Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-488/2022 29.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, Bakı şəhəri, Nərimanov rayonu, Boyük Şor qəsəbəsi, Daş Karxanası küçəsi ev 66V-də qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozub ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, etibarnamə əsasında texniki cəhətdən saz vəziyyətdə olan "Tayota Prius» markalı, Az **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobil nəqliyyat vasitəsini idarə etmək hüququ verən «BC» kateqoriyalı sürücülük vəsiqəsi ilə 04 iyul 2022-ci il tarixdə saat 22:09-da «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozmaqla, yəni yaşayış məntəqəsində maksimum icazə verən 60 km/saat sürətdən artıq, saatda 65 km/saat sürətlə Bakı şəhəri, Nərimanov rayonu, X.R.Ulutürk küçəsi ilə metronun «Koroğlu» stansiyası istiqamətinə yolun sol kənarından sağa doğru 1-ci hərəkət zolağı ilə idarə edərkən 98,8 metr məsafdə velosipedçi X3 yolu sağdan sola keçmək üçün hərəkət hissəsinə daxil olmaqla hərəkət üçün təhlükə yaratdığından sürücü Elvin Qurbanov «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələbinə görə hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu və həmin tələbləri yerinə yetirməklə yol-nəqliyyat hadisənin qarşısını almağa texniki imkanı olsa da, tələblərə riayyət etməyib yol hərəkəti qaydalarını pozması X.R.Ulutürk küçəsi 41 ünvanda yerləşən tikilinin qarşısı hissəsində velosipedçi X6 avtomobilin qabaq hissəsi ilə vuraraq ehtiyatsızlıqdan zərərçəkmiş R.Z.Əlihəsənovun qapalı kəllə-beyin travması, baş beyin toxumasına, yan mədəciklərə və yumşaq beyin qişası altına qansızmalar, sol gicgah sümüyünün kəllə əsasına keçən xətti sınığı, sağ yanaq, burunun, sağ dirsək oynağının arxa səthinin, sağ saidin yuxarı üçdə birinin arxa səthinin, sağ mil bilək oynağının arxa səthinin, sağ əlin arxa səthinin, sağ bazu oynağının arxa səthinin, sağ pəncənin iç səthinin V) alının sol yarısının tüklü və tüksüz hissəsinin, sol almacıq nahiyəsinin sol bazu oynağının arxa səthinin, sol dirsək oynağının bayır və arxa sətlərinin, sol diz oynağının ön və bayır səthlərinin, sol aşıq baldır oynağının bayır səthinin, sol pəncənin, sol bel nahiyəsinin sıyrıqları xəsarətlərindən ibarət dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri alaraq ölməsinə səbəb olmuşdur. Bununla da, Təqsirləndirilən şəxs AR CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 7 aydır ki, “Bolt” taksi şirkətində sürücü işləyir. 04 iyul 2022-ci il tarixdə saat təxminən 21:30 radələrində etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz olan “Toyota Priuz” markalı,**-BZ-*** dövlət qeydiyyat nişanlı, avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, X.R.Ulutürk küçəsi ilə üzü Koroğlu metrostansiyası istiqamətində yolun sağdan sola 3-cü hərəkət zolağı ilə 60-65 km/saat sürətlə hərəkətdə etmişdir. Avtomobildə tək olmuş, avtomobildə heç bir yük olmamışdır. ünvan 1 ünvanında hərəkət etdiyi zaman təxminən 10 metr məsafədən bir nəfər cavan oğlanın velosipedi idarə edərək yolu sağdan sola doğru hərəkət etdiyini görmüşdür.O, velosipedçini gördükdə əyləcdən istifadə edib sükanı sağa çəksə də həmin velosipedçini öz hərəkət zolağında arxa təkərindən vurmuşdur. Zərbənin təsirindən velosipedçi avtomobilin üzərinə düşərək yerə yıxılmışdır. O, dərhal avtomobili saxlayaraq vurduğu şəxsə yaxınlaşmış və piyadanı idarə etdiyi “Toyota Prius” markalı avtomobilə əyləşdirib 3 saylı Kliniki Xəstəxanaya aparmışdır. Xəstəxanada həkimlərin səyinə baxmayaraq velosipedçi orada ölmüşdür. Son olaraq əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X7 izahatında göstərmişdir ki, 04 iyul 2022-ci il tarixdə axşam saatlarında evdə olduğu zaman ona məlumat verilmişdir ki, əri Ramis Əlihəsənovu velosipedlə hərəkətdə olarkən Bakı şəhər Nərimanov rayonu ərazisində avtomobil vurmuş, ayağı sınmışdır. Bu məlumatı aldıqdan sonra yaşadığı evdən çıxıb 3 saylı №-li şəhər Xəstəxanasına gəlmişdir. Xəstəxanaya gəldikdə artıq orada ona demişlər ki, Ramis əməliyyatdadır. Sonradan məlum olmuşdur ki, əri Ramis aldığı xəsarətlərdən ölmüş, meyiti müayinə üçün meyitxanaya yerdəşdirilmişdir. Xəstəxanada məlum olmuşdur ki, əri Ramis Əlihəsənovu X.R.Ulutürk küçəsində velosipedlə piyada keçidi ilə yolu keçərkən X9 idarə etdiyi «Tayota Prius» markalı avtomobil tərəfindən vurulmuşdur. Əri Ramisin meyiti məhkəmə-tibbi ekspertizasından keçirildikdən sonra təhvil verilmiş və əri Ramisi yaşadığı Şəmkir rayonuna apararaq səhəri gün dəfn etmişlər.O, hadisənin hansı şəraitdə baş verməsini görməmiş və bu barədə məlumatı olmamışdır. Son olaraq təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın aradan qaldırıldığını, təqsirləndirilən şəxslə barışıq əldə etdiyini, ona qarşı şikayət və tələbinin olmadığını bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim edərək təqsirləndirilən şəxsə yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 05 iyul 2022-ci il tarixli, 1/13348 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında akt”dan görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı ayıq olmuşdur; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin QİŞ tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş məktubdan gorunur ki, X4 adına kompüter uçot bazasına əsasən xx.xx.2017-ci il tarixdə (xx.xx.2027-ci tarixədək etibarlı olan) AD 075694 nömrəli «BC» kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. Kompüter bazasına əsasən sürücülükdən məhrum edilənlər siyahısında yoxdur. “Diskə baxış keçirilməsi haqqında” 10 avqust 2022-ci il tarixli protokoldan görünür ki, İqtisadiyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Katastrı və Reystri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin təqdim etdiyi xx.xx.2022-ci il tarixdə saat 20:00-dan 22:00-dək olan müddətədək videgörüntülərinə X4 iştirakı ilə baxış keçirilmiş, baxış zamanı müşahidə kamerasının saat 22:09-da qeydə aldığı kadrda qaranqılq hava şəraitdə ünvan 1 ünvanın qarşısında metronun Koroğlu stansiyası istiqamətinə görə yolun sağ kənarı ilə velosipedçinin hərəkətdə olması, piyada keçidinə çatmağa bir qədər qalmış velosipedçinin sola istiqamətlənib piyada keçidinin qurtağacağına doğru sola istiqamətlənməsi, həmin vaxt metronun Koroğlu stansiyasına doğru hərəkətdə olan avtomobilin velosipedçini piyada keçidinin qurtaracağına çatmağa təxminən 1 metr qalmış avtomobilin qabaq hissəsi ilə vurması müəyyən olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən tərtib olunmuş 20 iyul 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; “nəqliyyat vasitəsinə baxış keçirmə haqqında” 05 oyuı 2022-ci il tarixli protokoldan görünür ki, Avtomaşma baxış keçirilən zaman aşaqıdakılar müəyyən olundu, avtomobil 2007-ci il buraxılşlıdır, gümüşü metalik rənglidir, «Tayota Prius» markalıdır, avtomobilin üzərində **-BZ-*** dövlət qeydiyyat nişanı vardır. Avtomobilin qabaq kapotu əzilməsi, qabaq alın şüşəsinin sol hissəsi sınması, avtomobilin bamperinin sağ alt hissəsində boya qopma izləri müəyyən olunur. Avtomaşının sükan, tormoz və idarə etmə mexanizmi saz, həmçinin işlək vəziyyətdədir. X1 bildirdi ki, idarə etdiyi avtomobilin qabaq sağ hissəsi ilə velosipedçini vurmuşdur. Protokol tərtib olunan zaman avtomaşının fotoşəkilləri çəkildi. Nərimanov rayon MKTB tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs 2004-cü ildən Daş Karxanası ev 66 ünvanda yaşayır və özünü nümunəvi aparır. Yaşadıgı müddət ərzində ondan şikayət daxil olmayıb. Azərbacan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X11-Təcrübi və X8 rayon şöbəsinin məhkəmə-tibbi ekspertizasının 04 avqust 2022-ci il tarixli, 82 №-li rəyindən görünür ki, X3 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - qapalı kəlləbeyin travması, baş beyin toxumasına, yan mədəciklərə və yumşaq beyin qişası altına qansızmalar, sol gicgah sümüyünün kəllə əsasına keçən xətti sınığı, sağ yanaq, burunun, sağ dirsək oynağının arxa səthinin, sağ saidin yuxarı üçdə birinin arxa səthinin, sağ mil bilək oynağının arxa səthinin, sağ əlin arxa səthinin, sağ bazu oynağının arxa səthinin, sağ pəncənin iç səthinin B) alının sol yarısının tüklü və tüksüz hissəsinin, sol almacıq nahiyəsinin sol bazu oynağının arxa səthinin, sol dirsək oynağının bayır və arxa sətlərinin,sol diz oynağının ön və bayır səthlərinin, sol aşıq baldır oynağının bayır səthinin,sol pəncənin,sol bel nahiyəsinin sıyrıqları, 2.Qeyd olunan xəsarətlər həyatidir küt əşyanın (əşyaların) təsirindən törəmişdir, belə ki,qərarın təsviri hissəsində göstərilən yol-nəqliyyat qəzası nəticəsində əmələ gələ bilər, törənmə müddəti qərarda qeyd qeyd olunan xx.xx.2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə, canlı şəxslərdə sağlamlığa Ağır zərər vurmanın əlamətlərini daşıyır. 3.X3 ölümünə səbəb- almış olduğu qapalı kəllə-beyin travması nəticəsində baş beyin toxumasına, yan mədəciklərə və yumşaq beyin qişası altına qansızmalar olmuşdur və ölümün baş vermə müddəti meyitin meyitxanada müayinə olunduğu vaxtdan təqribən 12-14 saat əvvələ uyğun gəlir. 4.X3 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil sipirti aşkar edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri üzrə 08 avqust 2022-ci il tarixli 8/1886 №-li rəyindən görünür ki, «Tayota Prius» markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X4 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbacan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü E.B.Qurbanli avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq sürətlə idarə etdiyindən onun hərəkətlərində « Yol hərəkəti haqqında» Azərbacan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Zərərçəkmiş şəxsin hüquqi varisi X2 istintaq orqanına ünvanladığı notarial qaydada təsdiq olunmuş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, əri X3 ölümü ilə nəticələnmış yol nəqliyyat hadisəsi barədə Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsində istintaqı edilən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs ilə barışmışdır. Onun barəsində heç bir şikayət və tələbi yoxdur və gələcəkdə də olmayacaq. Sübutların qiymətləndiriməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, "Tayota Prius» markalı, Az **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobil nəqliyyat vasitəsi maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibinə qaytarılması nəzərə alınmış, videogörüntünün əks olunduğu 01 ədəd CD disk maddi sübut kimi tanınmışdır. “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CMin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-in 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Həmin qərarın 11-ci bəndində qeyd olunmuşdur ki, CM-in 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 avqust 2022-ci il tarixli 8/1886 nömrəli məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin İ hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çoxolmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: əməlindən peşman olmasını; zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını (CM-in 59.1.12-ci maddəsi); ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi X7 ilə barışmış, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq aradan qaldırmış və sonuncu tərəfindən ona qarşı şikayət və tələb olmamaqla yanaşı təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar aşkar edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qeyd olunan yüngülləşdirən hal Təqsirləndirilən şəxs vəziyyətini və cəzasını yüngülləşdirdiyindən ona təqsirli bilindiyi CM-in 263.2-ci maddəsi ilə həmin Məcəlləsinin 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını məntəqə tipli müəssisədə çəkməli (CM- 56.1.1), cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut videogörüntünün əks olunduğu 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı "Tayota Prius» markalı, Az **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - videogörüntünün əks olunduğu 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut - "Tayota Prius» markalı, Az **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X5, KOD–210005, VÖEN **********, m/h AZ41 NABZ013601**********3944, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba keçirilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №1(005)-488/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-488/2022
29.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver