Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-505/2022 14.10.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İsmayılova Zəhraxanım Şahin qızının katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 nümayəndəsi və vəkili X8, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X12 və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, X4 X12 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında verdiyi şikayət ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X9 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək X12 CM-in 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb olunması barədə ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılır ki, o, Goranboy şəhəri, M.F. Axundov küçəsi, ev 49 qeydiyyatda olmaqla yaşayır. X23 X20 inkişaf X15 X2 sosial işçi işində işləyir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan X12 özü yaşadığı ünvandan xx.xx.2022-ci il tarixdə "Dia.az" dünya informasiya agentliyi vasitəsilə «Goranboyda vəzifəli şəxslərlə bağlı şok iddia - inanılmaz olay » başlığı altında, xx.xx.2022-ci il tarixdə "Hürriyyət" informasiya agentliyi vasitəsilə «Goranboyda icra hakimiyyətinin şöbə müdiri başqasının həyat yoldaşını qaçırdı - 3 uşaq atası olan Şaiq Qəmbərlinin qaçırdığı Ülviyyə adlı xanımın da 2 övladı var..» başlığı altında, xx.xx.2022-ci il tarixdə "Redaktor.az" vasitəsilə (Oxunma sayı 15779) «Goranboy İH-nin şöbə müdiri ilə qaçan qadının ərindən şok etiraflar» başlığı altında kütləvi informasiya vasitəsində, internet informasiya ehtiyatında onun şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan şər və böhtan olan məlumatlar yaymışdır. Şikayətə əlavə edilmiş "Dia.az" dünya informasiya agentliyinin yazılarında kütləvi informasiya vasitəsində, internet informasiya ehtiyatında olan «Goranboyda vəzifəli şəxslərlə bağlı şok iddia - inanılmaz olay» başlığı altında yazıda göstərilmişdir ki, Goranboyda özünü "toxunulmaz" hesab edən və 3 övlad atası olan Ş. Qəmbərli başqasının həyat yoldaşım qaçırıb. Belə ki,... İki uşaq anası olan Ülviyyə adlı xanını öz ailəsini ataraq, Şaiq Qəmbərliyə qoşulub qaçıb. Şikayətə əlavə edilmiş "Hürriyyət" informasiya agentliyinin yazılarında kütləvi informasiya vasitəsində, internet informasiya ehtiyatında olan «Goranboyda icra hakimiyyətinin şöbə müdiri başqasımn həyat yoldaşını qaçırdı - 3 uşaq atası olan Şaiq Qəmbərlinin qaçırdığı Ülviyyə adlı xanının da 2 övladı var..» başlığı altında yazıda göstərilmişdir ki,... İki uşaq anası olan Ülviyyə adlı xamını öz ailəsini ataraq, Şaiq Qəmbərliyə qoşulub qaçıb. Şikayətə əlavə edilmiş "Redaktor.az" yazılarında kütləvi informasiya vasitəsində, internet informasiya ehtiyatda olan« Goranboy İH-nin şöbə müdiri ilə qaçan qadının ərindən şok etiraflar» başlığı altında yazıda göstərilmişdir ki, Redaktor.az- la əlaqə saxlayan X3 həyat yoldaşı X11 bəzi məlumatları oxucularımızla bölüşdü. Onun sözlərinə görə, həyat yoldaşı bu ilin iyunun 17də evdən ayrılaraq Goranboy İcra Hakimiyyətinin şöbə müdiri, 3 övlad atası olan Şaiq Qəmbərli ilə qaçıb: "Yoldaşım yalan məlumat verir ki, guya evdən qaçmayıb. Guya ər evindən çıxıb birbaşa anası evinə gedib. Amma mənim əlimdə sübutlar var ki, o qadın anası evinə getməyib. Çünki anası onu axtarmaq üçün Bakıya da getmişdi və qızının rəfiqələrinə Ülviyyəni axtarmaqla bağlı səs də atıb. Həmin səslər də var əlimdə". Anar Abbasov daha sonra qeyd edib: "Qaçan ərəfədə mənə köhnə nömrəsilə mesaj yazdı ki, "boşanma ərizəsi vermişəm və Bakıya gedirəm, orada işləyib yaşayacağam". Sonra nömrəsinə zəng çatmadı. Mən bu barədə yoldaşımın anasına məlumat verdim. Həm o, həm mən ayrı-ayrılıqda Bakıya getdik. Birinci bacısının evinə getdim, amma orda deyildi. Anası da başladı qızını axtarmağa, yoldaşımın rəfiqələrinə zəng etsə də, heç bir nəticə olmadı. Mən 2 gündən sonra qayıtdım Goranboya. Anası isə məndən 1 gün sonra qayıtdı. Bir neçə gün sonra yeni nömrəsi ilə anasına zəng etdi. Beləliklə yeni nömrəsi bilindi. Halbuki, bu yeni nömrə də çoxdan alınıbmış. Votsapda aktivlik vaxtı 2022-ci ilin may ayının 4-dən başlayıb". Anar Abbasovun sözlərinə görə, qayınanası Gəncədəki bacısıgilə gedib. Daha sonra qızı Ülviyyə ilə əlaqə saxlayıb. Ülviyyə də səhər durub Gəncəyə gedib, anası ilə görüşüb, oradan da Goranboydakı ata evinə gəlib və deyib ki, 2 gün sonra yenə Bakıya qayıdacaq."Yoldaşım rayona gəldikdən sonra onu görmək üçün anasının evinə getdim. Orada olarkən Ülviyyənin telefonuna Şaiq Qəmbərliyə məxsus nömrədən mesaj gəldiyini gördüm. Mesajı oxuyanda artıq yoldaşımla Şaiq Qəmbərlinin arasında münasibəti görmüş oldum. Mən həmin mesajları və telefonu Goranboy rayon hüquq- mühafizə orqanlarına da təqdim etmişəm. Artıq Goranboyda hər kəs bunların arasında qeyri - etik münasibətin olduğunu bilir. Şaiq Qəmbərli və yoldaşım yalan məlumatlar yayaraq hər kəsi inandırmağa çalışırlar ki, guya mən narkotik aludəçisiyəm, guya hər gün yoldaşımı döyürəm. Lakin yoldaşımla aramızda olan yazışmalarla da sübut edə bilərəm ki, bizim münasibətimiz pis olmayıb ki, mən onu hər gün döyüm. Mən telefonda bunların mesajlaşmasını tutduqdan sonra yoldaşım özü mənə etiraf etdi ki, Şaiq Qəmbərli ona Gəncə şəhərindən kirayə ev tutub, hərçənd ki, indi bunu təkzib edir. Baxmayaraq ki, biz yoldaşımla iyunun 17-nə kimi birgə yaşamışıq, yoldaşım Şaiq Qəmbərlinin köməyi ilə hələ may ayından gizlin şəkildə vəkil də tutubmuş". X13 atalan böhtanlara cavab olaraq bildirib ki, istənilən vaxt tibbi ekspertizadan keçməyə hazırdır: "Ülviyyə və Şaiq Qəmbərli məni narkotik aludəçisi olaraq ictimaiyyətə təqdim edirlər. Necə ola bilər ki, 615 bal ilə Bakı Dövlət Universitetini bitirən, sabiq icra başçısının fəxri fərmanına layiq görülən insan narkotik aludəçisi olsun? Mən nə vaxt istəsəniz tibbi ekspertizadan keçə bilərəm". Anar Abbasov onu da əlavə etdi ki, şöbə müdiri ilə arvadı arasındala münasibətlə bağlı əlindəki faktları hüquq-mühafizə orqanlarına təqdim edib və lazım gələndə onları media ilə də bölüşəcək: Bütün Goranboy əhalisi onların yalan, mənim doğru danışdığımı bilir. Yuxarıda göstərilənlərdən əvvəl, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X12 30 iyun 2022-ci il tarixdə Goranboy rayon prokurorluğuna ərizə ilə müraciət edərək Goranboy rayon İcra Hakimiyyətinin şöbə müdiri Saiq Qənbərlinin onun arvadı Ülviyyə Rüstəmovanı qaçırıb Gəncə şəhərində kirayə ev tutdurub və həmin evdə saxladığım, habelə onu ölümlə hədələdiyim göstərmişdir. Goranboy rayon prokurorluğunun xx.xx.2022-ci il tarixli "Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə X6 arvadı X4 Goranboy rayon İcra Hakimiyyətinin şöbə müdiri X16 tərəfindən qaçırılması barədə müraciət əsasında toplanmış material üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmiş, X4 əri X12 tərəfindən döyülməsi xüsusatı üzrə əməldə cinayət tərkibi olmaması əsasına görə X6 barəsində cinayət işinin başlanması rədd edilmiş və X9m döyərək bədən xəsarəti yetirdiyi üçün X6 barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Goranboy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(045)-637/2022 saylı inzibati xəta haqqında iş üzrə Qərarı ilə X12 İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Göründüyü kimi barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X12 qəsdən məni başqasına qoşulub qaçan, başqası ilə qeyri - etik münasibətdə olma və sairə kimi yuxanda göstərilmiş yalan düzgün olmayan sözlərlə mənə böhtan atmış, şərəf və ləyaqətimi ləkələyən, məni nüfuzdan salan şər və böhtan olan məlumatlan kütləvi informasiya vasitəsində, internet informasiya ehtiyatında yaymış və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Əməlin barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən törədilməsi, şikayətdə göstərilən cinayətin törədilmə halları, şikayətə əlavə etdiyi sənəd və sübutlarla təsdiq edilir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 informasiya vasitəsində, internet informasiya ehtiyatında onun barəsində göstərdiklərinin heç biri öz təsdiqini tapmamışdır. Barəsində xüsusi ittiham qaydasmda şikayət verilmiş şəxs X12 onun şərəf və ləyaqətini ləkələyən məlumatlar yaymış, nüfuzuna xələl gətirən hərəkətlər etmiş, ona böhtan atmışdır. Hesab edir ki, onun əməlində Azərbaycan Respublikası CM-nin 147.1- ci maddəsinin tərkibi vardır və barəsində şikayət verilən şəxs X12 həmin maddə ilə təqsirli bilinib cinayət məsuliyyətinə cəlb olunmalı və cəzalandırılmalıdır. Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 nümayəndəsi və vəkili X14 şikayətin məzmununu müdafiə edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X12 və onun müdafiəçisi X10 ayrı-ayrılıqda şikayəti qəbul etməyərək xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayətə əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, ilkin olaraq aşağıda sadalananlara əsasən məhkəmə hesab edir ki, şikayət Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş forma və məzmuna uyğun deyildir, həmçinin şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədiyindən xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsi mümkün deyildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Xüsusi ittiham qaydasında şıkayətin məzmununun CPM-nin tələblərinə uyğunluğu ilə bağlı məhkəmə qeyd edir ki, həmin şikayət tərtib edilərkən CPM-nin 293.3.4 və 293.3.6-cı maddələrinin tələblərinə tam riayət edilməmişdir. Belə ki, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, həmçinin şikayətin verildiyi yer göstərilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Digər tərəfdən məhkəmə qeyd edir ki, məlum olduğu kimi Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsində nəzərdə tutulan böhtan cinayəti - obyektiv cəhətdən «yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma»da ifadə olunur. Göründüyü kimi yuxarıda qeyd olunan cinayət obyektiv cəhətinin mühüm əlamətlərindən biri maddənin dispozisiyasında təsvir olunan qanunazidd əməllərin konkret şəxsə qarşı yönəlməsidir. Bu hərəkətlər konkret şəxsə qarşı yönəlmədikdə, yəni Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsində təsvir olunan əməllər (hərəkətlər) ümumi xarakterli olduqda, həmin maddələrin tərkibinin obyektiv cəhətdən mövcud olmasından söhbət gedə bilməz. Cinayətin obyektiv cəhətinin mövcud olmaması faktı isə cinayətin mövcudluğunu istisna edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, barəsində şikayət verilən şəxsin təqsirini təsdiq edəcək sübutlar məhkəmənin hazırlıq iclası zamanı müəyyən edilməməklə bərabər, şikayət ərizəsində şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutlar əks etdirilməmişdir. Belə ki, şikayətə əlavə olunmuş "Dia.az" dünya informasiya agentliyinin, "Hürriyyət" informasiya agentliyinin və "Redaktor.az" saytının elektron versiyalarının çap edilmiş üz səhifəsində xüsusi ittihamçının qeyd etdiyi A.Abbasov tərəfindən yazılmış məqalələrin olması müəyyən edilməmişdir. Belə olan halda X4 xüsusi ittihamçı qismində X7 qarşı cinayət təqibinə başlamaq hüququ da əmələ gəlmiş hesab oluna bilməz. Azərbaycan Respublikası CPM-nin 302.1.3, 302.1.6-cı və 302.1.7-ci maddələrinə əsasən «şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda», «cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda» və “şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə ”məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Məhkəmə həmçinin qeyd edir ki, "Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fikrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Belə ki, faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan öz rəyini ifadə etmək azadlığını pozur (bax, yuxarıda qeyd olunan De Haes və Gijsels, § 42 və Lingens, § 46). Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (bax, Jerusalem Avstriyaya qarşı, §43). Yuxarıda qeyd edilən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında nəzərdə tutulanlara uyğun olaraq məhkəmə hesab edir ki, hazırki xüsusi ittiham qaydasında verilmiş şikayətin dəlilləri yayılmış məlumatlarda fikrin və ya faktın əks etdirilməsi baxımından fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Bununla bağlı məhkəmə bildirir ki, şikayətçi ərizəsində törədilməsinə dair ittiham irəli sürdüyü böhtanın təsdiqinə dair mötəbər, tutarlı və birbaşa sübutları iş materiallarına əlavə etməmişdir və məhkəməyə təqdim etdiyi barəsində şikayət edilən şəxsin qeydinin (şərhinin) fikir və ya fakt olmasının fərqləndirilməsi baxımından qiymətləndirmə aparılması üçün hər hansı dəlil göstərməmişdir. Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq “açıqlanmış fikir qiymətləndirici mülahizə sayıldığı halda belə, müdaxilənin mütənasib olub-olmamasına verilən qiymət etiraz olunmuş rəyin yetərli faktual əsasının varlığından asılı ola bilər. Hətta hər hansı faktual əsasa söykənməyən qiymətləndirici mülahizəyə qarşı müdaxilə tədbirinin özü də zəruri həddi aşa bilər.” (Yerusəlim Avstriyaya qarşı. 2001, Dixand və başqaları Avstriyaya qarşı, 2001) Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda və 302.1.7-ci maddəsinə əsasən isə şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6- 302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Göstərilənlərə əsasən və CPM-nin 299, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 X12 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №1(005)-505/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-505/2022
14.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver