Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-483/2023 11.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs - X1, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 iştirakları ilə, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 186.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: X4 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X2 Azərbaycan Respublikası CM-nin 147.1 və 186.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında verilən şikayət onunla əsaslandırılmışdır ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5, onun barəsində sosial şəbəkələrdə və öz yaratdığı “whatsapp qruplarında” həqiqətə uyğun olmayan məlumatlar paylaşmışdır. Belə ki, X3 o, xx.xx.2022-ci ildən tanıyır. X5 xx.xx.2023-cü il tarixdən bu yana məlumatı olmadan insanları ona qarşı qoyaraq ictimai nüfuzunu zədələyəcək işlərlə məşğul olmuşdur. xx.xx.2023-ci il tarixdə Aygün “Whatsapp qrupunda” səsli mesaj atır: - “Bir elə 40 dəqiqə vaxtımız getdi. Gulara ilə bizim Günay xanımı tanıyanlar varda, onlar birləşib vəsatətlər yazmışdılar, gərəksiz yerə düzdü vaxtımız getdi. 40 dəqiqə az deyil heç olmaya bir 3 nəfər danışmasa da iki nəfər danışa bilərdi. Elə olub 40 dəqiqəyə 4-5 nəfər belə danışa bilib. Baxır bunların bizim vaxtımızı almaqlarına Xavərdi, Gülaradı qəsdən suallar verirlər buda ifadə verib ifadə verəndə də suallar yersizdir. Gülara Gunayı da əlində istədiyi kimi sağa sola yazdırır vəsatətində. Yəni bizi bölməyə çalışır mən vətəndaşlardanam yəni sözümüz birdi kim mövqeyini dəyişsədə fikrini dəyişsədə yəni mən onsuz dəyişmiyəcəm dəyişən olsaydım əvvəldən min təklif gəldi təkliflərə getmədim.”. Aygün qrupa səsli mesaj atır: - “Maya xanım dünən özünüz məhkəmədə idiniz özünüz şahid oldunuz ki, mən hər şeyi unutsam da onların məhkəmədə bir birinə baxışını unutmaram necə sevgi dolu baxışlarla baxışırdılarsa. Yəni özünüz gördünüz. Vallah mənim vicdanım təmizdir mən ona həddindən artıq dəstək vermişəm Yegan məsələsindədə hər yerdə də dəstək vermişəm. Məsələn bir tikəni bölüb yeyən olmuşuq vaxt var idi indi bilmirəm məni hər yerdən bloka atıb telefon işlətmirəm, icazə vermirlər, yəni belə də deyir özünə də demişəm. Bəs yaxşı mənimlə əlaqə saxlamırdınsa amma ki, Gularadan hər tərəfli məlumatın var indiyənə qədər hər şey planlı imiş, ayrıldı nəsə özü bilər. Mənim pulumu ödəməsələr çəkilməyəcəm. ödəsələr tutaq ki məhkəməyə getməyəcəm kənardan izləyəcəm.”. xx.xx.2023-ci il tarixdə “Teleqram OCOS.UK qrupu” sosial şəbəkəsində “Doktor Aygün” və “Moy Mir” adlı istifadəçi adı ilə paylaşım edir: - “Ay ağzı əyrimçə. Guya millət bilmir nə qaynadırsan. Öz qırıq telefonun da, caynaxların da özgə gözünə girsin. Mamamın adına aldığın telefonda çox ....... yeyəcəksən hamıya da məlumdur. ..... çatır öz adınla gəl də. Bir dəfə də olsun ....... qaldırıb günaycik adınla yazmadın, səs atmadın ömür boyu doktor Aygünün ....... içində gizlənib yazdın da ona buna, indi də Lalamin ....... yalayırsan ki, nə olar mən yazanda silmə (o sən bax busan özü özünə edənə dağ da qalxa, bacarmaz. Özün öz ağzına ........ öl yerə gir.”. “Ay ......, qucaqlarda gəzən əyrimçə, mənim ........ də, Anarı da, ürəyin istəyən başqa kişiləri də sübut etməyənin anası Sevincin də ........ xalasının da ağzını mən Aygün ərim Mehdiyə, atam İsgəndərə ......... Öl elə ay ......... Ev dağıdan qancıq. Sən düz adam olsaydın mənim ərimə ....... padruqanla zəng edib dava salmazdın evimə. Gözün göturmədi də məni. Ay əyrimçə mənim namusuma da, malıma mülkümə də, uşağıma da, işimə də paxıllıq etdin. Öl yerə gir. Ərimlə məni şantaj edənimə bax. Mənim ərimin səsi səni cirandan kesib. Çünki səni həmişə ...... satqın ...... bilib. Onu da sübut etdi. Ərimin səsini də yay görüm sonra Mehdimin hansi ........ yalayacaqsan.”. “Mən söyən yox, sənin kimi cırıx ağızları arvadlıgımla .......... Sən məni yaxşı tanımamısan görünür. Səni bu qədər yaxınıma buraxıb səni oxuyub tullayanlardanam. Sən də sevinmişdin ki, aha Aygün krucoka keçdi. Sevgiylə hər ...... yeyə bilərəm. Milləti ...... üstə qoyaram. Ortada yanan da Aygün olar. Sən məni bloka atıb sevgilin gulickayla hırıldamaqla məni məhkəmədə şikayət etməklə həyatının onsuzda ən böyük səhfini etdin. Səni qınamıram ki, işverməklə ........ doğulmusan sən. Ay əyrimçə GÜNAYCİK.”. Bununla da hesab edir ki, “Teleqram OCOS.UK qrupunda”, “Whatsapp qrupunda” sosial şəbəkəsində yalan olduğunu bilə-bilə, şərəf və ləyaqətini ləkələyən, nüfuzdan salan məlumatları yaymaqla ona böhtan atdığına və internet informasiya ehtiyatında şərəf və ləyaqətini qəsdən alçaltdığına görə X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyətinə cəlb edilməsi barədə qərar qəbul edilməlidir. Hörmətli məhkəmə, X5, bununla yetinməyib uzun müddət onu təqib edib. xx.xx.2023-cü il tarixdə onun yaşadığı ünvandan çıxmağını izləmiş, o, saat 14:00-15:00 aralığı evdən çıxaraq uzaqlaşmışdır. Həmin zaman intervalında X5 onun yaşadığı binanın qapısına yaxınlaşaraq, digər binada yaşayan sakinlər tərəfindən açılmasını gözləyərək binaya daxil olmuşdur. Binaya daxil olduqdan sonra fotoşəkillər çəkib Whatsappdan kiməsə göndərdiyi təhlükəsizlik müşahidə kameraları tərəfindən aydın şəkildə görsənir və 13-cü mərtəbəyə qalxan X5 bir daha qapının foto şəkilini çəkmiş, sonra isə su sayğacları olan şaxtaya yaxınlaşaraq onun su sayğacını bağlayaraq onun evdə işlək vəziyyətdə qoyub getiyi paltar yuyan maşınını sıradan çıxarmışdır. 18:15-də evdə olduğunda suyun gəlmədiyini və sayğaca baxdığında su sayğacının bağlandığını görmüşdür. O, yaşadığı mənzilə quraşdırdığı kameraya baxdığında şaxtada yerləşən su sayğacına X2 müdaxiləsini görmüşdür. Dərhal 102 çağrı mərkəzinə məlumat vermiş, yerli hüquqmühafizə orqanlarına məlumat vermişdir. Yasamal rayon polis şöbəsi dəfələrlə Aygün Baxşəliyevanı dəvət eləsələr də, yayınaraq gəlməmişdir. Video sübutlarla da sənədləşdirmişdir, lazım gəldikdə təqdim etməyə hazırdır. Hesab edir ki, bu davam edən vəziyyət onun təhlükəsizliyinə və əmlakının təhlükəsizliyinə təhlükə yaradır. Bu məsələnin tez bir zamanda araşdırılmasını və onun təhlükəsizliyini təmin etmək və əmlakına gələcək zərərlərdən qorumaq üçün lazımi tədbirlər görülməsini, qeyd etdiyi xüsusatları nəzərə alaraq “Teleqram OCOS.UK qrupunda”, “whatsapp qruplarında” internet saytında yalan olduğunu bilə-bilə, şərəf və ləyaqətini ləkələyən, nüfuzdan salan məlumatları yaymaqla ona böhtan atdığına, əmlakını qəsdən məhv etmə və ya zədələməyə görə, xx.xx.1984-cü il tarixdə Ermənistan Respublikası Yexeqnazdor rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan - X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci və 186.1-ci maddələri ilə cinayət məsuliyətinə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 şikayət ərizəsində göstərilənləri müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, X4 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət ərizəsi qanunvericiliyin tələblərinə uyğun tərtib edilməməsi səbəbinə görə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin Məcəllənin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmin Məcəllənin 299.3.1 və 299.3.3-cü maddələrinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə və xüsusi ittiham qaydasında şikayətin məzmununun Məcəllənin 293.3.1—293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılır. Həmin Məcəllənin 301.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticəsində xüsusi ittiham qaydasında şikayətin materialında məhkəmə baxışının qeyrimümkünlüyünə səbəb olan hallar olmadıqda və xüsusi ittiham qaydasında şikayətin prosessual formasına riayət edildikdə məhkəmə baxışı təyin edilir. Həmin Məcəllənin 302.1-ci maddəsinə görə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında 1) şikayət həmin məhkəməyə aid olmadıqda; 2) şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 3) şikayətin məzmunu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 4) cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 5) barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 6) cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 7) şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; 8) şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədiyi hallarında məhkəmə baxışının keçirilməsindən imtina edir. Məhkəmə həmçinin qeyd edir ki, CPM-nin 302.1.3-cü maddəsinin tələbindən göründüyü kimi xüsusi ittiham qaydasında şikayət ərizəsi Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmalıdır. Həmin Məcəllənin 293.3.1- 293.3.7-ci maddələrinə istinadən xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsində 1) şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 2) törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 3) cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 4) şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 5) cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 6) şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 7) şikayəti vermiş şəxsin imzası göstərilməlidir. Məhkəmədə müəyyən edilmişdir ki, məhkəməyə verilmiş xüsusi ittiham qaydasında şikayətdə CPM-in 293-cü maddəsində göstərilən tələblərə riayət olunmamışdır. Belə ki, CPM-in 293.3.2-ci maddəsinə əsasən şikayət vermiş şəxs törədilmiş cinayət barədə məlumatları, yəni cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsini, onun harada, nə vaxt və necə törədilməsini, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğunu, o cümlədən maddi ziyanın məbləğini göstərməli olduğu halda, buna tam olaraq əməl etməmişdir. Şikayət vermiş şəxs X4 vermiş olduğu xüsusi ittiham qaydasında şikayətdə X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə yanaşı, həmin Məcəllənin 186.1-ci maddəsi ilə də cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Lakin CPM-in 37.2-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir. Başqa sözlə desək Cinayət Məcəlləsinin 186.1-ci maddəsində göstərilən cinayət, xüsusi ittiham qaydasında cinayət təqibinin predmetinə daxil deyildir. Bundan başqa CPM-in 293.3.6-cı maddəsinin tələbləri pozulmaqla şikayətin tərtib edildiyi yer qeyd edilməmişdir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarının 11-ci bəndinə görə məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmaması yoxlanılmalı və xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul etməlidir. Azərbaycan Respublikası CPM-in: 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu həmin Məcəllənin 293.3.1- 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir; 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə belə hesab edir ki, X2 Azərbaycan Respublikası CM-nin 147.1 və 186.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsi Azərbaycan Respublikasının CPM-i ilə müəyyən edilmiş forma və məzmuna uyğun olmadığından xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Göstərilənlərə əsasən və CPM-in 299, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 186.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-483/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-483/2023
11.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver