Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-48/2025 16.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, X2 oglunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs ( mülki cavabdeh) Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Presedent” vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, hazırda işsiz, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2vanında faktiki yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası ƏN-in PXnın 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.3 və 29,178.2.3-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirib dələduzluq etmiş, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirməyə cəhd etmişdir. Belə ki, o Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi üzrə xx.xx.2012-ci il tarixli 545ş/h nömrəli əmrlə Nazirliyin Baş Mühafizə İdarəsinin Bakı şəhəri Binəqədi Rayon Mühafizə İdarəsinin mülki mühafizə xidməti üzrə mühafizəçi vəzifəsinə təyin edilməklə xx.xx.2023-cü il tarixədək qeyd edilən vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən təyin olunmuş İİ (ikinci) dərəcə əlillik müddətinin uzadılmasına köməklik göstərilməsi ilə bağlı xx.xx.2023-cü il tarixdə cinayətdən xəbərsiz olan Şahid1 vasitəsi ilə özünə müraciət edən Bakı şəhər sakini Zərərçəkmiş şəxs özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib formalaşdırdığı inam və etibardan sui-istifadə edərək Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində yüksək vəzifədə işləyən səlahiyyətli şəxslə münasibətlərinin olmasını, həmin şəxsin vasitəsilə Zərərçəkmiş şəxs daha əvvəl təyin edilmiş İİ (ikinci) dərəcə əlillik müddətinin uzadılmasını təmin etmək imkanına malik olduğunu yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs xeyrinə edəcəyi hərəkətə, yəni əlillik müddətinin uzadılmasını təmin etmək üçün zəruri tədbirləri görməsinə görə maddi nemət olan 5.000 (beş min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını xx.xx.2023cü il tarixdə ünvan 3 ünvanında cinayətdən xəbərsiz olan Şahid1 yanında aldatmaqla bildirərək Zərərçəkmiş şəxs ilə razılaşmaqla sövdələşib, həmin niyyətlə xx.xx.2023-cü il tarixdə ünvan 3 ünvanda 2.500 manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf etməklə öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs məxsus ümumilikdə 2.500 (iki min beş yüz) manat məbləğində pul vəsaitini ələ keçirərək dələduzluq etmiş, Zərərçəkmiş şəxs onun cinayət əməlindən xəbər tutub qalan 2.500 manat məbləğində pul vəsaitini verməkdən imtina etdiyindən, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs məxsus 5.000 (beş min) manat məbləğində pul vəsaitini öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 29, 178.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs (mülki cavabdeh) qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.3 və 29,178.2.3maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o 2022-ci ildən 2023-cü ilin sentyabr ayınadək X1 inzibati binasının girişində mühafizəçi işləmişdir. 2023-cü ilin may ayında qonşusu Şahid1 ona gözətçi işlədiyi ünvan 3 ünvanda yerləşən binanın sakini Zərərçəkmiş şəxs təyin olunmuş əlililik vəziyyətinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən qiymətləndirilməsinə baxmayaraq, artıq iki ildir ki, həmin xanıma verilən müavinətin kəsilməsini bildirmiş, Orxan ondan məsələ ilə bağlı köməklik etmək imkanının olub-olmadığını soruşmuşdur. O Orxana bildirmişdir ki, TSEK-in inzibati binasında mühafizəçi işlədiyindən həmin qurumda tibb sahəsində yüksək vəzifədə işləyən səlahiyyətli şəxslə münasibəti var, həmin şəxsin vasitəsilə təyin edilmiş əlilik vəziyyətinin uzadılmasını təmin etmək imkanına malikdir və 5.000 manat müqabilində Zərərçəkmiş şəxs müavinət ödənişinin uzadılmasını təmin edə bilər. Bu söhbətdən sonra o Orxan ilə birlikdə xx.xx.2023-cü il tarixdə ünvan 3 ünvanda Orxanın iş otağında Zərərçəkmiş şəxs ilə görüşmüşlər. Söhbət əsnasında o Zərərçəkmiş şəxs TSEK-də yüksək vəzifədə işləyən səlahiyyətli şəxslə münasibətinin olmasını, həmin şəxsin vasitəsilə əlilik vəziyyətinin uzadılmasını təmin etmək imkanına malik olmasını, bunun üçün 5.000 manat məbləğində pulun rüşvət qismində verilməsi zəruri olduğunu demişdir. Zərərçəkmiş şəxs ona 5.000 manat verməyi razılıq versə də, tələb olunan məbləği həmin günü verməyi imkanının olmadığını demiş, buna görə də o ilkin olaraq 2500 manat verilməsini istəmiş, Zərərçəkmiş şəxs da ilkin olaraq 2500 manat pulu verməyə razılıq vermişdir. Məsələ ilə əlaqədar xx.xx.2023-cü il tarixdə ünvan 3 ünvanda yerləşən binanın B blokunun içərisində Zərərçəkmiş şəxs Şahid1 yanında ona 2.500 manat pul vəsaiti vermişdir. O həmin pulu Zərərçəkmiş şəxs aldıqdan sonra hər hansı vəzifəli şəxsə müraciət etməmiş, heç kimə həmin pulu verməmiş, pulu şəxsi ehtiyaclarına sərf etmişdir. Zərərçəkmiş şəxs müavinət ödənişi bərpa olunmaması səbəbindən sonuncu və Orxan onunla əlaqə saxlamışlar, o da müxtəlif bəhanələrlə vaxtı uzatmağa çalışmışdır. Zərərçəkmiş şəxs tərəfindən araşdırmaya təqdim edilmiş 02 dəqiqə 36 saniyə davam edən “AUD-20240731-WA0023.mp3” adlı audio yazı onun iştirakı ilə dinlənilmiş, həmin səs yazısındakı danışıq onunla Zərərçəkmiş şəxs arasında baş vermiş, səs ona məxsusdur, ikisi arasında olmuş danışıqdır, Şahid1 da orada iştirak etmişdir. Həmin səs yazısında Zərərçəkmiş şəxs 2500 manat pulu sayıb ona verir, o isə pulu qəbul etdiyini təsdiqləyir, o sonuncuya birinci qrup əlliliyin təyin olunmasını təklif etsə də, Könül elə əvvəl olduğu kimi ikinci qrup əlliliyin qalmasını istədiyini bildirir. Bundan sonra məsələnin ayın 5-də həll oluncağını vəd verib sənədləri gətirəcəyini deyir. Bir müddət sonra əmlak alqı-satqısı üzrə vasitəçi kimi tanıdığı Şahid2 ***-***-**-** saylı nömrəsini Zərərçəkmiş şəxs “Ülvi” kimi təqdim edərək, müavinət ödənişinin bərpa olunması üçün 2.500 manat pul vəsaitini həmin şəxsə verdiyini bildirmişdir. Əslində o Şahid2 pul verməmiş, sadəcə onun insanlar ilə uzun müddət işlədiyini, inandırmaq qabiliyyətin olduğunu bildiyinə görə sonuncudan biraz da vaxtın uzanması, yəni Zərərçəkmiş şəxs onun narahat etməməsi üçün Zərərçəkmiş şəxs ilə danışıb məsələsi ilə məşğul olduğunu yalandan bildirməsini xahiş etmişdir. Hətta Şahid1 da Şahid2 ilə yaşadığı NZS qəsəbəsində görüşüb sonuncuya da guya onun tərəfindən pulun verildiyini, Zərərçəkmiş şəxs məsələsi ilə məşğul olduğunu yalandan demişdir. Bundan sonra o Zərərçəkmiş şəxs bank kartı nömrəsini götürüb ona hissə-hissə pulu qaytaracağını desə də, imkanı olmadığından pulu qaytara bilməmişdir. O törətdiyi əməli etiraf edir, əməlindən peşmandır, ələ keçirdiyi məbləği şəxsi ehtiyaclarına sərf etmiş, hər hansı vəzifəli şəxsə ötürməmiş, sadəcə Zərərçəkmiş şəxs inandırmaq üçün guya TSEK-in vəzifəli şəxsi ilə yaxın münasibətdə olduğunu yalandan bildirmişdir. Təqsirləndirilən şəxs (mülki cavabdeh) qismində dindirilmiş Təqsirləndirilən şəxs verilmiş mülki iddianı qəbul etməməsini, hazırda həmin məbləği ödəmək iqtidarında olmamasını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs(mülki iddiaçı) qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2015-ci il tarixdə barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (TSEK) tərəfindən ümumi xəstəlik səbəbindən 1 il müddətinə ikinci dərəcə əlillik müəyyən edilmiş, xx.xx.2016-cı il tarixdə əlillik vəziyyəti 5 il müddətinə uzadılmış, həmin dövrdən aylıq 600 manat məbləğində əlillik müavinəti almışdır. xx.xx.2021-ci il tarixdə onun əlillik vəziyyəti növbəti dəfə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacı olması barədə qərar qəbul olunmuş və ona şifahi qaydada 1 nömrəli Bakı şəhər poliklinikasında ona müavinət düşməməsi bildirilmişdir. 2023-cü ilin may ayında ünvan 3 ünvanda yerləşən yaşadığı binanın gözətçisi Şahid1 ilə söhbət əsnasında o sonuncuya bildirmişdir ki, ona təyin olunmuş əlillik vəziyyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən qiymətləndirilib və ona müavinətin artıq iki ildir ki kəsildiyini bildirmişdir. Şahid1 isə ona bildirmişdir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin inzibati binasında mühafizə polisi işləyən tanışı Təqsirləndirilən şəxs ona təyin edilmiş əlilliyin növbəti müddətə uzadılmasına köməklik göstərə bilər. Şahid1 telefon nömrəsi ***-***-**-**dir. Bu söhbətdən sonra o Şahid1la birlikdə xx.xx.2023-cü il tarixdə ünvan 3 ünvanda gözətçi Şahid1 otağında Təqsirləndirilən şəxs adlı şəxs ilə görüşmüşdür. Söhbət əsnasında Təqsirləndirilən şəxs ona bildirmişdir ki, o TSEK-in inzibati binasında mühafizəçi işləyir, buna görə həmin qurumda yüksək vəzifədə işləyən səlahiyyətli şəxslə münasibəti var, həmin şəxsin vasitəsilə barəsində təyin edilmiş əlilik vəziyyətinin uzadılmasını təmin etmək imkanına malikdir, bunun üçün 5.000 manat məbləğində pulun rüşvət qismində verilməsi zəruri olduğunu ona demişdir. O Rəvana 5.000 manat verməyi razılıq versə də, tələb olunan məbləği həmin günü verməyi imkanının olmadığını demiş, buna görə də sonuncu ilkin olaraq 2500 manat verməyini istəmiş, o da ilkin olaraq 2500 manat pulu verməyinə razılaşmışdır. O məsələ ilə əlaqədar xx.xx.2023-cü il tarixdə ünvan 3 ünvanda yerləşən yaşadığı binanın B blokunun içərisində Şahid1 iştirakı ilə 2.500 manat pul vəsaitini Təqsirləndirilən şəxs vermişdir. O pulu Təqsirləndirilən şəxs verdikdən sonra sonuncunun nömrəsinə “whatsapp” tətbiqi vasitəsi ilə xəstəlik kağızlarının surətlərini göndərmişdir. Bir neçə gün sonra Təqsirləndirilən şəxs onunla istifadəsində olan ***-***-**- ** saylı telefon nömrə ilə Rəvana məxsus ***-***-**-** saylı telefon nömrədən əlaqə saxlayaraq sənədlərin qeydiyyata alındığını, müavinət ödənişinin 2023-cü ilin sentyabr ayında bərpa olunacağını bildirmişdir. Buna baxmayaraq vəd olunan tarixdə müavinət ödənişi bərpa olunmamış və bundan sonra Təqsirləndirilən şəxs müxtəlif bəhanələrlə vaxtı uzatmağa başlamışdır. Həmin dövrdə Rəvan qalan 2500 manatın verilməsini ondan istəsə də, o sonuncuya qalan pulun yalnız müavinətin bərpa olunduqdan sonra verə biləcəyini bildirmişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs bir nəfər şəxsin ***-***-**-** saylı nömrəsini ona təqdim edərək, həmin şəxsin adının Ülvi olduğunu və müavinət ödənişinin bərpa olunması üçün 2.500 manat pul vəsaitini həmin şəxsə verdiyini ona bildirmişdir. O deyilən nömrə ilə Ülvi adlı şəxslə əlaqə saxlamış və həmin özünü “Ülvi” kimi təqdim edən şəxs ona özünü Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşı kimi təqdim edərək telefonda ona Rəvanın ona həqiqətən də 2500 manat pulu verdiyini, onun da həmin məsələ ilə məşğul olduğunu bildirmişdir. O bir qədər sonra eyni nömrə ilə əlaqə saxlamağa çalışsa da, həmin nömrə söndürülmüşdür. Bundan sonra Rəvan ilə əlaqə saxlasa da, sonuncu götürdüyü 2500 manatı yaxın zamanda bank kartına göndərəcəyini desə də, nəticədə Təqsirləndirilən şəxs ona məxsus 2.500 manat pul vəsaitini aldatmaqla ələ keçirmiş və indiyə qədər geri qaytarmamışdır. O Təqsirləndirilən şəxs pul vəsaitini verən zaman özünə məxsus mobil telefon vasitəsi ilə qeydə aldığı səs yazısını sübut qismində araşdırmaya təqdim etmişdir. Həmin səs yazısını o xx.xx.2023-cü il tarixdə ünvan 3 ünvanda yerləşən binanın B blokunda Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən təyin olunmuş İİ (ikinci) dərəcə əlillik müddətinin uzadılması ilə bağlı Təqsirləndirilən şəxs 2500 manat pulu verərkən sonuncu və Şahid1 oğlunun iştirakı ilə apardığı danışıq vaxtı qeydiyyata almışdır. Həmin görüşdə o Şahid1 yanında Təqsirləndirilən şəxs razılaşdığı 5000 manatdan 2500 manatı verir, sonuncu isə ona əlillik müddətinin uzadılmasını təmin edəcəyini vəd verir, qalan 2500 manat isə Rəvana əlillik müavinətinin verilməsi bərpa olunduqdan sonra verəcəkdi. Təqsirləndirilən şəxs ona Agentlikdə işləyən heç kimsənin adını çəkməmişdir. O Təqsirləndirilən şəxs məsuliyyətə cəlb olunması və ona vurduğu ziyanın geri qaytarılması təmin edilməsini xahiş edir.Hazırda şikayətçidir. Zərərçəkmiş şəxs (mülki iddiaçı) qismində dindirilmiş Zərərçəkmiş şəxs mülki iddia ərizəsi verərək dələduzluq nəticəsində Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 2500 manat məbləğində maddi ziyanın və ödəmiş olduğu mülki iddia ilə bağlı 45 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o 2017-ci ildən hazırki vaxtadək "xxxx" MMC-in ünvan 4 ünvanında yerləşən yaşayış binasında gözətçi işləyir, rəsmi olaraq həmin MMC-in direktoru olsa da, faktiki olaraq yalnız qeyd etdiyi ünvanda gözətçi işləyir, MMC-in fəaliyyətinə rəhbərlik etmir. 2023-cü ilin may ayında ünvan 3 ünvanda yerləşən işlədiyi binanın həyətində bina sakini Zərərçəkmiş şəxs ilə rastlaşıb söhbət edən əsnasında sonuncu ona təyin olunmuş əlililik vəziyyətinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən qiymətləndirilib və ona verilən müavinət artıq iki ildir ki kəsilməsini bildirmişdir. O isə Zərərçəkmiş şəxs Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin inzibati binasında mühafizə polisi işləyən tanışı Təqsirləndirilən şəxs ona təyin edilmiş əlilliyin növbəti müddətə uzadılmasına köməklik göstərə biləcəyini demişdir. O əvvəllər Təqsirləndirilən şəxs başqa şəxslərə köməklik etdiyini eşitmişdir. Zərərçəkmiş şəxs ona razılıq verdikdən sonra o Təqsirləndirilən şəxs ilə söhbət etmiş və sonuncu ona bildirmişdir ki, o TSEK-in inzibati binasında mühafizəçi işləyir, buna görə həmin qurumda tibb sahəsində yüksək vəzifədə işləyən səlahiyyətli şəxslə münasibəti var, həmin şəxsin vasitəsilə təyin edilmiş əlillik vəziyyətinin uzadılmasını təmin etmək imkanına malikdir, 5.000 manat müqabilində Zərərçəkmiş şəxs müavinətin ödənişinin uzadılmasını təmin edə bilər. Bu söhbətdən sonra onlar Zərərçəkmiş şəxs ilə birlikdə xx.xx.2023-cü il tarixdə ünvan 3 ünvanda onun iş otağında Təqsirləndirilən şəxs ilə görüşmüşlər. Söhbət əsnasında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bildirmişdir ki, o TSEK-də yüksək vəzifədə işləyən səlahiyyətli şəxslə münasibəti var, həmin şəxsin vasitəsilə əlillik vəziyyətinin uzadılmasını təmin etmək imkanına malikdir, bunun üçün 5.000 manat məbləğində pulun rüşvət qismində verilməsi zəruri olduğunu demişdir. Zərərçəkmiş şəxs Rəvana 5.000 manat verməyə razılıq versə də, tələb olunan məbləği həmin günü verməyi imkanının olmadığını demiş, buna görə də Rəvan ilkin olaraq 2500 manat verilməsini istəmiş, Könül də ilkin olaraq 2500 manat pulu verməyi razılıq vermişdir. Məsələ ilə əlaqədar xx.xx.2023-cü il tarixdə ünvan 3 ünvanda yerləşən binanın B blokunda blokunun içərisində Zərərçəkmiş şəxs onun iştirakı ilə 2.500 manat pul vəsaitini Təqsirləndirilən şəxs vermişdir. Buna baxmayaraq vəd olunan tarixdə müavinət ödənişi bərpa olunmamış və bundan sonra Təqsirləndirilən şəxs müxtəlif bəhanələrlə vaxtı uzatmağa başlamışdır. Bir müddət sonra Təqsirləndirilən şəxs bir nəfər şəxsin ***-***-**-** saylı nömrəsini ona təqdim edərək, həmin şəxsin adının Ülvi olduğunu və müavinət ödənişinin bərpa olunması üçün 2.500 manat pul vəsaitini həmin şəxsə verdiyini ona və Zərərçəkmiş şəxs bildirmişdir. O Ülvi adlı şəxslə yaşadığı NZS qəsəbəsində görüşmüş və həmin özünü “Ülvi” kimi təqdim edən şəxs ona özünü Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşı kimi təqdim edərək Rəvanın ona həqiqətən də 2500 manat pulu verdiyini, onun da həmin məsələ ilə məşğul olduğunu bildirmişdir. Bir müddət sonra eyni nömrə ilə əlaqə saxlayanda Ülvi adlı şəxs Təqsirləndirilən şəxs ona pul vermədiyini, işdən məlumatsız olduğunu, sadəcə Rəvanın xahişi ilə onun ilə görüşdüyünü bildirmişdir. Onun bildiyinə görə Təqsirləndirilən şəxs indiyədək pul vəsaitini Zərərçəkmiş şəxs geri qaytarmamışdır. Ülvi adlı şəxsin anket məlumatları onda yoxdur. Onun Təqsirləndirilən şəxs müraciət etməsi işində hər hansı marağı olmamış, yalnız Zərərçəkmiş şəxs işi həll olunarsa ona hədiyyə və şirinlik verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs işini Agentlikdə tibb sahəsində işləyən vəzifəli şəxs vasitəsi ilə desə də, konkret olaraq heç kimin adını çəkməmişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 05 avqust 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 178.2.3 və 29, 178.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən Təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 178.2.3 və 29, 178.2.3-cü maddələrində ilə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Səsli danışıqlara baxış keçirilməsi barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, iş materiallarında olan 01 ədəd CD diskə baxış keçirilmiş və Zərərçəkmiş şəxs bildirmişdir ki, həmin səs yazısını o xx.xx.2023-cü il tarixdə ünvan 3 ünvanda yerləşən binanın B blokunda Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən təyin olunmuş İİ (ikinci) dərəcə əlillik müddətinin uzadılması məqsədi ilə Təqsirləndirilən şəxs 2500 manat pulu verərkən istifadəsində olan “İphone 11” markalı mobil telefonu ilə qeydiyyata almışdır. Zərərçəkmiş şəxs: Bu 2000 və 500, 2500 düzdü ? Təqsirləndirilən şəxs: Bəli düzdü. Birinci qrup prosto onlarda Zərərçəkmiş şəxs: Yox mənə elə ikinci qrup olsa problem deyil, hələlik, sonra isə sonranın işidir. Təqsirləndirilən şəxs: yox sonranın işini demirəm mən prosto onlara demişəm şərt demişəm birinci qrup. Zərərçəkmiş şəxs: Eyni yerdən olar elə Təqsirləndirilən şəxs: Eyni yerdən olar, qan xərçəngi ilə, ama 4 il sonra üstü açılar ona görə deyirdim. Əsədxadə: Ayın inşallah 3, ya 4, 5-i, sən gətirəsən sənədi ? Təqsirləndirilən şəxs: Ayın 5-i Zərərçəkmiş şəxs: Sagol, xeyirlisi olsun Orxan Əsədxadə: Gətirərsən də sənədi sən Təqsirləndirilən şəxs: Narahat olma oldu, sagolun” daşıqların aparılması müəyyən edilmişdir. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən təyin olunmuş İİ (ikinci) dərəcə əlillik müddətinin uzadılması ilə bağlı Təqsirləndirilən şəxs və Şahid1 iştirakı ilə apardıqları səsli danışıqları əks etdirən “CD” disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən və işdə olan hökmdən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilmişdir. Belə ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(005)- 47/2025 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməklə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum olmuş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu və ev dustaqlığında olduğu 02 (iki) ay, 02 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmış və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il, 03 (üç) ay, 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzaçəkmə müddətinin əvvəli 18 iyun 2025-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Nərimanov rayonu Mənzil Kommunal Təsərrüfat Birliyi 30 saylı Kommunal İstismarı Sahəsinin xx.xx.2024-cü il tarixli xasiyyətnaməsindən və arayışdan görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. “Kompakt diksə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı nömrələrinə daxıl olmuş və çıxmış zənglərdən görünür ki, mütəmadi olaraq X3 istifadəsində olan nömrəsi ilə qarşılıqlı telefon danışıqları olduğu görünür. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(005)-401/2024 saylı qərarına əsasən X3 barəsində axtarış elan edilməklə, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilmişdir. İşdə olan Nərimanov Rayon Polis İdarəsinin 18 iyun 2025-ci il tarixli məktubundan görünür ki, X4 18 iyun 2025-ci il tarixdə tutularaq MSY-yə təhvil verilmidir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsinə əsasən, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə; xeyli miqdarda ziyan vurmaqla törədildikdə— dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə iclasında dövlət ittihamçısı çıxış edərək ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.3 və 29,178.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* №-li cinayət işi üzrə ona elan edilmiş ittihamdan rəqəmlə ifadədə CM-in 29,178.2.3-cü maddəsinin xaric edilməsini və barəsində CM-in 178.2.3-cü maddəsi ilə ittihamın müdafiəsinin davam etdirilməsini xahiş etmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan suiistifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar (39-cu bənd). Həmin Qərarın 34-cü bəndində göstərilir ki, CM-in 34.2-ci maddəsinin tələblərinə uyğun olaraq qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən dələduzluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş dələduzluq (CM-in 178.2.1-ci maddəsi) hesab edilir. Məhkəmələrə tövsiyə edilmişdir ki, həm qabaqcadan əlbir olmuş bir qrup şəxs, həm də mütəşəkkil dəstə tərəfindən törədilmiş dələduzluq cinayətlərinə dair işlərə baxarkən hər bir təqsirləndirilən şəxsin cinayətin obyektiv cəhətinin icrasına yönəlmiş konkret hərəkətlərinin nədən ibarət olmasını və bunu təsdiq edən sübutları tam və hərtərəfli araşdırsınlar və yekun məhkəmə aktlarında araşdırılmış sübutlara istinad etməklə təqsirləndirilən şəxslərin hər birinin təqsirlilik dərəcəsini müəyyən etsinlər. Qanunvericiliyin bu tələblərinə, həmçinin, iştirakçılıqla törədilmiş dələduzluğa dair işlərə baxılarkən də əməl edilməlidir. İstintaq materiallarından görünür ki, Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs məxsus ümumilikdə 2.500 manat məbləğində pul vəsaitini ələ keçirib dələduzluq etmiş və cinayət əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib, 5.000 manat məbləğində pul vəsaitini vahid niyyətlə dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il tarixli Azərbaycan Respublikasi Ali Məhkəməsinin Plenumunun qərarının 27-ci bəndində göstərilmişdir ki, faktiki olaraq talanmış əmlakdan çıxış etməklə əməlin həm də bitmiş oğurluq və ya soyğunçuluq, yəni başa çatmış və başa çatmayan cinayətlərin məcmusu kimi tövsfi edilməsinə ehtiyac yoxdur. Yalnız şəxsin faktiki ələ keçirdiyi özgə əmlakının məbləği cinayətkar məqsədlə ehtiva olunan məbləğdən az olsa da, “xeyli miqdarda ziyan”ın hüdudlarında olduqda, məsələn təqsirkar əlli min manat məbləğində özgə əmlakını ələ keçimək məqsədi ilə oğurluq, soyğunçuluq etdiyi halda faktiki olaraq otuz min manat məbləğində ziyan vurduqda, əməl cinayətə cəhd və yaxud başa çatmış və başa çatmayan cinayətlərin məcmusu kimi deyil, faktiki ələ keçirilmiş məbləğə görə başa çatmış xeyli miqdarda ziyan vurmaqla oğurluq və yaxud xeyli miqdarda ziyan vurmaqla soyğunçuluq kimi qiymətləndirilməlidir. Göründüyü kimi, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus ümumilikdə 2.500 manat məbləğdə pulu faktiki ələ keçirmiş, cinayətkar məqsədlə ehtiva olunan 5000 manat pulu ələ keçirməyə cəhd etmiş, lakin öz iradəsindən asılı olmayan səbəbdən əməlini başa çatdıra bilməyib həmin pul vəsaitini ələ keçirə bilməmişdir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.3 və 29,178.2.3-ci maddələri ilə təqsirləndirilməsinə dair 1(005)-48/2025 saylı cinayət işi üzrə ona elan edilmiş ittihamdan rəqəmlə ifadədə CM-nin 29,178.2.3-cü maddəsi xaric edilməli və barəsində CM-nin 178.2.3-cü maddəsi ilə ittiham hökmü cıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 178.2.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs verilmiş ittihamdan CM-in 29,178.2.3-cü maddəsi xaric edilməli, AR CM-nin 66.5-ci maddəsinə əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-47/2025 nömrəli, 04 sentyabr 2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla Təqsirləndirilən şəxs üzərində qəti cəza saxlanılmalı, cəzasını ümumi rejmli cəzaçəkmə müəssissəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılmalı, cəzaçəkməsinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablamalı, həmçinin maddi sübut “səs danışıqlarını əks etdirən” 01 ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalıdır. Mülki iddia ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. CPM-in: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur; 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir; 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır; 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır; 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia təmin edilməli, Təqsirləndirilən şəxs 2500 manat məbləğində pul və ödənilmiş 45 manat dövlət rüsumu zərərçəkmiş şəxsin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 manat miqdarında haqq ödənilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş “Presedent” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 35 iş saatı üçün cəmi 385 manat məbləğində vəsait dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.3-cü maddəsi xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-47/2025 nömrəli, 04 sentyabr 2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02(iki) il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılsın və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində baxılmış cinayət işi üzrə istintaq zamanı tutulduğu 02 ay 02 gün, hazırki iş üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 09 (doqquz) ay 28 (iyirmi iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın və onun Nərimanov Rayon Məhkəməsinin 1(005)- 47/2025 nömrəli, 04 sentyabr 2025-ci il tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzası çəkməsi nəzərə alınsın. Maddi sübut “səs danışıqlarını əks etdirən” 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Mülki iddia təmin edilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs 2.500 manat və ödənilmiş 45 manat dövlət rüsumu tutularaq zərərçəkmiş(mülki iddiaçı) Zərərçəkmiş şəxs ödənilsin. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 manat hesab edilməklə 35 iş saatı üçün cəmi 385 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Presedent” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №1(005)-48/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-48/2025
16.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver