Məhkəmə qərarları › İş №1(005)-499/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-499/2022

11.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-499/2022 11.10.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 25 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1972-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olmayan, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri. Sabunçu rayonu, Maştağa qəsəbəsi. Lahic bağlarında yerləşən nömrəsiz fərdi evdə yaşayan və barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq 21,934 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edərək həmin qurudulmuş marixuananı 05 ədəd kibrit qutularına bölüb 01 ədəd plastik qabda saxlamaqla qanunsuz olaraq Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Lahıc bağları ərazisinin yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 05 iyul 2022-ci il tarixdə saat 17:00-da yuxarıda qeyd edilən ünvanda saxlanılaraq Baş İdarəyə gətirilmiş və orada həmin gün saat 18:53-dən xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı satış məqsədi ilə qanunsuz olaraq əldə edib sağ əlində olan 01 ədəd ağ rəngli sellofan torbada saxlamaqla daşıdığı içərisində 0,27 qram narkotik vasitə qurudulmuş marixuana olan 01 ədəd plastik qabdan 05 ədəd kibrit qutusunda ayrılıqda çəkiləri 4,030 qram, 4,306 qram, 4,078 qram, 4,530 qram və 4,720 qram olmaqla ümumilikdə 21,664 qram narkotik vasitə qurudulmuş marixuana və bir ədəd üzərində narkotik vasitə qurudulmuş marixuananın izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, narkotik vasitə qurudulmuş marixuana istifadə edir. Marixuananı əsasən tanımadığı şəxslərdən bir ədəd kibrit qutusunda 50 manat pulun müqabilində əldə edərək istifadə edirmiş. Üzərindən aşkar edilən narkotik vasitə marixuananı isə 05 iyul 2022-ci il tarixdə günorta saatlarında Malik adlı şəxsdən 250 manat pulun müqabilində almışdır. Maliki yaşadığı Maştağa qəsəbəsindən tanıyır. Onun anket məlumatlarını dəqiq bilmir. Malikdən həmin narkotik vasitələri aldıqdan sonra öz şəxsi işlərini həll etmiş və bir müddət sonra evə qayıtmışdır. Yaşadığı Sabunçu rayonu, Maştağa qəsəbəsi Lahic bağlarında yerləşən nömrəsiz fərdi evin yaxınlığına çatarkən qonşusu Şahid5 ilə qarşılaşmışdır. Onlar bir qədər söhbət etdikdən sonra həmin gün saat 17 radələrində bir neçə nəfər mülki geyimdə olan şəxslər yaxınlaşıb özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan özünü təqdim etməsini xahiş etmişlər, o, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında" qərarla onu tanış etmişlər. Yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərində şəxsi istifadəsi üçün əldə etdiyi narkotik vasitə qurudulmuş marixuana vardır. Daha sonra onun yanında olan Əbdülağanın anket məlumatlarını soruşmuşlar. Əbdülağa öz anket məlumatlarını bildirdikdən sonra hər ikisini Baş İdarəyə dəvət etmişlər. Onlar buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinə gəlmişlər. İdarəyə gəldikdən sonra o, müdafiəçi ilə təmin edilmiş və bundan sonra şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunduqdan sonra videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarışın keçiriləcəyi və Əbdülağanın üzərinə isə baxış keçiriləcəyi bildirilmişdir. Onlar buna etiraz etmədikdən sonra 05 iyul 2022-ci il tarixdə saat 18:53-də şəxsi axtarışın və baxışın keçirilməsinə başlanılmışdır. Şəxsi axtarış və baxışın videoçəkilişdən istifadə edilməklə keçirilməsi barədə onlara məlumat verilmiş və etiraz olmadığından şəxsi axtarış və baxışın keçirilməsinə başlanılmışdır. İlk öncə ona üzərində qanunsuz əşya və predmetlər varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra o, üzərində narkotik nasitə qurudulmuş marixuana olduğunu bildirib, sağ əlində saxladığı ağ rəngli sellofan torbanı, əynində olan cins şalvarın arxa sağ cibində olan bir ədəd “Huawei” markalı mobil telefonu və əynində olan cins şalvarın sağ yan cibində olan 9 manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi sellofan torbanın içində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Təqdim etdiyi ağ rəngli sellofan torba açıldıqda torbanın içərisindən bir ədəd plastik qab aşkar edilmişdir. Həmin plastik qab açıldıqda içərisindən beş ədəd kibrit qutusu və bir ədəd elektron tərəzi aşkar olunmuşdur. Aşkar olunmuş beş ədəd kibrit qutusu iştirakçıların şahidliyi ilə açıldıqda qutuların içərisində narkotik vasitə olan qurudulmuş marixuana olması müəyyən edilmişdir. Şəxsi axtarış davam etdirilərkən üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Şifahi sorğu zamanı üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananı 05 iyul 2022-ci il tarixdə saat 15:30-16:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində anket məlumatlarını dəqiq bilmədiyi “Malik" adlı şəxsdən ümumilikdə 250 manat pul müqabilində öz şəxsi istifadəsi üçün aldığını, narkotik vasitə qurudulmuş marixuananı şəxsi istifadəsi üçün üzərində saxlayıb daşıdığını bildirmişdir. Bundan əlavə üzərindən aşkar edilmiş elektron tərəzidən aldığı narkotik vasitələrin çəkisinin ölçülməsində istifadə etdiyini bildirmişdir. Bundan sonra üzərindən aşkar olunmuş beş ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuana, bir ədəd elektron tərəzi və narkotik vasitə qurudulmuş marixuananın aşkar olunduğu bir ədəd plastik qab cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Bundan sonra Şahid5 üzərinə baxış keçirilmişdir. Baxış zamanı Şahid5 üzərindən qanunsuz əşya və predmetlər aşkar olunmamışdır. Sorğu zamanı Şahid5 Təqsirləndirilən şəxslə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Lahıc bağları ərazisində qonşu ünvanlarda yaşadığını, özünün narkotik vasitələr və psixotrop maddələr qəbul etmədiyini, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasından məlumatının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs həmçinin ifadəsində göstərmişdir ki, o, heç zaman narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmamış, ümumiyyətlə belə bir niyyəti də olmamışdır. Narkotik və psixtrop maddələri yalnız şəxsi istifadəsi üçün əldə etmiş və bu əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır. Təqsirləndirilən şəxs onun qonşusudur. Onunla yaxşı münasibətləri vardır. Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsindən və satmasından xəbəri olmamışdır. Heç vaxt narkotik vasitələrdən istifadə etməmişdir. 05 iyul 2022-ci il tarixdə saat 17:00 radələrındə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Lahıc bağları ərazisində tanışı Təqsirləndirilən şəxs ilə birlikdə olduqları zaman bir neçə nəfər nəfər mülki geyimdə olan şəxslər onlara yaxınlaşıb DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin əməkdaşları olduqlarını bildirib onlardan anket məlumatlarımı soruşmuşlar, özlərini təqdim etdikdən sonra polis əməkdaşları Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib, barəsində cəbul edilmiş "Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında" qərarla onu tanış etmişlər. Bu zaman Təqsirləndirilən şəxs səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərində narkotik vasitə qurudulmuş marixuana vardır. Bundan sonra polis əməkdaşları onları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin idarəyə gəlmişlər. Sonra video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və onun üzərinə isə baxış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində narkotik nasitə qurudulmuş marixuana olduğunu bildirib, sağ əlində saxladığı ağ rəngli sellofan torbanı, əynində olan şalvarın arxa sağ cibində olan mobil telefonu və şalvarın sağ yan cibində olan 9 manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan torbanın içində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi ağ rəngli sellofan torba açıldıqda torbanın içərisindən bir ədəd plastik qab aşkar edilmişdir. Həmin plastik qab açıldıqda içərisindən beş ədəd kibrit qutusu və bir ədəd elektron tərəzi aşkar olunmuşdur. Aşkar olunmuş beş ədəd kibrit qutusu iştirakçıların şahidliyi ilə açıldıqda qutuların içərisindən narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananı 05 iyul 2022-ci il tarixdə saat 15:30- 16:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində anket məlumatlarını dəqiq bilmədiyi “Malik" adlı şəxsdən ümumilikdə 250 manat pul müqabilində öz şəxsi istifadəsi üçün aldığını, narkotik vasitə qurudulmuş marixuananı şəxsi istifadəsi üçün üzərində saxlayıb daşıdığını bildirmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş elektron tərəzidən aldığı narkotik vasitələrin çəkisinin ölçülməsində istifadə etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş beş ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuana, bir ədəd elektron tərəzi və narkotik vasitə qurudulmuş marixuana aşkar alunmuş bir ədəd plastik qab polis əməkdaşları tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb üzəri möhürlənərək iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Bundan sonra polis əməkdaşları tərəfindən onun üzərinə baxış keçirilmiş, baxış zamanı üzərindən narkotik vasitələr, psixotrop maddələr və qanunsuz əşyalar aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş AR DİN-in BMCMİ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması bildirilmişdir. Alınmış məlumatda Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Lahıc bağları ərazisində olması bildirilmişdir. Tədbir iştirakçıları Təqsirləndirilən şəxs olduğu həmin ünvana yollanmışlar. Həmin gün saat 17 radələrində xarici görünüşcə Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsin olduğunu, həmin şəxsin yanında başqa bir nəfərində olduğunu görüb ona tərəf getmişlər. Həmin şəxslərə yaxınlaşdıqda xidməti vəsiqələrini göstərib polis əməkdaşı olduqlarını bildirmişlər və onlardan anket məlumatlarını soruşmuşlar. Anket məlumatlarını dəqiqləşdirdikdən sonra onların Təqsirləndirilən şəxs və Şahid5 olduqları müəyyən edilmişdir. Təqsirləndirilən şəxs barəsində qəbul edilmiş qərarla tanış etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs Şahid5la birlikdə Baş İdarəyə gətirmişlər. Orada Təqsirləndirilən şəxs hüquqlarının qorunması üçün müdafiəçi dəvət edilərək ona təqdim edilmişdir. Bundan sonra şübhəli şəxsə qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələr əldə etməkdə, özündə saxlayıb daşıyaraq satışı ilə məşğul olmaqda şübhəli bilindiyi və bununla bağlı ilkin olaraq video çəkilişdən istifadə edilməklə onun üstünün və əynindəki paltarın yoxlanılacağı, üstündə olan əşyalara baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs buna etiraz etmədiyini, şəxsi axtarış və götürmə keçirilməsinə razı olduğunu bildirmişdir. Həmçinin Şahid5 üzərinə baxışın keçiriləcəyi barədə məlumat verilmiş, Şahid5 buna etiraz etmədiyini bildirmişdir. Şəxsi axtarış, baxış və gctürmə 05 iyul 2022-ci il tarixdə saat 18:53-də “Sony” markalı videokamera aparatı vasitəsilə videoçəkliş aparılmaqla həyata keçirilməyə başlanılmışdır. İlk öncə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, daxil olmuş məlumatla əlaqədar üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik nasitə qurudulmuş marixuana olduğunu bildirib, sağ əlində saxladığı ağ rəngli sellofan torbanı, əynində olan cins şalvarının arxa sağ cibində olan bir ədəd “Huawei” markalı mobil telefonu və əynində olan cins şalvarının sağ yan cibində olan 9 manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan torbanın içində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi ağ rəngli sellofan torba açıldıqda torbanın içərisindən bir ədəd plastik qab aşkar edilmişdir. Həmin plastik qab açıldıqda içərisindən beş ədəd kibrit qutusu və bir ədəd elektron tərəzi aşkar olunmuşdur. Aşkar olunmuş beş ədəd kibrit qutusu iştirakçıların şahidliyi ilə açıldıqda qutuların içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə olması müşahidə edilmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlələri 05 iyul 2022-ci il tarixdə saat 15-16 radələrində Bakı şəhəri. Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində anket məlumatlarını dəqiq bilmədiyi “Malik" adlı şəxsdən ümumilikdə 250 manat pul müqabilində öz şəxsi istifadəsi üçün aldığını, narkotik vasitə qurudulmuş marixuananı şəxsi istifadəsi üçün üzərində saxlayıb daşıdığını bildirmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş elektron tərəzidən aldığı narkotik vasitələrin çəkisinin ölçülməsində istifadə etdiyini bildirmiş və baxış zamanı aşkar olunmuş elektron tərəzinin işlək vəziyyətdə olduğu müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş beş ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr, bir ədəd elektron tərəzi və narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələrin aşkar olunduğu 01 ədəd plastik qab cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Şahid5 üzərinə baxış keçirilmişdir.Baxış zamanı Şahid5 üzərindən qanunsuz digər əşya və predmetlər aşkar edilməmişdir. Sorğu zamanı Şahid5 onunla birlikdə saxlanılan Təqsirləndirilən şəxs ilə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi. Lahıc bağları ərazisində qonşu ünvanlarda yaşadıqlarını, özünün narkotik vasitələr və psixotrop maddələr qəbul etmədiyini, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasından məlumatının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs tanışı Şahid5 dediklərini təsdiq edib Şahid5 onun üzərində narkotik vasitə olmasından məlumatının olmadığını qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş AR DİN-in BMCMİ-nin əməliyyat müvəkkilləri Şahid4, Şahid3və Şahid2 İnqlab oğlu şahid qismində dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli olan şəxsin tutulması haqqında 05 iyul 2022-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs 05 iyul 2022-ci il tarixdə saat 17:00-da şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 07 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 05 iyul 2022-ci il tarixli protokoldan görünür ki, “Şəxsi axtarış və götürmə aparılması haqqında” qərara əsasən 05 iyul 2022-ci il tarixdə saat 18:53də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmasına, Şahid5 üzərinə isə baxış keçirilməsinə başlanmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin çəkiliş vasitəsi ilə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən çəkiliş aparılacağı barədə məlumat verilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində narkotik nasitə qurudulmuş marixuana olduğunu bildirib, sağ əlində saxladığı ağ rəngli sellofan torbanı, əynində olan cins şalvarının arxa sağ cibində olan 01 ədəd “Huawei” markalı mobil telefonu və əynində olan cins şalvarının sağ yan cibində olan 9 manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan torbanın içində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmiş sonuncunun təqdim etdiyi ağ rəngli sellofan torba açıldıqda torbanın içərisindən 01 ədəd plastik qab aşkar edilmiş, həmin plastik qab açıldıqda içərisindən 05 ədəd kibrit qutusu və 01 ədəd elektron tərəzi aşkar olunmuşdur. Aşkar olunmuş 05 ədəd kibrit qutusu iştirakçıların şahidliyi ilə açıldıqda qutuların içərisində ot şəkilli, yaşıl rəngli, spesifik qoxuya malik, narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə olması müşahidə edilmiş,şəxsi axtarış davam etdirilərkən sonuncunun üzərindən digər əşya və predmetlər aşkar edilməmiş, şifahi sorğu zamanı şübhəli şəxs sonuncu üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlələri 05 iyul 2022ci il tarixdə saat 15:30-16:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində anket məlumatlarını dəqiq bilmədiyi Malik adlı şəxsdən ümumilikdə 250 manat pul müqabilində öz şəxsi istifadəsi üçün aldığını, narkotik vasitə qurudulmuş marixuananı şəxsi istifadəsi üçün üzərində saxlayıb daşıdığını bildirmiş, bundan əlavə sonuncunun üzərindən aşkar edilmiş elektron tərəzidən aldığı narkotik vasitələrin çəkisinin ölçülməsində istifadə etdiyini bildirmiş və baxış zamanı aşkar olunmuş elektron tərəzinin işlək vəziyyətdə olduğu müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 05 ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr, 01 ədəd elektron tərəzi və narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələrin aşkar olunduğu 01 ədəd plastik qab cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmış,eyni zamanda aşkar edilmiş 9 manat pul iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 06 iyul 2022-ci il tarixli 7/738 nömrəli ekspert rəyindən görünür ki, Vət. Təqsirləndirilən şəxs oglunun üzərindən aşkar edilərək götürülmüş 5 (beş) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 4,030 qram, 4.306 qram, 4,078 qram, 4,530 qram, 4.720qram, ümumi çəkisi 21,664 qram, bir ədəd plastik qabın içərisində təmiz çəkisi 0.27qram olan bitki mənşəli kütlələr tərkiblərinə görə eyni olub, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır.Təqdim edilmiş bir ədəd elektron tərəzidə narkotik maddə olan marixuananın izləri vardır. Marixuana cuzi miqdarda olduğu üçün müqayisəli tədqiqat aparılmadı.Qeyd: Marixuananın ümumi çəkisi – “21,934 qram, təhqiqata sərf edildi-0,12 qram, (hər obyektdən 0,02 qram), qalıq 21,814 qramdır” Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-784/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, AR CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 03 ay müddətə həbs qətimkan rədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi X2 ambulator məcburi-narkoloji tibbi yoxlamanın 06 iyul 2022-ci il tarixli 3692 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs Kannabinoidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XOSTOLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Orazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və X1 X2 məhkəməkimyəvi ekspertizasının 16 iyun 2022-ci il tarixli, 1981/K nömrəli rəyində göstərilmişdir ki, “Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən “Kannabinoid” aşkar edildi.Barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan metamfetamin və amfetamin, fenotizm, pirazalon, 1.4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilmədi. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. “Telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında” 03 avqust 2022-ci il tarixli protokoldan görünür ki, baxış zamanı müəyyən edilmişdir ki, məlumatlar "xxxx" MMC-nin 01 avqust 2022-ci il tarixli, 13699 nömrəli məktubuna əlavə edilmiş bir ədəd CD markalı diskdə təqdim olunmuş, həmin diskdə ***-***-**-** saylı mobil telefon nömrələri ilə aparılmış danışıqlara aid bir ədəd faylın içərisində 04 ədəd qovluq olmuş, təqdim edilmiş məlumatlar 01 yanvar 2022-ci il tarixdən- 05 iyul 2022-ci il tarixə kimi olan müddəti əhatə etmiş, baxış keçirilən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil telefon nömrəsindən müxtəlif nömrələrə telefon danışıqları və sms yazışmalarının aparılması aşkar edilmiş, lakin telefon danışıqlarına keçirilən baxış zamanı iş üzrə sübut əhəmiyyəti kəsb edən heç bir məlumat aşkar edilməmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 21,814 qram qalmış narkotik vasitə qurudulmuş marixuana və bir ədə elektron tərəzi cinayət işi üzrə maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikasının DİN-in BMCMİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir.Şəxsi axtarış, baxış və götürmənin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD disk cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut hesab edilmiş və iş materiallarına əlavə edilməsi nəzərə alınmışdır.Cinayət işinin istintaqı zamanı həyata keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs götürülmüş “HUAWEİ” markalı mobil telefona baxış keçirilsə də, iş üzrə sübut əhəmiyyəti kəsb edən heç bir məlumat aşkar edilmədiyindən qeyd edilən mobil telefon onun müdafiəçisi vasitəsi ilə ailə üzvlərinə qaytarılmışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. CPM-in: 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsi baxımından, həmçinin daxili inamına əsasən qiymət verərək hesab edir ki, həmin sübutların məcmusu istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib saxlayaraq daşıması barədə irəli sürülən ittihamı əsaslı hesab etməklə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin özünümüdafiə xarakteri daşımasını təsdiq edir. Məhkəmə hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-in 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini qismən etiraf edib peşman olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq olunmamalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalı (CPM-in 158.2.1, 158.6, CM-in 69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.3), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı (CM-in 93.1.2), iş üzrə maddi sübut - Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama yerində saxlanılan narkotik vasitənin qalıgı məhv edilməli, Təqsirləndirilən şəxs telefon məlumatlarını özündə əks etdirən 01 ədəd DVD disk və şəxsi axtarış və götürmənin videogörüntülərini əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-in 132-ci), bir ədəd elektron tərəzi dövlət nəfinə müsadirə edilməli, məhkəmə məsrəflərinə aid olan ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-in 198.1). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, həmçinin vəkil Müdafiəçi tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə vəkil Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 iş saatı üçün cəmi 150 (yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 25 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçimiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ogluna narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Cinayət işi üzrə maddi sübut – AR DİN BMCMİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş 21,814 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut – AR DİN BMCMİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş bir ədəd elektron tərəzi dövlət nəfinə müsadirə edilsin. Maddi sübut -Təqsirləndirilən şəxs telefon məlumatlarını özündə əks etdirən 01 ədəd DVD disk və şəxsi axtarış və götürmənin videogörüntülərini əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza xərci 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 25 iş saatı üçün cəmi 150 (yüz əlli) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 25 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan (həbsdə saxlanılan şəxsə təqdim edilən gündən) 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar