Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-49/2022 21.07.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1983-cü il ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmə məqsədi ilə 05 may 2021-ci il tarixdə xəstə baxıcısı işlədiyi Bakı şəhəri, Suraxanı rayonu, Zığ şossesi 27 km ünvanında yerləşən FHN-nin modul tipli hospitalın 18-ci korpusunun mətbəxindəki şkafda olan yataq dəstlərinin arasından həmin hospitalda xəstə baxıcısı işləyən Zərərçəkmiş şəxs məxsus, "xxxx" tərəfindən verilmiş elektron məlumat daşıyıcısı hesab edilən 5103 0714 5391 9983 nömrəli plastik kartı oğurladıqdan sonra 06 may 2021-ci il tarixdə, saat 01:57-də ünvan 4 ünvanında yerləşən "xxxx"a məxsus bankomatdan həmin plastik kartdan yəni, elektron məlumat daşıyıcısından istifadə etməklə kart hesabından 338 manat pul vəsaitini çıxarıb gizli yolla talayaraq Zərərçəkmiş şəxs 338 manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə verilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2020-ci ilin noyabr ayından 2 iyun 2021-ci il tarixədək FHN Tibb mərkəzinin Zığ qəsəbəsində yerləşən modul tipli hospitalında xəstə baxıçısı vəzifəsində işləmişdir. Ancaq hospitalda xəstələr azaldığından ixtisara düşmüşdür. xx.xx.2021-ci il tarixdə işə gəlmiş və saat 24-dək işdə olmuşdur. xx.xx.2021-ci il saat 00:40-da serviz avtobusu ilə Nizami rayonunda yerləşən Atletlər kəndinə gəlmişdir. İşlədiyi müddətdə Atletlər kəndində olan mənzildə yaşayırmış. Ancaq sabahısı gün istirahət günü olduğundan Qaraçuxur qəsəbəsi, Şərq Y/M ev 3 ünvanında kirayədə yaşadığı mənzilə getmək istəmişdir. O, hələ işdə olarkən onunla birlikdə işləyən Şahid2 də istirahəti olduğundan evinə gedəcəyini dediyi üçün aralarında razılaşmışlar ki, Atletlər kəndindən ikisi bir taksi tutub, evlərinə getsinlər. Serviz avtobusundan düşəndən sonra o, Atletlər kəndində yaşadığı mənzilə gedib, paltarını dəyişmiş, evinə aparmalı olan əşyalarını toplamışdır. Həmin vaxt İlhamə ona zəng edərək, onu aşağıda gözlədiyini demişdir. O da əşyalarını yığıb, mənzildən çıxmış, İlhamə ilə Atletlər kəndinin həyətində görüşmüşdür. İlhamə onun yanında yadında qalmayan taksi şirkətinə zəng edərək, əvvəl onun yaşadığı ünvana, sonra isə özünün yaşadığı ünvana, səhv etmirsə Binəqədi rayonuna gedəcəklərini demişdir. Bundan bir neçə dəqiqə sonra təxminən boz rəngli, markasını və qeydiyyat nişanını bilmədiyi taksi gəlmişdir. Yolda gedərkən, İlhamə yola baxıb, sürücüyə qabaqda "xxxx" olduğunu deyərək, avtomobili bankın qabağında saxlamasını xahiş etmişdir. Sürücüdə bir qədər irəli hərəkət etdikdən sonra avtomobili "xxxx"ın qarşısında saxlamışdır. Avtomobil dayandıqdan sonra İlhamə ona bankomatdan pul çıxarmaqdan başı çıxmadığını deyərək, ondan bankomatdan pul çıxarmasını xahiş etmişdir. Sonra isə ona bir ədəd kapital bankın bankomat kartını vermişdir. O, soruşduqda İlhamə kartın pin kodunun 2018 olduğunu demişdir. O, nə qədər pul çıxaracağını soruşduqda İlhamə kartda cəmi 338 manat olduğunu deyərək, hamısını çıxarmasını istəmişdir. O da İlhamənin ona verdiyi kartı bankomata yerləşdirib, onun dediyi pinkodu yığıb, kartda olan cəmi 338 manat pulu, eləcədə bankomat kartını çıxarıb, İlhaməyə vermişdir. Bundan sonra taksi hərəkətə başlamışdır. Əvvəlcə onu aparıb, yaşadığı ünvanda düşürmüşdür, sonra isə İlhaməni yaşadığı ünvana aparmışdır. Yəni həmin Kapital bank kartını ona bankomatdan pul çıxarması üçün İlhamə vermişdir. O da pulu çıxararaq, kartla birlikdə İlhaməyə vermişdir. xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə keçən gecə Zərərçəkmiş şəxs maaş kartından pulu çıxarsa da həmin kartın Güllazara məxsus olduğunu və oğurlandığını bilməmişdir. Bununla belə həmin pulu İlhamənin ona verdiyi həmin kartdan o, çəkdiyindən, özünü Güllüzarın qarşısında günahkar hesab edir. Ona görə də Güllüzarın kartından çəkdiyi 338 manatı tam olaraq Güllüzara ödəmişdir. İlhamə kartı ona verdikdən sonra o, kartı ATM-yə yerləşdirib, onun dediyi kodu yığdıqda ekranda kartın sahibinin adı göstərilsə də yorğun olduğundan buna fikir verməmiş, ona görə də kartın Güllüzara məxsus olduğunu bilməmişdir. Sonda Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurulmuş zərəri tam ödədiyini və sonuncunun ona qarşı şikayət və tələbinin olmadığını qeyd edərək barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2021-ci ilin mart ayından Suraxanı rayonu, Zığ qəsəbəsində yerlşən FHN-nin Tibb mərkəzinin modul tipli hospitalında xəstə baxıçısı işləməyə başlamışdır. Orada işlədiyi müddətdə Təqsirləndirilən şəxs tanımışdır. Elnarə ondan əvvəl həmin hospitalda işləyirmiş. İşə başladıqdan 15 gün sonra yəni aprel ayında işçilərə maaş kartı vermişlər. Maaş olaraq, ona aylıq 450 manat pul verilməli imiş. Lakin "xxxx"dan onun adına verilmiş, üzərində 5103 0714 5391 9983 nömrə olan plastik kartın PİN kodu yox imiş. Həmin kodu kartın sahibi özü ATM-də qoymalı imiş. Özünün bundan anlayışı olmadığı üçün orada ondan əvvəldən işləyən baldızı Aygünə demişdir. Aygün də ona öz kartına da kod qoymalı olduğunu və bunun Elnarənin bacardığını demişdir. Çünki Aygünün əvvəlki kartınada kodu Elnarə qoymuşdur. Həmin vaxt Elnarəyə də yeni maaş kartı vermişlər. Çünki hər dəfə modul tipli hospital bağlanıb, yenidən açıldıqca bütün işçilərə yeni maaş kartı verirmişlər. Onun xahişi ilə hospitalın içərisində olan "xxxx"a məxsus ATMdə Elnarə onun, Aygünün və öz maaş kartına kod qoymuşdur. Onun oğlu İbrahimin və Elnarənin oğlu İbrahimin doğulduğu il 2015-ci olduğundan Elnarə onun və öz plastik kartına kod olaraq, “2015” rəqəmlərini yazmışdır. Aygünün kartına isə “2018” kodunu qoymuşdur. O, bundan sonra maaş kartını yaşadığı evə qoymuşdur. Təxminən bir müddət sonra maaşlar karta köçürülmüşdür. Hospitalda supervayzer vəzifəsində işləyən Kamil bəy vvhatsapp sosial şəbəkəsində olan işlərin daxil olduğu qrupa bir çox işçinin maaşının az gəldiyini və hamının maaş kartlarını pulu çıxartmadan işə gətirmələrini xahiş etmişdir. 05 may 2021-ci il tarixdə onun istirahət günü olduğundan özünə məxsus "xxxx"a məxsus plastik kartını onunla bir həyətdə yaşayan baldızı Aygünə vermişdir. Aygün işdə olanda kart cibindən düşüb itməsin deyə, Elnarənin təkidi ilə iş sənədi olan yaxasından asdığı bəçikin içərisinə qoymuşdur. Bundan sonra işdə olarkən, Elnarə ona kartı itirərsən dediyi üçün hospitalın mətbəxindəki şkafda olan yataq dəstlərinin arasında gizlətmişdir. Demək olar ki, bütün işçilər bəçiki və özlərinə məxsus digər əşyaları həmin şkafa qoyurmuşlar. İş vaxtı saat 00 radələrində bitdiyindən baldızı Aygün iş yoldaşı Elnarə ilə birlikdə işdən çıxmışdır. Elnarə Aygünə qardaşını gözlədiyini bildirərək, Aygündən qabağa keçib getmişdir. Aygün hospitalın qapısından çıxarkən, qayda üzrə bəçiki qapıda olan turniketə oxutdurmuşdur. Bu zaman ona məxsus plastik kartın bəçikin içərisində olmadığını görmüş, bu barədə oranın mühafizəçisinə məlumat vermişdir ki, kimsə kart tapsa ona xəbər versin. Özü isə hospitala qayıdaraq hər yeri axtarmışdır. Lakin kartını tapa bilmədiyindən, təxminən saat 02 radələrində işdən çıxıb evə gəldikdən sonra ona xəbər vermişdir. Bundan sonra Aygün Elnarəyə zəng edib, kartın itdiyini demişdir. Elnarədə Aygünə kartı itirəcəyini bildirdiyini deyərək, onu günahlandırmışdır. Elnarə daha sonra ona bankın qaynar xəttinə zəng edib, kartı bağlatdıracağını bildirmişdir. Lakin bir müddət sonra zəng edərək, qaynar xəttə zəng etdiyini, telefon zənginin açılmadığını demişdir. Bundan sonra onlar da plastik maaş kartının bağlanması üçün, "xxxx"ın qaynar xəttinə zəng eləsələr də, telefon zəngini açan olmamışdır. Səhərisi gün o, Aygün ilə birlikdə işə getmişdir. Ancaq əvvəlcə hospitalın mühafizəçilərinə yaxınlaşaraq, müşahidə kameralarına baxılmasını xahiş etmişlər. Onlara onun kartının qoyulduğu şkafın olduğu yerin müşahidə kameralarının tutmadığını bildirilmişdir. Onlar da bundan sonra kartın itməsi barədə hospitalda supervayzer işləyən Kamil bəyə məlumat vermişlər. O da bu barədə whatsappda olan qruplarına sms yazmışdır. Lakin Elnarədən başqa digər işçilər qrupa bu barədə məlumatları olmadıqları barədə sms yazmışlar. Sonra Aygünlə o, Həzi Aslanov metrostansiyası yaxınlığında yerləşən “Kapital Bank“a məxsus ofisə getmişlər. Orada o, şəxsiyyət vəsiqəsini təqdim etdikdən sonra, ona plastik kartından Nərimanov rayonu ərazisində yerləşən ATM-dən xx.xx.2021-ci il tarixdə saat 01:57-də 338 manat pulu tam olaraq, çıxarıldığını bildirilmişdir. Kimin çıxarması ilə bağlı sual verdikdə isə, onlara "xxxx"ın Nərimanov rayon filialına müraciət etməli olduqları izah edilmişdir. Onlar “Kapital Bank“-ın Nərimanov rayonu ərazisində yerləşən filialına müraciət etdikdə, onlara video görüntü ilə bağlı polisə müraciət etməli olduqları deyilmişdir. Aygün özünün istifadəsində olan nömrə ilə Elnarənin istifadəsində olan mobil nömrəsi ilə telefon əlaqəsi saxlayıb, ona onun kartında olan pulun Nərimanov rayonu ərazisində yerləşən ATM-dən çıxarıldığını bildirmişdir. Elnarə isə Aygünə özünün maraqlandığını, pulun ATM-dən çıxarılmadığını və onun kartında olan pulun digər karta köçürüldüyünü bildirmişdir. Aygündə Elnarəyə nə olursa olsun, polisə şikayət edəcəyini demişdir. Elnarə isə polis onun 300 manatını axtarmayacağını bildirərək, özünün də DİN-nin 102 xidmətinə bu barədə məlumat verəcəyini demişdir. O, bundan sonra 06 may 2021-ci ilin saat 11 radələrində DİN-in 102 xidmətinə zəng edərək, kartının itməsi və orada olan 338 manat pulu çıxarılması barədə məlumat vermiş, Nərimanov RPİ-nin 18-ci polis şöbəsinə gedərək, şikayət ərizəsi yazmışdır. Daha sonra polis əməkdaşları kartdan pulu çəkənin Elnarə olduğunu bildirmişlər. Bundan sonra Elnarə Aygünə zəng edərək, onun vermiş olduğu şikayəti geri çəkməyini xahiş etmişdir. Elnarə polis şöbəsində izahat verdikdən sonra, Elnarənin anası Aygünə zəng edərək, 1.000 manat pul verəcəyini və polisə gedib onun şikayətini geri götürməyini istəmişdir. Onlar da ondan Elnarənin kartdan çıxardığı 338 manat pulu aparıb polisə təqdim etməyini istəmişlər. Sonda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığını, ona vurulmuş maddi zayanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2020-ci ilin dekabr ayından Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən FHN Tibb mərkəzinin modul tipli hospitalında xəstə baxıçısı vəzifəsinə düzəlmişdir. Orada işlədiyi müddətdə Təqsirləndirilən şəxs tanımışdır. İşə başladıqdan bir müddət sonra ona "xxxx"dan maaş kartı vermişlər. Lakin həmin plastik kartın kodu yoxmuş və kodu kartın sahibi özü ATM-də qoymalı imiş. Onun da bundan anlayışı olmadığı üçün Elnarədən kömək istəmişdir. Elnarə xanımda onun kartına 2013 pinkodunu qoymuşdur. Həmin rəqəm onun qızı Sədaqətin anadan olduğu ildir. Bundan bir müddət sonra qardaşı arvadı Güllüzarda həmin hospitalda xəstə baxıçısı vəzifəsində işləməyə başlamışdır. Hər dəfə modul tipli hospital bağlanıb, açıldıqca bütün işçilərə yeni maaş kartı verirmişlər. Ona görə də sonrakı günlərdə onlara "xxxx"-dan yeni plastik maaş kartları vermişlər. Hospitalın içərisində olan "xxxx"a məxsus ATM-də onun xahişi ilə Elnarə onun yeni maaş kartına yenədə kod qoymuşdur. Həmin vaxt Güllüzar da plastik maaş kartı aldığından və karta pin kod qoyulmasını bilmədiyindən Elnarə onun da maaş kartına onun və Güllüzarın yanında pin kod qoymuşdur. Güllüzarla Elnarənin oğlanlarının adları İbrahim olduğundan və hər ikisi 2015-ci il təvəllüdlü olduğundan Elnarə özünün və Güllüzarın maaş kartlarına eyni kodu, yəni 2015 rəqəmini yazmışdır. Həmin vaxt Elnarə də yeni maaş kartı almışdır. Yəni o, Güllüzarın plastik maaş kartına Elnarənin pin kod qoyduğunun şahidi olmuşdur. Təxminən 2021-ci ilin may ayının ilk günlərində "xxxx"-dan onlara verilmiş maaşlar kartlarına aprel ayının maaşları köçürülmüşdür. Supervayzer vəzifəsində işləyən Kamil bəy whatsapp sosial şəbəkəsində olan işçilərin daxil olduğu qrupa bir çox işçinin maaşının az gəldiyini və maaş kartlarını pulu çıxartmadan işə gətirməyini xahiş etmişdir. 05 may 2021-ci il tarixdə qardaşı arvadı Güllüzarın istirahət günü imiş. Onun isə həmin gün iş günü imiş. Ona görədə Güllüzar özünə məxsus “Kapital Bank" tərəfindən verilmiş plastik maaş kartı ona vermişdir ki, lazım olsa Kamil bəyə göstərsin. Onun özünə məxsus maaş kartını isə rayonda işləyən əri özü ilə aparmışdır ki, lazım olsa kartdan pul çıxara bilsin. O, işə gəldikdən sonra Güllüzarın ona verdiyi maaş kartını hospitalda işləyən iş yoldaşı Eldara verərək, Güllüzara ödənmiş maaşın məbləğini öyrənməsini xahiş etmişdir. Oda ondan kartın kodunu soruşduqda, o, Eldara kodun 2015 olduğunu demişdir. Həmin vaxtı onun yanında Elnarədən başqa kartın kodunu eşidə biləsi heç kim yoxmuş. Eldarda kartı aparıb, hospitalda olan ATM-ə daxil edib, baxdıqdan sonra, Güllüzara həmin ay üçün 338 manat maaş ödəndiyini bildirmişdir. Bundan sonra kartdakı pulu çıxarmadan kartı ona qaytarmışdır. O da işdə olanda Güllüzarın ona verdiyi maaş kartını, özünün şəxsiyyət vəsiqəsi ilə birlikdə əynindəki paltarın döş cibinə qoymuşdur. Elnarə Güllüzarın maaş kartını döş cibinə qoyduğunu gördükdə ona kartın düşüb, itə biləcəyini deyərək, digər işçilərində sənədlərini qoyduğu şkafa qoymasını məsləhət görmüşdür. Ona görə də o, Güllüzarın maaş kartını, özünün şəxsiyyət vəsiqəsini iş sənədi olan yaxasından asdığı bəçikin içərisinə qoymuşdur. Bəçiki isə Elnarənin dediyi hospitalın mətbəxindəki şkafda olan yataq dəstlərinin arasında gizlətmişdir. Demək olar ki, bütün işçilər bəçiki və özlərinə məxsus digər əşyaları həmin şkafa qoyurmuş. İş vaxtı saat 00 radələrində bitdiyində iş yoldaşı Elnarəyə onu da gözləməsini və birlikdə işdən çıxmalarını demişdir. Elnarə ona qardaşının onu gözlədiyini bildirərək, ondan qabağa keçib getmişdir. O, hospitalın çıxış qapısından keçərkən, həmişə olduğu kimi bəçiki qapıda olan turniketə oxudurmuşdur. Bəçiki turniketə oxudanda görmüşdür ki, bəçikin içərisinə qoyduğu Güllüzara məxsus plastik kart bəçikin içində yoxdur. Ona görə də bu barədə oranın mühafizəçisinə məlumat vermişdir ki, kimsə kart tapsa ona xəbər versin. Özü isə hospitala qayıdaraq hər yeri axtarmışdır. Lakin kartı tapa bilmədiyindən, təxminən saat 02 radələrində işdən çıxıb evə gəldikdən sonra Güllüzara xəbər vermişdir. Gecə evdə olarkən, saat 03 radələrində Elnarəyə zəng edərək, Güllüzarın kartının itdiyini demişdir. Çünki işlədiyi 18-ci korpusun 2ci mərtəbəsində Elnarədən və ondan başqa xəstə baxıçısı işləməmişdir. Elnarə də ona cavab olaraq, kartı itirəcəyini dediyini və ona banka zəng edib, kartı bloka saldıracağını bildirmişdir. Sonra zəng edərək, banka zəng etdiyini, ancaq telefon zəngini açan olmadığını demişdir. Bundan sonra o, Güllüzarla birlikdə onun plastik maaş katının bağlanması üçün, "xxxx"ın qaynar xəttinə zəng eləsələr də, telefon zəngini açan olmamışdır. Səhərisi gün Güllüzarla birlikdə işə getmişdir. Ancaq əvvəlcə hospitalın mühafizəçilərinə yaxınlaşaraq, müşahidə kameralarına baxılmasını xahiş etmişlər. Onlara onun kartı qoyduğu şkafın olduğu yerin müşahidə kameraların tutmadığını bildirmişlər. Onlar da bundan sonra kartın itməsi barədə hospitalda supervayzer işləyən Kamil bəyə məlumat vermişlər. O da bu barədə vvhatsappda olan qrupa sms yazmışdır. Elnarədən başqa digər işçilər qrupa məlumatı olmadıqları barədə sms yazmışlar. Sonra Güllüzarla o, Həzi Aslanov metrostansiyası yaxınlığında yerləşən “Kapital Bank“a məxsus ofisə getmişlər. Orada Güllüzar vəsiqəsini təqdim etdikdən sonra, Güllüzara plastik kartından Nərimanov rayonu ərazisində yerləşən ATM-dən xx.xx.2021-ci il tarixdə saat 01:57-də 338 manat pulu tam olaraq çıxarıldığını bildirmişlər. Kimin çıxarması ilə bağlı sual verdikdə isə, onlara "xxxx"ın Nərimanov rayon filialına müraciət etməli olduqları bildirilmişdir. Onlar "xxxx"ın Nərimanov rayonu ərazisində yerləşən filialına yaxınlaşdıqda, oranın işçiləri video görüntü ilə bağlı polisə müraciət etməli olduqlarını demişlər. O da özünün istifadəsində nömrədən Elnarə istifadəsində olan mobil nömrəsinə zəng edərək, ona Güllüzarın kartında olan pulun Nərimanov rayonu ərazisində yerləşən ATM-dən çıxarıldığını bildirmişdir. Elnarə isə ona özünündə maraqlandığını, pulun ATM-dən çıxarılmadığını və Güllüzarın kartında olan pulun digər karta köçürüldüyünü bildirmişdir. O da Elnarəyə nə olursa olsun, polisə şikayət edəcəyini demişdir. Elnarə isə polisin Güllüzarın 300 manatını axtarmayacağını bildirərək, özün də DİN-nin 102 xidmətinə bu barədə məlumat verəcəyini demişdir. Güllüzar bundan sonra DİN-in 102 xidmətinə zəng edərək, kartının itməsi və orada olan 338 manat pulu çıxarılması barədə məlumat vermiş və Nərimanov RPİ-nin 18ci polis şöbəsində şikayət ərizəsi yazmışdır. Daha sonra polis əməkdaşları kartdan pulu çəkənin Elnarə olduğunu bildirmişlər. Bundan sonra Elnarə ona zəng edərək, Güllüzarın vermiş olduğu şikayəti geri çəkməyini xahiş etmişdir. Elnarə polis şöbəsində izahat verdikdən sonra, anası ona zəng edərək, 1.000 manat pul verəcəyini və polisə gedib Güllüzarın şikayətini geri götürməyini xahiş etmişdir. O da ondan kartdan çıxarılan 338 manat pulu aparıb, polisə təqdim etməyini istəmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid2, Şahid3 və X5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iclasında istintaqa verdiyi ifadələri elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid2, Şahid3 və X3 ifadələri ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 8-ci vərəqində olan Zərərçəkmiş şəxs məxsus ******************** nömrəli bank kartı üzrə hesab tarixçəsindən olan çıxarışdan görünür ki, xx.xx.2021-ci il tarixdə saat 01:57-də ünvan 4 ünvanında yerləşən ATM-də aparılmış bank əməliyyatı ilə 338.00 AZN məbləğində vəsait hesabdan məxaric edilmişdir. Cinayət işinin 10-cu vərəqində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” 06 may 2021-ci il tarixli protokoldan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs ərizəsi əsasında hadisə yerinə baxış keçirilmişdir. Hadisə yerinə baxış ünvan 6 ünvanda 5 mərtəbəli yaşayış binası və onun altında küçəyə baxış istiqamətində "xxxx" filialı yerləşir. Filialın qarşısında bir ədəd qırmızı rəngli bankomat vardır. Baxış zamanı müəyyən edildi ki, Zərərçəkmiş şəxs məxsus kartdan həmin bankomat ilə naməlum şəxs tərəfindən pul çıxarılmışdır. Cinayət işinin 34-35-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, o, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay sınaq müddəti müəyyən edilməklə şərti olaraq 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin 122-ci vərəqində olan “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, "xxxx" ASC-dən xx.xx.2021-ci il tarixli, 15700/2-2488 nömrəli məktubla daxl olmuş 01 ədəd CD diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, diskdə 01 ədəd “Zərərçəkmiş şəxs” yazılı fayl vardır. Həmin fayla daxil olduqda içərisində 01 ədəd xx.xx.2021 yazılı daha bir fayl olduğu görünür. Fayl açıldıqda içərisində 32 ədəd foto şəkillər olduğu müəyyən olunur. Fotoşəkillərdə ATM-in (bankomat) monitorunun və əynində göy rəngli cins gödəkcə, qara rəngli köynək, ağzında qara rəngli qoruyucu parça maska olan orta yaşlı qadının müxtəlif görüntüləri görünür. Baxışda iştirak edən Təqsirləndirilən şəxs diskdə görünən qadının o özü olduğunu, xx.xx.2021-ci il tarixdə gecə saatlarında Bakı şəhəri, Nərimanov rayonu “Nəriman Nərimanov” metrostansiyasının yaxınlığında, Nərimanov istirahət parkının qarşısında yerləşən “Kapital banka” məxsus ATM-dən (bankomatdan) plastik kartı daxil edib, pul çıxardığını, diskdə olan görüntülərində həmin görüntülər olduğunu bildirmişdir. Cinayət işinin 123-cü vərəqində olan “Qətimkan tədbiri seçmə haqqında” 26 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 157-158-ci vərəqələrində olan “Qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxsin tutulması və axtarış elan edilməsi barədə” 07 avqust 2021-ci il tarixli qərardan görünür ki, ********* nğmrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozduğuna görə tutulma və axtarış elan edilməsi qərara alınmışdır. Cinayət işinin 174-cü vərəqində olan “Axtarışda olan şəxsin tutulmasına dair” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 18:00-da saxlanılaraq Nərimanov RPİ-nin 18-ci PŞ-nə gətirilmişdir. Cinayət işinin 191-192-ci vərəqələrində olan “MSY-dən azad etmə haqqında” 17 avqust 2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsi ilə Təqsirləndirilən şəxs Nərimanov RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. Cinayət işinin 195-196-cı vərəqələrində olan “Qətimkan tədbirinin dəyişdirilməsi haqqında” 17 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin dəyişdirilərək “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz edilməsi qərara alınmışdır. Cinayət işinin 205-ci vərəqində olan “Təqdim edilmiş DVD-R diskində olan görüntülərə baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, **********65 adlı fayla baxış keçirilən zaman Təqsirləndirilən şəxs istifadəsində olan ***-***- **-** nömrəsi xx.xx.2021-ci il tarixdə saat 01:58:46-dan saat 02:23:08-dək olan müddət ərzində Bakı şəhəri, Nərimanov rayonu ərazisində müxtəlif küçələrdə olduğu əks olunmuşdur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirdi ki, ***-***-**-** mobil nömrəli telefon ona məxsusdur və xx.xx.2021-ci il tarixə keçən gecə özündə olmaqla o, göstərilən müddət ərzində Bakı şəhəri, Nərimanov rayonu ərazisində müxtəlif küçələrində olmuşdur. Cinayət işinin 213-cü vərəqində olan “Təqdim edilmiş DVD-R diskində olan görüntülərə baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, **********48 adlı fayla baxış keçirilən zaman Şahid2 istifadəsində olan ***-***-**-** mobil nömrəsi xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə keçən gecə ərzində Bakı şəhəri, Nizami rayonu, H.Əliyev küçəsi ərazisində olduğu əks olunmuşdur. Baxışda iştirak edən Şahid2 bildirdi ki, ***-***-**-** mobil nömrə ona məxsusdur, lakin rəfiqəsi X3 adına alınmışdır. Həmin mobil telefon xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə keçən gecə özündə olmaqla o, göstərilən müddət ərzində Bakı şəhəri, Nizmai rayonu, H.Əliyev küçəsi ərazisində olmuşdur. Cinayət işinin 214-226-cı vərəqələrində olan 01 sentyabr 2021-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası DİN-nin Baş İnformasiya-Kommunikasiya İdarəsindən istintaqa daxil olmuş 01 ədəd DVD-R disk və "xxxx" ASC-dən daxil olmuş 01 ədəd DVD diskin maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. Cinayət işinin 230-cu vərəqində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 4 saylı Bakı “ASAN Xidmət” X4 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2019-cu il təvəllüdlü X2 olduğu müəyyən edilmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona vurulmuş zərər tam ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nın 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir». Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli tam etiraf etməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini qismən etiraf edərək əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışdığını, vurulmuş zayanın tam ödənildiyini və sonuncunun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, himayəsində 2 (iki) azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Belə ki, o əvvəllər məhkum olunsa da, onun məhkumluğu ödənilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, istintaq zamanı tutma altında saxlanıldığı 1 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. İş üzrə maddi sübut olan 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 1 (bir) gün müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-49/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-49/2022
21.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver