Məhkəmə qərarları › İş №1(005)-50/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-50/2024

11.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-50/2024 11.01.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri “UNİVERSAL” vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1992-ci il tarixdə İmişli rayonu, Yalavac kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, ailəli, orta təhsilli, məhkum olunmamış, İmişli rayonu, Yalavac kəndincə qeydiyyatda olan, Bakı şəhəri, Nərimanov rayonu, X16 küçəsi ev 15 “B" mənzil 21 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 162-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X13 Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınmış, Təqsirləndirilən şəxs ********** nömrəli vergi ödəyicisinin eyniləşdirmə nömrəsində (bundan sonra VÖEN) istifadə etməklə, ünvan 2 ünvanında yerləşən "MİRROR” restoranında sahibkarlıq fəaliyyətini həyata keçirərək, işəgötürən kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda, yəni - 20 nəfər işçini müxtəlif işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmişdir. Belə ki, əmək müqaviləsi bağlamadan haqqı ödənilməklə 27 sentyabr 2021-ci il tarixdən 12 oktyabr 2021-ci il tarixədək Zərərçəkmiş şəxs10 "qabyuyan" vəzifəsində, 10 oktyabr 2021-ci il tarixdən 12 oktyabr 2021 -ci il tarixədək Zərərçəkmiş şəxs8 xadiməçi” vəzifəsində, 15 sentyabr 2021 -ci il tarixdən 12 oktyabr 2021 -ci il tarixədək Zərərçəkmiş şəxs11 "inzibatçı" (administrator) vəzifəsində, 28 sentyabr 2021 -ci il tarixdən 12 oktyabr 2021 -ci il tarixədək Zərərçəkmiş şəxs5 “kassir" vəzifəsində, 20 sentyabr 2021 -ci il tarixdən 12 oktyabr 2021-ci il tarixədək Zərərçəkmiş şəxs2 “aşbaz köməkçisi” vəzifəsində, 18 sentyabr 2021-ci il tarixdən 12 oktyabr 2021-ci il tarixədək Zərərçəkmiş şəxs3 “ofisiant" vəzifəsində, 06 oktyabr 2021-ci il tarixdən 12 oktyabr 2021-ci il tarixədək Zərərçəkmiş şəxs7 aşbaz köməkçisi” vəzifəsində, 07 oktyabr 2021-ci il tarixdən 12 oktyabr 2021-ci il tarixədək Zərərçəkmiş şəxs9 “xadiməçi” vəzifəsində, 09 oktyabr 2021-ci il tarixdən 12 oktyabr 2021-ci il tarixədək Zərərçəkmiş şəxs6 “aşbaz köməkçisi" vəzifəsində, 12 oktyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs4 “ofisiant” vəzifəsində, 15 sentyabr 2021-ci il tarixdən 12 oktyabr 2021-ci il tarixədək Zərərçəkmiş şəxs17 “barmen” vəzifəsində, 25 sentyabr 2021-ci il tarixdən 12 oktyabr 2021-ci il tarixədək Zərərçəkmiş şəxs1 “ofisiant" vəzifəsində, 23 sentyabr 2021ci il tarixdən 12 oktyabr 2021-ci il tarixədək X1 “xadiməçi” vəzifəsində, 15 sentyabr 2021-ci il tarixdən 12 oktyabr 2021-ci il tarixədək Zərərçəkmiş şəxs16 "baş aşbaz" vəzifəsində 15 sentyabr 2021-ci il tarixdən 12 oktyabr 2021-ci il tarixədək Zərərçəkmiş şəxs18 "baş aşbaz" vəzifəsində, 15 sentyabr 2021-ci il tarixdən 12 oktyabr 2021-cı il tarixədək Zərərçəkmiş şəxs19 "ofisiant" vəzifəsində, 27 sentyabr 2021-ci il tarixdən 12 oktyabr 2021-ci il tarixədək Zərərçəkmiş şəxs12 "inzibatçı" vəzifəsində, 10 oktyabr 2021-ci il tarixdən 12 oktyabr 2021-ci il tarixədək Zərərçəkmiş şəxs13 “aşbaz” vəzifəsində, 12 oktyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs14 "musiqiçi" vəzifəsində və 09 oktyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs15 "musiqiçi" vəzifəsində işlətməklə, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda, yəni - 20 (iyirmi) nəfər işçini müxtəlif işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmişdir. Beləliklə də, Təqsirləndirilən şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikasının CM-nin 162-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 162-1.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 08 sentyabr 2021-ci il tarixdə, ********** nömrəli VÖEN-lə uçota alınmış, sahibkarlıq fəaliyyəti ilə əlaqədar 15 sentyabr 2021-ci il tarixdə ünvan 3 ünvanında yerləşən 2 mərtəbəli qeyri-yaşayış obyektini X4 icarəyə götürərək aralarında icarə müqaviləsi bağlanmış və həmin obyektin adını "MİRROR” adlandırmışdir. 12 oktyabr 2021-ci il tarixdə vergi orqanı əməkdaşları tərəfindən sahibkarlıq fəaliyyəti göstərdiyi restoranda operativ vergi nəzarəti tədbiri həyata keçirilmiş, həmin tədbirdə iştirak etmiş, vergi orqanı əməkdaşları obyektə daxil olaraq qapıları bağlamaqla obyektdə yoxlama apardıqlarını, operativ vergi nəzarəti tədbirinin keçirilməsi haqqında qərar və çıxarış ona təqdim olunmuş, həmin sənədlərlə tanış olub imzalamışdır. Tədbir nəticəsində əmək müqaviləsi (konktratı) hüquqi qüvvəyə minmədən 20 nəfər şəxsin müxtəlif işlərə cəlb edilməsi faktının aşkar edilməsi müvafiq aktla rəsmiləşdirilmiş, tədbir zamanı Zərərçəkmiş şəxs5 adlı işçisinin qeyd olunan işçiləri sistemdə qeydiyyata aldığını, lakin AVİS və E-gov sistemində texniki problem olduğunu, vergi işçiləri işçilərə diktə ilə izahat yazdırmış, orada qeyd olunan 20 nəfər işçilərdən Zərərçəkmiş şəxs16 və Zərərçəkmiş şəxs18 onun qardaşları olduğunu, həmin gün onu görmək üçün obyektə gəldiklərini, Zərərçəkmiş şəxs14 və Zərərçəkmiş şəxs15 musiqiçi olduğunu onlarla iş görüşməsi üçün danışıqlar apardığını, Zərərçəkmiş şəxs12 taksi sürücüsü olduğunu, digər aşkar olunmuş işçilərin isə həmin gün iş görüşməsi üçün obyektə gəldiklərini bildirmişdir.12 oktyabr 2021-ci il tarixdə vergi nəzarəti tədbiri zamanı yazılan izahatda olan imzanın onun imzası olduğunu, həmin izahatın vergi orqanının əməkdaşlarının diktəsi ilə obyektdə kassir kimi işləyən Zərərçəkmiş şəxs5 tərəfindən onun əvəzinə yazıldığını, izahatda qeyd olunan sayda işçilərin olmadığını, Zərərçəkmiş şəxs18, Zərərçəkmiş şəxs16, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs8. Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs12la faktiki olaraq əmək müqaviləsinin mövcud olduğunu, yoxlama zamanı həmin sənədlərin ondan tələb edilmədiyini, yoxlamanın keçirilməsi haqqında qərar, çıxarış və sənədlərin təqdim olunması barədə tələbnaməni imza etsə də, həmin sənədlərin surətinin ona təqdim olunmadığını qeyd etmişdir. O, işsizlikdən sığorta, icbari tibbi sığorta haqlarını ödədiyini, zərərçəkmiş şəxslər ilə barışdığını, həmin zərərçəkmiş şəxslərin ona qarşı bir iddia və tələbləri olmadığını bildirərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etməmişdir. O, “MİRROR” restoranına elana baxdıqdan sonra iş görüşməsi üçün gəlmişdir. Ona 20 gün sonra işə başlayacaqlarını demişlər. Zərərçəkmiş şəxs8 Təqsirləndirilən şəxs ilə əmək müqaviləsi bağlamamış və rəsmi olaraq işləməmişdir. Vergi orqanın əməkdaşları həmin restorana gəldikləri gün onları çölə çıxmağa qoymamışlar. O, verginin əməkdaşları gəlib getdikdən sonra 1 ay orada işləmişdir. O, Təqsirləndirilən şəxs oraya gəldikdən sonra tanımışdır. “MİRROR” restoranına 2-3 dəfə gəlmişdir. Onun Təqsirləndirilən şəxs qarşı heç bir iddia və tələbi yoxdur. İbtidai istintaq zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində 10 oktyabr 2021-ci il tarixdə “MİRROR” restoranına Təqsirləndirilən şəxs tərəfindən işə cəlb olunduğunu, iş saatının 09:00-dan 19:00-a qədər davam etdiyini, günlük əmək haqqının isə 6 manat olmaqla Təqsirləndirilən şəxs tərəfindən ödənildiyini, 12 oktyabr 2021-ci il tarixdə vergi işçilərinin restorana daxil olaraq orada əmək müqaviləsi ilə bağlı yoxlama apardıqlarını, əmək müqaviləsi olmadan restoranda işlədiyini səmimi olaraq etiraf edərək izahat yazdığını, operativ vergi nəzarəti tədbiri zamanı onunla birlikdə digər şəxslərində əmək müqaviləsi bağlanmadan müxtəlif işlərin yerinə yetirilməsinə cəlb olunması faktının aşkar edildiyini, restoranda işləyənlərdən aşbaz kimi Zərərçəkmiş şəxs18 və xadiməçi kimi Zərərçəkmiş şəxs9 tanıdığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəni oxumadan imzalamış və onu təsdiq etməmişdir. Vergi əməkdaşları yoxlama aparan zaman o da orada olmuşdur. Zərərçəkmiş şəxs9 həmin gün ora getsə də orada işləməmişdir. Onunla Təqsirləndirilən şəxs arasında heç bir müqavilə bağlanmamışdır. O həmin gün iş üçün danışığa gəlmişdir. O, yeməkxanaya işə baxmaq üçün daxil olsa da heç bir iş görməmişdir. O, istintaqda izahat versə də işlədiyini yazmamışdır. Təqsirləndirilən şəxs qarşı heç bir iddia və tələbi olmadığını bildirmişdir. İbtidai istintaq zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində 09 oktyabr 2021-ci il tarixdə “MİRROR” restoranına işçi axtarılması barədə məlumat aldıqdan sonra həmin restorana yaxınlaşdığını, restoranın rəhbəri kimi tanıdığı Təqsirləndirilən şəxs tərəfindən xadiməçi kimi işə cəlb olunduğunu, iş saatının 09:00-dan 18:00-a qədər davam etdiyini, günlük əmək haqqının isə 15 (on beş) manat müəyyən olunduğunu, 12 oktyabr 2021-ci il tarixdə vergi işçilərinin restorana gələrək əmək müqaviləsi ilə bağlı yoxlama apardıqlarını, əmək müqaviləsi olmadan restoranda işləməyini səmimi olaraq etiraf etdiyini, operativ vergi nəzarəti tədbiri zamanı onunla birlikdə digər şəxslərində əmək müqaviləsi bağlanmadan müxtəlif işlərin yerinə yetirilməsinə cəlb edilməsi faktının aşkar edildiyini, restoranda işləyənlərdən aşbaz kimi Zərərçəkmiş şəxs18 və xadiməçi kimi Zərərçəkmiş şəxs8 tanıdığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 ifadəsində 2021-ci ilin oktyabr ayının əvvəlində sosial şəbəkədə “MİRROR" restoranına işçi qəbul olunduğu barədə elanı gördükdən sonra həmin restorana yaxınlaşdığını, restoranın sahibi Təqsirləndirilən şəxs tərəfindən 10 oktyabr 2021 -ci il tarixdən saat 09:00- dan həmin restoranda qabyuyan kimi işə cəlb olunduğunu, 12 oktyabr 2021-ci il tarixdə saat 16 radələrində restoranda iş başında olarkən Dövlət Vergi Xidmətinin işçilərinin restorana daxil olaraq orada yoxlama apardıqlarını, yoxlama zamanı restoranda işləməsi ilə bağlı vergi işçilərinə izahat yazdığını, restoranda Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs20 tandığını, əmək haqqının aylıq 250 (iki yüz əlli) manat olmaqla restoranın sahibi kimi tanıdığı Təqsirləndirilən şəxs tərəfindən əlbə-əl ödənildiyini bildirmişdir. Bundan əlavə, işlədiyi müddətdə onunla nə əmək müqaviləsi nə də xidmət müqaviləsi bağlanmadığını, ona əmək müqaviləsi də, təklif edilmədiyini qeyd etmişdir. Onun Təqsirləndirilən şəxs qarşı heç bir iddia və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs13 ifadəsində göstərmişdir ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmir. Ona heç bir ziyan dəyməmişdir. Verginin əməkdaşları ona məcbur izahat yazdırmışlar. Həmin vaxt elana görə işə baxmaq üçün gəlmişdir. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. O, təqsirləndirilən şəxsin qardaşını tanımışdır. O, həmin yerdə aşbaz işləyəcəyini düşünürdü. O, ifadə verən zaman verginin əməkdaşlarına burada işləmədiyini bildirmişdir. Hadisədən çox müddət keçmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir iddia və tələbi olmadığını bildirmişdir. İbtidai istintaq zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs13 ifadəsində “MİRROR” restoranının sahibi Təqsirləndirilən şəxs qardaşı Zərərçəkmiş şəxs16 uzun müddət tanıdığını, Röyal ilə Nərimanov rayonu ərazisində yerləşən “Extra” klubunda bir yerdə aşbaz kimi işlədiklərini, 2021-ci ilin sentyabr ayında Röyal onunla telefon əlaqəsi saxlayaraq “MİRROR” restoranı açdıqlarını, həmin restoranda onlara kömək lazım olduğu üçün restorana getdiyini, bir neçə gün Namidar və Röyala köməklik məqsədilə həmin restoranın mətbəxində müəyyən işlərin görülməsində onlara köməklik etdiyini, həmin ilin oktyabr ayında Röyalın dəvəti ilə restoranın mətbəxində, zalında və barın yığılmasında onlara köməklik etdiyini, 12 oktyabr 2021-ci il tarixdə Röyal onunla əlaqə saxlayaraq restoranda həmin gün şənlik mərasimi olduğunu, restoranda aşbaz çatışmamazlığının olmasını dediyinə görə həmin gün təxminən saat 12 radələrində “MİRROR” restoranına getdiyini, restoranda aşbaz formasını geyinərək mətbəxə daxil olub orada bir qədər işlər gördüyünü, həmin gün saat 16 radələrində Dövlət Vergi Xidməti işçilərinin restorana daxil olaraq yoxlama apardıqlarını, bir müddət sonra restoranın mətbəxi və şəraiti onu qane etmədiyi üçün Röyal və Namidara bu barədə məlumat verdiyini və bir daha həmin restorana getmədiyini bildirmişdir. Restoranda aşbaz kimi Zərərçəkmiş şəxs18, xadiməçi kimi Zərərçəkmiş şəxs8, aşbaz kimi Zərərçəkmiş şəxs16, inzibatçı kimi Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs19 və administrator kimi Zərərçəkmiş şəxs12 tanıdığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs19 ifadəsində o, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etməmişdir. Verginin əməkdaşları ona məcbur izahat yazdırmışlar. Həmin vaxt o, orada işləməmişdir. Verginin əməkdaşları ora gələn zaman Zərərçəkmiş şəxs19 “MİRROR” restoranına yenicə gəlmişdir. O, elana görə işə baxmaq üçün gəlmiş, lakin orada işləməmişdir. O, Zərərçəkmiş şəxs16 aşpaz kimi tanıyır, orada işləməsinə dair məlumatı yoxdur. Zərərçəkmiş şəxs19 Təqsirləndirilən şəxs iş yerində işləməmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir iddia və tələbi olmadığını bildirmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs19 ilkin ifadəsində 2021-ci ilin oktyabr ayının əvvəllərində “MİRROR” restoranına işçi axtarıldığını sosial şəbəkədə gördüyünü, 12 oktyabr 2021-ci il tarixdə saat 15:30 radələrində həmin restorana yaxınlaşıb restoranın sahibi Təqsirləndirilən şəxs ilə iş barəsində danışıqlar aparması üçün onu gözləyərkən, Dövlət Vergi Xidmətinin işçiləri restorana daxil olaraq orada yoxlama apardıqların, restoranda iş başında olmadığını, restoranda heç kimi tanımadığını, Təqsirləndirilən şəxs adını orada eşitdiyini bildirmişdir. İstintaq zamanı Zərərçəkmiş şəxs19 əlavə ifadəsində göstərmişdir ki, ***-***-**-** saylı mobil nömrə onun adına olmaqla alınan gündən onun istifadəsində olduğunu, həmin nömrəni ondan başqa heç kimin istifadə etmədiyini, həmin nömrənin “MİRROR” restoranın yerləşdiyi əhatə dairəsində olması barədə heç bir söz deyə bilmədiyini, ilkin ifadəsində Təqsirləndirilən şəxs ilk dəfə 12 oktyabr 2021-ci il tarixdə gördüyünü qeyd etsə də, Namidarı, onun qardaşları Röyalı və Akifi operativ vergi nəzarəti tədbirindən əvvəl tanıdığını, Röyal və Akifi aşbaz kimi tanıdığını etiraf etmişdir. Bundan başqa restoranda işləyən işçilərdən Zərərçəkmiş şəxs11 tanıdığını qeyd etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs16 ifadəsində göstərmişdir ki, həmin gün o, “MİRROR” restoranında işləməmişdir. Qardaşı Təqsirləndirilən şəxs yanına onun işlərinə baxmaq üçün gəlmişdir. Bu zaman vergi orqanın əməkdaşları onun “MİRROR” restoranında çalışan işçi kimi zənn etmişlər. Daha sonra polis işçiləri onu və qardaşı Təqsirləndirilən şəxs polis şöbəsinə aparmışar. Zərərçəkmiş şəxs16 qardaşı Təqsirləndirilən şəxs ilə işlədiyi üçün müqavilə bağlamışdır. O, istintaq zamanı ifadəsini oxumamışdır. Yoxlama zamanı o, ifadə verməmişdir. Onu və qardaşı Təqsirləndirilən şəxs polis şöbəsində gecə saxlamışlar. Qardaşı Təqsirləndirilən şəxs qarşı heç bir iddia və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs18 ifadəsində o, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etməmişdir. O həmin gün ora işləməyə gəlməmişdir. Qardaşı Təqsirləndirilən şəxs kömək üçün gəldiyini bildirmişdir. Vergi orqanının əməkdaşları onu zərərçəkmiş şəxs qismində tanımışlar. O, həmin vaxt orada aşpaz kimi işləməmiş, hər hansı bir işlə məşğul olmamış, onun sadəcə trinajor müəllimi kimi fəaliyyəti mövcuddur. Qardaşı Təqsirləndirilən şəxs qarşı heç bir iddia və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs11 ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etməmişdir. O, izahatı məcbur yazmış və ifadəsini oxumadan qol çəkmişdir. Zərərçəkmiş şəxs11 12 oktyabr 2021-ci il tarixdən əvvəl də “MİRROR” restoranında işləməmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir iddia və tələbi olmadığını bildirmişdir. İbtidai istintaq zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs11 ifadəsində 20 sentyabr 2021-ci il tarixdən “MİRROR” restoranının sahibi kimi tanıdığı Təqsirləndirilən şəxs tərəfindən restorana inzibatçı (administrador) vəzifəsinə işə cəlb olunduğunu, iş saatının 15:00-dan 23:00-a kimi davam etdiyini, 12 oktyabr 2021-ci il tarixdə saat 16 radələrində “MİRROR” restoranında iş başında olarkən Dövlət Vergi Xidmətinin işçilərinin restorana daxil olaraq orada yoxlama apardıqlarını, yoxlama zamanı restoranda işləməyi ilə bağlı vergi işçilərinə izahat yazdığını, yoxlama zamanı restoranda onunla birlikdə ümumilikdə 15-20 nəfərə yaxın işçilərin əmək müqaviləsi olmadan işlərin görülməsinə cəlb olunduqlarını vergi əməkdaşlarının apardıqları yoxlama zamanı eşitdiyini, restoranda aşbaz kimi Zərərçəkmiş şəxs18, aşbaz köməkçisi kimi Zərərçəkmiş şəxs7, xadiməçi kimi Zərərçəkmiş şəxs9, mühasib kimi Zərərçəkmiş şəxs5, xadiməçi kimi Zərərçəkmiş şəxs8, qabyuyan kimi Zərərçəkmiş şəxs10, xadiməçi kimi Zərərçəkmiş şəxs20 və Zərərçəkmiş şəxs16 tandığını, əmək haqqının günlük 20 (iyirmi) manat olmaqla restoranın sahibi kimi tanıdığı Təqsirləndirilən şəxs tərəfindən əlbə-əl ödənildiyini bildirmişdir. Bundan əlavə, onunla nə əmək müqaviləsi nə də xidmət müqaviləsi bağlanılmadığını, ona əmək müqaviləsi də, təklif edilmədiyini qeyd etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs12 ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etməmişdir. O, Təqsirləndirilən şəxs qardaşı Zərərçəkmiş şəxs16 ilə tanışdır. Həmin zaman o, Zərərçəkmiş şəxs16 ilə görüşmüşdür. Zərərçəkmiş şəxs16 ona qardaşı Təqsirləndirilən şəxs təzə restoran açdığını bildirmişdir. Zərərçəkmiş şəxs12 Zərərçəkmiş şəxs16 ilə həmin restorana getmişdir, lakin Təqsirləndirilən şəxs yanında “MİRROR” restoranında işləməmişdir. Həmin vaxt o, həmin ərazidə taksi fəaliyyəti ilə məşğul olmuşdur. O, Təqsirləndirilən şəxs “MİRROR” restoranında sonradan işlədiyi üçün oraya rəsmi olaraq işçi kimi qəbul edilmişdir. O, həmin restoranda təxmini 2 dəfə olmuşdur. Təqsirləndirilən şəxs qarşı heç bir iddia və tələbi olmadığını bildirmişdir. İbtidai istintaq zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs12 ifadəsində 12 oktyabr 2021-ci il tarixdə “MİRROR” restoranında Dövlət Vergi Xidmətinin işçiləri tərəfindən yoxlama tədbiri keçirildiyini, həmin tədbir zamanı orada olduğunu, 27 sentyabr 2021-ci il tarixdən həmin restoranın sahibi kimi tanıdığı Təqsirləndirilən şəxs tərəfindən inzibatçı (adminstrator) vəzifəsinə işə cəlb olunduğunu, yoxlama zamanı restoranda onunla birlikdə ümumilikdə 15-20 nəfər işçinin əmək müqaviləsi olmadan müxtəlif işlərin yerinə yetirilməsinə cəlb olunduqlarını, restoranda aşbaz kimi Zərərçəkmiş şəxs18, kassir kimi Zərərçəkmiş şəxs5, xadiməçi kimi Zərərçəkmiş şəxs8, xadiməçi kimi Zərərçəkmiş şəxs20, baş aşbaz kimi Zərərçəkmiş şəxs16, inzibatçı kimi Zərərçəkmiş şəxs11, ofisiant kimi Zərərçəkmiş şəxs19, barmen kimi Zərərçəkmiş şəxs17 və salatçı kimi Zərərçəkmiş şəxs13 tanıdığını, iş saatının 10:00-dan 00:00-a kimi davam etdiyini, əmək haqqının gündəlik 20 manat olmaqla Təqsirləndirilən şəxs əlbə-əl aldığını və yoxlama tədbirindən sonra yəni 13 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs tərəfindən rəsmi əmək müqaviləsi ilə həmin restorana işə götürüldüyünü bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində 2019-cu ildən Bakı şəhərində yaşadığını, müxtəlif yerlərdə ofisiant kimi işlədiyini, 12 oktyabr 2021ci il tarixdə işlədiyi ünvan 2 ünvanda yerləşən “MİRROR" restoranında vergi orqanı əməkdaşları tərəfindən operativ vergi nəzarəti tədbirinin həyata keçirildiyini, tədbir keçirilən zaman orada olduğunu və izahat yazdığını bildirmişdir. Orada yazdığı izahatı bir daha təsdiq edərək X2 tərəfindən həmin restorana ofisiant vəzifəsinə işə götürüldüyünü, onunla işəgötürən Namidar Nifatlıyev arasında hər hansı əmək və ya xidmət müqaviləsi bağlanmadığını, əmək haqqını aylıq 250 manat olmaqla Namidar Nifatlıyevlə razılaşdırdığını, iş saatının 12:00-dan 22:00-a qədər olduğunu, ilk dəfə işə getdiyi üçün əmək haqqı almadığını və restoranda işləyənlərdən Namidarın qardaşı Röyalı tanıdığını bildirmişdir. Bundan başqa işə götürənlə aralarında əmək müqaviləsinin bağlanmamağına səbəb kimi Namidar Nifatlıyevin onun işinin bəyənildiyi zaman aralarında əmək müqaviləsi bağlayacağına söz verməsi olmuşdur. Zərərçəkmiş şəxs1 ona heç bir ziyan dəymədiyini, Təqsirləndirilən şəxs qarşı heç bir iddia və tələbi olmadığını bildirmişdir. İbtidai istintaq zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində 12 oktyabr 2021-ci il tarixdə işlədiyi “MİRROR” restoranında vergi orqanı əməkdaşları tərəfindən operativ vergi nəzarəti tədbiri həyata keçirildiyini, tədbir keçirilən zaman orada olduğunu və izahat yazdığını, yazdığı izahatı bir daha təsdiq edərək 11 oktyabr 2021-ci il tarixdə restoranın sahibi X2 tərəfindən aşbaz köməkçisi vəzifəsinə işə götürüldüyünü, işəgötürən Namidar Nifatlıyev arasında hər hansı əmək və ya xidmət müqaviləsi bağlanmadığını, əmək haqqını gündəlik 20 manat tələb etsə də, gündəlik ona 15 manat əmək haqqı ödənildiyini, saat 11:00-dan 23:00-a qədər işlədiyini, restoranda işləyənlərdən Akifi, Laləni və Rövşəni tanıdığını bildirmişdir. Həmin obyektdə bütün məsələlərə rəhbərlik və nəzarətin X2 tərəfindən həyata keçirildiyini qeyd etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə göndərərək Təqsirləndirilən şəxs qarşı heç bir iddia və tələbi olmadığını bildirmişdir. İbtidai istintaq zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində təqribən 2-3 ildir müxtəlif iaşə obyektlərində ofisiant işlədiyini, 12 oktyabr 2021-ci il tarixdə işlədiyi “MİRROR” restoranında vergi orqanı əməkdaşları tərəfindən operativ vergi nəzarəti tədbiri həyata keçirilən zaman orada olduğunu, bununla bağlı izahat yazdığını, yazdığı izahatı bir daha təsdiq edərək 19 sentyabr 2021-ci il tarixdən X2 tərəfindən restorana ofisiant vəzifəsinə işə götürüldüyünü, onunla işəgötürən Namidar Nifatlıyev arasında hər hansı əmək və ya xidmət müqaviləsi bağlanmadığını və ona əmək müqaviləsi bildirişi təqdim edilmədiyini, əmək haqqının gündəlik 12 manat olmaqla nağd qaydada Namidar Nifatlıyev tərəfindən ödənildiyini, iş saatının 09:00-dan 15:00-a qədər olduğunu, restoranda işləyənlərdən Qorxmazı, Laləni, Pərvizi, Elnarəni və Diananı tanıdığını bildirmişdir. Həmçinin obyektdə bütün məsələlərə rəhbərlik və nəzarətin Namidar Nifatlıyev tərəfindən həyata keçirildiyini bildirmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 məhkəməyə ərizə göndərərək Təqsirləndirilən şəxs qarşı heç bir iddia və tələbi olmadığını bildirmişdir. İbtidai istintaq zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində 12 oktyabr 2021-ci il tarixdə işlədiyi “MİRROR” restoranında vergi orqanı əməkdaşları tərəfindən operativ vergi nəzarəti tədbiri həyata keçirildiyini, keçirilən tədbir zamanı orada olduğunu, izahat yazdığını, yazdığı izahatı bir daha təsdiq edərək 12 oktyabr 2021-ci il tarixdə həmin restoranda işə cəlb olunduğunu, işdə olarkən bir neçə saat sonra vergi orqanının əməkdaşlarının restorana gəldiklərini, onunla işə götürən Təqsirləndirilən şəxs arasında hər hansı əmək və ya xidmət müqaviləsi bağlanmadığını, ona əmək müqaviləsi bildirişi təqdim edilmədiyini, iş saatının 09:00-dan 23:00-a qədər davam etdiyini, restoranda işləyənlərdən Elnuru və Laləni tanıdığını, günün sonunda 10 manat əmək haqqı aldığını və bir daha həmin restorana getmədiyini bildirmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 məhkəməyə ərizə göndərərək Təqsirləndirilən şəxs qarşı heç bir iddia və tələbi olmadığını bildirmişdir. İbtidai istintaq zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində 12 oktyabr 2021-ci il tarixdə işlədiyi “MİRROR” restoranında vergi orqanı əməkdaşları tərəfindən operativ vergi nəzarəti tədbiri həyata keçirildiyini, tədbir keçirilən zaman orada olduğunu, işləməsi ilə bağlı izahat yazdığını, yazdığı izahatı bir daha təsdiq edərək 28 sentyabr 2021-ci il tarixdən X2 tərəfindən kassir vəzifəsinə işə götürüldüyünü, onunla işəgötürən Namidar Nifatlıyev arasında hər hansı əmək və ya xidmət müqaviləsi bağlanmadığını, ona əmək müqaviləsi bildirişi təqdim edilmədiyini, əmək haqqının isə ilkin olaraq aylıq 300 manata razılaşdığını və əmək haqqının nağd qaydada Namidar Nifatlıyevdən aldığını bildirmişdir. İş saatının 14:00-dan 23:00-a qədər olduğunu, restoranda işləyənlərdən Qorxmazı, Pərvizi, Pərvanəni və Diananı tanıdığını qeyd etmişdir. Restoranda bütün məsələlərə rəhbərlik və nəzarəti Təqsirləndirilən şəxs həyata keçirtdiyini bildirmişdir. Əlavə olaraq indiyənə kimi heç bir yerdə mühasib kimi işləmədiyini və həmçinin mühasibatlıq barədə hər hansı bilik və bacarığının olmamasını bildirmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 məhkəməyə ərizə göndərərək Təqsirləndirilən şəxs qarşı heç bir iddia və tələbi olmadığını bildirmişdir. İbtidai istintaq zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində 2021-ci ilin oktyabr ayının əvvəlində “instagram” sosial şəbəkəsində “MİRROR” restoranına işçi tələb olunması barədə elanı gördükdən sonra, 10 oktyabr 2021-ci il tarixdə həmin restorana yaxınlaşaraq aşbaz kimi işləmək üçün müraciət etdiyini, restoranın sahibi Təqsirləndirilən şəxs tərəfindən dinlənildikdən sonra işə cəlb olunduğunu, 11 oktyabr 2021-ci il tarixdən saat 09:00-dan 18:00-a kimi həmin restoranın mətbəxində aşbaz köməkçisi kimi fəaliyyət göstərdiyini, 12 oktyabr 2021-ci il tarixdə saat 12:00 radələrində həmin restorana işə getdiyini, həmin gün saat 16 radələrində restoranda olarkən Dövlət Vergi Xidmətinin işçilərinin restorana daxil olaraq orada yoxlama apardıqlarını, yoxlama zamanı restoranda işləməsi ilə bağlı vergi işçilərinə izahat yazdığını, iş saatının 09:00-dan 20:00-a kimi təyin olunduğunu, onunla restoran rəhbərliyi arasında nə əmək müqaviləsi nə də xidmət müqaviləsi bağlanmadığını, nədə ki, ona əmək müqaviləsi də, təklif edilmədiyini bildirmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 məhkəməyə ərizə göndərərək Təqsirləndirilən şəxs qarşı heç bir iddia və tələbi olmadığını bildirmişdir. İbtidai istintaq zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində 05 oktyabr 2021-ci il tarixdə “MİRROR” restoranına yaxınlaşaraq aşbaz kimi işləmək üçün müraciət etdiyini, restoranın rəhbəri kimi tanıdığı Təqsirləndirilən şəxs ilə aralarında razılıq əldə olunduğunu, 06 oktyabr 2021-ci il tarixdən həmin restoranda aşbaz köməkçisi kimi işə başladığını, 12 oktyabr 2021-ci il tarixdə saat 16 radələrində restoranda iş başında olarkən Dövlət Vergi Xidməti işçilərinin restorana daxil olaraq orada yoxlama apardıqlarını, yoxlama zamanı restoranda işləməsi ilə bağlı vergi işçilərinə izahat yazdığını, iş saatının 09:00-dan 20:00-a kimi davam etdiyini, onunla restoran rəhbərliyi arasında nə əmək müqaviləsi nə də xidmət müqaviləsi bağlanmadığını, nədə ki, ona əmək müqaviləsi təklif edilmədiyini, restoranda aşbaz kimi Zərərçəkmiş şəxs18, mühasib kimi Zərərçəkmiş şəxs5, aşbaz köməkçisi kimi Zərərçəkmiş şəxs6, xadiməçi kimi Zərərçəkmiş şəxs20 və Zərərçəkmiş şəxs16 tandığını, əmək haqqının günlük 15 (on beş) manat olmaqla restoranın sahibi kimi tanıdığı Təqsirləndirilən şəxs tərəfindən əlbə-əl ödənildiyini qeyd etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs7 məhkəməyə ərizə göndərərək Təqsirləndirilən şəxs qarşı heç bir iddia və tələbi olmadığını bildirmişdir. İbtidai istintaq zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs17 ifadəsində 07 oktyabr 2021-ci il tarixdə “MİRROR” restoranına işçi tələb olunması barədə məlumat aldıqdan sonra həmin restorana yaxınlaşıb işləmək istədiyini, restoranın sahibi Təqsirləndirilən şəxs tərəfindən 08 oktyabr 2021-ci il tarixdən saat 11:00-dan restoranda barmen vəzifəsinə işə götürüldüyünü, 12 oktyabr 2021-ci il tarixdə saat təxminən 16 radələrində restoranda iş başında olarkən Dövlət Vergi Xidməti işçilərinin restorana daxil olaraq orada yoxlama apardıqlarını, yoxlama tədbiri keçirilən zaman orada olduğunu, yoxlama zamanı restoranda onunla birlikdə ümumilikdə 15- 20 nəfər işçilərin əmək müqaviləsi olmadan işlərin görülməsinə cəlb olunduqlarını vergi əməkdaşlarının apardıqları yoxlama zamanı eşitdiyini, restoranda aşbaz kimi Zərərçəkmiş şəxs18, aşbaz köməkçisi kimi Zərərçəkmiş şəxs7, xadiməçi kimi Zərərçəkmiş şəxs9, mühasib kimi Zərərçəkmiş şəxs5, xadiməçi kimi Zərərçəkmiş şəxs8, salatçı kimi Zərərçəkmiş şəxs6, qabyuyan kimi Zərərçəkmiş şəxs10, xadiməçi kimi Zərərçəkmiş şəxs20, baş aşbaz kimi Zərərçəkmiş şəxs16 və inzibatçı kimi Zərərçəkmiş şəxs11 tanıdığını, iş saatının 11:00-dan 23:00-a kimi davam etdiyini, həftədə 1 gün istirahət günü təyin olunduğunu, əmək haqqının aylıq 250 (iki yüz əlli) manat olmaqla restoranın sahibi kimi tanıdığı Təqsirləndirilən şəxs tərəfindən əlbə-əl ödənildiyini, onunla nə əmək müqaviləsi nə də xidmət müqaviləsi bağlanmadığını bildirmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs17 məhkəməyə ərizə göndərərək Təqsirləndirilən şəxs qarşı heç bir iddia və tələbi olmadığını bildirmişdir. İbtidai istintaq zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs14 ifadəsində Bakı şəhərində müxtəlif iaşə obyektlərində fərdi qaydada müğənniliklə məşğul olduğunu, 12 oktyabr 2021-ci il tarixdə müştərinin dəvəti əsasında “MİRROR” restoranında olan ad günü tədbirində (banket) musiqi oxumaq üçün dəvət olunduğunu, həmin gün orada olan zaman vergi orqanı əməkdaşları tərəfindən operativ vergi nəzarəti tədbiri həyata keçirildiyini, oxumaq üçün mövcud məkana ad günü tədbirinə ilk dəfə gəldiyini, orada onunla birlikdə gələn klarnet ifaçısı Zərərçəkmiş şəxs15 başqa heç kimi tanımadığını və adətən məclislərə onunla birlikdə getdiyini, həmin gün üçün müştəridən təqribən 200 manat pul aldığını, müştərinin adını hazırda xatırlamadığını, Təqsirləndirilən şəxs adını obyektə gedəndə eşitdiyini, həmin restoranı Təqsirləndirilən şəxs işlətdiyini, lakin, onunla hər hansı bir münasibətinin olmadığını qeyd etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs14 məhkəməyə ərizə göndərərək Təqsirləndirilən şəxs qarşı heç bir iddia və tələbi olmadığını bildirmişdir. İbtidai istintaq zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs15 ifadəsində hal-hazırda Bakı şəhərində müxtəlif iaşə obyektlərində fərdi qaydada klarnet ifa etməklə özünü və ailəsini dolandırdığını, 12 oktyabr 2021-ci il tarixində müştərinin dəvəti əsasında “MİRROR” restoranında olan ad günü tədbirinə (banket) klarnet ifa etmək üçün dəvət edildiyini, həmin gün restoranda olan zaman vergi orqanının əməkdaşlarının restoranda yoxlama apardıqlarını, yoxlama keçirilən zaman orada olduğunu, restoranda müğənni Zərərçəkmiş şəxs14 başqa heç kimi tanımadığını, həmin gün klarnet ifa etdiyinə görə müğənni Zərərçəkmiş şəxs14 100 manat pul aldığını, ad günü keçirilən müştərinin adını xatırlamadığını, restoranın rəhbəri Təqsirləndirilən şəxs tanımadığını, həmin obyektə gedəndə onun adını eşitdiyini və restorana Təqsirləndirilən şəxs rəhbərlik etdiyini bildirmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs15 məhkəməyə ərizə göndərərək Təqsirləndirilən şəxs qarşı heç bir iddia və tələbi olmadığını bildirmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs20 məhkəməyə ərizə göndərərək Təqsirləndirilən şəxs qarşı heç bir iddia və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X13 Baş İdarəsinin Operativ Vergi nəzarəti idarəsinin operativ nəzarət şöbəsinin baş dövlət vergi müfəttişi Şahid1 ifadəsində 12 oktyabr 2021- ci il tarixli **********3702 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında Qərarf’na əsasən 12 oktyabr 2021-ci il tarixdə fiziki şəxs Təqsirləndirilən şəxs oğ una məxsus (VÖEN: **********) ünvan 4 ünvanında yerləşən “MİRROR" restoranında onun və qərarda adları qeyd edilən digər vergi orqanı əməkdaşları ilə birlikdə operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir. Həmin qərara əsasən vergi ödəyicisi tərəfindən nağd pul hesablaşmalarının aparılması qaydasına riayət olunması və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi olmuşdur. Tədbir zamanı vergi ödəyicisi tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən, xeyli sayda şəxslərin, yəni 20 (iyirmi) nəfərin, müxtəlif işlərin yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar edilmiş, nəticəsi 12 oktyabr 2021-ci il tarixli, DVX seriyalı, 005271 nömrəli aktla rəsmiləşdirilmişdir. Həmçinin həmin 20 nəfər şəxsin 14nün izahatının alındığını və onların hamısı sahibkarla aralarında əmək müqaviləsi və ya xidmət müqaviləsi olmad ğını və sabit qəbz almadıqlarını, fərdi sahibkarın qardaşı Zərərçəkmiş şəxs16 izahat vərəqəsinin rekvizitlər hissəsini doldursa da. daha sonra izahat verməkdən imtina etdiyini, digər 5 nəfər işçinin isə hər hansı bir səbəb və ya əsas göstərmədən izahat verməkdən imtina etdiklərini, bu barədə akt tərtib edildiyini, bundan əlavə fərdi sahibkar Təqsirləndirilən şəxs izahat verərək 20 nəfər işçidən 18 nəfər işçi ilə əmək və ya xicmət müqaviləsi bağlamadan onları müxtəlif işlərin yerinə yetirilməsinə cəlb etdiyini, ərıək haqqının özü tərəfindən nağd qaydada ödənildiyini və onlarla qısa zaman ərzində əmək müqaviləsi bağlanacağına söz vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X13 Baş İdarəsinin Operativ Vergi nəzarəti idarəsinin operativ nəzarət şöbəsinin dövlət vergi müfəttişi Şahid3 ifadəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X13 Baş İdarəsinin Operativ Vergi nəzarəti idarəsinin operativ nəzarət şöbəsinin baş dövlət vergi müfəttişi Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "xxxx" MMC-dən daxil olmuş diskdəki məlumatlara baxış keçirilən zaman müəyyən edildi ki, İmişli rayonu, Yalavac kəndində qeydiyyada olan, Təqsirləndirilən şəxs (şəxsiyyət vəsiqəsi AZE№ ********) adına "xxxx" MMC-də qeydiyyata alınmış ***-***-**-**, ***-***-**-** və ***-***-**-** nömrələrin anten məlumatlarına baxış zamanı həmin nömrələrin 02 sentyabr 2021-ci il tarixdən 12 oktyabr 2021-ci il tarixinədək ünvan 2 ünvanında yerləşən “MİRROR” restoranının əhatə dairəsində “X15,Ulvi Bunyatzade kuc”-də olması müəyyən edilmişdir. İmişli rayonu, Yalavac kəndində qeydiyyada olan, Zərərçəkmiş şəxs18 (şəxsiyyət vəsiqəsi AZE№ ********) adına "xxxx" MMC-də qeydiyyata alınmış ***-***-**-** və ***-***-**-** nömrələrin anten məlumatlarına baxış zamanı həmin nömrələrin 06 sentyabr 2021-ci il tarixdən 12 oktyabr 2021-ci il tarixinədək ünvan 2 ünvanında yerləşən “MİRROR” restoranının əhatə dairəsində “X15,Ulvi Bunyatzade kuc”-də olması müəyyən edilmişdir. İmişli rayonu, Yalavac kəndində qeydiyyada olan, Zərərçəkmiş şəxs16 (şəxsiyyət vəsiqəsi AZE№ 18332674, AZE№ ********) adına "xxxx" MMC-də qeydiyyata alınmış ***-***-**-**, ***-***-**-** və ***-***-**-** nömrələrin anten məlumatlarına baxış zamanı həmin nömrələrin 03 sentyabr 2021-ci il tarixdən 12 oktyabr 2021-ci il tarixinədək ünvan 2 ünvanında yerləşən “MİRROR” restoranının əhatə dairəsində “X15,Ulvi Bunyatzade kuc”-də olması müəyyən edilmişdir. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsi ev 10 “V”, mənzil 56-da qeydiyyatda olan Zərərçəkmiş şəxs5 qıznın istifadəsində olan "xxxx" MMC-də qeydiyyata alınmış ***-***-**-** nömrənin anten məlumatına baxış zamanı həmin nömrənin 28 sentyabr 2021-ci il tarixdən 12 oktyabr 2021-ci il tarixinədək ünvan 2 ünvanında yerləşən “MİRROR” restoranının əhatə dairəsində “X15,Ulvi Bunyatzade kuc”-də olması müəyyən edilmişdir. Lerik rayonu, Küsəkəran kəndində qeydiyyatda olan, Zərərçəkmiş şəxs2 (şəxsiyyət vəsiqəsi AZE№ ********) adına "xxxx" MMC-də qeydiyyata alınmış ***-***-**-** nömrənin anten məlumatına baxış zamanı həmin nömrənin 20 sentyabr 2021-ci il tarixində, 09 oktyabr 2021-ci il tarixdən 12 oktyabr 2021-ci il tarixinədək ünvan 2 ünvanında yerləşən “MİRROR” restoranının əhatə dairəsində “X15,Ulvi Bunyatzade kuc”-də olması müəyyən edilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, 4 MKR, M.Cəlal küçəsi ev 54 mənzil 23-də qeydiyyatda olan, Zərərçəkmiş şəxs20 (şəxsiyyət vəsiqəsi AZE№ ********) adına "xxxx" MMC-də qeydiyyata alınmış ***-***-**-** nömrənin anten məlumatlarına baxış zamanı həmin nömrənin 23 sentyabr 2021-ci il tarixdən 12 oktyabr 2021-ci il tarixinədək ünvan 2 ünvanında yerləşən “MİRROR” restoranının əhatə dairəsində “X15,Ulvi Bunyatzade kuc”-də olması müəyyən edilmişdir.Bakı şəhəri, Binəqədi rayonu, 8-ci MKR, Əcəmi Naxçıvani küçəsi ev 1 “A” mənzil 83-də qeydiyyatda olan, Zərərçəkmiş şəxs19 (şəxsiyyət vəsiqəsi AZE№ ********) adına "xxxx" MMC-də qeydiyyata alınmış ***-***-**-** nömrənin anten məlumatlarına baxış zamanı həmin nömrənin 15 sentyabr 2021-ci il tarixdən 12 oktyabr 2021-ci il tarixinədək ünvan 2 ünvanında yerləşən “MİRROR” restoranının əhatə dairəsində “X15,Ulvi Bunyatzade kuc”-də olması müəyyən edilmişdir.İmişli rayonu, İmişli şəhəri, Pənah Həsənov küçəsi ev 168-də qeydiyyatda olan, Zərərçəkmiş şəxs17 (şəxsiyyət vəsiqəsi AZE№ ********) adına "xxxx" MMC-də qeydiyyata alınmış ***-***-**-** nömrənin anten məlumatına baxış zamanı həmin nömrənin 15 sentyabr 2021-ci il tarixdən 12 oktyabr 2021-ci il tarixinədək ünvan 2 ünvanında yerləşən “MİRROR” restoranının əhatə dairəsində “X15,Ulvi Bunyatzade kuc”-də olması müəyyən edilmişdir.Sabirabad rayonu, Sabirabad şəhəri, T.Novruzov küçəsi ev 1 “B”-də qeydiyyatda olan, Zərərçəkmiş şəxs13 (şəxsiyyət vəsiqəsi AA№ 2104094) adına "xxxx" MMC-də qeydiyyata alınmış ***-***-**-** nömrənin anten məlumatına baxış zamanı həmin nömrənin 14 sentyabr 2021-ci il tarixdə ünvan 2 ünvanında yerləşən “MİRROR” restoranının əhatə dairəsində “X15,Ulvi Bunyatzade kuc”-də olması müəyyən edilmişdir. "xxxx" MMC-dən daxil olmuş diskdəki məlumatlara baxış keçirilən zaman müəyyən edildi ki, Kəlbəcər rayonu, Günəşli kəndində qeydiyyatda olan, Zərərçəkmiş şəxs12 (şəxsiyyət vəsiqəsi AZE№ ********) adına "xxxx" MMC-də qeydiyyata alınmış ***-***-**-** nömrənin anten məlumatına baxış zamanı həmin nömrənin 27 sentyabr 2021-ci il tarixdən 12 oktyabr 2021-ci il tarixinədək ünvan 2 ünvanında yerləşən “MİRROR” restoranının əhatə dairəsində “LBBK5063O3/LBBK5063 TURAL SADLİQ SARAYİ/" Bakı şəhəri, Narimanov rayonu, Kazımzadə küçəsi, 759-cu məhəllə"-də olması müəyyən edilmişdir. "xxxx" MMC-dən daxil olmuş diskdəki məlumatlara baxış keçirilən zaman müəyyən edildi ki, İmişli rayonu, Yalavac kəndində qeydiyyada olan, Təqsirləndirilən şəxs (şəxsiyyət vəsiqəsi AZE№ ********) adına "xxxx" MMC-də qeydiyyata alınmış ***-***-**-** nömrənin anten məlumatına baxış zamanı həmin nömrənin 02 sentyabr 2021-ci il tarixdən 12 oktyabr 2021-ci il tarixinədək ünvan 2 ünvanında yerləşən “MİRROR” restoranının əhatə dairəsində “GBBK5063E/GBBK5063 TURAL SADLİQ SARAYİ/ Bakı şəhəri, Narimanov rayonu, Kazımzadə küçəsi, 759-cu məhəllə"-də olması müəyyən edilmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Alı küçəsi ev 10 mənzil 92-də qeydiyyada olan, Zərərçəkmiş şəxs10 (şəxsiyyət vəsiqəsi AZE№ ********) adına "xxxx" MMC-də qeydiyyata alınmış ***-***-**-** nömrənin anten məlumatına baxış zamanı həmin nömrənin 27 sentyabr 2021-ci il tarixdən 12 oktyabr 2021-ci il tarixinədək ünvan 2 ünvanında yerləşən “MİRROR” restoranının əhatə dairəsində “GBBK5063E/GBBK5063 TURAL SADLİQ SARAYİ/ Bakı şəhəri, Narimanov rayonu, Kazımzadə küçəsi, 759-cu məhəllə"-də olması müəyyən edilmişdir. Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi ev 118 mənzil 66-da qeydiyyada olan, Zərərçəkmiş şəxs11 istifadəsində olan "xxxx" MMC-də qeydiyyata alınmış ***-***-**-** nömrənin anten məlumatına baxış zamanı həmin nömrənin 15 sentyabr 2021-ci il tarixdən 12 oktyabr 2021-ci il tarixinədək ünvan 2 ünvanında yerləşən “MİRROR” restoranının əhatə dairəsində “GBBK5063E/GBBK5063 TURAL SADLİQ SARAYİ/ Bakı şəhəri, Narimanov rayonu, Kazımzadə küçəsi, 759-cu məhəllə"-də olması müəyyən edilmişdir. Ağcabədi rayonu, Salmanbəyli kəndində qeydiyyatda olan, Zərərçəkmiş şəxs3 (şəxsiyyət vəsiqəsi AZE№ ********) adına "xxxx" MMC-də qeydiyyata alınmış ***-***-**-** nömrənin anten məlumatına baxış zamanı həmin nömrənin 18 sentyabr 2021-ci il tarixdən 12 oktyabr 2021-ci il tarixinədək ünvan 2 ünvanında yerləşən “MİRROR” restoranının əhatə dairəsində “GBBK5063E/GBBK5063 TURAL SADLİQ SARAYİ/ Bakı şəhəri, Narimanov rayonu, Kazımzadə küçəsi, 759-cu məhəllə"-də olması müəyyən edilmişdir.Bakı şəhəri, Yasamal rayonu, Salatın Əsgərova küçəsi ev 59-da qeydiyyatda olan, Zərərçəkmiş şəxs7 (şəxsiyyət vəsiqəsi AA№ 0564243) adına "xxxx" MMC-də qeydiyyata alınmış ***-***-**-** nömrənin anten məlumatına baxış zamanı həmin nömrənin 05 oktyabr 2021-ci il tarixdən 12 oktyabr 2021-ci il tarixinədək ünvan 2 ünvanında yerləşən “MİRROR” restoranının əhatə dairəsində “GBBK5063E/GBBK5063 TURAL SADLİQ SARAYİ/ Bakı şəhəri, Narimanov rayonu, Kazımzadə küçəsi, 759-cu məhəllə"-də olması müəyyən edilmişdir. Şirvan şəhəri, F.İsmayılov küçəsi ev 1-də qeydiyyatda olan, Zərərçəkmiş şəxs9 (şəxsiyyət vəsiqəsi AZE№ ********) adına "xxxx" MMC-də qeydiyyata alınmış ***-***-**-** nömrənin anten məlumatına baxış zamanı həmin nömrənin 05 oktyabr 2021-ci il tarixdən 12 oktyabr 2021-ci il tarixinədək ünvan 2 ünvanında yerləşən “MİRROR” restoranının əhatə dairəsində “GBBK5063E/GBBK5063 TURAL SADLİQ SARAYİ/ Bakı şəhəri, Narimanov rayonu, Kazımzadə küçəsi, 759-cu məhəllə"-də olması müəyyən edilmişdir.Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əli Kərim küçəsi ev 4 mənzil 1-də qeydiyyatda olan Zərərçəkmiş şəxs6 (şəxsiyyət vəsiqəsi AZE№ ********) adına "xxxx" MMC-də qeydiyyata alınmış ***-***-**-** nömrənin anten məlumatına baxış zamanı həmin nömrənin 07 oktyabr 2021-ci il tarixdən 12 oktyabr 2021-ci il tarixinədək ünvan 2 ünvanında yerləşən “MİRROR” restoranının əhatə dairəsində “GBBK5063E/GBBK5063 TURAL SADLİQ SARAYİ/ Bakı şəhəri, Narimanov rayonu, Kazımzadə küçəsi, 759-cu məhəllə"-də olması müəyyən edilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, 4 MKR, M.Cəlal küçəsi ev 54 mənzil 23-də qeydiyyatda olan, Zərərçəkmiş şəxs20 (şəxsiyyət vəsiqəsi AZE№ ********) adına "xxxx" MMC-də qeydiyyata alınmış ***-***-**-** nömrənin anten məlumatına baxış zamanı həmin nömrənin 23 sentyabr 2021-ci il tarixdən 12 oktyabr 2021-ci il tarixinədək ünvan 2 ünvanında yerləşən “MİRROR” restoranının əhatə dairəsində “GBBK5063E/GBBK5063 TURAL SADLİQ SARAYİ/ Bakı şəhəri, Narimanov rayonu, Kazımzadə küçəsi, 759-cu məhəllə"-də olması müəyyən edilmişdir. Qəbələ rayonu, Kürd kəndində qeydiyyatda olan, Zərərçəkmiş şəxs1 (şəxsiyyət vəsiqəsi AZE№ ********) adına "xxxx" MMC-də qeydiyyata alınmış ***-***-**-** nömrənin anten məlumatına baxış zamanı həmin nömrənin 25 sentyabr 2021-ci il tarixdən 12 oktyabr 2021-ci il tarixinədək ünvan 2 ünvanında yerləşən “MİRROR” restoranının əhatə dairəsində “GBBK5063E/GBBK5063 TURAL SADLİQ SARAYİ/ Bakı şəhəri, Narimanov rayonu, Kazımzadə küçəsi, 759-cu məhəllə"-də olması müəyyən edilmişdir. Sabirabad rayonu, Sabirabad şəhəri, T.Novruzov küçəsi ev 1 “B”-də qeydiyyatda olan, Zərərçəkmiş şəxs13 (şəxsiyyət vəsiqəsi AA№ 2104094) adına "xxxx" MMC-də qeydiyyata alınmış ***-***-**-** nömrənin anten məlumatına baxış zamanı həmin nömrənin 15 sentyabr 2021, 10 oktyabr 2021 və 12 oktyabr 2021ci il tarixlərində ünvan 2 ünvanında yerləşən “MİRROR” restoranının əhatə dairəsində “GBBK5063E/GBBK5063 TURAL SADLİQ SARAYİ/ Bakı şəhəri, Narimanov rayonu, Kazımzadə küçəsi, 759-cu məhəllə"-də olması müəyyən edilmişdir.Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zaur Mehdiyev küçəsi, ev 2-də qeydiyyatda olan, Zərərçəkmiş şəxs15 istifadəsində olan "xxxx" MMC-ə məxsus ***-***-**-** nömrənin anten məlumatına baxış zamanı həmin nömrənin 09 oktyabr 2021-ci il tarixdə saat 18:28:27 saniyədə ünvan 2 ünvanında yerləşən “MİRROR” restoranının əhatə dairəsində “GBBK5063E/GBBK5063 TURAL SADLİQ SARAYİ/ Bakı şəhəri, Narimanov rayonu, Kazımzadə küçəsi, 759-cu məhəllə"-də olması müəyyən edilmişdir. Baxış zamanı restoranın rəhbəri Təqsirləndirilən şəxs məxsus ***-***-**-** və ***-***-**-** saylı nömrələri ilə, Zərərçəkmiş şəxs16 məxsus ***-***-**-** saylı nömrəsi ilə, həmin restoranda inzibatçı vəzifəsində işləyən Zərərçəkmiş şəxs11 istifadəsində olan ***-***-**-** nömrəsi ilə və həmin restoranda işçi kimi qeyd edilən Zərərçəkmiş şəxs12 istifadəsində olan ***-***-**-** və ***-***-**-** nömrələri ilə Zərərçəkmiş şəxs19 məxsus ***-***-**-** nömrəsi arasında 2021-ci ilin sentyabr və oktyabr aylarında telefon danışıqları qeydə alınmışdır. Baxış zamanı Zərərçəkmiş şəxs15 ifadəsində 12 oktyabr 2021-ci il tarixdə “MİRROR” restoranına dəvət aldığını qeyd etsə də, "xxxx" MMC-dən daxil olmuş diskdəki məlumatdan görünür ki, Zərərçəkmiş şəxs15 09 oktyabr 2021-ci il tarixdə “MİRROR” restoranında olması bir daha təsdiq edilmişdir. "xxxx" MMC və "xxxx" MMC-dən daxil olmuş disklərə baxış keçirilərkən Zərərçəkmiş şəxs20 adına qeyd olunmuş ***-***-**-** və ***- ***-**-** saylı nömrələrin “MİRROR” restoranında olması bir daha təsdiq olunmuşdur."xxxx" MMCdən daxil olmuş diskdəki məlumatlardan görünür ki, Zərərçəkmiş şəxs13 istifadəsində olan ***-***- **-** saylı nömrənin 14 sentyabr 2021-ci il tarixdə saat 16:03-də, 10 oktyabr 2021-ci il tarixdə saat 19:38-də və 12 oktyabr 2021-ci tarixdə saat 12:12 dən “MİRROR” restoranında olması müəyyən edilmişdir.Diskdə əks olunmuş ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***- ***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələrinin istifadəçilərinin bir-biriləri ilə qarşılıqlı münasibətlərinin müəyyən edilməsi baxımından iş üçün əhəmiyyət kəsb edən, yuxarıda qeyd olunmuş nömrələr arasındakı zənglərin və anten məlumatlarını özündə əks etdirən siyahı çıxarış edilməklə cinayət işi materiallarına əlavə edilmişdir. "xxxx", "xxxx" və "xxxx" MMC-dən götürülmüş CD disklərdə əks olunmuş məlumatlara baxış keçirilən zaman müəyyən edildi ki, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs18, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs16, Zərərçəkmiş şəxs19, Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs14 və Zərərçəkmiş şəxs15 adlarına qeyd olunan və istifadələrində olan mobil telefon nömrələrinin əhatə dairəsinin eyni olması, həmin şəxslərin ifadələrində göstərdikləri tarixlərdə deyil, anten məlumatlarına əsasən Zərərçəkmiş şəxs10 27 sentyabr 2021-ci il tarixdən, Zərərçəkmiş şəxs11 15 sentyabr 2021-ci il tarixdən, Zərərçəkmiş şəxs2 20 sentyabr 2021-ci il tarixdən, Zərərçəkmiş şəxs3 18 sentyabr 2021-ci il tarixdən, Zərərçəkmiş şəxs7 06 oktyabr 2021-ci il tarixdən, Zərərçəkmiş şəxs9 07 oktyabr 2021-ci il tarixdən, Zərərçəkmiş şəxs6 09 oktyabr 2021-ci il tarixdən, Zərərçəkmiş şəxs17 15 sentyabr 2021-ci il tarixdən, Zərərçəkmiş şəxs1 25 sentyabr 2021-ci il tarixdən, Zərərçəkmiş şəxs20 23 sentyabr 2021-ci il tarixdən, Zərərçəkmiş şəxs16 15 sentyabr 2021-ci il tarixdən, Zərərçəkmiş şəxs18 15 sentyabr 2021-ci il tarixdən, Zərərçəkmiş şəxs19 15 sentyabr 2021-ci il tarixdən, Zərərçəkmiş şəxs12 27 sentyabr 2021-ci il tarixdən, Zərərçəkmiş şəxs13 10 oktyabr 2021-ci il tarixdən, Zərərçəkmiş şəxs14 09 oktyabr 2021-ci il tarixdən və Zərərçəkmiş şəxs15 12 oktyabr 2021-ci il tarixdə ünvan 2 ünvanında yerləşən “MİRROR” restoranında işçi kimi işləmələri bir daha təsdiq edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Şirvan İnzibati məhkəməsinin 04 may 2023-cü il tarixli N 2-1 (120)-263/2023 nömrəli qərarından görünür ki, fiziki şəxs Təqsirləndirilən şəxs Bakı şəhəri X13 üzrə Baş İdarəsinin **********3702 nömrəli 12 oktyabr 2021-ci il tarixli, “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında Qərar”ından narazı qalaraq iddia ərizəsi ilə adı qeyd edilən inzibatı məhkəməyə müraciət etmiş, müraciətində keçirilmiş operativ vergi nəzarəti tədbirinin ləğv edilməsini onun tərəfindən 20 nəfər şəxsin müxtəlif işlərə cəlb edilmədiyini göstərmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin "əmək müqaviləsi bildirişi” altsisteminə daxil edilmiş əmək müqaviləsi bildirişi barədə məlumatlardan görünür ki, fiziki şəxs Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs8 01 noyabr 2021-ci il tarixdə saat 15:54-dən, Zərərçəkmiş şəxs1 14 oktyabr 2021-ci il tarixdə saat 15:36-dan, Zərərçəkmiş şəxs12 13 oktyabr 2021-ci il tarixdə saat 18:22-dən, Zərərçəkmiş şəxs17 12 oktyabr 2021-ci il tarixdə saat 16:58-dən, Zərərçəkmiş şəxs10 12 oktyabr 2021-ci il tarixdə saat 16:55-dən, Zərərçəkmiş şəxs3 12 oktyabr 2021-ci il tarixdə saat 16:21-dən, Zərərçəkmiş şəxs11 12 oktyabr 2021-ci il tarixdə saat 16:46-dan, X6 29 dekabr 2021-ci il tarixdə saat 20:22-dən və Zərərçəkmiş şəxs16 10 mart 2022-ci il tarixdə saat 12:01-dən başlayaraq əmək müqaviləsi bağlanmaqla qeydiyyata alınmışlar. Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin Audit şöbəsindən alınmış 17 avqust 2023-cü il tarixli **********720400 nömrəli xidməti məktubundan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs sahibkarlıq fəaliyyət göstərdiyi ünvan 2 ünvanında yerləşən “MİRROR” restoranında Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən, xeyli sayda şəxslərin, yəni 20 (iyirmi) nəfərin müxtəlif işlərin yerinə yetirilməsinə cəlb edilməsi nəticəsində 1395,13 manat məbləğində “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, Dövlət Sosial Müdafiə Fondu, işsizlikdən sığorta və icbari tibbi sığorta” haqqını ödəməkdən yayınmış və qeyd olunan şəxslərlə hər hansı əmək müqaviləsi bağlamamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin 16 may 2022-ci il tarixli, 012-7199-1222 nömrəli məktubuna əlavə olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş İmişli rayon İcra Hakimiyyətinin 16 fevral 2023-cü il tarixli 5-53- 4/2-216/2023 saylı məktubuna əlavə edilmiş arayış və xasiyyətnamədən görünür ki, xx.xx.1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs İmişli rayonu, Yalavac kəndində qeydiyyatdadır və qeydiyyatda olduğu yer üzrə müsbət xarakterizə olunur. Məhkəmə, iş üzrə zərərçəkmiş şəxslərin bir qisminin istintaq zamanı verdikləri ifadələrini təsdiq etməməsini inandırıcı saymır və təqsirləndirilən şəxsi müdafiə xarakteri daşımasını qeyd edir. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, zərərçəkmiş şəxslərin Təqsirləndirilən şəxs qarşı iddia və tələlərinin olmadığından, həmçinin cinayət nəticəsində işsizlikdən sığorta, icbari tibbi sığorta haqlarını (1395,13 manat) ödəniş etdiyindən o, CM-nin 162-1.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad olunmalı və iş üzrə həmin hissədə icraata xitam verilməlidir. CM-nin 162-1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yeddi min manatdan on min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 162-1.1-ci maddəsində “xeyli sayda” dedikdə, on nəfər və ondan çox olan işçilərin sayı nəzərdə tutulur. Həmin Məcəllənin 162-1.1-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 162-1.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada işçiləri ilə əmək müqaviləsi bağladıqda, habelə ödəməkdən yayındırılmış vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarını tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 162-1.1-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinə əsasən Şəxs bu “Qeyd”in 2-ci bəndində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən Böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.3-cü maddəsinə əsasən başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 73.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair 25 iyul 2022-ci tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinin tələblərinə uyğun olaraq, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması, ona dəymiş ziyanı ödəməsi və ya vurulmuş zərəri aradan qaldırması onun cinayət məsuliyyətindən azad edilməsinə dair qərarın qəbul olunması üçün mütləq əsas deyil. Qanunverici belə qərarın qəbul edilməsini cinayət prosesini həyata keçirən orqanların vəzifəsi deyil, hüququ kimi müəyyən etmişdir. Zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışmasına dair ərizəsinə baxılarkən nəinki bunun üçün qanunla nəzərdə tutulan əsasların olub-olmaması yoxlanılmalı, həmçinin törədilmiş əməlin ictimai təhlükəliliyi, təqsirləndirilənin şəxsiyyəti və işin bütün halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-in 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır; İş materiallarında olan zərərçəkmiş şəxslər tərəfindən verilmiş ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs oğluna qarşı şikayət və tələblərləri yoxdur, gələcəkdə də olmayacaq; İş materiallarında olan qəbzlərdən görünür ki, Təqsirləndirilən şəxs 1395,13 manat məbləğində "Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, Dövlət Sosial Müdafiə Fondu, işsizlikdən sığorta və icbari tibbi sığorta" haqqını ödəmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 162-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, həmin maddə ilə cinayət məsuliyyətindən azad edilməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməli, maddi sübut kimi tanınmış 03 ədəd “CD” disk cinayət materiallarında saxlanılmalıdır. Qeyd olunanlara əsasən və CPM-in 40, 43, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.3-cü maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs həmin Məcəllənin 162-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv olunsun. İş üzrə maddi sübut sübut-Azercell Telekom”, "xxxx" və "xxxx" MMC-dən götürülmüş məlumatların təqdim edildiyi 3 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. Qərardan elan olduğu andan 20 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar