Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-490/2024 19.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs1 və onun müdafiəçi – “FEMİDA” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi- “FEMİDA” Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, evli, natamam ali təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, sürücü işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində fərdi tikilmiş evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə; xx.xx.1962-ci ildə Beyləqan rayonunda anadan olmuş, evli, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində fərdi tikilmiş evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 bir qrup şəxs halında, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 atası Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs tərkibində 11 mart 2024-cü il tarixdə saat 14 radələrində ictimai yer olan ünvan 4 ünvanının qarşısında Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı, heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə, atası Təqsirləndirilən şəxs2la birlikdə Ramil İsgəndərovun baş və sifət nahiyəsindən qəsdən baş və yumruq zərbələri ilə vuraraq sağ gicgah və sağ qaş nahiyəsinin yumşaq toxumalarının şişkinlik halında əzilməsi ilə müşayiət olunanhematoması-sıyrığı, sol gözün üst qapağının qançırı, üst dodağın sol yarısının iç səthinin cərrahi tikişə ehtiyacı olan əzilmiş yarası kimi sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə xuliqanlıq etmişlər. Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 bir qrup şəxs halında, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs tərkibində 11 mart 2024-cü il tarixdə saat 14 radələrində ictimai yer olan ünvan 4 ünvanının qarşısında Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı, heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə, oğlu Təqsirləndirilən şəxs1la birlikdə Ramil İsgəndərovun baş və sifət nahiyəsindən qəsdən baş və yumruq zərbələri ilə vuraraq sağ gicgah və sağ qaş nahiyəsinin yumşaq toxumalarının şişkinlik halında əzilməsi ilə müşayiət olunanhematoması-sıyrığı, sol gözün üst qapağının qançırı, üst dodağın sol yarısının iç səthinin cərrahi tikişə ehtiyacı olan əzilmiş yarası kimi sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə xuliqanlıq etmişlər. Bununla da Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 14 radələrində atası Təqsirləndirilən şəxs2 həkimdən götürdükdən sonra ünvan 5 ünvanda idarə etdiyi “Renault” markalı **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən “Toyota” markalı avtomobilə yol vermişdir. Daha sonra oda qarşıdakı avtomobillərə yol verdiyi üçün sıxlıq yaranmışdır. Bundan sonra o, siqnal verərək avtomobili hərəkət etdirməsini bildirmişdir. Yolda təxminən 5-10 metr hərəkət etdikdən sonra svetoforda yan-yana dayanmışlar. Ramil ona tərs-tərs baxdığı üçün o, şüşəni endirmiş və Ramil ondan nə olmasını maraqlanmışdır, o da sürməsini xahiş etmişdir. Həmin vaxt Ramil bildirmişdir ki, “uçum?”. O, Ramilə “sən deyəndir” deyib şüşəni qaldırmışdır. Həmin vaxt Ramil bildirmişdir ki, “məni yola verirsən, ver kənarda saxla”. O, Ramilin qarşında yolun kənarında saxlamışdır. O, avtomobildən düşürək Ramilə yaxınlaşmışdır. Onların arasında sözlü mübahisə olmuş və mübahisə zamanı o, Ramilə “kəllə" zərbəsi atmışdır. Buna baxmayaraq onun atmış olduğu baş zərbəsi boşa getmişdir. Həmin vaxt ətrafdakı şəxslər və atası Təqsirləndirilən şəxs2 araya girib onları ayıraraq Ramil İsgəndərovu “Toyota” markalı avtomobilin sağ yan hissəsinə aparmışdır. O, kənara çəkildikdə Ramil atası ilə mübahisə etmiş və atası Ramilə bir dəfə şillə vurmuşdur. Ramil isə atasına təpiklə vurmuşdur. Buna görə də, o, Zərərçəkmiş şəxs üzərinə hücum edərək vurub yerə yıxaraq Ramili yumruq zərbəsi ilə vurmuşdur. Ramil yerdən qalxan zaman isə o, Ramilin arxa hissədən qucaqlayaraq saxlamış və ətrafdakı şəxslər gəlmişdir, o, həmin şəxslərdən Ramili aparmaların xahiş etmişdir. Onlar ayrıldıqdan sonra atası ilə birlikdə avtomobilə əyləşmişlər. Həmin vaxt Ramil gəlib şüşədən onun telefon nömrəsini istəmişdir ki, axşam onunla görüşsün. O, Ramilə mobil nömrəni deyib şüşəni qaldırdıqda Ramil yumruqla şüşəsinə vurmuşdur. O da qapını açmış və Ramil qapını sıxdıqda ayağı qapı arasında qalmışdır. Atası bunu görüb Ramilə yenidən yaxınlaşaraq maşından uzaqlaşdırmaq istəmişdir. Daha sonra ətrafda olan şəxslər yenidən onları ayırmış və onlar çıxıb getmişlər. Hadisədən sonra onlar Ramil ilə barışmışlar. Zərərçəkmiş şəxs dəyən zərər ödənmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 11 mart 2024-cü il tarixdə saat təxminən 14 radələrində oğlu Elvin onu həkimdən götürdükdən sonra ünvan 6 ünvanda idarə etdiyi “Renault” markalı **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən “Toyota” markalı avtomobilə yol vermişdir. Daha sonra “Toyota” markalı avtomobil də qarşıdakı avtomobillərə yol verdiyi üçün sıxlıq yaranmışdır. Bundan sonra Elvin siqnal verərək avtomobili hərəkət etdirməsini bildirmişdir. Yolda təxminən 5-10 metr hərəkət etdikdən sonra svetoforda yan-yana dayanmışlar. Sonradan adının Ramil olduğunu bildiyi şəxs Elvinə tərs-tərs baxdığı üçün Elvin şüşəni endirmiş və Ramil adlı şəxs nə olmasını maraqlanmışdır. Elvin isə sürməsini xahiş etmişdir. Həmin vaxt Ramil bildirmişdir ki, “uçum?”. Elvin də Ramilə “sən deyəndir” deyib şüşəni qaldırmışdır. Həmin vaxt Ramil “məni yola verirsən, ver kənarda saxla” demişdir. Elvin Ramilin qarşında yolun kənarında saxlamışdır. Elvin avtomobildən düşürək Ramilə yaxınlaşmışdır. O. isə avtomobildən düşüb avtomobilin kənarında dayanmışdır. Ramil ilə Elvinin arasında sözlü mübahisə olmuş və Ramil oğlu Elvinə “kəllə” atmışdır. Ramilin başı Elvinin burnuna dəymişdir. Elvin Ramilə “kəllə” atdıqda başı boşa getmiş və onunla birlikdə ətrafdakı şəxslər Ramil və Elvini ayırmışlar. Elvin kənara çəkildikdə Ramil və o, mübahisə etmiş, o, Ramilin təhqirlərinə dözməyərək şillə və təpiklə sonuncunu vurmuşdur. Ramil isə ona dizindən yuxarı təpiklə vurmuşdur. Bundan sonra onları aralaşmışlar. Ramil kənara çəkilərkən ayağı səkiyə ilişib yıxılmış və Elvin Ramilin başı yerə dəyməsin deyə arxadan tutmuşdur. Elvin Ramili tutarkən ətrafdakı şəxslər gələrək onları aralaşdırmışlar. Bundan sonra ətrafdakı şəxslər Ramili öz maşınına əyləşdirmək üçün aparmışlar. Onlar da öz avtomobilinə əyləşmişlər. Getmək istəyərkən Ramil avtomobilə yaxınlaşıb Elvindən mobil nömrəsini istəmişdir. Elvində mobil nömrəsini verdikdən sonra şüşəni qaldırmışdır. Həmin vaxt Ramil yumruqla şüşəni vurmuşdur. Elvin qapını açıb düşmək istəyərkən Ramil qapını sıxmış və o, məcbur olub düşüb Ramilə yaxınlaşmışdır. Həmin vaxt Ramili qapıdan uzaqlaşdırmaq üçün tutub dartmağa çalışmışdır. Digər şəxslər gəldikdən sonra Ramili qapıdan uzaqlaşdıra bilmiş və bundan sonra onlar çıxıb getmişlər. O, Ramili əvvəllər tanımamış, aralarında heç bir ədavət və ya düşmənçiliyi olmamışdır. Hazırda Zərərçəkmiş şəxs ilə barışmışlar, ona dəyən zərər ödənmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 11 mart 2024-cü il tarixdə saat təxminən 14 radələrində ünvan 6 ünvanda idarə etdiyi “Toyota Camry” markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən “Renaulet Scenice” markalı avtomobilə yol vermiş, daha sonra arxasında səs siqnallarında istifadə etmişdir. Yolda təxminən 5- 10 metr hərəkət etdikdən sonra svetoforda yan-yana dayanmışlar. Həmin vaxt Renaulet Scenice” markalı avtomobildə olan şəxslərin ona baxdığını gördükdə o, “nə olub?” sualını vermişdir. Həmin vaxt sürücünün yanında oturan yaşlı adının sonradan Xəlil olduğunu bildiyi kişi “canına azar olub” demişdir. O, Xəlilə bu barədə irad bildirdikdə həmin kişi bildirmişdir ki, qarşıda saxla səni başa salacam. O, sağ hissədə avtomobili saxlamışdır. Renaulet Scenice” markalı avtomobil də onun qarşısında saxlamışdır. Həmin avtomobildən sonradan adının Elvin olduğunu bildiyi şəxslə atası Xəlil düşmüşdür. Xəlil və Elvin ona yaxınlaşdıqda aqressiv şəkildə bildirmişlər ki, “niyə sürmürsən”. O da tıxac olmasını qeyd etdikdə Xəlil və oğlu Elvin əli ilə onu dartıştırmağa başlamışlar. Həmin vaxt Xəlil əlini cibinə apararaq “sənə soxaram” demişdir. O, qorxduğu üçün çəkilmək istədikdə Elvin onun əlindən tutaraq buraxmaq istəməmişdir. O, Elvindən ondan buraxmasını tələb etdikdə Elvin başı ilə onun sifət nahiyəsinə vurmuşdur. Atası Elvini ondan aralamış və onu kənara çəkərək bir dəfə şillə ilə sağ üz nahiyəsinə, sağ ayağı ilə isə ayağına vurmuşdur. O, Xəlilin üstünə gedib təpik vurmuş və yumruq vurmaq istəyərkən yumruq Xəlilə dəyməmişdir. Elvin onun üstünə hücum çəkib təpiklə vurub onu yerə yıxdığı zaman Xəlildə təpiklə onun baş nahiyəsinə vurmuşdur. Həmin vaxt Elvin onun boğazından qucaqlayaraq boğmuş, ətrafda toplaşmış insanlar onları ayırmışdır. Bundan sonra o, avtomobildən mobil telefonunu götürüb Elvinə yaxınlaşdır. Həmin vaxt artıq Elvin və Xəlil avtomobildə oturmuşlar. O. Elvindən mobil nömrəsini istəmişdir ki, sakit başla oturub söhbət edib barışsınlar. Hətta o, avtomobilə yaxınlaşarkən Elvin düşmək istəmişdir. O, Elvinin onun düşməsinin qarşısını almaq üçün qapını tutmuşdur ki, dava olmasın. Elvin pəncərəni qaldırdığı üçün o şüşəyə bir dəfə yumruqla vurmuşdur ki, Elvin onu eşitsin. Həmin vaxt Elvin və atası avtomobildən düşmüşdür. Xəlil yenidən onun əlindən təpiklə vurmuşdur. Ətrafdakı şəxslər onları ayırmış və bununla da mübahisə bitmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər tanımamış, ilk dəfə hadisə baş verən zaman görmüşdür, aralarında heç bir ədavət və düşmənçiliyi olmamışdır. Dava-dalaş sözlü mübahisə ilə birlikdə təxminən 8-10 dəqiqə davam etmişdir. Hazırda təqsirləndirilən şəxslərlə barışmış, təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbi yoxdur, ona dəyən zərər ödənmişdir. Onun gələcəkdə də olmayacaqdır, nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi barədə” 11 mart 2024-cü il tarixli protokoldan görünür ki, hadisə ünvan 4 ünvanının qarşısında baş vermişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X2 publik hüquqi şəxsin canlı şəxsin ekspertizasının xx.xx.2024-cü il tarixli, 265 saylı rəyində göstərilmişdir ki, X1 aşkar edilmiş xəsarətlər-sağ gicgah və sağ qaş nahiyəsinin yumuşaq toxumalarının şişkinlik halında əzilməsi ilə müşayiət olunan-hematoması-sıyrığı, sol gözün üst qapağının qançırı, üst dodağın sol yarısının iç səthinin cərrahi tikişə ehtiyacı olan əzilmiş yarası -küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2024-cü il tarixdə və şəraitdə əmələ gələ bilər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Vət. X1 aşkar edilmiş xəsarətlər xarakter və lokalizasiyasına görə şəxsin özü-özünə yetirilməsi və öz boyu hündürlüyündən yıxılması nəticəsindən əmələgəlməsi inandırıcı deyil. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X2 publik hüquqi şəxsin canlı şəxsin ekspertizasının xx.xx.2024-cü il tarixli, 271 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 üzərində hər hansı xəsarət izi aşkar olunmadı. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X2 publik hüquqi şəxsin canlı şəxsin ekspertizasının xx.xx.2024-cü il tarixli, 270 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 üzərində hər hansı xəsarət izi aşkar olunmadı. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamə ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamə ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. “Məcburi gətirilmə haqqında” 24 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 məcburi qaydada istintaqa gətirilməsi qərara alınmışdır. “Axtarışda olan şəxsin könüllü gəlməsi barədə” 22 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 22 avqust 2024-cü il tarixdə saat 19:00 radələrində könüllü olaraq Nərimanov RPİ-nə gəlmişdir. “Cinayət işi üzrə əməlin tövsif edilməsi barədə” 24 avqust 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 128-ci maddəsindən həmin Məcəllənin 221.2.1-ci maddəsinə tövsif edilmişdir. “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsi barədə” 24 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, Nərimanov RPİ-nin MSY-dən dərhal azad edilmişdir; “Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 24 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. “DVD diskə baxış keçirilməsi haqqında” 11 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası DİN-nin X3 Etmə Xidmətindən təqdim edilmiş və ‘Təhlükəsiz şəhər” sisteminin ərazidə quraşdırılmış TŞ 6-002 nömrəli Təhlükəsiz Şəhər görüntü kameraları vasitəsi ilə 11 mart 2024-cü il tarixdə baş vermiş hadisəni görüntüsü qeydə alınaraq köçürülmüş 01 ədəd DVD formatlı diskə baxış keçirilmişdir. Baxış zamanı xx.xx.2024-cü il tarixdə saat 14:05-də Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi ilə hərəkətdə olan qara rəngli “Renault'’ markalı və ağ rəngli “Toyota” markalı avtomobilin ardıcıl olaraq yolun sağ kənarına verib avtomobili saxlaması, “Renault” markalı avtomobildən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 avtomobildən yerə düşərək “Toyota” markalı avtomobilin sürücüsü olan Zərərçəkmiş şəxs yaxınlaşmaları, həmin vaxt X5 İsgəndərovla mübahisə etməsi, mübahisə zamanı Elvin və Təqsirləndirilən şəxs2larm Ramil İsgəndərovla əl-qol hərəkətləri atmaları, Təqsirləndirilən şəxs1la Ramil İsgəndərovun bir-birinin paltarından tutub çəkişməsi, “Renaul” markalı avtomobildə olan qadın sərnişinin də yerə düşərək onlara yaxınlaşması, sözlü mübahisə zamanı Təqsirləndirilən şəxs1 anidən Ramil İsgəndərova doğru baş zərbəsi atması aralarında dava-dalaş baş verməsi, bu zaman Təqsirləndirilən şəxs2 araya girib onları ayıraraq Ramil İsgəndərovu “Toyota” markalı avtomobilin sağ yan hissəsinə keçirərək bir dəfə sağ əli ilə sifət nahiyəsindən, təpik zərbəsi ilə ayaq nahiyəsindən vurması, bundan sonra Təqsirləndirilən şəxs1 da Zərərçəkmiş şəxs üzərinə hücum edərək vurub yerə yıxması, yerdə olan zaman Təqsirləndirilən şəxs1 yumruq zərbəsi, Təqsirləndirilən şəxs2 isə təpik zərbəsi ilə Zərərçəkmiş şəxs vurmaları, Zərərçəkmiş şəxs yerdən qalxan zaman isə Təqsirləndirilən şəxs1 onun arxa hissədən qucaqlayaraq saxlaması, hadisə yerinə toplaşmış şəxslərin araya girərək onları ayırması, Elvin və Təqsirləndirilən şəxs2lar “Renault” markalı avtomobilə əyləşdikdən sonra Zərərçəkmiş şəxs mobil telefonunu çıxarıb sürücü tərəfdən Təqsirləndirilən şəxs1 yaxınlaşaraq nə isə deyərək avtomobilin sağ yan şüşəsinə yumruqla vurması, bundan sonra Təqsirləndirilən şəxs1 sürücü tərəfdən qapını açaraq yerə düşmək istəyən zaman Zərərçəkmiş şəxs qapını tutub saxlayaraq yerə düşməsinə mane olmağa çalışdığını, Təqsirləndirilən şəxs2 isə avtomobilin ön hissəsindən fırlanaraq Zərərçəkmiş şəxs üzərinə doğru getməsi, bundan sonra Təqsirləndirilən şəxs1 da avtomobildən yerə düşərək Ramil İbrahimovun üzərinə doğru getməsi, orada olan şəxslərin araya girərək onları ayıran zaman Zərərçəkmiş şəxs əlində olan mobil telefonun yerə düşdüyü üçün əyilib telefonu götürən zaman Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs tərəf təpik zərbəsi atması, hadisə yerində olan şəxslərin onları ayırması və sonuncuların avtomobilə əyləşib hadisə yerindən çıxıb getmələri müşahidə olunmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 10 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə” 10 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” 21 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə “Təhlükəsiz şəhər” sistemindən alınmış 01 ədəd “DVD” formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən yazılmış ərizədən görünür ki, o təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə barışmış, ona dəymiş ziyan ödənilmiş, onun təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaq, nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxsin və təqsirləndirlən şəxslərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli, 1 nömrəli Qərarının: 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür; 3-cü bəndinə əsasən məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisəvə ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda CM-in şəxsiyyət əleyhinə olan yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilməlidir. İzah edilməlidir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən, zərər çəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda CM-in şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Məhkəmə qeyd edir ki, xuliqanlıq niyyətinin mahiyyəti belə motivlə cinayət törədən şəxsin özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoymasından, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirməsindən ibarətdir, həmin şəxs ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər edir. Xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlərində ifadə olunur. Hazırki iş üzrə təqsirləndirilən şəxslər tərəfindən xuliqanlıq niyyətinin mahiyyətini açıqlayan qeyd edilən hərəkətlərə yol verilməsi məhkəmə istintaqında öz təsdiqini tapmışdır. Belə ki, işin hallarından və araşdırılan sübutlardan göründüyü kimi, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs baş və sifət nahiyəsindən qəsdən baş və yumruq zərbələri ilə vuraraq sağ gicgah və sağ qaş nahiyəsinin yumşaq toxumalarının şişkinlik halında əzilməsi ilə müşayiət olunan-hematoması-sıyrığı, sol gözün üst qapağının qançırı, üst dodağın sol yarısının iç səthinin cərrahi tikişə ehtiyacı olan əzilmiş yarası kimi sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə xuliqanlıq etmişlər. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 07 mart 2005-ci il tarixli Qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli Qərarında göstərilir ki, aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zor tətbiq edilməsi hədəsi; habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Həmin Qərarda ictimai qaydanı kobud surətdə pozan hərəkətlər təqsirkarın nəqliyyatının, müəssisə, idarə, təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plemumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, CM-in xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Beləliklə, məhkəmə istintaqında araşdırılan sübutlarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik edən, şəxslər üzərində zor tətbiq edilməsi və zorun tətbiq edilməsi hədəsi ilə xuliqanlıq qərəzli hərəkətlər etmişlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2nın əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət törətməsini, zərərçəkmiş şəxs ilə barışmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət törətməsini, törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət törətməsini, zərərçəkmiş şəxs ilə barışmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 CM-in 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, onun 2 gün (xx.xx.2024-xx.xx.2024) şübhəli şəxs qismində saxlanılması azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, Təqsirləndirilən şəxs2 CM-in 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə “Təhlükəsiz şəhər” sistemindən alınmış 01 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “FEMİDA” Vəkil Bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 iş saatına görə 180 (bir yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “FEMİDA” Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “FEMİDA” Vəkil Bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 iş saatına görə 180 (bir yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “FEMİDA” Vəkil Bürosunun hesabına köçürülsün İş üzrə məhkəmə xərci, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı 2 (iki) gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Bakı şəhəri Probasiya idarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Bakı şəhəri Probasiya idarəsinə həvalə edilsin. İş üzrə maddi sübut- iş üzrə “Təhlükəsiz şəhər” sistemindən alınmış 01 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 iş saatına görə 180 (bir yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “FEMİDA” Vəkil Bürosunun hesabına köçürülsün. Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 iş saatına görə 180 (bir yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “FEMİDA” vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №1(005)-490/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-490/2024
19.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver