Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-489/2023 11.12.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Allahverdiyeva Aytac İmamhüseyn qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Salyan rayonu, Həsənli kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, fərdi evdə kirayədə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 2 (iki) ədəd gümüşü rəngli kağız bükümlərdə təmiz çəkiləri 0,258 qram, 0,047 qram, ümumi təmiz çəkisi 0,305 qram xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin və 2 (iki) ədəd bükümlərdə təmiz çəkiləri 0,257 qram, 0,047 qram, ümumi təmiz çəkisi 0,304 qram kustar üsulla hazırlanmış şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamin əldə edib üzərində daşıyaraq saxlamış və 18 aprel 2023-cü il tarixdə, saat 13:30 radələrində Nərimanov rayon polis idarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən ünvan 1 ünvanının yaxınlığında saxlanılaraq Nərimanov RPİ-nin ünvan 2 ünvanında yerləşən inzibati binasına gətirilib orada üzərində şəxsi axtarış aparılarkən əynindəki narıncı rəngli idman gödəkcəsinin sağ yan cibindən kiçik həcmli şəffaf polietilen torbanın içərisində satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı 2 (iki) ədəd gümüşü rəngli kağız bükümlərdə təmiz çəkiləri 0,258 qram, 0,047 qram, ümumi təmiz çəkisi 0,305 qram xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin və 2 (iki) ədəd bükümlərdə təmiz çəkiləri 0,257 qram, 0,047 qram, ümumi təmiz çəkisi 0,304 qram kustar üsulla hazırlanmış şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2023-cü ilin mart ayının ortalarında günorta saatlarında «Kubinka» adlanan yerə gedib Fərhad adlı şəxslə görüşərək ondan öz şəxsi istifadəsi üçün 40 (qırx) manat müqabilində iki ədəd bükümdə «kakos» kimi tanınan narkotik vasitə heroin, digər iki ədəd bükümdə isə «şüşə» kimi tanınan psixotrop maddə metamfetamin alıb ağrıları olanda istifadə etmək üçün əynində olan narıncı rəngli gödəkcəsinin zəncirbəndli sağ yan cibinə qoyub gizlətmişdir. 18 aprel 2023-cü il tarixdə saat 13 radələrində Nərimanov rayonu, Təbriz küçəsi 39 ünvanının qarşısında tanışı X8 ilə görüşüb söhbət edən zaman iki nəfər mülki geyimli şəxsin onlara diqqətlə baxdıqlarını görmüşlər. Həmin vaxt onlara diqqətlə baxan şəxslərin polis əməkdaşı ola biləcəyini düşünüb cibində heroin və metamfetamin olduğuna görə həyəcanlanaraq ərazidən uzaqlaşmaq üçün Ruslana kafelərdən birinə gedib birlikdə çay içməyi təklif etmişdir. Bu zaman həmin şəxslər onlara yaxınlaşaraq özlərini təqdim edib Nərimanov rayon polis idarəsinin əməkdaşları olduqlarını bildirməklə onlardan adlarını və soyadlarını, habelə hansı ünvanda yaşadıqlarını soruşmuşlar. Cibində olan heroin və metamfetamin bükümlərinə görə həbs olunacağını düşünüb həyəcanlanaraq özünü itirmiş və polis əməkdaşlarının suallarından yayınaraq oradan uşaqlaşmaq istəmişdir. Ruslan da həyəcanlanaraq özünü itirdiyi üçün polis əməkdaşlarının suallarına normal cavab verə bilməmişdir. Bunu görən polis əməkdaşları onlarla birlikdə Nərimanov rayon polis idarəsinə getməyi təklif etmişlər. Başqa çıxış yolu görməyib etiraz etməyərək Ruslanla birlikdə polis əməkdaşlarının müşayiəti ilə Nərimanov rayon polis idarəsinə getmişdir. Həmin vaxt polis əməkdaşları onu diqqətlə müşahidə etdiklərindən imkan tapıb cibindəki heroin və metamfetamin bükümlərini kənara tullaya bilməmişdir. Nərimanov rayon polis idarəsində təhqiqatçı tərəfindən ona vəkil təqdim olunmaqla şübhəli şəxs qismində hüquq və vəzifələri izah edildikdən sonra həmin vəkilin, həmçinin polis əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla üstündə axtarış aparılmışdır. Axtarış zamanı polis əməkdaşları ona üstündə qanunla qadağan edilmiş hər hansı əşya varsa, təqdim etməyi təklif etmişlər. Buna cavab olaraq əynindəki idman gödəkcəsinin sağ yan cibindən polietilen paketdə içərisində heroin olan iki ədəd bükümü, içərisində metamfetamin olan digər iki ədəd bükümü, gödəkcəsinin sol yan cibindən isə «Samsung» markalı mobil telefonunu çıxarıb stolun üzərinə qoyaraq polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları təqdim etdiyi bükümlər barədə ondan soruşduqda başqa çıxış yolu görməyib səmimi etiraf edərək bükümlərdən ikisində «kakos», digər ikisində isə «şüşə» olduğunu və həmin bükümləri öz şəxsi istifadəsi üçün Fərhad adlı şəxsdən 40 (qırx) manata aldığını demişdir. Polis əməkdaşları bükümlərə baxış keçirib üstündə axtarış aparılması ilə əlaqədar sənədləşdirmə apararaq protokol tərtib etmişlər və ondan aşkar olunmuş həmin heroin və metamfetamin bükümlərini zərfə qoyub qablaşdırmışlar. Həmin protokolu və zərfi imzalamışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 18 aprel 2023cü il tarixdə saat 13:30 radələrində Nərimanov rayonu, Təbriz küçəsində Nərimanov RPİnin narkotiklərlə mübarizə bölməsinin baş əməliyyat müvəkkili Şahid2 ilə birlikdə xidməti vəzifəsini icra edən zaman Təbriz küçəsi, ev 39 ünvanının yaxınlığında bir nəfər qadın və bir nəfər kişi cinsli şəxsin qeyri-adekvat hərəkətlər etdiklərini və özlərini şübhəli apardıqlarını müşahidə etmişlər. Bununla əlaqədar narkotik vasitə istifadəçilərinə bənzəyən həmin şəxslərə yaxınlaşıb özlərini təqdim edərək onlardan ad və soyadlarını, həmçinin yaşayış ünvanlarını soruşmuşlar. Bu zaman həmin şəxslər rabitəsiz danışaraq onlara ünvanlanan suallara qeyri-müəyyən cavablar verməklə ərazidən uzaqlaşmağa çalışdıqlarından üzərlərində narkotik vasitə olmasından şübhələnərək müvafiq yoxlama aparılması üçün onları Nərimanov RPİ-yə dəvət edib gətirmişlər. Nərimanov RPİ-də həmin şəxslərin şəxsiyyəti müəyyənləşdirilərək onlardan qadın cinsli şəxsin Təqsirləndirilən şəxs, kişi cinsli digər şəxsin isə X8 olması müəyyən edilmişdir. Həmin şəxslərin barəsində müvafiq araşdırma aparılması üçün idarə rəisinə raportla məruzə etmişlər. Nərimanov RPİ-nin təhqiqat şöbəsinin baş təhqiqatçısı Sərraf Cəfərov tərəfindən ilk öncə müdafiə hüququ təmin edilməklə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması barədə müvafiq qərar qəbul edildikdən sonra onun, narkotiklərlə mübarizə bölməsinin baş əməliyyat müvəkkili Şahid2, Nərimanov RPİ-də xadimə vəzifəsində işləyən Şahid4 Namət qızının və Təqsirləndirilən şəxs təqdim olunmuş vəkilin iştirakları ilə Nərimanov RPİ-nin əməliyyat-rabitə qrupunun operatoru Şahid3 tərəfindən videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl baş təhqiqatçı Sərraf Cəfərov tərəfindən Təqsirləndirilən şəxs, habelə digər iştirakçılara hüquq və vəzifələri izah olunmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman ona üzərində hər hansı qeyri-qanuni əşya varsa, stolun üzərinə qoyaraq təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs buna cavab olaraq əynindəki narıncı rəngli idman gödəkcəsinin zəncirbəndlə açılıb-bağlanan sağ yan cibindən polietilen paketdə dörd ədəd bükümü, gödəkcəsinin sol yan cibindən isə «Samsung» markalı mobil telefonu çıxarıb stolun üzərinə qoyaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərə baxış keçirilərkən 2 (iki) ədəd gümüşü rəngli kağız bükümdə spesifik qoxuya malik narkotik vasitə heroinə oxşar qəhvəyi rəngli tozşəkilli maddə, gümüşü rəngli digər 2 (iki) ədəd bükümdə isə psixotrop maddə metamfetaminə oxşar ağ rəngli kristal formalı maddə kütləsi aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddələri haradan və necə əldə etməsi barədə soruşduqda o, həmin bükümləri bir müddət əvvəl öz şəxsi istifadəsi üçün Fərhad adlı şəxsdən 40 (qırx) manat müqabilində alıb əldə etdiyini bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs başqa heç bir qanunsuz maddə və predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs aşkar olunmuş 2 (iki) ədəd gümüşü rəngli kağız bükümdə narkotik vasitə heroinə oxşar qəhvəyi rəngli tozşəkilli maddə, həmçinin gümüşü rəngli 2 (iki) ədəd bükümdə psixotrop maddə metamfetaminə oxşar ağ rəngli kristal formalı maddə kütləsi polietilen paketlə birlikdə Təqsirləndirilən şəxs, müdafiəçinin, axtarışda iştirak edən digər şəxslərin və onun iştirakı ilə zərfə qoyulub qablaşdırılmaqla möhürlə möhürlənərək götürülmüşdür. Təhqiqatçı tərəfindən şəxsi axtarış və götürmə aparılmasına dair müvafiq protokol tərtib olunmuşdur. Tərtib olunmuş protokol və Təqsirləndirilən şəxs aşkar olunmuş 4 (dörd) ədəd bükümün qablaşdırıldığı zərfin üzərinə şəxsi axtarışda iştirak edən hər bir şəxs, həmçinin Təqsirləndirilən şəxs da imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin narkotiklərlə mübarizə bölməsinin baş əməliyyat müvəkkili Şahid2 digər Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin əməliyyat-rabitə qrupunun operatoru Şahid3 ifadəsində göstərmişdir ki, 18 aprel 2023-cü il tarixdə saat 14 radələrində Nərimanov RPİ-də xidməti vəzifəsini icra edərkən Nərimanov RPİ-yə gətirilmiş narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs və X4 üzərlərində şəxsi axtarış aparılacağına dair növbətçi hissədən məlumat alıb rəhbərliyin göstərişinə əsasən əməliyyat-rabitə qrupunun operatoru qismində videoçəkiliş aparmaq üçün həmin prosesdə iştirak etmişdir. Nərimanov RPİ-nin təhqiqat şöbəsinin baş təhqiqatçısı Sərraf Cəfərov tərəfindən ilk öncə müdafiə hüququ təmin edilməklə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs 2 (iki) ədəd gümüşü rəngli kağız bükümdə spesifik qoxuya malik narkotik vasitə heroinə oxşar qəhvəyi rəngli tozşəkilli maddə, gümüşü rəngli digər 2 (iki) ədəd bükümdə isə psixotrop maddə metamfetaminə oxşar ağ rəngli kristal formalı maddə kütləsi aşkar olunaraq götürülmüşdür. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid4 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 12-13-cü vərəqələrində olan “Tutma haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 20-21-ci vərəqələrində olan “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması barədə” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı X5, Azərbaycan Respublikası CPM-nin 51, 86 və 246.2.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, həmin protokolu ondan ötrü tərtib etmişdir ki, Nərimanov RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili Şahid2, Nərimanov RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1, Şahid4 Namət qızının və vəkil X3 iştirakları ilə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində Nərimanov RPİ-nin inzibati binasında xidməti otaqda şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə başlamamışdan əvvəl xx.xx.2023-cü il tarixdə saat 13:30 radələrində ünvan 3 ünvanın yaxınlığında Nərimanov RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq Nərimanov RPİ-nə gətirilmiş Təqsirləndirilən şəxs təklif edilmişdir ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan narıncı rəngli idman gödəkcəsinin zəncirbəndlə açılıb-bağlanan sağ yan cibindən kiçik ölçülü şəffaf polietilen paketin içərisində 04 ədəd gümüşü rəngli kağız bükümü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 04 ədəd gümüş rəngli kağız bükümə baxış keçirilmişdir. Həmin bükümlərin ikisində toz halında, qəhvəyi rəngli, spesifik qoxuya malik narkotik vasitə heroinə oxşar maddə, digər iki ədəd bükümdə isə ağ rəngli kristal formalı psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs əynində olan narıncı rəngli idman gödəkcəsinin zəncirbəndlə açılıbbağlanan sol cibindən boz rəngli “Samsunq J2” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərin ikisində narkomanlar arasında “kakos” kimi tanınan narkotik vasitə heroin, digər ikisində isə narkomanlar arasında “şüşə” kimi tanınan psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Aysel Əsğərova həmçinin həmin bükümləri bir ay öncə 40 manata Fərhad adı ilə tanıdığı bir şəxsdən öz şəxsi istifadəsi üçün alaraq üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində eyni cinsdən olan Şahid4 Namət qızı tərəfindən axtarış aparılmış, lakin başqa heç bir qanunsuz əşya, predmet və ya maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş 04 ədəd gümüşü rəngli kağız büküm əhəmiyyət kəsb etdiyinə görə götürülərək tərəfindən zərfə qoyulub qablaşdırılmaqla DİN-nin “44” nömrəli möhürü ilə möhürlənmişdir. Həmçinin Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd boz rəngli “Samsunq J2” markalı, üzərində ***- ***-**-** nömrə olan mobil telefon cihazı cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyi üçün tərəfindən götürülmüşdür. Bununla da, şəxsi axtarış və götürmə başa çatmışdır. İştirakçılardan heç bir şikayət və vəsatət daxil olmamışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş və protokolun düzgünlüyünü imzalarla təsdiq olunmuşdur. Cinayət işinin 28-30-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 19 aprel 2023-cü il tarixli, 6/2306 saylı rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №44» dairəvi möhür əksi və “...Şübhəli şəxs: Təqsirləndirilən şəxs - imza; iştirakçılar -6- imza, tərtib etdi: Sərraf Cəfərov :imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 02 (iki) ədəd bükümlərdə təmiz çəkiləri -0,258 qram, -0,047 qram, ümumi təmiz çəkisi -0,305 qram qəhvəyi rəngli toz şəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 02 (iki) ədəd bükümlərdə təmiz çəkiləri 0,257 qram, 0,047 qram, ümumi təmiz çəkisi -0,304 qram olan ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Cinayət işinin 78-80-ci vərəqələrində olan “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə” 20 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi İsmayıl İsmayılovun xx.xx.2023-cü il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbirinin seçilməsi, Təqsirləndirilən şəxs saxlanıldığı Nərimanov RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. Cinayət işinin 82-84-cü vərəqələrində olan “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 20 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 115-ci vərəqində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 116-117-ci vərəqələrində olan “Əşyanın maddi sübut hesab edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspert tədqiqatından sonra qalıq qalmış 2 (iki) ədəd gümüşü rəngli kağız bükümdə ümumi təmiz çəkisi 0,235 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinin və 2 (iki) ədəd bükümdə ümumi təmiz çəkisi 0,234 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin maddi sübut hesab edilməsi və maddi sübutların saxlanılması üçün Nərimanov RPİ-nə verilməsi qərara alınmışdır. Cinayət işinin 135-136-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsi Ambulator X1 dair xx.xx.2023-cü il tarixli 3157 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin, kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 145-ci vərəqində olan Salyan RİH başçısının Həsənli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin 167-169-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 xx.xx.2023-cü il tarixli, 2569 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin isterik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs həmin dövrdə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs öz hərəkətlərini idarə etmək və bunun məsuliyyətini dərk etmək iqtidarındadır. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 171-182-ci vərəqələrində olan “Sübutların qiymətləndirilməsi haqqında” 15 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə prosesini əks etdirən videogörüntünün olduğu bir ədəd CD diskin maddi sübut hesab edilməsi və cinayət işinin materiallarına əlavə olunması qərara alınmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 01 ədəd diskə baxış keçirilərkən əynindəki narıncı rəngli idman gödəkcəsinin sağ yan cibindən kiçik həcmli şəffaf polietilen torbanın içərisində saxladığı 2 (iki) ədəd gümüşü rəngli kağız bükümlərdə narkotik vasitə heroinin və 2 (iki) ədəd bükümlərdə psixotrop maddə metamfetaminin aşkar edilib götürülməsi müəyyən olundu. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə əsasən narkotik vasitə hesab edilən heroinin və 2-ci siyahının 67-ci bəndinə əsasən psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 0,305 qram və psixotrop maddə metamfetaminin təmiz çəkisi 0,304 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdarlar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür» Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini, qadın olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmsaını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla üzərində qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə heroin və psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman qeydə alınmış videogörüntülərin əks olunduğu 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 12 (on iki) iş saatına görə 72 (yetmiş iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Salyan rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan - Bakı şəhəri Nərimanov RPİ-nin saxlancına təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalığı 0,235 qram narkotik vasitə heroin və 0,234 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarışın videogörüntüsü olan 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 12 (on iki) iş saatına görə 72 (yetmiş iki) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-489/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-489/2023
11.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver