Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-50/2023 22.02.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Füzuli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib sonuncuya əvvəlcə “Hyundai Elantra” markalı avtomobil, sonra isə “Hyundai Elantra” markalı avtomobillə yanaşı “Kia Sportage” və “Mitsubishi Pajero” markalı avtomobilləri alacağına dair yalan vəd verib aldatmaqla, vahid niyyətlə əhatə olunan qəsdlə, 2021-ci ilin mart ayından hissə-hissə olmaqla sonuncu dəfə 2021-ci ilin dekabr ayında 400 manat pulu ünvan 2 ünvanda yerləşən "xxxx" MMC-in yaxınlığında almaqla ümumilikdə 24.000 manat məbləğində pulu ələ keçirərək Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2019-cu ilin oktyabr ayında Fəxrəddin Eyvazovla tanış olmuşdur. Aralarında olan danışıq zamanı Fəxrəddin Eyvazov hərrac yolu ilə münasib qiymətə avtomobil uda bildiyi barədə ona demişdir. Bu iş onda maraq yaratdığı üçün bu barədə maraqlanmış və o da, hərrac yolu ilə avtomobil əldə etmək istəməyini bildirmişdir. Bundan sonra 2020-ci il ərzində ümumilikdə Fəxrəddin Eyvazova 30.000 manat pul vermişdir. Həmin pulun qarşılığında Fəxrəddin Eyvazov ona 6 avtomobil verməliymiş. O, həmin avtomobilləri satmaq məqsədi ilə 2021-ci ilin fevral ayında Zərərçəkmiş şəxsla birlikdə olarkən bu barədə bildirmişdir. Zərərçəkmiş şəxs da, ona avtomobil almaq istəməyini bildirmişdir. O isə Zərərçəkmiş şəxs köməklik edə biləcəyini bildirmişdir. Bundan bir neçə gün sonra Samir onunla əlaqə saxlayaraq “Hyundai Elantra” markalı avtomobil barədə maraqlanmışdır. O da, “Hyundai Elantra” markalı avtomobili 13.800 manat qarşılığında ala biləcəyini bildirmişdir. Bundan sonra onlar 2021ci ilin mart ayında Xətai metrostansiyasının yaxınlığında görüşmüşlər. Bu zaman o, Samir X3 vermiş olduğu hərrac sənədini təqdim etmiş və Samir həmin sənədi imzalamış, o isə sənədi Fəxrəddin Eyvazova vermişdir. Sənədi təqdim edən zaman isə Zərərçəkmiş şəxs ilkin ödəniş olaraq 10 faiz, yəni 1.300 manat daha sonra isə 3 ay ərzində digər sənədləşmə işləri üçün hissə-hissə olmaqla ümumilikdə 13.200 manat pul almışdır. Həmin vaxt sənədləşmə işlərində gecikmə olduğundan Samirlə arasında gərginlik yaranmışdır. O, Samir Kərmova narahat olmamağını bu məsələni Fəxrəddin Eyvazovun vasitəsi ilə qısa zaman ərzində həll edəcəyini bildirmişdir. Hətta narahatçılığı aradan qaldırmaq məqsədi ilə Zərərçəkmiş şəxsla Fəxrəddin Eyvazovu telefon vasitəsi ilə danışdırmışdır. 2021-ci ilin yay aylarında isə Fəxrəddin Eyvazovdan 39 avtomobil almaq məqsədi ilə ümumilikdə 127.000 manat pul ödəmişdir. Zərərçəkmiş şəxs isə bu barədə bildirəndə Zərərçəkmiş şəxs “Hyundai Elantra” markalı avtomobili deyil, “Kia Sportage” və “Mitsubishi Pajero” markalı avtomobilləri istəmişdir. O, avtomobilləri hərrac yolu ilə ucuz qiymətə alacağından Zərərçəkmiş şəxsla həmin avtomobilləri 24.000 manat qarşılığında satacağı barədə razılaşmışlar. Zərərçəkmiş şəxs da, həmin məbləğdə pulu ona hissə-hissə olmaqla vermişdir. Sonuncu dəfə 400 manat pulu isə 2021-ci ilin dekabr ayında Nərimanov rayonu, H.Əliyev prospekti 2 saylı ünvanda yerləşən "xxxx" MMC-in yaxınlığında almışdır. Əlavə olaraq qeyd etmişdir ki, o, Zərərçəkmiş şəxs 9.000 manat aldıqdan sonra “Hyundai Elantra” markalı avtomobili almaqda kömək edə bilmədiyi üçün 4.500 manat pulunu geri qaytarmışdır. Lakin, sonra Zərərçəkmiş şəxs yenidən pulu ona qaytarmışdır. Zərərçəkmiş şəxs ona ümumilikdə 24.000 manat pul vermişdir. Lakin, sənədləşmə işlərində yaranmış çətinliklə əlaqədar olaraq o, həmin avtomobilləri əldə edə bilməmişdir. Bu səbəbdən də, hal-hazırkı vaxtadək Zərərçəkmiş şəxs “Kia Sportage” və “Mitsubishi Pajero” markalı avtomobilləri verə bilməmişdir. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini bildirərək zərərçəkmiş şəxslərlə barışdığını, vurulmuş ziyanın zərərçəkmiş şəxsə tam ödənildiyini, eləcə də cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini nəzərə alaraq cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2021-ci ilin fevral ayında Təqsirləndirilən şəxs iflas olmuş bir şirkətin avtomobillərini yaxın bir tanışı vasitəsi ilə münasib qiymətə hərrac yolu ilə almaqda kömək edə biləcəyini bildirmişdir. O, “Hyundai Elantra” markalı avtomobil almaq istədiyini bildirmiş və həmin avtomobil barədə maraqlanmışdır. Elvin də, ona “Hyundai Elantra” markalı avtomobili 13.800 manat qarşılığında ala biləcəyini bildirmişdir. Bundan sonra onlar 2021-ci ilin mart ayında Xətai metrostansiyasının yaxınlığında görüşmüşlər. Bu zaman Elvin ona hərrac sənədi imzalatmış, qarşılığında isə ilkin ödəniş olaraq 2.525 manat pul almışdır. Bundan bir neçə gün sonra Elvin ona həmin hərrac sənədlərinin şəklini “WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə göndərək bildirmişdir ki, o, artıq “Hyundai Elantra” markalı avtomobili udmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs ona müxtəlif bəhanələr gətirərək ondan hissə-hissə olmaqla ümumilikdə 12.000 manat pul almışdır. Sonra isə Elvin ona verdiyi vədə əməl etmədiyi üçün aralarında gərginlik yaranmışdır. Həmin vaxt Elvin ona narahat olmamağını bu məsələni X1 təqdim etdiyi şəxs vasitəsi ilə qısa zaman ərzində həll edəcəyini bildirmişdir. Bu səbəbdən o, X5 ilə Təqsirləndirilən şəxs aldığı, ***- ***-**-** saylı mobil nömrə vasitəsi ilə əlaqə saxlamışdır. Aralarında olan danışıqlar zamanı X5 pulu Təqsirləndirilən şəxs aldığını bu səbəbdən ondan tələb etməyini bildirmişdir. Bundan başqa X5 məsələnin qısa müddət ərzində həll olunacağını bildirmişdir. Onların danışıqlarından sonra hətta Elvin “Hyundai Elantra” markalı avtomobili 13.200 manata alacağını bildirmişdir. Lakin, Elvin yenə də, vədinə əməl etməyərək onu aldatmışdır. 2021ci ilin yay aylarında isə Elvin ona yenə müxtəlif bəhanələr gətirərək X4 gördüyü işlərin qarşılığında ümumilikdə 39 avtomobil verəcəyini, Elvin də ona həmin zaman sənədləşmə işləri üçün pul lazım olduğunu bu səbəbdən ondan yenə müxtəlif məbləğlərdə hissə-hissə olmaqla əvvəlcə vermiş olduğu pullarla bir yerdə ümumilikdə 24.000 manat pul vermişdir. Bunun qarşılığında isə Elvin ona “Hyundai Elantra” markalı avtomobillə yanaşı “Kia Sportage” və “Mitsubishi Pajero” markalı avtomobilləri də, verməliymiş. Əlavə olaraq qeyd etmişdir ki, o, Təqsirləndirilən şəxs 9.000 manat verdikdən sonra Elvin ona “Hyundai Elantra” markalı avtomobili almaqda kömək edə bilmədiyi üçün o, pulunu geri tələb etmişdir. Təqsirləndirilən şəxs da, ona 4.500 manat geri qaytarıb məsələnin artıq həll olunmasına onu inandıraraq pulu yenidən geriyə almışdır. O, Təqsirləndirilən şəxs ümumilikdə 24.000 manat pul vermişdir. Sonuncu dəfə 400 manat pulu isə 2021-ci ilin dekabr ayında işlədiyi Nərimanov rayonu, H.Əliyev prospekti 2 saylı ünvanda yerləşən "xxxx" MMC-in yaxınlığında vermişdir. Sonda Zərərçəkmiş şəxs hazırda təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş maddi ziyanın tamamilə ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin 6-7-ci vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin təhqiqatçısı X6 Azərbaycan Respublikası CPM-nin 51, 236.1, 236.9-cu maddələrinin tələblərinə əsasən həmin protokolu ondan ötrü tərtib etmişdir ki, Zərərçəkmiş şəxs müraciəti əsasında hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olundu: Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti 2 ünvanda yerləşən "xxxx"in həyətində baxış keçirdim. Qeyd olunan yer H.Əliyev prospekti ilə Koroğlu metrosu istiqamətində hərəkət edərkən yolun sağ tərəfində yerləşir. Otelin girişindən həyətə daxil olduqda sol tərəfdə hündür divar, onun arxasında isə yaşıllıq ərazisi vardır. Yolla yuxarı hərəkət etdikdə sol tərəfdə otelin binası yerləşir. Girişdə ortada mühafizəçi məntəqəsi, hər iki tərəfdə isə şlaqbaun vardır. Həyətə daxil olduqda sağ tərəfə doğru uzanan hasarın uzunluğu boyunca ağaclar əkilmişdir. Oteldən sağ tərəfdə isə geniş meydança avtomaşınların parklaması üçün yer vardır. Vətəndaş Zərərçəkmiş şəxs girişə yaxın yerdə Elvin adlı şəxsə avtomobil almaq üçün 24.000 AZN pul verdiyini, lakin aldadıldığını bildirdi. Baxış gündüz vaxtı keçirildi və “02” ədəd fotoşəkil çəkildi. Cinayət işinin 28-ci vərəqində olan “Diskə baxış keçirilməsi barədə” 04 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi X10 icraatında olan Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə ibtidai istintaqı aparılan ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 85-ci maddəsini rəhbər tutaraq həmin Məcəllənin 51 və 236-cı maddələrinə əsasən və göstərilən maddələrin tələblərinə riayət etməklə iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmaq məqsədi ilə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən qeydə alınmış Təqsirləndirilən şəxs ilə danışığının olduğu 01 ədəd DVD-R formatlı diskə Nərimanov RPİ-nin inzibati binasının 36 nömrəli xidməti otağında «HP 201 lx» markalı kompyuter vasitəsilə baxış keçirtmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, diskin üzərində əlyazma ilə «Təqsirləndirilən şəxs» sözləri yazılmışdır. «HP 2011x» kompyuter vasitəsilə diskdə olan səs yazılarını dinləyərkən müəyyən olunmuşdur ki, danışıqlar yalnız Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında olmuşdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs müxtəlif bəhanələr gətirməklə vaxt qazanmışdır. Təqsirləndirilən şəxs bildirir ki, nə üçün barəmdə polisə şikayət etdin? 11 aydı gözləyirsən 1 həftədə gözlə məsələni həll eliyirəm. Narahat olma avtomobillər məndə deyil amma sənədləri hazırdı. Bir az səbirli ol yaxın günlərdə həll edəcəm. Fəxrəddin cəmi mənə 5.000 ABŞ dolları pul verib. Lap istiyirsənsə gəl sənin pulunu qaytarım. Geci gələn həftə, məsələni həll eliyim, biz daha qurtaraq. Diskə baxışı gündüz vaxtı, otaq şəraitində «HP 201 lx» markalı kompyuter vasitəsilə aparılmaqla saat 16:00-da başa çatmışdır. Cinayət işinin 29-cu vərəqində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 41-ci vərəqində olan “Axtarışda olan şəxsin tutulmasına dair” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq 18-ci PŞnə gəlmiş və istintaq hərəkətlərinin aparılması üçün Nərimanov RPİ-nin İŞ-nə təhvil verilmişdir. Cinayət işinin 96-97-ci vərəqələrində olan “Qətimkan tədbirinin seçilməsi haqqında” 28 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 106-116-cı vərəqələrində olan “Sübutların qiymətləndirilməsi haqqında” 01 iyul 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs tərəfindən qeydə alınmış Təqsirləndirilən şəxs ilə danışığının olduğu 01 ədəd DVD-R formatlı diskin iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması və həmin diskin saxlanılması üçün cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)- 441/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin dəyişdirilərək “həbs” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Nərimaov RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2023-cü il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. Zərərçəkmiş şəxs tərəfindən yazılmış İddia ərizəsindən görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barədə həmin maddənin sanksiyasında nəzərdə tutulan son həddə cəza təyin etməklə, cinayət yolu ilə ondan aldığı 22000 manat, vurduğu mənəvi zərərə görə 3000 manat və məhkəmənin hesabına dövlət rüsumu olaraq ödədiyi 165 (yüz altmış beş) manat olmaqla ümumilikdə 25,165 manat pulun alınaraq ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən yazılmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı heç bir iddiası yoxdur. Həmçinin heç bir şikayət və tələbi yoxdur. Ona dəymiş maddi ziyan tam ödənilmişdir. Vermiş olduğu mülki iddiadan tamamilə imtina edir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli 2020 nömrəli qəbzindən görünür ki, Təqsirləndirilən şəxs X2 hesabına 6006,00 AZN ödəniş etmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini dinləyib, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf etməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 178.2.4-cü maddəsinə əsasən eyni əməllər təkrar törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2, 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsini, həmçinin cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsini və işin digər hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq olunmaqla, onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işinin icraatına xitam verilməsi məqsədəuyğundur. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur; Azərbaycan Respublikası CPM-nin 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır; Azərbaycan Respublikası CPM-nin 346.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında cinayət məsuliyyətindən azad etmə üçün əsasların olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmasını və zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsini, həmçinin cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsini, qanunvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işinin icraatına xitam verilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli, o məhkəmə iclas zalından dərhal həbsdən azad edilməlidir. İş üzrə maddi sübut olan 01 ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Mülki iddiaya gəldikdə məhkəmə qeyd edir ki, Zərərçəkmiş şəxs məhkəmə baxışı zamanı mülki iddia ərizəsi təqdim edərək Təqsirləndirilən şəxs onun xeyrinə cinayət yolu ilə ondan aldığı 22000 manat, vurduğu mənəvi zərərə görə 3000 manat və məhkəmənin hesabına dövlət rüsumu olaraq ödədiyi 165 (yüz altmış beş) manat olmaqla ümumilikdə 25,165 manat məbləğində pulun tutulmasını xahiş etmişdir. Bundan sonra Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır. Təqsirləndirilən şəxs qarşı heç bir iddiası yoxdur. Həmçinin heç bir şikayət və tələbi yoxdur. Ona dəymiş maddi ziyan tam ödənilmişdir. Vermiş olduğu mülki iddiadan tamamilə imtina edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 179.2-ci maddəsinə əsasən, mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər; 183.3-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır. 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. 354.1-ci maddəsinə əsasən, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi; iddianın rədd edilməsi; iddianın baxılmamış saxlanması barədə qərarlardan biri əks etdirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa bu hal icraata xitam verilməsi üçün əsasdır. Məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs məhkəmə baxışı zamanı məhkəməyə ərizə təqdim edərək mülki iddiadan imtina etdiyindən və bu imtina məhkəmə tərəfindən qəbul edildiyindən verilmiş mülki iddia üzrə icraata xitam verilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək müdafiəçinin hesabatında qeyd edilmiş məbləğin ağlabatan olmaması qənaətinə gəlir. Belə ki, məhkəmədə müəyyən edildi ki, Müdafiəçi 08 avqust 2022-ci il – 22 fevral 2023-cü il tarixlərdə keçirilmiş 10 məhkəmə iclaslarında iştirak etmiş, iş materialları ilə tanış olmaq vaxtı ilə birlikdə Təqsirləndirilən şəxs müdafiəsi üçün 35 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 35 (otuz beş) iş saatına görə 210 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Arbitrium” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43, 344-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Mülki iddia üzrə icraata xitam verilsin. İş üzrə maddi sübut olan 01 ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılsın. “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 35 (otuz beş) iş saatına görə 210 (iki yüz on) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Arbitrium” Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə qərar qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-50/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-50/2023
22.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver