Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-508/2024 26.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Əhmədova Aynur Əvəz qızının katibliyi ilə, Xüsusi ittiham qaydasında şikayət verən şəxs X7, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X10 və müdafiəçisi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X7 xüsusi ittiham qaydasında verdiyi şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X15 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət vermiş X15 şikayətini onunla əsaslandırmışdır ki, X17 mənə və qeyrilərinə qarşı «qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və onların əsasında verilmiş daşınmaz əmlaka mülkiyyət hüququ haqqında çıxarışın ləğv edilməsi barədə» iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov rayon məhkəməsinə müraciət etmişdir. İşə məhkəmə baxışı zamanı, o cümlədən 25 oktyabr 2023-cü il tarixdə məhkəmə baxışı iclasında iddiaçı və hazırda barəsində xüsusi ittiham qaydasında şikayət olunan X17 məhkəmədə çıxışını yazılı şəkildə təqdim edərək, həmçinin yazılı çıxışını məhkəmə iclasında səsləndirməklə çıxışının məzmununda mənim barəmdə həqiqətə uyğun olmayan və mənim şərəf və ləyaqətimi ləkələyən fikirlər ifadə etmişdir. Belə ki, S.Şirinova məhkəməyə yazılı şəkildə təqdim etdiyi və səsləndirdiyi yazılı çıxışında göstərmişdir ki, «Anamın tamahkar qızları Mətanət və Lətafət onun vəsiyyətinə bilə-bilə xəyanət edərək, saxtakarlıq və dələduzduq yolu ilə evi oğurlamışlar. Mətanət işlədiyi polis müstəntiqi səlahiyyətlərindən sui-istifadə edərək, hamımızı həmişə şərböhtan, şantaj etmək və tutdurmaqla hədələyib. Mətanət ilk dəfə deyil bu hərəkəti edir. Anamı söyürdü, əl qaldırırdı. Həmin zamanlar anamın pensiyasını dondurdu, qoymadı anamı almağa, öləndən sonra neçə illər yığılmış pensiyanı özü alıb mənimsədi. Anam nəvələrini görəndə ağlayırdı və deyirdi: əlimdə heç nə yoxdu sizə verməyə, gavur pensiyamı almağa qoymur. DİN-də işlədiyi zaman özünü belə həyasız apardığına görə onu tutmuşdular. Dəlilik edəndə döyürdülər, çarpayıya bağlayır, paltarın üstündən ona dəlilik iynələri vururdular. Psixiator onu dəlixanaya yerləşdirdi, mən qoymadım, xahiş edib onu xilas etdim. Hətta qoca yiyəsiz bir rus qadının evini əşyaları ilə əlindən alıb, xəstəxanaya atıb qaçmış. Mətanət, mərhum bacım Kifayətə Bakıda ev alacağı vədini verərək onun Mingəçevirdəki evini satıb mənimsəmiş və aldadaraq ona ev almamışdır. Kifayət oğluyla qardaşının evinda yaşamış, Mətanət o, evi də saxta sənədlərlə qardaşımın əlindən alıb öz adına keçirtmiş və Kifayəti o evdə yumruq altında saxlamışdır». S.Şirinova həmçinin 19 iyul 2019-cu il tarixdə xidmət etdiyim Nəqliyyatda Baş Polis İdarəsinə ərizə ilə müraciət edərək, barəmdə həqiqətə uyğun olmayan, şərəf və ləyaqətimi ləkələyən məlumatları yaymışdır. Cavabdeh S.Şirinova onun böyük bacısı olduğundan, onun əvvəlki hərəkətlərinə məhəl qoymamışdır. Bununla da S.Sirinovanın hərəkətləri cəzasız qaldı. S.Şirinova hərəkətlərinin cəzasız qaldığını görərək qanunsuz hərəkətlərini daha ifrat dərəcədə davam etdirmişdir. S.Şirinova həmçinin həmin fikirləri məhkəmə iclasından kənar qaydada və qohum-əqrabalar yanında ifadə etmiş, onun barəsində dəfələrlə əsassız olaraq yalan məlumatlar yayaraq şərəf və ləyaqətimi ləkləyən məlumatlar yayılmışdır. Beləliklə yaydığı məlumatlar qeyri-müəyyən şəxslər dairəsini əhatə etmişdir. Beləliklə, S.Şirinovanın onun barəsində ifadə etdiyi fikirlər həqiqətə uyğun olmayan fkirlər olmaqla onun şərəf və ləyaqətini ləkələmək məqsədi ilə ifadə olunmuşdur. Belə ki, 28 ildən artıq X22 nümunəvi xidmət etmişdir. Hazırda pensiyaçıdır. Himayəsində uşağı vardır. Onu layiqli vətəndaş kimi tərbiyə edir. Cəmiyyətdə (qohum-qonşular, el arasında və məni tanıyanlar arasında) sakit və tərbiyəli şəxs kimi hörmətə malikdir. X1 19 iyul 2019-cu il tarixdə onun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə şikakyət ərizəsi ilə müraciət etmişdir. S.Şirinova göstərilən şikayət ərizəsində onun barəsində göstərmişdir ki, «Bildirir ki, əməkdaşınız, bacısı, müstəntiq X16 dövlət qulluq səlahiyyətlərindən subistifadə edərək, ailə üzvlərinəə həmişə ziyan vurmuş, şərləyərək tutdurmaq şantajı ilə ailəsinə hökmranlıq etmək məqsədi güdmüşdür. Valeh Hüseynov adlı biri ilə rəsmi ailə qurmuş, Montində Valehin kirədə qaldığı evin yiyəsi tənha qoca rus qadınını aparıb xəstəxanaya atmış və onun evinə yiyə durmuşlar. Qadının aqibətinin necə olduğu ilə maraqlanmamış, onun evinə, əşyalarına sahib olmuşlar. Sonra Mətanət ərini də evdən çıxartmış, evi adma keçiritmiş və ərini şantaj edərək uşağı ilə görüşməyi qadağan etmişdir. Qızı körpə olduğundan atasını tanımamışdır. Ərini qovandan sonra evinə ailəli İranlı bir kişini salmış, onunla rəsmiyyət olmadan yaşamış və qazma atası kimi onu tanıtmışdır. Qızı dərsə gedəndə müəllimə atasının adını soruşanda o, həmin kişinin adını demişdir. Baxmayaraq ki, sənəddə soyadı və atasının adı başqa olmuşdur. Uşaq soruşanda ona demişdir ki, bu adamın iki adı var. Həmin adam indii onların həyatından çıxmış, yeniyetmə qız hələ də atasının kim olduğunu bilmir. Mətanət həmin İranlıya işdə nə olurdu onu deyirdi, o da İrana ötürürdü. Hətta dövləti də pisləyirdi, pensiyaya çıxmaq və bu ölkəni tərk etmək vaxtını gözlədiyini deyirdi. İndi də başqa İranlı dostları var. O, ona və bacısına qaralar yaxaraq ailəsini dağıtdı. Özü bu qədər çirkinliklər içindədir, amma bu çirkinlikləri düz adamların üstünə yıxaraq, onları şərləyir, ləkələyir, özünü isə hamıdan düz sanır. Anasını da çərlətdi, öldürdü və evin adma keçiritdi. Bakı da ona ev alacaq deyə Mingəçevirdəki bacısının evin satdı və pulunu yedi, indi o bacısı oğlu ilə Mətanətin adına keçiritdiyi həmin evdə qalır. Mətanət oranı da şəxsi evi sayır və addımbaşı «Sizi evimdən küçəyə ataram» deyə onları üzərində istədiyi hökmranlığı edir və əlində qul kimi saxlayır. Əvvəllər qanunla adına ev ala bilmədiyi üçün Daşkənddə yaşayın qardaşı Mətanətin təkidi ilə Bakıda onun adına özü üçün ev aldı. Mətanət həmin evi məhkəmə ilə qardaşından aldı təzə gəlini evdən çölə atdı. Hal-hazırda həmin evdə yaşayır və evinə ailəli başqa kişi salıb. Bir evini də çoxdan həmin Daşkənddə yaşayın qardaşı o nankora hədiyyə olaraq almışdır. Ailədə 7 uşaqdırlar. Ondan asılı olan, yəni evi olmayan həmin o bacısı və bir qardaşından başqa heç kim o nankoru danışdırmır uzun illərdir bu əməllərinə, xəyanətkarlığna, satqınlığına, nankorluğuna görə. Yazıq o bacısı da qardaşı da əsir olublar onun əlində, məcburdurlar onun hər işgəncələrinə dözməyə. Heç uşaqlarının toyuna da onu dəvət etməmişdir, demək olar ki, təmiz silib atıblar. Əslində o, bacı yox, içəridə olan düşməndir. Onun hökmranlığına baş əymədiyi və onunla ünsiyyət etmədiyi üçün o, ondan hayıf çıxmağa başladı. Kürəkəninə, gəlininə əl uzadıb. Onlara ondan yalanlar, böhtanlar deyir, aralığa söz-söhbət, dava salır. Kürəkənini alıb əlinə, onun ona qarşı sözlər dediyini, onun əleyhinə olduğunu deyir, baxmayaraq ki, o illərdir «bacısının» üzünü görmür, onunla danışmır. Qızının ailəsini dağıtmaq istəyir. Bir neçə il bundan əvvəl qızı acıq edib gəldi yanına. Onun telefon nömrəsini elə sistemə saldı ki, adını deyə bilmir, kürəkənin onun bütün danışıqlarını, sms-lərini dinləyə və görə bildi. Nömərsi: **********. Bunu hansı ixtiarlı edib? Dölət qulluğu səlahiyyətlərindən öz məkiri üçün sui-istifadə edərək dava-dalaş yaratmaq, ailə dağıtmaq məqsədilə vətəndaşın hüquqlarını pozub. Hal-hazırda yenə ara vurmaqla, yalan söz, böhtan düzəldib çatdırmaqla davam edir və qızının ailəsi 2 uşaqla dağılmaq üzrədir. Onun hiyləgərlik, ikiüzlülük, satqınlıq, ara vurub ev dağıtmaq, vəzifəsindən sui-istifadə edərək insanları şərləməklə şantaj edib öz hökmranlığı altında saxlamaq xüsusiyyətlərinə görə bütün ailəsi, yaxınlar, qohumlar ondan imtina edib. Həmçinin o, dövlət sirlərinin də qədrini bilmir, onları sızdıraraq başqa ölkə vətəndaşlarına ötürür. S.Şirinova onun barəsində göstərilən məzmunlu Azərbaycan Respublikasının Daxili işlər Naziri Cənəb V.Eyvazova ünvanladığı göstərilən şikayət ərizəsi əsasında araşdırma aparılması üçün Nazirliyin müvafiq strukturu tərəfindən DİN-nin Nəqliyyatda Baş Polis idarəsinə gönədrilmiş, araşdırma zamanı yayılan məlumatlar barədə həm NBPİ-nin əməkdaşları, həm də digər şəxslər bu barədə məlumata malik olmuşlar. Belə ki, araşdırma aparılan zaman Solmaz Şirinovanın qızı X2 qızı, həmçinin Zülfıyyənin həyat yoldaşı X20 ilə əlaqə saxlanılmış S.Şirinovanın onun barəsində yazdığı şikayətin məzmunu onlara bildirilmiş və həmin xüsusatlarla bağlı izahat vermələri təklif olunmuşdur. Bunun nəticəsində S.Şirinovanın onun barəsində yaydığı məlumatlar həm kollektivdə və həm də onu tanıyanlar və qohumlar arasında yayılmaqla çoxsalı şəxsləri və beləliklə də çoxsaylı cəmiyyət üzvlərini əhatə etmişdir. Beləliklə, S.Şirinovanın onun barəsində göstərilən məzmunlu şikayət ərizəsi əsasında araşdırma aparılmış və araşdırmanın nəticəsinə dair NBPİ-nin Ş/H üzrə köməkçisi, polis polkovniki Məhəmməd İsmayılov tərəfindən arayış tərtib olunmuşdur. Göstərilən arayışdan görünür ki, «Müraciətin araşdırılması zamanı Şirinova Solmazın izahatında göstərdiyi xüsusatlar - yəni Mətanətin ailədə hegamonluq etməsi, hamını öz iradəsini tabe etdirmək cəhdləri, bunu etməyənlərə qarşı böhtanlara əl atması, Solmazın qızı Zülfıyyənin ailəsinə nifaq salması və s. ailə üzvlərinin heç biri tərəfindən təsdiq edilməmişdir. Solmaz şifahi şəkildə bildirmişdir ki, qızı Zülfıyyə bu barədə izahat vermək istəmir. Göstərilənlərlə əlaqədar Şirinova Solmazın qızı X3 qızının yaşadığı ünvan 1 ünvanında izahat verməsi təklif olunsa da şikayəti və tələbi olmadığı üçün izahat verməyəcəyini bildirmiş, bu barədə müvafiq protokol tərtib olunmuşdur. Həmçinin Zülfıyyənin həyat yoldaşı X20 izahatında Mətnaətdən heç bir şikayəti və tələbəi olmadığını bildirmiş, əksinə Mətanəti müsbət xarakterizə etmişhdir. Yuxarıda göstərilənlərə əsasən vətəndaş X10 Daxili İşlər Nazirliyinə ünvanladığı müraciətində göstərilən xüsusatlar təsdiqini tapmadığından vətəndaşa məlumat verilməklə toplanmış materialın işə tikilməsi məqsədəmüvafıq hesab edilmişdir». Göründüyü kimi, X10 DİN-nə ünvanlanmış göstərilən məzmunlu şikayət ərizəsində onun barəsində yaydığı məlumatların yalan məlumatlar olması həm də onun özü tərəfindən təsdiq olunmuşdur. Belə ki, NBPİ-nin Ş/H üzrə köməkçisi, polis polkovniki Məhəmməd İsmayılov tərəfindən arayış tərtib olunmuş arayışdan göründüyü kimi, Şirinova Solmazın qızı X5 yaşadığı ünvan 1 ünvanında izahat verməsi təklif olunsa da şikayəti və tələbi olmadığı üçün izahat verməyəcəyini bildirmiş, bu barədə müvafiq protokol tərtib olunmuşdur. Həmçinin Zülfıyyənin həyat yoldaşı X20 izahatında Mətnaətdən heç bir şikayəti və tələbəi olmadığını bildirmiş, əksinə Mətanəti müsbət xarakterizə etmişdir. Bununla da cavabdeh X10 DİN-nə ünvanlanmış göstərilən məzmunlu şikayət ərizəsində onun barəsində yaydığı məlumatların yalan məlumatlar olması həm də onun özü tərəfindən təsdiq olunmaqla yanaşı, şikayətində göstərdiyi və həm də ona qohum olan şəxslər - yəni qızı X3 qızı və onun həyat yoldaşı X20 tərəfindən təsdiq edilmişdir. Əksinə İ.Abdullayev Mətanəti müsbət xarakterizə etmişdir. Bununda nəticəsində ərizə göstəilən məlumatların həqiqətə uyğun olmaması araşdırmanı həyatia keçirən orqanı NBPİ (Məhəmməd İsmayılov) tərəfindən müəyyən edilərək toplanmış materialın işə tikilməsi məqsədəmüvafıq hesab edilmişdir. Göründüyü kimi, cavabdeh S.Şirinovanın onun barəsində yaydığı və onun şərəf və ləyaqətini ləkələyən məlumatların həqiqətə uyğun olmaması həm S.Şirinovanın və onun şikayət ərizəsində göstərdiyi və həm də ona qohum olan şəxslər - yəni qızı X12 və onun həyat yoldaşı X20 tərəfindən təsdiq olunsa da, həm də araşdırmanı aparan dövlət orqanın əməkdaşı tərəfindən tərəfindən müəyyən edilsə də, artıq həmin məlumatlar yayılmış və həmin məlumatların əhatə etmə dairəsi mənim iş yoldaşlarım arasında, qohumlar, tanışlar arasında yayılmaqla çoxsaylı şəxslər dairəsini əhatə etmişdir. Göstərilənlərə əsaslanaraq o (X15) iddia ərizəsi ilə Nərimanov rayon məhkəməsinə müraciət edərək, daha sonra tələbini dəyişməklə məhkəmədən X10 barəsində 25 oktyabr 2023-cü il tarixində yazdığı həqiqətə uyğun olmayan məlumatları təkzib etməklə ondan üzr istəməsi, X10 xx.xx.2019-cu il tarixdə Azərbaycan Respubliksı Daxili İşlər Nazirliyinə ünvanladığı şikayət ərizəsində barəsində ifadə etdiyi, onun şərəf və ləyaqətini ləkələyən məlumatları təkzib etməklə ondan üzr istəməsi, X10 ona vurduğu 10000 manat məbləğində mənəvi zərərin və 120 manat məbləğində dövlət rüsumunun cəmi 10120 manat X8 alınaraq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Nərimanov rayon məhkəməsinin 2(001)-1395/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh X10 üzərinə iddiaçı X7 faktiki yaşadığı ünvana (ünvan 2a təkzib məktubunun göndərilməsi öhdəliyinin qoyulması “O, X16 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə ünvanladığı xx.xx.2019-cu il tarixli məktubda X7 barəsində bildirdiyi həqiqətə uyğun olmayan məlumatları təkzib edirəm” Mənəvi ziyana görə kompensasiya qismində cavabdeh X8 500 (beş yüz) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı X13 ödənilməsi qət edilmişdir. Həmin iş üzrə təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyində göstərilir: 1 .Ekspertizaya təqdim olunmuş X10 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə ünvanladığı xx.xx.2019-cu il tarixli ərizəsində "Ondan asılı olan, yəni evi olmayan həmin o bacısı və bir qardaşından başqa heç kim o nankoru danışdırmır uzun illərdir bu əməllərinə, xəyanətkarlığına, satqınlığına, nankorluğuna görə, habelə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə təqdim etdiyi xx.xx.2023-cü il tarixli yazılı çıxışının mətnində "DİN-də işlədiyi zaman özünü belə həyasız apardığına görə onu tutmuşdular” şəklində yazılmış sözlər linqvistik baxımdan X7 şərəf və ləyaqətini, işgüzar nüfuzunu alçaldan sözlər hesab olunur. 2. Təqdim edilmiş materiallarda işlədilən “şantaj”, “şərləmək”, “ləkələmək”, “hökmranlıq etmək", "nankor", "satqın”, “çərlətmək”, “düşmən", "ziyan vurmaq”, “pulunu yemək”, “böhtan atmaq", habelə "saxtakar”, “xəyanət", "dələduz”, hədələmək”, “söymək”, “aldatmaq", "mənimsəmək", "dəlilik etmək”, “dövlət sirlərini başqa ölkə vətəndaşlarına ötürür" ... kimi söz və ifadələr böhtan olduğu təqdirdə X7 şərəf və ləyaqətini -ləkələyən, habelə işgüzar nüfuzunu alçaldan məlumatlar hesab olunur. Beləliklə, S.Şirinovanın barəsində ifadə etdiyi fikirlərin onun şərəf və ləyaqətini ləkələyən məlumatlar olub, ona qarşı böhtan və təhqir olması mülki məhkəmə icraatı qaydasında sübuta yetirilmişdir. X10 onun barəsində ifadə etdiyi «Anasının tamahkar qızları Mətanət və Lətafət onun vəsiyyətinə bilə-bilə xəyanət edərək, saxtakarlıq və dələduzduq yolu ilə evi oğurlamışlar. Mətanət işlədiyi polis müstəntiqi səlahiyyətlərindən sui-istifadə edərək, hamısının həmişə şər-böhtan, şantaj etmək və tutdurmaqla hədələyib. Mətanət ilk dəfə deyil bu hərəkəti edir. Anamı söyürdü, əl qaldırırdı. Həmin zamanlar anamın pensiyasını dondurdu, qoymadı anası almağa, öləndən sonra neçə illər yığılmış pensiyanı özü alıb mənimsədi. Anası nəvələrini görəndə ağlayırdı və deyirdi: əlimdə heç nə yoxdu sizə verməyə, gavur pensiyamı almağa qoymur. DİN-də işlədiyi zaman özünü belə həyasız apardığına görə onu tutmuşdular. Dəlilik edəndə döyürdülər, çarpayıya bağlayır, paltarın üstündən ona dəlilik iynələri vururdular. Psixiator onu dəlixanaya yerləşdirdi, o qoymadı, xahiş edib onu xilas etdi. Hətta qoca yiyəsiz bir rus qadının evini əşyaları ilə əlindən alıb, xəstəxanaya atıb qaçmış. Mətanət, mərhum bacısı Kifayətə Bakıda ev alacağı vədini verərək onun Mingəçevirdəki evini satıb mənimsəmiş və aldadaraq ona ev almamışdır. Kifayət oğluyla qardaşının evinda yaşamış, Mətanət o evi də saxta sənədlərlə qardaşımın əlindən alıb öz adma keçirtmiş və Kifayəti o evdə yumruq altında saxlamışdır» və sair fikirlər onun barəsində əxlaqi prinsiplər, cəmiyyət və ayrı-ayrı şəxslər arasında onun barəsində mənfi rəy yaradılmasına doğru yönəldilmiş fikirlərdir. Bununla da ona qarşı Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmişdir. Xüsusi ittiham qaydasında şikayət vermiş X15 məhkəmə iclasında çıxış edərək şikayəti tam müdafiə edib, şikayətin məhkəmənin icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X16 və onun müdafiəçisi Müdafiəçi məhkəmə iclasında çıxış edərək xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayətə əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli, 3 nömrəli Qərarının 5-ci bəndində göstərilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-in 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Xüsusi ittiham qaydasında şikayətdən və iş materiallarından göründüyü kimi X10 X15 barədə səsləndirdiyi fikirləri hüquq mühafizə orqanlarına və məhkəməyə ünvanladığı ərizələrdə göstərmişdir. Sonuncu isə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində məhkəmə iclası zamanı təqdim olunmuşdur. Qanunvericliyin məzmunundan göründüyü kimi məlumatların bu tərzdə yayımlanması kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. CPM-in 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6- 302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Beləliklə, yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadığından xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina olunmaqla həmin şikayətin icraata qəbul edilməsindən imtina olunmalıdır. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, X10 məhkəmə istintaqı müddətində və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Məhkəmə hesab edir ki, cinayət işi X10 müdafiəçisi Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatı üçün cəmi 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasına dair X7 xüsusi ittiham qaydasında verilmiş şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Müdafiəçi tərəfindən X10 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi 20 (iyirmi) iş saatı üçün cəmi 120(yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan edildiyi andan 20 gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №1(005)-508/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-508/2024
26.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver