Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-50/2022 10.05.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı oğlunun, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum edilmiş, ali təhsilli, "xxxx" ASC-də hüquqşünas işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə Bakı şəhəri 9 saylı Vəkil Bürosunda vəkil fəaliyyəti ilə məşğul olduğu vaxt öz qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib sonuncunun qardaşı Şahid1 2017ci ilin avqust ayının 21-də törətdiyi yol-nəqliyyat hadisəsi faktına görə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına Suraxanı rayon Məhkəməsində məhkəmə baxışı zamanı xitam verdirəcəyi və Şahid1 heç bir cəza almayacağı adı ilə yalan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs 2017-ci ilin dekabr ayının əvvəllərində Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsi məhəllə 1969, ev 17, 7 saylı mənzildə 12000 manatı ələ keçirib, Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək qeyd edib ifadəsində göstərmişdir ki, o, 2012-ci ilin may ayından 2019-cu ilin yanvar ayınadək Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olmuş və 9 saylı Vəkil Bürosunun vəkili vəzifəsində işləmişdir Sonradan isə vəkillik fəaliyyətinə xitam verilmişdir. Şahid1 Suraxanı RPİ-nin İstintaq Şöbəsində tanımışdır. Belə ki, Şahid1 2017-ci ilin avqust ayında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətmiş və buna gönə Suraxanı RPİ-nin İstintaq Şöbəsində barəsində başlanılmış cinayət işi üzrə o, dövlət hesabına Şahid1 müdafiəçisi qismində iştirak etmişdir Sonradan Şahid1 Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün aidiyyəti üzrə Suraxanı Rayon Məhkəməsinə göndərilmiş və həmin iş hakim Zülfüqar Sadiqovun icraatına verilmişdir. Məhkəmə baxışı zamanı da Şahid1 dövlət hesabına müdafiəçisi qismində o, dəvət edilmiş və həmin işdə müdafiəçi qismində iştirak etmişdir. Suraxanı Rayon Məhkəməsinin 17 may 2018-ci il tarixli hökmü ilə Şahid1 Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum edilməklə 04 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Sonradan isə Nazim və ailə üzvləri onların işini həll edəcəyi adı ilə vəd verib pullarını almağı ilə bağlı barəsində şikayət etmişlər. O, məhkəmə zamanı Nazimə və ailə üzvlərinə lazım olan hüquqi yardımı Nazimə edəcəyini və bacardığı qədəri ilə yüngül cəza alması üçün hüquqi köməklik göstərəcəyini vəd etmişdir. Tutduğu əməldən peşmandır. Hazırda zərər çəkmiş şəxslə barışmışdır, onların şikayət və tələbi yoxdur. Həmçinin vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmişdir. Barəsində olan cinayət işinə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəsində bildirmişdir ki, 2017-ci ilin avqust ayında qardaşı Şahid1 aeroport yolunda yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə piyada olan 70 yaşlı qadın vəfat etmişdir. Həmin faktla bağlı Suraxanı RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanılmış və qardaşı Şahid1 həmin cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilən zaman hüquqlarının müdafiəsi üçün dövlət hesabına 9 saylı Hüquq Məsləhətxanasının vəkili Təqsirləndirilən şəxs təyin edilmişdir. Suraxanı RPİ-nin İŞ-də istintaq yekunlaşmış və cinayət işi baxılması üçün Suraxanı Rayon Məhkəməsinə gödərilmişdir. Cinayət işi Suraxanı Rayon Məhkəməsində də olan zaman qardaşı Şahid1 hüquqlarının müdafiəsi üçün dövlət hesabına 9 saylı Hüquq Məsləhətxanasının vəkili Təqsirləndirilən şəxs yenə də müdafiəçi qismində təyin edilmişdir. Həmin ərəfədə Təqsirləndirilən şəxs ona və ailə üzvlərinə qardaşı Nazimin günahı olmadığı üçün qardaşı Nazimin işini Suraxanı Rayon Məhkəməsində xitam etdirəcəyini, heç bir cəza almayacağını, tərcümeyi halı ləkələnməyəcəyini bildirmişdir. O, anası, atası və ailəvi dostları Cəfərov X3 onlara bu işdə köməklik etməsini xahiş etmişlər. Bir müddət sonra Mais yenidən onlarla görüşüb işlə maraqlandığını və bu işi məhkəmədə xitam etdirmək üçün 12000 manat pul istənildiyini bildirmişdir. Mais pulu kimin istəməsini onlara bildirməmişdir. Bu barədə soruşsalar da özü bu işi həll edəcəyini, hər şeyə cavabdeh özü olduğunu, məhkəmədə qardaşının işini xitam etdirəcəyini və heç bir cəza almayacağını söyləmişdir. Verməyəcəkləri təqdirdə qardaşı Nazimin 2 ildən 6 ilədək həbs cəzası alacağını söyləmişdir. O və ailə üzvləri, yəni atası Rasim, anası Mətanət və ailəvi dostları Ağakərim Maisin sözünə inanmışlar və Maisin təklifi ilə razılaşmışlar. 2017-ci ilin dekabr ayının əvvəllərində o, atası Şahid3, anası Şahid4, ailəvi dostları Şahid2 və qonşuları, habelə ailəvi dostları Sədiqə Əfəndiyevanın iştirakı ilə yaşadıqları Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsi məhəllə 1969, ev 17, mənzil 7 ünvanında Təqsirləndirilən şəxs əlbəəl 12000 manat pul vermişdir. Həmin pullar ona məxsus olmuşdur. Bundan sonra məhkəmə prosesi başlamış və məhkəmə bir neçə ay davam etmişdir. Onlar Maisdən məhkəmənin nəyə görə bu qədər uzandığını soruşduqda narahat olmamalarını, prosedurun bu qaydada olduğunu bildirmişdir. Sonuncu məhkəmə prosesindən 1 gün əvvəl Mais onların evinə gəlmiş və artıq hər şeyin həll olunduğunu, səhərisi günü məhkəmədə qardaşının işinin xitam olunacağını və heç bir cəza almayacağını söyləmişdir. Həmin vaxtı o, Türkiyə Respublikasında olsa da bu barədə ona anası və atası zəng edərək bildirmişlər. Lakin 17 may 2018-ci ildə Suraxanı rayon məhkəməsində baş tutmuş proses zamanı hakim Zülfüqar Sadiqovun hökmü ilə qardaşı Şahid1 Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum edilərək cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 4 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və qardaşı məhkəmə zalında həbs edilmişdir. Məhkəmə bitdikdən sonra Maisdən bunun səbəbini ailə üzvləri soruşmuş və Mais isə işi həll edə bilmədiyini, buna görə axşam gətirib 12000 manatı qaytaracağını söyləmişdir. Lakin, həmin günü axşam işlərinin çıxmasını bəhanə edərək gəlməmişdir. Təxminən 10-15 gün sonra Mais həmin puldan onlara Şahid2 vasitəsi ilə 1000 manat pul vermiş, yerdə qalan pulu da verəcəyini söyləmişdir. Sonradan isə Mais pulu verməkdən imtina etmiş və onlardan qaçmağa başlamışdır. Buna görə o, məcbur olub xx.xx.2019-cu ildə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Sonda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 2017ci ilin avqust ayında aeroport yolunda törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində piyada qadın vəfat etmiş və həmin faktla bağlı Suraxanı RPİ-nin istintaq Şöbəsində cinayət işi başlanılmışdır. O, həmin cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilən zaman hüquqlarının müdafiəsi üçün dövlət hesabına 9 saylı Hüquq Məsləhətxanasının vəkili Təqsirləndirilən şəxs təyin edilmişdir. Suraxanı RPİ-nin İŞ-də istintaq yekunlaşmış və cinayət işi baxılması üçün Suraxanı Rayon Məhkəməsinə gödərilmişdir. Cinayət işi Suraxanı rayon Məhkəməsində də olan zaman hüquqlarının müdafiəsi üçün dövlət hesabına 9 saylı Hüquq Məsləhətxanasının vəkili Təqsirləndirilən şəxs yenə də müdafiəçi qismində təyin edilmişdir. Məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs ona və ailə üzvlərinə bildirmişdir ki, onun günahı olmadığı üçün Suraxanı rayon məhkəməsində barəsində, olan cinayət işini xitam etdirəcək və heç bir cəza almayacaqdır. Buna görə də atası Rasim, anası Mətanət, bacısı Aysel və o, Maisdən ona bu işdə köməklik etməsini xahiş etmişlər. Bir müddət sonra Mais yenidən onlarla görüşüb işlə maraqlandığını və bu işi məhkəmədə xitam etdirmək üçün 12000 manat pul istənildiyini bildirmişdir. Mais pulu kimin istəməsini onlara bildirməmişdir. Bu barədə soruşsalar da, özü bu işi həll edəcəyini, hər şeyə cavabdeh özü olduğunu, məhkəmədə onun işini xitam etdirəcəyini və heç bir cəza almayacağını söyləmişdir. Verməyəcəkləri təqdirdə onun 2 ildən 6 ilədək həbs cəzası alacağını söyləmişdir. O və ailə üzvləri Maisin sözünə inanmışlar və Maisin təklifi ilə razılaşmışlar. Buna görə də 2017-ci ilin dekabr ayının əvvəllərində bacısı Aysel atası Rasimin, anası Mətanətin, ailəvi dostları Şahid2 və qonşuları Sədiqə Əfəndiyevanın iştirakı ilə yaşadıqları Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsi məhəllə 1969, ev 17, mənzil 7 ünvanında Təqsirləndirilən şəxs 12000 manat pul vermişdir. Pul verilən vaxtı o, evdə olmasa da bu barədə ona ailə üzvləri bildirmişlər. Sonrakı proseslərdə də Mais özü onunla danışan zaman narahat olmamağını bildirmişdir. Bundan sonra məhkəmə prosesi başlamış və məhkəmə bir neçə ay davam etmişdir. Onlar Maisdən məhkəmənin nəyə görə bu qədər uzandığım soruşduqda narahat olmamalarını, prosedurun bu qaydada olduğunu bildirmişdir. Sonuncu məhkəmə prosesindən 1 gün əvvəl Mais onların evinə gəlmiş və artıq hər şeyin həll olunduğunu, səhərisi günü məhkəmədə onun işinin xitam olunacağını və heç bir cəza almayacağını söyləmişdir. Lakin, 17 may 2018-ci ildə Suraxanı Rayon Məhkəməsində baş tutmuş proses zamanı hakim Zülfüqar Sadiqovun hökmü ilə o, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum edilərək cəzam məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 4 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və məhkəmə zalından həbs edilmişdir. O, həbs olunduqdan sonra artıq bu işdən məlumatsız olmuş və maraqlanmamışdır. Elə hesab etmişdir ki, Mais aldığı pulu ailə üzvlərinə qaytarmışdır. 2021-ci ilin mart ayının 18-də o, ölkə rəhbəri tərəfindən əfv olunaraq azadlığa çıxmışdır. Evə gəldikdən sonra ona məlum olmuşdur ki, Mais onlardan aldığı 12000 manat pulu bu günədək geri qaytarmamışdır. Buna görə də o və bacısı Aysel yenidən şikayət etməyə başlamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Rasimin oğlu Nazim 2017-ci ilin yay aylarında yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə piyada vəfat etmişdir. Həmin faktla bağlı Suraxanı RPİ-də cinayət işi qaldırılmışdır. O da ailəvi dostları kimi Nazimin işi ilə maraqlanmışdır. Buna görə dəfələrlə Nazimin özü və atası ilə, habelə ailə üzvləri ilə aralarında Nazimin işinə köməklik məqsədi ilə danışıqlar olmuşdur. Həmin ərəfədə Nazimin barəsində olan cinayət işi üzrə dövlət hesabına vəkil təyin edilmişdir. Həmin vəkil 9 saylı Hüquq Məsləhətxanasının vəkili Təqsirləndirilən şəxs olmuşdur. İstintaq zamanı da o, Nazimlə birlikdə dəfələrlə Maislə danışıb görüşmüşlər, hətta görüşlərində Nazim Maisə göstərdiyi xidmətə görə 500 manat pul da vermişdir. Sonradan cinayət işi üzrə istintaq yekunlaşmış və cinayət işi baxılması üçün Suraxanı Rayon Məhkəməsinə gödərilmişdir. Cinayət işi Suraxanı Rayon Məhkəməsində də olan zaman Nazimin hüquqlarının müdafiəsi üçün dövlət hesabına 9 saylı Hüquq Məsləhətxanasının vəkili Təqsirləndirilən şəxs yenə də müdafiəçi qismində təyin edilmişdir. Məhkəmə zamanı o və Rasimin ailə üzvləri dəfələrlə Maisdən bu işin necə olacağını soruşan zaman Nazimin günahı olmadığı üçün Nazimin işini Suraxanı rayon məhkəməsində xitam etdirəcəyini, heç bir cəza almayacağını, tərcümeyi halı ləkələnməyəcəyini bildirmişdir. Buna görə onlar Maisdən bu işdə köməklik etməsini xahiş etmişlər. Çünki qorxurmuşlar ki, Nazim məhkəmədə həbs olunar. Bir müddət sonra Mais yenidən onlarla görüşüb işlə maraqlandığını və bu işi məhkəmədə xitam etdirmək üçün 12000 manat pul istənildiyini bildirmişdir. Mais pulu kimin istəməsini onlara bildirməmişdir. Bu barədə soruşsalar da özü bu işi həll edəcəyini, hər şeyə cavabdeh özü olduğunu, məhkəmədə Nazimin işini xitam etdirəcəyini və heç bir cəza almayacağını söyləmişdir. Hətta danışıq vaxtı Mais Rasim və ailə üzvlərinə bildirmişdir ki, pulu verməyəcəkləri təqdirdə Nazimin 2 ildən 6 ilədək həbs cəzası gözləyir və məhkəmədə həbs olunacaqdır. Buna görə Rasim və ailə üzvləri, habelə o, Maisin sözünə inanmışlar və Rasim Maisin təklifi ilə razılaşmışlar. 2017-ci ilin dekabr ayının əvvəllərində Rasim onu yaşadıqları evə dəvət etmişdir ki, Maisə pul verilən zaman o da iştirak etsin. Buna görə onların Nərimanov rayonu, A.M.Cümə küçəsində yaşadıqları evə getmişdir. Evdə olan zaman Mais gəlmiş və Rasimin qızı Aysel onun, atası Rasimin, anası Mətanət, ailəvi dostları olan Sədiqə adlı qadının iştirakı ilə Təqsirləndirilən şəxs 12000 manat pul vermişdir. Bundan sonra məhkəmə prosesi başlamış və məhkəmə bir neçə ay davam etmişdir. Lakin, 17 may 2018ci ildə Suraxanı Rayon Məhkəməsində baş tutmuş proses zamanı Şahid1 Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum edilərək cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 4 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Nazim məhkəmə zalında həbs edilmişdir. Məhkəmə bitdikdən sonra Maisdən bunun səbəbini soruşduqda Mais işi həll edə bilmədiyini, buna görə axşam gətirib 12000 manatı qaytaracağını söyləmişdir. Bundan sonra o, dəfələrlə Maislə danışıb düzgün hərəkət etmədiyini, onların həmin pulu min bir əziyyətlə tapıb ona verdiklərini, ağsaqqal kimi bu işin böyüməsini istəmədiyini və buna görə gətirib pulu verməsini tələb etmişdir. Mais isə onunla danışan zaman hər dəfəsində müxtəlif bəhanələr gətirərək vaxtı uzadırmış. Hətta o, bir neçə dəfə Maisə zəng vurub heç olmasa pulu hissə-hissə verməsini də bildirmişdir. O, Maisdən pulu tələb etdiyi üçün həmin puldan ona 1000 manat qaytarmış, o da həmin pulu aparıb Rasimə vermişdir. Yerdə qalan 11000 manatı geri almaq üçün dəfələrlə Maisə o, özü yığıb danışsa da hər dəfəsində vaxtı uzatmışdır. O, Maisin onları aldatdığını başa düşüb qərara gəlmişdir ki, Maislə olan danışıqlarını yazsın ki, sabah həmin pulu inkar edə bilməsin. Sonradan Mais pulu vermədiyinə görə Aysel bu barədə DİN-nə məlumat vermiş və ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və Şahid4 Şahid2 göstərdiyi xüsusatları yəsdiq edərək eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 4.000 manat cərimə cəzasına məhkum edilmişdir. “Tutma haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsi barədə” 10 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair Nərimanov RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, Elşən Zamanov tərəfindən verilmiş vəsatətinin müdafiəsindən imtina edilmişdir. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 10 sentyabr 2021-ci il tarixli qərardan və eyni tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxs 08 fevral 2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan ödənilmişdir. Hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. "xxxx" ASC-nin vasitəsi ilə ödənilmiş ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 3.000 manat dövlət büdcəsinə ödənilmişdir Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi, özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla ələ keçirməklə törədildikdə – dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın zərərçəkmiş şəxsə tamamilə ödənilməsini, zərərçəkmiş şəxslə barışmasını, həmçinin təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş edilməsini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs hazırda Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə ittiham olunan əməllərə görə cinayət məsuliyyətindən azad edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin: 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır; 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Odur ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvədən düşmüş sayılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 25 saata görə 150 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxsnın Azərbaycan Respublikası CM-in 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət təqibinə cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvədən düşmüş sayılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 25 saata görə 150 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan edildiyi və ya alındığı gündən 20 gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan elan edildiyi və ya alındığı gündən 20 gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-50/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-50/2022
10.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver