Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-5/2024 15.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və müdafiəçi – Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi olmadan idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olmuş və hadisəsi yerindən qaçmışdır. Belə ki, Təqsirləndirilən şəxs 07 mart 2017-ci il tarixdə saat 07:15 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq sürücülük vəsiqəsi olmadan idarə etdiyi, texniki cəhətdən saz olan “Opel Vita” markalı, **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, X9 küçəsi ilə Ziya Bünyadov prospekti tərəfdən Ak. Həsən Əliyev küçəsi istiqamətində saatda 60 km surətlə hərəkətdə olarkən, X9 küçəsi 1996 saylı ünvanın qarşısına düşən yol hissəsində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar kimi tələblərini pozaraq istiqaməti üzrə yolun sağ hissəsində dayanmış piyada X3 görüb və idarə etdiyi avtomaşının istiqamətini sola tərəf çəksə də idarə etdiyi avtomaşının qabaq sağ hissəsi ilə onu vurub ehtiyatsızlıqdan piyada Zərərçəkmiş şəxs sağlamlığına qapalı kəllə-beyin travması, huşunun koma tipində pozulması ilə müşayiət olunan baş beyinin əzilməsi, alın, çənə nahiyyəsinin əzilmiş yaraları, üzün, ətrafların yumşaq toxumaların qançır və sıyrıqları, sol bayır və iç topuğun, incik sümüyünün aşağı 1/3-nin sınıqları və çıxığı, hər iki çənədə öndə 43-42 dişlərin posttravmatik natamam sınıqları ilə müşayət olunan həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aid bədən xəsarətləri yetirərək yol hərəkəti qaydalarını pozmuşdur. Bundan başqa, “Opel Vita” markalı, **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisədən sonra “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol nəqliyyat hadisəsi baş verdikdə zərərçəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağırmalı, hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli və hadisə yerinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əməkdaşının gəlməsini gözləməli olduğu halda bu tələbləri pozaraq, yol hərəkəti qaydasını pozması səbəbindən Azərbaycan Respublikası CM-nin 263-cü maddəsində nəzərdə tutulmuş nəticənin baş verdiyi halda yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. Bununla da, Təqsirləndirilən şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 263-1.2 və 264-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ittiham edildiyi əməldə özünü tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, 07 mart 2017-ci il tarixdə saat 04 radələrində işlədiyi “Keml” adlı çayxanada Şahid1 və Şahid2 ilə birlikdə eyni masada əyləşib çay içərək söhbət etmişlər. Həmin vaxt Şahid1 yatmağa getmiş, o isə çayxanada müştərilər olduğu üçün Şahid2la birlikdə onların getməsini gözləmişdir. Həmin gün çayxanada olan müştərilərdən biri Miri adlı şəxs ondan Şahid1 məxsus “Opel Vito” markalı, **-VC-*** dövlət nömrə nişanlı avtomaşınla onu işlədiyi Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospektində yerləşən “Şəmkir” marketə aparmasını xahiş etmişdir. Həmin zaman o, çayxananın mətbəxində şkafın üzərində olan “Opel Vito” markalı minik avtomobilinin açarlarını götürmüş, avtomobili işə saldıqdan sonra tanışı Bədəl ön sərnişin oturacağında, tanışı Miri isə arxa sərnişin oturacağında əyləşmişlər. O, avtomobili idarə edərək Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospektində yerləşən “Şəmkir” marketin qaşısına gəlmiş, tanışı Miri adlı şəxs avtomobildən düşdükdən sonra Bədəl ondan onu yaşadığı ünvana aparmasını xahiş etmişdir. Bundan sonra o, Bakı şəhəri Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə hərəkət edib, X9 küçəsinə daxil olmuş və yolun sağ zolağı ilə X7 küçəsi istiqamətində saatda 60 km sürətlə hərəkətdə olarkən hərəkət istiqaməti üzrə yolun sağ kənarında qadının dayandığını görmüş, sükanı sola çəkərək əyləc pedalına bassa da, idarə etdiyi avtomobil sürüşmüş və avtomobilin ön sağ hissəsi həmin qadına dəymiş, zərbənin təsirindən qadın yerə yıxılmış, o isə qorxduğu üçün hərəkətə davam edərək işlədiyi “Keml” adlı çayxanaya gəlmişdir. O, avtomobili çayxananın qarşısında saxlamış, özü isə piyada olaraq hadisənin baş verdiyi yerə gəlmiş, hadisə yerində təcili tibbi yardım avtomobilini və digər tanımadığı şəxsləri görmüş, xəsarət alan şəxsi təcili tibbi yardım avtomobilinə əyləşdirib yola saldıqdan sonra qorxduğundan hadisənin onun tərəfindən törədilməsi ilə bağlı heç kəsə məlumat verməyərək işlədiyi çayxanaya geri qayıtmışdır. Həmin avtomobili idarə edərkən sürücülük hüququ olmamışdır. Tutduğu əməldən peşmandır. Hazırda zərərçəkmiş şəxslə barışmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs çıxış edərək bildirmişdir ki, o, Nərimanov rayonu Mənzil Kommunal Təsərrüfat birliyində xadiməçi işləyir, 07 mart 2017-ci il tarixdə saat 07:15 radələrində Bakı şəhəri, Nərimanov rayonu, X10 küçəsi 41/45 saylı ünvanda yolun hərəkət hissəsindən kənarda, torpaq hissəsində təmizlik işləri apararkən dövlət nömrə nişanını və markasını görmədiyi avtomobil onu arxadan vuraraq hadisə yerindən qaçmış, o isə zərbənin təsirindən yerə yıxılaraq huşunu itirmiş, ayıldıqda isə Bakı şəhəri, 1 saylı X1 bilmişdir. Hazırda təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxslə barışmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, “Opel Vita” markalı, **-VC-*** dövlət nömrə nişanlı avtomaşın ona məxsus olmuşdur. O, ailəsini dolandırmaq məqsədi ilə 2016-cı ilin dekabr ayında Bakı şəhəri, Nərimanov rayonu, Ə. Əbdülrəhimov küçəsində yerləşən “Keml” çay evini içarəyə götürüb işlətmişdir. Təqsirləndirilən şəxs həmin çay evində ofisiant kimi işləmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs qalacaq yeri olmadığı üçün gecələri həmin çay evində qalmışdır. O, özünə məxsus “Oplel Vita” markalı, **-VC-*** dövlət nömrə nişanlı avtomaşını həmişə çay evinin yaxınlığında saxlamış və avtomaşının açarlarını isə mətbəxdə şkafın üstünə qoymuşdur. 07 mart 2017-ci il tarixdə təxminən saat 03:30 radələrində yuxulu olduğu üçün elə qərarlaşdırmışdır ki, çay evində yatsın. Həmin zaman o, yatmağa gedəndə, tanışı Rəsul adlı şəxsdə yatmaq qərarına gəlmiş və Təqsirləndirilən şəxsla Bədəl isə çay evində komputerə baxmışlar. 07 mart 2017-ci il tarixdə təxminən saat 10:30 radələrində Rəsul onu yuxudan ayıltmış və işlədiyi yerə getdiyi üçün ondan xahiş etmişdir ki, çay evinin qapısını bağlasın. O da öz növbəsində Rəsulu yola saldıqdan sonra təxminən saat 14:30 radələrinə qədər yatmış və yuxudan oyandıqdan sonra İslam və Bədəlin çay evində əyləşib söhbət etdiklərini görmüşdür. Həmin zaman o, öz avtomaşınına əyləşib yaşadığı evə getmiş və duş qəbul etdikdən sonra yenidən çay evinə qayıtmışdır. 09 mart 2017-ci il tarixdə onu Nərimanov rayon polis idarəsinin Təhqiqat Şöbəsinə dəvət etmişlər və o, polis idarəsində olarkən ona bildirmişlər ki, ona məxsus avtomaşınla piyada qadın vurulmuş və avtomaşın hadisə yerində dayanmayaraq qaçmışdır. O, polis idarəsində izahat verib getdikdən sonra Təqsirləndirilən şəxsla görüşüb bu barədə maraqlandıqda, Təqsirləndirilən şəxs ona bildirmişdir ki, həmin hadisəni o, özü törətmişdir və qorxduğu üçün heç kimə bu barədə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında şahid qismində çağırılmış Şahid2 Callad oğlunun məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə Şahid2 Callad oğlunun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 aprel 2017-ci il tarixli 8921 nömrəli ekspert rəyindən görünür ki, Opel Vito markalı, **-VC- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində tədqiq olunan şəraitdə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü M.Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi və etibarnaməsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü M.Təqsirləndirilən şəxs hadisədən sonra zərərçəkmişə yardım göstərmədən və müvafiq orqanlara xəbər vermədən hadisə yerindən getdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6- Təcrübi və Tədris Birliyinin canlı şəxsin ekspertizasının xx.xx.2017-ci il tarixli 354 nömrəli rəyindən görünür ki, 1962-ci il təvəllüdlü Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər- qapalı kəllə- beyin travması, huşunun koma tipində pozulması ilə müşayiət olunan baş beyinin əzilməsi, alın, çənə nahiyyəsinin əzilmiş yaraları, üzün, ətrafların yumşaq toxumalarının qançır və sıyrıqları, sol bayır və iç topuğun, incik sümüyünün aşağı 1/3-nin sınıqları və çıxığı, hər iki çənədə öndə 43-42 dişlərin posttravmatik natamam sınıqları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni avtomaşının vurması nəticəsinndə əmələ gələ bilərdi, törənmə müddəti zərərçəkənin xəstəxannaya müraciət etdiyi vaxtdan az əvvəl olmaqla, qərarda qeyd olunan xx.xx.2017ci il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aiddirlər. DVD diskə baxış keçirilməsi haqqında 10 may 2017-ci il tarixli protokoldan görünür ki, diskə baxış zamanı görünür ki, “Opel Vita” markalı, **-VC-*** dövlət qeydiyyat nişanlı avtomaşın Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əbdülrəhimov küçəsində yolun kənarında saxlanılmış və həmin avtomaşının sahibi Şahid1, Təqsirləndirilən şəxs və bir nəfər şəxs icarəyə götürüb işlətdikləri çay evindən çıxaraq yol kənarı ilə gedərək avtomaşının yanından keçib üzü F.X.Xoyski küçəsi istiqamətində piyada olaraq hərəkət edirlər. Baxış zamanı yol nəqliyyat hadisəsinin baş verdiyi yerin, hadisənin necə baş verilməsi və hansı şəraitdə olmasına dair hər hansı bir video görüntünün olması müəyyən olmamışdır. Baxış zamanı “Opel Vita” markalı, **-VC-*** dövlət qeydiyyat nişanlı avtomaşının çay evinin qarşısında dayandığı görüntüləri əks olunmuşdur. Zərər çəkmiş şəxs qismində tanımaq haqqında 01 aprel 2017-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs zərər çəkmiş şəxs qismində tanınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 24 aprel 2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında 11 may 2017-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təhlükəsizlik Şəhər Xidmətindən götürülmüş 01 ədəd DVD disk və “Opel Vito” minik markalı **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobilin maddi sübut kimi tanınması qərar alınmışdır. Qətimkan tədbiri seçilməsi haqqında 12 may 2017-ci il tarixli qərardan və eyni tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 iyun 2017-ci il tarixli 1(005)- 199/2017 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbirinin dəyişdirilərək həbs qismində qətimkan tədbirinin seçilməsi və tutularaq dərhal həbs edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanası tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ünvanlanmış 21 mart 2024-cü il tarixli 3-16-17/40/2-2113/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 14 mart 2024-cü il tarixdə Nərimanov rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutularaq 15 mart 2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. X4 Şəhər Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 01 ay müddətinə, yəni 2017-ci il dekabrın 1-i daxil olmaqla həbs qətimkan tədbiri seçilmişdir. Moskva şəhəri Babuşkinskiy rayon məhkəməsinin 23 noyabr 2017-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsə saxlanma müddəti 03 ay, yəni 28 fevral 2018-ci il tarixədək uzadılmışdır. Moskva şəhəri Babuşkinskiy rayon məhkəməsinin 27 fevral 2018-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsə saxlanma müddəti 02 ay, yəni 30 aprel 2018-ci il tarixədək uzadılmışdır. Hava və su nəqliyyatında qanunların icrasına nəzarət üzrə Moskva prokuroru vəzifəsini icra edən A.V.Kosyanovun 27 aprel 2018-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəllər seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və həbsdən azad edilməsi qərara alınmışdır. Rusiya Federasiyasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş 010203 nömrəli, 27 aprel 2018-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs 2017-ci il noyabrın 1-dən 2018-ci ili aprelin 27-dək həbsxanada saxlanılmışdır. Zərərçəkmiş şəxs notarial qaydada təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti yoxdur, ona dəymiş ziyan tam ödənilmişdir. Gələcəkdə də şikayət və tələbi olmayacaqdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, müvafiq ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Onun əməlləri düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci və 264-cü maddələri ilə tövsif edilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin şərh edilməsinə dair” 10 aprel 2012-ci il tarixli qərarında göstərilmişdir. Bu şərt nəqliyyat vasitəsini idarə edərək yol nəqliyyat hadisəsi törətmiş şəxsin hadisə yerində şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə (tərəfə) bu və ya digər şəkildə çatdırmaq öhdəliyini yerinə yetirməsidir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarda rəsmən belə təfsir vermişdir ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin mənasına görə yol nəqliyyat hadisəsi törətmiş şəxs hadisə yerində qalaraq şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə (tərəfə) bu və ya digər vasitə ilə çatdırmaq öhdəliyi daşıyır. Bu öhdəliyə riayət etməklə nəqliyyat vasitəsini idarə edən şəxsin yol nəqliyyat hadisəsi yerini hər hansı bir səbəbdən tərk etməsi, o cümlədən zərərçəkmiş şəxsi tibb müəssisəsinə aparması hadisə yerindən qaçma kimi qiymətləndirilə bilməz”. Göründüyü kimi, yol nəqliyyat hadisəsinin iştirakçısı olan nəqliyyat vasitəsinin sürücüsü hər hansı məqsədlə hadisə yerini tərk etməzdən əvvəl öz şəxsiyyətini bəlli etməlidir. Bundan başqa, istər Konstitusiya Məhkəməsi Plenumunun qərarında, istərsə də CM-nin 264-cü maddəsinin “Qeyd” hissəsində cinayət məsuliyyətini aradan qaldıran hal kimi istənilən şəxsə deyil, məhz yol nəqliyyat hadiəsindən zərər çəkmiş şəxsə köməklik göstərilməsindən, bu məqsədlə hadisə yerinin tərk edilməsindən bəhs olunur. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istimarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli qərarına əsasən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayət işləri üzrə şəxsin təqsirlilik məsələlərini həll edərkən məhkəmələr işin bütün faktiki hallarını hərtərəfli, tam və obyektiv araşdırmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərini pozduğunu və bu pozuntunun konkret nədə ifadə olunduğunu göstərməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğunu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmadığını müəyyənləşdirməlidir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü sürücülük vəsiqəsini (fərdi nəqliyyat vasitəsinin sahibi olmadıqda, sürücünün icarə və ya digər əşya hüquqlarına dair müqaviləsini, nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnaməsini və ya nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnaməsini), sürücülük vəsiqəsi müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən alınmış olduqda isə onu əvəz edən xüsusi arayışı, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini, bu Qanunun 6-1-ci maddəsinin İ hissəsində nəzərdə tutulmuş daşımaları həyata keçirən nəqliyyat vasitələrinə münasibətdə taxoqrafın yoxlanması haqqında şəhadətnaməni (taxoqrafın yoxlanmasına dair möhür vurulmadığı halda), nəqliyyat vasitələrindən kommersiya məqsədləri üçün istifadə edildikdə xüsusi razılıq və ya yol (marşrut) vərəqəsini və daşınan yüklərə dair sənədləri özündə saxlamalıdır. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4cü hissəsinə əsasən, mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini yerindən tərpətməməli, qəza dayanma nişanını qurmalı, qəza işıq siqnalını yandırmalı, ya da yanıb-sönən qırmızı işıq fənərini qoymalı, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməməlidir; zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağırmalı, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə, özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalıdır; başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri- mümkün olduqda, yolun hərəkət hissəsini boşaltmalıdır. Yolun hərəkət hissəsini boşaltmaq və ya zərər çəkənləri öz nəqliyyatında müalicəxanaya aparmaq zərurəti olduqda, şahidlərin iştirakı ilə əvvəlcə nəqliyyat vasitəsinin vəziyyətini, izləri və hadisəyə aidiyyəti olan əşyaları qeyd etməli və onların qorunması, nəqliyyat vasitələrinin hadisə yerinin yanından keçməsini təşkil etmək üçün mümkün olan bütün tədbirləri görməlidir; hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməlidir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327-ci maddəsinin “Qeyd” hissəsinin 7-1-ci bəndində nəzərdə tutulmuş hallarda yol-nəqliyyat hadisəsi yerini tərk edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına, yaxud ümumi istifadədə olan nəqliyyat vasitəsinin idarə edilməsi zamanı ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda - dörd ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinə əsasən bu Məcəllənin 263-cü və ya 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol nəqliyyat hadisəsi yerindən qaçması-http://www.eqanun.gov.az/alpidata/code/data/0/c_c_11.htmüç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq məhkəmə hesab edir ki, iş üzrə ittiham hökmü çıxarılmaqla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci və 264-cü maddələri ilə təqsirli bilinərək həmin maddələrin sanksiyaları həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, Zərərçəkmiş şəxs vurulmuş ziyanı tam olaraq ödəməsini, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alır və bunları onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə və Cinayət Məcəlləsinin 264-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması növündə cəzalar təyin edilməli, Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü azadlıqdan məhrum etmə cəzasının 01 (bir) gününə bərabər tutulmaqla azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməli, Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən ona təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs Məhəbət oğluna qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən, cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə müddətinə bir günə bir gün hesabı ilə təyin ediləcək cəzadan çıxılmalıdır. Cinayət işinin materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2017ci il tarixdən 27 aprel 2018-ci il tarixədək Rusiya Federasiyasında həbsdə olmuşdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanası tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ünvanlanmış 21 mart 2024-cü il tarixli 3-16-17/40/2-2113/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 14 mart 2024-cü il tarixdə Nərimanov rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutularaq 15 mart 2024-ci il tarixdə saxlanılması üçün Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 01 noyabr 2017-ci il tarixdən 27 aprel 2018-ci il tarixədək Rusiya Federasiyasında həbsdə saxlanldığı 05 ay 27 gün müddət nəzərə alınaraq, ona təyin olunacaq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsinin növünün müəyyən edilməsi məsələsini müzakirə edib belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan törədilmiş cinayətə (CM-nin 263-1.2) görə azadlıqdan məhrum etmə cəzası, qəsdən törədilmiş cinayətə (CM-nin 264) görə də azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyindən o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs isə cəzaçəkmə müddətinin əvvəli tutulduğu 14 mart 2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 70 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Cinayət işi üzrə maddi sübut kimi tanınmış “Opel Vito” minik markalı **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobil Şahid1 qaytarılması nəzərə alınmalı , 01 ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 02 günü azadlıqdan məhrum etmə cəzasının 01 gününə bərabər tutulmaqla 01 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən ona təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 02 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01 noyabr 2017-ci il tarixindən 27 aprel 2018-ci il tarixinədək həbsdə saxlanıldığı 05 ay 27 gün müddət nəzərə alınaraq, ona təyin edilmiş əsas cəza 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla onun üzərində, qəti olaraq 02 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 il 03 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut – 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə maddi sübut - “Opel Vito” markalı, **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobilin Şahid1 qaytarılması nəzərə alınsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 70 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə köçürülsün. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov Azərbaycan Respublikası Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi AZ-1008 ünvan 5 ünvanı: mailto:contact@narimanovcourt.gov.azElektron ünvan 29 avqust 2019-cu il № 1(005)- 313/2019 Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər prokurorluğunda dövlət ittihamının müdafiəsi üzrə şöbəsinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 avqust 2019-cu il tarixli 1(005)- 313/2019 saylı hökmünün surəti məlumat üçün Sizə göndərilir. Qoşma: Hökmün surəti. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-5/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-5/2024
15.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver