Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-490/2025 12.02.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 12:30 Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin hakimi Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclasının katibi Hüseynova Gülsüm Üzeyir qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhər X1 Müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1991 -ci ildə Füzuli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, 01 (bir) övladı olan, orta təhsilli, məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2, barəsində polisin nəzarəti altına vermə haqqında qətimkan tərbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 23 iyul 2025-cü il tarixdə saat 03 radələrində Bakı şəhəri, Nərimanov rayonu, X10 küçəsi, 7 ünvanının yaxınlığında şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan özünün istifadəsi üçün qanunsuz olaraq xeyli miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,394 qram olan ağ rəngli, kristallik, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq qeyd olunan tarixdə və vaxtda Bakı şəhəri, Nərimanov rayonu, X10 küçəsi, 7 ünvanına daşımış, həmin tarixdə saat 03:20 radələrində Bakı şəhəri, Nərimanov RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı qeyd olunan həmin ünvanın qarşısında saxlanılaraq üstünün yoxlanılması zamanı əynində olan göy rəngli şalvarın sol yan cibindən 01 ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 0,394 qram olan ağ rəngli, kristallik, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilmişdir. İfadəsində göstərmişdir ki, təxminən iki ildir psixotrop maddə olan “patı” adlandırdığı maddədən istifadə edir. Adətən psixotrop maddəni tanımadığı şəxslərdən alır. Psixotrop maddəni aldığı şəxsin də anket məlumatlarını və harada yaşadığını bilmir. Sonuncu dəfə yəni xx.xx.2025-ci il tarixdə təxminən 14 radələrində whatsapp tətbiqi vasitəsi ilə bir nəfər şəxs ona zəng edərək özünü İran İslam Respublikasının vətəndaşı kim təqdim etmiş və narkotik vasitə, psixotrop maddlərin satışı ilə məşğul olduğunu,ona göndərdiyi kart hesabına pul göndərəcəyi halda narkotik vasitə sata biləcəyini bildirmişdir. Bundan sonra o qonşuluqda yaşayan Şahid1 məlumat vermiş və Emin də psixotrop maddə metamfetamin istədiyini bildirmişdir. Daha sonra onlar birlikdə həmin şəxslə əlaqə saxlamış və axşam saatlarında onlara psixotrop maddəni qoyacağı yerin konumunu atacağını bildirmişdir. Daha sonra İranlı “Patı”-nı qoyduğu yerin konumunu Eminin mobil nömrəsinə Whatsapp tətbiqi vasitəsi ilə göndərmişdir. Onlar da həmin ünvana yəni, ünvan 5runun yanında qoyulan iki ədəd bükümü götürüb Eminə yaxınlaşmışdır. Bükümün birini Eminə vermiş və digərini isə özü istifadə etməsi üçün əynində olan şalvarın sol yan cibinə qoymuşdur. Bu zaman saat 03:20 dəqiqədə mülki geyimli üç nəfər şəxs onlara yaxınlaşıb özlərini təqdim edərək xidməti vəsiqələrini təqdim etməklə polis əməkdaşları olduqlarını bildirmişlər. İlk öncə polis əməkdaşları onun üzərində qanunla qadağan edilmiş hər hansı maddə olub-olmadığını, olacağı təqdirdə könüllü şəkildə təqdim etməsini bildirmişlər. Bu təklifdən sonra o, əynində olan şalvarın sol yan cibində saxladığı “patı” adlandırdığı psixotrop maddəni təqdim etmişdir. Daha sonra Şahid1 da eyni qaydada üzərində hər hansı qanunsuz maddə olduğunu soruşmuşlar və o da əynində olan şalvarın sağ yan cibindən bir büküm “Patı” adlandırdılan psixotrop maddəni çıxarıb təqdim etmişdir. Polis əməkdaşları onların təqdim etdikləri bükümləri zərfə qoyub qablaşdırmış, bundan sonra polis əməkdaşları onları polis şöbəsinə gətirmişlər. Polis şöbəsində xidməti otaqda dəvət edilmiş vəkillərin iştirakı ilə üzərlərindən aşkar edilmiş iki büküm “Patı” adlandırdığı maddələrə baxış keçirilmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, polis əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiq və təsir olunmamışdır. Üzərindən aşkar edilmiş narkotik vasitəni öz istifadəsi məqsədilə əldə etmişdir. Bir övladı olduğunu, ona aliment ödədiyini və himayəsində olduğunu bildirmiş, əməlindən peşman olmasını və ilk dəfədir cinayət əməli törətməsinin nəzərə alınmasını barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə dindirilmiş dindirilmiş Şahid1 çıxış edərək bildirmişdir ki, psixotrop maddə olan “patı” adlandırdığı maddədən istifadə edir. Adətən psixotrop maddəni tanımadığı şəxslərdən alır. Narkotik maddəni aldığı şəxsin anket məlumatları və harada yaşadığını bilmir. Sonuncu dəfə, yəni 22 iyul 2025-ci il tarixdə saat 14 radələrində tanıdığı Məmmədağa adlı şəxs telefonla danışarkən istifadə etməsi üçün psixotrop maddə istəmiş, Məmmədağa da tanıdığı İranlı ilə danışıb axşam götürəcəyini bildirmişdir. 23 iyul 2025-ci il tarixdə saat 02 radələrində yaşadığı məhlədə Məmmədağa ilə görüşmüş və pxsiotrop maddə alması üçün Məmmədağaya 25 manat pul vermişdir. Bayılda Məmmədağa 25 manat həmin pulun üzərinə qoyaraq pul ödəmə aparatı ilə İranlının pul kartına göndərmişdir. Daha sonra İranlı psixotrop maddəni qoyduğu yerin konumunu onun mobil nömrəsinə Whatsapp tətbiqi vasitəsi ilə göndərmişdir. Onlar həmin ünvana yəni, ünvan 6n mühərrikinin yanında qoyulan iki ədəd bükümü götürüb ona yaxınlaşmış, Məmmədağa bükümün birini ona vermiş və digərini isə özü istifadə etməsi üçün saxlamışdır. Bu zaman saat 03:20-də polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş, sonra onda hər hansı qanunsuz maddə olduğunu soruşmuş və bu zaman o, göy rəngli cins şalvarının qabağ sağ yan cibinə qoyduğu bir büküm “Patı” adlandırdığı maddəni təqdim etmişdir. Məmmədağa da üzərində olan bir büküm “Patı” adlandırılan maddəni şalvarının sol cibindən çıxarıb təqdim etmişdir. Polis əməkdaşları onların təqdim etdikləri bükümləri zərfə qoyub qablaşdırmış və bundan sonra onları polis şöbəsinə gətirmişlər. Polis şöbəsində xidməti otaqda dəvət edilmiş vəkillərin iştirakı ilə üzərlərindən aşkar edilmiş iki büküm psixotrop maddələrə baxış keçirilmiş, üzərlərindən aşkar edilmiş psixotrop maddələr qablaşdırılmış, qablaşmaların üzəri onlar və polis əməkdaşları tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nərimanov rayonu ərazisində qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaları barədə Bakı şəhəri, Nərimanov RPİ-nin NMB-nə əməliyyat məlumatı daxil olmuşdur. Tərəflərindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 23 iyul 2025-ci il tarixdə saat 03:20 radələrində Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi 7 ünvanın qarşısında Şahid1 və Təqsirləndirilən şəxs saxlanılmışdır. Şahid1 və Təqsirləndirilən şəxs özlərini təqdim etdikdən sonra qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olduğunu, həmin məlumatı yoxlamaq üçün videoçəkilişdən istifadə edilməklə üzərlərinə baxış keçirəcəklərini bildirmişlər. Həmin vaxt Şahid1 etiraz etməyərək əynində olan şalvarın cibindən 01 ədəd sellofana bükülmüş ağ rəngli, kristallik kütləni deməsinə görə psixotrop maddə metamfetamini və mobil telefonu çıxarıb təhvil vermişdir. Bundan sonra tərəflərindən Şahid1 üzərinə baxış keçirilsə də, onun üzərindən heç bir əşya yaxud predmet aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs da eyni qaydada etiraz etməyərək əynində olan şalvarın sol yan cibindən 01 ədəd sellofana bükülmüş ağ rəngli, kristallik kütləni deməsinə görə psixotrop maddə metamfetamini və mobil telefonu çıxarıb təhvil vermişdir. Bundan sonra tərəflərindən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilsə də, heç bir əşya yaxud predmet aşkar olunmamışdır. Bundan sonra Şahid1 və Təqsirləndirilən şəxs onlarla birlikdə Bakı şəhəri, Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinə gəlməyi dəvət etmişlər. Şahid1 və Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə qeyd etdiyi Polis Şöbəsinə gəlmiş, Şöbənin inzibati binasının xidməti otaqlarının birində hüquq və vəzifələri izah edilmiş və müdafiəçinin iştiakı ilə videoçəkiliş vasitəsi ilə üzərlərinə şəxsi axtarış aparılmışdır. Suallara cavab olaraq bildirmişlər ki, İran İslam Respublikası vətəndaşından onlayn olaraq 50 manat pulun qarşılığında istifadə üçün almışlar. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Nərimanov RPİ-nin 18-ci PŞ-nin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə onların ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini elan etmişdir. Həmin ifadələr də təqsirləndirilən şəxsin və şahidlərin bildirdiklərini bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” 23 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 23 iyul 2025-ci il tarixdə saat 03:20 radələrində ünvan 7 ünvanın qarşısında saxlanılaraq Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinə gətirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 iyul 2025-ci il tarixli 6/2531 № rəyindən görünür ki,Tədqiqata təqdim edilmiş ,üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №44” dairəvi möhür əksi olan, “vət.Təqsirləndirilən şəxs (imza)” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə təmiz çəkisi 0,394 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. “Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 24 iyul 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə haqqında qətimkan tədbiri seçilmişdir. 23 iyul 2025-ci il tarixli təqdim olunan maddəyə baxış keçirilməsi və şəxsin üzərində şəxsi axtarış aparılması prosesinin köçürüldüyü bir ədəd DVD diskinə baxış keçirilmiş, diskə baxış zamanı müəyyən edilmişdir ki, 23 iyul 2025-ci il tarixdə Nərimanov RPİ-nin 18ci PŞ-nin təhqiqatçısı, polis mayoru Azər Abdullayev tərəfindən xidməti otaqda Nərimanov RPİ-nin 18-ci PŞ-nin əməliyyat müvəkkillərinin iştirakları ilə şübhəli şəxs Təqsirləndirilən şəxs və Şahid1 Füzuli oğlundan aşkar edilərək götürülmüş 01 ədəd zərfin içərisində olan 01 ədəd kağıza bükülmüş spesifik qoxuya malik, ağ rəngli, kristal şəkilli metamfetaminə bənzər maddəyə baxış keçirilir. Şübhəli şəxs Təqsirləndirilən şəxs həmin bükümü haradan əldə etməsi soruşulduqda üzərindən aşkar edilmiş bükümün psixotrop maddə “metamfetamin” olduğunu bildirir. İran İslam Respublikasının vətəndaşının kartına pul göndərdiyini və da narkotikikin ünvanını göndərdiyini bildirmiş və həmin yerdən götürdüyünü söyləmişdir. İstifadə etmək üçün üzərində saxladığını bildirir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldı, axtarış zamanı dövriyyəsi qadağan olunmuş heç bir əşya və predmet tapılmamışdır. Məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi Ambulator X2 tərəfindən 24 iyul 2025-ci il tarixli, 4442 №li rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opiodlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür . “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 28 noyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,344 qram psixotrop maddə metamfetamin, 01 ədəd CD disk və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 iyul 2025-ci il tarixli 6/2531 № rəyi maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından qalıq qalmış 0,344 qram psixotrop maddə metamfetamin Nərimanov RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilməsi qərara alınmışdır. AZ-İV 510851 saylı “Doğum haqqında Şəhadətnamə”dən aydın olur ki, xx.xx.2012-ci il tarixli Səfərzadə Hikmət adlı övladı vardır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı şəhəri Səbail rayon İcra Şöbəsindən məhkəməyə təqdim edilmiş xx.xx.2026-cı il tarixli məktubdan aydın olur ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1614/2017 saylı qərarına əsasən X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Təqsirləndirilən şəxs hər ay 136,60 manat aliment sabit pul məbləğində tutularaq Fatimə Mahmud qızına verilməlidir. Hüquqi məsələlər və məhkəmənin hüquqi mövqeyinin əsaslandırılması: Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən 23 iyul 2025-cü il tarixdə saat 03 radələrində Bakı şəhəri, Nərimanov rayonu, X10 küçəsi, 7 ünvanının yaxınlığında şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan özünün istifadəsi üçün qanunsuz olaraq xeyli miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,394 qram olan ağ rəngli, kristallik, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq qeyd olunan tarixdə və vaxtda Bakı şəhəri, Nərimanov rayonu, X10 küçəsi, 7 ünvanına daşıması onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 118-ci qrafasına əsasən təmiz çəkisi 015 qram olan psixotrop maddə metamfetamin xeyli miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddəsinin təmiz çəkisi 0,394 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək özünü CMnin 234.1-ci maddəsi ilə təqsirli bildiyini və barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını nəzərdən keçirib, təqsirləndirilən şəxsin ərizəsini nəzərə alıb hesab edir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarı Təqsirləndirilən şəxs barəsində tətbiq edilməli və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 39.1 və 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının: 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1-1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); 1.16-cı bəndində öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər nəzərdə tutulmuşdur. 6 və 7-ci bəndlərində amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, Təqsirləndirilən şəxs əməli həmin məhdudiyyətlərin tətbiq dairəsinə düşmür. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli az ağır cinayətdir və himayəsində yetkinlik yaşına çatmayan uşağı olduğundan yuxarıda qeyd edilən amnistiya qərarının 1.16-ci bəndi onun barəsində cinayət təqibinə xitam verilməsini təsbit edir və həmin qərarın 6 və 7-ci bəndlərində nəzərdə tutulmuş məhdudiyyətlər Təqsirləndirilən şəxs əməlinə şamil olunmur. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 1.16-cı bəndinin təsiri altına düşdüyündən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri ləğv edilməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınan ekspertiza tədqiqatından qalıq qalmış 0,344 qram metamfetamin saxlanmasından ötrü Nərimanov RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmiş narkotik vasitə məhv edilməli, video görüntüləri əks etdirən 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxsdan tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən hüquqlarını müdafiə etmiş Təqsirləndirilən şəxs sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 (otuz) iş saatına görə 330 (üç yüz otuz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 43, 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarı tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş tədqiqatdan sonra qalıq qalmış 0,344 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut- şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 (otuz) iş saatına görə 330 (üç yüz otuz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №1(005)-490/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-490/2025
12.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver