Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-489/2025 17.02.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, X3 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi “PRAYM LEQAL” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1962-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, hazırki iş üzrə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)–271/2025 saylı, 18 noyabr 2025-ci il tarixli hökmü ilə qəti olaraq 02 il 08 ay 26 gün müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan müddətdə və mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq, xeyli miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,719 qram olan psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla, 24 iyul 2025-ci il tarixdə, ünvan 1 ünvanının qarşısına daşımış və narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Nərimanov RPİ-nin 17-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 24 iyul 2025-ci il tarixdə, saat 10:26-də həmin ünvanın qarşısında saxlanılaraq, üzəri yoxlanılarkən əynində olan qısa qol köynəyinin sol yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,719 qram olmaqla, xeyli miqdarda ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, heç bir yerdə işləmirəm. Bildirir ki, bir müddətdir ki, müxtəlif narkotik maddələrdən istifadə edir. Adətən narkotik maddəni tanımadığı şəxslərdən alır. Narkotik maddəni aldığı şəxsin də anket məlumatlarını və harada yaşadığını bilmir. xx.xx.2025- ci il tarixdə, səhər saatlarında Bakı şəhəri, Nərimanov rayonu ərazisində üzdən tanıdığın, lakin heç bir anket məlumatını bilmədiyi şəxsdən 20 manat müqabilində narkotik vasitəni əldə edib üzərində istifadə etməsi üçün saxlamışdır. 24 iyul 2025-ci il tarixdə, saat 10:26 radələrində ünvan 2 ünvanının yaxınlığında olduğu zaman ona 3 nəfər mülki geyimli şəxslər yaxınlaşaraq özlərini təqdim etmişlər və xidməti vəsiqələrini təqdim edib ondan özünü təqdim etməyini xahiş etmişlər. Bütün bu proseslər zamanı videoçəkiliş aparılırdı. O özünü təqdim etdikdən sonra həmin şəxslər onun narkotik vasitələrin əldə edilməsində, saxlanmasına və daşınmasında şübhəli olduğunu bildirmişlər və üzərində qanunla qadağan olunmuş əşyalar varsa təqdim etməyini xahiş etmişlər. O da bu təklifə uyğun olaraq üzərində olan bir ədəd bükümü təqdim etmiş, büküm açıldıqda içərisindən ağ rəngli kristal şəkilli maddə, el içində “patı” adlandırılan narkotik vasitə aşkar edilmişdir. Aşkar edilmiş büküm qablaşıdırılmış və möhürlənmişdir. Bundan sonra onlar birlikdə Nərimanov RPİ-nin 17-ci PŞ-nə gəlmişlər və daha sonra polis şöbəsinə dəvət edilmiş vəkilin iştirakı ilə ona hüquq və vəzifələri izah edilmişdir. Narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmur. Üzərindən aşkar edilmiş narkotik vasitəni heç kəsə satmamış və kiməsə satmaq niyyəti olmamışdır. Tutularkən və Nərimanov RPİ-nin 17-ci PŞ-də olarkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki və ya psixi zor tətbiq edilməmişdir. Son olaraq əməlindən peşman olmasını, yaşının 63 olmasını qeyd etmiş barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının tətbiq olunmasını xahiş edərək buna dair yazılı ərizəni məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid3, Şahid1 və Şahid2 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onların ibtidai istintaq dövründə vermiş olduqları ifadələri elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” 24 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 10:26-da şübhəli şəxs qismində tutulmuşdur. “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” 24 iyul 2025-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs xx xxxx 1962-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Təqsirləndirilən şəxs, Bakı şəhəri “25 saylı” Vəkil Bürosunun vəkili X1 iştirakları ilə tərtib edirəm həmin protokolu ondan ötrü ki, Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci PŞ-nə Təqsirləndirilən şəxs narkotik vasitələri və psixolrop maddələri əldə edib dövriyyəsi ilə məşğul olmasında şübhəli bilindiyi üçün 24 iyul 2025-ci il tarixdə, saat 10:26 dəqiqədə ünvan 1 ünvanı qarşısında piyada hərəkət edən zaman saxlanılaraq üstü yoxlanılmış və üzərindən içərisində 01 ədəd bükümdə ağ rəngli kristalşəkilli maddə aşkar edilərək 01 ədəd ağ rəngli zərfdə qablaşdırılması və Təqsirləndirilən şəxs götürülməsi raportda qeyd olunmuş və aidiyyatı üzrə təqdim olunmuşdur. Təqdim olunan 01 (bir) ədəd ağ rəngli zərfə və 1 (bir) ədəd CD diskdə olan videogörüntüyə baxış keçirildi. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd yazılı zərfdən 01 ədəd bükümdə olan maddə aşkar olundu. Sonra həmin kütlə yenidən qablaşdırılıb möhürləndi. Daha sonra 01 ədəd CD diskin yaddaşında olan videogörüntüyə baxış keçirildi, orada Təqsirləndirilən şəxs saxlanıldığı zaman çəkilmiş görüntülər əks edilmişdir. Həmin görüntülərdə təhqiqata təqdim olunan narkotik maddəyə bənzər kütlələrin aşkar olunması, Təqsirləndirilən şəxs ondan narkotik vasitə aşkar olunması baradə bildirməsi əksini tapmışdır. Baxış və götürmə süni işıqlandırma şəraitində keçirildi. Protokol iştirakçılara ucadan oxundu, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olundu. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmadı. Protokol düzgün tərtib edilmişdir, imzalarla təsdiq edildi, protokola disk əlavə olundu. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 24 iyul 2025-ci il tarixli, 6/2461 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №219” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunan büküm” yazısı və imzalar zəfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,719 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: Metamfetaminin təmiz çəkisi - 0,719 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 0,669 qram. Aparılmış tədqiqatın dəyəri 114 manat təşkil edir. “DVD diskə baxış keçirilməsi haqqında” 25 iyul 2025-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış video görüntünün olduğu 01 ədəd CD diskə Nərimanov Rayon Polis İdarəsinin inzibati binasındakı xidməti iş otağında “HP” markalı kompüter vasitəsilə 25 iyul 2025-ci il tarixdə baxış keçirilmişdir. 01 ədəd CD disk yaddaşına baxış keçirilməsi üçün kompüterin prosessoruna qoyuldu və ekranda açılmış fayla baxış keçirilən zaman müəyyən olundu ki, fayldakı görüntülərdə özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsin üzərinə müdafiəçisi və polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilir. Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan qısa qol köynəyinin sol yan cibindən 01 ədəd bükümü çıxarıb könüllü olaraq təqdim edir. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı təqdim etdiyi bükümün içərisindəki psixotrop maddə hesab olunan, metamfetaınini xx.xx.2025-ci il tarixdə, səhər saatlarında üzdən tanımadığı, lakin heç bir anket məlumatlarını bilmədiyi şəxsdən Bakı şəhəri, Nərimanov rayonu ərazisindən 01 ədəd bükümdə psixotrop maddə metamfetamini 20 manat müqabilində alaraq əynində olan qısa qol köynəyinin sol yan cibinə qoyaraq öz istifadəsi üçün saxlayaraq, əldə etdiyini bildirir. Aşkar edilmiş bükümün içindəkilə birlikdə axtarış və götürmədə iştirak etmiş şəxslərin iştirakı ilə qablaşdırlaraq imzalanır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində iş üçün əhəmiyyət kəsb edən əşya və ya maddə aşkar edilmədi. Bu barədə protokol tərtib edilir, tərtib edilmiş protokolun doğruluğu imzalarla təsdiq edilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin ambulator məcburi-narkoloji ekspertizasının 26 iyul 2025-ci il tarixli 4509 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorlarm qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş 60 yaşından yuxarı olan kişilərə və 55 yaşından yuxarı olan qadınlara, narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.7-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs yaş həddi ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. VSİS-dən alman məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən Bakı şəhər NM-da (F19x2) diaqnozu ilə dispanser qeydiyyatdadır . “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbirinin seçilməsi barədə” 25 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, Nərimanov RPİ-nin MSY-dən dərhal azad edilmişdir. “Qətimkan tədbirinin seçilməsi haqqında” 25 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə qətimkan” qətimkan tədbiri seçilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olunmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)–271/2025 saylı, 18 noyabr 2025-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməklə 01 (bir) il, 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(007)-454/2025 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla, ona 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki iş üzrə ibtidai istintaq zamanı tutma altında saxlanıldığı 02 gün (xx.xx.2025-xx.xx.2025-ci illər) müddət və əvvəlki hökm üzrə ibtidai istintaq zamanı tutma altında saxlanıldığı 02 gün (xx.xx.2025-xx.xx.2025) müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmış və üzərində qəti olaraq 02 (iki) il, 08 (səkkiz) ay, 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli 25 avqust 2025-ci il tarixdən hesablanmış Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” 05 dekabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı videoçəkilişin əks olunduğu 02 ədəd CD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur. Cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən, qərarla Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0,719 qram olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmalı və qalıq qalmış 0,669 qram çəkidə psixotrop maddə metamfetamin saxlanması üçün Nərimanov RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs məhkəməyə ünvanladığı xx.xx.2026-cı il tarixli ərizəsindən görünür ki, o, törətmiş olduğu cinayət əməlini etiraf edir və onun 63 yaşının olmasını nəzərə alaraq qeyd etmişdir ki, Azərbaycan Respublikasının Milli Məclisi “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli barəsində amnistiya qərarını tətbiq edib, cinayət işi üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını nəzərdən keçirib, təqsirləndirilən şəxsin ərizəsini nəzərə alıb hesab edir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarı Təqsirləndirilən şəxs barəsində tətbiq edilməli və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1.8-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında məhkəmə tərəfindən müzakirə edilməli məsələlərdən biri cinayət məsuliyyətindən azad etmə üçün əsasların olub-olmamasının müəyyən edilməsidir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası CM-nin 81-ci maddəsinə əsasən Amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. Cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. Cinayət işinin materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 1962-ci ildə Bakı şəhərində anadan olmuşdur. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının: 5.1-ci bəndinə görə məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); Qeyd olunan Qərarının 1.14-cü bəndinə əsasən bu Qərar qüvvəyə mindiyi günədək 60 yaşına çatmış şəxslər təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilirlər. (həmin Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla) Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarın qüvvəyə mindiyi günədək 63 yaşı tamam olmuşdur və yuxarıda qeyd edilən amnistiya qərarının 1.14-cü bəndinə əsasən cinayət təqibinə xitam verilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Odur ki, məhkəmə göstərilənləri nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş hazırki iş üzrə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri cinayət işi üzrə icraata xitam verildiyindən ləğv edilməlidir. Ekspertizası tədqiqatın dəyəri 114 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi Azərbaycan Respublikasının Milli Məclisinin “Konstitusiya və Suverenlik İli” münasibəti ilə amnistiya elan edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarının 5.1-ci bəndinin təsiri altına düşdüyündən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməli, hazırki iş üzrə barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən Bakı şəhər NM-da (F19x2) diaqnozu ilə dispanser qeydiyyatında olması nəzərə alınmalı, ekspertizası tədqiqatın dəyəri 114 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə maddi sübut - Nərimanov RPİ-nin saxlanc yerinə təhvil verilmiş ekspert tədqiqatdan sonra qalan təmiz çəkisi 0,669 qram olan psixotrop maddə metamfetaminin qalıq çəkisi məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı videoçəkilişin əks olunduğu 01 ədəd CD disk, “Baxış və götürmə aparılması” haqqında 01 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır (CPM-132) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “PRAYM LEQAL” Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesab edilməklə, 25 iş saatına görə 275 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “PRAYM LEQAL” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.12-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarı tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində hazırki iş üzrə seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən Bakı şəhər NM-da (F19x2) diaqnozu ilə dispanser qeydiyyatında olması nəzərə alınsın. İş üzrə maddi sübut - Nərimanov RPİ-nin saxlanc yerinə təhvil verilmiş ekspert tədqiqatdan sonra qalan təmiz çəkisi 0, 669 qram olan psixotrop maddə metamfetaminin qalıq çəkisi məhv edilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı videoçəkilişin əks olunduğu 01 ədəd CD disk, “Baxış və götürmə aparılması” haqqında 01 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 114 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “PRAYM LEQAL” Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesab edilməklə, 25 iş saatına görə 275 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “PRAYM LEQAL” Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan edildiyi və ya alındığı gündən 20 gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №1(005)-489/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-489/2025
17.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver