Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-499/2025 12.02.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 10:30 Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin hakimi Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclasının katibi Hüseynova Gülsüm Üzeyir qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhər X1 Müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1998-ci ildə Ağdaş rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmamış, Ağdaş rayonu, Tofıqi Ə/D, Tofiqi kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, hazırda barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 18:00 radələrində Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti 115 ünvanında yerləşən "041” Çay Evinin yaxınlığında şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq 10 manat müqabilində xeyli miqdarda olmaqla, 01 ədəd siqaret kağızına bükülmüş, təmiz çəkisi 0,436 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlamaqla həmin tarixdə Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti, 115 ünvanına daşımış və həmin tarixdə saat 20:27-də Nərimanov rayon Polis İdarəsinin 18-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti 115 ünvanında saxlanılaraq, orada videoçəkilişdən istifadə etməklə üstünün yoxlanılması zamanı sağ əlinin ovucunda saxladığı siqaretin kağızma bükülmüş təmiz çəkisi 0.436 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 1 ildir ki, psixotrop maddə metamfetamindən istifadə edir, son vaxtlar həmin növ psixotrop maddəni «Qara» kimi tanıdığı şəxsdən almışdır. Həmin şəxsdən bir neçə dələ çay evinə gəldikdə psixotrop maddə «patı» almışdır. 01 avqust 2025-ci il tarixdə saat saat təxminən 19 radələrində həmin şəxs çay evindən çıxdıqdan sonra o, həmin şəxsin arxası ilə çıxmış və iş yerinin yaxınlığında görüşüb həmin şəxsə 10 manat pul verib əvəzində özü istifadə etmək üçün həmin şəxsdən siqaret kağızına bükülmüş psixotrop maddəni alıb sonra aralaşıb iş yerinə gəlmişdir. Bir az keçmiş saat təxminən 21 radələrində işdə olarkən psixotrop maddənin istifadəsinə ehtiyacı olduğundan düşünmüşdür ki, işlədiyi çay evindən çıxıb yaxınlıqda sakit yer tapıb çəkmə yolu ilə istifadə etdikdən sonra işə qayıtsın. Buna görə o, iş yerindən çıxıb piyada gedərkən saat 20.27-də iş yerinin yaxınlığında yəni F.X.Xoyski küçəsi 115 saylı ünvanın yaxınlığında olan zaman ona bir neçə nəfər mülki geyimli şəxslər yaxınlaşıb onu saxlamışlar. Nərimanov rayonu 18-ci Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onun hüqulannı izah etdikdən sonra ona demişlər ki, üzərində dövriyyəsi qanunla qadağan olunmuş hər hansı əşya vardırsa təqdim etsin, əks halda üzərinə axtarış aparacaqlar. O, polislərin sözündən sonra sağ əlinin ovcunda saxladığı içərisində psixotrop maddə metamfetamin olan siqaret kağızına bükülmüş bükümü polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra polis əməkdaşları onu Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin inzibati binasına gətirmişlər. Polis şöbəsində xidməti otaqda hüquqlarının müdafiə olunması üçün dəvət olunmuş vəkilin iştirakı ilə aşkar olunmuş və götürülmüş psixotrop maddə metamfetaminə videoçəkiliş aparmaqla baxış keçirmiş və bu barədə tərtib olunmuş protokol iştirakçılar tərəfindən oxunduqdan sonra doğru yazıldığı üçün imzalarla təsdiq edilmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, öz istifadəsi məqsədilə narkotik vasitəni üzərində saxlamışdır. Ona qarşı heç bir təzyiq və təsir olunmamışdır. Qadın olmasını və əməlindən səmimi peşman olmasının nəzərə alınmasını və barəsində amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid Nərimanov rayon 18-ci Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, daxil olmuş məlumatı əməliyyat yolu ilə yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik maddələrin, cinayət izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədilə əməliyyat qrupunun yaradılması və təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi zərurəti yaranmışdır. Məlumatda göstərilən Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul olunmuşdur. Təqsirləndirilən şəxs Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti 115 ünvanının qarşısına yaxınlaşdığını görmüşlər. Həmin vaxt tərəflərindən çəkiliş aparılmağa başlanmışdır. Tədbirdə iştirak edən digər polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs yaxınlaşmağa başlamışlar. Onlar Təqsirləndirilən şəxs yaxınlaşıb onu saxlayıb özlərini təqdim edərək Nərimanov rayon 18ci Polis Şöbəsinin polis əməkdaşları olduqlarını bildirmişlər. Təqsirləndirilən şəxs hüquq və vəzifələrini, o, cümlədən tululan andan müdafiəçiyə malik olmaq hüququ izah etmişlər. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs sağ əlinin ovucunda saxladığı siqaret kağızına bükülmüş içərisində kristal şəkilli maddə olan bükümü və 01 ədəd “Samsung” markalı mobil telefonu polis əməkdaşlaşlarına təqdim etmişdir. Bundan sonra Almaz Cəfərovdan aşkar edilmiş siqaret kağızına bükülmüş büküm açılmış, içərisində spesifik iyə malik olan, ağ rəngli kristal formada narkotik vasitəyə bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddəni haradan əldə etməsi soruşulduqda sonuncu həmin maddəni üzdən tanıdığı, lakin, şəxsiyyəti barədə heç bir məlumatı olmadığı “Qara” adlı şəxsdən 10 manat müqabilində şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən aşkar olunmuş spesifik iyə malik olan narkotik vasitəyə bənzər maddə ağ rəngli zərfə qoyularaq qablaşdırılmış və möhürlə möhürləyib üzərini iştirakçılara imza etdirdikdən sonra götürmüşlər. İş üzrə şahid qismində dindirilmiş Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili polis mayoru Şahid2 və Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin sahə inspektoru polis baş leytenantı Şahid3 ifadələrində əməliyyat müvəkkili Şahid1 dediklərini təsdiq etmiş və istintaqa analoji ifadə vermişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Nərimanov RPİ-nin 18-ci PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 və digər Şahid4 oğlu məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə onların ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini elan etmişdir. Həmin ifadə də təqsirləndirilən şəxsin və şahidlərin bildirdiklərini bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” 01 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 20:27 radələrində Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti 115 ünvanının qarşısında saxlanılaraq Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinə gətirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 avqust 2025-ci il tarixli 6/2641 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün № 224" dairəvi möhür əksi, “şübhəli şuxs - Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar zərfdəki l(bir) ədəd bükümdə təmiz çəkisi 0,436 qram ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsi Ambulator X3 tərəfindən 04 avqust 2025-ci il tarixli 4701 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilmiş “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 03 avqust 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri seçilmişdir. 01 avqust 2025-ci il tarixli təqdim olunan maddəyə baxış keçirilməsi və şəxsin üzərində şəxsi axtarış aparılması prosesinin köçürüldüyü bir ədəd DVD diskinə baxış keçirilmiş, diskə baxış zamanı müəyyən edilmişdir ki, 01 avqust 2025- ci il tarixdə Nərimanov RPİ-nin 18-ci PŞ-nin təhqiqatçısı, polis mayoru X4 tərəfindən xidməti otaqda Nərimanov RPİ-nin 18-ci PŞnin əməliyyat müvəkkili polis kapitanı Şahid1, 18-ci PŞ-nin sahə inspektoru, polis baş leytenantı Şahid3, Nərimanov RPi-nin PPXB-nin polis nəfəri, polis serjantı Nəzrin Hüscynovanın və 16 saylı vəkil bürosunun vəkili X2 iştirakları ilə şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd zərfin içərisində olan 01 ədəd siqaret kağızma bükülmüş spesifik qoxuya malik, ağ rəngli, kristal şəkilli metamfetaminə bənzər maddəyə baxış keçirilir. Nərimanov RPİ-nin 18-ci PŞ-nin təhqiqatçısı, polis mayoru Zöhrab Salmanov tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs həmin bükümü haradan əldə etməsi soruşuldtıqda Almaz Cəfərov üzərindən aşkar edilmiş bükümün psixotrop maddə “metamfetamin” olduğunu bildirir. Mömin bükümü saxlanıldığı gün Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti 115 ünavanının yaxınlığında üzdən tanıdığı lakin şəxsiyyəti barədə məlumatı olmadığı “Qara” adlı şəxsdən lü manata aldığını, daha sonra istifadə etmək üçün üzərində saxladığını bildirir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldı, axtarış zamanı dövriyyəsi qadağan olunmuş heç bir əşya və predmet tapılmamışdır. 01 avqust 2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesi zamanı götürülmüş bir ədəd Samsung markalı mobil telefona baxış keçirilmiş, mobil telefon Samsung markalı mobil telefondur, mobil telefonun korpusu açıq göy rəngli olmaqla sensor ekrana malikdir. Xarici görünüşcə mobil telefonun körpüsündə istifadə olunması nəticəsində cızıqlar yaranmış, telefonun ekran şüşəsində zədə nəticəsində çatlar olmuşdur. Qeyd olunan mobil telefon xüsusi koddan açılmış, mobil telefon işlək vəziyyətə gətirilərkən saz vəziyyətdə olduğu müəyyən edilmişdir. Telefonun yaddaşına nəzər saldıqda orada mobil telefona girişçıxış nömrələrin yaddaş hissəsi, SMS hissəsi, Vatsap hissəsi olduğu müəyyən edilsə də, mobil telefondan həmin proqramlar silindiyindən baxış keçirilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyatsorğu kartotekasında heç bir məlumat yoxdur. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 06 dekabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir büküm təmiz çəkisi 0,436 qram psixotrop maddə metamfetamin, 01 ədəd Samsung markalı telefon maddi sübut kimi tanınsın, təqsirləndirilən şəxs cinayət işinin materialları ilə tanış olduqdan sonra ekspertiza tədqiqatından qalıq qalmış 0,386 qram metamfetamin saxlanmasından ötrü Nərimanov RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmiş, video görüntüləri əks etdirən 01 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilmişdir. Hüquqi məsələlər və məhkəmənin hüquqi mövqeyinin əsaslandırılması: Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti 115 ünvanında yerləşən "041” Çay Evi yaxınlığında, satış məqsədi olmadan, 0,436 qram, 1 ədəd siqaret kağızına bükülmüş kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlaması onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 118-ci qrafasına əsasən isə metamfetamin 0,15 qramı şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin təmiz çəkisi 0,436 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək özünü CMnin 234.1-ci maddəsi ilə təqsirli bildiyini və barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını nəzərdən keçirib, təqsirləndirilən şəxsin ərizəsini nəzərə alıb hesab edir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarı Təqsirləndirilən şəxs barəsində tətbiq edilməli və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 39.1 və 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının: 1.12-ci bəndinə əsasən, qadınlar təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilirlər. (bu Qərarın 6-cı və 7ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1-1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); Qərarın 6 və 7-ci bəndlərində amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, Təqsirləndirilən şəxs əməli həmin məhdudiyyətlərin tətbiq dairəsinə düşmür. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli az ağır cinayətdir və yuxarıda qeyd edilən amnistiya qərarının 5.1 -ci bəndi onun barəsində cinayət təqibinə xitam verilməsini təsbit edir və həmin qərarın 6 və 7-ci bəndlərində nəzərdə tutulmuş məhdudiyyətlər Təqsirləndirilən şəxs əməlinə şamil olunmur. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 5.1-ci bəndinin təsiri altına düşdüyündən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri ləğv edilməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınan ekspertiza tədqiqatından qalıq qalmış 0,386 qram metamfetamin saxlanmasından ötrü Nərimanov RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmiş narkotik vasitə məhv edilməli, video görüntüləri əks etdirən 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Nümayəndə dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Nümayəndə hüquqlarını müdafiə etmiş Təqsirləndirilən şəxs sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 27 (iyirmi yeddi) iş saatına görə 297 (iki yüz doxsan yeddi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 43, 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarı tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş tədqiqatdan sonra qalıq qalmış 0,386 qram psixotrop maddə metamfetamin qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut 01 ədəd “DVD” disk və 01 ədəd Samsung markalı telefon iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Nümayəndə hüquqlarını müdafiə etmiş Təqsirləndirilən şəxs sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 27 (iyirmi yeddi) iş saatına görə 297 (iki yüz doxsan yeddi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №1(005)-499/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-499/2025
12.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver