Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-508/2025 05.02.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi “De Fendo” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, Masallı rayonu, Səmidxan kəndində qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Hacıyev küçəsi, ev 19-da yaşayan, hazırda barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə heroini əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Ulduz” metrostansiyasının yaxınlığında şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq 15 manat müqabilində xeyli miqdarda 01 ədəd şəffaf rəngli sellofan bükümdə, təmiz çəkisi 0,660 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla həmin tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Araz küçəsi 7 ünvanına daşımış və xx.xx.2025-ci il tarixdə saat 19:12-də Nərimanov rayon Polis İdarəsinin 17-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanın yaxınlığında saxlanılaraq, orada saat 19:12-dən saat 19:21-dək videoçəkilişdən istifadə etməklə üstünün yoxlanması zamanı əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 0,660 qram olan tünd qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, bir müddətdir ki, narkotik vasitə heroin və psixotrop maddə metamfetamindən istifadə etmişdir. Ona həmin maddə lazım olduqda «İnstaqram» sosial şəbəkədə tanış olduğu adını bilmədiyi İran Respublikasının vətəndaşı kimi təqdim edən şəxsdən almışdır. Belə ki, narkotik vasitə və ya psixotrop maddə lazım olduqda o bu barədə həmin şəxsin istifadə etdiyi İran İslam Respublikasına məxsus hazırda xatırlamadığı İran Respublikasına məxsus nömrəsinə «WhatsApp» sosial şəbəkə vasitəsi ilə yazmışdır. Həmin şəxs ona maddənin qiymətini demiş və pulunu göndərdiyi kart hesabına köçürdükdən sonra, həmin şəxs narkotik və ya psixotrop maddəni yerləşdirdiyi yerin konmunu ona göndərmişdir. Bundan sonra o, göndərilmiş konuma görə maddənin yerləşdirildiyi yerə gedib götürdükdən sonra hissə-hissə istifadə etmişdir. Adətən həmin şəxslə yazışaraq əlaqə saxlamışdır. 16 sentyabr 2025-cü il tarixdə ona istifadə etmək üçün narkotik vasitə heroin lazım olduğundan qeyd etdiyi şəxsin nömrəsinə bu barədə «WhatsApp» sosial şəbəkə vasitəsi ilə yazmışdır. Həmin gün axşam vaxtlarında həmin şəxs «WhatsApp» sosial şəbəkə vasitəsi ona səsli mesaj göndərərək bildirmişdir ki, Nərimanov rayonu ərazisində yerləşən «Ulduz» metrostansiyasının yaxınlığında daşın altında narkotik vasitə heroin gizlətmişdir. Həmin narkotik vasitəni atdığı konuma görə yerləşdiyi yerdən götürdükdən sonra narkotik vasitənin satış dəyərini, yəni 15 manat pulu həmin şəxsin göndərdiyi kartın hesabına göndərməyini bildirmişdir. O yazıb həmin şəxsə bildirmişdir ki, hazırda narkotik vasitənin pulunu ödəməyə imkanı yoxdur və nisyə verməyini pulunu bir müddət sonra ödəyəcəyini bildirmişdir. Həmin şəxs onun təkidi ilə razılıq verdikdən sonra narkotik vasitənin yerləşdirildiyi yerin konumunu onun telefonuna göndərmişdir. Narkotik vasitəni yerləşdirilmiş yerdən götürmək üçün 16 sentyabr 2025-ci il tarixdə tək evdən çıxıb konumda olan yerə gəlmiş və saat 19:02-də Ulduz metrosiansiyasının yaxınlığına çatıb içərisində narkotik vasitə heroin olan şəffaf rəngli sellofan hissəsinə bükülmüş 01 ədəd bükümü gizlədilmiş yerdən, yəni daşın altından götürüb əynində olan qara rəngli cins şalvarın sağ yan cibinə qoymuş və sonra həmin yerdən piyada aralaşmağa başlamışdır. Həmin yerdən bir az aralaşdıqdan sonra saat 19:12-də Nərimanov rayonu, Araz küçəsi 7 saylı ünvanın yaxınlığında ona bir neçə nəfər mülki geyimli şəxslər yaxınlaşıb saxlamışlar. Diqqət yetirmişdir ki, həmin şəxslər çəkiliş aparırlar və ona özlərini təqdim edib Nərimanov rayonu 17-ci Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onun hüqularını izah etdikdən sonra demişlər ki, üzərində dövriyyəsi qanunla qadağan olunmuş hər hansı əşya vardırsa təqdim etsin, əks halda üzərinə axtarış aparacaqlar. O, polislərin təklifindən sonra əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən bir az əvvəl aldığı içərisində narkotik vasitə heroin olan sellofan bükümü çıxardıb təqdim etmişdir. Polis əməkdaşları bükümü içərisində nə olduğunu ondan soruşmuş və o bildirmişdir ki, bükümün içərisindəki narkotik vasitə heroindir, həmin vasitəni İran Respublikasının vətəndaşı kimi bildiyi, lakin tanımadığı şəxsdən pulunu gələcəkdə ödəmək şərti ilə 15 manata almışdır və şəxsi istifadəsi üçün üstündə saxlamışdır. Bundan sonra polis əməkdaşları təqdim etdiyi bükümü açmışlar və içərisindən tünd qəhvəyi rəngli maddə aşkar olunmuşdur. Polis əməkdaşları aşkar olunmuş kütlənin çəkisini elektron tərəzidə çəkmiş, sonra həmin kütləni qablaşdırıb üzərini möhürləyib ona və digər şəxslərə imza etdirərək götürmüşlər. Bundan sonra polis əməkdaşları üzərinə axtarış aparmış və üzərindən əynindəki şalvarın sol yan cibindən istifadəsində olan 1 ədəd «Honor» markalı mobil telefonu götürmüşlər. Qeyd etdiklərini polis əməkdaşları videoçəkiliş elmişlər. Bundan sonra polis əməkdaşları onu Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin inzibati binasına gətirmişlər. Polis şöbəsində xidməti otaqda aşkar olunmuş və götürülmüş narkotik vasitə heroinə videoçəkiliş aparmaqla baxış keçirmişlər və bu barədə tərtib olunmuş protokol iştirakçılar tərəfindən oxunduqdan sonra doğru yazıldığı üçün imzalarla təsdiq edilmiş və hüquqlarının müdafiə olunması məqsədilə onu müdafiəçi ilə təmin etmişlər. Bir daha göstərmişdir ki, üzərindən aşkar olunmuş narkotik vasitə heroini o, özü istifadə etmək məqsədilə xx.xx.2025-ci il tarixdə qeyd etdiyi qaydada İran Respublikasının vətəndaşı kimi bildiyi şəxsdən almışdır və üzərində saxlamışdır. Həmin vasitədən kiməsə satmaq və ya pay vermək kimi niyyəti olmamışdır.. Son olaraq əməlindən peşman olmasını, barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının tətbiq olunmasını xahiş edərək buna dair yazılı ərizəni məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid3, Şahid2 və Şahid1 Elsəvər oğlunun məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onların ibtidai istintaq dövründə vermiş olduqları ifadələri elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” 16 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 19:12-də şübhəli şəxs qismində tutulmuşdur. “Şəxsin üstünün yoxlanılması və aşkar edilmiş maddi sübutun götürülməsinə dair” 16 sentyabr 2025-ci il tarixli protokolla müəyyən edilmişdir ki, 16 sentyabr 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhərinin müxtəlif rayonları, eyni zamanda Nərimanov rayonunun ərazisində qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, 16 sentyabr 2025-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saat 19:12-da Təqsirləndirilən şəxs Bakı şəhəri, Nərimanov rayonu, Araz küçəsi 7 ünvanında müəyyən edilərək saxlanılmış, ona hüquq və vəzifələrini, o, cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli bükümü, sol yan cibindən isə 01 ədəd “Honor" markalı mobil telefon çıxardıb təqdim edir. Daha sonra həmin büküm açılır, içərisində tünd qəhvəyi rəngli kütlə aşkar olunur. Bundan sonra Təqsirləndirilən şəxs üstü yoxlanılır. Yoxlama zamanı Təqsirləndirilən şəxs dövriyyəsi qanunla qadağan olunmuş əşya və ya predmet aşkar olunmur. Daha sonra Təqsirləndirilən şəxs aşkar olunmuş 01 ədəd şəffaf rəngli bükümün içərisində nə olduğunu və haradan əldə etməsi soruşulduqda o, qeyd olunan bükümün içərisindəki narkotik vasitə heroin olduğunu, həmin bükümü sosial şəbəkə vasitəsi ilə tanımadığı İranlı kimi bildiyi İİR-nın vətəndaşından əldə etdiyini bildirir. Daha sonra aşkar edilmiş büküm bir ədəd içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılır və möhürü ilə möhürlənir, üzərisi iştirakçılar tərəfindən imzalanır. Üstünü yoxlama Bakı şəhəri, Nərimanov rayonu, Araz küçəsi 7 ünvanında keçirilir, üstünü yoxlama zamanı “İphone” markalı videokamera vasitəsi ilə Nərimanov RPİ-nin 17-ci PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 tərəfindən videoçəkiliş aparılmışdır. «Şəxsin üstünün yoxlanılması və aşkar edilmiş maddi sübutun götürülməsinə dair» protokolu yerində tərtib etmək üçün şərait olmamasından Nərimanov RPİ-nin 17-ci PŞ-nin inzibati binasında tərtib edilir. Protokol iştirakçılara ucadan oxunduqdan sonra düzgün yazılması imzalarla təsdiq edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 17 sentyabr 2025-ci il tarixli 6/3080 nömrəli rəyindən görünür ki,tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün , № 219” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs aşkar edilmiş 1 ədəd büküm şübhəli şəxs Təqsirləndirilən şəxs (imza)’' yazısı və imzalar olan zərfdəki, 1(bir) ədəd bükümdə təmiz çəkisi 0,660 qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Ekspertiza tədqiqatına təqdim edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 0,660 qram, ekspertiza tədqiqatına sərf olundu 0,05 qram, qalıq 0,610 qram. Aparılmış tədqiqatın dəyəri 114 manat təşkil edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin ambulator məcburi-narkoloji ekspertizasının 19 sentyabr 2025-ci il tarixli 5850 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs eyni zamanda bir neçə narkotik vasitə və digər psixoaktiv maddələrin qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müəlicəyə ehtiyacı var. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən Respublika Narkoloji Mərkəzində F19.2 diaqnozu ilə dispanser qeydiyyatdadır. “Diskə baxış keçirilməsi haqqında” 01 noyabr 2025-ci il tarixli protokoldan görünür ki, 16 sentyabr 2025-ci il tarixdə saat 19:12 radələrində polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs ünvan 3 ünvanda saxlanılır, ona hüquq və vəzifələri, tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunur. Sonra Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşyaları və ya maddələri təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli bükümü, sol yan cibindən isə 01 ədəd “Honor” markalı mobil telefon çıxardıb təqdim edir. Daha sonra həmin büküm açılır, içərisində tünd qəhvəyi rəngli kütlə aşkar olunur. Bundan sonra Təqsirləndirilən şəxs üstü yoxlanılır. Yoxlama zamanı Təqsirləndirilən şəxs dövriyyəsi qanunla qadağan olunmuş əşya və ya predmet aşkar olunmur. Daha sonra Təqsirləndirilən şəxs aşkar olunmuş 01 ədəd şəffaf rəngli bükümün içərisində nə olduğunu və haradan əldə etməsi soruşulduqda o, qeyd olunan bükümün içərisindəki narkotik vasitə heroinin olduğunu, həmin bükümü sosial şəbəkə vasitəsi ilə tanımadığı İranlı kimi bildiyi İİR-nın vətəndaşından əldə etdiyini bildirir. Daha sonra aşkar edilmiş büküm bir ədəd içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılır və möhürü ilə möhürlənir, üzərisi iştirakçılar tərəfindən imzalanır. “Mobil telefona baxış keçirilməsi haqqında” 16 noyabr 2025-ci il tarixli protokoldan görünür ki, 16 sentyabr 2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesi zamanı götürülmüş bir ədəd “Honor” markalı mobil telefona baxış keçirilmiş, mobil telefon “Honor” markalı mobil telefondur, mobil telefonun korpusu tünd yaşıl rəngli olmaqla sensor ekrana malikdir. Xarici görünüşcə mobil telefonun körpüsündə istifadə olunması nəticəsində cızıqlar yaranmış, telefonun ekran şüşəsində qoruyucunun zədələnməsi nəticəsində çallar olmuşdur. Qeyd olunan mobil telefon xüsusi koddan açılmış, mobil telefon işlək vəziyyətə gətirilərkən saz vəziyyətdə olduğu müəyyən edilmişdir. Telefonun yaddaşına nəzər saldıqda orada mobil telefona giriş-çıxış nömrələrin yaddaş hissəsi, SMS hissəsi, Vatsap hissəsi olduğu müəyyən edilsə də, mobil telefondan həmin proqramlar silindiyindən baxış keçirilməsi mümkün olmamışdır. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 18 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Nərimanov rayon Məhkəməsinin hökmü ilə AR CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib 03 ay müddətinə azadlıqdan məhrum edilmişdir. xx.xx.2025-ci il tarixdə cəza sonu ilə azad edilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” 12 dekabr 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə mühüm sübut əhəmiyyət kəsb etdiyindən, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 0,660 qram çəkidə narkotik vasitə heroin və 1 (bir) ədəd “Honor” markalı mobil telefon maddi sübüt kimi tanınmış və ekspertiza tədqiqatından qalıq qalmış 0,610 qram narkotik vasitə heroin və 1(bir) ədəd “Honor” markalı mobil telefon saxlanılınası üçün Nərimanov RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, 20 fevral 2015ci il təvəllüdlü X1 anası X2, atası Təqsirləndirilən şəxsdur. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını nəzərdən keçirib, təqsirləndirilən şəxsin ərizəsini nəzərə alıb hesab edir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarı Təqsirləndirilən şəxs barəsində tətbiq edilməli və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1.8-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında məhkəmə tərəfindən müzakirə edilməli məsələlərdən biri cinayət məsuliyyətindən azad etmə üçün əsasların olub-olmamasının müəyyən edilməsidir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası CM-nin 81-ci maddəsinə əsasən Amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. Cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. Cinayət işinin materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2015-ci il təvəllüdlü Şaliyeva Aylin adlı uşaqı vardır. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının: 5.1-ci bəndinə görə məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); Qeyd olunan Qərarının 1.16-cı bəndinə əsasən öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı olan şəxslər təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilirlər. (həmin Qərarın 6cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla) Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli az agır cinayətdir və yuxarıda qeyd edilən amnistiya qərarının 1.16-cı bəndinə əsasən cinayət təqibinə xitam verilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Odur ki, məhkəmə göstərilənləri nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri cinayət işi üzrə icraata xitam verildiyindən ləğv edilməlidir. Ekspertizası tədqiqatın dəyəri 114 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi Azərbaycan Respublikasının Milli Məclisinin “Konstitusiya və Suverenlik İli” münasibəti ilə amnistiya elan edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarının 5.1-ci bəndinin təsiri altına düşdüyündən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli, ekspertizası tədqiqatın dəyəri 114 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə maddi sübut - Nərimanov RPİ-nin saxlanc yerinə təhvil verilmiş ekspert tədqiqatdan sonra qalan təmiz çəkisi 0,610 qram olan narkotik vasitə heroin qalıq çəkisi məhv edilməli, cinayət işi üzrə maddi sübut – Nərimanov RPİ-nin saxlanc yerinə təhvil verilmiş 1 ədəd “Honor” markalı telefon sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı videoçəkilişin əks olunduğu 01 ədəd CD disk, “Baxış və götürmə aparılması” haqqında 01 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır (CPM-132) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “De Fendo” Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesab edilməklə, 25 iş saatına görə 275 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “De Fendo” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.12-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarı tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən Respublika Narkoloji Mərkəzində F19.2 diaqnozu ilə dispanser qeydiyyatında olması nəzərə alınsın. İş üzrə maddi sübut - Nərimanov RPİ-nin saxlanc yerinə təhvil verilmiş ekspert tədqiqatdan sonra qalan təmiz çəkisi 0,610 qram olan narkotik vasitə heroinin qalıq çəkisi məhv edilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı videoçəkilişin əks olunduğu 01 ədəd CD disk, “Baxış və götürmə aparılması” haqqında 01 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 114 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Cinayət işi üzrə maddi sübut 01 ədəd “Honor” markalı telefon sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “De Fendo” Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesab edilməklə, 25 iş saatına görə 275 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “De Fendo” Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan edildiyi və ya alındığı gündən 20 gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №1(005)-508/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-508/2025
05.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver