Məhkəmə qərarları › İş №1(005)-495/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-495/2022

02.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-495/2022 02.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızını katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs? X1 iştirakları ilə, xx.xx.1994-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, hazırda barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr" in İ siyahısına daxil edilən 4,902 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə əldə edib üzərində saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 26 aprel 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 23:30-da ünvan 3 ünvanında yerləşən “Bomonti” adlı kafenin qarşısında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış keçirilən zaman onun satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşıdığı 4,902 qram çəkidə narkotik vasitə heroin əynindəki qara rəngli dəri gödəkçənin sol iç cibindən 02 ədəd sellofan bükümdə, ayrıayrılıqda təmiz çəkiləri 1,914 qram və 2,988 qram olmaqla aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, əvvəllər mütəmadi olmasada ara-bir narkotik vasitə istifadə etmişdir. Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən metronun “İnşaatçılar" stansiyasının yaxınlığında narkotik vasitənin satışı ilə məşğul olan "İlkin" adlı şəxsin olması barədə əvvəlcədən məlumatı var idi. Çünki bu barədə eşitmişdir. Onun harada hansı üsulla narkotik vasitə satması və ondan necə narkotik vasitə əldə etməsi barədə onda məlumat olmuşdur. xx.xx.2022-ci il tarixdə təxminən axşam vaxtı Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən metronun “inşaatçılar” stansiyasının yaxınlığında anket məlumatlarını bilmədiyi “İlkin” adlı şəxs ilə görüşmüş, ondan 02 ədəd sellofan bükümdə narkotik vasitə heroin almış və bunun qarşılığında ona 30 manat pul vermişdir. Narkotik vasitəni həmin şəxsdən aldıqdan sonra lazım olduğu vaxt istifadə etmək üçün onu üzərində saxlamış, lakin istifadə etmək üçün imkanı olmamışdır. Yəni həmin vaxtdan aldığı narkotik vasitə onun üzərində olmuşdur. 26 aprel 2022-ci il tarixdə saat 23:30 radələrində ünvan 4 ünvanında yerləşən “Bomonti” adlı kafenin qarşısında tanışları X18, X14, X4, X19, X8 və X9 ilə birlikdə olduqları zaman 10-11 nəfər mülki geyimdə olan şəxs onlara yaxınlaşıb DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib onlardan anket məlumatlarını soruşmuşlar. Onlar özlərini təqdim etdikdən sonra polis əməkdaşları onun, Ruslan Əlizadənin və Xaləddin İmanovun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmalarını bildirib, barələrində qəbul edilmiş "Əməliyyataxtarış tədbirlərinin keçirilməsi haqqında" qərarla onları tanış etmişlər. Yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib hazırda üzərində narkotik vasitə olmasını bildirmişdir. Eləcə də Ruslan Əlizadə və Xaləddin İmanov üzərlərində narkotik vasitə olduğunu bildirmişlər. Bundan sonra polis əməkdaşları onları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Onlar buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin idarəyə gəlmişlər. Polis idarəsində onun, Ruslan Əlizadənin və Xaləddin İmanovun hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmişlər və şübhəli şəxs qismində tutulmuşlar. Hüquq və vəzifələri izah olunmuşdur. Sonra video çəkilişdən istifadə edilməklə onun, Ruslan Əlizadənin və Xaləddin İmanovun üzərinə şəxsi axtarış, X3, X7, X5 və X6 üzərlərinə isə baxış keçirilmişdir. Şəxsi axtarış zamanı Ruslan Əlizadə üzərində “kakos” adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirib, əynində olan göy rəngli cins şalvarının sağ yan cibində olan 01 ədəd “İphone” markalı mobil telefonu və 01 ədəd “Nokia” markalı mobil telefonu, əynində olan cins şalvarının sol yan cibində olan 02 ədəd şəffaf sellofan bükümü və 5 manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Ruslan Əlizadə təqdim etdiyi 02 ədəd sellofan bükümün içində “kakos” adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirmişdir. Təqdim etdiyi 02 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisində qəhvəyi rəngli, narkotik vasitə heroinə oxşar maddələrin olması müşahidə edilmişdir. Şəxsi axtarış davam etdirilərkən Ruslan Əlizadənin üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Şifahi sorğu zamanı Ruslan Əlizadə üzərindən aşkar edilmiş narkotik vasitə heroinə oxşar maddələri 26 fevral 2022-ci il tarixdə təxminən saat 19 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən metronun “M.Əcəmi" stansiyasının yaxınlığında anket məlumatlarını dəqiq bilmədiyi “Elcay” adlı şəxsdən ümumilikdə 35 manat pul müqabilində öz şəxsi istifadəsi üçün aldığını, narkotik vasitəni üzərində saxlayıb daşıdığını bildirmişdir. Bundan sonra Ruslan Əlizadənin üzərindən aşkar olunmuş 02 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək Ruslan Əlizadənin, onun və digər iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda aşkar edilmiş 5 manat pul iş üzrə əhəmiyyət kəsb etmədiyindən Ruslan Əlizadənin özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı Ruslan Əlizadənin üzərindən aşkar edilmiş İphone" və "Nokia" markalı mobil telefonlar iş üzrə əhəmiyyət kəsb etdiyindən polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra Xaləddin İmanovun üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Xaləddin İmanov üzərində narkotik vasitə və bıçaq olduğunu bildirib, əynində olan boz rəngli cins şalvarının sağ yan cibində olan 02 ədəd şəffaf sellofan bükümü, 20 manat pulu və 01 ədəd açarı, əynində olan cins şalvarının sağ kəmər hissəsində olan 01 ədəd bıçağa bənzər predmeti və əynində olan şalvarının sol yan cibində olan 01 ədəd "İphone” markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi 02 ədəd sellofan bükümün içində narkotik vasitə olduğunu bildirmişdir. Təqdim etdiyi 02 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə oxşar maddələrin olması müşahidə edilmişdir. Şəxsi axtarış davam etdirilərkən üzəridən digər əşya və predmetlər aşkar edilməmişdir. Şifahi sorğu zamanı Xaləddin İmanov üzərindən aşkar edilmiş narkotik vasitə heroinə oxşar maddələri 26 fevral 2022-ci il tarixdə təxminən saat 17 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində anket məlumatlarını dəqiq bilmədiyi “Rüstəm” adlı şəxsdən ümumilikdə 30 manat pul müqabilində öz şəxsi istifadəsi üçün aldığını, narkotik vasitəni üzərində saxlayıb daşıdığını bildirmişdir. Bundan əlavə üzərindən aşkar edilmiş 01 ədəd bıçağa bənzər predmeti təxminən bir ay əvvəl təsadüfən tapdığını və bıçaqlara marağı olduğu üçün üzərində saxlayıb daşıdığını qeyd etmişdir. Bundan sonra üzərindən aşkar olunmuş 02 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddələr və 01 ədəd bıçağa bənzər predmet cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Eyni zamanda aşkar edilmiş 20 manat pul və 01 ədəd mənzil açarı iş üzrə əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 01 ədəd “İphone" markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Daha sonra onun üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində narkotik vasitə heroin olduğunu bildirib, əynində olan cins şalvarının sağ yan cibində olan 01 ədəd “F+" markalı mobil telefonu, əynində olan cins şalvarının sol yan cibində olan 10 manat pulu və əynində olan qara rəngli dəri gödəkçənin sol iç cibində olan 02 ədəd sellofan bükümü çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi 02 ədəd sellofan bükümün içində narkotik vasitə heroin olduğunu bildirmişdir. Təqdim etdiyi 02 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə oxşar maddələrin olması müşahidə edilmişdir. Şəxsi axtarış davam etdirilərkən üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra üzərindən aşkar olunmuş 02 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmaqla götürülmüşdür. Eyni zamanda aşkar edilmiş 10 manat pul iş üzrə əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Həmçinin şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 01 ədəd "F+” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Daha sonra şəxsi axtarış, baxış və götürmə aparılması prosesində iştirak edən X3, X7, X5 və X6 üzərlərinə baxış keçirilmişdir. Baxış zaman Cümşüd Mənsimovun, Elşən İsayevin, Ruslan Ələkbərovun və Əlibala Babayevin üzərindən narkotik vasitələr, psixotrop maddələr və qanunsuz əşyalar aşkar edilməmişdir. Onların hər biri o, Ruslan Əlizadə və Xaləddin İmanovla aralarında tanışlıq münasibətlərinin olduğunu, özlərinin narkotik vasitələr və psixotrop maddələr qəbul etmədiklərini, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadıqlarını, onun, Ruslan Əlizadənin və Xaləddin İmanovun üzərində narkotik vasitə olmasından məlumatlarının olmadığını bildirmişlər. Bundan sonra şəxsi axtarış və baxış keçirilməsi barədə protokol tərtib olunmuş, protokol düzgün tərtib edildiyi üçün o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Tutduğu əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, 26 aprel 2022-ci il tarixdə “Ruslan", “Xaləddin" və “Cavid" adlı şəxslərin qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib üzərlərində saxlayaraq daşımaları barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Həmin məlumat əsasında keçirilən əməliyyat tədbirləri nəticəsində “Ruslan", “Xaləddin" və “Cavid” adlı şəxslərin şəxsiyyəti müəyyən edilərək onların X18, X14 və Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Həmin məlumatın yoxlanılması məqsədi ilə Baş İdarənin rəisinə raportla məruzə edilmişdir. İcazə verildikdən sonra həmin şəxslərin ətrafında əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Daha sonra həmin məlumatın yoxlanılması üçün 11 nəfərdən ibarət qrup yaradılmışdır. Həmin qrupa o rəhbərlik etmişdir. Ruslan Əlizadənin, Xaləddin İmanovun və Təqsirləndirilən şəxs yerinin müəyyən edilməsi istiqamətində tədbirləri davam etdirmişlər. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Ruslan Əlizadənin, Xaləddin İmanovun və Təqsirləndirilən şəxs ünvan 4 ünvanında yerləşən “Bomonti" adlı kafenin qarşısında olmaları müəyyən edilmişdir. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qəbul edilmiş 26 aprel 2022-ci il tarixli qərarın icra edilməsi ilə əlaqədar Ruslan Əlizadə, Xaləddin İmanov və Təqsirləndirilən şəxs 26 aprel 2022-ci il tarixdə saat 23:30-da ünvan 4 ünvanında yerləşən “Bomonti” adlı kafenin qarşısında yanlarında olan tanışları X4, X19, X8, X15 ilə birlikdə saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olaraq gətirilmişlər və barələrində şübhəli şəxs qismində tutma haqqında qərar qəbul edilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs X10 şəxsi axtarış və götürmənin videoçəkiliş vasitəsi ilə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid8 tərəfindən çəkiliş aparılacağı barədə məlumat verilmiş, şübhəli şəxs Ruslan Əlizadə buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Ruslan Əlizadə üzərində "kakos adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirib, əynində olan göy rəngli cins şalvarının sağ yan cibində olan 01 ədəd "İphone” markalı mobil telefonu və 01 ədəd "Nokia” markalı mobil telefonu, əynində olan cins şalvarının sol yan cibində olan 02 ədəd şəffaf sellofan bükümü və 5 manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Ruslan Əlizadə təqdim etdiyi 02 ədəd sellofan bükümün içində "kakos" adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirmişdir. Ruslan Əlizadənin təqdim etdiyi 02 ədəd sellofan büküm iştirakçı arın şahidliyi ilə açıldıqda bükümlərin içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik, narkotik vasitə heroinə oxşar maddələr olması müşahidə edilmişdir. Şəxsi axtarış davam etdirilərkən Ruslan Əlizadənin üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Ruslan Əlizadə üzərindən aşkar edilmiş narkotik vasitə heroinə oxşar maddələri 26 fevral 2022-ci il tarixdə təxminən saat 19 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən metronun "M.Əcəmi" stansiyasının yaxınlığında anket məlumatlarını dəqiq bilmədiyi “Elcay" adlı şəxsdən ümumilikdə 35 manat pul müqabilində öz şəxsi istifadəsi üçün aldığını, narkotik vasitəni üzərində saxlayıb daşıdığını bildirmişdir. Bundan sonra Ruslan Əlizadənin üzərindən aşkar olunmuş 02 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda aşkar edilmiş 5 manat pul iş üzrə əhəmiyyət kəsb etmədiyindən Ruslan Əlizadənin özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı Ruslan Əlizadənin üzərindən aşkar edilmiş “İphone və "Nokia markalı mobil telefonlar iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Daha sonra şübhəli şəxs Xaləddin İmanova hüquq və vəzifələri izah olunduqdan sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Xaləddin İmanov üzərində narkotik vasitə və bıçaq olduğunu bildirib, əynində olan boz rəngli cins şalvarının sağ yan cibində olan 02 ədəd şəffaf sellofan bükümü, 20 manat pulu və 01 ədəd açarı əynində olan cins şalvarının sağ kəmər hissəsində olan 01 ədəd bıçağa bənzər predmeti və əynində olan şalvarının sol yan cibində olan 01 ədəd “İphone' markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Xaləddin İmanov təqdim etdiyi 02 ədəd sellofan bükümün içində narkotik vasitə olduğunu bildirmişdir. Xaləddin İmanovun təqdim etdiyi 02 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik, narkotik vasitə heroinə oxşar maddələr olması müşahidə edilmişdir. Şübhəli şəxs Xaləddin İmanovun təqdim etdiyi bıçağa bənzər predmetə baxış zamanı məlum oldu ki, həmin predmet dəmir materiallı. qatlanan, deşici-kəsici xüsusiyyətə malik, mətbəx bıçaqlarından tamamilə fərqli bıçaqdır. Şəxsi axtarış davam etdirilərkən Xaləddin İmanovun üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Xaləddin İmanov üzərindən aşkar edilmiş narkotik vasitə heroinə oxşar maddələri 26 fevral 2022-ci il tarixdə təxminən saat 17 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində anket məlumatlarını dəqiq bilmədiyi “Rüstəm” adlı şəxsdən ümumilikdə 30 manat pul müqabilində öz şəxsi istifadəsi üçün aldığını, narkotik vasitəni üzərində saxlayıb daşıdığını bildirmişdir. Bundan əlavə Xaləddin İmanov üzərindən aşkar edilmiş 01 ədəd bıçağa bənzər predmeti təxminən bir ay əvvəl təsadüfən tapdığını və bıçaqlara marağı olduğu üçün üzərində saxlayıb daşıdığını qeyd etmişdir. Bundan sonra Xaləddin İmanovun üzərindən aşkar olunmuş 02 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddələr və 01 ədəd bıçağa bənzər predmet cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən 02 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda aşkar edilmiş 20 manat pul və 01 ədəd mənzil açarı iş üzrə əhəmiyyət kəsb etmədiyindən Xaləddin İmanovun özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı Xaləddin İmanovun üzərindən aşkar edilmiş 01 ədəd "İphone'' markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud ış üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroin olduğunu bildirib, əynində olan cins şalvarının sağ yan cibində olan 01 ədəd, “F+" markalı mobil telefonu, əynində olan cins şalvarının sol yan cibində olan 10 manat pulu və əynində olan qara rəngli dəri gödəkçəsinin sol iç cibində olan 02 ədəd şəffaf sellofan bükümü çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd sellofan bükümün içində narkotik vasitə heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik, narkotik vasitə heroinə oxşar maddələr olması müşahidə edilmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinə oxşar maddələri 26 fevral 2022-ci il tarixdə axşam vaxtı Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən metronun “İnşaatçılar" stansiyasının yaxınlığında anket məlumatlarını dəqiq bilmədiyi “İlkin" adlı şəxsdən ümumilikdə 30 manat pul müqabilində öz şəxsi istifadəsi üçün aldığını, narkotik vasitəni üzərində saxlayıb daşıdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar clunmuş 02 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda aşkar edilmiş 10 manat pul iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd "F+” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Bundan sonra şəxsi axtarış, baxış və götürmə aparılması prosesində iştirak edən X3. X7, X5 və X6 üzərlərinə baxış keçirilmişdir. Baxış zamanı onların üzərindən qanunla dövriyyəsi qadağan edilmiş hər hansı bir əşya və yaxud vasitə aşkar edilməmişdir. Üzərlərindən aşkar edilmiş onlara məxsus əşyalar isə özlərinə geri qaytarılmışdır. Sorğu zamanı X3, X7, X5 və X6 hər biri onlarla birlikdə saxlanılan Ruslan Əlizadə, Xaləddin İmanov və Təqsirləndirilən şəxsla aralarında tanışlıq münasibətləri olduğunu, özlərinin narkotik vasitələr və psixotrop maddə ər qəbul etmədiklərini, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadıqlarını, Ruslan Əlizadə, Xaləddin İmanov və Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasından məlumatlarının olmadığını bildirmişlər. Daha sonra bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeyd ər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokol düzgün tərtib edildiyi üçün o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid2, Şahid3, Şahid4, Şahid5, Şahid6, Şahid8 və Şahid11 Şahid1 ilə eyni məzmunlu ifadə verdilər. Məhkəmə iclasında şahid qismində çağırılmış Şahid7, Şahid9 və Şahid10 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onların ibtidai istintaq dövründə vermiş olduqları ifadələri elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” 27 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Şəxsi axtarış, baxış və götürmə aparılması” haqqında 27 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, saxlaması, daşıması və satması barədə daxil olmuş məlumat əsasında 26 aprel 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs həmin gün saat 23:30-da ünvan 4 ünvanında yerləşən “Bomonti” adlı kafenin qarşısında saxlanılaraq BMCMİ-nin inzibati binasına gətirilmişdir. BMCMİ-də Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli dəri gödəkçənin sol iç cibində 02 ədəd sellofan bükümdə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 27 aprel 2022-ci il tarixli 6/2428 nömrəli rəyindən görünür ki,- Tədqiqata təqdim edilmiş üzərində ”şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd sellofan bükümdə .” yazısı və imzalar olan paketdəki 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1,914 qram və 2,988 qram olmaqla ümumi təmiz çəkisi 4,902 qram tünd qəhvəyi rəngli maddələr xarici əlamətlərinə görə və tərkiblərindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin İ siyahısına daxildir. Həmin rəyin qeyd hissəsindən görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş heroinin ümumi təmiz çəkisi- 4,902 qram, tədqiqata sərf edildi-0,1 qram, qalıq-4.802 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 114 manat təşkil edir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-490/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbirinin seçilməsi, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddətinin 04 ay həddində müəyyən edilməsi, həbsetmənin əvvəlinin 26 aprel 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 16 may 2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Binəqədi Rayon Məhkəməsinin 21 may 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29, 177.2.1, 29, 177.2.3, 29, 177.2.4, 177.2.3, 221.1, 66.3-cü maddələri ilə təqsirli bilinərək 05 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş; Qaradağ Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə CM-nin 177.2.4-cü maddəsi hökmdən xaric edilmişdir. Salyan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzası 04 il 09 aya endirilmişdir. xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilib. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X26 Şəxsi Ambulator X2 28 aprel 2022-ci il tarixli, 2128 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və Kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, ıntoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X12” X29 xx.xx.2022-ci il tarixli 1511/K saylı məhkəmə-kimyəvi rəydən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində tiryək qrupuna aid olan alkoloid aşkar edildi. Barbitur turşusu törəmələri, kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən), fenilalkilamin qrupuna aid olan amfetamın və metamfetamin, fenotiazın, pirazolon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. “Maddi sübut hesab edilməsi haqqında” 24 avqust 2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinin 4,802 qram qalığının maddi sübut hesab edilməsi və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nın Maddi sübutları saxlama yerinə təhvil verilməsi qərara alınmışdır. “Sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymət verilməsi haqqında” 26 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 01 ədəd CD diskin və "xxxx" MMC-dən götürülmüş 01 ədəd CD diskin maddi sübut hesab edilməsi və cinayət işinin materiallarında saxlanılması qərara alınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: -cinayəti etiraf etməsi və əməlindən peşman olmasını; İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hal, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə, CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-in 158.2.1, 158.6, CM-in 69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.2), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı (CM-in 93.1.2), iş üzrə maddi sübut - Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş narkotik vasitə olan heroinin qalıq çəkisi məhv edilməli, iki ədəd disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-in 132-ci), məhkəmə məsrəflərinə aid olan ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-in 198.1). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 26 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Cinayət işi üzrə maddi sübut – Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş narkotik vasitənin qalıq çəkisi – 4,802 qram çəkidə heroin məhv edilsin. Cinayət işi üzrə maddi sübut – iki ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 114,0 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar