Məhkəmə qərarları › İş №1(005)-49/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-49/2023

24.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-49/2023 24.01.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 11:20 Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin hakimi Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclasının katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin Bakı şəhər X3 müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, müdafiəçisi “Arbitrium” Vəkil Bürosunun vəkili – Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1996-cı ildə Salyan şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli və 1 azyaşlı övladı olan, orta təhsilli, işsiz, məhkumluğu ödənilməyən, Salyan rayonu, Salyan şəhəri, A.Hüseynov küçəsi ev 11-də qeydiyyatda olan, Bakı şəhəri Nərimanov rayonu, A.M.Cümə küçəsi, ev 26, mənzil 2-də yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 03 may 2022-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən «Keşlə» bazarının yaxınlığında şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 01 ədəd bükümdə, xalis çəkisi 1,782 qram olan, narkotik vasitə asetilə edilən tiryəki əldə edib üzərində saxlamaqla daşımış, 05 may 2022-ci il tarixdə saat 19:00 radələrində Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən ünvan 1 ünvanın qarşısında saxlanılaraq Nərimanov RPİ-nin 18-ci PŞ-nin inzibati binasına gətirilmiş və xidməti otaqlardan birində üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli cins şalvarın sağ kiçik cibindən bir ədəd gümüşü rəngdə falqa kağızına bükülmüş bükümdə, xalis çəkisi 1,782 qram olan narkotik vasitə asetilə edilmiş tiryək aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi özünün məhkəmə baxışında verdiyi qismən etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübut və digər iş materialları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xeyli müddətdir «kakos» adlanan, narkotik vasitə heroindən istifadə edir, narkotik vasitə lazım olduqda Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən “Keşlə” bazarının yaxınlığında olan təxminən 35-40 yaşlarında üzdən tanıdığı, adı, soyadı və ata adını bilmədiyi, yaşadığı yer barədə məlumatı olmayan şəxsə müəyyən məbləğdə pul ödəməklə ondan almışdır. 05 may 2022-ci il tarixdə evdə olduğu vaxt saat 19:00 radələrində Nərimanov rayon 18-ci Polis şöbəsinin əməkdaşları, eləcə də qonşusu olan Qələndər adlı polis əməkdaşının onu evdən götürüb Nərimanov rayon 18-ci Polis şöbəsinə apardıqlarını və həmin vaxt ağrıları olduğundan narkotikə ehtiyacı olduğu üçün polis əməkdaşlarının ona narkotik vasitə verdiyindən əlavə narkotik vasitənin də onun üzərində olmasını boynuna aldığını qeyd etmişdir. Daha sonra Nərimanov rayon 18-ci Polis şöbəsinə gəldikdə polis əməkdaşları üzərinə şəxsi axtarış aparacaqlarını bildirmişlər və bunun üçün videoçəkilişdən istifadə edəcəklərini demişlər. O, buna etiraz etməmişdir. Daha sonra polis əməkdaşları dövlət hesabına hüquqlarını müdafiə edilməsi üçün müdafiəçi dəvət etmişlər. Şəxsi axtarış keçirilməzdən əvvəl polis əməkdaşları ondan üzərində narkotik vasitə və ya dövriyyəsi qanunla qadağan olunmuş əşyanın olub-olmamasını soruşmuşlar. O, onlara üzərində narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra, üzərinə aparılan axtarış zamanı polis əməkdaşları əynində olan qanunsuz əşya olub-olmadığını soruşmuş, bu zaman əynindəki göy rəngli cins şalvarın sağ kiçik cibinə qoyaraq saxladığı falqa kağızına bükülmüş bükümün içərisində olan narkotik vasitə tiryeki təqdim etmişdir. Aşkar olunmuş büküm açıldıqda içərisində kəskin spesifik iyə malik kütlə aşkar olunmuşdur. Polis əməkdaşları ondan həmin kütlənin haradan əldə etdiyini soruşmuşlar. O, polis əməkdaşlarına bildirmişdir ki, aşkar olunmuş kütlə narkotik vasitə “kakos”dur. Həmin narkotik vasitəni şəxsi istifadə etmək üçün 03 may 2022-ci il tarixdə Nərimanov rayonu ərazisində yerləşən Keşlə bazarının yaxınlığında üzdən tanıdığı şəxsdən almış və əvəzində 30 manat pul vermişdir. Qeyd olunan narkotik vasitəni özü istifadə etmək üçün almış, kiməsə satmaq və ya pay vermək məqsədi olmamışdır. Bundan sonra, polis əməkdaşları ondan aşkar olunmuş həmin narkotik vasitəni zərfə qoyub möhürləmişlər. Bu barədə protokol tərtib etmişlər, tərtib edilmiş protokol ucadan oxunmuş və özü və iştirakçılar tərəfindən imzalamışdır. Daha sonra barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Polis şöbəsindən çıxdıqdan sonra məsələ ilə bağlı heç yerə şikayət etmədiyini bildirmiş, daha sonra yenidən narkotik vasitə istifadə etdiyi üçün barəsində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunu, himayəsində az yaşlı övladının və yaşlı anasının olmasını bildirərək barəsində yüngül cəza tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, özü Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir və polis mayoru rütbəsini daşıyır. 05 may 2022-ci il tarixdə Nərimanov 18-ci Polis şöbəsinin cinayət axtarıış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ilə birlikdə inzibati ərazidə xidmət aparmışlar. Həmin tarixdə saat 19:00 radələrində ünvan 3 ünvanın qarşısında bir nəfər əvvəllər tanımadığı, sonradan şəxsiyyəti onlara məlum olan Təqsirləndirilən şəxs hərəkətlərindən narkotik vasitə və ya psixotrop maddə istifadəsi təsiri altında olmasından şübhələnib ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim etməklə ona polis əməkdaşları olduğunu bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs onlarla Nərimanov RPİ-nin 18-ci Polis şöbəsinə gəlməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs da onlara etiraz etməyib birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsinin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs hüquq və vəzifələrini müdafiə etmək üçün dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və o, buna etiraz etməmişdir. Polis şöbəsinin xidməti otağında tərəflərindən videoçəkilişlə Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə şəxsi axtarışa başlanılmışdır. İlk öncə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qeyri-qanuni əşya və ya maddə varsa təqdim etsin. Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan kiçik cibindən gümüşü rəngli falqaya bükülmüş 01 ədəd bükümü təqdim etmişdir. Həmin bükümə baxış keçirildikdə içərisində narkotik vasitəyə bənzər maddənin olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı narkotik vasitəni 03 may 2022-ci il tarixdə “Keşlə” bazarı yaxınlığında üzdən tanıdığı, lakin ad, soyad, ata adı və digər anket məlumatları, əlaqə nömrələrini bilmədiyi şəxsdən cəmi 30 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Həmin maddəni özü istifadə etmək məqsədilə üstündə saxlamış, kiməsə satmaq və ya pay vermək niyyəti olmamışdır. Bundan sonra, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş büküm içərisində olan kütlə ilə birlikdə zərfin içərisinə qoyularaq qablaşdırılmış, zərfin üzəri imzalanmışdır. O, həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd bükümün içərisindəki narkotik vasitə tiryəki satmaq niyyətində olub-olmaması barədə hər hansı məlumat daxil olmamışdır. Təqsirləndirilən şəxs evinə daxil olunmayıb, ona qarşı hər hansı fiziki və psixoloji təzyiq olunmamışdır. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı üzərindən aşkar edilmiş 01 ədəd bükümün içərisindəki vasitənin narkotik vasitə “kakos” olduğunu bildirmişdir. Lakin, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aşkar edilmiş maddənin tədqiqi məqsədilə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizası zamanı həmin maddənin narkotik vasitə asetilə tiryək olması müəyyən edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində dəfələrlə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlib şahid qismində ifadə verməyən Şahid2 ifadəsi məhkəmə iclasında elan edilmişdir. İbtidai istintaqda verdiyi ifadəsi elan edilmiş və Şahid2 bildirmişdir ki, 05 may 2022-ci il tarixdə Nərimanov 18-ci Polis şöbəsinin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ilə birlikdə inzibati ərazidə xidmət aparmışlar. Həmin tarixdə saat 19:00 radələrində ünvan 3 ünvanın qarşısında bir nəfər əvvəllər tanımadığı, sonradan şəxsiyyəti onlara məlum olan Təqsirləndirilən şəxs hərəkətlərindən narkotik vasitə və ya psixotrop maddə istifadəsi təsiri altında olmasından şübhələnib ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim etməklə ona polis əməkdaşları olduğunu bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs onlarla Nərimanov RPİ-nin 18-ci Polis şöbəsinə gəlməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs da onlara etiraz etməyib birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsinin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Dəvət edilmiş müdafiəçi Təqsirləndirilən şəxs təqdim edildikdə sonuncu müdafiəçiyə etirazının olmadığını, onun tərəfindən hüquqlarının müdafiə edilməsinə razı olduğunu bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və o, buna etiraz etməmişdir. Polis şöbəsinin xidməti otağında tərəflərindən videoçəkilişlə Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə şəxsi axtarışa başlanılmışdır. İlk öncə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qeyri-qanuni əşya və ya maddə varsa təqdim etsin. Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan kiçik cibindən gümüşü rəngli falqaya bükülmüş 01 ədəd bükümü təqdim etmişdir. Həmin bükümə baxış keçirildikdə içərisində narkotik vasitəyə bənzər maddənin olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı narkotik vasitəni 03 may 2022-ci il tarixdə “Keşlə” bazarı yaxınlığında üzdən tanıdığı, lakin ad, soyad, ata adı və digər anket məlumatları, əlaqə nömrələrini bilmədiyi şəxsdən cəmi 30 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Həmin maddəni özü istifadə etmək məqsədilə üstündə saxlamışdır, Narkotik vasitənin kakos adı ilə aldığını bildirmiş, aldıqdan sonra içinə baxmadığını qeyd etmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş büküm içərisində olan kütlə ilə birlikdə zərfin içərisinə qoyularaq qablaşdırılmış, zərfin üzəri imzalanmışdır. Məhkəmədə tədqiq olunan “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” 05 may 2022-ci tarixli Diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 19:00 radələrində Nərimanov RPİ-nin 18-ci PŞ-nin əməkdaşları tərəfindən ünvan 4 ünvanda Təqsirləndirilən şəxs saxlanılaraq şübhəli şəxs qismində 18-ci PŞ-nə gətirilmişdir. 18-ci PŞ-də ona üzərində olan hər hansı bir qanunsuz əşya və ya maddəni könüllü təqdim etmək təklif olundu. İştirakçıların iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldı. Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ kiçik cibindən gümüşü rəngli falqaya bükülmüş 01 ədəd içərisində qəhvəyi rəngli, toz şəkilli maddəni könüllü olaraq təqdim etdi. Şübhəli şəxs Təqsirləndirilən şəxs bildirdi ki, təqdim etdiyi maddə narkotik vasitə hesab olunan “kakos”dur və üzərindən aşkar edilmiş narkotik vasitəni iki gün əvvəl, yəni xx.xx.2022-ci il tarixdə Keşlə bazan yaxınlığında üzdən tanıdığı, lakin adım bilmədiyi şəxsdən 30 manata şəxsi istifadəsi üçün almış və həmin narkotik maddənin pulunu isə həmin şəxsin özünə ödəmişdir. Həmin narkotik maddəni 30 manata alaraq daha sonra istifadə etmək üçün üzərində saxlamışdır. xx.xx.2022-ci il tarixdə saat 19:00 radələrində isə ünvan 4 ünvanda olarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Bundan əlavə Təqsirləndirilən şəxs üzərindən bir qutu “Veqas” siqareti də aşkar olunmuşdur. Aşkar olunmuş narkotik vasitəyə bənzər maddə iştirakçıların və Təqsirləndirilən şəxs iştirakları ilə qablaşdırıldı, 224 nömrəli möhürlə möhürlənmişdir. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 may 2022-ci il tarixli, 6/2611 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən”..... sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,782 qram olan tünd-qəhvəyi rəngli maddə kustar üsulla narkotik vasitə asetilə tiryəkdir. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 şəxsi Ambulator X2 xx.xx.2022-ci il tarixli, 3468 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə ünvanlanmış xx.xx.2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. əvvəllər məhkum edilmişdir. “Sübutların qiymətləndirilməsi və maddi sübut kimi tanıma haqqında” 25 iyun 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli iş üzrə Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş 1,782 qram narkotik vasitə asetilə edilən tiryək maddi sübut kimi tanınmış, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 1,732 qram hissəsi saxlanılması üçün Nərimanov Rayon Polisinin Saxlanc yerinə təhvil verilmişdir. Həmçinin 1 ədəd DVD disk maddi sübut kimi tanınmışdır. Məhkəmədə tədqiq olunan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması” haqqında 05 may 2022-ci il tarixli prtokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 19:30 radələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, 07 may 2022-ci il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə qərarla Təqsirləndirilən şəxs barəsində “barəsində başqa yerə getməmək” haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmədə tədqiq olunan Bakı şəhəri Nərimanov Rayon Məkəməsinin 1(005)- 301/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinmiş və ona qəti olaraq 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Məhkəmədə tədqiq olunan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli 1(005)-432/2022 saylı qərraından görünür ki, Təqsirləndirilən şəxs dəfələrə məhkəmənin çağırışlarına gəlməmiş və məhkəmə istintaqından yayınmışdır. Buna görədə barəsində həbslə axtarış seçilmiş və qərarın icrası Nərimanov Rayon Polis İdarəsinə tapşırılmışdır. Məhkəmədə tədqiq olunan xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti 3 saylı İstintaq Təcridxanasından ünvanlamış məktubdan aydın olur ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə polis əməkdaşları tərəfindən tutularaq, 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti tərəfindən 1xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs (Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli hökmü, AR CM-nin 234.1, 69.3, 93.1.2-ci maddələri, cəza müddəti: 8 ay 28 gün, cəzasının əvvəli xx.xx.2020-ci il, cəzasının sonu xx.xx.2021-ci il) 14 saylı cəzaçəkmə müəssisəsindən cəza müddətinin qurtarması ilə əlaqədar xx.xx.2021-ci il tarixdə azad edilmişdir. İşə əlavə edilmiş “Elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində İbadzadə Rəhman adlı 01 (bir) azyaşlı övladı vardır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cü maddələrinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş və narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının” İ siyahısının 5-ci bəndinin tələbinə görə heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0.15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 2 qramdır. Məhkəmə Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll etmiş və belə nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif etdiyindən o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə, həmçinin təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən məhkəmə iclasında narkotik vasitənin onun üzərindən aşkar edilməməsi, evindən polis əməkdaşları tərəfindən götürülərək Polis Şöbəsinə aparılması ilə bağlı ifadəsinin özünümüdafiə xarakteri daşıması qənaətinə gəlir. Belə ki, şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında yaranmış ziddiyyətlər araşdırılmış, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahid ifadələri, "Şəxsi axtarış və götürmə aparılması haqqında” 05 may 2022-ci tarixli protokoldan və məhkəmə baxışı zamanı “DVD-R” diskə baxış keçirilərkən, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs səmimi peşman olmasını və himayəsində bir azyaşlı övladının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzaları icra etməməsi, həmçinin cinayət törətməkdə davam etməsi və islah yoluna qədəm qoymaması, məhkəmə çağırışlarına gəlməyərək istintaqdan yayınması onun şəxsiyyətini mənfi səciyyələndirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə, CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Belə ki, Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur . “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Həmçinin, yeni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur. Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-301/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası üzrə məhkumluğu hazırki cinayət əməlini törədərkən ödənilməmişdir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Təqsirləndirilən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün (05-07 may 2022-ci il) ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərinə qəti olaraq cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır, tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs CMnin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Cinayət işində maddi sübut kimi götürülərək Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş, aparılmış tədqiqatdan sonra qalıq qalmış Nərimanov Rayon Polisinin Saxlanc yerinə saxlanılması üçün təhvil verilmiş 1,732 qram psixatrop maddə olan tiryək məhv edilməlidir. Cinayət işinə əlavə edilmiş 01 (bir) ədəd DVD disk cinayət işinə əlavə edilərək saxlanmalıdır. Ekspertiza tədqiqatının dəyəri 81 (səksən bir) manat Təqsirləndirilən şəxsndən tutulub dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, hesab №2088501, X4, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22) köçürülməlidir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi məhkəmədə iştirak etdiyi 50 (əlli) iş saatına görə 300 (üç yüz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Arbitrium” Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1(bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün (05-07 may 2022-ci il) ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində 1 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılsın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut - Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş, aparılmış tədqiqatdan sonra qalıq qalmış psixatrop maddə olan tiryək məhv edilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş video görüntünün köçürüldüyü 1 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 81 (səksən bir) manat Təqsirləndirilən şəxsndən tutulub dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, hesab №2088501, X4, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22) keçirilsin. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 50 (əlli) iş saatına görə 300 (üç yüz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Arbitrium” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı şəhəri Nərimanov rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar