Məhkəmə qərarları › İş №1(005)-484/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-484/2025

26.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-484/2025 26.02.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, X7 oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs, onun müdafiəçisi “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1964-cü il tarixdə Göyçay şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, məhəllə 577, ev 87A, mənzil 724-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcrıdxanasında həbsdə saxlanlılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə, barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə məhkəmə istintaqı aparılan X3 50000 (əlli min) manat qarşılığında həbsdən azad etdirəcəyi barədə sonuncunun oğlu Şahid1 və onun qaynı Zərərçəkmiş şəxs yalan vəd verib, 2024-cü ilin avqust ayının əvvəllərində Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən “BazarStore” mağazasının qarşısında Zərərçəkmiş şəxs tanışı vasitəsilə ona göndərdiyi 36480 (otuz altı min dörd yüz səksən) manat pulu, daha sonra 2024-cu ilin avqust ayının sonlarında Bakı şəhəri, Nərimanov rayonu, A.Nemətulla küçəsində yerləşən “Xəmsə” kafesində Şahid1la görüşərək Zərərçəkmiş şəxs sonuncunun vasitəsilə ona göndərdiyi öncədən müəyyən edilmiş 50000 manat məbləğdən qalıq qalmış 13520 (on üç min beş yüz iyirmi) manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib öz şəxsi ehtiyaclarına sərf edərək, etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmış şəxs Zərərçəkmiş şəxs 50000 (əlli min) manat xeyli miqdarda zərər vurmaqla dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178 2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 178.2.4-cu maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bildiyini qeyd etməklə ifadəsində göstərmişdir ki, Şahid1 adlı şəxsi köhnə tanışı X1 görə tanımışdır. Belə ki, Rusiya Federasiyasında yaşayan İlhamla münasibətləri təxminən 10 ildən bir qədər çox müddət bundan öncə yaranmışdır. İlham Babayev təxminən 2024cü ilin iyul ayında onun istifadəsində olan 050 *** ** ** mobil nömrəyə zəng etmişdir. Zəng zamanı İlham bildirmişdir ki, bir nəfər Şahid1 adlı yaxını var və onun atası Bakı şəhərində həbs edilmişdir. Həmin şəxsi həbsdən azad etdirmək lazımdır. İlhamdan həbs olunmuş şəxs barədə soruşmuşdur. İlham isə şəxsin Əliyar Həsənov olduğunu, həmin şəxsin “Bravo marketdə ekspeditor işlədiyini və malları mənimsədiyini, bu səbəbdən həbs olunduğunu ona bildirmişdir. Hazırda işin məhkəmədə olduğunu demişdir. O, İlhamdan nə qədər pul verə biləcəklərim soruşmuşdur. İlham bildirmişdir ki, 50.000 (əlli min) manat pul verə bilərlər. O da razılıq vermişdir. Daha sonra Anarla danışmağa başlamışdır. Təxminən 2024-cü ilin avqust ayında razılaşmaya əsasən Şahid1 göndərdiyi 2 nəfər şəxslə gecə saatlarında Nərimanov rayonu, A.Nemətulla küçəsində yerləşən “BazarStore” marketin qarşısında görüşmüşdür. Həmin şəxslərin adını bilməmiş və onlar haqqında məlumatı olmamışdır. Şəxslər xatırlamadığı xarici markalı köhnə model avtomobillə görüşə gəlmişlər. Qaranlıq olduğu üçün xarici görünüşləri də yadında qalmamışdır. O, həmin şəxslərin avtomobilində pulu almış və saymışdır. Pulun məbləği 36480 manat olmuşdur. Pulu aldıqdan sonra evə getmişdir. Səhəri gün Anarla danışmış və pulu aldığını demişdir. Anar isə qalan pulu tezliklə Bakıya gələn zaman özünün görüşüb verəcəyini demişdir. Təxminən 10-20 gün sonra 2024-cü ilin avqust ayının sonlarında Anar Bakıya gəlmişdir. Anarla zəngləşmiş və Nərimanov rayonu, A.Nemətulla küçəsində yerləşən “Xəmsə” kafesində görüşmüşdür. Görüş zamanı Şahid1 ona qalıq qalmış 13520 manatı təqdim etmiş və o pulu sayıb götürmüşdür. Anar ondan işin necə olacağını soruşan zaman yaxşı olacağını demişdir. Hətta çıxan zaman Anara yaşadığı evin yerini göstərib evə də qonaq dəvət etmişdir. Anar isə tələsdiyini bildirib evə gəlməkdən imtina etmişdir. Bununla da Anardan ümumilikdə 50000 manat pul almışdır. Bir müddət Anar və daha sonra onun qohumu Emin adlı şəxs onunla əlaqə saxlamışdır. O həmin şəxslərə yaxşı olacaq deyərək müddət ötürmüşdür. Həmin pulu aldıqdan sonra şəxsi məqsədləri uçün xərcləmişdir. Sonra Emin və Anarla mübahisələri olmuşdur. Bundan sonra əlaqə kəsilmişdir. Əməlindən peşman olduğunu və tez zamanda pulu tam qaytaracağını, zərərçəkənə cəmi 3.000 manat ödəməsini, azadlıqda olarsa tam ödəyəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs məhkəməyə mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı maddi zərərin ödənilməsi ilə bağlı mülki iddia verərək mülki cavabdeh Təqsirləndirilən şəxs onun xeyrinə maddi ziyana görə 50.000 manat tutulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs (mülki iddiaçı) qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Rusiya Federasiyasından Azərbaycan Respublikasına müəyyən malların ticarəti ilə məşğul olur. Yeznəsi Şahid1 da ona bu işlərdə kömək edir. Təxminən 2 il bundan öncə Anarın atası Əliyar Həsənov anbarda yeyinti olması ilə bağlı Azərbaycan Respublikasında həbs olunmuşdur. Onlar çox çalışmışdır ki, Anarın atasına köməklik etsinlər. Lakin cəhdləri hər dəfəsində boşa çıxmışdır. Anar atasına kömək etmək üçun maraqlanan zaman Rusiyada olan tanışının vasitəsilə Təqsirləndirilən şəxsla tanış olmuşlar. Dilqəm Azərbaycanda yaşamış və deyilənə görə belə işlərdə köməklik edə bilmişdir. Anar ona bu barədə bildirmiş və o da qohumu olaraq Anara kömək ola biləcəyimi demişdir. Bir müddət sonra Anar ona bildirmişdir ki, Dilqəm adlı şəxs atası Əliyarı 2-3 ay ərzində həbsdən azad etdirməyə söz verir. Danışıqlara əsasən Azad etdirdikdən sonra əlavə 10.000 manat pul da Dilqəmə verməli olmuşlar. Anar ondan maddi dəstək istədiyi uçün Anara köməklik etmişdir. İlkin olaraq təxminən 2024-cü ilin avqust ayının əvvəllərində Anarın sözü ilə 36480 manat pul vermişdir. Belə ki, tanışı Ramildə gördüyü işlərlə bağlı qeyd edilən məbləğdə pulu qalmışdır. O, Ramildən pulu Təqsirləndirilən şəxs verməsini xahiş etmişdir. Belə ki, Anardan Dilqəmın nömrəsini almış və Ramilə vermişdir. 2024-cü ilin avqust ayının əvvəllərində Ramil Dilqəmlə Bakı şəhəri, Nərimanov rayonu, A.Nemətulla küçəsində yerləşən “BazarStore” mağazasının qarşısında görüşmüş və 36.480 manatı Dilqəmə vermişdir. Sonradan Ramil ona bu barədə məlumat vermişdir. O da Anarla danışmış və Anar da Dilqəmlə danışıb məlumatı təsdiqləmişdir. Təxminən 2024-cü ilin avqust ayının sonlarında Anar Bakı şəhərinə gəlmişdir. Anar ondan qalan pulu, yəni 13.520 manat almışdır. Anar Təqsirləndirilən şəxsla Nərimanov rayonu ərazisində yerləşən kafedə görüşüb pulu Dilqəmə vermişdir. Həmçinin Anar bütün proseslər barədə paralel olaraq ona məlumat vermişdir. Hətta Anar ona bildirmişdir ki, Dilqəmə pul vermə prosesi zamanı telefonun kamerası ilə video qeydiyyat aparmışdır. Dilqəm isə söz vermişdir ki, tez bir zamanda bu işı həll edəcəkdir. Lakin onlara bunu necə və ya kimin vasitəsilə edəcəyini bildirməmişdir. Həmçinin həll etdikdən sonra, yəni Əliyar Həsənov azadlığa buraxıldıqdan sonra əlavə 10.000 manat da pul verəcəklərini bildirmişdir. Daha sonra bir neçə proses olmuş, lakin heç bir fərq olmamışdır. Əliyar Həsənov həbsdə qalmışdır. Bu ərəfədə Dilqəm Anara və ona yalanlar danışmağa başlamışdır. Hər dəfəsində növbəti məhkəmə prosesində bu məsələnin həll olunacağını bildirmişdir. Təxminən 6-7 ay sonra onlar Dilqəmdən pulu geri verməsini tələb etmişdir. Dilqəm hər dəfəsində eyni bəhanələrlə pulu qaytarmaqdan yayınmışdır. Nəticədə sonuncu dəfə 2025-ci il iyun ayınn 25-nə qədər pulu qaytaracağını desə də, sözünə əməl etməmişdir. Bundan sonra şikayət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs (mülki iddiaçı) qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ona maddi zərərə görə 50.000 manat zərər dəymişdir. Təqsirləndirilən şəxs ona dəymiş zərərdən 3.000 manat ödədiyini və qalan borcun tam ödənilməsini tələb etmişdir. Hazırda o, Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, uzun müddətdir geyim alqı-satqısı ilə məşğul olur və ailəsini dolandırır. Şahid1 və Zərərçəkmiş şəxslə dostluq münasibətləri olmuşdur. Həmçinin bizneslə əlaqədar da bəzən əlaqələri olmuşdur. Bəzən Eminin və ya Anarın onda, bəzən də onun Emin və Anar pulu qalmışdır. Təxmınən 2024-cü ilin avqust ayının əvvəllərində Emin ona zəng edərək qalan pulunu qaytara bilib-bilməyəcəyini soruşmuşdur. O da pulun hazır olduğunu və qaytara biləcəyini demişdir. Təxminən 2024-cü ilin avqust ayının əvvəllərində Emin ona zəng edərək bir nəfərə həmin pulu vermək lazım olduğunu bildirmişdir. O da axşam saatlarında boş olacağını və pulu verə biləcəyini demişdir. Emin də razılaşmış və xəbər edəcəyini demişdir. Beləliklə təxminən axşam saatlarında Emin zəng edərək Nərimanov rayonunda səhv “Dilqəm” adlı şəxslə görüşməli olduğunu və ona pul verməli olduğunu demişdir. O həmin gün axşam saatlarında taksi ilə Nərimanov rayonu, Montin ərazisində yerləşən “BazarStore” marketin qarşısına getmişdir. Orada 210-la başlayan mobil nömrəyə vhatsappla zəng etmişdir. “Dilqəm” adlı şəxslə görüşmüş və Eminə verməli olduğu 36480 manat pulu Dilqəm adlı şəxsə vermişdir. Dilqəm pulu saymış və sağollaşıb getmişdir. O da Eminə bu barədə məlumat vermişdir. Xeyli müddət sonra təxminən 2025-ci ilin ortalarında eşitmişdir ki, həmin şəxs Anarın atasını həbsdən azad etdirmək üçün pulu almış və daha sonra qaytarmamışdır. Həmçinin Anarın atası da həbsdə qalmışdır. Bundan sonra Eminin polisə şikayət etdiyini və cinayət işi başlandığını, həmçinin Dilqəm adlı şəxsin də həbs olunduğunu eşitmişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 15:30-da şübhəli şəxs qismində tutulmuşdur. “Baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş Təqsirləndirilən şəxs səs yazılarının və görüntülərinin olduğu “Samsung”, SN:1023HT 2 USB3.1 yazıları olan elektron yaddaş kartını cinayət təqibi üçün əhəmiyyətli olduğundan götürülmüşdür. Götürülmüş elektron yaddaş kartına Şahid1 və Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilərək tərtib edilmiş protokollar cinayət işi materiallarına əlavə edilmişdir. Götürülümş “Samsung”, SN 1023HT 2 USB3.1” yazıları olan elektron yaddaş kartına baxış zamanı Təqsirləndirilən şəxs Alyar Həsənovu həbsdən azad etdirmək üçün Zərərçəkmiş şəxsın ümumilikdə 50000 (əlli min) manat pulunu ələ keçirməsi xüsusatı öz təsdiqini tapmışdır. İş materiallarına əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-348/2025 nömrəli məktubuna əsasən müəyyən edilmişdir ki, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirləndiriləndirilməsinə dair hakim Rasim Sadıxov tərəfindən aparılan cinayət işinin məhkəmə prosesi üzrə yekun məhkəmə aktı çıxarılmamışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 4(009)-563/2025 nömrəli, 10 oktyabr 2025ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəlinin 08 oktyabr 2025-ci il tarixdən hesablanması qərara alınmışdır. “İfadənin yerində yoxlanılması haqqında” 17 noyabr 2025-ci il tarixli protokoldan görünür ki, istintaq zamanı Şahid2 iş üzrə verdiyi ifadəsi yerində yoxlanılmış və şəxs ünvan 1 ünvanında yerləşən “BazarStore” mağazasının qarşısı, yəm yolun hərəkət hissəsini göstərərək pulu Təqsirləndirilən şəxs həmin yerdə avtomobilin içərisində verdiyini bildirməklə ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kornmunal Təsərrüfatı Departamenti Nərimanov Rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyindən daxil olmuş 3-52-13-5/2-1017-2025 nömrəli məktubuna əsasən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında mənzil 28-də qeydiyyatda olmaqla yaşamış və müsbət xarakterizə edilir, habelə himayəsində azyaşlı övladı yoxdur. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli DİN BƏSİİ-dən daxil olmuş tələbnaməyə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Sübutların qiymətləndirilməsi haqqında” 08 dekabr 2025-ci il tarixli qərardan görünür ki, İstintaq zamanı zərərçəkmış şəxs Zərərçəkmiş şəxs tərəfindən istintaqa təqdim edilmiş “Samsung”, SN 1023HT 2 USB3.1” yazıları olan elektron yaddaş kartı cinayət təqibi üçün əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış, həcmi kiçik olduğundan qablaşdırılmış və möhürlənmiş halda saxlanması üçün cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs vurulmuş maddi ziyandan 3.000 manat ödənilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar (39-cu bənd). Həmin Qərarın 34-cü bəndində göstərilir ki, CM-in 34.2-ci maddəsinin tələblərinə uyğun olaraq qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən dələduzluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş dələduzluq (CM-in 178.2.1-ci maddəsi) hesab edilir. Məhkəmələrə tövsiyə edilmişdir ki, həm qabaqcadan əlbir olmuş bir qrup şəxs, həm də mütəşəkkil dəstə tərəfindən törədilmiş dələduzluq cinayətlərinə dair işlərə baxarkən hər bir təqsirləndirilən şəxsin cinayətin obyektiv cəhətinin icrasına yönəlmiş konkret hərəkətlərinin nədən ibarət olmasını və bunu təsdiq edən sübutları tam və hərtərəfli araşdırsınlar və yekun məhkəmə aktlarında araşdırılmış sübutlara istinad etməklə təqsirləndirilən şəxslərin hər birinin təqsirlilik dərəcəsini müəyyən etsinlər. Qanunvericiliyin bu tələblərinə, həmçinin, iştirakçılıqla törədilmiş dələduzluğa dair işlərə baxılarkən də əməl edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə— dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət törətməsini, zərəri qismən ödəməsini və müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəzacəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Məhkəmə, həmçinin, hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən, yəni 08 oktyabr 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılmalıdır. Mülki iddia ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. CPM-in: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur; 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir; 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır; 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır; 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs məhkəməyə mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı maddi zərərin ödənilməsi ilə bağlı mülki iddia verərək mülki cavabdeh Təqsirləndirilən şəxs onun xeyrinə maddi zərərə görə 50000 manat tutulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İş materiallarında olan qəbzdən görünür ki, Zərərçəkmiş şəxs dəymiş zərərdən 3000 manat məbləğində pul ona ödənilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia qismən təmin edilməli, Təqsirləndirilən şəxs 47.000 manat maddi zərər tutularaq Zərərçəkmiş şəxs xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut - “Samsung”, SN 1023HT 2 USB3.1” yazıları olan elektron yaddaş kartı cinayət işinin materiallarında saxlanılmalıdır (CPM-132). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2 4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2 4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 08 oktyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilməsin. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs mülki iddiası qismən təmin edilsin. Təqsirləndirilən şəxs 47.000 manat maddi zərər tutularaq Zərərçəkmiş şəxs ödənilsin. Qalan hissədə mülki iddia təmin edilməsin. İş üzrə maddi sübut - “Samsung”, SN 1023HT 2 USB3.1” yazıları olan elektron yaddaş kartı cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar