Məhkəmə qərarları › İş №1(005)-497/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-497/2023

16.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-497/2023 16.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 12:00 Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Calalov Nizami Firdovsi oğlunun katibliyi ilə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X4 xüsusi ittiham qaydasında verdiyi şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət vermiş X5şikayətini onunla əsaslandırmışdır ki, X2 AR CM-in 147.2 və 148 ci maddələri ilə nəzərdə tutulmuş cinayət etməsi aşağıdakı faktlarla sübut olunur: A.Səfərəliyev 23 avqust 2023 cü il tarixdə sosial şəbəkələrdə məni “separatçı” “qeyri milli”, 30 avqust 2023 cü il tarixdə “Əlikramçı”, “insan olmayan məxluq” kimi ifadələrlə onu həm ağır cinayətdə ittiham etmiş, həm də şərəf və ləyaqətimi, milli hissini alçaldan qərəzli ifadələr işlətməklə paylaşmışdır. Beləki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, 12 saylı Vəkil Bürosunda vəkilik edən X3 23 avqust 2023 cü il tarixdə öz adına,yəni “Alov Səfəraliyev” kimi qeydiyyatdan keçmiş “Facebook” səhifəsindən istifadə edərək Zaman Səmədov və Alaif Hasanov adlı facebook istifadəçilərinin şərh bölməsində qərəzli olaraq onu “separatçı” və “qeyri milli” (yəni bizim millətdən olmayan) adlandırıb. Yəni milli ayrı seçkilik etmişdir. Bu söz onun üçün təhqirdir.Çünki “sən millisən" deməkıə deməli mən qeyri milliyəm.Milli sözünün antoniumu qeyri milli deməkdir. Bu onun üçün təhqirdir. Qeyri milli sözü separatist sözünün analoqudur. Həmin qərəzli ifadələr belə baş verib: X9 Hasanov adlı facebook istifadəçisinə “Əlaif, sən miili adamsan,heç olmasa separatçı Camal Bağırovla bir sırada dayanma...” “Separatist” sözü müxtəlif məna daçşısa da amma sonradan Səfərəliyev onu elə bir formada Bu cümlədə o, insan və bir azərbaycanlı kimi ləyaqətimi alçaldan kinli və qərəzli,ən əsas isə böhtan və təhqir dolu ifadələri bütün dünyanın izlədiyi sosial şəbəkəsi sayılan facebook internet səhifəsində yaymış və bu yazıları minlərlə insan oxumuşdur. Səfəralıyevin 23 avqustda işlətdiyi bu ifadələrilə təkcə şərəf və ləyaqətimin , milli hissiyatını alçaltmamış, həm də açıq-aydın onu ağır cinayət sayılan “Separatçılıqda” ittiham etmişdir. Separatizm sözü üzü üzlüuyündə pis məna verməsə də amma onun hansı mənada.hansı məzsədlə deyilişinin əhəmiyyəti çoxdur. Separatizm fəaliyyəti (milli sepatarizm,dini,separatizm, hərbi-siyasi separatizm vəs.)istənilən formada dövlətin və cəmiyyətin fundamental əsaslarını sarsıtmaqla, ölkənin milli təhlükəsizliyinə ciddi təhlükə mənbəyi ola bilən fəaliyyətdir Göründüyü kimi,.Separatizmin formaları müxtəlifdir. Amma Səfərəliyevin sonrakı paylaşımında onu əlikramla əlaqələndirməsi artıq onun onu biləvasitə dövləti cinayətdə ittiham etməsi kimi başa düşülməlidir. İstənilən vətəndaşımız “separatizm” sözünü eşidən kimi bunun cinayət olduğunu anlayır. A.Səfərəliyev onu faktiki olaraq dövlətimizin milli təhlküsəzliyi üçün ciddi təhlükəli doğuran bir şəxs kimi təqdim edib onu tanıyanların da tanımayanların da gözündə hörmətdən salıb ləkələməklə onu həm də ağır və xüsusi ilə ağır cinayətdə ittiham edir. Bu isə elə-belə qərəzli böhtan və təhqir əlaməti yox cinayət əməlidir. Halbuki, Azərbaycan xalqları arasında nəinki, separatizm əhvalı ruhiyyəsi yoxdur.Əksinə, xalqlarımız öz dövlətinə sadiqdir. Alov Səfərəliyev özü keçmiş polis işçisi və hazirda vəkildir və polis və vəkil kimi insan hüquq və azadlıqlarrını müdafiə etmək barədə and içmişdir.İndi isə o, həmin andını pozmuş və hətta milli ayrıseçkilik sahəsində cinayət etmişdi. A.Səfərəliyev on “qeyri milli” adlandırmaqla sosial şəbəkədə həm də azərbaycan xalqını milli və qeyri milli təbəqələrə ayırmış onların arasında milli, etnik ayrıseçkiliyə gətirib çıxaran “qeyri milli olmayan” şəxslərə qarşı açıq nifrət nümayiş etdirməklə ictimai təhlükəli əməl törətmişdir.Bu isə onun da milli hissimə toxunur.Çünki o da azərbaycanlıdır və heç kimdən seçilmir. “Sən milli adamsan Camal Bağırov isə separatistdir” “ “Sən də müdafiə üçün Əlikram Hümmətova müraciət edərsən yəqin)) Axırıncı dəfə nə vaxt onunla danışmısan?)) “Bu məxluq məni məhkəməyə verib” deməsi, onun insani, milli, hisslərini alçaldan ifadələrdir. Əslində, separatizm əlamətləri Səfəlıiyevin özündə tuğyan edir. Baxmayaraq ki, facebook istifadəçisi Alaif Hasanov onun cavabını vermiş və ona irad tutmuşdur ki, o Camal bəyi separatist kimi tanımır. Göründüyü kimi hətta Əlaif Həsənov da separatist sözünün böhtan olduğunu anlayır. Əlikram Hümmətov kimdir? 1993-cü il 17 avqust tarixində Azərbaycan Respublikası Milli Məclisinin qəbul etdiyi qərarda deyilir: Ələkrəm Hümmətov ələ keçirdiyi silahlı qüvvələrdən istifadə edib Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarının əhalisini təzyiq altında saxlayıb, onlara qarşı qanunsuz hərəkətlərə yol verib. Bununla kifayətlənməyərək dövlət orqanlarına hədə-qorxu gəlib, onları özünə tabe olmağa məcbur edib.Yəni ağır dövləti cinayət edib O isə Əlikram Hümmətovla nə əyani nə də qiyabi tanışlığı olub. Çox güman ki, Səfərəliyev ona“separatçı” “əlikramçı” və “qeyri milli” deməklə həm də onun əslən lənkəranlı və etnik cəhətdən talış olmağına işarə edir. Çox gümün ki, bu onun üçün ələ salmaq və lağ-lağa metodudur. Bəli, bu məqsəd də var.Amma o, bu ifadələri işlətməklə təkcə onu yox, onun timsalında bütün cənub zonasının azsaylı xaiqlarını “separatist” və “qeyri milli* sayır. Onun deməyindən eıə çıxır Ki. Ki"“ mini, deyilsə, deməli o yadddır və bu xalqın və dövlətin düşmənidir. Demək istəyir ki, əgər sən, milli deyilsənsə, bu xalqın,bu dövlətin düşməni olan separatistsən. Səfəraliyevin tez-tez Cənub zonasının insanlarına qarşı bu hərəkəti normal deyil. Bəlkə Səfərəliyev bizə düşmən olan dövlətlərin xalqımız arasında milli ədavəti qızışdırmaq xüsusi tapşırığlarını yerinə yetirir. ? Axı separatizm (ermənilərdən başqa) ölkəmizdə artıq 30 ildir ki, tarixə qovuşub. İndiki zamanda bu barədə paylaşımlar etmək və xüsusən də kimisə ittiham etmək ən azından düşmən dəyirmanına su tökməkdir. Bu şəxs belə ifadələrinə görə mütləq məsuliyyətə cəlb olunmalıdır.Azərbayvanın bütün xalqları bir-birləri ilə can qardaşdırlar.Biz dövlətimizə və vətənimizə sadiq olan vətəndaşlardır.Bunu 44 günlük müharibə bir daha təsdiq elədi.Onun separatist və “qeyri milli” adlandıerdığı cənub sakinləri mindən çox şəhid verdi.Onun çoxlu qohumları bu müharibədə canlarını fəda etdilər. Təbii ki, Alov Səfərəliyev separatizm” “əlikramçıiı” və “qeyri milli” sözlərinin mənasını anladığı kimi, “məxluq” sözünün də təhqiramiz mənasını başa düşür. Onun barəsində “bu məxluq” məni məhkəməyə verib” deməklə bu sözün məhz təhqirli ifadə olduğunu bildiyindən bunu ona qarşı istifadə edib. Beləki, Səfərəliyev 30 avqust 2023 cü ildə özünün facebook səhifəsinin baş bölməsində şəklimi dərc etməklə “bu məxluq onu məhkəməyə verib” ifadəsini işlədib. O bu sözün təhqiramiz mənasını da bir milli adam və hüquqşünas kimi anlayır və həm də çox yaxşı anlayır. Təhqirə qalsa, “məxluq” ifadəsi ən böyük təhqirlərdən biridir, Deməli, bu şəxs bütün bu təhqir və böhtan dolu sözlərin məsuliyyətini də bilməmiş deyil. Rus dilində məxluq «ТВАРЬ kimi tərcümə olunur. Rus dilini yaxşı bilən Səfərəliyev əminliklə bilir ki, bu söz təhqirdir. Azərbaycan dilinin izahı lüğətində məxluq sözü insanlıqdan uzaq “irənc” “şeytan “ kimi, izah olunur.Təbii ki, Səfərəliyev onu təhqir etmək və alçaltmaq məqsədi ilə bu ifadəni işlətmiş və artıq həmin status bi aya yaxındır ki, səhifədə sancaqlanmışdır ki, hər dəfə kimsə səhifəni açan kimi bu sözləri oxusun. Səfərəliyevin insanları təhqir etməsi və onlara böhtanlar atması faktı ilk deyil.O mütəmadi olaraq Vəkillər Kollegiyası üçün trolluq etməklə qazancı bundan çıxır. Bu çoxdan məlumdur. Hələ 2020 ci ilin iyul ayında Səfərəliyev eyni usulla öz kolleqalarına qarşı da iftiralar atmışdır. Bu barədə rəhmətlik vəkil Adil İsmayılovun sosial şəbəkələrində yazılar saxlanılmaqdadır. Onun onu separatizmdə, qeyri millilikdə əlikramçılıqda və qeyri insanlıqda ittiham etməsi ona dərin mənəvi iztirab və sarsıntı verir. Hirsindən bir aydan çoxdur yata bilmir. O dost-tanışların yanında da rüsvay olmuşdur .İndi hamı pna separatçı və əlikramçı kimi baxır. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs və barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsalar da, məhkəməyə gəlməmişlər, məhkəmə iclasına gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Məhkəmə şikayəti nəzərdən keçirərək, hesab edir ki, aşağıdakı səbəblərə görə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 299.1, 299.3 və 299.3.3-cü maddələrinin tələblərinə görə məhkəmənin hazırlıq iclası xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olubolmaması və şikayətin məzmununun məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılmalıdır. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1- 293.3.7-ci maddələri). Həmin qərarda məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayəti nəzərdə keçirərək şikayətin Azərbaycan Respublikası CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun tərtib edilməməsi və şikayətin forma və məzmun baxımından qanunvericliyin tələblərinə uyğun olmaması qənaətinə gəlir. Belə ki, xüsusi itttiham qaydasında şikayət vermiş şəxsə dəfələrlə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq o ilk məhkmə iclasına gəlməmiş və üzrlü hal ilə bağlı heç bir məlmat verməmiş, onun iştirakınə təmin etmək məqsədi ilə məhkəmə iclası növbəti tarixə təxir edilməsinə baxmayaraq bu hal yenidən baş vermişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 315.5-ci maddəsinə əsasən Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışı zamanı üzrsüz səbəblərə görə təkrarən məhkəmə iclasına gəlmədikdə, məhkəmənin qərarı ilə cinayət işinin məhkəmədə xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət verimiş X5 məhkəmə iclaslarında üzrlü hal olmadan dəfələrlə iştirak etmədiyindən xüsusi ittiham qaydasında verdiyi şikayəti məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293 və 315-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 xüsusi ittiham qaydasında verilmiş şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan edildiyi andan 20 gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar