Məhkəmə qərarları › İş №1(005)-502/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-502/2022

18.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-502/2022 18.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs (Mülki iddiaçı) X1, Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1985-ci ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə "həbs" qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.4 və 326.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla təkrarən oğurluq və vətəndaşın şəxsiyyət vəsiqəsini, pasportunu və digər mühüm şəxsi sənədləri talamışdır. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 23 iyun 2022-ci il tarixdə, saat 19:00 radələrində X2 ünvan 5 saylı binanın qarşısında saxladığı özünə məxsus "Volkswagen Polo” markalı, **-KP-*** dövlət qeydiyyat nişanlı avtomaşının qabaq sağ yan pəncərə şüşəsini şam daşı ilə sındırıb avtomaşının salonunda oturacağın üzərinə qoyulmuş kağız paketin içərisində dəyəri 70 manat olan 01 ədəd ton verici kremi, qiyməti 80 manat olan 01 ədəd "kryolan“ markalı ton verici kremi, qiyməti 70 manat olan 01 ədəd "kryolan" markalı ton verici kremi, qiyməti 60 manat olan 01 ədəd kosmetik vasitə Mac bronzeri, qiyməti 45 manat olan 01 ədəd "Mac” gözaltı hissə üçün nəzərdə tutulan kosmetik vasitəni, qiyməti 40 manat olan 01 ədəd "Nux” ten kosmetik vasitəni, qiyməti 35 manat olan 01 ədəd "Nux" tuş kosmetik vasitəni, qiyməti 70 manat olan 01 ədəd "mac baza" kosmetik vasitəni, ümumi qiyməti 60 manat olan 10 ədəd "mac" kosmetik vasitə fırçaları, qiyməti 70 manat olan 01 ədəd "kryolan" kremi qiyməti 60 manat olan 01 ədəd tuş kosmetik vasitəsini, qiyməti 35 manat olan 01 ədəd "nux“ tuş kosmetik vasitəsini, qiyməti 50 manat olan 01 ədəd "kryolan" kistini, qiyməti 60 manat olan 01 ədəd “bronzer“ kosmetik vasitəsini, qiyməti 225 manat olan 01 "kryolan” dodaq boyaları dəstini, qiyməti 80 manat olan 01 ədəd "kryolan" pudrasını, qiyməti 80 manat olan 01 ədəd "mac" tonal kosmetik vasitəsini, qiyməti 200 manat komplekt "mac" ten kosmetik vasitəsini, qiyməti 80 manat olan 01 ədəd "kryolan" kosmetik vasitəsini, qiyməti 70 manat olan 01 ədəd "mac-fix" kosmetik vasitəni, ümumilikdə 1470 manat məbləğində əmlakı gizli olaraq talamaqla Zərərçəkmiş şəxs2 qeyd olunun məbləğdə ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 25 iyun 2022-ci il tarixdə, saat 21:00 radələrində Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Nərimanov rayonu, X17 küçəsi ev 82Q saylı binanın qarşısında saxladığı özünə məxsus “KİA Sportage“ markalı, 99-СH-721 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ yan şüşəsini şam daşı ilə vurub sındırdıqdan sonra avtomobilin salonundan içərisində dəyəri 75 manat оlan əl çantasını və onun içərisində olan 60 manat dəyərində pul kisəsini, 400 manat nağd pulu, 800 manat dəyərində 22 qram çəkidə olan 750 əyarlı ağ rəngli qızıl qolbağı, 120 manat dəyərində ev açarlarını gizli olaraq və bundan əlavə Zərərçəkmiş şəxs1 adına olan digər mühüm şəxsi sənəd hesab edilən şəxsiyyət vəsiqəsini, ümumvətəndaş pasportunu, idarə etdiyi həmin avtomobilin texniki şəhadətnaməsini talamaqla Zərərçəkmiş şəxs1 ümumilikdə 1455 manat ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2022-ci ilin iyun ayının 23-dən 24-nə keçən gecə vaxtı ünvan 3 ünvanında saxlanılmış X7 mülkiyyətində ola “HYUNDAİ SANTAFE" markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ yan şüşəsini şam daşı ilə sındırıb avtomaşının salonundan içərisində Zərərçəkmiş şəxs4 məxsus dəyəri 8000 manat olan “Louis Vuitton" markalı əl çantasını, dəyəri 500 manat olan pul qabını, milli pul vahidi ilə 850 manat təşkil edən 500 ABŞ dolları nağd pulu, dəyəri 1000 manat olan "Hermes” markalı duxunu, Bank of Baku, Paşa və Kapital bank kartların, bir ədəd dəyəri 500 manat təşkil edən 750 əyyarda, 5 qram çəkidə qızıl qolbağı, bir cüt dəyəri 300 manat olan 750 əyyarda çəkisi 4 qram təşkil edən sırğanı, dəyəri 100 manat olan “İphone” markalı telefon adapterini gizli olaraq, bundan əlavə onun adına olan şəxsiyyət vəsiqəsini talamaqla, Zərərçəkmiş şəxs4 ümumilikdə 11.450 manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 27 iyun 2022-ci il tarixdə, saat 18:00 radələrində X10 adına olan faktiki olaraq X3 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 64/68 ünvanında saxlanılmış "HYUNDAİ SANTAFE” markalı, **-FE-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol yan pəncərə şüşəsini şam daşı ilə sındırıb avtomobilin salonundan oturacağın üzərindəki əl çantasının içərisindən 977 manat nağd pulu, qiyməti 130 manat, digərinin dəyəri isə 80 manat olan cəmi 02 ədəd "Samsung’' markalı mobil telefonu, həmin telefonların üzərində 15 manat dəyərində olan ***-***-**-** mobil kart nömrəni, balasında 5 manat məbləğində danışıq konturunu, dəyəri 12 manat olan ***-***-**-** mobil kart nömrəni, balansında 3 manat məbləğində danışıq konturunu, dəyəri 12 manat olan ***-***- **-** mobil kart nömrəni, balansında 4 manat məbləğində danışıq konturunu, dəyəri 25 manat olan “Meqama” ətrini və dəyəri 50 manat olan mənzilin açarlarını gizli olaraq və bundan əlavə Ramiz Tanrıverdiyevin adına olan digər mühüm şəxsi sənəd hesab edilən şəxsiyyət və sürücülük vəsiqələri, həmin nəqliyyat vasitəsinin texniki şəhadətnaməsini talamaqla zərərçəkmiş şəxs Ramiz Tanrıverdiyevə ümumilikdə 1313 manat məbləğində ziyan vuraraq oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.4 və 326.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində qeyd etmişdir ki, o, xx.xx.2022-ci il tarixdə ünvan 5 ünvanında piyada gəzişərkən təxminən saat 19 radələrində həmin binanın qarşısında saxlanılmış "Volksvagen Polo" markalı avtomobilin arxa sağ yan şüşəsini sındıraraq oradan bir ədəd çanta formalı paket götürmüşdür. Həmin yerdən uzaqlaşdıqdan sonra paketin içərisinə baxmış və paketin içərisində qadına aid kremlər və boyalar olmuşdur. Çantanın içində onun üçün hər hansı bir maraq doğuran əşya və pul olmadığından çantanı bir qədər getdikdən sonra tullamışdır. Həmin gün axşam saatlarında "Kia Sportage” markalı avtomobil ünvan 6 ünvanında diqqətini cəlb etmiş və həmin avtomobilə yaxınlaşaraq, ətrafda heç kimin olmadığını və avtomobilin qapılarının bağlı olduğunu görmüşdür. Həmin avtomobilin şüşəsini sındıraraq oradan əl çantasını götürmüşdür. Hadisə yerindən uzaqlaşdıqdan sonra çantanın içinə baxmış və görmüşdür ki, çantanın içində pul kisəsi var, onu içində isə 400 manat pul, şəxsiyyət vəsiqəsi, xarici pasport, sürücülük vəsiqəsi, bir ədəd ağ rəngli qolbaq, ev açarları və avtomobilin texniki pasportu var. Pulu cibinə qoyduqdan sonra ağ metaldan olan qolbağı qızıl olmadığını görmüş və çanta ilə birlikdə yolun qırağına tullamışdır. Götürdüyü pulları öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan sonra 23 iyun 2022-ci il tarixdən 23 iyuna keçən gecə saatlarında tək halda ünvan 7 ünvanında “Hyundai Santafe” markalı qeydiyyat nişanlı avtomobil diqqətini cəlb etmiş və eyni üsulla həmin avtomobilə yaxınlaşaraq cibində olan şam daşını çıxarıb avtomobilin sağ arxa yan şüşəsinə vuraraq şüşəni sındırmış və orada olan əl çantasını götürərək dərhal həmin yerdən uzaqlaşmışdır. Sonra əl çantasını açıb içərisinə baxdıqda pul qabının içində 500 ABŞ dolları nağd pul, markasını bilmədiyi ətir, şəxsiyyət vəsiqəsi, xarici pasport, bank kartları, qolbaq, bir cüt sırğa, telefon adapterini görmüşdür. Çantanın içərisindən yalnız pulu götürmüş, digər əşyalara çanta ilə birlikdə tullamışdır. Sonuncu dəfə 27 iyun 2022-ci il tarixdə saat təxminən 18 radələrində o, ünvan 8 ünvanın qarşısında piyada getdiyi zaman yolun kənarında yaşayış binasının qarşısında saxlanmış “Hyundai Santafe” markalı dövlət qeydiyyat nişanlı avtomobilin yanından keçərkən qabaq oturacaqların arasında əl çantasının olduğunu görmüşdür. Bu zaman o, həmin əl çantasının içərisində pul olacağını zənn edərək həmin pulu oğurlamaq qərarına gələrək maşına yaxınlaşıb şam daşı ilə avtomobilin qabaq sol qapısının şüşəsini sındıraraq pəncərədən əlini içəri salaraq əl çantasının içərisində olan pulu, iki ədəd “Samsung” markalı mobil telefonu, şəxsiyyət vəsiqəsini, sürücülük vəsiqəsini, avtomobilin texniki pasportunu və bir topa açarları götürüb cibinə qoyaraq avtomobildən uzaqlaşıb digər küçə tərəfə getmişdir. Yolda pulu və iki ədəd mobil telefonu götürüb, digər əşya və sənədlər isə ona lazım olmadığından küçənin baş tərəfində zibillik tərəfə tullayıb getmişdir. Pulu öz ehtiyacına xərcləmişdir. İki ədəd mobil telefonu isə bir qadının evində müvəqqəti yaşadığı Binəqədi rayonu, Naxçıvaniski küçəsində dəqiq evin nömrəsini xatırlamadığı evə gətirmiş və orada saxlayaraq gələcəkdə kiməsə satıb pul əldə edəcəkdi. Sonradan atası həmin telefonları qaldığı evdən götürüb polisə təqdim etmişdir. Tutduğu əməldən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, 23 iyun 2022-c il tarixdə saat 19 radələrində özünə məxsus “Kia Sportage" markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə yaşadığı ünvan 6 ünvanına gəlmiş və avtomobili yaşadığı binanın qarşısında saxlamışdır. Avtomobilin qapılarını bağlayaraq yaşadığı mənzilə getmişdir. Təxminən 2 saat evdə olduqdan sonra evdən çıxıb getmiş və 24 iyun 2022-ci il tarixində saat 00:03 radələrində evə gəldikdə həyətdə saxladığı avtomobilinin qabaq sağ yan şüşəsinin sındırıldığını görmüşdür. Avtomobilinin salonuna baxdıqda qabaq ön oturacağın üzərində qoyduğu 75 manat dəyərində əl çantasının oğurlandığını görmüşdür. Çantanın içərisində bir ədəd 60 manat dəyəri olan pul kisəsinin, içərisində 400 manat nağd pulun, özünə aid xarici pasportunun, sürücülük vəsiqəsinin, 1 ədəd qızıl ağ rəngli 800 manat dəyərində 22 qram çəkidə 750 əyarlı qolbağın, dəyəri olmayan "xxxx" ASC, "xxxx" ASC və ATB kartının, 120 manat dəyərində ev açarlarının və avtomobilin texniki pasportunun oğurlandığını aşkar etmişdir. Qeyd olunan əşyalardan başqa avtomobilindən heç nə oğurlanmamışdır. Oğurluq hadisəsi barədə o, polisə ərizə ilə müraciət etmişdir. Ona bu oğurluq hadisəsi nəticəsində 1455 manat məbləğində maddi ziyan dəymişdir. Bundan əlavə avtomobilin qabaq sağ qapısının şüşəsinin sındırılaraq məhv edilməsi nəticəsində 250 manat məbləğində maddi ziyan dəymişdir. 24 iyun 2022-ci il tarixdə əşyalarını tapmaq məqsədi ilə ətraf küçələri gəzib dolaşmağa başlamış, yaşadığı evdən iki küçə aralıda binaların arasında yerdə səpələnmiş vəziyyətdə əl çantasını, sürücülük vəsiqəsini, xarici pasportunu, bank kartlarını, avtomobilin texniki pasportunu və evin 3 ədəd açarlarını aşkar etmiş və onları götürmüşdür. Digər əşyaları və pulunu aşkar edə bilməmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə, təxminən saat 16:05 radələrində bacısı X11 adına olan, faktiki ona məxsus olan etibarnamə ilə idarə etdiyi "Hyundai Santafe" markalı, **-FE-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 8 ünvanın qarşısına getmişdir. İdarə etdiyi avtomobili "X21” mağazasının qarşısında saxlayıb, qapılarını kilidləyərək yaxınlıqdakı “İstanbul” klinikasına piyada getmiş, təxminən 2 saat klinikada olduqdan sonra saat təxminən 18:00-da avtomobilinin yanına qayıtmışdır. Yaxınlaşdıqda avtomobilin qabaq sol şüşəsinin naməlum şəxs tərəfindən sındırıldığını aşkar etmiş, avtomobilin içərisinə baxış keçirdikdə qabaq oturacaqların arasına qoymuş olduğu əl çantasının içərisindən özünə məxsus 977 manat nağd pulun, imey kodlarını və modellərini dəqiq bilmədiyi birinin qiyməti 130 manat, digərinin qiyməti isə 80 manata olan cəmi 02 ədəd "Samsung" markalı mobil telefonun, özünə məxsus şəxsiyyət vəsiqəsinin, özünə aid sürücülük vəsiqəsinin, qeyd olunan nəqliyyat vasitəsinin texniki pasportunun, dəyəri 25 manat olan "Meqama" ətrinin və dəyəri 50 manat olan mənzilin açarlarının oğurlandığını aşkar etmişdir. Bundan sonra o, DİN-in 102 xidmətinə zəng edərək baş vermiş oğurluq hadisəsi barədə məlumat vermişdir. Həmin mobil telefonların üzərində - 15 manat dəyərində olan ***-***-**-** mobil kart nömrə, balansında 5 manat məbləğində danışıq konturu, dəyəri 12 manat olan ***-***-**-** mobil kart nömrəsini, balansında 3 manat məbləğində danışıq konturu, 12 manat dəyərində olan ***-***-**-** mobil kart nömrə, balansında 4 manat məbləğində danışıq konturu olmuşdur. Ona cəmi 1313 manat məbləğində maddi ziyan dəymişdir. Avtomobilinin qapısının pəncərə şüşəsinin sınması nəticəsində ona 350 manat məbləğində maddi ziyan dəymişdir. Daha sonra o, polis şöbəsinə dəvət edilmiş və mobil telefonları özünə təhvil verilmişdir. Tərəfindən verilmiş mülki iddianın tam təmin edilməsini xahiş edir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasına dəvət edilməsinə baxmayaraq Zərərçəkmiş şəxs2 məhkəmədə iştirak etməmişdir. Tərəflərin razılığı ilə məhkəmə istintaqında onun ibtidai istintaqda vermiş olduğu ifadəsi elan olunmuşdur. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs2 vermiş olduğu ifadəsində göstərmişdir ki, o, özünə məxsus "Volksvaqen Polo" markalı, **-KP-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. xx.xx.2022-ci il tarixdə, saat 18:40 radələrində avtomobili ilə yaşadığı ünvan 9 ünvanında çıxıb ünvan 10əadətin evinə getmiş və avtomobili isə binanın yaxınlığında saxlayaraq qapılarını kilidləmişdir. Təxminən saat 21:15 radələrində evdən çıxıb avtomobilinə gəlmişdir. Baxanda avtomobilin sağ arxa şüşəsinin sındığını görmüşdür. Avtomobilin arxa sağ oturacağına qovduğu çəhrayı rəngli kağız paketin yerində olmadığını görmüşdür. Oğurluq hadisəsinin baş verdiyini başa düşmüş, bundan sonra DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Oğurlanmış çantanın içərisində qiyməti 70 manat olan 01 ədəd ton verici krem, qiyməti 80 manat olan 01 ədəd "kryolan" markalı ton verici krem, qiyməti 70 manat olan 01 ədəd "kryolan" markalı ton verici krem, qiyməti 60 manat olan 01 ədəd kosmetik vasitə “Mac” bronzer, qiyməti 45 manat olan 01 ədəd "Mac” gözaltı hissə üçün nəzərdə tutulan kosmetik vasitə, qiyməti 40 manat olan 01 ədəd "Nux" ten kosmetik vasitəsi, qiyməti 35 manat olan 01 ədəd "Nux” tuş kosmetik vasitəsi, qiyməti 70 manat olan 01 ədəd "Mac baza" kosmetik vasitəsi, ümumi qiyməti 60 manat olan 10 ədəd "Mac" kistləri kosmetik vasitəsi, qiyməti 70 manat olan 01 ədəd "Kryolan“ kremi, qiyməti 60 manat olan 01 ədəd tuş kosmetik vasitəsi, qiyməti 35 manat olan 01 ədəd "Nux” tuş kosmetik vasitəsi, qiyməti 50 manat olan 01 ədəd “Kryolan” kisti, qiyməti 60 manat olan 01 ədəd "Bronzer" kosmetik vasitəsi, qiyməti 225 manat olan 01 "Kryolan" dodaq boyaları dəsti, qiyməti 80 manat olan 01 ədəd "Kryolan” pudrası, qiyməti 80 manat olan 01 ədəd "Mac” tonalni osmetik vasitəsi, qiyməti 200 manat komplekt "Mac" ten kosmetik vasitəsi, qiyməti 80 manat olan 01 ədəd "Kryolan" kosmetik vasitəsi, qiyməti 70 manat olan 01 ədəd "Mac-fix" kosmetik vasitəsi oğurlanmış, nəticədə ona ümumilikdə 1470 manat maddi ziyan dəydiyini bildirmişdir. Avtomobilimin sağ arxa yan şüşəsinin sınması nəticəsində ona 400 manat məbləğində maddi ziyan dəymişdir. O, öz vəsaiti hesabına həmin avtomobilin arxa sağ yan pəncərə şüşəsinin yenisini alıb dəyişmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, o, 23 iyun 2022-ci il tarixdə saat 21:30 radələrində notarial qaydada X8 məxsus olan, idarə etmək üçün etibarnamə əsasında idarə etdiyi “Hyundai Santafe” markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobilini Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində 224 saylı binanın qarşısında saxlamış və avtomobilinin qapılarını kilidləyərək evə getmişdir. 24 iyun 2022-ci il tarixdə saat təxminən 00:30 radələrində o, avtomobilinə dostu X12 ilə birlikdə yaxınlaşdıqda avtomobilinin arxa sağ pəncərə şüşəsinin sındırıldığını və avtomobilinin salonunda arxa sağ oturacağın üzərində qoymuş olduğu əl çantasının oğurlandığını aşkar etmişdir. Sonra o, küçəyə baxmış, lakin əl çantasını tapa bilməmişdir. Avtomobilindən dəyəri 8000 manat olan “Louis Vuitton” markalı, əl çantasının içərisində dəyəri 500 manat olan pul qabı, 500 ABŞ dolları nağd pul, dəyəri 1000 manat olan "Hermes” markalı ətir, öz adına olan şəxsiyyət vəsiqəsi, özünə məxsus “Bank of Baku”, Paşa və Kapital bank kartları, bir ədəd dəyəri 500 manat təşkil edən 750 əyyarda 5 qram çəkidə qızıl qolbağı, bir cüt dəyəri 300 manat olan 750 əyyarda çəkisi 4 qram təşkil edən sırğa, “İphone” markalı dəyəri 100 manat olan telefon adapteri oğurlanmışdır. Həmin əşyalar, sənədlər və pulların oğurlandığını müəyyən etdikdən sonra polisə ərizə ilə müraciət etmişdir. Polis əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilmiş və protokol tərtib olunmuşdur. Avtomobilinin arxa sağ pəncərə şüşəsinin sındırılaraq məhv edilməsi nəticəsində 250 manat məbləğində maddi ziyan dəymişdir. Oğurluq nəticəsində ona ümumilikdə 11.250 manat məbləğində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma oğludur. Oğlu Rizvan bir neçə dəfə məhkumluq həyatı yaşamışdır. Oğlu Təqsirləndirilən şəxs bir neçə avtomobildən oğurluq etdiyinə görə polisdə cinayət işi açılaraq barəsində həbs qətimkan tədbiri seçilmişdir. Sonradan ona oğlu Təqsirləndirilən şəxs tərəfindən Ramiz Tanrıverdiyevin avtomobilindən iki ədəd “Samsung” markalı telefonları oğurladığı məlum olmuşdur. Daha sonra o həmin telefonları taparaq müstəntiqə təhvil vermişdir. Oğlunun avtomobillərdən oğurladığı digər əşyaların harada və kimdə olduğunu bilməmişdir. Məhkəmə iclasına dəvət edilməsinə baxmayaraq Şahid1 məhkəmədə iştirak etməmişdir. Tərəflərin razılığı ilə məhkəmə istintaqında onun ibtidai istintaqda vermiş olduğu ifadəsi elan olunmuşdur. İbtidai istintaq zamanı Şahid1 vermiş olduğu ifadəsində göstərmişdir ki, onun adına “Hyundai Santafe” markalı, **-FE-*** dövlət qeydiyyat nişanlı avtomobil olmuşdur. Avtomobili etibarnamə ilə qardaşı X3 vermişdir. Avtomobil onun adına olsa da faktiki olaraq qardaşına məxsus olmuşdur. xx.xx.2022-ci il tarixdə qardaşı Ramiz ona ünvan 8 ünvanın qarşısına getdiyini, avtomobili "X21" mağazasının qarşısında saxlayıb qapılarını kilidləyərək yaxınlıqdakı “İstanbul” klinikasına piyada getməsini, təxminən 2 saat klinikada olduqdan sonra saat təxminən 18:00 da avtomobilin yanına gələn zaman avtomobilin qabaq sol qapısının şüşəsinin naməlum şəxs tərəfindən sındırıldığını demişdir. Qabaq oturacaqların arasına qoymuş olduğu əl çantasının içərisindən 977 manat nağd pul, 02 ədəd "Samsung” markalı mobil telefonun, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin texniki pasportu, “Meqama” ətrini və mənzilin açarlarının oğurlandığını aşkar etdiyini bildirmişdir. Bundan sonra qardaşı DİN-nin 102 xidmətinə zəng edərək baş vermiş oğurluq hadisəsi barədə polisə məlumat vermişdir. Avtomobilin qapısının pəncərə şüşəsinin sınması və məhv edilməsi nəticəsində ona 350 manat məbləğində maddi ziyan dəymişdir. Avtomobil faktiki olaraq qardaşına aid olduğu üçün avtomobilə dəymiş zərəri qardaşı ödəmiş və maddi ziyan qardaşına vurulmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Tutma haqqında 28 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-750/2022 nömrəli, 29 iyun 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 28 iyun 2022-ci il tarixdən hesablanmaqla 03 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2011-ci il tarixdə Binəqədi rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 09 ay müddətinə məhkum edilmiş. xx.xx.2012-ci ildə Qaradağ rayon məhkəməsinin qərarı ilə CM-nin 76.3.1-ci maddəsinə əsasən 02 ay 04 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2014-cü ildə Binəqədi rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə 04 il müddətinə azadlıqdan məhrum edilmiş. xx.xx.2016-cı ildə Binəqədi rayon məhkəməsinin qərarı ilə 07 ay vaxtından əvvəl şərti azad edilmiş. xx.xx.2019-cu il tarixdə Səbail rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1,177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə 2 il 06 ay müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2019-cu ildə Nəsimi rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 66.5-ci maddəsi ilə 02 il 06 ay müddətinə azadlıqdan məhrum edilmiş. xx.xx.2019-cu ildə Suraxanı rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-1, 326.2, 66.2, 66.5-ci maddələri ilə 03 il 03 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Təqsirləndirilən şəxs ifadəsinin hadisə yerində yoxlanılmasına dair tərtib edilmiş 30 avqust 2022-ci il tarixli protokoldan görünür ki, o, 23 iyun 2022-ci il tarixdə, ünvan 5 saylı himinin qarşısında "Volkswagen Polo" markalı, **-KP-*** dövlət qeydiyyat nişanlı avtomaşının qabaq sağ yan pəncərə şüşəsini şam daşı ilə sındırıb avtomaşının salonunda oturacağın üzərinə qoyulmuş kağız paketi, sonra həmin gün Bakı şəhəri, Nərimanov rayonu, Ak.Həsən Əliyev küçəsi ev 82Q saylı binanın qarşısında saxlanılmış “KİA Sportage” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomaşının qabaq sağ yan şüşəsini şam daşı ilə vurub sındırdıqdan sonra avtomaşının salonundan əl çantasını. 2022-ci ilin iyun ayının 23-dən 24-nə keçən gecə saatlarında ünvan 11 ünvanında saxlanılmış "HYUNDAİ SANTAFE" markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı avtomaşının arxa sağ yan şüşəsini şam daşı ilə sındırıb avtomaşının salonundan içərisindən gizli olaraq oğurluq etdiyini, bundan başqa o, 27 iyun 2022-ci il tarixdə, saat 18:00 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 64/68 ünvanında saxlanılmış "HYUNDAİ SANTAFE" markalı, **-FE-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol yan pəncərə şüşəsini şam daşı ilə sındırıb avtomobilin salonundan oturacağın üzərindəki əl çantasının içərisindən oğurluq etdiyini bildirmiş və həmin yerləri tam dəqiqliyi ilə göstərmisdir. İfadənin hadisə yerlərində yoxlanılmasına dair fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Video disklərə baxış keçirilməsi haqqında 30 avqust 2022-ci il tarixli protokoldan görünür ki, X5 avtomobilindən oğurluq faktı ilə bağlı videofayla baxış keçirilərkən videogörüntüdə xx.xx.2022-ci il tarixdə bir nəfər şəxsin yol ilə gələrək ‘'Hyundai Santafe" markalı avtomaşının ətrafına dolanması, avtomaşının sağ yan tərəfinə keçərək əl fənəri ilə avtomaşının içərisinə baxması, daha sonra isə arxa yan şüşəsini sındıraraq avtomaşından əl çantasını götürərək uzaqlaşması müşahidə olunmuşdur. Bundan sonra, Zərərçəkmiş şəxs1 avtomobilindən oğurluq faktı ilə bağlı videofayla baxış keçirilərkən videogörüntüdə xx.xx.2022-ci il tarixdə bir nəfər şəxsin "Kia Sportage" markalı avtomobilin yanından keçərək əlində qara rəngli çantanı özü ilə aparması, daha sonra əl çantasının içərisinə baxaraq yolun kənarına atması müşahidə olunmuşdur. Video görüntülərə baxış keçirildikdən sonra Təqsirləndirilən şəxs həmin video disklərdə əks olunmuş şəxsin onun özünün olmasını, anomobillərdən oğurluğu necə etməsini əks etdirən görüntülərin olmasını bildirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 sentyabr 2022-ci il tarixli, 9/6202 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş mobil telefonların satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması və işlənmə dərəcələri nəzərə alınmaqla 2022-ci ilin iyun ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 20,00 manat müəyyən olunur.

1. 1 ədəd qara rəngli, “Samsung” markalı “GT-C3782” model mobil telefon - 10,0 manat,

2. 1 ədəd qara rəngli, “Samsung” markalı “GT-E1202i” model mobil telefon - 10,0 manat. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. “Sübutların qiymətləndirilməsi haqqında” 08 fevral 2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs1 avtomobilindən oğurlanmış bir ədəd “Dior” markalı əl çantası, Paşa bank, ATB bank, Yelo bank kartları, şəxsiyyət və sürücülük vəsiqəsi, xarici pasport, mənzilin açarlarının maddi sübut kimi tanınması və Zərərçəkmiş şəxs1 qaytarılmasının nəzərə alınması, 02 ədəd mobil telefonun maddi sübut hesab edilməsi və zərərçəkmiş şəxs Ramiz Tanrıverdiyevə qaytarılmasının nəzərə alınması və Təqsirləndirilən şəxs oğurluq hadisələrinin törətməsini özündə əks etdirən görüntülərə dair 03 ədəd DVD diskin maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. Zərərçəkmiş şəxs4 26 oktyabr 2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyi, habelə istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar və xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.2-ci maddəsinə əsasən dənizçinin şəxsiyyət sənədini, vətəndaşın şəxsiyyət vəsiqəsini, pasportunu və ya digər mühüm şəxsi sənədini talama-min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.4 və 326.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməlləri etiraf edərək səmimi peşmançılıq çəkməsini və Zərərçəkmiş şəxs4 ona qarşı şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs, məhkumluğu ödənilmədən və ya götürülmədən, yenidən qəsdən cinayət törətməsini məhkəmə cinayətlərin residivi və Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Bununla da işdə olan sübutlarla isə təsdiq olunur ki, məhkumluğu vaxtından əvvəl götürülməmiş Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini, az ağır cinayət törətməyə görə əvvəllər məhkum olunduğu azadlıqdan məhrum etmə cəzasından azad edildiyi gündən 2 il keçmədən törətmişdir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər də dəfələrlə mülkiyyət əleyhinə cinayət törətdiyinə görə məhkum olunmasını onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.4 və 326.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Qanunvericiliyin bu tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qismən toplanılmaqla cəza təyin olunmalıdır. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nın 56.1.3-cü maddəsinin tələblərinə görə, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə onun cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Cinayət işi üzrə maddi sübut kimi tanınmış - 03 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, bir ədəd “Dior” markalı əl çantasının, Paşa bank, ATB bank, Yelo bank kartlarının, şəxsiyyət və sürücülük vəsiqəsinin, xarici pasport və mənzilin açarlarının Zərərçəkmiş şəxs1, 02 ədəd mobil telefonun isə X3 qaytarılması nəzərə alınmalıdır. Həmçinin ekspertiza tədqiqatının ümumi dəyəri 50,0 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilməlidir. Zərərçəkmiş şəxs (mülki iddiaçı) X6 cinayət mühakimə icraatında mülki iddia verərək cinayət hadisəsi nəticəsində ona dəymiş 11.956.40 manat ziyanın Təqsirləndirilən şəxs alınıb ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra Zərərçəkmiş şəxs (mülki iddiaçı) X6 iddia ərizəsinə dəqiqləşmə verərək cinayət nəticəsində dəyən zərər 1.313 manat, avtomobilin qabaq sol şüşəsinin sındırılması nəticəsində xərclədiyi 350 manat, şəxsiyyət vəsiqəsinin diblikatının alınması üçün 30 manat, sürücülük vəsiqəsinin alınması üçün 30.4 manat, etibarnamənin alınması üçün 23 manat, avtomobilin texniki pasportunun alınması üçün 210 manat, cəmi 643 manat, həmçinin müalicə xərci 5000 manat, mənəvi zərərə görə 5.000, cəmi 11.956.40 manat ziyanın Təqsirləndirilən şəxs alınıb ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Mülki iddia ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. CPM-in: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur; 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir; 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır; 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır; 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə təqsiri məhkəmə araşdırılması zamanı öz təsdiqini tapdığından onun vurulmuş zərərlə bağlı həm də mülki məsuliyyəti yaranmışdır. Belə ki, ittiham üzrə zərərçəkənə dəymiş zərər 1313 manat Təqsirləndirilən şəxs tutulmalıdır. Mülki iddianın “avtomobilin qabaq sol şüşəsinin sındırılması nəticəsində xərclədiyi 350 manat, şəxsiyyət vəsiqəsinin dublikatının alınması üçün 30 manat, sürücülük vəsiqəsinin alınması üçün 30.4 manat, etibarnamənin alınması üçün 23 manat, avtomobilin texniki pasportunun alınması üçün 210 manat, cəmi 643 manat, həmçinin müalicə xərci 5000 manat, hissələri təmin olunmamalıdır. Həmin məbləğlərlə bağlı mülki iddiaçı (zərərçəkən şəxs) hər hansı mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Mülki iddianın 5.000 manat mənəvi zərər hissəsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Beləliklə, zərərçəkmiş şəxs (mülki iddiaçı) tərəfindən maddi ziyan və əldən çıxmış faydanı təsdiq edən sübutlar təqdim edilmədiyindən, mülki iddia həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli qərarında qeyd olunur ki, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Qərarda həmçinin qeyd olunur ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. Vurulmuş mənəvi zərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmələr cavabdehin maddi durumunu nəzərə almalıdır. Həmçinin məhkəmələr tərəfindən nəzərə alınmalıdır ki, şəxsin ölümü və ya sağlamlığına vurulmuş zərər təkcə qohumlarının deyil, həm də onun dostlarının, tanışlarının da mənəvi sarsıntı, məyusluq hisləri keçirməsinə səbəb ola bilər. Lakin məhkəmələr hüquq pozuntusu nəticəsində yaranan mənəvi zərərə görə şəxsin məsuliyyətini müəyyən edərkən güclü emosional hislərlə ağır mənəvi sarsıntı və iztirab hislərini fərqləndirməlidirlər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarının 8-ci bəndinə əsasən məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Həmin Qərarın 10-cu bəndində Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və X9 haqqında” Konvensiyanın 41-ci maddəsinə, habelə digər normalarına əsaslanaraq mənəvi zərərin müəyyən edilməsinə dair müvafiq təcrübə formalaşdırmışdır. Avropa Məhkəməsi mənəvi zərəri “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı”, “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik” kimi səciyyələndirmişdir (Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə 2006-cı il 9 noyabr tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli Qərarlar). Avropa Məhkəməsi “Varnava və digərləri Türkiyəyə qarşı iş” üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyrimüəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Göründüyü kimi, “İnsan Hüquqlarının və X9 haqqında” Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə hesab edir ki, zərərçəkmiş X3 ittiham üzrə zərər vurulması, bunun nəticəsində mənəvi sarsıntı keçirməsi, yəni ona mənəvi ziyan dəyməsi, danılmazdır. Bu baxımdan ona dəyən mənəvi ziyana görə cavabdehdən (təqsirləndirilən şəxsdən) pul tutulması tələbi əsaslıdır. Lakin, məhkəmə, mülki cavabdehin də əmlak vəziyyəti nəzərə alaraq tələb olunan mənəvi ziyan məbləğini ağlabatan və ədalətli hesab etmir. Bu baxımdan məhkəmə, mülki iddianın mənəvi ziyanla bağlı hissəsinin qismən təmin edilməsi qənaətinə gəlir. Məhkəmə mənəvi zərərin məbləğini 500 manat müəyyən edir və hesab edir ki, həmin məbləğ təqsirləndirilən şəxsdən tutulub ona ödənilməlidir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 10 iş saatına görə 60 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə

H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.4 və 326.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələri ilə 03 il 3 ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 326.2-ci maddəsi ilə 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 03 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin əvvəli xx.xx.2022-ci il tarixindən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübüt - 03 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübüt - iki ədəd “Samsung” markalı mobil telefonların zərərçəkmiş şəxs X4, Paşa bank, ATB bank, Yelo bank kartlarının, şəxsiyyət və sürücülük vəsiqəsinin, xarici pasportun və mənzilin açarlarının isə Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 50,0 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən şəxs oğlundan maddi ziyana görə 1313,00 manat, mənəvi zərər görə 500,00 manat pul tutularaq X1 xeyrinə ödənilsin. Mülki iddia qalan hissədə təmin edilməsin. Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 iş saatı üçün cəmi 60 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar