xx.xx.2020-ci il tarixdə Cəmiyyətlə Təqsirləndirilən şəxs arasında 4 bölmədən 35 maddədən ibarət ticarət nümayəndəsinin “Vəzifə təlimatı” bağlanaraq təsdiq edilmiş, o cümlədən maddi məsuliyyət haqqında müqaviləyə əsasən ekspeditor cəmiyyətin rəhbərliyi tərəfindən ona etibar edilmiş maddi sərvətlərin qorunub saxlanmasına cavabdeh və görüləcək işi layiqincə yerinə yetirmək üçün tam maddi-məsuliyyət daşıdığını bildirmişdir. Təqsirləndirilən şəxs ekspeditor işlədiyi dövrün auditini o, "xxxx" MMC-nin mühasibatlığından təqdim edilmiş sənədlər əsasında apararaq, audit araşdırmasını 15 sentyabr 2021-ci il tarixdə başlayıb - 28 noyabr 2021-ci il tarixdə başa çatdırmışdır. Aparılmış audit yoxlamasının nəticəsi olaraq Təqsirləndirilən şəxs ümumilikdə işlədiyi dövr ərzində 9587 adda, 57076 ədəd, 365412,87 manatlıq spirtli içki məhsullarını qaimələr əsasında anbardan qəbul etdiyi, 29375,55 manatlıq ayrı-ayrı ticarət nümayəndələrindən aktla qəbul etdiyi, cəmi mədaxili 394788,42 manat təşkil etdiyi, pərakəndə ticarət subyektlərinə satmış olduğu mallara görə 176901 manat satış pulunu Cəmiyyətin kassasına ödədiyi, satışa verilən mallara görə 82919,15 manatı isə Cəmiyyətin bankda olan hesablaşma hesabına köçürüldüyü, anbara qaytardığı mallar 1238 adda, 4474 ədəd, 39413,42 manat dəyərində, komissiya tərəfindən tərtib olunmuş aktla 28272,60 manatlıq mal digər ticarət nümayəndələrinə təhvil verildiyi, 17538,30 manatlıq Cəmiyyət rəhbərliyinin 01 mart 2017-ci il tarixli 15 saylı əmrinə əsasən endirim edilərək azaldıldığı, ümumi məxarici - 345044,47 manat olmaqla, sonuncunun öhdəsində 49.743,95 (qırx doqquz min yeddi yüz qırx üç manat doxsan beş qəpik) manat çatışmazlıq aşkar edildiyi müəyyən edilmişdir. Suallara cavab olaraq bildirmişdir ki, audit yoxlaması mühasibat sənədləri, qaimələr əsasında aparılmışdır. Qaimələr əsasında Təqsirləndirilən şəxs anbardan malları götürməsi müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş mühasibi Şahid2 ifadəsində 2011-ci ilin iyul ayında "xxxx" MMC-də işlədiyini, hazırda Cəmiyyətdə baş mühasib vəzifəsində çalışdığını, baş mühasib kimi vəzifələrinin Cəmiyyətin mühasibat uçotunun qurulması, mühasibatlıq əməliyyatlarının yerinə yetirilməsi, əmək haqlarının hesablanması, Cəmiyyətin vasitəsi ilə aparılan işlərə görə pul vəsaitlərinin hesablanması və həmin vəsaitin ödənişinin həyata keçirilməsi, invertarların, mal-materalların mədaxil-məxaricinin aparılması, mədaxil-məxaric olunan mal-materiallara cavabdehlik daşımaqdan və müvafiq sənədləşmələri aparmaqdan və sairdən ibarət olduğunu bildirmişdir. Ümumilikdə şirkətdə hesabatların hazırlanması ilə məşğul olmuşdur. Satış təmsilçiləri tərəfindən ödənişlərin kassaya ödənilib-ödənilmədiyini yoxladığını amma ödənişlərin ona edilmədiyini bildirmişdir.Mühasibat məlumatlarının əks olunduğu proqram var, ödənişlər kassaya edildikdən sonra həmin proqramda görsənir. Ekspeditorların malları proqramda qeyd olunur, ödəniş etdikləri məbləğ və ödənilməyən məbləğ isə kəsr kimi görsənir. Ödəniş kassadan keçirilir və qeydiyyata alınır, proqram vasitəsilə ayda nə qədər qalıq qaldığı müəyyən edilir. Özünün şəxsən yoxlamada iştirak etmədiyini, yoxlamanı sənədlər əsasında auditorun apardığını bildirmişdir. Götürülmüş məhsulların hesabına ödənişlərin kassaya edilməməsi ilə bağlı proqrama baxılan zaman müəyyən edilməsi mümkündür. - Məhkəmə iclasında dindirilmiş şahid qismində dindirilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xəzinədarı Şahid4 ifadəsində 2016-cı ilin noyabr ayından "xxxx" MMC-də xəzinədar vəzifəsində işlədiyini, xəzinədar kimi vəzifələrinin Cəmiyyətin xəzinəsinə daxil olan pul vəsaitlərini xəzinəyə mədaxil etməkdən və xəzinədəki pul vəsaitlərini müvafiq sənədlər əsasında xəzinədən məxaric etməkdən ibarət olduğunu və Cəmiyyətin fəaliyyətinin qida məhsullarının (spirtli içkilərin) istehsalından və satışından ibarət olduğunu, Cəmiyyətdə baş direktor, icraçı direktor, baş mühasib, mühasib, anbardar, kassir, sürücü, ekspeditor, satış meneceri və digər ştatları mövcud olduğunu, Cəmiyyətin rəhbərliyi tərəfindən işə qəbul olunan əməkdaşlarla müvafiq əmək müqavilələri və tam maddi məsuliyyət haqqında müqavilə bağlandığını bildirmişdir. Təqsirləndirilən şəxs işlədiyi müddət ərzində tanıdığını Sonuncu anbardan qəbul etdiyi malların satışından əladə etdiyi pul vəsaitlərinin ödənişi nəğd qaydada xəzinəyə ödəmiş, həmçinin bəzi ödənişləri nəğdsiz qayda ticarət subyektləri Cəmiyyətin bankda olan hesabına köçürmüşlər. Təqsirləndirilən şəxs nəğd şəkildə Cəmiyyətə ödədiyi pul vəsaitlərini o, xəzinəyə daxil edib rəsmiləşdirmiş, yəni ki, ödənilən pula dair hər zaman iki nüsxədə “ekspeditorun ödəmə vərəqəsi” qəbz tərtib edilməklə, həmin qəbzi o, və Təqsirləndirilən şəxs imzalamışdir. Bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən 2020-ci ilin noyabr ayından başlayaraq hər ayın sonuna mal qalığının artırdığı müəyyən edilmişdir. Təqsirləndirilən şəxs anbardan malları götürməsi, eləcə də ödənişlərin kassaya edilməsi hər birinin maliyyə proqramında əks olunduğunu bildirmişdir. Çatışmazlıqlarla bağlı sərbəst auditor olan Bəhlul müəllim tərəfindən Təqsirləndirilən şəxs fəaliyyətinin audit yoxlaması aparılmış və həmin vaxt o, Təqsirləndirilən şəxs xəzinəyə ödədiyi pul vəsaitlərinə dair kassa mədaxil orderlərini, yəni “ekspeditorun ödəmə vərəqələrinin”, həmçinin nəğdsiz ödəmələrə dair bank köçürmə məlumatlarının surətlərini auditə təqdim etmişdir. Şirkətin nə daxili audit yoxlamasında nə də xarici audit yoxlamasında iştirak etmədiyini söyləmişdir. Əsas fəaliyyətinin ekspeditor kimi Təqsirləndirilən şəxs kassaya gətirdiyi pullar üzrə çeklər (qəbzlər) vermək olduğunu bildirmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, müəsissənin sistemdən görünür ki, Təqsirləndirilən şəxs nə qədər mal götürmüş, nə qədər pul ödənilmiş və nə qədər qalığı qalmışdır. Məhkəmə iclasında dindirilmiş şahid qismində dindirilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin sabiq anbardarı Şahid3 ifadəsində 2016-cı ildən – 2021-ci ilin oktyabr ayınadək "xxxx" MMC-də anbardar vəzifəsində işlədiyini, 2021-ci ilin oktyabr ayında öz xahişi əsasında işdən azad olunduğunu, hazırda heç bir yerdə işləmədiyini, anbardar kimi işlədiyi dövrdə vəzifələrinin Cəmiyyətin anbarına məhsulları qəbul edib, onun uçotunu aparmaq, bununla yanaşı anbardan məhsulların verilməsini həyata keçirməkdən ibarət olduğunu, Cəmiyyətin fəaliyyətin qida məhsullarının (spirtli içkilərin) istehsalından və satışından ibarət olduğunu, Cəmiyyətdə baş direktor, icraçı direktor, baş mühasib, mühasib, anbardar, kassir, sürücü, ekspeditor, satış meneceri və digər ştatları mövcud olduğunu bildirmişdir. Cəmiyyətin sabiq ticarət nümayəndəsi (ekspeditor) Təqsirləndirilən şəxs ilə işlədiyi dövr ərzində müəssisənin anbarına sənədsiz mal qəbul etməmiş və müəssisənin anbarından satış təmsilçilərinə, həmçinin Təqsirləndirilən şəxs sənədsiz mal verməmiş, sonuncu, həmçinin ekspeditorların anbardan qəbul etdikləri malları ticarət obyektlərinə paylayandan sonra məhsuları vaxtında satış olunmayanda, eləcə də, hər hansı bir qüsur yarananda həmin məhsulları anbara “qaimə” əsasında qaytarıldığını və həmin mallar da ekspeditorun hesabından silinmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, hərdən olurdu ki, qaimələrə qol çəkmək Eminin yadından çıxırdı və tələsik də olsa qol çəkdirdiyini, Emindən başqa və ya mal götürən ekspeditordan başqa heç kimin həmin qaiməyə qol çəkməyə ixtiyarı olmadığını söyləmişdir. Qaimələri Emin imzaladıqdan sonra sistemə özünün yerləşdirdiyini nə qədər mal götürüldüyü, kim tərəfindən götürüldüyünün qaimələr əsasında sistemə yazıldığını bildirmişdir. Daha sonra işdən təhvil-təslim edərək çıxdığını bildirmiş və keçirilmiş audit yoxlması barədə sonradan məlumatı olduğunu qeyd etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid qismində dindirilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin sabiq daxili auditoru Şahid5 ifadəsində 2016-cı ilin mart ayından 2021-ci ilin sentyabr ayınadək "xxxx" MMC-də daxili audit “müfəttiş” vəzifəsində işlədiyini bildirmiş, işlədiyi müddət ərzində tanıdığını bildirmişdir. 4 ildən çoxdur daxili audit müfəttişi işlədiyini və 2021-ci ilin sentyabr ayından işdən çıxdığını bildirmişdir. Satış təmsilçiləri, o cümlədən Təqsirləndirilən şəxs mağazaları özləri tapırdı, daha sonra müəssisə ilə mağaza arasında müqavilə imzalanırdı, mağazalardan sifarişləri isə birbaşa satış təmsilçiləri qəbul edirdilər. Alınan ödənişlər (pul məbləğləri) müəssisənin kassasına ödənilməli idi. Təqsirləndirilən şəxs işlədiyi müddətdə fəaliyyəti dövrü hər 06 (altı) aydan bir yoxlanılmışdır. Sonuncu yoxlama zamanı çatışmazlıqların olduğu aşkar edildi. O, həmçinin bildirmişdir ki, 2021-ci ilin sentyabr ayında Cəmiyyətə dəvət olunan sərbəst auditor olan Bəhlul müəllim tərəfindən Təqsirləndirilən şəxs fəaliyyətinin audit yoxlaması aparılırmış, lakin həmin ay o, Cəmiyyətdən işdən çıxdığına görə, sonradan ona məlum olmuşdur ki, audit yoxlamasının nəticəsi olaraq Təqsirləndirilən şəxs öhdəsində 49743,95 manat çatışmazlığın olduğu təstiq edilmişdir. Məhkəmə iclasında dindirilmiş şahid qismində dindirilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Kommersiya Departamentinin rəisi Şahid6 ifadəsində 2017-ci ilin aprel ayından "xxxx" MMC-də Kommersiya Departamentinin rəisi vəzifəsində işlədiyini, Kommersiya Departamentinin rəisi kimi vəzifəsinin material tədarükünün və hazır məhsulun satışının təşkilindən, daxili bazarda, həmçinin ixrac olunan malların satışını həyata keçirməkdən və sairədən ibarət olduğunu, Cəmiyyətin fəaliyyət qida məhsullarının (spirtli içkilərin) istehsalından və satışından ibarət olduğunu bildirmişdir. Cəmiyyətin sabiq ticarət nümayəndəsi (ekspeditor) Təqsirləndirilən şəxs işlədiyi müddət ərzində tanıdığını, sonuncu ilə heç bir qohumluğu, qərəzliyi, düşmənçiliyi olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs 03 (üç) ilə yaxın müddət müəssisədə işlədiyini, sonlarda fəaliyyətində azalmalar müşahidə edildiyini söyləmişdir. Cəmiyyət rəhbərliyi sonuncuya 2021-cı ilin iyul ayından spirtli içki məhsullarının buraxılmasını azaltmış, 2021-ci ilin avqust ayından isə tamamilə dayandırmışdır. Həmçinin 2021-ci ilin iyul-avqust aylarında Cəmiyyətin daxili auditi (müfəttiş) Şahid5 və Cəmiyyət rəhbərliyin təşkil etdiyi komissiya tərəfindən Təqsirləndirilən şəxs öhdəsində olan ticarət subyektlərindəki mallar digər ticarət nümayəndələrinə, Talıb Məmmədova, Fərid Əliyevə, Əli Məmmədova təhvil verilmiş və əskik olan malların dəyəri Təqsirləndirilən şəxs tələb edilmişdir. Təhvil-təslim və yoxlama zamanı Təqsirləndirilən şəxs ticarət subyektləri üzrə 49743,95 manat pul vəsaitini Cəmiyyətin xəzinəsinə təhvil vermədiyi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs əskik olan malların dəyərini ödənilməsi tələb olunsa da, çatışmayan malların dəyərini Cəmiyyətə ödəməmiş, həmçinin buna heç bir təşəbbüs göstərməmiş, o cümlədən sonradan onunla əlaqə saxlamaq belə mümkün olmamışdır. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, Emində təhvil-təslimə qədər fəaliyyətində çatışmazlıq olmadığını, anbardan götürdüyü malların qaimələr ilə sübut olunduğunu, qaimədə təhvil aldım və təhvil verdim ilə imza atıldığını söyləmişdir. Təqsirləndirilən şəxs fəaliyyətində kəsrlər 2021-ci ilin yay aylarında olubdur. Məhkəmə iclasında dindirilmiş şahid qismində dindirilmiş Şahid7 ifadəsində təxminən 10 ildi ki, yaşıdığı ünvanın, yəni Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində “Mars” marketi işlətdiyini, həmin marketdə müxtəlif ərzaq, tütün, spirtli və spirtsiz içkiləri məhsullarının satışını həyata keçirdiyini, spirtli içki məhsullarını müxtəlif firmalardan nağd və nisyə alıb satdığını, həmin firmalardan biri də “Qəbələ Şərabzavod” kimi tanınan, Bakı şəhərində fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti olduğunu bildirməklə göstərmişdir ki, həmin MMC-nin ekspeditoru işləmiş Təqsirləndirilən şəxs ticarət əlaqələri zamanı tanımış, sonuncu ilə qohumluğu, qərəzliliyi, ədavəti olmamışdır. Təqsirləndirilən şəxs işlətdiyi “Mars” marketə müxtəlif spirtli içki məhsullarını nağd qaydada satışını etmiş, o, da həmin spirtli içki məhsullarını təxminən 2019-2021-ci illərdə sonuncudan nağd qayda da aldığdan sonra, satışını həyata keçirmişdir. 2021-ci ilin iyul ayında "xxxx" MMC-nin əməkdaşları, ekspeditor Təqsirləndirilən şəxsla birlikdə işlətdiyi “Mars” marketə gəlib bildirmişlər ki, sonuncunun ticarət əlaqəsi olan dükanlarda pul borcunun və mal qalığının olub-olmamasını araşdırılır. O, isə şərait yaratmış və həmin şəxslər özlərində olan sənədləri göstərib bildirmişlər ki, Eminin öhdəliyində olan mal qalığına əsasən “Mars” marketdə 443,75 manat pul borcu vardır. O, isə onun Eminə 443,75 manat deyil, cəmi 30.00 manat depozit borcu olduğunu bildirmiş və bundan sonra, onun işlətdiyi “Mars” marketdə "xxxx" MMC-yə 30.00 manat borc olması Təqsirləndirilən şəxs, xatırladığı qədər digər Fərid adlı ekspeditora təhvil təslim aktı tərtib olunmaqla təhvil verilmiş və tərəflərindən imzalanmışdır. O, Təqsirləndirilən şəxs spirtli içki məhsullarını hər zaman nağd qayda da aldığını, sonuncudan heç vaxt nisyə qayda da mal almadığını, aldığı malın müqabilində ödədiyi pul vəsaitlərini isə, Eminin sonradan Cəmiyyətə təhvil verib verməməsi ilə bağlı hər hansı məlumatının olmadığını söyləmişdir. Məhkəmə iclasında dindirilmiş şahid qismində dindirilmiş Şahid10 ifadəsində təxminən 4 ildir ki, ünvan 6 ünvanında yerləşən “Sevimli” şərab evini işlətdiyini, həmin şərab evində müxtəlif spirtli və spirtsiz içkilərin satışını həyata keçirdiyini, spirtli içki məhsullarını müxtəlif firmalardan nəğd və nisyə alıb satdığını və həmin firmalardan biri də “Qəbələ Şərabzavod” kimi tanınan, Bakı şəhərində fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti olduğunu bildirmişdir. 2021-ci ilin təxminən yanvar-fevral ayında "xxxx" MMC-nin əməkdaşları, ekspeditor Təqsirləndirilən şəxsla birlikdə işlətdiyi şərab evinə gəlib bildirmişlər ki, sonuncunun ticarət əlaqəsi olan dükanlarda pul borcunun və mal qalığının olub-olmamasını araşdırılır. O, da həmin şəxslərə şərait yaratmış və həmin vaxt onlar özlərində olan sənədləri göstərib Eminin öhdəliyində olan mal qalığına əsasən “Sevimli” şərab evininin 629,97 manat pul borcu olduğunu söyləmişlər. O, isə həqiqətəndə aldığı mallara görə Eminə göstərilən məbləğdə, yəni 629,97 manat pul borcunun olduğunu bildirmiş. Bundan sonra, orada olan adını xatırlamadığım digər ticarət nümayəndəsinə həmin mövcud borcu Emindən təhvil alınması bildirilsə də, digər ticarət nümayəndəsi borcun çox olduğunu əsas gətirərək, borcu üzərinə götürməkdən imtina etmiş. Həmin vaxt rəhbər işçilərdən biri, belə olduğu halda həmin borcu Eminin özün alıb Cəmiyyətə təhvil verməsini bildirdi və sonuncu bununla razılaşmış və həmin vaxt işlətdiyi “Sevimli” şərab evinin "xxxx" MMC-yə 629,97 manat pul borcunun olmasına dair üzləşmə aktı tərtib edilərək tərəflərindən imzalanmışdır. Məhkəmənin sualına cavab olaraq bildirmişdri ki, Emin içkiləri maşınla gətirirdi və ödənişlər əlbəəl verilirdi və ya kartla göndərilirdi. Emin işdən çıxmamışdan əvvəl şirkətin işçisinin gəldiyini və borcun olduğunu demiş və həmin vaxt borcun 600 manat olmasını göstərmişdir. Hazırda borcunun olmadığını söyləmişdir. Məhkəmə iclasında dindirilmiş şahid qismində dindirilmiş Şahid11 ifadəsində mən 2020-ci il tarixdən - 2021-ci il tarixədək, Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsində yerləşən “Manqal üstü” restoranında müdir vəzifəsində işlədiyini, 2021-ci ilin sonlarında isə işdən çıxdığını, işdən çıxdığı zaman, spirtli və ya spirtsiz içki aldığı şirkətlərin hər biri ilə restoranda mövcud olmuş borcu sıfırladığını, əvvəllər müdir işlədiyi “Manqal üstü” restoranında müxtəlif spirtli və spirtsiz içkilərində satışını həyata keçirdiyini, spirtli içki məhsullarını müxtəlif firmalardan nağd və nisyə alıb satdığını, həmin firmalardan biri də “Qəbələ Şərabzavod” kimi tanınan, Bakı şəhərində fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs onun əvvəllər işlətdiyi “Manqal üstü” restoranına müxtəlif spirtli içki məhsullarını nağd və nisyə qaydada satışını etmiş və o, da həmin spirtli içki məhsullarını 2020-2021-ci illərdə sonuncudan alıb satışını həyata keçirmişdir. 2021-ci ilin təxminən may-iyun aylarında "xxxx" MMC-nin əməkdaşları, ekspeditor Təqsirləndirilən şəxsla birlikdə işlətdiyi “Manqal üstü” restoranına gəlib bildirmişlər ki, sonuncunun ticarət əlaqəsi olan dükanlarda, həmçinin restoranlarda pul borcunun və mal qalığının olub-olmamasını araşdırılır. O, da həmin şəxslərə şərait yaratmış və onlar həmin vaxt onlar özlərində olan sənədləri göstərib bildirmişlər ki, Eminin öhdəliyində olan mal qalığına əsasən direktor olduğu “Manqal üstü” restoranının ümummilikdə 1281.00 manat pul borcu vardır. O, isə Təqsirləndirilən şəxs aldığı məhsullara dair sonuncuya hər-hansı məbləğdə borcunun olmadığını söyləmişdir. Restoranın Cəmiyyətə hər-hansı məbləğdə pul borcu və mal borcu olmadığından orada təhvil-təslim aparılmamış, lakin xatırladığı qədər üzləşmə aktı tərtib edilərək tərəflərindən imzalanmışdır. O, Təqsirləndirilən şəxs aldığı müxtəlif növ spirtli içki məhsullarının müqabilində pul vəsaitlərini ən geci həmin ayın sonunda sonuncunun özünə ödədiyini və hər hansı məbləğdə pul və ya mal borcum olmadığını, o, Eminə pul verdikdən sonra, sonuncunun həmin pulu sonradan Cəmiyyətə verib-verməməsi barədə hər-hansı məlumatınının olmadığını qeyd etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid qismində dindirilmiş Şahid8 ifadəsində təxminən 6 ildir ki, ünvan 7 ünvanında yerləşən “VİP” şərab evini işlətdiyini, həmin şərab evində müxtəlif spirtli və spirtsiz içkilərin, həmçinin tütün məmulatlarının satışını həyata keçirdiyini, apirtli içki məhsullarını müxtəlif firmalardan nəğd və nisyə alıb satdığını və həmin firmalardan biri də “Qəbələ Şərabzavod” kimi tanınan, Bakı şəhərində fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs işlətdiyi “VİP” şərab evinə müxtəlif spirtli içki məhsullarını nəğd qaydada satışını etmiş və o, da həmin spirtli içki məhsullarını təxminən 2020-2021-ci illərdə nəğd qayda da sonuncudan almışdır. 2021-ci ilin iyul ayının sonlarında "xxxx" MMC-nin əməkdaşları, ekspeditor Təqsirləndirilən şəxsla birlikdə onun işlətdiyi “VİP” şərab evinə gəlib bildirmişlər ki, sonuncunun ticarət əlaqəsi olan dükanlarda pul borcunun və mal qalığının olub-olmamasını araşdırılır. O, da həmin şəxslərə şərait yaratmış və həmin şəxslər özlərində olan sənədləri göstərib bildirmişlər ki, Eminin öhdəliyində olan mal qalığına əsasən “VİP” şərab evininin 3597,29 manat pul borcu vardır. O, isə Emindən malları daima nəğd şəkilində aldığını və onun sonuncudan aldığı mallara görə cəmi 1950.00 manat pul borcunun olduğunu söyləmişdir. Bundan sonra, Emindən aldığı spirtli içkilərə dair şərab evində mövcud olan 1950.00 manat borc pulun həmin vaxt orada olan və onun əvvəllər tanımadığı Fərid adlı Cəmiyyətin digər ticarət nümayəndəsinə təhvil verilməsinə dair təhvil-təslim aktı tərtib edilmiş və tərəflərindən imzalanmışdır. O, Emindən aldığı spirtli içkiləri daima nəğd formada aldığını və sonuncuya 3597,29 manat deyil, cəmi 1950.00 manat pul borcum olduğunu bildirmişdir. Məhkəmə iclasında dindirilmiş şahid qismində dindirilmiş X3 ifadəsində 2019-cu il tarixdən – 2021-ci ilin sonlarınadək Bakı şəhəri, Xətai rayonunda 2 ayrı ünvanda yerləşən “S.M” şərab evlərini işlətdiyini, 2021-ci ilin sonlarında isə həmin şərab evlərini bağladığını bildirmişdir. Əvvəllər işlətdiyi şərab evlərində müxtəlif spirtli və spirtsiz içkilərin, həmçinin tütün məmulatlarının satışını həyata keçirdiyini, spirtli içki məhsullarını müxtəlif firmalardan nağd və nisyə alıb satdığını, həmin firmalardan biri də “Qəbələ Şərabzavod” kimi tanınan, Bakı şəhərində fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs onun əvvəllər işlətdiyi “S.M” şərab evlərinə müxtəlif spirtli içki məhsullarını nağd və nisyə qaydada satışını etmiş və o, həmin spirtli içki məhsullarını təxminən 2019-2021-ci illərdə sonuncudan alıb satışını həyata keçirmişdir. 2021-ci ilin təxminən may-iyun aylarında "xxxx" MMC-nin əməkdaşları, ekspeditor Təqsirləndirilən şəxsla birlikdə işlətdiyi “S.M” şərab evlərinə gəlib bildirmişlər ki, sonuncunun ticarət əlaqəsi olan dükanlarda pul borcunun və mal qalığının olub-olmamasını araşdırılır. O, da həmin şəxslərə şərait yaratmış və həmin şəxslər özlərində olan sənədləri göstərib bildirmişlər ki, Eminin öhdəliyində olan mal qalığına əsasən ona məxsus “S.M” şərab evinin birində 561.73 manat, digər “S.M” şərab evinin isə 1378,29 manat pul borcu vardır. O, həqiqətəndə ona məxsus şərab evlərinin Təqsirləndirilən şəxs aldığı mallara dair ona bildirilən 561.73 manat və 1378,29 manat pul borcunun olduğunu təstiqləmiş və xatırladığı qədər, həmin vaxt orada üzləşmə aktı tərtib edilməklə tərəflərindən imzalanmışdır. Məhkəmə iclasının yeri və vaxtı barəsində dəfələrlə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlib şahid qismində ifadə verməyən Şahid12, Şahid13 və Şahid14 oğu telegram vuraraq ibtidai istintaqda verdikləri ifadələrini təsdiq etdiklərini bildirmişlər məhkəmə iclasında adları qeyd edilən şahidlərin ifadələri elan olunmuşdur. Məhkəmədə tədqiq edilən "xxxx" MMC-nin Azərbaycan Respublikası Baş Prokurorluğuna ünvanlamış olduğu xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, "xxxx" MMCyə Satış və marketinq şöbəsində ticarət nümayəndəsi vəzifəsinə təyin edilən Təqsirləndirilən şəxs etibardan sui-istifadə edərək şirkətin Bakı şəhərində yerləşən anbarından təhvil götürdüyü malları satıb 49.743, 95 manat pulu mənimsəməsi ilə bağlı şikayətlə müraciət etmişdir. Məhkəmədə tədqiq edilən "xxxx" MMC-nin audit rəyindən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən müqavilə şərtlərini pozmuş, və zivəsini icra edərkən səhlənkarlıq etmiş, işində mövcud şəraitə uyğun olaraq ticarət subyeklərinə qarşı tələbkarlıq göstərməmiş, ticarət subyektlərindən qəbul etdiyi satış pullarını öz şəxsi xərclərinə xərcləməklə, nəticədə onun hərəkətləri üzündən Cəmiyyətə maddi ziyan dəymişdir. Audit üçün təqdim olunmuş sənədlər əsasında tərtib olunmuş dövriyyə cədvəlindən göründüyü kimi, Təqsirləndirilən şəxs ticarət nümayəndəsi işlədiyi dövrdə, Cəmiyyətin Bakı şəhərində yerləşən spirtli içki məhsullan anbarından qəbul etdiyi, təhvil verdiyi, anbara qaytardığı, rəhbərliyinin səlahiyyətləri daxilində hesabından silinmiş mallann və pərakəndə ticatət subyektlərindən qəbul etdiyi satış pullarının təhvil verilməsi vəziyyəti aşağıda qaydada olmuşdur: Beləliklə, Cəmiyyət tərəfindən təqdim olunmuş sənədlərə əsasən tərtib olunmuş və rəyə əlavə olunmuş dövriyyə cədvəlinə əsasən Təqsirləndirilən şəxs ümumilikdə işlədiyi dövr ərzində 9587 adda, 57076 ədəd, 365412,87 manatlıq spirtli içki məhsullarım qaimələr əsasmda anbardan qəbul , 29375,55 manatlıq ayrıayrılıqda ticarət nümayəndələrindən aktla qəbul etmiş, cəmi mədaxili 394788,42 manat təşkil etmişdir. Pərakəndə ticarət subyektlərinə satmış olduğu mallara görə 176901 manat satış pulunu Cəmiyyətin kassasına ödəmiş, satışa verilən mallara görə 82919,15 manat Cəmiyyətin bankda olan hesablaşma hesabına köçürülmüş, anbara qaytardığı mallar 1238 adda, 4474 ədəd, 39413,42 manat dəyərində, komissiya tərəfindən tərtib olunmuş aktla 28272,60 manatlıq mal digər ticarət nümayəndələrinə təhvil verilmiş, 17538,30 manatlıq Cəmiyyət rəhbərliyinin 01 mart 2017-ci il tarixli 15 sayh əmrinə əsasən endirim edilərək azaldılmış, ümumi məxarici - 345044,47 manat olmuş, nəticədə 49.743.95 (qırx doqquz min yeddi yüz qırx üç manat doxsan bes qəpik) manatlıq çatışmazlıq olmuşdur ki, bu da istintaq volu ilə bir daha araşdırılaraq cavabdeh şəxs Təqsirləndirilən şəxs taləb edilməlidir. Çünki yaranmış çatışmamazlıqlar azlıqlar yuxanda qeyd olunan qanuna zidd hərəkətlərin nəticəsində baş vermişdir Məhkəmədə tədqiq edilən "xxxx" MMC və Təqsirləndirilən şəxs arasında bağlanılmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinin məzmunundan görünür ki, işə götürən Təqsirləndirilən şəxs vəzifəsi ilə bağlı üzərinə düşən ümumi məsuliyyət barədə informasiyanı onun imzalamış olduğu müqavilədə tam şəkildə şərh etmişdir. Məhkəmədə tədqiq edilən X2 Verilməsi ilə bağlı elektron sistemdən əldə edilmiş çıxarışdan görünür ki, "xxxx" MMC tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Əmək Məcəlləsini 70-ci maddəsinin ç bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkidlə pozduqda) xx.xx.2021-ci il tarixində X2 vermişdir. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/2271 saylı məhkəmə mühasibat ekspertizsası rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan satış fakturalarına, ekspeditorların ödəmə vərəqəsinə, üzləşmə aktlarına, təhvil-təslim aktlarına, cədvəl məlumatlarına, xx.xx.2021-ci il tarixli audit rəyinə və digər materiallara əsasən "xxxx" MMC-nin sabiq ticarət nümayəndəsi Təqsirləndirilən şəxs hesabı üzrə yaranmış çatışmazlıq 49.743,95 manat məbləğində müəyyən edilir. Təqsirləndirilən şəxs hesabında "xxxx" MMC-də satış üçün maddi məsuliyyətinə qəbul etdiyi məhsullar üzrə yaranmış çatışmazlığa görə məsuliyyəti məsələsi hüquqi xarakterli olduğuna görə istintaq tərəfindən həll edilməlidir. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 4/750 saylı məhkəmə mühasibat ekspertizsası rəyindən görünür ki, 2019, 2020, 2021-ci il tarixli Üzləşmə aktlarında (Aqro- Azərinvest MMC satış nümayəndəsi)” qrafasındakı imzaların – Təqsirləndirilən şəxs tərəfindən və ya başqa şəxs (şəxslər) tərəfindən icra olunub olunmamasını tədqiqat prosesinin 3-cü bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmamışdır. 3-cü bəndə əsasən tədqiq olunan imzaları Təqsirləndirilən şəxs xətt və imza nümunələri ilə müqayisə etdikdə məlum oldu ki, tədqiq olunan imzalarda qrafik materialın azlığı, cizgilərin sadəliyi, imzalarda həm uyğunlaşdırıcı, həm də fərqləndirici əlamətlərin mövcudluğu müqayisə vaxtı imkan vermir ki, tədqiq olunan imzaların Təqsirləndirilən şəxs tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmaması haqqında qəti (müsbət və ya mənfi) bir rəyə gəlmək üçün zəruri olan eyniləşdirici əlamətlər külliyyatını seçib ayırmaq mümkün olsun. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Şəhər Narkoloji Mərkəzinə ünvanlanmış sorğuya əsasən xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, həmin xəstəxanada Təqsirləndirilən şəxs qeydiyyatda olmamışdır. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenitinin 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrqfatı birliyi 83 saylı Mənzil Kommunal İstismar sahəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayonu,Nəsimi küçəsi 32 A, 47 nömrəli mənzildə yaşayır. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenitinin 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrqfatı birliyi 83 saylı Mənzil Kommunal İstismar sahəsinin xx.xx.2023-cü il tarixli xəsiyyatnaməsindən görünür ki, həmin idarəyə Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs adında nəqiliyyat vasitəsi qeydiyyatda keçmir. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmək Məsələləri Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə ünvanlanmış sorğuya əsasən xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X4 ünvanlanmış sorğuya əsasən xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs hər hansı hüquqi şəxsin rəhbəri olması barədə məlumat mövcud deyildir. Məhkəmədə tədqiq edilən Axtarışda olan şəxsin tutulmasına dair xx.xx.2022-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 12:30 radələrində saxlanılmışdır. Məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-564/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsini 179.2.3 və 179.2.4-cü maddələriilə təqsirləndirilməsinə dair barəsində 01 ay, 26 gün həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 15 may 2022-ci il tarixdən hesablanmışdır. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2022-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. , Məhkəmə baxışında tədqiq edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” 21 iyun 2022-ci il tarixli qərara əsasən işdə olan qaimə fakturalar, ekspertiza rəyləri, təhvil-təslim zamanı tərtib edilmiş aktlar, cədvəllər və sərbəst auditor aktları maddi sübut kimi qiymətləndirilməsi nəzərə alınmışdır. Məhkəmədə tədqiq edilən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(005)-48/2023 saylı qərarına əsasən xx.xx.2023-cü il tarixli "xxxx" MMC-nin müstəqil auditorun hesabatında qeyd olunmuşdur ki, “28 noyabr 2021-ci tarixli "xxxx" MMC tərfindən keçirilmiş audit yoxlaması nəticəsində gəlinmiş nəticəni düzgün hesab etmirik. Düzgün hesab etməmə, təqsirləndirilən şəxsin günahsız olması demək deyildir. Tərəfimizdən qeyd olunan fikirlər və ehtimallar, mübahisələndirilən məsələdə hər hansısa kənarlaşmanın və ya mənimsəmənin olmasını istisna etmir. Yalnız qeyd olunan rəqəmin həqiqəti əks etdirmədiyini ehtimal edir. Azərabyacan Respubliksası Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2023-cü il 24 fevral tarixli 1(005)-48/2023 nömrəli qərarına əsasən auditor qarşısında qoyuduğu digər suallara cavab olaraq qeyd etmək isdəyirik ki, Biz "Aqro- Azərinvest” MMC-nin hesabatlarında hər hansı satış pulu çatışmazlığının olmasını inkar etmirik. Bu sistemlə fəaliyyət göstərən bütün müəssisələrdə Mühasibat uçotu qaydalarına düzgün riayət edilmədiyi, uçot siyasətinin qurulmadığı və ya doğru qurulmadığı səbəbindən müyyən kənarlaşmaların olması mümkündür. Bu kənarlaşmaların bilərəkdən mənimsəmə olduğunumu və ya ticarət obyektləri ilə uçotunu düzgün aparılmadığında mənfi kassa kəsiri olduğunu yalnız ciddi audit aparıldığı zaman müəyyən oluna bilər. Sözü gedən Cəmiyyətdə mümkün kənarlaşmanın hansı rəqəm olduğu tərəfimizdən müəyyən oluna bilməz, Bizə təqdim olunan sənədlər (ittiham aktı, auditor rəyi, müyyən elektron cədvəllər, fərqli ekspert rəyləri və s.) tərəfimizdən araşdırılaraq bele qənaətə gəlmək olar ki, ardıcıl sənədlər bir birini tamamlamır. 26 aprel 2022 tarixli 9/2271 nömrəli ekspert rəyinin bir başa Eksperiza yanaşması deyildə onlara təqdim olunan rəqəmlərin köçürülərək yazılması tərəfimizdən ehtimal olunur. Yalnız bir şəxsin əksinə tərtib olunmuş sənədlərlə doğru rəqəmə çıxmaq tərəfimizdən mümkünsüz hesab olunur, İmza nümunələrinin ekpertizasında əks olunan fikirlərin heç bir yerdə nəzərə alınmamsı, bizim həqiqi və ya həqiqətə yaxın rəy verməyimizə ciddi maneədir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələrinə əsasən mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talamatəkrar törədildikdə və şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, üzləşmə aktları, auditor rəyləri, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək, habelə yuxarıda şərh olunan qanunvericilik normalarını rəhbər tutaraq məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, o, CM-nin 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddələr ilə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin əmək müqaviləsi imzalayarkən üzərinə düşən öhdəlikləri bilməməsini, həmçinin müəssiə ilə məhsullarla bağlı aralarında narazıçılıq yaranarkən özü könüllü şəkildə işdən çıxması və "xxxx" MMC-yə məxsus 49.743,95 manat pulu heç bir şəkildə mənimsəmədiyini, yalnız təxminən 7000-8000 manat məbləğində çatışmazlığın olma ehtimalının mövcudluğunu, həmin çatışmazlığın isə pandemiya vaxtı malları təhvil alan şəxslərlə bağlı düzgün qeydiyyat aparmamaları səbəbindən yarana biləcəyi ilə bağlı ifadəsini, eləcə də qaimə fakturalarında çəkilən imzaların ona məxsus olmamasına dair məhkəmə istintaqında verdiyi ifadəsini özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir və məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verdiyi qənaətinə gəlir. Belə ki, Təqsirləndirilən şəxs həqiqətən əmək müqaviləsinin şərtlərini pozaraq, vəzifəsini icra edərkən səhlənkarlıq etməsi, işində mövcud şəraitə uyğun olaraq ticarət subyeklərinə qarşı tələbkarlıq göstərməməsi, ticarət subyektlərindən qəbul etdiyi satış pullarını müəssisənin kassasına ödəməməklə Cəmiyyətə maddi ziyan dəyməsi zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin məhkəmə isitintaqı zamanı vermiş olduğu ifadələri ilə, istintaq hərəkəti protokolları, müxtəlif tarixli və məbləğli qaimə fakturalar ilə, həmçinin müxtəlif tarixli və məbələği mağazada çatışmazlığı əks etdirən məbləğ kəsiklərini təsdiq edən üzləşmə aktları işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Bundan başqa bəzi qaimə fakturalarındakı imzaların Təqsirləndirilən şəxs tərəfindən imzalanmaması ilə bağlı ifadəsinə dair məhkəmə hesab edir ki, cinayət işinin materiallarından, eləcə də məhkəmə istintaqında şahid kimi dindirilmiş anbardar Şahid3 ifadəsindən məlum olur ki, Təqsirləndirilən şəxs tələsərək sürətli imza etdiyi üçün bəzən isə ayaqüstü imza etməsi ilə bağlı sənədlərdəki imzalarda fərqlilik yarana bilməsi mümkündür. Bu da Təqsirləndirilən şəxs imzaların ona aid olmaması ilə bağlı ifadəsini özünümüdafiə xarakterli olması qənaətinə gəlməyə imkan verir. Həmçinin məhkəmənin təşəbbüsü ilə keçirilən təkrar xx.xx.2023-cü il tarixli auditor hesabatından görünür ki, rəydə qeyd olunan fikirlər və ehtimallar, mübahisələndirilən məsələdə hər hansı kənarlaşmanın və ya mənimsəmənin olmasını istisna etmir, lakin təqdim edilən sənədlər əsasında doğru rəqəmə çıxmağın tərəflərindən mümkünsüz olması qeyd edilmişdir. Məhkəmə hesab edir ki, cinayət işi üzrə müəssisə tərəfindən təqdim edilmiş çoxsaylı sənədlər əsasında, satış obyektlərinə getməklə keçirilmiş ilkin audit yoxlaması nəticəsində tərtib edilmiş rəydən, bununla yanaşı aparılmış ekspertizalar üzrə verilmiş rəylərdən aydın olur ki, Təqsirləndirilən şəxs "xxxx" MMC-də fəaliyyət göstərdiyi dövrdə 49.743,95 (qırx doqquz min yeddi yüz qırx üç manat doxsan beş qəpik) manat pulu xəzinəyə təhvil verməyərək, ona etibar olunmuş "xxxx" MMC-yə məxsus özgə əmlakını vahid niyyətlə öz qulluq mövqeyindən istifadə edib xeyli miqdarda mənimsəməklə talamışdır. Məhkəmə Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, himayəsində yaşlı və xəstə anasının və bir bacısının olmasını nəzərə alır və bunları onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyrimümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29- cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən Təqsirləndirilən şəxs CMnin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə əsas cəza və CMin 46.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla dövlət, özəl və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifələri tutmaq hüququndan məhrum etmə əlavə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-сi maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş dövlət, özəl və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifələri tutmaq hüququndan məhrum edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 01 (bir) il 06 (altı) ay müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı, o, cəzasını çəkmiş hesab edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilməli, dərhal məhkəmə iclas zalında azad edilməli, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələriilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə "Femida" Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 55(əlli beş) iş saatı üçün 330 (üç yüz otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Femida Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət 179.2.3 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətə dövlət, özəl və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifələri tutmaq hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 01 (bir) il 06 (altı) ay müddət bir günə iki gün hesabı ilə ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına hesablansın və o, əsas cəzasını çəkmiş hesab edilsin. Üzərində 1 (bir) il müddətə dövlət, özəl və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifələri tutmaq hüququndan məhrum etmə əlavə cəza saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş əlavə cəzasının icrası yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilsin, dərhal məhkəmə iclas zalından azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. "Femida" Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən məhkəmə istintaq müddətində təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 60 (altmış) iş saatı üçün 330 (üç yüz otuz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq "Femida" Vəkil Bürosunun hesabına köçürülsün Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №1(005)-48/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-48/2023
14.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver