Məhkəmə qərarları › İş №1(005)-506/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-506/2023

15.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-506/2023 15.12.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs - Zərərçəkmiş şəxs, Müdafiəçi- “Verdiktum” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Bahar B/Y-nin, 2-290 saylı bağ evində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxsin üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərə yol verərək xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 18 sentyabr 2023-cü il tarixdə saat 13:30 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi 218 ünvanında yerləşən Bakı Modern Təhsil Kompleksinin inzibati binasının direktor otağında olarkən həmin təhsil müəssisəsində təhsil alan qohumunun fiziki tərbiyyə müəllimi Zərərçəkmiş şəxs tərəfindən kobud rəftara məruz qalması ilə bağlı həqiqətə uyğun olmayan səbəbi bəhanə edərək özünün şəxsiyyətini ətrafdakı şəxslərin şəxsiyyətinin fövqündə qoymaqla qəddarlıq və eqoizm nümayiş etdirib, cəmiyyətdə insanlar arasında bərqərar olmuş ədəb qaydalarının qərəzli surətdə pozulmasına səbəb olan nalayiq ifadələrlə ucadan təhqir edərək, təhsil müəssəsinin normal fəaliyyəti üçün təhlükə yaratmaqla ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edib Zərərçəkmiş şəxs üz və sol bazu nahiyyələrindən ardıcıl olaraq yumruqla bir neçə dəfə qəsdən vurub ona alt dodağın sağ yarısının yumşaq toxumalarının şişkinlik halında əzilməsi ilə müşayiət olunan iç səthinin cərrahi tikişə ehtiyacı olan əzilmiş yarası ilə müşaiət olunan sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid və sol bazunun orta üçdə birinin bayır səthinin qançırı ilə müşayiət edilən sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməklə xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona verilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şahid5 və X4 əmisi nəvələridirlər və ünvan 2 ünvanında yerləşən Bakı Modern Təhsil Kompleksində təhsil alırlar. Mütəmadi olmasa da hərdən həmin təhsil kompleksinə Elməddin və İncini aparıb gətirir, eləcə də qohumları kimi təhsil prosessləri ilə maraqlanır. xx.xx.2023-cü il tarixdə saat 13 radələrində Elməddin ona zəng edərək, ağlayaraq onu məktəbdən götürməyini istəmişdir. Elməddindən niyə ağladığını soruşduqda fiziki hazırlıq müəllimi olan Fikrətin onunla kobud rəftar edərək təhqir etdiyini bildirmişdir. O da həmin təhsil kompleksinə gəldikdən sonra təhsil kompleksinin rəhbərliyi ilə görüş tələb etmişdir ki, müəllimin Elməddinlə kobud rəftarının səbəbini öyrənsin. Buna görə də onu rəhbərliyin nümayəndəsi kimi Aysel müəllimə ilə görüşdürmüşlər. Aysel xanımın otağına daxil olduqda Fikrət müəllim də həmin otaqda olmuşdur. Fikrət müəllimdən hansı səbəbə görə Elməddini vurub ona qarşı kobudluq etdiyini soruşduqda Fikrət müəllim belə bir halın olmadığını bildirmiş və Elməddinə qarşı kobud rəftar etməsini inkar etmişdir. Aysel xanım məsələni dəqiqləşdirmək üçün Elməddini də otağa çağırmışdır. Elməddin gəldikdən sonra ondan niyə ağladığının səbəbini soruşmuşdur. Elməddin ağlaya-ağlaya bildirmişdir ki, fasilə zamanı sinif yoldaşları ilə birlikdə təhsil kompleksinin liftindən istifadə edərək 5-ci mərtəbəyə qalxmışlar. Həmin vaxt Fikrət müəllim onların liftdən istifadə etdiyini görüb onların arxasınca gəlmiş, Elməddin və sinif yoldaşları Fikrət müəllimdən yayınmaq üçün sanitar qovşağa daxil olmuşlar. Fikrət müəllim də onların arxasınca sanitar qovşağa daxil olmuşdur. Uşaqlar Fikrət müəllimi görüb sanitar qovşaqdan çıxmaq istədikdə Fikrət müəllim onlara mane olaraq qarşılarını kəsmiş və sanitar qovşaqdan çıxmalarına icazə verməmişdir. Uşaqlar sanitar qovşaqdan çıxmağa cəhd etdikdə Fikrət müəllim uşaqlara “kişisinizsə qaçmayın”, “kişiliyiniz olsun” və s. bu kimi ifadələr işlətmiş və onların sanitar qovşağından çıxmalarına mane olmuşdur. Həmin vaxt Fikrət müəllim Elməddinin köynəyinin yaxasından tutaraq Elməddini bir qədər yuxarı qaldırmış və geriyə itələmiş, Elməddin isə zərbənin təsirindən sanitar qovşağının divarına dəymişdir. Elməddin özünü təhqir olunmuş hesab edərək ağlamağa başlamış, Fikrət müəllim isə onun əynindəki jaketi dartışdıraraq “kişi ol, ağlama!” demişdir. Elməddinin bu sözlərindən sonra Aysel müəllimə, Fikrət müəllim və otaqda olan digər müəllimlərə Elməddinə inandığını, müəllimin ona qarşı bu kimi rəftarının düzgün olmadığını, buna görə də Fikrət müəllimin etdiyi kobudluqları etiraf edib üzürxahlıq etməsini istəmişdir. Fikrət müəllim isə Elməddinin yalan danışdığını, onlara qarşı kobud rəftar etmədiyini bildirmişdir. Fikrət müəllimin bu hərəkətlərindən əsəbləşdiyindən otaqda olan müəllimlərdən otağı tərk etmələrini xahiş edib özünün Elməddin və Fikrətlə birlikdə söhbət edib məsələni sakitcə həll edəcəyini bildirmişdir. Müəllimlər otağı tərk etdikdən sonra otaqda Elməddin və Fikrət müəllim qalmışdır. Fikrət müəllimə bir neçə dəfə etdiyi kobudluqların düzgün olmadığını, bir müəllimin şagirdlə həmin formada davranaraq onun alçalmasının həm hüquqi, həm də mənəvi cəhətdən səhv olduğunu izah etsə də Fikrət müəllim etmiş olduğu kobudluqları inkar etməkdə davam etmişdir. Buna görə də əsibləşib Fikrət müəllimin sifət niyyəsindən bir neçə dəfə şillə ilə vurmuşdur. Həmin vaxt səsə digər müəllimlər və mühafizəçi otağa daxil olmuşlar. Müəllimlərin otağa daxil olmasını görüb hərəkətlərini dayandırmış və otaqdan çıxmışdır. Son olaraq əməlindən səmimi peşman olduğunu və zərərçəkmiş şəxslə barışıq əldə olunduğunu bildirərək barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 10 ilə yaxındır ki, ünvan 4 ünvanda yerləşən Bakı Modern Təhsil Kompeksində fiziki tərbiyyə müəllimi işləyir. Həmin təhsil kompleksində tərbiyyə işləri ilə əlaqədar olaraq hər bir müəllim növbətçilik üzrə təhsil alan uşaqların sərbəst vaxtlarda hərəkətlərinə nəzarət edirlər. xx.xx.2023-cü il tarixdə növbətçilik cədvəli üzrə 2-ci korpusda nəzarətçi olmuş, saat 13 radələrində şagirdlərə 20 dəqiqəlik sərbəst vaxt verilmiş, hava şəraiti ilə əlaqədar olaraq şagirdlər məktəb daxilində olmuşlar. Bu zaman 4-cü mərbətədə səs-küy olmasını eşidib həmin mərtəbəyə qalxdıqda 7 və 8-ci sinif şagirlərinin səs-küy salaraq qaçmalarını görmüşdür. Həmin uşaqlar 4-cü mərtəbədə olan sanitar qovşağına toplaşaraq oradada narahatçılıq yaratmağa başlamışlar. Bu zaman sanitar qovşağına girib onları sakitçiliyə riayət etməyə çağırmışdır. Onlara “yekə uşaqlarsız, bu nə səs-küydür” demişdir. Bu zaman bir nəfər 7-ci sinif şagiridi olan sonradan adını bildiyi X1 ona bildirmişdir ki, “nahardır, tənəffüs vaxtıdı, yaxşı edirəm”. Elməddinlə qeyri-etik cavabları və intizamsızlığı barədə rəhbərliyə bildirəcəyini deyib sinif rəhbərinin gəlməsini istəmişdir. Həmin vaxt 4-cü mərtəbədə olan Könül müəllimə ona yaxınlaşıb Elməddin və intizamsızlıq edən digər şagirdlərin sinif rəhbərlərinin Elnurə xamın olduğunu bildirib Elnurə xanıma zəng edərək həmin yerə çağırmışdır. Bir neçə dəqiqə sonra Elnura müəllimə gəlmiş və uşaqları ona təhvil verərək çıxıb getmişdir. Bir müddət sonra, yəni həmin gün saat 13:30 radələrində onu məktəb direktoru Aysel xanım otağına dəvət etmişlər. Otağa daxil olduqda məktəb direktoru ondan nə baş verdiyini maraqlanmışdır. Həmin vaxt Aysel xanımdan başqa onun kabinetində bir neçə müəllim də olmuşdur. Olanları izah edib uşaqların səsküy salaraq intizamsılıq etdiyini bildirmişdir. Direktor bildirmişdir ki, Şahid5 valideyni gəlib və onunla söhbət etmək istəyir. O da razılıq vermiş və Aysel müəllimin tapşırığı ilə sonradan adını bildiyi özünü Elməddinin qohumu kimi təqdim Ələsgər adlı şəxs otağa daxil olmuşdur. Ələsgər otağa daxil olduğu andan aqressiya nümayiş etdirib onu onun qohumu Elməddini təhqir edərək kobud davranmaqda ittiham etmişdir. O isə belə bir halın olmadığını, Elməddingilin intizamsızlıqlarına görə onlara irad bildirdiyini, onları söyüb təhqir etmədiyini və kobud davranmadığını demişdir. Elməddin danışdıqdan sonra Ələsgər anlaşılmazlıq olmasını bildirib təklikdə söhbət edib barışmaq istəyini bildirərək otaqdakı digər müəllimlərin onları tək buraxmasını istəmişdir. Ələsgər onları arxayın etmişdir ki, onunla sadəcə söhbət edərək anlaşılmazlığı həll edəcək. Bundan sonra otaqda olan müəllimlər qapıdan çıxmışlar. O stulda oturmuşdur. Həmin şəxs və Elməddin adlı uşaqda mənimlə üzbəüz oturmuşdur. Bu zaman həmin şəxs uşağın qarşısında yerindən duraraq yumruqla onun üz nahiyəsindən, sol qol və sol kürək nahiyəsindən bir neçə dəfə yumruqla vurmuşdur. Digər müəllimlər otağa daxil olsa da həmin şəxs ondan ayrılmaq istəməmiş və onunla yenidən görüşəcəyini bildirmişdir. Hətda onu ağır söyüşlərlə təhqir etmişdir. Məktəbin mühafizə xidməti onu məktəbdən çıxartmışdır. Bundan sonra polisə müraciət etmişdir. Təqsirləndirilən şəxslə barışmışdır və hazırda ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2012-ci ildən “Bakı Modern” Təhsil Kompleksinin təlim-tərbiyə işləri üzrə rəhbəri vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə, saat 13:30 radələrində təhsil müəssəsinin rəhbərliyi ilə birlikdə Aysel xanımın kabinetində təhsil prossesi ilə bağlı müzakirələr edirmişlər. Həmin vaxt hazırda adını xatırlamadığı müəllim məlumat vermişdir ki, təhsil kompleksində gündəlik cədvəl üzrə növbətçi olan kompleksin idman müəllimi Fikrət müəllim ilə şagirdlər arasında narazılıq yaranmışdır. Buna görə də Fikrət müəllimi Aysel xanımın kabinetinə dəvət etmişlər və nə baş verdiyini soruşmuşlar. Fikrət müəllim bildirmişdir ki, 8-ci sinifin şağirdləri lift vasitəsi ilə 5-ci mərtəbəyə qalxıb səs-küy salmağa başlamışlar, daha sonra isə kollektiv formada ayaqyoluna daxil olmuşlar, müəllim isə şagirdlərin sinif rəhbərlərini dəvət edib onların ayaqyoluna kollektiv daxil olmalarının səbəbini öyrənmək üçün çıxmalarına mane olmuşdur. Həmin vaxt həmin şagirdlərdən birinin, yəni Şahid5 sürücüsünün bu məsələ ilə bağlı direktorla görüşmək istədiyini bildirmişlər. Buna görə də sonradan adını bildiyi Ələsgər adlı şəxsi məktəbə dəvət etmişlər. Ələsgər Aysel xanımın kabinetinə daxil olan zaman kabinetdə Aysel xanım, Fikrət müəllim, Sevinc müəllimə və o kabinetdə olmuşdur. Ələsgər kabinetə daxil olduqdan sonra onlara məlum olmuşdur ki, Elməddin müəllimlə arasında olan mübahisəni valideynlərinə telefon vasitəsi ilə məlumat vermişdir. Ələsgər kabinetdə olan zaman bir neçə dəqiqə baş vermiş mübahisəni müzakirə etdikdən sonra Şahid5 də kabinetə dəvət etmişlər. Elməddin kabinetə gəldikdən sonra Ələsgər Fikrət müəllimlə təklikdə söhbət etmək istədiyini bildirmiş və xanımların kabinetdən çıxmalarını istəmişdir. Buna görə də onlar kabinetdən dəhlizə çıxmışlar, Şahid5, Fikrət müəllim dərhal kabinetə daxil olmuşlar, həmin vaxt Ələsgərin yumruqla Fikrət müəllimi döydüyünü görmüşlər. Buna görə də Ələsgərə mane olub, Fikrət müəllimi onun əlindən almışlar və mühafizənin köməyi ilə Ələsgəri kompleksdən uzaqlaşdırmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2020-ci ilin fevral ayından “Bakı Modern” Təhsil Kompleksində mühafizəçi kimi işə başlamış, 2022-ci ilin noyabr ayından həmin təhsil kompleksində mühafizə rəisi vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə, saat 13:30 radələrində kompleksin əsas girişində xidmətdə olduğu zaman rəhbərliyin göstərişi ilə adını sonradan bildiyi Ələsgər adlı şəxsi kompleksə buraxmış və özü müşayiət edərək direktor Aysel xanımın otağına gətirmişdir. Otaqda olan vaxt Fikrət müəllim, Aysel xamın, Sevinc xanım və Kəmalə xanını Aysel xanımın otağında olmuşdur. Ələsgər onların yanında Elməddinə kobudluq etdiyini deyib, Fikrət müəllimi hədələyib onu təhqir etdikdən sonra xahiş etmişdir ki, Fikrət müəllimlə təklikdə danışmaq istəyir. İlk olaraq buna etiraz edilsə də, Ələsgər həddən artıq təkid edib xahiş etmiş və söz vermişdir ki, sadəcə olaraq müəllimlə danışaraq öz aralarında məsələni həll edəcəklər. Onlar hamısı otaqdan çölə çıxmış, otaqdan çıxdıqları anda otaqdan səs-küy gəldiyini eşidib dərhal otağa daxil olmuşlar. Otağa daxil olduqda Ələsgərin Fikrət müəllimi zərbələr vurub döydüyünü və Fikrətin otağın küncündə yerə yıxıldığını görmüşdür. Onlar dərhal Ələsgərə mane olub, Fikrət müəllimi onun əlindən almışlar. Çətinliklə onu otaqdan kənarlaşdıra bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2022-ci ilin sentyabr ayından “Bakı Modern” Təhsil Kompleksində mühafizəçi vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə, saat 13:30 radələrində kompleksin foesində xidmətdə olduğu zaman Aysel xanımın kabinetindən səs-küy gəldiyini görüb dərhal həmin kabinetə yaxınlaşmış və bir neçə müəllim ilə birlikdə Aysel xanımın otağına daxil olduqda Ələsgərin Fikrət müəllimi zərbələr vurub döydüyünü və Fikrətin otağın küncündə yerə yıxıldığını görmüşlər. Dərhal Ələsgərə mane olub, Fikrət müəllimi onun əlindən almışlar. Çətinliklə onu otaqdan kənarlaşdıra bilmişlər. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid5 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Şahid5 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, 2016-cı ildən Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi 218 ünvanında yerləşən Bakı Modern Təhsil Kompleksində təhsil alır, onun bacısı İnci də həmin təhsil müəssəsində təhsil alır. Qohumu olan Ələsgər mütəmadi olmasa da hərdən həmin təhsil kompleksinə onu və bacısı İncini aparıb gətirir, eləcə də qohum kimi təhsil prosessləri ilə maraqlanır. xx.xx.2023-cü il tarixdə, saat 13:30 radələrində sinif yoldaşları ilə birlikdə fasilə vaxtı təhsil kompleksinin liftindən istifadə edərək 5-ci mərtəbəyə qalxmışlar. Həmin vaxt fiziki tərbiyə müəllimi olan Fikrət müəllim onların liftdən istifadə etdiklərini görüb arxalarınca gəlmişdir. Sinif yoldaşları ilə birlikdə Fikrət müəllimdən yayınmaq üçün sanitar qovşağa daxil olmuşlar. Fikrət müəllim də onların arxasınca sanitar qovşağına daxil olmuşdur. Fikrət müəllimi görüb sanitar qovşaqdan çıxmaq istədikdə Fikrət müəllim qapının qarşısında durub sanitar qovşağından çıxmaqlarına icazə verməmişdir. Sanitar qovşaqdan çıxmağa cəhd etdikcə Fikrət müəllim onlara “kişisinizsə qaçmayın”, “kişiliyiniz olsun” və.s. bu kimi ifadələr işlətmiş və onların sanitar qovşağından çıxmalarına mane olmuşdur. Həmin vaxt Fikrət müəllim onun köynəyinin yaxasından tutaraq onu bir qədər yuxarı qaldırmış və geriyə itələmiş, zərbənin təsirindən sanitar qovşağının divarına dəymişdir. Müəllimin uşaqların yanında onu vurmasından sonra özünü təhqir olunmuş hesab edərək ağlamağa başlamış, Fikrət müəllim isə onun jaketinin yaxasından tutub “kişi ol, ağlama!” demişdir. Özünü saxlaya bilməyib ağlamağa başlamış, məktbədən getmək istədiyinə görə qohumu olan Ələsgərə zəng vurub ağlaya-ağlaya onu məktəbdən götürməsini istəmişdir. Ələsgər onun niyə ağladığını soruşduqda Fikrət müəllimin onunla kobud davranaraq təhqir etdiyini bildirmişdir. Bundan bir neçə dəqiqə sonra onu direktor olan Aysel xanımın otağına çağırmışlar. Həmin vaxt otaqda Ələsgər, Fikrət müəllim, Aysel müəllimə və bir neçə əlavə müəllim olmuşdur. Ələsgər onun ağladığını görüb ağlamağının səbəbini soruşmuşdur. Fikrət müəllimin ona qarşı kobud rəftarının hamısını müəllimlərin yanında Ələsgərə danışmışdır. Fikrət müəllim isə bunu inkar edib ona qarşı kobud rəftar etmədiyini bildirmişdir. Ələsgər isə ona inandığım, buna görə də müəllimin onda üzr istəməsini və bu məsələni barışıqla həll etməsini istəmişdir. Fikrət müəllim isə inkar edərək ona qarşı kobudluq etmədiyini bildirmişdir. Bundan sonra Ələsgər müəllimlərdən otağı rətk etmələrini xahiş edib özünün onunla birlikdə Fikrətlə söhbət edib məsləni sakitcə həll edəcəyini bildirmişdir. Müəllimlər otağı tərk etdikdən sonra otaqda o, Ələsgər və Fikrət müəllim qalmışdır. Ələsgər Fikrət müəllimə bir neçə dəfə etdiyi kobudluqların düzgün olmadığını izah etməyə çalışa da Fikrət müəllim etmiş olduğu kobudluqları inkar etməkdə davam etmişdir. Bundan sonra ayağa qalxmış. Fikrətin də ayağa qalxmasını istəmişdir. Fikrət ayağa qalxdıqdan sonra onun sifət niyyəsindən bir neçə dəfə şillə ilə vurmuşdur. Həmin vaxt səsə digər müəllimlər və mühafizəçi otağa daxil olmuşdur. Müəllimlərin otağa daxil olmasını görüb Ələsgər hərəkətlərini dayandırmış və otaqdan çıxmışdır. Mübahisə qısa müddətdə, yəni 2-3 dəqiqə ərzində baş vermiş, həmin vaxt ətrafda heç kim olmamışdır. Fikrət müəllimin on qarşı etmiş olduğu kobudluq nəticəsində heç bir xəsarət almadığından ekspertizadan keçmək istəmir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi barədə” 18 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev 218 ünvanında yerləşən Bakı Modern Təhsil Kompleksidir. Hadisə məktəbin 1-ci mərtəbəsində yerləşən direktor otağında baş vermişdir. Baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 19 sentyabr 2023-cü il tarixli, 1205 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər – alt dodağın sağ yarısının yumuşaq toxumalarının şişkinlik halında əzilməsi ilə müşayiət olunan iç səthinin cərrahi tikişə ehtiyacı olan əzilmiş yarası, sol bazunun orta üçdə birinin bayır səthinin qançırı – küt əşyanın təsirindən törənmişdir. Qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2023-cü il tarixdə və şəraitdə əmələ gələ bilər. Qeyd olunan xəsarətlərdən alt dodağın sağ yarısının yumuşaq toxumalarının şişkinlik halında əzilməsi ilə müşayiət olunan iç səthinin cərrahi tikişə ehtiyacı olan əzilmiş yarası dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa Yüngül zərər vurmaya aiddir, sol bazunun orta üçdə birinin bayır səthinin qançırı isə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməmişdir. Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlərin xarakter və lokalizasiyasına görə şəxsin özü-özünə yetirilməsi inandırıcı deyil. “Əşyanın könüllü təqdim edilməsi haqqında” 19 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs tərəfindən könüllü olaraq təqdim edilən hadisənin videogörüntüsü əks olunmuş 01 ədəd disk götürülmüşdür. “Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında” 21 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması barədə” 22 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, ifadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs bildirmişdir ki, Bakı Modern Təhsil Kompleksində direktor otağında kompleksin fiziki tərbiyə müəllimi Zərərçəkmiş şəxs ilə aralarında yaranan mübahisə zamanı sonuncunu bir neçə dəfə sillə ilə vuraraq ona xəsarət yetirmişdir. İfadəsi yerində yoxlanılan zaman fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. “Təqdim edilən diskə baxış keçirilməsi haqqında” 22 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, həmin 01 ədəd DVD diskdə olan görüntülərə baxış zamanı müəyyən edilir ki, xidməti kabinetdə masanın bir tərəfində Şahid5 ilə Təqsirləndirilən şəxs yan-yana əyləşmişlər. Zərərçəkmiş şəxs isə masanın digər tərəfində əyləşmişdir. Təqsirləndirilən şəxs əyləşdiyi masadan qalxaraq Zərərçəkmiş şəxs da ayağa qalxmasını tələb edir. Zərərçəkmiş şəxs ayağa qalxan kimi Təqsirləndirilən şəxs əvvəlcə sol əli ilə Zərərçəkmiş şəxs sifətinin sağ tərəfindən bir zərbə vurur. Zərbənin təsirindən Zərərçəkmiş şəxs oturduğu stulla birgə arxaya gedərək əlləri ilə üzünü tutur. Daha sonra Təqsirləndirilən şəxs sağ və sol əlləri ilə ardıcıl olaraq 5 dəfə Zərərçəkmiş şəxs üz, sol qol və sol kürək nahiyyəsinə zərbələr vurur. Həmin vaxt üçü qadın olmaqla ümumilikdə beş nəfər otağa daxil olaraq Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs əlindən almağa nail olub, Təqsirləndirilən şəxs otaqdan çıxarırlar. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)-1390/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 21 sentyabr 2023-cü il tarixdən hesablanmaqla 02 ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Sübutların qiymətləndirilməsi və cinayət əməlinin tövsifi edilməsi haqqında” 25 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, hadisənin görüntülərinin əks olunduğu 01 ədəd disk iş üzrə maddi sübut hesab edilərək cinayət işinin materiallarına əlavə edilmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 29 noyabr 2023-cü il tarixli ərizəsindən görünür ki, təqsirləndirilən şəxslə barışmışdır. Təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxs, zərər çəkmiş şəxsin və şahidlərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər – min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını və himayəsində üç azyaşlı uşağının olmasını (əsas: iş materiallarına əlavə edilmiş AA4417323, AA3892912 və AA ******* nömrəli şəxsiyyət vəsiqələrinin surəti) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispoziyasında qeyd olunduğu kimi xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan əməldir. Deməli, xuliqanlıq cinayətinin bilvasitə obyektini ictimai qayda, əlavə obyektini isə insanların sağlamlığı, şərəf və ləyaqəti, habelə mülkiyyətinin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər təşkil edir. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, hazırki cinayət işi üzrə təqsirləndirilən şəxs tərəfindən cinayət əməli təhsil ocağında baş vermişdir ki, bu da özlüyündə ictimai maraqların daha üstün mövqe olmasını və şəxs tərəfindən məhz təhsil ocağında ictimai qaydaların kobud surətdə pozulmasını özündə əks etdirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin onun təqsirli bilindiyi 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. Belə ki, Təqsirləndirilən şəxs məhz təhsil ocağında ictimai maraqları kobud surətdə pozmasını nəzərə alaraq hazırki halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəza növlərindən az ciddi cəza növünün təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilməz, cəzanın məqsədləri ona maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzası təyin olunduğu halda təmin oluna bilər. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Bu səbəbdən də, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı CPM-in 158.2-ci maddəsinə əsasən tutulduğu andan, yəni 21 sentyabr 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə maddi sübut - 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, hazırki iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 21 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut - 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar