Məhkəmə qərarları › İş №1(005)-492/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-492/2023

17.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-492/2023 17.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 15:00 Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin hakimi Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclasının katibi Calalov Nizami Firdovsi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin Bakı şəhər X3 müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxs X6, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və iştirakları ilə, xx.xx.2001-ci il tarixdə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli və 01 azyaşlı övladı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağsu rayonu, Növcə Ə/D, Növcə kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 23 radələrində ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində qeyri-rəsmi nikah münasibətində olmaqla birgə yaşadığı Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlərin gərginləşməsi nəticəsində aralarında yaranmış mübahisə zamanı əlində olan darağın arxa hissəsi ilə qəsdən vuraraq sonuncuya sol bazunun bayır səthinin hematoması kimi sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə təxminən xx.xx.2023-cü il tarixdə Tik-Tok sosial şəbəkəsində tanış olmuş, bir müddət Səbuhə ilə sosial şəbəkədə danışdıqdan sonra mart ayında zəng edərək Bakı şəhərində Şamaxinka adlanan yerdə olmasını bildirmişdir. Səbuhənin zəngindən sonra onu qarşılayaraq özünün kirayə yaşadığı ünvan 2 ünvanında yerləşən mənzilə gətirmişdir. Zərərçəkmiş şəxs Bərdə rayonunda yaşamış və Bakı şəhərində başqa bir tanışı olmamışdır. Səbuhənin tək qalmaması üçün yaşadığı mənzilə gətirmişdir. Səbuhəni mənzilə qoyduqdan sonra işə getmiş və 2 gün sonra evə gəlmişdir. Bundan bir neçə gün sonra axşam evə qayıtdıqda “Tik-Tok” sosial şəbəkəsində canlı yayım açmışdır. Səbuhə də həmin vaxt yanında olmuşdur. Onun canlı yayımına girən şəxsləri görən Səbuhə onları təhqir etməyə başlamışdır. Səbuhəyə bunu etməməsini bildirmişdir. Bundan sonra canlı yayımı bağlamış və Səbuhəyə nə üçün belə etdiyini, həmin şəxslərin şikayət etdiyi təqdirə qanun qarşısında cavab verməli olduqlarını bildirmişdir. Bu zaman Səbuhə “onların tərəfini tutursan” deyib sonra onun sol qol nahiyəsindən əlində olan darağın arxa hissəsi ilə bir dəfə yüngül vurmuşdur. Bundan sonra əşyalarını götürüb evdən çıxıb getmiş və ailəsinin yanına qayıtmışdır. Bundan sonra Səbuhə ilə əlaqə saxlamamışdır. Son olaraq o, bildirmişdir ki, X7 heç bir şəkildə xəsarət yetirmək niyyəti olmamışdır. Yekun olaraq o, əməlindən səmimi peşman olduğunu, himayəsində 01 azyaşlı övladının olduğunu bildirərək barəsində yüngül cəza tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş, X8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2023-cü ilin yanvar ayının əvvəllərində Tik-Tok sosial şəbəkəsində tanış olmuşdur. Daha sonra bir-birinin mobil nömrəsini götürüb əlaqə saxlamışlar. Bundan sonra Ramil onunla ciddi münasibət istəmiş, evlənəcəyini vədd etmişdir. Daha sonra xx.xx.2023-cü il tarixdə Ramil yaşadığı Bərdə rayonuna gəlmiş, orada təhsil aldığı Tibb kollecindən onu götürərək evlənmək məqsədi ilə Bakı şəhərinə gətirmişdir. Ramilin kirayə tutduğu mənzildə 14 gün çox səmimi və sakit yaşamışlar. xx.xx.2023-cü il tarixdə gecə 23 radələrində Ramil Tik-tok sosial şəbəkəsində canlı yayım açmış, canlıda Ramil hər kəsin qarşısında onu təhqir etmiş və bu səbəbdən aralarında münaqişə yaranmışdır. Mübahisə zamanı Ramil evdə olan darağı götürüb darağın arxa hissəsi ilə sol qol nahiyyəsində bir neçə dəfə vurmuş, daha sonra isə yumruqla bədəninin müxtəlif hissələrindən vuraraq ona xəsarət yetirmişdir. Həmin xəsarətləridə tibbi müayinə zamanı göstərmişdir. Həmin gecə Ramil evi tərk etmişdir. Yekun olaraq Ramillə barışmaq istəmədiyini və ondan şikayətçi olduğunu bildirərək, ona ədalətli cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, barəsində ittiham irəli sürülmüş şəxsi, onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, aşağıda göstərilən digər sübutlarla təsdiq edilir. Məhkəmədə tədqiq olunan Nizami Rayon Polis İdarəsinin 23-cü Polis X1 tərəfindən ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, X2 Ramil Rəşad oğlu tərəfindən döyülərək xəsarət alması barədə məlumat vermişdir. Məhkəmədə tədqiq olunan “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və foto cədvəllərdən görünür ki, hadisə yeri ünvan 4 ünvanında baş vermişdir. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X9” publik hüquqi şəxsin canlı şəxsin ekspertizası ilə bağlı xx.xx.2023-cü il tarixli, 350 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı bədən səthində aşkar olunmuş – sol bazusun bayır səthinin hematoması – bərk küt əşyanın (əşyaların) təsirindən törənə bilərdi, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2023-cü il tarixdə kənar şəxs vurulması nəticəsində yaranması istisna olunmur, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə tədqiq olunan axtarışda olan şəxsin tutulması barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 17:00 radələrində saxlanılaraq polis idarəsinə gətirilmişdir. Məhkəmədə tədqiq olunan təqsirləndiirlən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X4 ünvanlanmış xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs qeyd olunna xəstəxanada son 5 il müddətinə müalicədə olmamışdır. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X15 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, X8 və Təqsirləndirilən şəxs qeyd edilən xəstəxanada müalicədə olmamışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən təqdim olunmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən "xxxx" MMC-də çalışır. Məhkəmədə tədqiq olunan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, iş üzrə ekspert rəyi, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin ifadələri, protokollar və iş üzrə digər hüquqi sənədlər sübut növü kimi qiymətləndirilmişdir. Məhkəmədə tədqiq olunan AZ-İV3№ 905589 saylı “X5” görünür ki, Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladı vardır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən yekun protokolda qeyd olunan əməlin törədilməsi özünün qismən etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin ifadəsi, məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə alınmış ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli CM-in 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmaması və törətdiyi əməli qismən etiraf edərək səmimi peşman olmasını, himayəsində azyaşı övladı olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdırılan halların olmaması, habelə təyin olunacaq cəzanın cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan islah işlər cəzası təyin olunmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki iş üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Müdafiəçi məhkəmədə iştirak etdiyi 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən “Femida” Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona aylıq qazancından dövlət nəfinə 20 (iyirmi beş) faiz pul tutulmaqla 09 (doqquz) ay müddətə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs tutma altında saxlanıldığı 02 (iki) gün (04-06 sentyabr 2023-cü il) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü islah işlərinin dörd gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş islah işləri cəzasından çıxılsın və qəti olaraq ona aylıq qazancından dövlət nəfinə 20 (iyirmi beş) faiz pul tutulmaqla, 08 (səkkiz) ay, 22 (iyirmi iki) gün islah işləri cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs qazancından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə tapşırılsın. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Femida” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar