Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-480/2021 21.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, X5 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxsin hüquqi varisi X1, Müdafiəçi – Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1969-cu ildə Cəbrayıl rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ota təhsilli, işləməyən, evli, məhkumluğu olmayan, Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi ev 148-də qeydiyyatda olan, Abşeron rayonu Masazır qəsəbəsi, N.Əsədov küçəsi nömrəsiz evdə yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yol hərəkət və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 12 sentyabr 2021-ci il tarixdə saat 17 radələrində etibarnamə əsasında texniki cəhətdə saz vəziyyətdə idarə etdiyi «X14» markalı, Az **-NX- *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bunyadov prospekti ilə 20 Yanvar metrostansiyası istiqamətinə yolun sol hərəkət zolağı ilə 40-50 km/saat sürətlə hərəkətdə olarkən həmin küçədə yerləşən 2090 ünvanının qarşısında «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin və 51-ci maddəsinin 2-ci hissəsinin tələblərini pozub, yəni sürücü hərəkətə başlayarkən, yerdəyişərkən, dönərkən manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı, relssiz nəqliyyat vasitəsini yalnız sol tərəfdən ötməyə icazə verildiyi halda hadisənin qarşısının almağa texniki imkanı olduğu halda, bu qaydaya əməl etməyərək onunla eyni istiqamətdə ondan qarşıda hərəkət edən Şahid idarə etdiyi «Ford Transit» yük markalı, **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobili ötmək üçün sağ hərəkət zolağına çıxmış və bu zaman Zərərçəkmiş şəxs yolda nasaz vəziyyətdə dayanmış «Vaz- 21124» markalı, Az **-UJ-*** dövlət qeydiyyat nişanlı yerdə dayanıb sol qabaq qapısından arxaya itələyən zaman həmin avtomobilin arxa hissəsi ilə toqquşaraq ehtiyatsızlıqdan zərərçəkmiş Zərərçəkmiş şəxs ölməsinə səbəb olan dalağın və qaraciyərin travmatik cırılması, sol hər iki topuğun sınıqları, pəncənin bayıra çıxığı, alın, sol qaşaltı nahiyəsinin, hər iki dizin, sol iç topuğun, sağ bazunun bayır səthinin sıyrıqları, sol aşıq-baldır oynağının hematoması, qarın nahiyəsinin qançırı xəsarətlərindən ibarət dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid olan bədən xəsarətləri yetirməsinə, həmçinin «Vaz-21124» markalı, Az **-UJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2963 manat maddi ziyan dəyməsinə səbəb olan yol hərəkət və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ittiham edildiyi əməldə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, 12.09.2021-ci il tarixdə saat 17 radələrində idarə etdiyi «Hyundai SantaFe» markalı, **-NX-*** dövlət nömrə nişanlı avtomaşınla Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə üzü 20 Yanvar metrosu istiqamətinə yolun sol tərəfdən 1-ci hərəkət zolağı ilə 40-50 km/saat sürətlə hərəkətdə olan zaman qarşısında hərəkət edən «Ford Tranzit» markalı,**-NP-*** dövlət nömrə nişanlı yük avtomaşınını ötmək üçün hərəkət zolağında yerdəyişmə edərək sağ hərəkət zolağına keçib hərəkətini davam etdirmişdir. Bu zaman görmüşdür ki, yolun sağ hərəkət zolağından çəpinə arxaya markasını bilmədiyi avtomobil gəlir. O, həmin avtomaşını vurmamaq üçün sürəti artırıb «Ford Tranzit» markalı, **-NP-*** dövlət nömrə nişanlı yük maşını keçib sol hərəkət zolağına qayıtmaq istəmişdir. Lakin bu mümkün olmamış və arxaya hərəkət edən markasını bilmədiyi avtomobilin sağ arxa hissəsindən idarə etdiyi avtomaşının sağ ön hissəsi ilə vurmuşdur. Hadisə zamanı o, avtomaşını saxlayıb həmin avtomaşına yaxınlaşmış və görmüşdür ki, yerdə bir nəfər kişi cinsli şəxs uzanıb. Yoldan keçən insanlar həmin şəxsin üzünə su vurandan sonra ayılıb özünə gəlmiş və orada olan insanlardan kimsə təcili yardıma zəng edərək həkim çağırmışlar. Hadisə yerinə gələn həkim briqadası həmin şəxsi təcili yardım avtomaşınına qoyaraq xəstəxanaya aparmışdır. Sonra eşitmişdir ki, həmin şəxs xəstəxanada ölmüşdür. Hadisə yerinə gələn polis əməkdaşları hadisə yerini müayinə edərək protokol tərtib etmişlər. Son olaraq əməlindən peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs hüquqi varisi X6 bildirmişdir ki, Zərərçəkmiş şəxs onun qardaşıdır. 12 sentyabr 2021-ci il tarixdə saat 15:51-də qardaşı Emin ona zəng vuraraq yol nəqliyyat hadisəsi nəticəsində ayağının sındığını bildirmişdir. Təxminən 15 dəqiqə sonra Eminlə mobil telefon vasitəsilə əlaqə saxlamış, Emin ona təcili tibbi yardım avtomaşınında xəstəxanaya aparıldığını bildirib vəziyyətinin yaxşı olduğunu demişdir. O, dərhal Bakı şəhərinə gəlmiş və təxminən saat 18:15 radələrində Eminin yerləşdirildiyi Bakı Sağlamlıq Mərkəzinə getmişdir. Orada Eminin ayağının gipsdə olduğunu görmüşdür. Həmin gipsi Travmatologiya Xəstəxanasında qoymuşlar. Həmin xəstəxanada Emin müayinə edilmiş və həkim bildirmişlər ki, qarnında maye var təcili əməliyyat olunmalıdır. O, əməliyyata razılıq vermiş və Emini əməliyyata götürmüşlər. Təxminən əməliyyata aparıldıqdan bir saat sonra cərrah məlumat verərək bildirmişdir ki, əməliyyat baş tutmamış, daxili qanaxmadan Emin əməliyyatdan öncə ölmüşdür. Bundan sonra qardaşı Eminin meyiti məhkəmə tibbi ekspertizasından keçirilmiş və dəfn olunması üçün təhvil verilmişdir. Eminin meyitini 13.09.2021-ci il tarixdə doğulduğu Masallı rayonuna apararaq dəfn etmişlər. Qeyd olunan yol nəqliyyat hadisəsinin hansı şəraitdə baş verməsini görməmiş, lakin, sonradan məlum olmuşdur ki, hadisəni törədən Təqsirləndirilən şəxs idarə etdiyi “X14” markalı, **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobillə qardaşı Zərərçəkmiş şəxs idarə etdiyi avtomaşına vurmuşdur. Təqsirləndirilən şəxs ilə barışdıqlarını, ona qarşı heç bir şikayət və tələblərinin olmadıqlarını bildirdi və bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul olunması haqqında” 12 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq icraata qəbul edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 12.09.2021-ci il tarixli 2/12635 saylı sərxoşluq vəziyyətinin tibbi müayinə aktından görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı ayıq vəziyyətdə olmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 20.09.2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs oğlunun hüquqi varisi X1 ibtidai istintaq zamanı Nərimanov RPİ-nə təqdim etdiyi 28.09.2021-ci il tarixli yazılı ərizəsindən görünür ki, 12.09.2021-ci il tarixdə Zərərçəkmiş şəxs ölümü ilə nəticələnən hadisə üzrə Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaq. Odur ki, göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Azərbacan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9- Təcrübi və X2 rayon şöbəsindən alınmış 11.10.2021-ci il tarixli 119 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar edilmişdir, dalağın və qaraciyərin travmatik cırılması, sol hər iki topuğun sınıqları, pəncənin bayıra çıxıqların, sol qaşaltı nahiyəsinin, hər iki dizin, sol iç topuğun, sağ bazunun bayır səthinin sınıqları, sol aşıq-baldır oynağının hematoması, qarın nahiyəsinin qançırı. Qeyd olunan xəsarətlər həyatı olub, E. M. Məmmədovun ölümündən az əvvəl küt əşyanın təsirindən törənmişlər, qərarda göstərilən şəraitdə və müddətdə, yəni 12.09.2021ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gəlmələri mümkündür, ölümlə bilavasitə səbəbli əlaqəlidirlər və həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərini daşıyırlar. 2.Zərərçəkmiş şəxs ölümünə səbəb yuxarıda qeyd olunan travma kompleksindən baş vermiş travmatik (hemorragik) şok səbəb olmuşdur. Ölüm meyitin meyitxanada müayinə olunduğu vaxtdan təxminən 2-4 saat əvvəl baş vermişdir. 3.Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil və narkotik aşkar edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri üzrə 02 noyabr 2021-ci il tarixli 82586 №-li rəyindən görünür ki, «Hyundai Santafe» markalı, **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsini, 51-ci maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. -İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən «Vaz-21124» markalı, **- UJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manatdır. ünvan 2yinin Təqsirləndirilən şəxs barəsində vermiş olduğu arayışdan görünür ki, Poladov X4 rayonu Horovlu kənd sakinidir, hal-hazırda ünvan 1 ünvanda müvəqqəti məskunlaşmışdır. ünvan 2yinin Təqsirləndirilən şəxs barəsində vermiş olduğu xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, 1 övladı var, qonşu və qohumlarla müsbət xarakterizə olunan münasibəti var, hazırki tarixədək barəsində ünvan 2yinə şikayət xarakterli material daxil olmamışdır. Sübutların qiymətləndirilməsi haqqında 18 noyabr 2021-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs AR CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddələrlə ittiham elan edilməsi, iş üzrə yolnəqliyyat hadisəsi vaxtı Zərərçəkmiş şəxs idarə etdiyi “Vaz 21124” markalı, **-UJ-*** dövlət qeydiyyat nişanlı Təqsirləndirilən şəxs idarə etdiyi “X13” markalı, **-NX-*** dövlət qeydiyyat nişanlı və Şahid idarə etdiyi “Ford Tranzit” markalı, **-NP-*** qeydiyyat nişanlı avtomobillər üzərində hadisənin izlərini saxladığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən həmin avtomobil cinayət işi üzrə maddi sübut kimi tanınması və sahibinə qaytarılmasının nəzərə alınması və s. qərara alınmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 19 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında 19 noyabr 2021-ci il tarixli qərardan və eyni tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir Zərərçəkmiş şəxsin hüquqi varisi X1 məhkəmə iclasında təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, gələcəkdə də olmayacağını bildirmişdir. AZ-İV №116546 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 28.01.2018-ci il təvəllüdlü X8 olmaqla bir azyaşlı övladı vardır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən, şahidin, zərər çəkmiş şəxsin hüquqi varisinin iş materiallarında olan ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda—iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda–üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-in 263.2, 263.3, 263-1.3, 263- 1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-in 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıbsayılmaması və ya məhkumluğunun ödənilib ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilibedilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Həmin qərarın 11-ci bəndində qeyd olunmuşdur ki, CM-in 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri üzrə 02 noyabr 2021-ci il tarixli 82586 nömrəli ekspert rəyindən görünür ki, «Hyundai Santafe» markalı, **- NX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsini, 51-ci maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin 2-ci hissəsinə əsasən relssiz nəqliyyat vasitəsini yalnız sol tərəfdən ötməyə icazə verilir. Lakin sürücüsü sola dönmə siqnalı verən və manevrə başlayan nəqliyyat vasitəsini sağ tərəfdən ötmək lazımdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, zərər çəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını, himayəsində bir azyaşlı övladının olmasını nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2ci maddəsinin sanksiyasında iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə uyğun olaraq Zərərçəkmiş şəxs hüquqi varisi X6 ilə barışıq əldə etmiş, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbi olmamış və məhkəmə araşdırılması zamanı təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələblərinə görə isə həmin Məcəllənin 59.1.8, 59.1.1059.1.13cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi qeyd olunan Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göstərilənləri nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını və cəzanı ağırlaşdıran halların olmamasını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində və nəqliyyat vasitələrini idarə etmək hüququndan mərhum edilməklə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Ekspertiza tədqiqatının dəyəri 100,0 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Cinayət işi üzrə maddi sübut kimi tanınmış –yol-nəqliyyat hadisəsi vaxtı Zərərçəkmiş şəxs idarə etdiyi “Vaz 21124” markalı, **-UJ-*** dövlət qeydiyyat nişanlı Təqsirləndirilən şəxs idarə etdiyi “X13” markalı, **-NX-*** dövlət qeydiyyat nişanlı və Şahid idarə etdiyi “Ford Tranzit” markalı, **-NP-*** qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X7 məhkəmədə iştirak etdiyi 10 (on) saata görə 60 (altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış yol-nəqliyyat hadisəsi vaxtı Zərərçəkmiş şəxs idarə etdiyi “Vaz 21124” markalı, **-UJ-*** dövlət qeydiyyat nişanlı Təqsirləndirilən şəxs idarə etdiyi “X13” markalı, **-NX-*** dövlət qeydiyyat nişanlı və Şahid idarə etdiyi “Ford Tranzit” markalı, **-NP-*** qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri – 100,0 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X7 məhkəmədə iştirak etdiyi 10 (on) saata görə 60 (altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-480/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-480/2021
21.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver