Məhkəmə qərarları › İş №1(005)-493/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-493/2022

06.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-493/2022 06.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin hakimi Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərov Davud Rauf oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Bakı şəhər X2 müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1995-ci ildə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, İmişli rayonu, Buludlu kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 26 aprel 2022-ci il tarixdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 4,462 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə əldə edib üzərində saxlamaqla daşımış, həmin gün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs saat 23:30da ünvan 2 ünvanında yerləşən “Bomonti” adlı kafenin qarşısında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilərək onun üzərində şəxsi axtarış keçirilən zaman əynindəki cins şalvarın sol yan cibindən 02 ədəd sellofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 2,584 qram və 1,878 qram olmaqla narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi özünün ibtidai istintaq və məhkəmə baxışında verdiyi etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübut və digər iş materialları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2013-cü ildən etibarən mütəmadi olmasada narkotik vasitə istifadə etmişdir. Sonuncu dəfə 3-4 ay əvvəl istifadə etmişdir. xx.xx.2022-ci il tarixdə təxminən saat 19:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən metronun “M.Əcəmi” stansiyasının yaxınlığında anket məlumatlarını bilmədiyi “Elcay” adlı şəxs ilə görüşmüş, ondan 02 ədəd sellofan bükümdə narkotik vasitə heroin almış və bunun qarşılığında ona 35 manat pul vermişdir. Narkotik vasitəni həmin şəxsdən aldıqdan sonra onu lazım olduğu vaxt istifadə etmək üçün üzərində saxlamış, lakin istifadə etmək üçün imkanı olmamışdır. Həmin vaxtdan aldığı narkotik vasitəni üzərində saxlamışdır. 26 aprel 2022-ci il tarixdə saat 23:30 radələrində ünvan 2 ünvanında yerləşən “Bomonti” adlı kafenin qarşısında tanışları X12, X6, X4, X15, X7 və X8 ilə birlikdə olduqları zaman 10-11 nəfər mülki geyimdə olan şəxslər onlara yaxınlaşıb DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib onlardan anket məlumatlarını soruşmuşlar. Barələrində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onları tanış etmişlər. Bundan sonra polis əməkdaşları onları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Onlar buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin idarəyə gəlmiş, polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Hüquq və vəzifələri izah olunmuş, video çəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış, keçirilmişdir. Üzərində “kakos” adı ilə tanıdığı narkotik nasitə olduğunu bildirib, əynində olan cins şalvarının sol yan cibində olan 02 ədəd şəffaf sellofan bükümü çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Həmçinin üzərində olan 01 ədəd “İphone” markalı mobil telefonu və 01 ədəd “Nokia” markalı mobil telefonu və 5 manat pul əskinazını təqdim etmişdir. Bu barədə protokol yazılmış, iştirakçılar tərəfindən imzalanmış və narkotik vasitə qablaşdırılaraq götürülmüşdür. Video çəkiliş aparılarkən də iki büküm “kakos” adı ilə tanıdığı narkotik vasitəni şəxsi istifadəsi üçün almasını etiraf etmiş, törətmiş olduğu cinayət əməlinə görə peşmandır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis leytenantıdır. 26 aprel 2022-ci il tarixdə “Ruslan”, “Xaləddin” və “Cavid” adlı şəxslərin qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib, üzərlərində saxlayaraq daşımaları barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Həmin məlumat əsasında keçirilən əməliyyat tədbirləri nəticəsində “Ruslan”, “Xaləddin” və “Cavid” adlı şəxslərin şəxsiyyəti müəyyən edilərək onların ətrafında əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Daha sonra həmin məlumatın yoxlanılması üçün 11 nəfərdən ibarət qrup yaradılmışdır. Həmin qrupa o rəhbərlik etmişdir. 26 aprel 2022-ci il tarixdə saat 23:30-da ünvan 2 ünvanında yerləşən “Bomonti” adlı kafenin qarşısında Təqsirləndirilən şəxs, Xaləddin İmanov və Cavid Məhərrəmov yanlarında olan tanışları X4, X15, X7, X13 ilə birlikdə saxlanılaraq onların şəxsiyyəti müəyyənləşdirilmiş, onlara narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmaları bildirilərək, idarəyə gətirilmiş, onların hər birinin hüquqlarının müdafiəsi üçün vəkil təyin olunmuş, hüquq və vəzifələri izah edilmişdir. Təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə vəkilin iştirakı ilə video çəkiliş aparılmaqla baxış keçirilmişdir. Baxış keçirilərkən Təqsirləndirilən şəxs hüquqları izah olunmuş, üzərində narkotik vasitə və digər qanunsuz əşya varsa təqdim etməsi bildirilmiş, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasını etiraf edərək əynində olan cins şalvarının sol yan cibində olan 02 ədəd şəffaf sellofan bükümü çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Həmçinin üzərində olan 01 ədəd “İphone” markalı mobil telefonu və 01 ədəd “Nokia” markalı mobil telefonu və 5 manat pul əskinazını masanın üzərinə qoymuşdur. Təqdim etdiyi 02 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik, narkotik vasitə heroinə oxşar maddələr olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinə oxşar maddələri 26 fevral 2022-ci il tarixdə təxminən saat 19:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən metronun “M.Əcəmi” stansiyasının yaxınlığında anket məlumatlarının dəqiq bilmədiyi “Elcay” adlı şəxsdən ümumilikdə 35 manat pul müqabilində öz şəxsi istifadəsi üçün aldığını, narkotik vasitəni üzərində saxlayıb daşıdığını bildirmişdir. Narkotik vasitə qablaşdırılaraq möhürlənmişdir. Daha sonra protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokol düzgün tərtib edildiyi üçün o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclas zalında iş üzrə şahid qismində dindirilmiş DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid2 ifadə verərək bildirmişdir ki, 26 aprel 2022-ci il tarixdə “Ruslan”, “Xaləddin” və “Cavid” adlı şəxslərin qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib, üzərlərində saxlayaraq daşımaları barədə daxil olmuş məlumat əsasında keçirilən əməliyyat tədbirləri nəticəsində “Ruslan”, “Xaləddin” və “Cavid” adlı şəxslərin şəxsiyyəti müəyyən edilərək 26 aprel 2022-ci il tarixli əməliyyataxtarış tədbirinin keçirilməsi barədə qərarın icra edilməsi ilə əlaqədar Təqsirləndirilən şəxs, Xaləddin İmanov və Cavid Məhərrəmov 26 aprel 2022-ci il tarixdə saat 23:30-da ünvan 2 ünvanında yerləşən “Bomonti” adlı kafenin qarşısında yanlarında olan tanışları X4, X15, X7, X13 ilə birlikdə saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olaraq gətirilmişlər. Şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin videoçəkiliş vasitəsi ilə aparılması, eləcə də şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində “kakos” adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirib, əynində olan cins şalvarının sol yan cibində olan 02 ədəd şəffaf sellofan bükümü, şalvarının sağ yan cibində olan 01 ədəd “İphone” markalı mobil telefonu və 01 ədəd “Nokia” markalı mobil telefonu və 5 manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd sellofan bükümün içində “kakos” adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik, narkotik vasitə heroinə oxşar maddələr olması müşahidə edilmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinə oxşar maddələri 26 fevral 2022-ci il tarixdə təxminən saat 19:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən metronun “M.Əcəmi” stansiyasının yaxınlığında anket məlumatlarını dəqiq bilmədiyi “Elcay” adlı şəxsdən ümumilikdə 35 manat pul müqabilində öz şəxsi istifadəsi üçün aldığını, narkotik vasitəni üzərində saxlayıb daşıdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 02 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclas zalında iş üzrə şahid qismində dindirilmiş DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid5 ifadə verərək bildirmişdir ki, 26 aprel 2022-ci il tarixdə “Ruslan”, “Xaləddin” və “Cavid” adlı şəxslərin qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib, üzərlərində saxlayaraq daşımaları barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən məlumat daxil olmuşdur. həmin məlumatın yoxlanılması üçün 11 nəfərdən ibarət qrup yaradılmışdır. Həmin qrupa əməliyyat müvəkkili Şahid1 rəhbərlik etmişdir. Tapşırığın icrası ilə bağlı aparılan əməliyyat axtarış tədbirləri nəticəsində 26 aprel 2022-ci il tarixdə saat 23:30-da ünvan 2 ünvanında yerləşən “Bomonti” adlı kafenin qarşısında Təqsirləndirilən şəxs, Xaləddin İmanov və Cavid Məhərrəmov yanlarında olan tanışları X4, X15, X7, X13 ilə birlikdə saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olaraq gətirilmişlər və barələrində şübhəli şəxs qismində tutma haqqında qərar qəbul edilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs vəkillə təmin edilmiş, hüquq və vəzifələri izah edilmiş şəxsi axtarış və götürmənin videoçəkiliş vasitəsi ilə aparılması, eləcə də də şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edilmişdir. Ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs üzərində “kakos” adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirib, əynində olan cins şalvarının sol yan cibində olan 02 ədəd şəffaf sellofan bükümü, şalvarının sağ yan cibində olan 01 ədəd “İphone” markalı mobil telefonu və 01 ədəd “Nokia” markalı mobil telefonu və 5 manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik, narkotik vasitə heroinə oxşar maddələr olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinə oxşar maddələri 26 fevral 2022-ci il tarixdə təxminən saat 19 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən metronun “M.Əcəmi” stansiyasının yaxınlığında “Elcay” adlı şəxsdən ümumilikdə 35 manat pul müqabilində öz şəxsi istifadəsi üçün aldığını, narkotik vasitəni üzərində saxlayıb daşıdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 02 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddələr qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş DİN-in BMCMİ-nin x.m.i.ü baş əməliyyat müvəkkili X3, baş əməliyyat müvəkkili Şahid6, əməliyyat müvəkkili X16, əməliyyat müvəkkili Şahid9, əməliyyat müvəkkili Şahid10 və əməliyyat müvəkkili Şahid11 şahid qismində dindirilmiş Şahid1, Şahid2 və Şahid5 ifadələri ilə eyni məzmunlu ifadə verərək, faktla bağlı onların dediklərini bir daha təsdiq etdilər. Məhkəmə iclas zalında ifadəsi elan edilmiş DİN-in BMCMİ-nin x.m.i.ü baş əməliyyat müvəkkili Şahid4 ibtidai istintaqda ifadə verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs, Xaləddin İmanov və Cavid Məhərrəmov 26 aprel 2022-ci il tarixdə saat 23:30-da ünvan 2 ünvanında yerləşən “Bomonti” adlı kafenin qarşısında yanlarında olan tanışları X4, X15, X7, X13 ilə birlikdə saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olaraq gətirilmişlər və barələrində şübhəli şəxs qismində tutma haqqında qərar qəbul edilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edilmiş, ona hüquq və vəzifələri izah edilmiş, şəxsi axtarış və götürmənin videoçəkiliş vasitəsi ilə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid8 tərəfindən çəkiliş aparılacağı barədə məlumat verilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində “kakos” adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirib, əynində olan göy rəngli cins şalvarının sağ yan cibində olan 01 ədəd “İphone” markalı mobil telefonu və 01 ədəd “Nokia” markalı mobil telefonu, əynində olan cins şalvarının sol yan cibində olan 02 ədəd şəffaf sellofan bükümü və 5 manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd sellofan bükümün içində “kakos” adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik, narkotik vasitə heroinə oxşar maddələr olması müşahidə edilmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinə oxşar maddələri 26 fevral 2022-ci il tarixdə təxminən saat 19:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən metronun “M.Əcəmi” stansiyasının yaxınlığında anket məlumatlarını dəqiq bilmədiyi “Elcay” adlı şəxsdən ümumilikdə 35 manat pul müqabilində öz şəxsi istifadəsi üçün aldığını, narkotik vasitəni üzərində saxlayıb daşıdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 02 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclas zalında ifadəsi elan edilmiş DİN-in BMCMİ-nin x.m.i.ü baş əməliyyat müvəkkili Şahid8 ifadəsi də digər şahidlərin ifadələri ilə eyni məzmunlu olmuşdur. Məhkəmədə tədqiq olunan “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 26 aprel 2022-ci il tarixli qərardan aydın olur ki, Təqsirləndirilən şəxs, X12 və X6 barəsində əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. “Şübhəli şəxsin tutulması haqqında” 27 aprel 2022-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs 26 aprel 2022-ci il tarixdə saat 23:30 dəqiqədə şübhəli şəxs qismində saxlanılmışdır. Məhkəmədə tədqiq olunan "Şəxsi axtarış və götürmə aparılması haqqında” 27 aprel 2022-ci il tarixli protokoldan və məhkəmə baxışı zamanı “DVD-R” diskə baxış keçirilərkən aydın olur ki, DİN-in BMCMİ-nə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə polis əməkdaşları və müdafiəçinin iştirakı ilə video çəkiliş aparılmaqla təhqiqatçı tərəfindən baxış keçirilmişdir. Baxış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs müdafiəçisi təqdim olunmuş, hüquq və vəzifələri izah olunmuş, baxışın video çəkilişlə aparılması barədə məlumatlandırılmışdır. Baxış zamanı şübhəli Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və digər qadağan olunmuş əşya olub-olmaması soruşulmuş, o üzərində narkotik vasitə olmasını etiraf edərək əynində olan cins şalvarının sol yan cibində olan 02 ədəd şəffaf sellofan bükümü, sağ yan cibində olan 01 ədəd “İphone” markalı mobil telefonu və 01 ədəd “Nokia” markalı mobil telefonu, və 5 manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd sellofan bükümün içində “kakos” adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirmişdir. Sellofanlar açılarkən bükümlərin içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik, narkotik vasitə heroinə oxşar maddələr olması müşahidə edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, narkotik vasitələrdən istifadə edir, üzərində olan iki ədəd bağlama ona məxsus olmaqla, 26 fevral 2022-ci il tarixdə təxminən saat 19:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən metronun “M.Əcəmi” stansiyasının yaxınlığında anket məlumatlarını dəqiq bilmədiyi “Elcay” adlı şəxsdən ümumilikdə 35 manat pul müqabilində öz şəxsi istifadəsi üçün almışdır. Aşkar edilmiş iki ədəd sellofanda olan maddə qablaşdırılaraq götürülmüş, protokol iştirakçılar tərəfindən imzalanmış, şikayət, narazılıq, qeyd daxil olmamış, video çəkiliş protokola əlavə olunmuşdur. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Materialların Məhkəmə fiziki-kimyəvi eskpertizasının 27 aprel 2022ci il tarixli 6/2428 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs: Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 02 ədəd sellofan bükümdə...” yazısı və imzalar olan paketdəki 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,584 qram və 1,878 qram ümumi təmiz çəkisi 4,462 qram tünd qəhvəyi rəngli maddələr xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Ekspertizanın xərci 114 (yüz on dörd) manat təşkil edir. Məhkəmədə tədqiq olunan Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrəsindən edilən zənglər, həmin nömrəyə daxil olan zənglər və anten dairəsinin müəyyən edilməsi ilə bağlı "xxxx" MMC-dən əldə edilmiş diskə baxış keçirilməsi haqqında protokoldan aydın olur ki, Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədilə əldə etməsi, həmçinin iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir xüsusat aşkar edilməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-491/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 26 aprel 2022-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2022-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzasının sonu ilə azad olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X23 Şəxsi Ambulator X1 nəticələrinə dair xx.xx.2022-ci il tarixli 2129 nömrəli rəyindən aydın olur ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbayacan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X11 X26 xx.xx.2022-ci il tarixli, 1508/K nömrəli rəyindən aydın olur ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində tiryək qrupu alkoloid aşkar edilmişdir. Azərbayacan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəz” X26 xx.xx.2022-ci il tarixli arayışından aydın olur ki, Təqsirləndirilən şəxs xx.xx.2016xx.xx.2016-cı illər ərzində Respublika Narkoloji Mərkəzdə könüllü surətdə stasionar müalicədə olmuşdur. Məhkəmədə tədqiq olunan “Maddi sübut hesab edilməsi haqqında” 24 avqust 2022ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürlümüş tədqiqatlardan sonra 4,362 qram qalmış narkotik vasitə heroin maddi sübut hesab edilmiş və saxlanılması üçün Azərbaycan Respublikası DİN-in BMCM-nin saxlanc yerinə təhvil verilmişdir. İmişli Rayon İcra Hakimiyyətinin təqdim etmiş olduğu xx.xx.2022-ci il tarixli xəsiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs qeydiyyatda olduğu Buludlu kəndində yaşadığı müddət ərzində nizamlı-intizamlı bir gənc olmuş, həmçinin onun barəsində heç bir şikayət daxil olmamışdır. İmişli Rayon İcra Hakimiyyətinin təqdim etmiş olduğu xx.xx.2022-ci il tarixli ailə tərkibi barədə arayışdan aydın olur ki, Təqsirləndirilən şəxs atası və anası ilə birgə yaşayır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərin edildiyini, 1.0.9-cu maddəsində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərin edilməsini, 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərin edildiyini nəzərdə tutmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll etmiş və belə nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif etdiyindən o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini etiraf etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunması cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, nəzərə alınmaqla Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə, CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzası azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan xx.xx.2022-ci ildən hesablanmalıdır. Məhkəmə narkoloji ekspertizasının rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs asılılıq sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası CM-in 93-1.1-ci maddəsində göstərilir ki, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Məhkəmə hesab edir ki, məhkəmə narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Azərbaycan Respulikası DİN-in BMCMİ-nin maddi sübutların saxlanma anbarında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 4,462 qram qram çəkisi olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd manat) pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, hesab №2088501, X5, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22) ödənilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun barəsində seçilmiş cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut - Azərbaycan Respulikası DİN-in BMCMİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş narkotik vasitə heroin qalıq çəkisi məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman çəkilmiş video görüntünün köçürüldüyü 1 ədəd DVD-R formatlı 1 ədəd disk və "xxxx" MMC-dən əldə olunmuş 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, məhkəmə məsrəflərinə aid olan ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) saata görə 180 (yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Arbitrium” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlaklar, mülki iddia, üzərinə həbs qoyulmuş əmlak, məhkəmə xərci və maddi ziyan yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 26 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılsın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut - Azərbaycan Respulikası DİN-in BMCMİ-nin saxlancına təhvil verilmiş 4,462 qram narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş video görüntünün köçürüldüyü 1 ədəd DVD-R formatlı disk və "xxxx" MMC-dən əldə olunmuş 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 114(yüz on dörd) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, hesab №2088501, X5, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22) keçirilsin. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) saata görə 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Arbitrium” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı şəhəri Nərimanov rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar