Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-483/2022 19.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx xxxx 2004-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, 9-cu sinif təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Cəbrayıl rayonu, Balyand kəndində qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Baksol yaşayış məntəqəsində yerləşən Ə.Qayıbov küçəsində fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 xx xxxx 2004-cü ildə Ağcabədi rayonu, Hindarxı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, 9-cu sinif təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağcabədi rayonu, Hindarxı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Baksol yaşayış məntəqəsində yerləşən Ə.Qayıbov küçəsində fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2022-ci ilin aprel ayının 12-də saat 23 radələrində ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-nin hasarından firmanın mühafizə olunun ərazisinə qanunsuz olaraq daxil olmaqla saxlanc yerindən hər birinin dəyəri 20 manat olan, ümumi dəyəri 1380 manat təşkil edən 6x2.20 ölçüdə 69 ədəd dəmir dirəkləri gizli olaraq talamaqla "xxxx" MMC-yə ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən tamalı niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2022-ci ilin aprel ayının 13-də saat 24 radələrində ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-nin hasarından firmanın mühafizə olunan ərazisinə qanunsuz olaraq daxil olmaqla saxlanc yerindən hər birinin dəvəri 20 manat olan, ümumi dəvəri 1000 manat təşkil edən 6x2.20 ölçüdə 23 ədəd dəmir dirəkləri gizli olaraq talamaqla, qeyd olunan məbləğdə "xxxx" MMC-yə ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2022-ci ilin aprel ayının 12-də gecə saatlarında ünvan 1 ünvanınında yerləşən "xxxx" MMC-nin hasarından binanın mühafizə olunan ərazisinə qanunsuz olaraq daxil olub saxlanc yerindən hər birinin dəyəri 20 manat olmaqla ümumi dəyəri 1000 manat təşkil edən 6x2.20 ölçüdə 50 ədəd dəmir dirəkləri oğurlamağa cəhd edən zaman binanın mühafizəçisi Şahid1 qışqırıq səslərini eşidib hadisə yerindən uzaqlaşmaqla, öz iradəsindən asılı olmayan səbəbə görə oğurluq cinayətini başa çatdıra bilməmiş və bu hərəkətləri ilə o, oğurluğa cəhd etmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2022-ci ilin aprel ayının 12-də saat 23 radələrində ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-nin hasarından firmanın mühafizə olunan ərazisinə qanunsuz olaraq daxil olmaqla saxlanc yerindən hər birinin dəyəri 20 manat olan ümumi dəyəri 1380 manat təşkil edən 6x2.20 ölçüdə 69 ədəd dəmir dirəkləri gizli olaraq talamaqla "xxxx" MMC-yə ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2022-ci ilin aprel ayının 13-də saat 24 radələrində ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-nin hasarından binanın mühalizə olunan ərazisinə qanunsuz olaraq daxil olmaqla saxlanc yerindən hər birinin dəyəri 20 manat olan, ümumi dəyəri 460 manat təşkil edən 6x2.20 ölçüdə 23 ədəd dəmir dirəkləri gizli olaraq talamaqla, qeyd olunan məbləğdə "xxxx" MMC-yə ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2022-ci ilin aprel avının 14-də gecə saatlarında ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-nin hasarından binanın mühafizə olunan ərazisinə qanunsuz olaraq daxil olub saxlanc yerindən hər birinin dəyəri 20 manat olmaqla ümumi dəyəri 1000 manat təşkil edən 6x2.20 ölçüdə 50 ədəd dəmir dirəkləri oğurlamağa cəhd edən zaman binanın mühafizəçisi Şahid1 qışqırıq səslərini eşidib hadisə yerindən uzaqlaşmaqla öz iradəsindən asılı olmayan səbəbə görə oğurluq cinayətini başa çatdıra bilməmiş və bu hərəkətləri ilə o, oğurluğa cəhd etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2022-ci ilin aprel ayının 12-də məhəllədə yerləşən kafedə saat 20 radələrində Həzrətlə birlikdə oturub şam etmiş, o araq, Həzrət isə pivə içmişdir. Bundan sonra, birlikdə kafedən çıxıb məhəllə tərəfdə gəzişən zaman yaxınlıqda yerləşən "xxxx" MMC-nin həyətində çoxlu sayda dəmir dirəklər diqqətini cəlb etmiş və o, Həzrətə birlikdə həmin binanın həyətinə hasardan keçib girərək oradan dəmir dirəklər oğurlayıb sonra aparıb yaxınlıqdakı metal qəbulu sexinə satmağı, əldə etdiyi pulu isə yarıbayarı bölməyi təklif etmişdir. Həzrət onun təklifinə etiraz etməmiş və razılaşdıqdan sonra təxminən saat 23 radələrində yolun üstündə moykaların kənarında atılmış əl arabası tapmış və onu götürüb firmanın hasarına yaxınlaşmış və sonra birlikdə hasara dırmaşaraq həyətə girdikdən sonra orada ikisi də birlikdə dəmir dirəkləri götürüb hasarın bayır tərəfinə tullamağa başlamışlar. Cəmi 69 ədəd dəmir dirək oğurlayıb bayıra çıxdıqdan sonra hasardan keçib bayıra düşmüşlər. Sonra onları hissə-hissə arabaya yığıb onların evinin arxa hissəsinə gətirib yığmışlar. Təxminən 2 saat ərzində dirəkləri daşımış, sonra qalxıb evə yatmağa getmişlər. Səhəri günü məhəllədə təxminən saat 11-12 radələrində onları tanışı Bəhruz adlı şəxsin yük avtomobili ilə daşıyıb məhəllədən bir qədər kənarda yerləşən üzdən tanıdığı, lakin heç bir münasibəti olmayan Şahin adlı şəxsin işlətdiyi əlvan metal qəbulu sexinə gətirmişlər və Şahinə dirəklərin özlərinə məxsus olduğunu və onları satmaq istədiklərini bildirmişdir. Şahin də onlara inanmış və 69 ədəd dirəkləri ona satmışlar. Şahin ona 670 manat məbləğində pul vermiş və o, həmin puldan 20 manat Bəhruza zəhmət haqqı kimi vermiş, qalan pulu isə Həzrət ilə aralarında yarıbayarı bölmüşlər. Pulları öz ehtiyacları üçün xərcləmişlər. Sürücü Bəhruz həmin dirəklərin oğurluq olduğunu bilməmişdir. Bundan sonra, 13 aprel 2022-ci il tarixdə saat 24 radələrində eyni üsulla yenidən həmin ünvandan dəmir dirəklər oğurlayıb satmağı qərara almışlar. Onun təklifi ilə Həzrət ilə birlikdə firmanın həyətinə hasardan aşmaqla daxil olmuşlar və bu dəfə isə cəmi 23 ədəd dəmir dirək oğurlayıb əl arabasında daşıyaraq həyətlərinə gətirib yığmışlar və səhəri günü dəmir dirəkləri əl arabasında daşıyıb metal sexini işlədən Şahinə 220 manata satmışlar, pulu alıb aralarında yarıbayarı bölmüşlər. Bundan sonra 14 aprel 2022-ci il tarixdə gecə saatlarında təkrar onun təklifi ilə Həzrət ilə birlikdə təxminən 50 ədəd dəmir dirəkləri oğurlayıb satmaq istəmişlər. Bu məqsədlə birlikdə hasarın yanına yaxınlaşmış və ikisi də hasara dırmaşan zaman onları kimsə görüb qısqışaraq dayanmağlarını tələb etmiş və onlar hay-küy və qışqırıq səsini eşidib oradan qaçaraq uzaqlaşmışlar. 04 may 2022-ci il tarixdə axşam vaxtı polis əməkdaşları onları saxlayıb polis bölməsinə gətirmiş və onlar orada etdikləri əməlləri tam etiraf etmiş, bundan başqa heç bir cinayət törətmədiklərini bildirmişlər. Sonda Təqsirləndirilən şəxs1 törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, dəymiş ziyanı tam ödədiyini və sonuncunun ona qarşı şikayət və tələbinin olmadığını göstərərək barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2022-ci ilin aprel ayının 12-də məhəllədə yerləşən kafedə saat 20 radələrində Təqsirləndirilən şəxs1 ilə birlikdə oturub yeyib içmişlər. Bundan sonra birlikdə kafedən çıxıb məhəllə tərəfdə gəzişən zaman yaxınlıqda yerləşən "xxxx" MMC-nin həyətində çoxlu sayda dəmir dirəklər görmüşlər. Xəyyam ona birlikdə həmin binanın həyətinə hasardan aşıb həyətə girib oradan dəmir dirəklər oğurlayıb, sonra aparıb yaxınlıqdakı əlvan metal qəbulu sexinə satmağı, əldə eldiyi pulu isə yarbayarı aralarında bölməyi təklif etmişdir. O, Xəyyamın təklifinə etiraz etməmiş və razılaşdıqdan sonra təxminən saat 23 radələrində yolunun üstündə avtoyumaların kənarına atılmış əl arabası görmüş və onu götürüb binanın hasarına yaxınlaşmışlar və sonra birlikdə hasara dırmaşaraq həyətə girərək və orada ikisi də birlikdə hasarın dibinə yığılmış dəmir dirəkləri götürüb hasarın bayır tərəfinə tullamağa başlamışlar. Cəmi 69 ədəd dəmir dirək oğurlayıb bayıra yığdıqdan sonra hasardan keçib bayıra düşmüşlər. Sonra onları hissə-hissə arabaya yığıb Xəyyamın yaşadığı evin arxa hissəsinə gətirib yığmışlar. Oğurluq edən zaman onları heç kim görməmişdir. Təxminən 2 saat ərzində dirəkləri daşımışlar, sonra ayrılıb evə yatmağa getmişlər. Səhəri günü təxminən saat 11-12 radələrində yuxudan durduqdan sonra Xəyyam gedib sürücü Bəhruz adlı şəxslə onun Qazel markalı avtomobili ilə gəlmişlər və həmin yerdən avtomobilə yükləyib daşıyaraq məhəllədən bir qədər kənarda yerləşən Şahinin işlətdiyi metal qəbulu sexinə gətirmişlər. Xəyyam Şahinə dirəklərin özlərinə məxsus olduğunu və satmaq istədiklərini bildirmişdir. Şahin onlara inanmış və 69 ədəd dirəkləri ona satmışlar. Şahin Xəyyama 670 manat məbləğində pul vermiş, sonra həmin pulu aralarında yarbayarı bölmüşlər. Bundan sonra, 13 aprel 2022-cı il tarixdə saat 24 radələrində eyni üsulla yenidən Xəyyamın təklifi ilə birlikdə firmanın həyətinə hasardan aşmaqla daxil olmuşlar. Bu dəfə isə cəmi 23 ədəd dəmir dirək oğurlayıb onları Xəyyamın evinin həyətinə yığdıqdan sonra əl arabası ilə daşıyıb dəmir məmulatları sexini işlədən Şahinə 220 manata satmışlar, pulu aldıqdan sonra aralarında yarbayarı bölmüşlər. Bundan sonra 14 aprel 2022-ci il tarixdə gecə saatlarında təkrar Xəyyamın təklifi ilə həmin firmaya girib təxminən 50 ədəd dəmir dirəkləri oğurlayıb satmaq istəmişlər. Bu məqsədlə birlikdə hasarın yanına yaxınlaşıb hər ikisidə hasara dırmaşan zaman, onları kimsə görmüş və qışqıraraq dayanmağlarını tələb etmişdir. Onlar isə qışqırıq səsini eşidib oradan qaçaraq uzaqlaşmış və heç nə oğurlaya bilməmişlər. 04 may 2022-ci il tarixdə axşam vaxtı polis əməkdaşları onları saxlayıb polis bölməsinə gətirmiş və onlar orada etdikləri əməlləri tam etiraf etmişlər. Sonda Təqsirləndirilən şəxs2 törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, dəymiş ziyanı tam ödədiyini, sonuncunun ona qarşı şikayət və tələbinin olmadığını göstərərək barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, o, 2019-cu ildən etibarən "xxxx" MMC-nin direktoru vəzifəsində işləmişdir. Firma tikinti şirkətlərinə məxsus müxtəlif tikinti materiallarını müqavilə əsasında təhvil alıb onları saxlamaq fəaliyyəti ilə məşğul olmuşdur. Sonuncu dəfə 05 aprel 2022-ci ildə yoxlama keçirilmiş və tikinti materiallarının hamısının yerində olduğunu müəyyən etmişlər. 14 aprel 2022-ci il tarixdə ona mühafizəçi Ramazan tərəfindən gecə saat 24 radələrində iki nəfər tanımadığı cavan oğlanların hasardan dırmaşaraq firmanın həyətinə oğurluq etməyə cəhd göstərdiklərini görüb, səs-küy saldığı və həmin şəxslərin qorxaraq qaçılb getdikləri barədə məlumat vermişdir. Bundan sonra həmin məlumat əsasında onlar həyətdə saxlanılan tikinti materiallarını yoxlamağa başlamışlar. Təftiş yoxlanılması zamanı “Maqnoliya-99" MMC-nin həyətində mühafizə olunan 1000 ədəd dəmir dirəklərdən 200 ədədinin çatışmadığını müəyyən etmişlər. Sonra həmin 200 ədəd dəmir dirəklər müxtəlif vaxtlarda ona məlum olmayan şəxslər tərəfindən oğurlanmışdır. Dəmir dirəyin bir ədədinin qiyməti 20 manat olmuşdur, ümumilikdə firmaya 4000 manat məbləğində maddi ziyan dəymişdir. Bu barədə polisə ərizə ilə müraciət edilmiş, sonradan həmin oğurluğun Həzrət və tanıdığı Xəyyamın etdiklərini bilmişdir. Bir müddət sonra Xəyyamın babası Şahmar kişi 48 ədəd dəmir dirəkləri Qazel avtomobilində gətirib təhvil vermişdir. O da həmin dirəklərin onların firmaya aid olduğundan onları tanımış və qəbul etmişdir. Sonda zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X6 təqsirləndirilən şəxslərlə barışdığını, dəymiş ziyanın tam ödənildiyini və onlara qarşı şikayət və tələblərinin olmadığını bildirirək bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Zifi oğlu ifadəsində bildirmişdir ki, 2015-ci ildən etibarən "xxxx" MMC-nin rəsmi mühafizəçi işləyir. Onların firması tikinti şirkətlərinə məxsus müxtəlif tikinti materiallarını müqavilə əsasında təhvil alıb onları saxlamaq fəaliyyəti ilə məşğul olur. Həmin tikinti materialları firmalarının balansında saxlanılmaqla onlara nəzarəti həyata keçirirlər. Bir gündən bir o, saat axşam 18-00 dan səhəri günü 8-00 dək firmanın ərazisini mühafizə edir. 14 aprel 2022-ci il tarixdə gecə saat 24 radələrində iki nəfət tanımadığı cavan oğlanların hasardan dırmaşaraq firmalarının həyətinə oğurluq etməyə cəhd göstərdiklərini görüb, səs-küy salmış və həmin şəxslər səsküydən qorxaraq qaçıb getmişlər. Həmin vaxtı hasar tərəf qaranlıq olub. Təxminən firmanın girişindən 60-70 metr aralıda iki nəfər tanımadığı şəxsin hasara dırmaşdığını görmüş və başa düşmüşdür ki, onlar oğurluq etmək istəyirlər o, qışqıraraq dayan-dayan demiş, həmin şəxslər onun qışqırıq səsindən hürkərək yolun o biri tərəfinə qaçaraq gözdən itmişlər. O, onların hasara dırmaşdığı yerə tərəf gəlmiş, lakin heç bir əşya görməmişdir. Başa düşmüşdür ki, onlar ikisində oğurluğa cəhd göstərmişlər. O, bu barədə firmanın direktoruna məlumat vermişdir. 12 aprel 2022-ci ildə o, iş başında olsa da, gecə saatlarında firmadan oğurluğun olmasını bilməmişdir. 13 aprel də isə digər mühafizəçi Hakim adlı şəxs olmuşdur. Bundan sonra həmin məlumat əsasında onlar həyətdə saxlanılan tikinti materiallarını yoxlamağa başlamışlar, yoxlama zamanı "xxxx" MMC-nin həyətində mühafizə olunan 1000 ədəd dəmir dirəklərdən 200 ədədinin çatışmamazlığı müəyyən edilmişdir. Sonra məlum olmuşdur ki, həmin 200 ədəd dəmir dirəklər müxtəlif vaxtlarda ona məlum olmayan şəxslər tərəfindən oğurlanmışdır. Hər bir dəmir dirəyin qiyməti 20 manatdır. Ümumilikdə firmaya 4000 manat məbləğində maddi ziyan dəymişdir. Sonuncu dəfə təxminən aprel ayının əvvəllərində yoxlama keçirmişlər və tikinti materiallarının hamısının yerində olduğunu müəyyən etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, 2021-cu ilin may ayından etibarən "xxxx" MMC-nin mühafizəçi işləmişdir. Onların firması tikinti şirkətlərinə məxsus müxtəlif tikinti materiallarını müqavilə əsasında alıb onları saxlamaq fəaliyyəti ilə məşğul olurmuş. Həmin tikinti materialları firmanın balansında saxlanılmaqla onlara nəzarəti həyata keçirirlərmş. Bir gündən bir o, axşam saat 18-00 dan səhəri 8:00-dək firmanın ərazisini mühafizə edirmiş. 13 aprel 2022-ei il tarixdə o, saat 18- 00-da mühafizə xidmətinə başlamışdır və səhəri günü saat 8- kimi işləmişdir. Lakin, heç bir şübhəli hal nəzər diqqətini cəlb etməmişdir. Növbəti dəfə işə gələndə, yəni 14 aprel 2022ci il tarixdə gecə saat 24 radələrində iki nəfər cavan oğlanların hasardan dırmaşaraq firmanın həyətinə oğurluq elməyə cəhd göstərdiklərini nəzarətçi Ramazan görmüş, səsküy salmış və həmin şəxslər səs-küydən qorxaraq qaçıb getmişlər. Bundan sonra həyətdə saxlanılan tikinti materiallarını yoxlamağa başlamışlar. Yoxlama zamanı "Maqnoliya-99” MMC-nin-nin həyətində mühafizə olunan 1000 ədəd dəmir dirəklərdən 200 ədədinin çatışmamasını müəyyən etmişlər. Həmin 200 ədəd dəmir dirəklər müxtəlif vaxtlarda ona məlum olmayan şəxslər tərəfindən oğurlanmışdır. Hər bir dəmir dirəyin qiyməti 20 manat olmuşdur. Sonuncu dəfə təxminən aprel ayının əvvəllərində yoxlama keçirilmiş və tikinti materiallarının hamısının yerində olduğunu müəyyən etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, 05 may 2022-ci il tarixdə nəvəsi Təqsirləndirilən şəxs1 Nərimanov polisi tərəfindən tutulduqdan sonra Xəyyam tanışı Həzrət adlı oğlanla birlikdə yaxınlıqda yerləşən "Maqnoliya" firmasının həyətinə gecə vaxtları hasardan aşmaqla iki dəfə daxil olub və oradan dəmir dirək oğurladığı ona məlum olmuş, sonra onları metal qəbulu sexini işlədən Şahin adlı şəxsə sataraq əldə etdikləri pulu öz ehtiyaclarına xərcləmişlər. Sonuncu dəfə isə həmin firmaya hasardan girmək istəyəndə nəzarətçi qışqıraraq hay-küy salmış, onlar da tutulacaqlarından ehtiyyat edib qaçmışlar. Sonra o, həmin oğurlanmış əşyaların Şahinə satıldığını bilmiş və Həzrətin atası ona cəmi 500 manat pul vermiş, gedib həmin pulu Şahinə verib dəmir dirəkləri ondan geri alıb Maqnoliya şirkətinə qaytarmaq istəmişlər. Bundan sonra o, məhəllədə yaşayan Bəhruzun avtomobili ilə 2022-ci ilin iyun ayının əvvəlində Şahinin yanına getmişdir. Şahin 92 ədəd dəmir dirəkləri Xəyyam və Həzrətdən aldığını bildirmişdir. Həmin dirəkləri alarkən onların oğurluq olmadığını demiş və sonra o, Şahinə 500 manat pul ödəmiş və ona 48 ədəd dəmir dirək vermiş, dəmir dirəkləri avtomobilə yüklətdirib Maqnoliya firmasına təhvil verilmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş və məhkəmə iclasının vaxtı və yeri barəsində xəbərdar olmuş Şahid4 Teymur oğlu məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid4 Teymur oğlunun ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 8-ci vərəqində olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, təftiş zamanı "xxxx" MMC-nin həyətində saxlamada olan 1000 (min) ədəd dirəklərdən 200 ədədinin çatışmamazlığı, yəni oğurlandığı aşkar edilmişdir. 1 ədəd dəmir dirəyin dəyəri 20 manat olmaqla cəmi ziyan 4000 manat dəyərində təşkil etmişdir. Cinayət işinin 18-21-ci vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” 04 may 2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci PŞnin təhqiqatçısı Həmid Ağayev vətəndaş X2 rəhbərlik etdiyi "xxxx" MMC-nin ərazisindən tikinti materiallarının oğurlanmasına dair müraciəti ilə əlaqədar hadisə yerinə gələrək Azərbaycan Respublikası CPM-nin 86, 51.5 və 236-cı maddələrini rəhbər tutub X2 və hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirmişdir. Baxış zamanı müəyyən olundu: Hadisə yeri ünvan 2 ünvanında "xxxx" MMC-nin həyətyanı sahəsidir. Hadisə yerinə baxış zamanı iş üçün əhəmiyyətli əşya və ya predmet götürülməmişdir. Hadisə yerinə baxış zamanı tərəfindən bu barədə protokol tərtib olundu və hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə ediləcəkdir. Hadisə yerinə baxış gündüz, təbii işıq şəraitində keçirilmişdir. Baxış zamanı “Samsung ” markalı mobil telefon istifadə olunmuşdur. Hadisə yerinə baxış keçirilərkən və protokol tərtib olunarkən iştirakçılar tərəfindən heç bir irad və ya təklif daxil olmamışdır. Cinayət işinin 56-cı vərəqində olan “Şübhəli şəxsin tutulması haqqında” 05 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 05 may 2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 71-ci vərəqində olan “Şübhəli şəxsin tutulması haqqında” 05 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 05 may 2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 94-95-ci vərəqələrində olan “Qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi haqqında” 07 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbirinin seçilməsi və onun saxlanıldığı Nərimanov RPİ-nin MSY-dən azad edilməsi qərar alınmışdır. Cinayət işinin 110-111 vərəqələrində olan “Qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi haqqında” 07 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi və onun saxlanıldığı Nərimanov RPİ-nin MSY-dən azad edilməsi qərar alınmışdır. Cinayət işinin 114-cü vərəqində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 116-cı vərəqində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 117-119-cu vərəqələrində olan “Təqdim etmə baxış keçirmə haqqında” 16 may 2022-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi X4 ********* saylı cinayət işi üzrə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X2 iştirakı ilə Azərbaycan Respublikası CPM-nin 51, 85-ci maddələrinin tələblərini rəhbər tutub həmin protokolu tərtib etmişdir. Təqdim etmə zamanı müəyyən olundu: ünvan 3 ünvanında yerləşən "xxxx" MMC-nin həyətindən oğurlanmış 48 ədəd dəmir dirəklərin olduğu, həmin dirəklərin təqsirləndirilən şəxs X1 babası Şahid3 tərəfindən firmaya təhvil verildiyi müəyyən edilmiş və həmin dirəklər iş üzrə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinə saxlanılması üçün verilmişdir. Həmin əşyaların fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. Cinayət işinin 126-127-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 iyun 2022-ci il tarixli, 9/3590 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş bir ədəd 6 sm diametrində, 2,20 metr uzunluğunda olan dəmir dirəyin istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin mart ayında orta bazar qiyməti təxminən 19,0 manat müəyyən edilmişdir. Cinayət işinin 188-198-ci vərəqələrində olan “Sübutların qiymətləndirilməsi barədə” 15 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbirinin “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz olunması, cinayət işi üzrə "xxxx" MMC-dən oğurlanmış dəmir dirəklərdən 48 ədədi müəyyən edildiyindən həmin dəmir dirəklərin iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən və cinayətin predmeti olduğundan maddi sübut kimi tanınması, cinayət işinin materiallarına əlavə edilərək saxlanılması üçün "xxxx" MMC-nə təhvil verilməsinin nəzərə alınması qərara alınmışdır. Cinayət işinin 212-213-cü vərəqələrində olan “Qətimkan tədbirinin əvəz edilməsi haqqında” 15 avqust 2022-ci il tarixli qərardan görünür ki Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbirinin “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməsi qərara alınmışdır. Məhkəməyə təqdim olunmuş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi X6 tərəfindən yazılmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxslər tərəfindən dəymiş 1840 manat maddi ziyanın 960 manatı ibtidai istintaq dövründə ödənilmişdir. Qalan 880 manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən məhkəmə baxışı zamanı təmsil etdiyi "xxxx" MMC-yə tam şəkildə ödənilmişdir. Onlar təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmışlar, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə, təqsirləndirilən şəxslərin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi özlərinin etiraflarından başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspert rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nın 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir». Həmin qərarın 11-ci bəndində qeyd edilir ki, CM-nin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar CM-nin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-nin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə cəza məsələsini müzakirə edərkən, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birinin baş vermiş cinayətdə rolunu nəzərə alaraq hesab edir ki, onların hər birinə təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdikləri cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onların özünün şəxsiyyətinə və ailə vəziyyətinə tam uyğun olmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, vurulmuş ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxslə barışmasını, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, istintaq zamanı tutma altında saxlanıldığı (2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, vurulmuş ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxslə barışmasını, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, cinayəti törədərkən yetkinlik yaşına çatmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs2 cinayət əməlini törədərkən yetkinlik yaşına çatmayan şəxs olmuşdur, buna görə də, ona cəza təyin edilərkən qanunvericiliyin yetkinlik yaşına çatmayanlara münasibətdə normaları rəhbər tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 85.4-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, istintaq zamanı tutma altında saxlanıldığı (2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 48 ədəd dəmir dirəklərin "xxxx" MMC-nə təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 10 (on) manat təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, həmçinin vəkillər tərəfindən təqdim edilmiş hesabatları nəzərdən keçirərək hesab edir ki, göstərilmiş hüquqi xidmətlərə görə Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 məhkəmədə iştirak etdikləri (hər bir müdafiəçi tərəfindən ayrı-ayrılıqda) 25 (iyirmi beş) iş saatına görə, cəmi 300 (üç yüz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə Ağcabədi rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 48 ədəd dəmir dirəklərin "xxxx" MMC-nə təhvil verilməsi nəzərə alınsın. İş üzrə ekspertiza xərci 10 (on) manat təqsirəndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdikləri hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, hər bir müdafiəçi tərəfindən ayrı-ayrılıqda 25 (iyirmi beş) iş saatına görə, cəmi 300 (üç yüz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-483/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-483/2022
19.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver