Məhkəmə qərarları › İş №1(005)-496/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-496/2022

10.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-496/2022 10.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Agayev Kamal Valeh oğlunun, Agayev Qiyas Valeh oğlunun vəkili Bm Morrison partnyorları Vəkil Bürosunun vəkili Müdafiəçi2, zərərçəkmiş şəxs(mülki iddiaçı) Zərərçəkmiş şəxs4 vəkili Abbas-zadə Rəhim İsaq oglunun Təqsirləndirilən şəxs və onun müdafiəçisi Femida vəkil bürosunun vəkili X7 Mülki cavabdeh "xxxx" QSC-nin vəkili və nümayəndəsi Nümayəndə oglunun iştirakları ilə, xx xxxxx 1963-cü ildə Ağdaş rayonunda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, "xxxx" QSC-də direktor işləmiş, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Məmmədli kəndi, M.V.Vaqif küçəsi döngə 2 ev 26-da qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 314.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs vəzifəli şəxs kimi işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifələrini lazımı qaydada yerinə yetirməməsi nəticəsində fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan zərər vuraraq səhlənkarlıq etmişdir. Belə ki, o, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhər Vergi Departamentinin Kommersiya Hüquqi Şəxslərin dövlət qeydiyyatı idarəsində xx.xx.2017-ci il tarixdə qeydiyyatdan keçmiş, hüquqi ünvanı ünvan 1 Qapalı Səhmdar Cəmiyyətində (VÖEN N°**********) xx.xx.2021-ci il tarixdən direktor vəzifəsində işləyən zaman aidiyyatı üzrə müvafiq əmr və sərəncamlarla ona həvalə olunmuş digər hüquq və vəzifələri həyata keçirib vəzifəli şəxs kimi cəmiyyətin ümumi işinə rəhbərlik edərkən cəmiyyət tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, Həsənoğlu və A.M.Cümə küçələrinin kəsişməsində yerləşən istifadəyə yararsız evlərin sökülərək yerində yüksəkmərtəbəli çox mənzilli «Whitestone Towers» yaşayış kompleksinin inşası aparılarkən Nərimanov rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(005)-2627/2021 nömrəli qətnaməsi və Bakı Apellaysiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)-940/2022 nömrəli qətnaməsi ilə Zərərçəkmiş şəxs3 məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 30.90 kvadratmetr olan bir otaqlı yaşayış sahəsi hesab edilən mənzilin, Nərimanov rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(005)-3720/2021 nömrəli qətnaməsi və Bakı Apellaysiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)-809/2022 nömrəli qətnaməsi ilə Zərərçəkmiş şəxs2 məxsus ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 74 kvadratmetr olan üç otaqlı yaşayış sahəsi hesab edilən mənzilin, Nərimanov rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(005)- 3728/2021 nömrəli qətnaməsi ilə Zərərçəkmiş şəxs1 məxsus ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 60 kvadratmetr olan üç otaqlı yaşayış sahəsi hesab edilən mənzilin, Nərimanov rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(005)-2086/2021 nömrəli qətnaməsi və Bakı Apellaysiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Zərərçəkmiş şəxs4 məxsus ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 56.7 kvadratmetr olan qeyri-yaşayış sahəsi hesab edilən zirzəminin və ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 53.2 kvadratmetr olan digər təyinatlı hesab edilən qeyri-yaşayış sahəsinin sökülmələri barədə qüvvəyə minməmiş və Zərərçəkmiş şəxs1 tərəfindən Bakı Apellyasiya Məhkəməsinə verilmiş apellyasiya şikayəti üzrə, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinə verilmiş kasassiya şikayətlər üzrə yekun məhkəmə qərarlarının qəbul edilərək qanuni qüvvəyi minməməsinə baxmayaraq səhlankarlıq edərək işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifələrini lazımı qaydada yerinə yetirməyərək cəmiyyətin işçiləri tərəfindən aparılan söküntü işlərinə lazımı qaydada nəzarət etməyib və müvafiq tapşırıqlar verməyib qeyd olunan yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasının təmin etməməsi və sökülmələrinin qarşısını almaması nəticəsində xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində cəmiyyətin işçiləri tərəfindən aparılan söküntü işləri nəticəsində Zərərçəkmiş şəxs3a, Zərərçəkmiş şəxs2a, Zərərçəkmiş şəxs1a və Zərərçəkmiş şəxs4 məxsus xüsusi mülkəyyətlərində olan əmlaklarının sökülməsi və həmin vaxt orada olan əşyaların məhv olunması nəticəsində Zərərçəkmiş şəxs3 110000(yüz on min) manat, Zərərçəkmiş şəxs2 151043(yüz əlli bir min qırx üç) manat, Zərərçəkmiş şəxs1 Kamal oğluna 140000 manat(yüz qırx min) manat və Zərərçəkmiş şəxs4 327850(üç yüz iyirmi yeddi səkkiz yüz əlli) manat ziyan vurmaqla, vəzifəli şəxs kimi işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifələrini lazımı qaydada yerinə yetirməməsi nəticəsində fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan zərər vuraraq səhlənkarlıq etmişdir. Beləliklə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. İstintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2021-ci ildən "xxxx" Qapalı Səhmdar Cəmiyyətində direktor vəzifəsində işləyir və ümumi işlərə rəhbərlik edir. Onların cəmiyyəti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, Həsənoğlu və A.M.Cümə küçələrinin kəsişməsində yerləşən istifadəyə yararsız evlər sökülərək yerində yüksəkmərtəbəli çox mənzilli yaşayış kompleksi inşa edilir. Həmin ünvanda çoxlu sayda istifadəyə yararsız evlər vardır. Onlar cədvəl üzrə növbə ilə bir və ya iki evi və digər tikililəri sökdükdən sonra sonra orada təmizlik işlərini aparırlar və zibilləri yığıb kənara atmışlar, yerində isə sonra yüksəkmərtəbəli binanın inşasının aparılmasını təmin etmişlər. 2022-ci il mart ayında «Novruz Bayramı» bitdikdən sonra ayının 22-dən başlayaraq ayın sonunadək onlar tikinti aparılan ərazidə yerləşən Həsənoğlu küçəsi 14, 16 və 16a ünvanlarında yerləşən binaları və tikililəri sökmüşlər və təxminən 8-10 günə həmin ünvanda yerləşən işləri bitirmişlər. Bundan sonra onlar orada təmizlik işləri aparmışlar və həmin ərazidə cəmiyyətləri tərəfindən yaşayış kompleksinin inşasına başlanılmış və hazırda ərazidə işlər davam etdirilir. Bundan başqa Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, direktor kimi aparılan bütün işlərə o rəhbərlik etmiş, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 Vəli oğluna, Zərərçəkmiş şəxs2 və digərlərinə məxsus yaşayış və qeyri-yaşayış sahələrinin sökülməsinə heç kim göstəriş verməmiş, həmin yaşayış və qeyri-yaşayış sahələrinin sökülməsi növbəliklə cədvəl üzrə aparılmış, mənzillərin saxlanılmasını öhdəliyinin olmasını bilməmiş, çünki, həmin mənzillərin sökülməsinə dair Nərimanov rayon məhkəməsinin qətnamələri olmuş və o, məhkəmə qətnamələrinin qəbul edildiyini fikirləşərək yuxarı instansiya məhkəmələrinin qərarlarının gözləməli olduğunu bilməmişdir. Eyni zamanda HMədətov göstərmişdir ki, Zərərçəkmiş şəxs4 məxsus ünvan 6 ünvanında yerləşən qeyri-yaşayaş saxlanılması öhdəliyinin olmasını bilməmiş, çünki, həmin qeyri-yaşayış səhələrinin sökülməsinə dair Nərimanov rayon məhkəməsinin qətnamələri olmuş və o, məhkəmə qətnamələrinin qəbul edildiyini fikirləşərək yuxarı instansiya məhkəmələrinin qərarlarının gözləməli olduğunu bilməmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 314.2-ci maddəsi ilə verilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, xx.xx.2021-ci ildən "xxxx" Qapalı Səhmdar Cəmiyyətində direktor vəzifəsində işləyir və ümumi işlərə rəhbərlik edir.Müqavilələr bağlandıqdan sonra Binalar sökülmüşdür. Məhkəmənin qətnamələri olsa da həmin qətnamələrin qüvvəyə minməsini gözləmək lazım olduğunu bilməmişdir. Zərərçəkmiş şəxslərin yaşayış yeri məhkəmənin qərarı ilə sökülmüşdür. Binalar sökülən zaman FHN-nin razılığı alınmışdır. Bəzi şəxslərlə qiymətə görə razılığa gələ bilməmişlər. Həmin şəxslərə sökülmüş mənzillərə görə mənzil təqdim edə bilərlər. Mənzillərin sökülməsinə ondan başqa heç kim göstəriş verməmişdir. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Agayev Qiyas Valeh oglu ifadəsində göstərdi ki, ünvan 4 ünvanında yerləşən üç otaqlı mənzili o, xx.xx.2021-ci il tarixdə X3 120.000(yüz iyirmi min ) manata almışdır. Mənzili alan zaman mənzildə əşyaları olsa da, mənzildə yaşamamışdır. O, işi ilə əlaqədar çox vaxt Türkiyə Respublikasında olur. Onun razılığı olmadan mənzilini söküblər. Mənzilində mebellər, soyuducu və mətbəxə aid əşyalar var idi. Binada söküntü işləri may-iyun aylarında başlamışdı. Binanı sökən zaman onunla heç kim əlaqə saxlayıb məlumat verməyib. O, həmin mənzili tanışı Zamiqə tapşırmışdı. Binanın sökülməsi Zamiqə məlumat kimi deyilsə də razılıq olmamışdır. Onlar bu barədə məhkəməyə mülki qaydada müraciət etmişlər. Mənzillə birlikdə ona 170 000 manat ziyan dəymişdir. 120 000 manat mənzilim üçün, 50 000 manat isə mənzildə olan əşyalar üçün tələbi var. İstintaqda mənzilə dəyən ziyanı 20 000 manat göstərsə də, fikirləşir ki, bu məbləğ azdır. Hal-hazırda mənzildə olan əşyalar üçün 50 000 manat tələb edir. Depozitdə olan 20 000 manat ilə razı deyiləm. Çünki həmin məbləğ azdır. Həmçinin zərərçəkən Agayev Qiyas Valeh oglu bildirdi ki, dəymiş zərərlə bağlı depozitə ödənilən məbləgi qəbul etmir, sökülmüş əmlakının əvəzinə ona əmlak verilməsini və əşyalara görə 50.000 manat pul tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, ünvan 4 ünvanında yerləşən üç otaqlı 61.60 kv.m olan mənzili xx.xx.2021-ci il tarixdə 121.043(yüz iyirmi bir min qırx üç) manata almışdır. Mənzili alan zaman mənzildə əşyaları olsa da, mənzildə yaşamamışdır. Belə ki o işi ilə əlaqədar xaricdə olur. O, xaricdə olan zaman xəbərim olub ki, onun evi sökülüb. Sonradan onların məhkəmə mübahisələri olmuşdur. Onun mənzilidə 15.000-17.000 manat dəyərində əşyaları olmuşdu. Depozitə qoyulan 140.000 manatı qəbul etmir. Mənzili sökülmədən öncə onunla heç kim əlaqə saxlamayıb.Heç bir razılaşma olmayıb. Həmçinin zərərçəkən Agayev Kamal Valeh oglu bildirdi ki, dəymiş zərərlə bağlı depozitə ödənilən məbləgi qəbul etmir, sökülmüş əmlakının əvəzinə razılaşma yolu ilə ona əmlak verilməsini tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X9 oglu ifadəsində göstərdi ki, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi ev 14 sahəsi 30,90 kv.m olan mənzil 26 ona məxsusdur. Həmin mənzili o, xx.xx.2021-ci il tarixdə 80.000 manata almış və həmin vaxtdan həmin ünvanda yaşamışdır. 2022-ci ilin mart ayında rayondan qayıtdıqdan sonra görmüşdür ki, mənzili sökülüb. Onunla heç bir qarşılıqllı razılaşma olmamışdır. Binada ilk olaraq birinci qazı kəsmişlər. Bir müddət sonra suyu, daha sonra isə işiğı kəsmişlər. Onlar evdə yaşaya-yaşaya şaxtanı belə sökdülər.Onların evinin balkonları olsa da qarşı tərəf həmin balkonu nəzərə almayıb. Halbuki onlara təklif etmişlər ki, balkonu verilən evin kvadratına əlavə edəcəklər. Depozitə qoyulan məbləğ ilə biz razı deyil. Ona sökülmüş evin əvəzinə 48-50 kv.m ev verilmədir. Həmçinin zərərçəkən X9 oglu bildirdi ki, dəymiş zərərlə bağlı depozitə ödənilən məbləgi qəbul etmir, sökülmüş əmlakının əvəzinə ona əmlak verilməsini tələb edir. Lakin qətnamə ilə verilən evin sahəsini az hesab edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs (mülki iddiaçı) qismində dindirilmiş Zərərçəkmiş şəxs4 Oruz oglu ifadəsində göstərdi ki, ünvan 6 ünvanında yerləşən 56.7 kvadrat metr olan qeyriaşayış səhəsi olan zirzəmini 2014-cü ilin fevral ayında almış və həmin vaxtdan tərəfindən istifadə edilir. Həmin ilin yay aylarında ünvan 6 ünvanında yerləşən binanın 1-ci mərtəbəsində yerləşən 53.2 kvadrat metr olan qeyri-yaşayış sahəsini almış və həmin vaxtdan həmin qeyri-yaşayış sahəsi tərəfindən istifadə edilir. Qeyri yaşayış sahəsini tam təmir etmişdi və 1 800 manata icarəyə vermişdi. 2021-ci ilin sonunda o, xəbər tutmuşdur ki, qeyri-yaşayış sahəsi və zirzəminin yerləşdiyi ünvanda olan bina "xxxx" QSC-ti tərəfindən sökülərək yerində bir-neçə binadan ibarət yüksək mərtəbəli «Whitestone Towers» yaşayış kompleksinin inşası aparılır. Həmin vaxt "xxxx" QSC-nin nümayəndələri onunla qeyri-yaşayış sahəsinin və zirzəminin sökülməsinə dair razılıq əldə edərək müqavilənin bağlanmasını təklif etsələr də, o, bundan imtina etmiş, çünki cəmiyyətin şərtləri əsassız olmuşdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 Oruz oglu cavabdeh "xxxx" QSC-yə qarşı mülki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 7 ünvanında yerləşən binanın 1-ci blok, 1-ci mərtəbəsində xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan 53.2 kv.m (AR ƏMDK yanında DƏDRX-in ******* nömrəli çıxarışı) və 56.7 kv.m qeyri -yaşayış sahələrinin (AR ƏMDK yanında DƏDRX-in ******* nömrəli çıxarışı) cavabdeh "xxxx" QSC tərəfindən qanunsuz sökülmüş qeyri-yaşayış sahələrinin əvəzi olaraq, qeyri- yaşayış sahələrinin yerində tikilmiş binanın 1-ci blok və 1-ci mərtəbəsində ümumi sahəsi 132 kvadrat metr (20% əlavə ilə) tam təmirli, texniki şərtlərlə müvafiq qaydada təmin edilmiş, qeyri-yaşayış sahəsinin verilməsi, Əyər həmin ünvanda qeyri yaşayış sahəsi artıq satılmış olarsa, cavabdeh tərəfindən qeyri-yaşayış sahələrinin texniki planı iddiaçı ilə razılaşdırılmaqla həmin binanın digər bloklarının 1-ci mərtəbəsində yerləşən 132 kvadrat metr (20% əlavə ilə) qeyri-yaşayış sahəsi və ya texniki planı iddiaçı ilə razılaşdırılmaqla cavabdehə məxsus həmin ünvanda tikilmiş digər binalarda 132 kvadrat metr (20% əlavə ilə) qeyri-yaşayış sahəsinin verilməsi, Qeyri-yaşayış sahələrinin sökülməsi nəticəsində həmin qeyri-yaşayış sahələri sökülərkən içində olan əşyalara görə dəymiş ziyanın əvəzi olaraq 46000 manat və xx.xx.2020-ci il tarixdən qətnamə icra olunan müddətədək hər ay ay üçün 1800 manatdan hesablanmaqla əldən çıxmış faydanın və ödənilmiş 390 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 oglu istintaqda verdiyi ifadəsini təsdiq etdi və bildirdi ki, o, 2021-ci ildən "xxxx" Qapalı Səhmdar Cəmiyyətində hüquqşünas vəzifəsində işləyir və onların cəmiyyəti Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, Həsənoğlu və A.M.Cümə küçələrinin kəsişməsində yerləşən istifadəyə yararsız evlər sökülərək yerində yüksəkmərtəbəli çox mənzilli yaşayış kompleksi inşa edir və yaşayış kompleksinin adı «Whitestone Towers»dır. Bununla əlaqədar orada olan yaşayış və qeyri-yaşayış sahələrinin sahibləri oradan köçürülmüşlər və köçürülən zaman onlar orta bazar qiyməti ilə müvafiq ödənişlər etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 oglu istintaqda verdiyi ifadəsini təsdiq etdi və bildirdi ki, bina sökülən zaman “Novruz Bayramı” ərəfələri idi. Təqsirləndirilən şəxs onlara həmin binaların sökülməsinə göstəriş vermişdi. Onlar da həmin göstərişə əməl edərək binaların söküntüsünə başlamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Cəlil oglu istintaqda verdiyi ifadəsini təsdiq etdi və bildirdi ki, 2020-ci ildən "xxxx" Qapalı Səhmdar Cəmiyyətində işləyir. 2022-ci il mart ayının axırları tikinti aparılan ərazidə yerləşən binaları və tikililəri sökməyə başlamışlar. Həmin işlərə direktor Mədət Hüseynov nəzarət edirdi və onlara göstərişi o verirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 oglu istintaqda verdiyi ifadəsini təsdiq etdi və bildirdi ki, o 2020-ci ildən "xxxx" Qapalı Səhmdar Cəmiyyətində tikintidə təhlükəsizliyə nəzarətçi vəzifəsində işləyir. Ümumi olaraq bütün işlərə direktor Mədət Hüseynov nəzarət edirdi. 2022-ci il mart ayında «Novruz Bayramı» bitdikdən sonra ayının 22-dən başlayaraq ayın sonunadək tikinti aparılan ərazidə yerləşən Həsənoğlu küçəsi 14, 16 və 16a ünvanlarında yerləşən binaları və tikililəri sökməyə başlamışlar və təxminən 8- 10 günə həmin ünvanda yerləşən binaları və tikililəri sökmüşlər. Cəmiyyətdə bütün işlərə direktor Təqsirləndirilən şəxs rəhbərlik etmiş, söküntü aparan zaman Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 Vəli oğluna, Zərərçəkmiş şəxs2 və digərlərinə məxsus yaşayış və qeyri-yaşayış sahələrinin sökülməməsinə və saxlanılmasına Təqsirləndirilən şəxs heç bir göstəriş verməmiş, yalnız növbəliklə cədvəl üzrə sökülməsini Təqsirləndirilən şəxs tapşırmış və onlar öz işlərini aparmışlar. Aparılan söküntü işləri zamanı yaşayış-və qeyriyaşayış sahələrində heç bir əşya aşkar etməmişlər, həmin sahələr boş olmuşdur. Məhkəmə iclasında mülki cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə bildirdi ki, mülki iddianı qismən qəbul edir. Belə ki, Zərərçəkmiş şəxs4 Oruz oglunun mülkiyyətində ünvan 6 ünvanında yerləşən 53.2 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsi və onun altında yerləşən 56.7 kv.m-dən ibarət olan zirzəmi olmuşdur və ona görə Zərərçəkmiş şəxs4 yeni tikiləcək binadan 53 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsi və həmin sahənin altında yerləşən qeyri-yaşayış sahəsi verməyə hazırdırlar. Təqdim edilən şəkillərdən və istintaq materiallarından görünür ki, sökülən qeyri-yaşayış sahəsi köhnə və istismar müddəti bitmiş bir vəziyyətdə olub aşağı təmirli bir sahə olmuşdur. Təqdim edilmiş çıxarışdan görünür ki, qeyri-yaşayış sahəsinin altında yerləşən sahə zirzəmidir və qanunla həmin zirzəmidə hər hansı bir iqtisadi fəaliyyətlə məşğul olmaq qadağandır. Həmin zirzəmidən yalnız yardımçı təsərrüfat otağı kimi istifadə etmək olar. Lakin bunun müqabilində şirkət ünvan 6 ünvanında yerləşən 53.2 kv.mdən ibarət olan qeyri-yaşayış sahəsinin əvəzinə Zərərçəkmiş şəxs4 yeni tikiləcək binadan veriləcək qeyri-yaşayış sahəsinin altında yerləşən yeni sahə verməyi təklif edir.Eyni zamanda yeni binanın tikintisi ilə əlaqədar ərazinin hasara alındıgı andan artıg Zərərçəkmiş şəxs4 Oruz oglunun həmin əmlaka hüquqları məhdudlaşdırıldıgından, yəni xx.xx.2020-ci tarixdən başlayaraq əmlakın istismara təhvil verildiyi tarixədək hər ay 1200 manat icarə(kirayə) haqqı kimi ödəniş edilməsinə razıdırlar. Ona görə də mülki iddianın qismən təmin olunmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 müraciəti əsasında AR CM-nin 314.2 maddəsi ilə cinayət işinin başlanması və icraata qəbul edilərək istintaqının aparılması qərara alınmışdır. Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 məxsus yaşayış və qeyri-yaşayış sahələrinin söküldüyünü və yerində "xxxx" QSC-ti tərəfindən tikinti işləri aparılaraq yüksəkmərtəbəli yaşayış kompleksi inşa edildiyi təsdiq edilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli çıxarışın surətindən görünür ki, sahəsi 61,60 kv.m olan Bakı şəhəri Nərimanov rayonu Həsənoglu küç.ev 14 mənzil 9 Zərərçəkmiş şəxs2 adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. İşdə oan xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, satıcı X11 mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu Həsənoglu küç.ev 14 mənzil 9-u alıcı Zərərçəkmiş şəxs2 121.043 manata satmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-il tarixli, 2(005)-3720/2021 saylı qətnaməsinə əsasən "Ailə Park” MTK-nin iddiası təmin olunmuş, Agayev Kamal Valeh oğlu tərəfindən (mülkiyyət hüququ saxlanılmaqla) ünvan 8 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş 61,6 kv.m-dən ibarət olan mənzil boşaldılaraq “Ailə Park" MTK-ya təhvil verilməsi və həmin mənzilin "Ailə Park” MTK tərəfindən sökülməsi, Ailə Park MTK tərəfindən ünvan 9 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş 61,6 kv.m-dən ibarət olan mənzilin əvəzinə yeni tikiləcək binada 90,4 kv.m ölçüdə təmirli mənzil 2 (iki) il müddətinə Agayev Kamal Valeh oğluna təhvil verilməsi, sökülməsi nəzərdə tutulan mənzilin "Ailə Park” MTK-ya təhvil verildiyi gündən başlayaraq yeni yaşayış sahəsi ilə təmin olunan günədək "xxxx" MTK tərəfindən Agayev Kamal Valeh oğluna hər ay 550 (beş yüz əlli) manat məbləğində kirayə haqqı ödənilməsi, iddaçı Agayev Kamal Valeh oğlunun cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinə qarşı öhdəliyin qoyulması və mənəvi zərər tələbinə dair iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci i tarixli, 2(103)-809/2022 saylı qətnaməsinə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-il tarixli, 2(005)- 3720/2021 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən cavabdeh Agayev Kamal Valeh oğlunun kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-809/2022 saylı qətnaməsi dəyişdirilməmiş saxlanılmışdır. İşdə olan xx.xx.2021-ci il tarixli çıxarışın surətindən görünür ki, sahəsi 61,60 kv.m olan Bakı şəhəri Nərimanov rayonu Həsənoglu küç.ev 14 mənzil 9 Zərərçəkmiş şəxs2 adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. Bakı şəhər İcra Hakimiyyətinin “Yeni yaşayış binalarının tikintisi üçün torpaq sahəsinin icarə əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verilməsi haqqında 55 nömrəli, 11 mart 2020-ci il tarixli sərəncamından görünür ki, “Ailə Park" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2019-cu il tarixli, 018 saylı müraciətini, Nərimanov Rayon İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli, 1/1418 saylı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin xx.xx.2020-ci il tarixli, **********94 saylı Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 18 02 2020-cı il tarixli, 02/07-635 saylı razılıq məktublarını və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyinin "Azərinşaatlayihə” Dövlət Baş Layihə Konstruktor və Texnoloji institutunun 03 03.2020-cı il tarixli rəyini nəzərə alaraq, “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə"nin 6.8-ci bəndinə və Azərbaycan Respublikasının mülki və torpaq qanunvericiliyinə əsasən qərara alınmışdır: Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən, yaşayış üçün yararsız vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin yerləşdiyi 2.7520 ha torpaq sahəsi həmin tikililərin istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun, qarşılıqlı razılıq əsasında "xxxx" MMC tərəfindən tənzimlənməsi şərti ilə müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası üçün icarə əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verilsin; Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyinin ‘‘Azerinşaatlayihə’’ Dövlət Baş Layihə Konstruktor və Texnoloji institutunun Texniki şöbəsi tərəfindən tərtib olunmuş 03 mart 2020-ci il tarixli mütəxəssis rəyinə əsasən, Həsənoğlu küçəsi, bina 14 Beşmərtəbəli yaşayış binası təqribən 1960-cı illərdə, kürsülü, dördgirişlil inşa olunmuşdur. Binanın uzunluğu 60.0 metr, eni 12.0 metrdir. Mərtəbələrdə otaqların daxili hündürlükləri 2,70 metr, kürsünün hündürlüyü 1,0 metrdir. Xarici və daxili yükdaşıyan divarların qalınlığı 0.40 metr, arakəsmə divarların qalınlığı isə 0.20 metr olmaqla, mişarlanmış əhəngdaşından inşa edilmişdir. Binanın mərtəbəarası və dam örtüyü yığma dəmir-beton boşluqlu panellərdən quraşdırılmışdır. Pilləkən marş və meydançaları, eləcə də eyvan konstruksiyaları yığma dəmir-beton elementlərdən inşa edilmişdir. Dam örtüyü çardaq tipli olmaqla bir hissəsi ağac konstruksiyalar üzrə asbest-sement şifer vərəqələrdən, qalan hissəsi isə dalğavari metal vərəqələrdəndir. Bina uzun müddət təmirsiz istismar edildiyindən köhnəlmiş və fiziki aşınmaya məruz qalmışdır. Xarici və daxili yükdaşıyan divarların bəzi yerlərində suvaq qatı, pilləkən marş və meydançalarında armaturların beton mühafizə qatları aşınaraq yararsız hala düşmüş, eyvan tavalarının alt hissələrində armaturların mühafizə qatları qopub tökülmüş, armaturlar korroziyaya uğramışdır. Binanın zirzəmisinə məişət tullantıları atılmışdır. Binanın xeyli sayda eyvanlarının sahələri artırılmış, pilləkən qəfəsəsində son mərtəbələrdə yan divarlara metal tirlər quraşdırılaraq üzərinə müxtəlif həcmli su çənlərinin yerləşdirilməsi yükdaşıyan konstruksiyaların əlavə yüklənmələrinə səbəb olmuşdur. Artırılan eyvanlar 3+6 metr uzuluğunda metal borular üzərində inşa edilmişdir. Binanın sol yan fasad divarında binanın xaricinə qapı boşluğu açılmışdır ki, bu da xarici yükdaşıyan divarın yükgötürmə qabliyyətinin azalmasına səbəb olmuşdur. Binanın bəzi girişlərində, pilləkən qəfəsələrində tikinti norma və qaydalarına riayət edilmədən xaotik quraşdırılmış elektirik xətləri sakinlərin həyatı üçün təhlükə mənbəyidir. Dam örtüyündə atmosfer sularını istiqamətləndirən suötürücü xətlərin və suaxıdıcı boruların nasaz vəziyyətdə olmasından və bəzi yerlərdə asbest-sement şiferlərin çatlaması nəticəsində atmosfer yağıntıları zamanı divarların nəmlənməsi nəticəsində suvaq qatının qoparaq tökülməsi müşahidə olundu. Bütün bunlar binanın yükdaşıyan elementlərinin zəifləməsinə və gələcəkdə xoşagəlməz fəsadların baş verməsinə səbəb ola bilər. Binanın mişarlanmış əhəngdaşından olan yükdaşıyan divarlarda hörgü üçün istifadə edilmiş sement-qum məhlulu öz keyfiyyətini itirərək ovulub tökülmələrə məruz qalmışdır. 16 A saylı binanın sol yan fasad divarında suvaq qatı olmadığından, binada antiseysmik kəmərdən istifadə edilmədiyi açıq-aşkar görünür. Baxış keçirilmiş binalar eyni illərdə və birtipli layihə əsasında inşa edildiyindən bunu digər binalara da şamil etmək olar.Yuxarıda qeyd edildiyi kimi sakinlər yaşayış sahəsini artırmaq məqsədilə müxtəlif illərdə metal borular, şveller və ikitavrlar üzərində, bəziləri isə birbaşa yer səviyyəsindən başlayaraq əlavə tikililər (binaya artırmalar) inşa etmişlər. Açıq eyvanların əksəriyyəti bağlanmışdır. Yükdaşıyan divarlarda qapı və pəncərə boşluqları açılmışdır. Eyvanların sahəsini artırmaq üçün yer səviyyəsindən ikinci, üçüncü mərtəbə səviyyəsinədək qaldırılmış metal borulardan, şveller və ikitavr profillərdən ibarət üzərində kifayət qədər yük olan sütunlar rabitəsiz quraşdırılmışdır ki, bu da yeraltı və yerüstü təkanlar zamanı təhlükəlidir. Binada nizamsız, layihəsiz, heç bir gücləndirmə aparılmadan eyvanların sahəsinin artırılması, əlavə eyvanların inşa edilməsi, antiseysmik kəmərin quraşdırılmaması, hörgüdə istifadə olunan sement-qum məhlulunun keyfiyyətsizliyi, əhəngdaşından olan yükdaşıyan divarlarda qapı və pəncərə boşluqlarının açılması binaya konstruktiv baxımdan xələl gətirmiş və binanın davamlılıq baxımdan möhkəmliyinin zəifləməsinə səbəb olmuşdur. Seysmik baxımdan və binaya edilmiş artırmaları, əlavə yükləmələri nəzərə alaraq binanın texniki vəziyyəti yolverilməz kimi qiymətləndirilir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Verilmiş çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən 30.90 kvadrat metr olan yaşayış sahəsi Zərərçəkmiş şəxs3 məxsusdur ********** nömrəsi ilə qeydiyyata alınmşıdır. İşdə oan xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, satıcı X5 mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu Həsənoglu küç.ev 14 mənzil 26-ı alıcı Zərərçəkmiş şəxs3 80.000 manata satmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-il tarixli, 2(005)-2627/2021 saylı qətnaməsinə əsasən ilkin iddia üzrə iddiaçı Zərərçəkmiş şəxs3 ilkin iddia üzrə cavabdeh "xxxx" MMC-nə qarşı maneənin aradan qaldırılması tələbinə dair ilk iddia ərizəsi təmin edilməmiş, Qarşılıqlı iddia ərizəsi təmin edilmiş, Zərərçəkmiş şəxs3 və onunla birlikdə yaşayan ailə üzvlərinin Bakı, şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi 14 saylı evin 26-cı mənzilinin cavabdehə mülkiyyət, istifadə və digər hüquqlarına xitam verilmiş, Zərərçəkmiş şəxs3 və onunla birlikdə yaşayan ailə üzvləri çıxarılmaqla mənzilin boşaldılması və sökülməsi, "xxxx" MTK tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində kəskin qəzalı vəziyyətdə olan 14 saylı binanın yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında cavabdeh Zərərçəkmiş şəxs3 məxsus 26 saylı mənzilin qanuni sahəsinə 20% əlavə sahə olmaqla 37 kv.m. yeni və təmirli mənzil verilməsi, Yeni çoxmərtəbəli yaşayış binası tikilənədək Zərərçəkmiş şəxs3 ilə birlikdə yaşayan ailə üzvlərinin müvəqqəti olaraq kirayə edilmiş mənzildə yerləşdirilmələri üçün aylıq 300 manat məbləğində kirayə haqqı ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci i tarixli, 2(103)-940/2022 saylı qətnaməsinə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-il tarixli, 2(005)- 2627/2021 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Zərərçəkmiş şəxs3 kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-940/2022 saylı qətnaməsi dəyişdirilməmiş saxlanılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Verilmiş çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən 60 kvadratmetr olan yaşayış sahəsi Zərərçəkmiş şəxs1 məxsusdur və ********** nömrəsi ilə qeydiyyata alınmşıdır. İşdə oan xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, X8 mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu Həsənoglu küç.ev 14 mənzil 6-ı alıcı Zərərçəkmiş şəxs1 120.000 manata satmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-il tarixli, 2(005)-3728/2021 saylı qətnaməsinə əsasən iddia təmin edilmiş, Zərərçəkmiş şəxs1 tərəfindən (mülkiyyət hüququ saxlanılmaqla) ünvan 10 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş 60 kv.m-dən ibarət olan mənzil boşaldılaraq “Ailə Park" MTK-nə təhvil verilməsi və həmin mənzil "xxxx" MTK tərəfindən sökülməsi, Ailə Park MTK tərəfindən ünvan 10 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş 60 kv.m-dən ibarət olan mənzilin əvəzinə yeni tikiləcək binada 72 kv.m ölçüdə təmirli mənzil 2 (iki) il müddətinə Zərərçəkmiş şəxs1 təhvil verilməsi, Sökülməsi nəzərdə tutulan mənzilin "Ailə Park” MTK-nə təhvil verildiyi gündən başlayaraq yeni yaşayış sahəsi ilə təmin olunan günədək "xxxx" MTK tərəfindən Zərərçəkmiş şəxs1 hər ay 500 manat məbləğində kirayə haqqı ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-2588/2022 saylı qətnaməsinə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-il tarixli, 2(005)- 3728/2021 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən cavabdeh Agayev Qiyas Valeh oğlunun kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci i tarixli, 2(103)-1608/2022 saylı qətnaməsi dəyişdirilməmiş saxlanılmışdır. İstintaq zamanı təyin edilmiş məhkəmə-təhlükəsizlik ekspertizaları üzrə alınmış ekspetiza məlumatlarından görünür ki, hadisə yeri qalmadığından ekspertizanın keçirilməsindən imtina edilmişdir. İş üzrə hadisə yerinə baxış keçirilən Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 məxsus yaşayış və qeyri-yaşayış sahələrinin söküldüyünü və yerində "xxxx" QSC-ti tərəfindən tikinti işləri aparılaraq yüksəkmərtəbəli yaşayış kompleksi inşa edildiyini təsdiq edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Verilmiş çıxarışdan görünür ki, ünvan 6 ünvanında yerləşən 56.7 kvadratmetr olan qeyri-yaşayış sahəsi zirzəmisi Zərərçəkmiş şəxs4 məxsusdur və ********* nömrəsi ilə qediyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Verilmiş çıxarışdan görünür ki, ünvan 6 ünvanında yerləşən 53.2 kvadratmetr olan qeri-yaşayış sahəsi Zərərçəkmiş şəxs4 məxsusdur və ********* nömrəsi ilə qeydiyyata alınmşıdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-il tarixli, 2(005)-2086/2021 saylı qətnaməsinə əsasən iddia təmin edilmiş, İddiaçı Zərərçəkmiş şəxs4 cavabdeh "xxxx" MMC-yə qarşı “mülkiyyətdən istifadə edilməsinə yaradılmış maneələrin aradan qaldırılması və qadağan edilməsi“ tələbinə dair ilk iddia tələbi rədd olunmuş, İddiaçı "xxxx" MMC-nin cavabdeh Zərərçəkmiş şəxs4 qarşı "qeyri-yaşayış sahəsinin təhvil verilməsi, kirayə haqqının ödənilməsi, zirzəminin boşaldılması və boşaldılaraq onun hesabına sökülməsi" tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin olunmuş, ünvan 11 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş Zərərçəkmiş şəxs4 məxsus olan 53,2 kv.m qeyri-yaşayış sahəsinin əvəzinə yeni tikiləcək binanın birinci mərtəbəsindən təmirli 53,2 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsi 2 (iki) il müddətinə "xxxx" MTK tərəfindən Zərərçəkmiş şəxs4 təhvil verilməsi, ünvan 11 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş Zərərçəkmiş şəxs4 məxsus olan 56,7 kv.m-dən ibarət olan zirzəmi sahəsinin əvəzinə yeni tikiləcək binanın parklanma ərazisindən 56,7 kv.m-dən ibarət olan parklama sahəsi 2 (iki) il müddətinə "xxxx" MTK tərəfindən Zərərçəkmiş şəxs4 təhvil verilməsi, qeyri-yaşayış sahəsi "xxxx" MTK-ya təhvil verildiyi gündən başlayaraq yeni qeyriyaşayış sahəsi ilə təmin olunan günədək "xxxx" MTK tərəfindən Zərərçəkmiş şəxs4 hər ay 1.100 (bir min bir yüz) manat məbləğində kirayə haqqı ödənilməsi, ünvan 11 ünvanında yerləşən ******* nömrəli çıxarış əsasında 53,2 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsi və həmin ünvanda ******* nömrəli çıxarış əsasında 56,7 kv.m-dən ibarət olan zirzəmi sahəsi əşyaları boşaldılmaqla cavabdeh Zərərçəkmiş şəxs4 hesabına sökülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-3418/2022 saylı qətnaməsinə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2086/2021 saylı işi üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi qismən – iddiaçı "xxxx" MMC-nin cavabdeh Zərərçəkmiş şəxs4 qarşı "qeyri-yaşayış sahəsinin təhvil verilməsi, kirayə haqqının ödənilməsi, zirzəminin boşaldılması və boşaldılaraq onun hesabına sökülməsi" tələbinə dair qarşılıqlı iddia ərizəsinin təmin olunması hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi rədd edilmişdir. «X15» Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 02- 91/22 nömrəli arayışa görə, Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xosyki prospekti ilə Təbriz küçəsinin kəsişməsində, A.M.Cümə küçəsi ilə Həsənoğlu kəçələrinin kəsişməsində 5(beş) və 4(dörd) mərtəbəli köhnə yaşayış binalarında yerləşən 1kv.metr üzrə orta bazar qiyməti yaşayış sahələri üçün 2021-ci ildə 1300-1500 manat, 2022-ci ildə 1500-1800 manat, qeyri-yaşayış sahələri üçün 2021-ci ildə 3000-3500 manat, 2022-ci ildə 3500-4000 manat, zirzəmilər üçün isə 2021-ci ildə 1000-1200 manat, 2022-ci ildə 1200-1500 manat təşkil etmişdir. İşdə olan OD3 saylı, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" QSC zərərçəkən Agayev Kamal Valeh oğlunun adına depozitə 141.043 manat pul yerləşdirmişlər. İşdə olan OD5 saylı, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" QSC zərərçəkən X2 adına depozitə 100.000 manat pul yerləşdirmişlər. İşdə olan OD4 saylı, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" QSC zərərçəkən Agayev Qiyas Valeh oğlunun adına depozitə 140.000 manat pul yerləşdirmişlər. İşdə olan OD3 saylı, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" QSC zərərçəkən Zərərçəkmiş şəxs4 adına depozitə 320.000 manat pul yerləşdirmişlər. “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İşdə olan X19 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 037/22 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək "xxxx" QSC-də direktor vəzifəsində işləmişdir. O, işlədiyi müddətdə özünü hazırlıqlı, peşəkar rəhbər şəxs kimi göstərmiş, vəzifə funksiyalarını vaxtında və keyfiyyətlə yerinə yetirmiş, mütəmadi olaraq təcrübəsinin və peşə vərdişlərinin təkmilləşdirilməsi üçün çalışmış, şirkət daxili etik davranış qaydalarına əməl etmişdir. İşlədiyi müddətdə kollektivin hörmətini qazanmış, əmək və icra intizamına əməl etmişdir. Məhkəmə, iş üzrə müəyyən edilmiş halları tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutları, o cümlədən təqsirləndirilən şəxsin ifadəsini, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokolları mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən sübut növü kimi qəbul edib hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır və onun əməli CM-in 314.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Belə ki, CM-in 314.2-ci maddəsinə əsasən səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda - iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən cinayətin obyektiv cəhəti aşağıdakı zəruri əlamətləri özündə əks etdirir: - vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi; - fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasında ifadə olunan ictimai təhlükəli nəticənin olması; - ictimai təhlükəli əməllə nəticə arasında səbəbli əlaqənin olması. Vəzifəli şəxslərin öz xidməti vəzifəsini yerinə yetirməməsi dedikdə, qanunla, qanunvericilik aktları (təlimat, əsasnamə və s.) ilə, əmək müqaviləsi (kontrakt) ilə, yuxarı vəzifəli şəxsin əmri ilə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi üçün obyektiv və subyektiv imkanların olmasına baxmayaraq, həmin vəzifələrin icra edilməməsi başa düşülür. Lazımi qaydada yerinə yetirməmə dedikdə isə, vəzifəli şəxsin öz vəzifələrini tam, vaxtında və dəqiq icra etməməsi başa düşülür. Burada vəzifəli şəxsin öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi onun öz işinə vicdansız və ya laqeyd münasibətinin nəticəsi olmalıdır. İşə vicdansız və ya laqeyd münasibət dedikdə, vəzifəli şəxsin öz məsuliyyətini lazımi qaydada dərk etməməsi, öz xidməti vəzifələrinə etinasız yanaşması və s. başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair” 19 iyul 2013-cü il tarixli Qərarında göstərilir: CM-in 308-ci maddəsinin “Qeyd” hissəsinin mənasına görə qanunvericiliklə müəyyən edilmiş qaydada tabeçiliyində olan və ya olmayan şəxslər barəsində sərəncam vermək səlahiyyətlərinə və ya hüquqi və fiziki şəxslər üçün icrası məcburi olan qərarlar qəbul etmək hüququna malik olan dövlət qulluqçuları, bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları, zabit, gizir və ya miçman olan hərbi qulluqçular hakimiyyət nümayəndəsi kimi vəzifəli şəxs hesab olunurlar; dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarının işçiləri, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər yalnız hüquqi əhəmiyyət kəsb edən, yəni başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələnə bilən hərəkətlər etdikdə vəzifəli şəxs hesab olunurlar. Səhlənkarlığa görə cinayət məsuliyyətinə cəlb etmə üçün vəzifəli şəxsin uzərinə hansı hüquq və vəzifələrin qoyulduğunu, bu hüquq və vəzifələrin konkret olaraq hansı qanunvericilik aktı ilə müəyyən edildiyini, məhz hansı vəzifələrin yerinə yetirilmədiyini və ya lazımınca yerinə yetirilmədiyini, qulluq vəzifələrinin yerinə yetirikmək üçün vəzifəli şəxsin real imkanlarının olubolmadığını müəyyən etmək zəruridir. Məhkəmə istintaqında araşdırılan sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs oglu Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhər Vergi Departamentinin Kommersiya Hüquqi Şəxslərin dövlət qeydiyyatı idarəsində xx.xx.2017-ci il tarixdə qeydiyyatdan keçmiş, hüquqi ünvanı ünvan 1 Qapalı Səhmdar Cəmiyyətində (VÖEN N°**********) xx.xx.2021-ci il tarixdən direktor vəzifəsində işləyən zaman aidiyyatı üzrə müvafiq əmr və sərəncamlarla ona həvalə olunmuş digər hüquq və vəzifələri həyata keçirib vəzifəli şəxs kimin cəmiyyətin ümumi işinə rəhbərlik edərkən cəmiyyət tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, Həsənoğlu və A.M.Cümə küçələrinin kəsişməsində yerləşən istifadəyə yararsız evlərin sökülərək yerində yüksəkmərtəbəli çox mənzilli «Whitestone Towers» yaşayış kompleksinin inşası aparılarkən Nərimanov rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(005)-2627/2021 nömrəli qətnaməsi və Bakı Apellaysiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)-940/2022 nömrəli qətnaməsi ilə Zərərçəkmiş şəxs3 məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 30.90 kvadratmetr olan bir otaqlı yaşayış sahəsi hesab edilən mənzilin, Nərimanov rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(005)-3720/2021 nömrəli qətnaməsi və Bakı Apellaysiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)-809/2022 nömrəli qətnaməsi ilə Zərərçəkmiş şəxs2 məxsus ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 74 kvadratmetr olan üç otaqlı yaşayış sahəsi hesab edilən mənzilin, Nərimanov rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(005)- 3728/2021 nömrəli qətnaməsi ilə Zərərçəkmiş şəxs1 məxsus ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 60 kvadratmetr olan üç otaqlı yaşayış sahəsi hesab edilən mənzilin, Nərimanov rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(005)-2086/2021 nömrəli qətnaməsi və Bakı Apellaysiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Zərərçəkmiş şəxs4 məxsus ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 56.7 kvadratmetr olan qeyri-yaşayış sahəsi hesab edilən zirzəminin və ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 53.2 kvadratmetr olan digər təyinatlı hesab edilən qeyri-yaşayış sahəsinin sökülmələri barədə qüvvəyə minməmiş və Zərərçəkmiş şəxs1 tərəfindən Bakı Apellyasiya Məhkəməsinə verilmiş apellyasiya şikayəti üzrə, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinə verilmiş kasassiya şikayətlər üzrə yekun məhkəmə qərarlarının qəbul edilərək qanuni qüvvəyi minməməsinə baxmayaraq səhlankarlıq edərək işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifələrini lazımı qaydada yerinə yetirməyərək cəmiyyətin işçiləri tərəfindən aparılan söküntü işlərinə lazımı qaydada nəzarət etməyib və müvafiq tapşırıqlar verməyib qeyd olunan yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasının təmin etməməsi və sökülmələrinin qarşısını almaması nəticəsində xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində cəmiyyətin işçiləri tərəfindən aparılan söküntü işləri nəticəsində Zərərçəkmiş şəxs3a, Zərərçəkmiş şəxs2a, Zərərçəkmiş şəxs1a və Zərərçəkmiş şəxs4 məxsus xüsusi mülkəyyətlərində olan əmlaklarının sökülməsi və həmin vaxt orada olan əşyaların məhv olunması nəticəsində Zərərçəkmiş şəxs3 110000(yüz on min) manat, Zərərçəkmiş şəxs2 151043(yüz əlli bir min qırx üç) manat, Zərərçəkmiş şəxs1 Kamal oğluna 140000 manat(yüz qırx min) manat və Zərərçəkmiş şəxs4 327850(üç yüz iyirmi yeddi səkkiz yüz əlli) manat ziyan vurmaqla, vəzifəli şəxs kimi işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifələrini lazımı qaydada yerinə yetirməməsi nəticəsində fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan zərər vuraraq səhlənkarlıq etmişdir. Beləliklə, məhkəmə, CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyin olunarkən aşağıdakılar da nəzərə alınmalıdır. Məhkəmə, CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, əməlini qismən etiraf edib peşman olmasını, iş yeri üzrə müsbət xarakterizə olunmasını və zərəçəkmiş şəxlərə dəymiş zərərin ödənilməsinə cəhd (zərərçəkmişlərə dəymiş zərərlə bağlı depozitə ödənilən məbləglər) cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Eyni zamanda, məhkəmə, CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran halların olmadığını müəyyən edir. Məhkəmə, cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Belə ki, CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 nömrəli qərarının 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bununla yanaşı, Təqsirləndirilən şəxs törətdiyi cinayətin səhlənkarlıqdan törədilməsini, onun şəxsiyyətini xarakterizə edən halları - ailə vəziyyətini, törətdiyi əməli qismən etiraf etməsini və əməlindən səmimi peşmançılıq çəkməsini, iş yeri üzrə müsbət xarakterizə olunmasını, törətdiyi cinayət əməlinin ağırlıq dərəcəsini və nəticələrinə dair məsuliyyəti dərk etməsini, öz vəziyyətinə tənqidi münasibət bəsləməsini, ibtidai istintaq və məhkəmə baxışı zamanı üzərinə düşən cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, habelə məhkəmə iclasındakı davranışını, işin digər mühüm və diqqətə layiq hallarını nəzərə alaraq, məhkəmə onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını çəkmədən də islah olunması mümkün sayır. Bu səbəbdən, Təqsirləndirilən şəxs təyin olunmuş cəza Azərbaycan Respublikası CM-nin 70ci maddəsinə əsasən sınaq müddəti müəyyən olunmaqla şərti olaraq tətbiq edilməlidir. Bu, qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası CMnin 70-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinin tələbinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti təyin edilir, həmin Məcəllənin 70.5-ci maddəsinə görə isə məhkəmə şərti məhkum etmə təyin edərkən həmin şəxsin üzərinə onun islah olunmasına kömək edən bir sıra vəzifələr qoya bilər. Məhkəmə hesab edir ki, sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, X6 CM-in 162.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Mülki iddia ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. CPM-in: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur; 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir; 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır; 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır; 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Cinayət işinin materiallarından və məhkəmənin icraatında baxılmış 2(005)-2086/2021 saylı mülki işin materialları nəzərdən keçirilib müəyyən olundu ki, ünvan 12 ünvanda yerləşən sahəsi 56.7 kv.m olan mərtəbəsi zirzəmi kimi qeyd olunmuş qeyri-yaşayış sahəsi xx.xx.2014-cü il tarixli çıxarışa əsasən Zərərçəkmiş şəxs4 adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. Eyni zamanda ünvan 12 ünvanda yerləşən sahəsi 53.2 kv.m olan mərtəbəsi 1-ci mərtəbə kimi qeyd olunmuş qeyri-yaşayış sahəsi xx.xx.2014-cü il tarixli çıxarışa əsasən Zərərçəkmiş şəxs4 adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-il tarixli, 2(005)-2086/2021 saylı qətnaməsinə əsasən iddia təmin edilmiş, İddiaçı Zərərçəkmiş şəxs4 cavabdeh "xxxx" MMC-yə qarşı “mülkiyyətdən istifadə edilməsinə yaradılmış maneələrin aradan qaldırılması və qadağan edilməsi“ tələbinə dair ilk iddia tələbi rədd olunmuş, İddiaçı "xxxx" MMC-nin cavabdeh Zərərçəkmiş şəxs4 qarşı "qeyri-yaşayış sahəsinin təhvil verilməsi, kirayə haqqının ödənilməsi, zirzəminin boşaldılması və boşaldılaraq onun hesabına sökülməsi" tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin olunmuş, ünvan 11 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş Zərərçəkmiş şəxs4 məxsus olan 53,2 kv.m qeyri-yaşayış sahəsinin əvəzinə yeni tikiləcək binanın birinci mərtəbəsindən təmirli 53,2 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsi 2 (iki) il müddətinə "xxxx" MTK tərəfindən Zərərçəkmiş şəxs4 təhvil verilməsi, ünvan 11 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş Zərərçəkmiş şəxs4 məxsus olan 56,7 kv.m-dən ibarət olan zirzəmi sahəsinin əvəzinə yeni tikiləcək binanın parklanma ərazisindən 56,7 kv.m-dən ibarət olan parklama sahəsi 2 (iki) il müddətinə "xxxx" MTK tərəfindən Zərərçəkmiş şəxs4 təhvil verilməsi, qeyri-yaşayış sahəsi "xxxx" MTK-ya təhvil verildiyi gündən başlayaraq yeni qeyri-yaşayış sahəsi ilə təmin olunan günədək "xxxx" MTK tərəfindən Zərərçəkmiş şəxs4 hər ay 1.100 (bir min bir yüz) manat məbləğində kirayə haqqı ödənilməsi, ünvan 11 ünvanında yerləşən ******* nömrəli çıxarış əsasında 53,2 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsi və həmin ünvanda ******* nömrəli çıxarış əsasında 56,7 kv.m-dən ibarət olan zirzəmi sahəsi əşyaları boşaldılmaqla cavabdeh Zərərçəkmiş şəxs4 hesabına sökülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-3418/2022 saylı qətnaməsinə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2086/2021 saylı işi üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi qismən – iddiaçı "xxxx" MMC-nin cavabdeh Zərərçəkmiş şəxs4 qarşı "qeyri-yaşayış sahəsinin təhvil verilməsi, kirayə haqqının ödənilməsi, zirzəminin boşaldılması və boşaldılaraq onun hesabına sökülməsi" tələbinə dair qarşılıqlı iddia ərizəsinin təmin olunması hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi rədd edilmişdir.Beləliklə tərəflər əvvəlki vəziyyətə qaytarılmışdır. Hazırda mülki cavabdeh "xxxx" QSC”zərərçəkənə sökülmüş əmlakının əvəzinə eyni ölçüdə təyinatına uyğun qeyri-yaşayış sahəsi və zirzəmi təyinatlı əmlak, əmlaka hüquqların məhdudlaşdırıldıgı andan (xx.xx.2020-ci il tarixdən) əmlakın istismara təhvil verildiyi vaxta kimi 1200 manat (kirayə) icarə haqqı ödənilməsini təklif edir. Məhkəmə qeyd olunan təklifi ədalətli və ağlabatan hesab etməklə mülki iddianın qismən təmin olunması qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Konstitusiyanın 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; Mülki Məcəllənin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; Mülki Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra Mənzil Məcəlləsi) 5.3-cü maddəsinə əsasən bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz; İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kozacıoğlu Türkiyəyə qarşı” iş üzrə 19 fevral 2009-cu il tarixli Qərarının 64-cü bəndində göstərilmişdir ki, müvafiq milli qanunvericiliyə əsasən kompensasiya şərtləri mübahisələndirilən tədbirin zəruri ədalətli balans yarardığını və xüsusilə də, ərizəçinin üzərinə həddindən artıq yük qoyub qoymadığı qiymətləndirmək üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar olaraq, məhkəmə bundan öncə qət etmişdir ki, mülkiyyətin onun dəyərinə uyğun məbləğ ödənilmədən müsadirə olunması, bir qayda olaraq, qeyri-mütənasib müdaxilədir. Lakin, 1 saylı Protokolun 1-ci maddəsi bütün hallarda tam kompensasiya hüququna zəmanət vermir. Qanuni “ictimai maraq” məqsədlərini özgəninkiləşdirilən əmlakın tam bazar dəyərinin ödənilməsindən daha az əhəmiyyətli hesab etmək olar. Həmin Qərarın 65-ci bəndində müəyyən edilmişdir ki, bu halda, müdaxilənin qanunilik tələbinə cavab verdiyi və özbaşına olmadığının artıq müəyyən edilməsi faktını nəzərə alaraq, tam kompensasiyanın ödənilməməsi, eo ipso (bununla) ərizəçinin əmlakının alınmasını, xüsusilə də bu tədbirin ölkənin mədəni irsinin mühafizəsi proqramı kontekstndə həyata keçirildiyini nəzərə alaraq, qanunazidd etmir. Buna görə də, bu halda ərizəçiyə kompensasiyanın ödənməsi üçün milli hakimiyyət orqanlarının əsaslandığı meyar və mexanizmlərin zəruri ədalətli tarazlığı pozub pozmadığı və ərizəçi üçün qeyri-mütənasib və həddindən artıq yük yaradıb yaratmadığını müəyyən etmək qalır. Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı qərarında mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri və ya cəlb ediləcək kredit vəsaitləri hesabına inşa olunacaq çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılması, qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması nəzərdə tutulmuşdur. Göründüyü kimi, Nazirlər Kabinetinin adı çəkilən qərarı ilə tikililərin hər bir halda mülkiyyətçinin razılığı ilə dəyəri ödənilməklə, yaxud yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması qaydasında əvəzləşdirilməklə sökülməsi, müvafiq mənzillə təmin edilənə kimi isə müvəqqəti yerləşmiş mülkiyyətçilərə kirayə haqlarının ödənilməsi müəyyən edilmişdir. Avropa Məhkəməsinin presedent hüququna əsasən, müdaxilə - “qanunla nəzərdə tutulmuş şərtlərə” uyğun olaraq həyata keçirilməli; “ictimai marağa” uyğun olmalı və mülkiyyətçinin hüquqları və cəmiyyətin maraqları arasında “ədalətli tarazlığı” müəyyən etməlidir. Məhkəmə xatırladır ki, əmlakdan maneəsiz istifadəyə müdaxilə cəmiyyətin ümumi maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa uyğun olmalı (Sporronq və Lonnrot İsveçə qarşı iş), kompensasiya şərtlərinin ədalətli balans yaradıb yaratmadığı və ərizəçinin üzərinə qeyri-mütənasib yük qoyub-qoymadığı müvafiq qanunvericiliyə uyğun olaraq qiymətləndirilməlidir (Papachelas Yunanıstana qarşı iş). Həmçinin Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 31 may 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi bu hüquqa verilən təminat da mülki hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir və şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o, mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarı). Həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarı). Qərarda eyni zamanda göstərilir ki: Nazirlər Kabinetinin Qərarı “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Bu Qərar qəzalı vəziyyətdə olan əmlakın mülkiyyətçidən alınması deyil, insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və təhlükəsiz yaşayışın təmin edilməsi üçün əmlakın yenidən qurulub, istismara yararlı vəziyyətə salınıb mülkiyyətçinin istifadəsinə qaytarılması məqsədi daşıyır. Eyni zamanda qeyd olunmalıdır ki, məhkəmələr tərəfindən mübahisəli məsələyə baxılarkən həmin normativ hüquqi akt qüvvədə olmuşdur; Eyni zamanda Mənzil Məcəlləsinin müvafiq maddələri məhz qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən yenidən qurulmasının və (və ya) yenidən planlaşdırılmasının əsaslarını və qaydalarını tənzimləyir. Həmin maddələr Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq həyata keçirilən və əsas məqsədlərindən biri insanların həyatına, sağlamlığına, əmlakına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınması olan şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin reallaşdırılması və qəzalı mənzil fondunun yenidən qurulması prosesində tətbiq ediləcək norma kimi qəbul edilə bilməz; Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir; Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib hesab edir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. Beləliklə məhkəmə hesab edir ki, mülki iddia qismən təmin edilməli, ünvan 13 ünvanında yerləşən mərtəbəsi 1-ci mərtəbə olan 53.2 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinə görə eyni ölçüdə 1-ci mərtəbədə tam təmirli qeyri-yaşayış sahəsi, ünvan 12 ünvanda yerləşən sahəsi 56.7 kv.m olan mərtəbəsi zirzəmi kimi qeyd olunmuş qeyri-yaşayış sahəsinə görə mərtəbəsi zirzəmi olan eyni ölçüdə tam təmirli qeyri-yaşayış sahəsi "xxxx" QSC tərəfindən mülki iddiaçı Zərərçəkmiş şəxs4 verilməli, əmlaka istifadəyə hüquqlar məhdudlaşdırıldıgı vaxt, yəni xx.xx.2020-ci il tarixdən qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın istismara təhvil verildiyi tarixə kimi hər ay 1.200 manat məbləğində icarə (kirayə) haqqı hesablanıb mülki iddiaçıya ödənilməli, ödənilmiş dövlət rüsumu 390 manat "xxxx" QSC-dən mülki iddiaçının xeyrinə ödənilməli, qalan hissədə iddia rədd edilməlidir. Məhkəmə qeyd edir ki, cinyət nəticəsindən vurulmuş zərərin əvəzi olaraq OD3 saylı, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə "xxxx" QSC zərərçəkən Agayev Kamal Valeh oğlunun adına depozitə 141.043 manat, OD5 saylı, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə zərərçəkən X2 adına 100.000 manat, OD4 saylı, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən zərərçəkən Agayev Qiyas Valeh oğlunun adına 140.000 manat və OD3 saylı, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən zərərçəkən Zərərçəkmiş şəxs4 adına 320.000 manat pul yerləşdirmişlər. Zərərçəkmiş şəxs4 əmlakla bağlı mülki iddiası qismən təmin olundugundan, digər zərərçəkənlərlə bağlı qanuni qüvvəsini almış məhkəmə qətnamələri oldugundan və icraya yönəldiyindən ödənilmiş məbləglər "xxxx" QSC-nin hesabına geri qaytarılmalıdır. İş üzrə maddi sübut yoxdur. Göstərilənlərə əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş 2 (iki) il 6(altı) ay azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilsin və onun üzərində 02 (iki) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə verilmiş mülki iddia qismən təmin edilsin. Sökülmüş ünvan 7 ünvanında yerləşən mərtəbəsi 1-ci mərtəbə olan 53.2 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinə görə eyni ölçüdə 1-ci mərtəbədə tam təmirli qeyri-yaşayış sahəsi və ünvan 12 ünvanda yerləşən sahəsi 56.7 kv.m olan mərtəbəsi zirzəmi kimi qeyd olunmuş qeyri-yaşayış sahəsinə görə mərtəbəsi zirzəmi olan eyni ölçüdə tam təmirli qeyri-yaşayış sahəsi "xxxx" QSC tərəfindən mülki iddiaçı Zərərçəkmiş şəxs4 təhvil verilsin. xx.xx.2020-ci tarixdən başlayaraq qeyri-yaşayış sahələrinin yerləşdiyi binanın istismara təhvil verildiyi tarixə kimi hər ay 1.200 manat məbləğində icarə haqqı (əldən çıxmış fayda) hesablanıb mülki iddiaçı Zərərçəkmiş şəxs4 ödənilsin. Ödənilmiş dövlət rüsumu 390 manat "xxxx" QSC-dən tutulub mülki iddiaçı Zərərçəkmiş şəxs4 verilsin. Qalan hissədə mülki iddia təmin olunmasın. xx.xx.2022-ci il tarixli, OD3 №li ödəniş tapşırığı ilə "xxxx" QSC tərəfindən zərərçəkən Agayev Kamal Valeh oğlunun adına depozitə yerləşdirilmiş 141.043 manat, xx.xx.2022-ci il tarixli, OD5 saylı ödəniş tapşırığı ilə zərərçəkən X2 adına yerləşdirilmiş 100.000 manat, xx.xx.2022-ci il tarixli OD4 saylı ödəniş tapşırığına əsasən zərərçəkən Agayev Qiyas Valeh oğlunun adına yerləşdirilmiş 140.000 manat və xx.xx.2022-ci il tarixli OD3 saylı ödəniş tapşırığına əsasən zərərçəkən Zərərçəkmiş şəxs4 adına yerləşdirilmiş 320.000 manat pul vəsaitləri Ailə Park” QSC-nin hesabına geri qaytarılsın. Hökmdən elan edildiyi gündən 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar