Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-505/2023 13.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X8 vəkili Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X5 xüsusi ittiham qaydasında verdiyi şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X16 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət vermiş X16 şikayətini onunla əsaslandırmışdır ki, 2017-ci ildən özünü guya həkim-kosmetoloq kimi təqdim edən, heç bir tibbi təhsili olmayan, heç bir xüsusi icazəsi (lisenziyası) olmayan X17 müxtəlif sosial şəbəkələrdə Klinikanın Baş həkimi X11 və digər həkimi X9 məxsus uğurlu estetik nəticələri əks etdirən fotoşəkilləri mənimsəmiş və öz “instagram” sosial platformasmdakı durumdan (profildən) paylaşmağa başlamışdır. Buna cavab olaraq ona bu hərəkətləri dayandırılmasına və gələcəkdə də təkrarlanmaması barədə şifahi məlumat vermişlər. Lakin həmin şəxs tərəfindən etikadan kənar, təhqiramiz sözləri onların ünvanına yağdırmış, hətta açıq şəkildə sosial şəbəkələrdə canlı yayım açaraq orda da davam etdirmişdir. Nizami Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 2(007)-279/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə X8 üzərinə X10, X6 ünvanına işlədilmiş təhqiramiz söz və ifadələrə və onların “Laser Beauty” adı altında fəaliyyət göstərən gözəllik salonları şəbəkəsi barəsində yaydığı həqiqətə uyğun olmayan , yalan məlumatlara görə X7 və X4 üzr istəməsi vəzifəsi qoyulmuş, həmçinin eyni davranışlar X12 qadağan edilməsi və vurulmuş mənəvi ziyan kimi X10 və X6 xeyrinə 10000 (on min) manat məbləğində pul vəsaiti tutulması qət edilmişdir. Məlum qətnamə qanuni qüvvəsini almış və icra olunmuşdur. Yuxarıda qeyd olunan və qüvvədə olan qətnaməyə baxmayaraq, X17 yenidən xx.xx.2023cü il tarixdə özünə məxsus və instaqram sosial şəbəkəsi tərəfindən tanınmış (göy rəngdə tanınma nişanı) “_dr.elnara_” profili adı altında yenidən X13, X23 və klinikanın ünvanına təhqiramiz post paylaşmışdır və şərh hissəsində bizləri təhqir etmək üçün şərait yaratmışdır. Məlum paylaşım məhkəməyə CD disk vasitəsi ilə təqdim edilir. Həmin profildə qeyd edilmişdir ki, “Fikirlərinizi əsirgəməyin, Bumeranq, Hərkəs bilməlidi ki, bütün etdiklərini yaşatdıqlarını yaşamadan ölməyəcək insan, bəlkə çoxunuzun xəbəri yox, amma vaxt var idi bu iki bacı ən öndə gedən həkimlərimizin torbasını tikirdi, onlardan biri də mən idim, etmədikləri pislik qalmamışdır, heç vaxt qisasımı almadım bunların səviyyəsinə düşmədim, sadəcə illər öncə Allaha tapşırdım, bu da sonuc, əminəm ki, pulnan hamını həmişəki kimi satın ala bilmiyəcəklər bu dəfə ən azı”, həmçinin xeşteklər “neoldupaşinyan, xeber, sonxeber, kosmetoloq, cərrah, fəsadları, saxta”. Məlum paylaşanda isə X10 fotoşəkili, Klinikanın “Neapol” filialının həkimi Natavan xanım Əmirovanın şəklini, həmçinin Klinikaya məxsus olan “X29” loqosunu paylaşmışdır. Yuxarıda paylaşanda qeyd olunan sözlər, böhtandır, yəni yalan olduğunu bilə-bilə onların şərəf və ləyaqətini ləkələyən, nüfuzdan salan paylaşımları kütləvi informasiya vasitəsində yaymışdır, həmçinin ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan etmişdir. Belə ki, onları rüşvət vermədə və ya hansısa yollar ilə kimlərisə susdurmaqda ağır ittiham etməklə böhtan etmişdir. Habelə həmin sözlərdə təhqirdə mövcuddur, yəni kütləvi informasiya vasitələrində X18 və X20 şəxsiyyətimizin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmışdır. Həmçinin klinikanın nüfuzdan salan məlumatlarda paylaşmışdır. E.Rzayevanın bu əməllərindən sonra dərhal X18 və X2 rayon Polis İdarəsinə müraciət etmiş və həmin İdarənin İstintaq şöbəsinin müstəntiqi polis polkovnik-leytenantı X1 icraatına verilmişdir. Həmin müstəntiq tərəfindən araşdırma aparmış və xx.xx.2023-cü il tarixdə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul etmişdir. Hesab edirlər ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyəti yaratdığı üçün qanunla nəzərdə tutulan cinayət əməli törədilmişdir. “X28 Klinikası” MMC-nin (VÖEN **********) huquq və azadlıqlarını nəzərə alaraq işgüzar nüfuzunun müdafiəsinin təmini kimi “İnstagram” sosial şəbəkəsində bilə-bilə yalan məlumat verməklə böhtan və təhqir edən Rusiya Federasiyası vətəndaşı olan xx.xx.1986-ci il təvəllüdlü X14 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş edirlər. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X8 vəkili Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X15 məhkəmə iclasında çıxış edərək xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs və barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsalar da, məhkəməyə gəlməmişlər, məhkəmə iclasına gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Məhkəmə şikayəti nəzərdən keçirərək, hesab edir ki, aşağıdakı səbəblərə görə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 299.1, 299.3 və 299.3.3-cü maddələrinin tələblərinə görə məhkəmənin hazırlıq iclası xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olubolmaması və şikayətin məzmununun məcəllənin 293.3.1—293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılmalıdır. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1- 293.3.7-ci maddələri). Həmin qərarda məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayəti nəzərdə keçirərək şikayətin Azərbaycan Respublikası CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun tərtib edilməməsi və şikayətin forma və məzmun baxımından qanunvericliyin tələblərinə uyğun olmaması qənaətinə gəlir. Belə ki, verilmiş şikayətdən görünür ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs şikayət ərizəsinin tərtibatı zamanı Azərbaycan Respublikası CPM-nin 293.3.1-ci maddəsinin tələblərinə riayət etməyərək şikayət ərizəsində özünün məşğuliyyət növünü göstərməmişdir. Halbuki, Azərbaycan Respublikası CPM-nin 293.3.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi) göstərilir. Bundan əlavə şikayətdə böhtan və təhqir xarakterli məlumatların instaqram səhifəsində Elnara Rzayeva tərəfindən yayılması göstərlisə də, lakin bu paylaşımların əks olunması barədə və həmin səhifənin E.Rzayevaya aid olmasına dair işə hər hansı mötəbər sübut əlavə edilməmişdir. Bununla yanaşı, xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsindən görünür ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs hələ məhkəmənin hazırlıq iclası keçirilmədən, şikayət ərizəsi icraata qəbul edilməklə xüsusi ittihamçı statusu əldə etmədən verdiyi ərizəsində özünü xüsusi ittihamçı kimi göstərmişdir ki, həmin hala münasibətdə məhkəmə qeyd edir ki, hazırki vəziyyətdə həmin şəxs xüsusi ittiham qaydasında şikayət vermiş şəxs statusundadır. Həmçinin məhkəmə xüsusilə qeyd edir ki, şikayətdə barəsində şikayət verilmiş şəxsin CM-nin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi göstərilsə də, məlumatın hansının və ya hansı hissəsinin şikayətdə göstərilən CM-nin 147.1 və ya 148-ci maddələrinin tərkibinin yaratdığı konkretləşdirilməmişdir. Yəni yayılması iddia edilən məlumatlardan hansındakı konkret hansı əməlinin CM-nin 147.1 və ya 148-ci maddələrinin tərkibinin yaratdığı əsaslandırılmamışdır. Eyni bir əməlin həm CM-nin 147.1, həm də 148ci maddəsinin tərkibinin yaratmasının da əsaslılığı şikayətdə göstərilməmişdir. Belə olan halda xüsusi ittiham qaydasında şikayətin forma və məzmun baxımından qanunvericiliyin tələblərinə uyğun olmaması verilmiş şikayətin icraata qəbul edilərək mahiyyəti üzrə baxılmasını istisna edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazirlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərarlar çıxarır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5 xüsusi ittiham qaydasında verilmiş şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan edildiyi andan 20 gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-505/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-505/2023
13.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver