Məhkəmə qərarları › İş №1(005)-492/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-492/2022

22.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-492/2022 22.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs X4 və onun müdafiəçisi Bakı şəhəri 20 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Suraxanı rayonu, 2-ci X14 ünvanında yaşayan, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş və Bakı İstintaq Təcridxanaslnda saxlanılan X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamin əldə edib, daşıyaraq özündə saxlamışdır. Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq 18 yanvar 2022-ci il tarixdə “Yasamal” rayon ərazisində istintaqa məlum olmayan şəxsdən 100 (yüz) manata şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini əldə edib, daşıyaraq özündə saxlamış, 19 yanvar 2022-ci il tarixdə saat 12:30 radələrində Nərimanov RPİ-nin 18-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 4 ünvanın qarşısında saxlanılaraq Nərimanov RPİ-nin 18-ci PŞ-nin inzibati binasına gətirilmiş və orada üzərinə baxış keçirilən zaman əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 02(iki) ədəd «gümüşü» rəngli kağız bükümdə təmiz çəkiləri 0,480 qram, 0,478 qram, ümumi təmiz çəkisi 0,958 qram olan ağ rəngli kristallardan ibarət olan, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01(bir) ədəd sellofan kəsiyinə bükülmüş təmiz çəkisi 0,858 qram olan qəhvəyi rəngli, tozşəkilli narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs X12 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təxminən 2 il müddətdir ki, narkotik vasitə istifadə edir. Narkotik vasitəni mütəmadi olaraq istifadə edir. xx.xx.2022-ci il tarixdə, saat 23:00 radələrində Yasamal rayonu ərazisində adını bilmədiyi İran İslam Respublikası vətəndaşından 100 manat müqabilində narkotik vasitə olan “kokos” və “şüşə” alıb və sonradan şəxsi istifadəsi üçün üzərində saxlamışdır. xx.xx.2022-ci il tarixdə, saat 12:30 radələrində Nərimanov rayonu, Çernyayevski küçəsi 2 ünvanının qarşısında olarkən, iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşmışlar. Həmin şəxslər özlərini polis əməkdaşı kimi təqdim edib, onu Nərimanov RPİ-nin 18-ci PŞ-nə dəvət etmişlər. Daha sonra Bekerova Günay polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində xidməti otaqda dəvət edilmiş vəkilin iştirakı ilə üzərinə baxış keçirilmiş və baxış zamanı ona təklif olunmuşdur ki, üzərində olan qanunla qadağan olunmuş hər hansı bir əşya varsa könüllü olaraq təqdim etsin. O, bundan sonra qara rəngli gödəkçəsinin sağ yan cibindən 02 ədəd bükümdə gümüşü rəngli siqaret kağızına bükülmüş ağ rəngli, kristal şəkilli maddəni və 01 ədəd sellofan kəsiyinə bükülmüş, qəhvəyi rəngli toz. şəkilli maddəni könüllü olaraq təqdim etmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə polis əməkdaşları tərəfindən zərfdə qablaşdırılmış və möhürlənmiş, qablaşmanın üzəri Bekrova Günay və iştirakçılar tərəfindən imzalanmışdır. Bunlardan başqa üzərində heç nə olmamışdır. Sonra bu barədə protokol tərtib olunmuş və protokolun düzgünlüyü onun tərəfindən imzalanmışdır. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nin sahə rəisi, polis mayoru Şahid2 Şümşad oğlu oğlu ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə 12:30 radələrində inzibati ərazidə Nərimanov RPİ-nin 18-ci PŞ-nin əməkdaşı Şahid1 ilə birlikdə gəzinti apararkən ünvan 6 ünvanın qarşısında 1 nəfər şəxsin yerişindən və hərəkətlərindən özünü şübhəli apardığını görmüşlər və bu səbəbdən ona yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərərək Nərimanov RPİ-nin 18-ci PŞ-nin əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra həmin şəxsdən özünü təqdim etməsini istədikdə o, danışarkən suallardan yayınmağa və oradan getməyə çalışmışdır. Bundan sonra onun rabitəsiz danışığından narkotik vasitələrin təsiri altında olmasından və üzərində narkotik vasitə daşımasından şübhələnmiş, onu Nərimanov RPİ-nin 18-ci PŞ-nə dəvət etmişlər. PŞ-də məlum olmuşdur ki, həmin şəxs şəxs xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş X8r. Bu barədə polis şöbəsinin rəisinin adına raport tərtib edilmiş, şöbə rəisinin göstərişi əsasında X11 RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru Mələk Məmmədovaya təhvil verilmişdir. X10 tərəfindən müdafiəçi və videoçəkilişin aparılması üzrə mütəxəssis dəvət edilmiş, X12 şübhəli şəxs qismində tutulmuş, bundan sonra təhqiqatçı tərəfindən bütün iştirakçıların hüquqları izah edilməklə, müdafiəçi və onların iştirakı ilə, videoçəkiliş aparılmaqla X4 şəxsi axtarışı aparılmışdır. X9 üzərində olan hər hansı bir qanunsuz əşya və ya maddəni könüllü təqdim etmək təklif olunmuşdur. Bundan sonra X12 əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 02 ədəd bükümdə gümüşü rəngli siqaret kağızına bükülmüş ağ rəngli, kristal şəkilli maddəni və 01 ədəd sellofan kəsiyinə bükülmüş, qəhvəyi rəngli toz şəkilli maddəni könüllü olaraq təqdim etmişdir. Sorğu sual zamanı şübhəli şəxs X12 bildirmişdir ki, təqdim etdiyi maddə narkotik vasitə hesab olunan “kokos” və “şüşə”dir, narkotik vasitəni xx.xx.2022-ci il tarixdə Yasamal rayonu ərazisində tanımadığı İran İslam Respublikası vətəndaşından 100 manat müqabilində almışdır. Həmin maddəni əynində olan qara rəngli gödəkçənin sağ yan cibinə qoyaraq öz istifadəsi üçün saxlamışdır. Aşkar olunmuş büküm iştirakçıların və X4 iştirakı ilə qablaşdırılmışvə 224 nömrəli möhürlə möhürlənmişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş oldugu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli qərardan və protokoldan görünür ki, X12 xx.xx.2022-ci il tarixdə, saat 13:00-da şübhəli şəxs qismində 48 saat müddətində tutulmuşdur; “Şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması haqqında" 19 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 12.30 radələrində Nərimanov RPİ-nin 18-ci PŞnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Nərimanov rayonu, Çernyayevski küçəsi 2 ünvanın qarşısında X1 şübhəli şəxs qismində 18-ci PŞ-nə gətirilmişdir. 18-ci PŞ-də ona üzərində hər hansı bir qanunsuz əşya və ya maddəni könüllü təqdim etməsi təklif olunmuşdur. Nərimanov RPİ-nin 18-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1, Nərimanov RPİ-nin 18-ci PŞ-nin sahə rəisi, polis mayoru Şahid2 Şümşad oğlunun və “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X5 iştirakları ilə X4 üzərində şəxsi axtarış aparılmışdır. X9 üzərində olan hər hansı bir qanunsuz əşya və ya maddəni könüllü təqdim etmək təklif olunmuşdur. Bundan sonra X12 əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 02 ədəd bükümdə gümüşü rəngli siqaret kağızına bükülmüş ağ rəngli, kristal şəkilli maddəni və 01 ədəd sellofan kəsiyinə bükülmüş, qəhvəyi rəngli toz şəkilli maddəni könüllü olaraq təqdi təqdim etmişdir. X12 bildirmişdir ki, təqdim etdiyi maddə narkotik vasitə hesab olunan “kokos” və “şüşə”dir. X12 bildirdi ki, üzərindən aşkar edilmiş narkotik vasitəni xx.xx.2022-ci il tarixdə Yasamal rayonu ərazisində tanımadığı İran İslam Respublikası vətəndaşından 100 manat müqabilində almışdır. Həmin maddəni əynində olan qara rəngli gödəkçənin sağ yan cibinə qoyaraq öz istifadəsi üçün saxlamışdır. Aşkar olunmuş bükümlər iştirakçıların və X4 iştirakı ilə qablaşdırılmışvə 224 nömrəli möhürlə möhürlənmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 6/355 №-li rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş üzərində ‘‘şübhəli şəxs: iştirak etdi... imzalar” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd kağız zərfdəki 02(iki) ədəd bükümdə, təmiz çəkiləri 0,480 qram, 0,478 qram, ümumi çəkisi 0,958 qram ağ rəngli kristallardan ibarət maddələr küstar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir və 01(bir) ədəd polietilen bükümdəki təmiz çəkisi 0,858 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik maddə heroindir. Heroin və metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in İ siyahısına daxildir. Qeyd: heroinin təmiz çəkisi 0,872 qram, tədqiqata sərf edildi-0.05 qr, qalıq-0,822 qram. Metamfetaminin təmiz çəkisi 0,958 qram(0,480 və 0,478 qram), tədqiqata sərf edildi (hər birindən 0,05 qram) -0.01 qr, qalıq-0,858 qram( qalıqlar 0,430 və 0,428 qram) “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsi” barədə 21 yanvar 2022-ci il tarixli qərardan görünür ki, X12 barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbiri seçilməsi qərara alınmışdır. “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 21 yanvar 2022-ci il tarixli qərardan görünür ki, X12 barəsində “ başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. “DVD disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə” 23 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, baxış zamanı məlum olmuşdur ki, xx.xx.2022-ci il tarixdə Nərimanov RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru Mələk Məmmədova tərəfindən tərtib edilmiş şübhəli şəxs X4 üzərində şəxsi axtarış və götürmə aparılması haqqında protokola əlavə edilmiş DVD kompakt diskə xx.xx.2022-ci il tarixdə yazılmış bir ədəd, MOV formatında 774 MB həcmdə olan « 20220119 » adlı videofayl vardır.DVD diskdə olan videoyazılara baxış keçirilən zaman müəyyən edilmişdir ki, həmin videogörüntü xx.xx.2022-ci il tarixdə Nərimanov RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru Mələk Məmmədovanın xidməti otağında çəkilmişdir, videofayıl 06 dəqiqə 07 saniyə davam edir. Videogörüntüdən müəyyən edilir ki, baş X10nın sol tərəfində masanın arxasında oturmuş şəxs: «Yusifbəyli və partnyorları» vəkil bürosunun vəkili X13, baş təhqiqatçının sağ tərəfində ayaq üstə duran şəxs X12, baş təhqiqatçının sağ yan tərəfindən oturmuş şəxslər: Nərimanov RPİ-nin 18-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1 və Nərimanov RPİ-nin 18-ci PŞ-nin sahə rəisi, polis mayoru Şahid2 Şümşad oğludur. Təhqiqatçı M.Məmmədova çəkilişin yeri, tarixi, vaxtı və səbəbi barədə bildirdikdən sonra iştirakçılar barədə məlumat verir. Bundan sonra təhqiqatçı M.Məmmədova şübhəli şəxs X9 üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edir. X12 əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 02 ədəd bükümdə gümüşü rəngli siqaret kağızına bükülmüş ağ rəngli, kristal şəkilli maddəni və 1 ədəd sellofan kəsiyinə bükülmüş, qəhvəyi rəngli toz şəkilli maddəni və həmin gödəkçənin sol yan cibindən bir ədəd Samsung markalı mobil telefonu təqdim edir. Şübhəli şəxs X12 bildirir ki, təqdim etdiyi bükümlərin narkotik vasitə olan kokos və şüşədir. X12 üzərindən aşkar edilmiş narkotik vasitəni xx.xx.2022-ci il tarixdə Yasamal rayonu ərazisində anket məlumatlarını bilmədiyi və tanımadığı İran İslam Respublikası vətəndaşından 100(yüz) manata almışdır. Həmin maddəni əynində olan qara rəngli gödəkçənin sağ yan cibinə qoyaraq öz istifadəsi üçün saxlamışdır. Aşkar olunmuş maddə iştirakçıların və X4 iştirakı ilə qablaşdırılır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə narkoloji ekspertizasının xx.xx.2022ci il tarixli, 2173 №-li rəyindən görünür ki, müayinə zamanı X6 Opioidlərin və psixostimulyatorların qəbulu nətiçəsində yaranan ASİLLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, X12 barəsində Suraxanı RPİ-də Azərbaycan Respublikasının 234.4.3-cü maddəsi ilə 210100506№-li cinayət işi istintaqı aparılır. Suraxanı RPİ-nin xx.xx.2022-ci il tarixli, 210/005006 saylı məktubundan görünür ki, X12 barəsində hazırda AR CM-nin 234.4.3-cü maddəsi ilə Suraxanı RPİ-də ********** saylı cinayət işinin iqtintaqı aparılır. “Maddi sübut kimi tanınması haqqında” 24 yanvar 2022-ci il tarixli qərardan görünür ki, İş üzrə X4 üstündən aşkar edilib götürülmüş 0,858 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 02 ədəd bükümdə(0,480 qram- 0.478qram) ümumi çəkisi 0,958 qram ağ rəngli kristallardan ibarət maddələr küstar üsulla hazırlanmış psixotrop maddə metamfetam, bundan başqa X4 şəxsi axtarış və götürülmə aparılması zamanı, Azərbaycan Respublikası CPM-nin 246.3-cü maddəsinə uyğun olaraq aparılmış videoçəkilişin yazıldığı 1(bir) ədəd DVD disk maddi sübut hesab edilmiş, ekspertiza tədqiqatına sərf edildikdən sonra narkotik vasitənin qalan qalığı, 822 qram çəkidə olan narkotik vasitə heroin, 0,858 qram çəkidə olan psixotrop maddə metamfetamin nəzərə alınmış,tədqiqata sərf edildikdən sonra qalan qalığı, yəni 0,822 qram çəkidə olan narkotik vasitə heroin, 0,858 qram çəkidə olan psixotrop maddə metamfetamin Nərimanov RPİ-nin saxlanc yerinə verilmiş, 01 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir. “Təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında” 01 aprel 2022-ci il tarixli qərardan görünür ki, X12 barəsində axtarış elan edilmişdir. “Axtarışda olan şəxsin tutulmasına dair” 15 avqust 2022-ci il tarixli protokoldan görünür ki, X12 xx.xx.2022-ci il tarixdə saat 18:40-da saxlanılmışdır. “Tutulmuş şəxsin azad edilməsi haqqında” 16 avqust 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə tutulmuş X12 dərhal azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən X4 barəsində axtarış elan edilmiş, X12 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Həbsetmənin əvvəlinin tutulduğu tarixdən hesablanması və X4 olduğu yer müəyyən edildikdə onun dərhal tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına etap olunması qərara alınmışdır. “Axtarışda olan şəxsin tutulmasına dair” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, X12 xx.xx.2022-ci il tarixdə saat 21:00-da tutulmuşdur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, X12 xx.xx.2022-ci il tarixdə tutulmuş və xx.xx.2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına yerləşdirilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs X12 tərəfindən CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İİ siyahının 67-ci qrafasına əsasən psixotrop maddə sayılan 0,15 qram metamfetamin və heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə təqsirləndirilən şəxs X4 üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin təmiz çəkisi 0,958, heroinin təmiz çəkisi 0,858 qram təşkil etmişdir. Qeyd olunan siyahıya əsasən, psixotrop maddə olan metamfetaminin həmin miqdarı X4 cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X4 əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs X4 barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin X4 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, X9 CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayəti etiraf etməsi və əməlindən peşman olmasını yüngülləşdirən hallar kimi nəzərə alır: İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, X9 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan məhkəmə, X9 məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, X12 CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, həbsdə saxlanıldığı 3 (üç) gün (19-21 yanvar 2022-ci il, 15-16 avqust 2022-ci il), ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut - Nərimanov RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş narkotik vasitə heroinin və metamfetamin qalıq çəkisi məhv edilməli, şəxsi axtarış və götürmə aparılmasına dair video görüntünü əks etdirən 1 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM- 198.1), X9 narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, X4 CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs X4 məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş 20 vəkil bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatı üçün cəmi 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X4 həbsdə saxlanıldığı 3 (üç) gün, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 5 (beş) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. X12 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 23 noyabr 2022-ci il tarixdən hesablansın. X9 narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut - Nərimanov RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş və qalıq çəkisi 0.822 qram narkotik vasitə-heroin və 0,858 qram psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut - şəxsi axtarış və götürmə aparılmasına dair video görüntünü əks etdirən 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 114 manat X7 tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ41NABZ********************, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ******************** SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Müdafiəçi tərəfindən X4 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatı üçün cəmi 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq 20 saylı vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar