Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-489/2022 14.10.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 20 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1978-ci ildə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, məhkumluğu olmayan, işsiz, azərbaycanlı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını xeyli miqdarda ziyan vurmaqla ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs onun oğlu Şahid Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyində auditor işinə düzəldəcəyinə dair yalandan vəd verib aldadaraq, ilkin olaraq 2020-ci ilin avqust ayında ünvan 2 ünvanında Şahid vasitəsi ilə 5000 manat məbləğində, 2021-ci ilin aprel ayında ünvan 3 ünvanında yerləşən “Mona Liza” restoranının qarşısında Zərərçəkmiş şəxs 2500 manat, həmin ilin oktyabr ayında yenə “Mona-Liza” restoranının yanında 2200 manat məbləğində, 2021-ci ilin dekabr ayında ünvan 4 ünvanında yerləşən “Nərimanov” parkında 300 manat, ümumilikdə vahid niyyətlə əhatə olunmuş qəsdlə 10.000 manat məbləğində nağd pul alıb ələ keçirməklə Zərərçəkmiş şəxs qeyd olunan məbləğdə, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək bildirmişdir ki, hazırda xatırlamadığı tanışı İsmayıl adlı şəxsin vasitəsi ilə Zərərçəkmiş şəxs ilə tanış olmuş, tanışı İsmayıl Vilayətin oğlunu Xalid işə düzəltmək istədiyini və ona bu məsələdə köməklik edə biləcəyini soruşmuşdur. O da yalandan X7 Nazirliyində tanışı olduğundan onu nazirlikdə auditor işinə düzəldə biləcəyini demişdir. Sonra o, Vilayət müəllim ilə görüşüb tanış olmuş və söhbət zamanı o, Vilayətə onun oğlu X11 Nazirliyində auditor işinə düzəldə biləcəyini bildirmişdir. Ona həmin işi üçün ondan 15.000 manat pul alacağını bildirmişdir. Beləliklə o, Vilayətdən və onun oğlu Xaliddən ümumilikdə hissə-hissə olmaqla 10.000 manata yaxın pul almışdır. O, həmin pulları alıb öz şəxsi işlərinə xərcləmişdir. Vilayət də işin gedişatı ilə maraqlananda o, tanışları Vaqif, Elmira əsil adı Şəlalə olan qadından yalandan özlərini Kənd Təsərrüfatı Nazirliyinin işçisi kimi təqdim edib Vilayət müəllimlə və onun oğlu ilə danışıb işin yaxın müddətdə düzələcəyini bildirməsini xahiş etmişdir. Onlar da onun xahişi ilə Vilayət müəllimlə zəngləşib ona guya oğlunun işinin yaxın günlərdə həll olunacağını bildirmişlər. Onlara o, məsələnin təfərrüatını bildirmədiyini, sadəcə olaraq Vilayət müəllimə guya onun oğlunun işi yaxın günlərdə həll olunacağını demələrini xahiş etmişdir. Onun Vaqif və Elmira adlı qadınla bu işlə bağlı heç bir əlbirliyi olmamış və onlara bu yalan məlumatları Vilayət müəllimə bildirmələrinə görə heç bir məbləğdə pul verməmişdir. Bunu o, Vilayət müəllimi yalandan inandırmaq üçün etmiş, onun ondan polisə şikayət etməməsi məqsədi ilə etmişdir. O, Vaqif, Elmira adlı şəxslərin anket məlumatlarını, onların yaşadıqları ünvanları tanımamışdır, mobil telefonlarının nömrələrini isə xatırlamır. O, aldığı pulları xərclədiyindən məcbur olub Vilayət müəllimə müxtəlif bəhanələr gətirmiş və bu üsullarla onu aldatmaqda davam etmişdir. O, Vilayət müəllimdən və onun oğlundan almış olduğu ümumilikdə 10.000 manat puldan heç bir şəxsə pul verməmiş, heç kimdən onun oğlunun işinin düzəldilməsinə köməklik göstərməsini xahiş etməmişdir. Onun məqsədi sadəcə olaraq Vilayət müəllimi aldadıb həmin məbləğ pulu ələ keçirmək olmuşdur. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən Nərimanov parkında olarkən Vilayət müəllim ona yaxınlaşaraq pulunu tələb etmiş və ondan aldığı pulu qaytara bilməmiş, ona gözləməyi, pulu qaytaracağını desə də, Vilayət ona inanmadığını və polisə zəng edib onun hərəkətləri barədə məlumat verdiyini bildirmişdir. O, Vilayətin oğlu Xalidi işə düzəltmək adı ilə onlardan hissə-hissə olmaqla 10.000 manata yaxın pul almışdır. İlkin olaraq Vilayətin oğlundan 5000 manat pulu Mərdəkan qəsəbəsində onunla görüşüb almış, bundan sonra 2021-ci ilin aprel ayında ünvan 6 ünvanda yerləşən “Mona Liza” restoranının yaxınlığında Vilayət müəllim ilə görüşüb ondan 2500 manat, 2021-ci ilin oktyabr ayında həmin ünvanda 2200 manat, həmin ilin dekabr ayında isə ünvan 4 ünvanda yerləşən “Nərimanov” parkında 300 manat pulu Vilayətdən almışdır. O, X9 İnam Kərimovu və onun qardaşı Mətini tanımamış, onlarla heç bir münasibəti olmamış, onların adını yalandan Vilayətə bildirmiş, onların guya qohumu olduğunu uydurmuşdur. Son olaraq bildirmişdir ki, əməlindən səmimi peşmandır və dəymiş ziyanı tamamilə ödəmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, oğlu 1992-ci il təvəllüdlü Şahid işləməsi üçün iş axtarırmış. Tanıdıqlarının vasitəsi ilə Təqsirləndirilən şəxsla tanış olmuşdur. İsmayıl özünü Kənd X1rdaşı Mətinin qohumu olduğunu və oğlunu həmin nazirliyə auditor kimi işə düzəldə biləcəyini demişdir. Oğlu Xalidi işə düzəltməsi üçün ondan 27.000 manat məbləğində pul istəmiş və o da bu məbləğə razılıq vermişdir. İlkin olaraq oğlu 2020-ci ilin avqust ayında Xalid İsmayılla görüşərək ona 5000 manat pul vermişdir. Daha sonra o, İsmayılın istəyi ilə hissə-hissə olmaqla 5000 manat pul vermişdir. O, İsmayıla 2021-ci ilin aprel ayında ünvan 6 ünvanda yerləşən “Mona Liza” restoranının yaxınlığında görüşüb ona 2500 manat, 2021-ci ilin oktyabr ayında həmin ünvanda 2200 manat, həmin ilin dekabr avında isə ünvan 4 ünvanda yerləşən “Nərimanov” parkında 300 manat vermişdir. İsmayıl hətta ona İnam Kərimovun yaxın adamı olan Vaqif adlı şəxslə də telefonda danışdırmış və o, yaxın günlərdə Xalidin işinin düzələcəyini bildirmişdir. Hətta oğlu özünü Kənd Təsərrüfat Nazirliyinin kadrlar şöbəsinin işçisi Elmira adlı şəxs kimi təqdim edən bir qadın da telefonda Xalidlə danışaraq işin yaxın müddətdə düzələcəyini bildirmişdir. Sonradan həmin qadın İsmayılın tanışı olduğunu bildirmişdir. O, həmin qadını tanımamış və onunla görüşməmişdir. Sadəcə olaraq bir neçə dəfə telefonla danışmışdır. Telefonla danışanda o, ona guya oğlunun işinin Nazirlikdə tapşırıldığını, yaxın vaxtlarda həll olunacağını bildirmişdir. İsmayıl oğlunu işə düzəltmək adı ilə ümumilikdə 10.000 manat pulunu alaraq mənimsəmişdir. Sonda o, İsmayılın ona yalandan vəd verdiyini, onu aldadaraq pulunu ələ keçirərək ona qarşı dələduzluq etdiyini başa düşmüşdür. O, dəfələrlə ondan pulunu geri qaytarılmasını tələb etmiş, lakin İsmayıl hər dəfə ona müxtəlif bəhanələr gətirərək onu aldatmaqda davam etmişdir. O, Təqsirləndirilən şəxs inandığı üçün ona pulu vermiş, o, isə onun etibarından sui-istifadə edərək aldatmış və vədinə əməl etməmişdir. Təqsirləndirilən şəxs pulu ondan və oğlundan alarkən heç bir qəbz verməmişdir. İsmayıl ilə onun arasında mobil telefonun “Whatsapp” ani mesajlaşma tətbiqi ilə yazışmalar olmuşdur. Son olaraq məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını və dəymiş ziyanın tam olaraq ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, o, ali təhsilli və işsiz olduğundan atası onun üçün iş yeri axtarmışdır. Atası tanışları vasitəsi ilə əvvəllər tanımadıqları Təqsirləndirilən şəxsla tanış olmuşdur. İsmayıl özünü atasına Kənd X1rdaşı Mətinin qohumu olduğunu və onu həmin nazirliyə auditor kimi işə düzəldə biləcəyini bildirmişdir. O, atasına onu həmin işə düzəlməyi üçün 27.000 manat məbləğində pul istədiyini və atası da onun təklifinə razılıq verdiyini bildirmişdir. 2020-ci ilin avqust ayında atası ona ilkin olaraq 5000 manat məbləğində pul vermiş və o İsmayılla əlaqə saxlayaraq ünvan 9 ünvanına gəlməsini bildirmişdir. O, həmin yerə gəlib küçədə İsmayılla görüşərək 5000 manat pulu və şəxsiyyət vəsiqəsinin surətini, hərbi biletinin surətini, diplomun notarial təsdiq edilmiş surətini ona əlbəəl vermişdir. Daha sonra atası İsmayılın istəyi ilə hissə-hissə olmaqla qalan 5000 manat pulu ona vermişdir. Beləliklə atası İsmayıla 2021-ci ilin aprel ayında ünvan 6 ünvanda yerləşən “Mona Liza” restoranının yaxınlığında görüşüb ona 2500 manat, 2021-ci ilin oktyabr ayında həmin ünvanda 2200 manat, həmin ilin dekabr ayında isə ünvan 4 ünvanda yerləşən “Nərimanov” parkında 300 manat vermişdir. İsmayıl atasına İnam Kərimovun yaxın adamı olan Vaqif adlı şəxsin vasitəsi ilə onun işinin düzələcəyini, işin yaxın günlərdə həll olunacağını bildirmişdir. Sonradan İsmayıl özünü Kənd Təsərrüfat Nazirliyinin kadrlar şöbəsinin işçisi Elmira adlı şəxs kimi təqdim edən bir qadınla onu telefonla danışdırmış, işin yaxın müddətdə düzələcəyini bildirmişdir. Sonradan məlum olmuşdur ki, həmin qadın İsmayılın tanıdığı bir qadın olmuş, ondan xahiş etmişdir ki, guya onun işi Nazirlikdə tapşırılıb, yaxın vaxtlarda həll olunacaqdır. O, həmin qadını tanımamış və görüşməmişdir. Sonradan məlum olmuşdur ki, belə bir qadın həmin nazirlikdə heç vaxtı işləməmiş, sadəcə İsmayılın tanışı olmuşdur. İsmayıl onun işini düzəltmək adı ilə ümumilikdə 10.000 manat pulu alaraq mənimsəmişdir. Sonda o, başa düşmüşdür ki, İsmayıl atasına yalandan vəd vermiş, atasını və onu aldadaraq pullarını ələ keçirərək onlara qarşı dələduzluq etmişdir. Atası dəfələrlə ondan pulunu geri qaytarılmasını tələb etsə də o, atasına müxtəlif bəhanələr gətirərək aldatmaqda davam etmişdir. Atası Təqsirləndirilən şəxs inandığı üçün ona pulu vermiş, o, isə atasının etibarından sui-istifadə edərək aldatmış və vədinə əməl etməmişdir. Pulu İsmayıl ondan və atasından alarkən heç bir qəbz verməmişdir. İsmayıl ilə atası arasında olan mobil telefonun “Whatsapp” yazışmaları istintaqa təqdim edilmişdir, həmin “Whatsapp” yazışmasında ona 3-cü gün zəng olunacağını, 4-cü gün qəbulda olacağını qeyd etmişdir. Bundan sonra o, daha bir mesaj göndərmiş və həmin mesajda 1-cü gün xəbər edəcəyini, adamlara paket sənədləri hazırlamalarını, axşam zəng edəcəyini bildirmişdir. Onun bu hərəkətləri eyni zamanda mobil telefonla danışarkən də davam etmişdir, bu gün sabah məsələni həll edəcəyini bildirmişdir. O, bu üsullarla onları aldatmağa nail olmuş və atasına qarşı dələduzluq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” 05 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-532/2022 saylı, 07 may 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbirinin seçilməsi, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddətinin 03 ay həddində müəyyən edilməsi, həbsetmənin əvvəlinin 05 may 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. “Video diskə köçürülmüş səsli mesajları dinləmə barədə” 07 may 2021-ci il tarixli protokoldan görünür ki, mobil telefonun diktofonunda qeydə alınmış səsli mesajlarda aşağıdakılar müəyyən edilmişdir: Təqsirləndirilən şəxs – Əmi sabahın xeyir necəsən? Nə var nə yox? Əmi Vaqifnən danışmışam bu gün hardasa saat 5-6 belə sənə zəng edəciyik Vaqifnən bərabər gəlib görüşəcəyik sənnən 100 % ikimiz də gələciyik gəlib görüşəciyik oturaq söhbət edəyin özündə görki mən yalan heç nə demirəm əmi, mən heçnəyi yalan deməmişəm sənə. İşlər uje hazırdı, gələciyik Vaqif deyəcək sənə özündə görəcəksən. Əmi salam gecən xeyir nətərsən? Nə var nə yox? Mən görüşdüm ta gec idi yığmadım sənə narahat eləmədim, görüşdüm əmi hər şey öz qaydasında hər şey normal. Allahın köməkliyi ilə sabah günorta mənə xəbər deyəcək bir kəlmə, mən də sənə zəng edəcəm 100% abeddən sonra əmi, uje həll olunubdu narahat olma başına dönərəm sənin 100-ə 100, sabah abeddən sonra mənə xəbər deyəcək sırazı yığacam səni. Əmi salam necəsən? Nə var nə yox? Bir az başım qarışıq idi əmi danışmışam səndə deyəsən zəng etmisən, özüdə zəng edəcəkdi bugün xəbər verməlidi saat 5-ə kimi, mən də demişəm bugün gəlginən kişiynən görüşək. Ya bugün yada sabah səninlə görüşməlidi, indi maşındayam ətraflı danışa bilmirəm. Ya bu gün yada sabah görüşməlidi saat 5-ə kimi mənə xəbər deməlidi Əmi. Özü sənədə zəng eliyəcək. Hə Əmi göndərdiyimdi indi göndərdiyimdi öz adımadı. Həmin səsli mesaja Təqsirləndirilən şəxs qulaq asdıqdan sonar bildirdi ki, mobil telefonda qeydə alınmış səsli mesajlar onun tərəfindən Zərərçəkmiş şəxs göndərilmişdir. Həmin səsli mesajlarla Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs onu oğlu Şahid işə düzəldilməsinə dair verdiyi vədlər və məlumatlar olduğu müəyyən edilmişdir. “İfadənin yerində yoxlanılması haqqında” 08 may 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs könüllü olaraq ifadəsinin hadisə yerində yoxlanılmasına razılıq verdikdən sonra onunla birlikdə ünvan 11 ünvanında yerləşən “Mona Liza” restoranının qarşısına gələrək həmin yerdə 2021-ci ilin aprel ayında 2500 manat, həmin yerdə 2021-ci ilin oktyabr ayında 2200 manat məbləğində pulu Təqsirləndirilən şəxs verdiyini bildirdi və həmin yeri tam dəqiqliyi ilə göstərdi. “İfadənin yerində yoxlanılması haqqında” 08 may 2022-ci il tarixli protokoldan görünür ki, Şahid könüllü olaraq ifadəsinin hadisə yerində yoxlanılmasına razılıq verdikdən sonra onunla birlikdə ünvan 12 ünvanına baxış keçirildi və həmin yerdə Şahid Təqsirləndirilən şəxs 5000 manat məbləğində pul verdiyini bildirdi və həmin yeri göstərdi. Azərbaycan Respublikası Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti Başçısının Mərdəkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 20 may 2022-ci il tarixli, 364 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Mərdəkan qəsəbəsi, R.Cəfərov küçəsi, ev 6 ünvanında X5, X6 və X3 ilə brilikdə qeydiyyatdadır. Azərbaycan Respublikası Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti Başçısının Mərdəkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 200 may 2022-ci il tarixli, 230 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Mərdəkan qəsəbəsi, R.Cəfərov küçəsi, ev 6 ünvanında yaşadığı müddət ərzində Mərdəkan qəsəbə nümayəndəliyinə qəsəbə sakinləri və qonşuları tərəfindən heç bir şikayət daxil olmamışdır. AZE 18663710 və AZE 12499093 seriya nömrəli şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində müvafiq olaraq xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2007-ci il təvəllüdlü X6 adlı 2 övladı vardır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 20 may 2022-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 mart 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 70-ci maddəsi tətbiq olunmaqla 02 il şərti sınaq müddəti ilə 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2016-cı il tarixdə Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 mart 2015-ci il tarixli hökmündən Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə dair müddəalar xaric edilərək iclas zalından həbs edilib; Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 iyul 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 66.5-ci maddəsi tətbiq edilməklə 08 il müddətinə azadlıqdan məhum etmə cəzasına məhkum olunmuşdur; Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 oktyabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 66.3 və 66.5-ci maddələri tətbiq edilməklə 09 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə xx.xx.2016-cı il tarixli hökm Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında xx.xx.2017-ci il tarixli Qanuna uyğunlaşdırılıb, CM-nin 178.3.2-ci maddəsi CM-nin 178.2.4-cü maddəsinə, CM-nin 178.2.4-cü maddəsi CM-nin 178.1-ci maddəsinə tövsif edilib, CM-nin 178.1, 178.2.2, 178.2.4, 66.2-ci maddələrinə əsasən cəzası 05 ilə endirilib. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 03 il 21 gün hissəsi cərimə növü ilə əvəz olunmuş 500 manat cərimə dövlət nəfinə tutulmaqla cəzadan azad edilib. xx.xx.2018-ci il tarixdə cərimə ödənildiyi üçün qeydiyyatdan çıxarılıb. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-607/2022 saylı, 27 may 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi və onun dərhal məhkəmə iclas zalında həbsdən azad olunması, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığının müddətinin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbirinin müddətində, yəni xx.xx.2022-ci il tarixədək müəyyən edilməsi qərara alınmışdır. “Baxış keçirilməsi haqqında” 28 may 2022-ci il tarixli protokoldan görünür ki, baxış zamanı həmin telefon yazışmasına dair çıxarışın mətnindən görünür ki, “İsmayil salam qardaş zəng elemişdin, üzürlü say aca biolmədim, Şahid denen 3-cu zəng edəcəylər 4 cu gün qəbulda olacaq, dedin vasib iş var emirn görüşmeyi işdeyir 1 ci gün xəbər ederəm görüşeyir sən dediyin işidə danışmışam adamlara denen paket sənetləri hazırlasınlar axşamda zəng edəcəm sene.” Təqsirləndirilən şəxs həmin yazılı mesajlarla tanış olduqdan sonra həmin mesajların onun tərəfindən mobil telefon vasitəsi ilə Zərərçəkmiş şəxs və Zərərçəkmiş şəxs tərəfindən ona göndərildiyini bildirmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 7(007)-331/2018 saylı, 05 fevral 2018-ci il tarixli qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz olunmasına dair ərizəsinin təmin olunması, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 yanvar 2018-ci il tarixli qərarı ilə təyin edilmiş 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 03 il 21 gün hissəsi cərimə növündə cəza ilə əvəz olunması və Təqsirləndirilən şəxs 500 manat miqdarında cərimə edilməsi, məhkum Təqsirləndirilən şəxs həbsdən azad olunması, qərarın dərhal icra edilməsi qərara alınmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 7(007)-60/2018 saylı, 10 yanvar 2018-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 iyul 2016-cı il tarixli hökmü ilə təyin olunmuş 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.5-ci maddələrinə əsasən, hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə onun üzərində qəti olaraq 09 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 26 fevral 2016-cı il tarixdən hesablanmasına dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)- 247/2016 saylı, 27 oktyabr 2016-cı il tarixli hökmünün “Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanuna uyğunlaşdırılması, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə törətdiyi əməlin həmin Məcəllənin 178.2.4-cü maddəsinə, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə törətdiyi əməlin isə həmin Məcəllənin 178.1-ci maddəsinə tövsif edilməsi, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına, CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində isə nəzərdə tutulan cinayətlər isə az ağır cinayətlər kateqoriyasına aid edildiyindən CM-nin 66.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla və az ciddi cəzanı daha ciddi cəza ilə əhatə olunmaqla Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasının yuxarı həddinə qədər 05 il azadlıqdan məhrum etmə cəzası həddinədək azaldılması, qalan hissədə hökmün dəyişdirilməməsi qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-247/2016 saylı, 27 oktyabr 2016-cı il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 iyul 2016-cı il tarixli hökmü ilə təyin olunmuş 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.5-ci maddələrinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə onun üzərində qəti olaraq 09 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Təqsirləndirilən şəxs Nərimanov Rayon Məhkəməsinin 08 iyul 2016-cı il tarixli hökmünə əsasən çəkdiyi cəza müddəti qəti cəza müddətinin hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcının 26 fevral 2016-cı il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-151/2022 saylı, 04 avqust 2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı tamamilə ödədiyinə və onunla barışdığına görə onun barəsində Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinin tətbiq edilməsi və onun cinayət məsuliyyətindən azad edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin ləğv edilməsi qərara alınmışdır. “Sübutların qiymətləndirilməsi haqqında” 08 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham əsaslı və qanuni olduğundan qüvvəsində saxlanılması və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsinin məqsədəmüvafiq hesab edilməsi, 01 ədəd DVD diskin iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. “Qətimkan tədbiri seçilməsi haqqında” 08 avqust 2022-ci il tarixli qərardan və eyni tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsinin 12 oktyabr 2022-ci il tarixli, 21-1/3-16816 saylı məktubundan görünür ki, Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 03 il 21 gün hissəsi 500 manat məbləğində cərimə növündə cəza ilə əvəz olunmuş və Təqsirləndirilən şəxs ona təyin olunan 500 manat cəriməni ödədiyi üçün xx.xx.2018-ci il tarixdə Xəzər Rayon İcra və Probasiya Şöbəsinin qeydiyyatından çıxarılmışdır. Zərərçəkmiş şəxs 28 sentyabr 2022-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam olaraq ödənilmişdir, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxsin və şahidin ifadələri, habelə istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar (39-cu bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını xeyli miqdarda ziyan vurmaqla ələ keçirməklə törədildikdə – dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X2 əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-ci maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin olmamasını, himayəsində iki övladının olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Dövlət ittihamçısı məhkəmə iclasında çıxış edərək Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hal kimi cinayətlərin residivinin olmasını və ona cinayətlərin residivi üzrə cəza təyin edilməsini xahiş etmişdir. Dövlət ittihamçısının çıxışı ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hallar yoxdur. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 7(007)- 331/2018 saylı, 05 fevral 2018-ci il tarixli qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz olunmasına dair ərizəsinin təmin olunması, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 yanvar 2018-ci il tarixli qərarı ilə təyin edilmiş 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 03 il 21 gün hissəsi cərimə növündə cəza ilə əvəz olunması və Təqsirləndirilən şəxs 500 manat miqdarında cərimə edilməsi, məhkum Təqsirləndirilən şəxs həbsdən azad olunması, qərarın dərhal icra edilməsi qərara alınmışdır. Həmçinin iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsinin 12 oktyabr 2022-ci il tarixli, 21-1/3-16816 saylı məktubundan görünür ki, Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 03 il 21 gün hissəsi 500 manat məbləğində cərimə növündə cəza ilə əvəz olunmuş və Təqsirləndirilən şəxs ona təyin olunan 500 manat cəriməni ödədiyi üçün xx.xx.2018-ci il tarixdə Xəzər Rayon İcra və Probasiya Şöbəsinin qeydiyyatından çıxarılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12-ci fəslində cəzadan azad etmənin əsasları göstərilmiş və bu əsaslar sırasında cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə (Cinayət Məcəlləsinin 77-ci maddəsi) xüsusi yer tutur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 167-ci maddəsində cəza çəkməkdən azad etmənin əsaslarından biri kimi məhz cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə göstərilmişdir. Qanunvericiliyin tələbindən də göründüyü kimi, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə cəzadan azad etmə və cəza çəkməkdən azad etmə fəsillərində nəzərdə tutulmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 yanvar 2018-ci il tarixli qərarı ilə 05 il müddətə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 03 il 21 gün hissəsinin cərimə növündə cəza ilə əvəz olunmasına dair qəbul edilmiş məhkəmə qərarının tarixi, yəni 05 fevral 2018ci il tarix onun cəzadan azad edildiyi tarix hesab edilməlidir. Beləliklə Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından 05 fevral 2018-ci il tarixdə azad olunduğundan və məhkumluğun ödənilməsi müddəti həmin vaxtdan hesablanmalı olduğu üçün məhkəmə hesab edir ki, o, hazırki cinayəti iki il müddət keçdikdən sonra, yəni 2020-ci ilin avqust ayında törətdiyindən onun əməlində residiv mövcud deyil. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinin tələbinə görə həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan əməllər az ağır cinayətlər sayılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barədə onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 18.4.3-cü maddəsinin tələbinə əsasən Cinayət Məcəlləsinin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halların olması, ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və beləliklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 05 may 2022-ci il tarixdən 08 avqust 2022-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu cəmi 03 ay müddət nəzərə alınaraq ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə maddi sübut – 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilmasi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir İş üzrə mülki iddia, məhkəmə məsrəfi yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 20 iş saatına görə 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 7000 (yeddi min) manat miqdarında cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında olduğu 03 ay müddət nəzərə alınaraq, təyin edilmiş cərimə cəzası yüngüllədirilsin və üzərində 6000 (altı min) manat miqdarında müəyyən edilsin. Təqsirləndirilən şəxsnın barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut – 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 iş saatına görə 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-489/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-489/2022
14.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver