Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-480/2023 14.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1980-ci ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan bir nəfər zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, sürücü Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək üçün hüquq verən BC kateqoriyalı, AC 566095 nömrəli sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi Şahid məxsus texniki cəhətdən saz olan **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu Ə.Əliyev küçəsi ilə Təbriz küçəsi istiqamətindən Y.V.Çəmənzəminli küçəsi istqamətinə 50km/saat sürətilə hərəkətdə olarkən ünvan 2 ünvanda yerləşən Azinko adlanan yaşayış kompleksinin qarşı tərəfinə çatdıqda «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələbini pozaraq, nizamlanmayan piyada keçidinə yaxınlaşarkən avtomobilin sürətini hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi həddə qədər azaltmalı, piyada keçidinə daxil olmuş piyadaya yol verməli və bundan sonra hərəkətin təhlükəsizliyinin təmin olunacağına əmin olaraq hərəkətini davam etdirilməli olduğu halda, qanunun tələbinə əməl etməyərək nizamlanmayan piyada keçidi ilə hərəkətdə olduğu yolu sağdan sola doğru çəliklə asta yerişlə yeriyərək keçən piyada X7 idarə etdiyi avtomobilin qabaq sol ön hissəsi ilə vurub piyada Şaiq Əzizovun qapalı kəllə-beyin travması, baş beynin hər iki alın payının ağır dərəcəli hemorragik əzilməsi, hər iki beyin yarımkürəsinə subdural qansızına, alırı sümüyünün xətti sınığı, sol topuğun sınığı, alın nahiyyəsinin əzilmiş yarası, sağ və sol əlin arxa səthinin, sağ və sol qasıq nahiyəsinin, hər iki diz oynağının, sağ və sol baldır nahiyəsinin, sağ aşıq-baldır oynağının sıyrılmış yaraları, kəllə tağı və əsası sümüklərinin sınığı nəticəsində baş beyin toxumasının əzilməsi, yan mədəciklərə və qişaları altına qansızına ilə müşayiət edilən xəsarətlər yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs AR CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona edilmiş Azərbaycan Respublikası CM-nin 263.2ci maddəsi ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, dolanışıq məqsədilə 2023-cü ilin fevral ayının əvvəlində tanışı Şahid məxsus «Toyota Prius» markalı **-DX-*** nömrəli avtomobili icarəyə götürərək həmin maşından taksi kimi istifadə elmişdir. Həmin avtomobili taksi kimi hər gün axşam saat 22 radələrindən tezdən saat 10 radələrinədək idarə etmiş və tezdən işini bitirdikdən sonra dincəlmək üçün evə getmişdir. 04 fevral 2023-cü il tarixdə saat təxminən 06.30 radələrində idarə etdiyi maşına əyləşmiş sərnişini düşürüb tək idarə etdiyi qeyd olunan avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi ilə Təbriz küçəsi istiqamətindən Y.V.Çəmənzəmənli küçəsi istiqamətinə hərəkət etmişdir. Həmin vaxt avtomobilli saatda təxminən 50 km/sürətilə idarə etmiş, avtomobilin salounda başqa kimsə olmamışdır. Qeyd olunan istiqamətə hərəkətə olub «Azinko» adlanan yaşayış kompleksinin binalarının yerləşdiyi yeri keçdikdən sonra irəlidə yerləşən piyada keçidinə çatdığı zaman diqqətsizlik etdiyi üçün avtomobil yolunu hərəkəti üçün sağdan sola doğru piyada keçidi ilə avtomobilin qarşı ilə əlində çəlik asta yerişlə keçən piyada əvvəllər tanımadığı, adını sonradan bildiyi X7 gec gördüyü üçün idarə etdiyi avtomobilin ön sol hissəsi ilə onun sol tərəfindən vurmuş və nəticədə piyada zərbədən maşının önünə yerə düşmüşdür. Həmin vaxt piyadanı vurduğu yerdən təxminən 4 metr aralı məsafədə maşını dayandırıb, maşından düşüb həmin piyadaya yaxınlaşmış, diqqət yetirmişdir ki, maşınla onu vurmağı nəticəsində piyada baş nahiyyəsindən xəsarət alıb və ayağa qalxa bilmir. Piyadanın aldığı xəsarətin ağır olduğunu görüb istifadəsində olan 050 *** ** ** Azelcell GSM nömrəsi ilə əvvəl TTY xəstəxanasına zəng vurub tibbi yardım göstərilməsi üçün həkim briqadası çağırmış və bundan sonra DİN-nin 102 xidmətinə zəng vurub hadisə barədə bildirərək özü barədə məlumat verib hadisənin onun tərəfindən törədilməsini demişdir. Bir az keçmiş hadisə yerinə TTY maşını gəlib hadisənin baş verməsi nəticəsinə xəsarət almış Şaiqi maşına mindirib tibbi yardım göstərilməsi üçün xəstəxanaya aparmışlar. Bundan sonra hadisə yerinə polis maşını gəlmişdir. O, hadisənin özü tərəfindən törədilməsini bildirmiş və polis əməkdaşları hadisə ilə bağlı onu sorğu etmiş, sorğulara cavab olaraq onlara hadisəni olduğu kimi danışmışdır. Bundan sonra polis əməkdaşları hadisə yerinə baxış keçirmiş və bu barədə tərtib olunmuş protokol və ona əlavə olunan sxem oxunduqdan sonra iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Hadisə zamanı avtomobili təxminən 50 km/saat sürətilə idarə etdirmiş, avtomobil yoluna diqqətsiz yanaşdığı üçün piyadanın yola necə daxil olmasını əvvəlcədən görməmiş və piyadanı avtomobillə vurduğu an görmüşdür. Həmin vaxt piyada Şaiq Əzizov əlində çəlik asta yerişlə piyada keçidi ilə hərəkət edib hərəkəti üçün yolun sağ kənarından hərəkət yoluna təxminən 4 metr daxil olmuş və həmin vaxta kimi piyadanı görə bilməmişdir. O, piyadanı vurduğu an görmüş, hadisə baş verməzdən əvvəl spirtli içki qəbul etməmiş, hadisə baş verən zaman avtomobili idarə etməsi ilə əlaqədar bütün sənədləri düzgün olmuş, avtomobilin yaxın vuran və uzaq vuran işıqları işlək vəziyyətdə olmuş, hadisə barədə özü DİN-nin 102 xidmətinə zəng vurub bildirərək özü barədə məlumat vermiş və polis əməkdaşlarının gəlməsini hadisə yerində gözləmişdir. Hadisə baş verən zamani darə etdiyi maşının yaxın və uzağa vuraq işıqları normal işləmiş və hərəkətdə olarkən onun üçün avtomobilin önündə bir neçə metr aralı məsafəni görmək üçün heç bir narahatçılıq olmamışdır. Bununla yanaşı hadisə baş vermiş yerdə yolun kənarlarını görmək üçün və piyada Şaiq Əzizovun onun hərəkət yoluna daxil olmasını görmək üçün mane olacaq yolun kənarında hər hansı nəqliyyat vasitəsi və ya başqa maneə olmamışdır. Avtomobil yoluna diqqətsiz yanaşdığı üçün piyadanın onun hərəkət yoluna daxil olmasını görməmişdir. Son olaraq əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X11 izahatında göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Bakı şəhəri Xətai rayonu, Xudu Məmmədov küçəsi ev 38, mənzil 201-də anası X8 və qardaşı X12 birlikdə yaşamışdır. X2 ilə anası Kəmalə Əliyeva bir neçə il əvvəl boşanmış və atası Şaiq onlarla birlikdə yaşamamışdır. Birlikdə yaşamasa da atası Şaiq müxtəlif nömrələrdən ona zəng vurub mütəmadi əlaqə saxlamış, başqa ailə üzvləri ilə heç bir əlaqəsi olmamışdır. Atası Şaiq müxtəlif ünvanlarda fəhləlik etmiş və kirayədə yaşamışdır. Həmçinin atası Şaiq mütəmadi spirtli içki qəbul etmişdir. 2023-cü ilin fevral ayının əvvəllərindən atası Şaiq əlaqəni kəsmiş və harada olması barədə məlumatı olmamışdır. Sonradan maraqlandıqda məlum olmuşdur ki, 04 fevral 2023-cü il tarixdə saat 07 radələrində X2 Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən Azinko adlanan yaşayış kompleksinin qarşı tərəfində avtomobil yolunu keçərkən onu avtomobil yolu ilə hərəkət edən əvvəllər tanımadığı adını sonradan bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi «Toyota Prius» markalı **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobillə vuraraq bədən xəsarətləri yetirmiş və hadisə ilə bağlı atası Şaiqi Bakı Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə aparmışlar. 03 aprel 2023-cü il tarixdə atası Şaiq Əzizov hadisə zamanı aldığı bədən xəsarətlərindən həmin xəstəxananın reanimasiya şöbəsində ölmüş, bu barədə ona hadisə ilə bağlı Nərimanov Polis İdarəsinə dəvət olunduqda məlum olmuşdur. Hadisəni törətmiş sürücünü tanımır, həmin şəxslə onun və ya ailə üzvlərinin heç bir ədavəti olmamışdır. Son olaraq təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın aradan qaldırıldığını, təqsirləndirilən şəxslə barışıq əldə etdiyini, ona qarşı şikayət və tələbinin olmadığını bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim edərək təqsirləndirilən şəxsə yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Toyota Prius markalı **-DX-*** nömrəli avtomobili xx.xx.2021-ci il tarixdə Gürcüstan Respublikasında qohumu Gürcüstan Respublikasının vətəndaşı X4 adına alaraq onun adına sənədləşdirmiş və Aybəniz Nuriyeva onun adına baş etibarnamə vermişdir. Azərbaycan Respublikasına qeyd olunan avtomobili gətirdikdən sonra bir müddət özü idarə etmişdir. 30 yanvar 2023-cü il tarixdə həmin avtomobili şifahi razılaşma əsasında icarə şərti ilə idarə etmək üçün tanışı Təqsirləndirilən şəxs vermişdir. Belə ki, icarənin şərtinə görə Ruslan həmin avtomobili idarə etdiyi müddətdə hər ay ona 750 manat icarə pulu ödəməli olmuş və 3 il müddətində həmin şərtlə pulu ödədikdən sonra maşın onun mülkiyyətinə keçir. Aralarında razılıq olduqdan sonra maşını idarə etmək üçün Ruslana vermişdir. 04 fevral 2022-cü il tarixdə Ruslan ona zəng vurub bildirmişdir ki, həmin gün saat 07 radələrində icarə ilə edarə etdiyi ona məxsus qeyd olunan avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsində Azinko adlanan yerin qarşı tərəfində yolu keçən piyadanı vurub xəsarət yetirmiş və hadisənin baş verməsi nəticəsində maşınla vurduğu piyada xəsarətlər aldığından onu Semaşko adlanan xəstəxanaya yerləşdirmişlər. Qeyd olunan hadisə barədə ona Ruslandan məlum olmuş, hadisənin konkret olaraq hansı şəraitdə və necə baş verdiyini bilmir. Göstərmişdir ki, Toyota Prius markalı **-DX-*** nömrəli avtomobil qohumu X4 adına alsa da, avtomobil onun mülkiyyətində olmuşdur. Avtomobilin qəza zamanı sol qabaq farası sınsa da, hazırda həmin faranı təmir etdirmiş və hadisə ilə bağlı sürücü Təqsirləndirilən şəxs qarşı heç bir tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 04 fevral 2023-cü il tarixli, 2/3035 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında akt”dan görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı ayıq olmuşdur; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına xx.xx.2019-cu il tarixdə (xx.xx.2029-cu tarixədək etibarlı olan) AC 566095 nömrəli «BC» kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. Kompüter bazasına əsasən sürücülükdən məhrum edilənlər siyahısında yoxdur. “Diskə baxış keçirilməsi haqqında” 22 may 2023-cü il tarixli protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsində baş vermiş yol nəqliyyat hadisəsinin görüntüsü köçürülmüş bir ədəd DVD formatlı diskə baxış keçirilmiş, DVD diskində iki ədəd fayl olmuşdur. 1-ci fayl açıldıqda müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 07 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsindən keçən avtomobil yolunun görüntüsü vardır. Həmin video fayla baxış keçirən zaman müxtəlif markalı avtomobillərin Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi ilə hərəkət edərək gəlib, keçmələri müşahidə olunur. Görüntünün davamına baxdıqda xx.xx.2023-cü il tarixdə saat 07 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi ilə hərəkətdə olan avtomobilin sol yan hissəsi ilə yolu kkeçmək istəyən piyadanı vurması, zərbənin təsirindən piyadanın havaya qalxaraq asfaltın üzərinə çırpılması müəyyən olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən tərtib olunmuş 20 iyun 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” X13 iş üzrə təyin edilmiş məhkəmətibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 350 saylı rəyindən görünür ki, 1971-ci il təvəllüdlü X5 bədən səthində aşkar edilmiş xəsarətlər ağır komatoz vəziyyətlə müşayiət olunan qapalı kəlləbeyin travması, baş beynin, hər iki alın payının ağır dərəcəli hemorragik əzilməsi, hər ikui beyin yarımkürəsinə subdural qansızma, alın nahiyəsinin əzilmiş-cırılmış yarası, alın sümüyünün xətti sınığı, soldan hər iki topuğun sınığı bərk küt əşyanın təsirindən törənmişdir, xəsarətlər xx.xx.2023cü il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. “Cinayət işi üzrə əməlin tövsif edilməsi barədə” 03 aprel 2023-cü il tarixli qərarından görünür ki, cinayət işi üzrə əməl Azərbacan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci- maddəsindən həmin Məcəllənin 263.2-ci maddəsinə tövsif edilmişdir. Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” X13 iş üzrə təyin edilmiş məhkəmətibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 34 saylı rəyindən görünür ki, 1971-ci ildə anadan olmuş, X5 meyitinin məhkəmə tibbi müayinəsinə, adına tərtib edilmiş xəstəlik tarixçəsinə, əlavə labarator müayinəyə əsaslanaraq və qərarda qoyulan suallara əsasən aşağıdakı nəticəyə gəlinmişdir: .X1 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar edilmiş xəsarətlər - qapalı kəllə-beyin travması, baş beynin, hər iki alın payının ağır dərəcəli hemorragik əzilməsi, hər iki beyin yarımkürəsinə subdural qansızma, alın nahiyəsinin əzilmiş yarası, sağ və sol əlin arxa səthinin, sağ və sol qasıq nahiyəsinin, hər iki diz oynağının, sağ və sol baldır nahiyəsinin, sağ aşıq-baldır oynağının sıyrılmış yaraları həyati olub, xəstəxanaya daxil olmazdan az əvvəl bərk əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdir, ölümün baş vermə səbəbi ilə birbaşa əlaqəlidir.
2. X1 ölümünə səbəb - kəllə tağı və əsası sümüklərinin sınığı nəticəsində baş beyin toxumasının əzilməsi, yan mədəciklərə və qişaları altına qansızma olmuşdur. Ölüm xəstəxanada xx.xx.2023-cü il tarixdə baş vermişdir. Bunu ilkin meyit əlamətlərinin inkişaf dərəcəsi təsdiq edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin kompleks məhkəmə video-texniki və məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının 18 sentyabr 2023-cü il tarixli 3-16-16/2-8/2440-4/1377 saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 01 ədəd optik diskdə qeydə alınmış videoyazıdakı görüntülərə görə piyada X5 hərəkət hissəsinin kənarında dayandığı yerdən «Toyota Prius» markalı **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobillə vurulma yerinə qət etdiyi məsafəyə sərf olunan real vaxtı və «Toyota Prius» markalı **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət sürətini müəyyən etmək mümkün olmadı. 3.4. İstintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalı idi ki, yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymasın. Əgər piyada keçidə daxil olmuşdursa və ya daxil olmaqdadırsa sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməlidir. Nəticədə onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbacan Respublikası Qanununun 54-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sübutların qiymətləndiriməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsində baş vermiş yol nəqliyyat hadisəsinin videogörüntüsünün əks olunduğu 01 ədəd DVD disk maddi sübut kimi tanınmışdır. “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; Zərərçəkmiş şəxsin hüquqi varisi X9 məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, X11 X2nun ölümü ilə nəticələnmış yol nəqliyyat hadisəsi barədə Təqsirləndirilən şəxs ilə barışmışdır. Onun barəsində heç bir şikayət və tələbi yoxdur və gələcəkdə də olmayacaq. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CMin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-in 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Həmin qərarın 11-ci bəndində qeyd olunmuşdur ki, CM-in 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin kompleks məhkəmə video-texniki və məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının 18 sentyabr 2023-cü il tarixli 3-16-16/2-8/2440-4/1377 saylı rəyindən görünür ki, sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinə əsasən nizamlanan piyada keçidlərində svetoforun icazə siqnalı yandırıldıqda, sürücü imkan verməlidir ki, həmin istiqamətin hərəkət hissəsindəki piyadalar yolu keçməyi başa çatdırsınlar. Əgər piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalıdır ki, yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymasın. Əgər piyada keçidə daxil olmuşdursa və ya daxil olmaqdadırsa sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: əməlindən peşman olmasını; zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını (CM-in 59.1.12-ci maddəsi); ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi X11 ilə barışmış, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq aradan qaldırmış və sonuncu tərəfindən ona qarşı şikayət və tələb olmamaqla yanaşı təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar aşkar edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qeyd olunan yüngülləşdirən hal Təqsirləndirilən şəxs vəziyyətini və cəzasını yüngülləşdirdiyindən ona təqsirli bilindiyi CM-in 263.2-ci maddəsi ilə həmin Məcəlləsinin 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını məntəqə tipli müəssisədə çəkməli (CM- 56.1.1), cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut videogörüntünün əks olunduğu 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1.). CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, həmçinin vəkil Müdafiəçi tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə vəkil Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 iş saatı üçün cəmi 180 (yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “FEMİDA” Vəkil Bürosunun hesabına köçürülməlidir.
Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6(altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il 3(üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - videogörüntünün əks olunduğu 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 150 (yüz əlli) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, KOD–210005, VÖEN **********, m/h AZ41 NABZ013601**********3944, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba keçirilsin. Müdafiəçi oglu tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatı üçün cəmi 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “FEMİDA” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Hakim: Gültəkin Əsədova